Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-678/2024 24.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1980-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 20,610 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, ümumilikdə 3,160 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və tərkibində 4,8 qram çəkidə külli miqdarda sintetik narkotik vasitə metadon maddəsi olan 120 (bir yüz iyirimi) ədəd dərman həblərini əldə edib, daşıyaraq narkotik vasitə qurudulmuş marixuananın bir qismini üzərində, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini, eləcədə psixotrop maddə metamfetamin və tərkibində sintetik narkotik vasitə metadon maddəsi olan dərman həblərini yaşadığı mənzildə saxlamış, bundan sonra barəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində və yaşadığı mənzildə saxlaması barədə Sumqayıt ŞPİ-nin NMB-nə daxil olmuş əməliyyat məlumatına əsasən 18 fevral 2024-cü il tarixdə saat 17:52-də Sumqayıt şəhər Məhkəməsinin 17 fevral 2024-cü il tarixli qərarı əsasında ünvan 2 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman həmin mənzilin mətbəxindəki masanın üzərindən 02 (iki) ədəd gümüşü kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,350 qram, 08 (səkkiz) ədəd sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,956 qram, 4,358 qram, 2,250 qram, 1,093 qram, 1,0 qram, 0,770 qram, 0,905 qram, 0,840 qram və 01 (bir) ədəd salfet kəsiyində təmiz çəkisi 0,788 qram, ümumi təmiz çəkiləri 13,65 qram təşkil edən xeyli miqdarda bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd gümüşü kağız kəsiyi bükümündə və 01 (bir) ədəd salfet kəsiyində ümumi çəkisi 1,10 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd plastmas qutunun içərisində 04 (dörd) ədəd sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,439 qram, 0,576 qram, 0,08 qram, 2,065 qram, ümumi təmiz çəkiləri 3,160 qram təşkil edən külli miqdarda xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tərkibində 4,8 qram çəkidə külli miqdarda xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni sintetik narkotik vasitə metadon maddəsi olan 12 (on iki) ədəd konvalyutda 120 (bir yüz iyirimi) ədəd üzərində “F\M40” yazılan qəhvəyi rəngli, dairəvi formalı dərman həbləri aşkar edilərək götürülmüş, bundan sonra o polis idarəsinə dəvət edilməklə həmin gün saat 19:17-də xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki göy rəngli cins şalvarın arxa sol cibində saxladığı 01 (bir) ədəd salfet kəsiyində ümumi təmiz çəkisi 5,860 qram təşkil edən xeyli miqdarda bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, o marixuanadan 20 ildən artıq, metadon və metamfetamindən isə 10 ilə yaxındır ki istifadə etmiş, lakin heroindən istifadə etməmişdir. O uzun müddətdir ki, Türkiyə Respublikasında yaşamışdır. Metamfetaminin çəkisi isə təxmini 1qram və ya daha az olmuşdur. Polis əməkdaşları onların evinə daxil olduqları gündən etibarən anası yataq xəstəsi olmuşdur. Polis əməkdaşları evə basqın edib onu yerə yıxmışdırlar. Video çəkiliş daha sonradan olmuşdur. O qeyd olunan narkotik vasitələrdən istifadə etmiş, sadəcə olaraq polis əməkdaşları onların çəkisini qəsdən daha da çox bildirmişdirlər. Polis əməkdaşlarının hadisə ilə bağlı danışdıqları doğru deyildir. O əvvəllər CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur. 2012, 2018-ci ilərdə məhkumluğu olmuşdur. İttahamda qeyd olunan bükümlər onun olmamış, lakin narkotik vasitələr ona məxsus olmuşdur. 6 ədəd Kapital Banka məxsus bank kartları olmuşdur. Ticarətlə məşğul olduğundan həmin kartlardan istifadə etmişdir. İki kart öz adına olmuşdur. Ondan heç kim narkotik vasitə istəməmiş, nömrə öz istifadəsində olmuşdur. Onun yaşadığı mənzildə tərəzi olmamışdır. 2 nəfər polis əməkdaşı narkotik vasitəni bükərək onun boynuna qoymuşdurlar. O narkotik vasitəni almaq üçün 460 manatı kart vasitəsilə göndərməmiş, Hüseyn adlı şəxsə əlbəəl vermişdir. O Hüseyndən metadonu alanda kartına pul göndərmişdir. O narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamış, satış məqsədi olmamışdır. Polis əməkdaşları tərəfindən fiziki təsir, güc olmamışdır, amma onun yaşadığı mənzilə daxil olduqda onu yerə yıxmışdılar. Etdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddətdir səhhətində ağrıları olduğundan narkotik tərkibli və psixotrop maddələr qəbul etməyə başlamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 17:52-də yaşadığı ünvan 3 ünvanında olarkən Sumqayıt şəhər Pİ-nin əməkdaşları yaşadığı ünvana gələrək özlərini təqdim etdikdən sonra yaşadığı mənzildə narkotik vasitə və psixotrop madddələr saxlamaqda şübhəli olduğunu, Sumqayıt şəhər Məhkəmsinin qərarı əsasında yaşadığı mənzilə baxış keçirilməsinə icazə verildiyini bildirilərək hüquq və vəzifələrini elan elan edib, izah etdikdən sonra yaşadığı mənzildə saxlanması qadağan olunmuş maddə və ya əşyanın olub-olmamasını soruşub, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. Bundan sonra yaşıdığı evin mətbəxindəki masanın üzərinə qoyduğu maddələri onlara göstərib həmin maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Polis əməkdaşları göstərdiyi yerə baxış keçirərkən ordan göy rəngli sellofan və həmin sellofanın yanında 12 ədəd dərman konvalyutlarını aşkar etmiş, təqdim etdiyi göy rəngli sellofanın içərisinə baxış keçirərkən ordan özünə məxsus pasportu, 6 ədəd Kapital banka aid bankomat kartları, 10 manatlıq pul əskinazlarından ibarət ümumilikdə 50 manat pul, bir ədəd borucuq halında bükdüyü 1 manatlıq pul əskinazı, 2 ədəd “Samsung” markalı telefon cihazları, 2 ədəd salfet kağızının içərisində, 8 ədəd şəffav rəngli sellofan bükümlərdə və 3 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd plastmas qabın içərisində şəffav rəngli sellofan bükümlərdə kütlə halında psixotrop maddə olan metamfetamin müəyyən edilmişdir. Həmin maddələrin nə olduğunu, hardan, nə vaxt və nə məqsədlə əldə edib yaşadığı mənzildə saxladığını soruşarkən, yaşadığı mənzildən aşkar olunmuş bitki kütlələrinin narkotik vasitə olan qurudulmuş marixuana, ağ rəngli kristal şəkilli maddələrin psixotrop maddə olan metamfetamin, dərman konvalyutlarındakı həblərin narkotik tərkibli metadon həbləri olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni təxminən 5 gün əvvəl sosial şəbəkədə tanış olduğu, ancaq adının Hüseyn olduğunu bildiyi şəxsin verdiyi kart hesabına 460 və ya 480 manat pul ödədikdən sonra, narkotik vasitə və psixotrop maddəni hazırda dəqiq ünvanını unutduğu, Bakı şəhəri ərazisində yerləşən ünvanda qoyulduğu yerdən götürərək yaşadığı ünvanda saxladığını bildirmişdir. Bundan sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilərkən mənzilin digər hissələrindən hər hansı saxlanması qadağan olunmuş əşya və maddələr aşkar edilməmişdir. Daha sonra yaşadığı mənzildən aşkar edilmiş maddələr elektron tərəzidə çəkilərkən həmin maddələrdən 2 ədəd salfet bükümlərdəki bitki tərkibli kütlələrin ayrı ayrılıqda çəkilərinin 1,14 qram, 2,50 qram, 8 ədəd şəffav rəngli sellofan bükümlərdəki bitki tərkibli kütlələrin çəkilərinin 5,56 qram, 1,33 qram, 1,40 qram, 0,96 qram, 1,20 qram, 1,36 qram, 1 qram, 2,89 qram, 3 ədəd gümüşü rəngli falqa bükmülərdəki bitki kütlələrinin çəkilərinin 1,27 qram, 0,52 qram, 0,50 qram, həmin kütələrin birlikdə ümumi çəkilərinin 24 qram, plastmas qabda aşkar edilmiş 3 ədəd şəffav rəngli sellofan bükümlərdəki ağ rəngli, kristal şəkilli maddələrin çəkilərinin 0,65 qram, 0,53 qram, 0,10 qram, həmin qabdakı açıq halda olan ağ rəngli kristal şəklində olan maddə başqa bir şəffav rəngli sellofana qablaşdırıldıqdan sonra çəkisinin 2,25 qram, həmin ağ rəngli kristal şəkilli maddələrin ümumi çəkisinin isə 3,50 qram olması müəyyən müəyyən edilmiş, sonra isə aşkar edilmiş bitki tərkibli kütlə və ağ rəngli kristal şəkilli kütlələr, dərman kanvalyutunda olan dərman həbləri tərkibi və dəqiq çəkilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndəriləcəyi ona izah edilərək, xüsusi qaydada zərflərə qablaşdırılaraq götürülmüşdür. Yaşadığı ünvana baxış keçirilərkən həmçinin yaşadığı mənzildən aşkar edilmiş “Samsung” markalı mobil telefonlarda iş üçün əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada qablaşdırılaraq götürülmüş, bundan sonra şübhəli qəxs qismində saxlanıldığı elan olunaraq Sumqayıt ŞPİ-nə dəvət edilmişdir. Polis idarəsinə gəldikdən sonra xidməti otaqlardan birinə dəvət olunmuş, orda üzərinə şəxsi axtarış keçiriləcəyi bildirmiş və buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil X3 təqdim olunmuşdur. Təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirdikdən sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqda, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən Vest markalı siqaret qutusunu və əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən isə şəxsi istifadəsi üçün saxladığı salfet kağızının içərisindəki narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim etdiyi salfet kağızında olan bükümə baxış keçirildikdə həmin bükümün içərisindən narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı həmin bitki kütələsini polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl yaşadığı evdə olarkən anası evə gəldiyindən üzərində saxlayıb çölə çıxdıqdan sonra istifadə edəcəyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd salfet kağızında olan bitki kütləsi elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisinin 8,65 qram olduğu müəyyən edilmiş, daha sonra isə xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş Vest markah siqaret isə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş digər əşya və maddə aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış və yaşadığı mənzilə isə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satmaq fikri olmamış, həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gəlinməmişdir. Yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasından hər hansı digər şəxsin məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və əməliyyat məlumatı Təqsirləndirilən şəxs yaşadığı mənzildən çölə çıxmadığı, evindən hərəkət etdiyi ilə bağlı olmuşdur. Bununla bağlı olaraq, məhkəməyə müraciət edərək məhkəmə qərarı alınmış və əməliyyat qrupu yaradılaraq fevral ayının 17-18 tarixlərində Təqsirləndirilən şəxs yaşadığı mənzilə yollanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və özünün təqdim etdiyi bir çox sayda bükümlərdə marixuana və psixotrop maddə olan metamfetamin, 12-13 list metadon həbləri aşkar olunaraq götürülmüş, daha sonra Təqsirləndirilən şəxs Polis İdarəsinə aparılmış və xidməti otaqların birində təxmini olaraq 1-2 büküm narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən onun yaşadığı mənzildə narkotik vasitələrin satışı ilə məşğul olması barədə elektron tərəzi aşkar olunmamışdır. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə Ramil adlı şəxsin yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 23, mənzil 31 ünvanında yerləşən mənzildə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddələri saxlaması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 23, mənzil 31 ünvanında yerləşən mənzilə baxış keçirilməsinə icazə verilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə təqdimat verilməsi üçün Sumqayıt şəhər prokurorluğuna vəsatətlə müraciət etmiş, bundan sonra Sumqayıt şəhər prokurorunun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 23, mənzil 31 ünvanında yerləşən mənzilə daxil olmalarına və baxış keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmənin müvafiq qərarını əldə etdikdən sonra isə 18 fevral 2024-cü il tarixdə saat 17:52-də Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkiləri Şahid2 və Şahid3, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev, Sumqayıt ŞPİ-nin KTB- nin inspektorkriminalisti Asəf Həbibovla birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 23, mənzil 31 ünvanında yerləşən mənzilə baxış keçirilməsi üçün getmişlər. Həmin ünvana çatdıqdan sonra mənzilin qapısı döyülmüş, qapını bir nəfər qadın açmışdır. Bundan sonra həmin ŞƏXSƏ özlərini təqdim edib polis əməkdaşları olduqlarını, həmin mənzildə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında həmin ünvana baxış keçirmələri üçün gəldiklərini bildirmişlər. Ondan həmin mənzildə yaşayıb yaşamadığını, Təqsirləndirilən şəxsla nə kimi münasibətlərinin olduğunu, Təqsirləndirilən şəxs həmin mənzildə yaşayıb yaşamadığını, mənzilə baxış keçirilməsinə etirazının olub olmadığını soruşduqda, həmin qadın Təqsirləndirilən şəxs oğlu olduğunu, onunla birlikdə həmin mənzildə yaşadığını, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra mənzilə daxil olmuşlar, həmin vaxt mənzildə qadından başqa iki nəfər şəxsində olduğu məlum olmuş, onlardan hansının Təqsirləndirilən şəxs olduğunu soruşduqda o özünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında həmin ünvana baxış keçirilməsi üçün gəldiklərini bildirib, onu məhkəmə qərarı ilə tanış etmişlər. Ondan həmin mənzildə kiminlə yaşadığını, mənzildəki digər şəxsin kim olduğunu, mənzilə baxış keçirilməsinə etirazının olub olmadığını soruşduqda, Təqsirləndirilən şəxs mənzildə anası ilə birlikdə yaşadığını, mənzildəki digər şəxsin bibisi oğlu olduğunu, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddə saxlayıb saxlamadığını soruşmaqla, vardırsa təqdim etməsi təklif edildikdə, o yaşadığı mənzilin mətbəxində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Bundan sonra mənzilin mətbəxinə daxil olub baxış keçirdikdə, mətbəxdəki masanın üzərindən bir ədəd Təqsirləndirilən şəxs məxsus pasport, altı ədəd bank karları, 10 manatlıq pul əskinazlarından ibarət ümumilikdə 50 manat məbləğində pul, 12 ədəd bükümlər, bir ədəd qatlanaraq borucuq halına salınmış 1 manatlıq pul əskinazı, 12 ədəd içərisində dərman həbləri olan kanvalyutlar, 2 ədəd salfet kağızına bükülmüş bükümdə bitki tərkibli kütlələr, 02 ədəd mobil telefonlar aşkar edilmişdir. Aşkar edilmiş sellofan və gümüşü rəngli falqaya bükülmüş bükümlər açıldıqda hər bir bükülünün içərisindən bitki tərkibli kütlələr aşkar edilmişdir. Daha sonra masanın üzərindəki plastik materialından hazırlanmış qutunun içərisinə baxış keçirildikdə həmin qutunun içərisindən üç ədəd sellofan bükümdə və açıq halda ağ rəngli kristal şəkilli maddədə aşkar edilmişdir. Mənzilin mətbəxinə baxış keçirilərkən mətbəxin digər hissələrindən başqa qanunla saxlanılması və ya daşınması qadğan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş bükümlərdəki kütlələr elektron tərəzidə çəkilməklə çəkiləri müəyyən edilmiş, ilk əvvəl salfet kağızına bükülmüş bükümlər elektron tərəzidə çəkildikdə ilk bükümdəki bitki tərkibli kütlənin çəkisinin 1,14 qram, ikinci salfet kağızma bükülmüş bükümdəki bitki tərkibli kütlənin çəkisinin 2,50 qram, sellofan bükümlər elektron tərəzidə çəkildikdə ilk bükümdəki bitki tərkibli kütlənin çəkisinin 5,56 qram, ikinci bükümdəki bitki tərkibli kütlənin çəkisinin 1,33 qram, üçüncü bükümdəki bitki tərkibli kütlənin çəkisinin 1,40 qram, dördüncü bükümdəki bitki tərkibli kütlənin çəkisinin 0,96 qram, beşinci bükümdəki bitki tərkibli kütlənin çəkisinin 1,20 qram, altıncı bükümdəki bitki tərkibli kütlənin çəkisinin 1,36 qram, yeddinci bükümdəki bitki tərkibli kütlənin çəkisinin 1 qram, səkkizinci bükümdəki bitki tərkibli kütlənin çəkisinin 2,89 qram, gümüşü rəngli falqadakı bükümlər elektron tərəzidə çəkildikdə ilk bükümdəki bitki tərkibli kütlənin çəkisinin 1,27 qram, ikinci bükümdəki bitki tərkibli kütlənin çəkisinin 0,52 qram, üçüncü bükümdəki bitki tərkibli kütlənin çəkisinin 0,50 qram, salfet kağızında, sellofan və gümüşü rəngli falqadakı bitki tərkibli kütlələr birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin 24 qram olması müəyyən edilmçişdir. Bundan sonra sellofan bükümlərdəki ağ rəngli kristal şəkilli kütlələr elektron tərəzidə çəkildikdə ilk bükümdəki kütlənin çəkisinin 0,65 qram, ikinci bükümdəki kütlənin çəkisinin 0,10 qram, üçüncü bükümdəki kütlənin çəkisinin 0,53 qram, plastik qutunun içərisində aşkar edilmiş açıq halda olan ağ rəngli, kristalşəkilli kütlə sellofana qablaşdırılaraq elektron tərəzidə çəkildikdə çəkisinin 1,25 qram, sellofan bükümlərdəki ağ rəngli, kristalşəkilli kütlələr birlikdə elektron tərəzidə çəkildikdə isə ümumi çəkilərinin 3,50 qram olması müəyyən edilmişdir. Sonra isə aşkar edilmiş dərman konvalyutundakı ümumilikdə 120 ədəd həb, iki ədəd mobil telefonla birlikdə ayrı-ayrı içərisi boş zərflərə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdəki maddələrin nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib yaşadığı evdə saxladığını soruşduqda, o aşkar edilmiş dərman həblərinin, bükümlərdəki kütlələrin narkotik vasitə və psixotrop maddə olduğunu, təxminən beş gün əvvəl Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində barəsində dəqiq anket məlumatlarını bilmədiyi, ancaq adının Hüseyn olduğunu bildirən şəxsə 460 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və yaşadığı mənzildə saxladığını bildirmişdir. Bundan sonra mətbəxi tərk etmişlər, mənzilin digər hissələrinə baxış keçirilərkən mənzildən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Daha sonra polis idarəsinə geri qayıtmışlar və Təqsirləndirilən şəxs raport tərtib etməklə təhfıl vermişlər. Bundan sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müwəkkiləri Şahid2 və Orxan Kamranhnın, Təqsirləndirilən şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 sayh Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında və qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, o üzərində narkotik vasitə olduğunu təsdiq edib xidməti otaqdakı masaya yaxınlaşaraq əynindəki gödəkcənin sol yan cibindən bir ədəd siqaret qutusunu, əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə, lakin həmin şəxsin üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş salfet kağızına bükülmüş bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən bitki tərkibli kütlə aşkar edilmişdir. Daha sonra isə aşkar edilmiş içərisində bitki tərkibli kütlə olan büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 8,65 qram olmasının müəyyən edilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş kütlənin nə olduğunu, nə vaxt, kimdən, harda və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitənidə yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrlə birlikdə təxminən beş gün əvvəl Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində barəsində dəqiq anket məlumatlarını bilmədiyi, ancaq adının Hüseyn olduğunu bildirən şəxsə 460 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvvəkkili, polis kapitanı Şahid2 bildirmişdir ki, əməliyyat məlumatı digər əməkdaş Şahid1 daxil olmuşdur. Belə ki, məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs bir müddət Türkiyə Respublikasında yaşamış və Ramilin Türkiyə Respublikasından gəldiyi barədə məlumat olmuşdur. Bir müddət Təqsirləndirilən şəxs izlənilmiş və daha sonra Sumqayıt şəhər prokurorluğuna vəsatət verilmiş və məhkəmə icazəsi ilə, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmişdir. Fevral ayında əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı mənzilə yollanmışdır. Ramilin anası və bibisioğlu da evdə olmuş, qapını anası açmış və Ramilin anasına qeyd olunan məhkəmə qərarı göstərilmişdir. Təqsirləndirilən şəxs özü hər şeyi etiraf edərək narkotik vasitənin yaşadığı mənzilin mətbəx hissəsində olduğunu bildirmişdir. Video çəkiliş vasitəsilə mətbəxdə axtarış keçirilmişdir. Axtarış zamanı mətbəxdən bükümlər aşkar olunmuşdur. Bundan əlavə mətbəxdən Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd, onun özünə məxsus olan bank kartları, mobil telefon və bükümlər də aşkar olunmuşdur. Həmin bükümlər ot tərkibli olmuş və təxmini olaraq 12 konvolyut dərman həbləri, metamfetamin narkotik vasitə də olmuşdur. Daha sonra qeyd olunanlar götürülmüş və Təqsirləndirilən şəxs aiddiyəti üzrə Polis İdarəsinə təhvil verilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs vəkil təyin olunmuş və video çəkiliş vasitəsilə üzərinə şəxsi baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən sellofana bükülmüş narkotik vasitəsi təqdim edilmişdir. Şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili Şahid3 ibtidai istintaq zamanı Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında daxil olma və baxış keçirilməsinə icazə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 18 fevral 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş qeyd olunan əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, polis əməkdaşları Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 23, mənzil 31 ünvanında yerləşən mənzilə gedərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib yaşadığı evdə saxlaması barədə olan məlumat əsasında qeyd olunan mənzilə baxış keçirilməsi barədə əldə edilən məhkəmə qərarı əsasında mənzilə baxış keçirilməli olduqlarını bildirib özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs mənzildə anası ilə birlikdə yaşadığını, mənzildəki digər şəxsin bibisi oğlu olduğunu, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirir. Mətbəxə baxış keçirilərkən masanın üzərindən bir ədəd Təqsirləndirilən şəxs məxsus pasportun, altı ədəd bank karlarının, 10 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 50 manat məbləğində pulun, 12 ədəd bükümlərin, bir ədəd qatlanaraq borucuq halına salınmış 1 manatlıq pul əskinazının, 12 ədəd içərisində metadon həbləri olan konvalyutlar, 2 ədəd salfet kağızında qurudulmuş marixuana bükümü, sellofan və gümüşü rəngli falqaya bükülmüş bükümlər açıldıqda hər bir bükülünün içərisindən qurudulmuş marixuana aşkar edilir, daha sonra masanın üzərindəki plastik materialından hazırlanmış qutunun içərisinə baxış keçirildikdə həmin qutunun içərisindən üç ədəd sellofan bükümdə və açıq halda psixatrop maddə metamfetamin aşkar edilir, 02 ədəd mobil telefonun olduğu görünür, bütün aşkar edilənlər müvafiq qaydada qablaşdırılaraq möhürlənərək götürülür. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərdəki kütlələrin narkotik vasitə və psixotrop maddə olduğunu, təxminən beş gün əvvəl Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində barəsində dəqiq anket məlumatlarını bilmədiyi Hüseyn adlı şəxsə 460 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və yaşadığı mənzildə saxladığını bildirir. Mənzilin digər otaqlarına baxış keçirilmiş, qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa cibindən salfet kağız bükümünü çıxardaraq təqdim edir, bükümün içərisinə baxdıqda içərisində qurudulmuş marixuana aşkar edilir, tərəzidə mövcud çəkisi 8,65 qram olduğu müəyyən edilir, həmin büküm müvafiq qaydada qablaşdırılır, möhürlənir və götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/982 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs 1 imza Təqsirləndirilən şəxs..” yazı və imzalar olan zərfdə 4 ədəd sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,065 qr, 0,439 qr, 0,576 qr və 0,08 qram olmaqla, ümumi çəkisi 3,160 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Həmin zərfin içərisində olan 12 ədəd üzərində “methadone 40” yazılan konvalyutda ümumi sayı 120 ədəd üzərində “F/M40” yazılan qəhvəyi rəngli, dairəvi formalı həblər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, sintetik narkotik vasitə-metadondur, 120 (yüz iyirimi) ədəd həbdə metadon təsir maddəsinin ümumi miqdarı 4,8 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ), metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi çəkisi - 3,16 qram, qalıq - 3,04 qram. Metadon həbinin 10 ədədi tədqiqata sərf edilmiş, 110 ədəd həbi qalıq qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/274 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs..” yazı və imzalar olan zərfi açdıqda içərisində 1 (bir) ədəd salfet kəsiyində təmiz çəkisi 5,860 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs..” yazı və imzalar olan zərfdə 2 (iki) ədəd gümüşü kağız kəsiyi bükümündə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,340 qr, 0,350 qram olan bitki mənşəli kütlələr, 8 (səkkiz) ədəd sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,956 qr, 4,358 qr, 2,250 qr, 1,093 qr, 1,0 qr, 0,770 qr, 0,905 qr və 0,840 qram bitki mənşəli kütlələr və 1 (bir) ədəd salfet kəsiyində təmiz çəkisi 0,788 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin zərfin içərisində 1 (bir) ədəd gümüşü kağız kəsiyi bükümündə və 1 (bir) ədəd salfet kəsiyində tütün və ümumi çəkisi 1,10 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eyni olub, ümumi çəkisi 20,610 qram, qalıq - 19,91 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3688 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserin 2234 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2013-cü ilin avqust ayından “narkomaniya” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilərkən "xxxx" mobil operatoruna məxsus “*** *** ** **” saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2024-cü il tarixdə saat 00:01:34 radələrindən xx.xx.2024-cü il tarixdə saat 16:57:25 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi müəyyən edilmişdir. Həmçinin qeyd olunan diskin tədqiqi zamanı narkotik vasitələrin satışını ehtiva edən “Yetim borcumdan 10 man indi verim, 15 də birazdan ataram kartiva, temadan azaltmada yaxsi”, “Qardaşım 5m taksi pulunda vurdum sene onu verərsən də 2 dene yarı ayrı ayrı ele” və s. məzmunlu mesaj mətnlərinin də olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma” haqqında 01 aprel 2024-cü il tarixli qərarla 4 ədəd sellofan kəsiyi bükümündəki 3,04 qram qalıq metamfetamin, 1 (bir) ədəd salfet kəsiyində, 2 (iki) ədəd gümüşü kağız kəsiyi bükümündə və 8 (səkkiz) ədəd sellofan kəsiyi bükümündə, 1 ədəd gümüşü kağız və 1 ədəd salfet kəsiyində 19,91 qram qalıq narkotik vasitə qurudulmuş marixuana, 12 ədəd üzərində “methadone 40” yazılan 110 ədəd qalıq metadon həbi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsinin video görüntülərini əks etdirən iki ədəd disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, məhkəmə istintaqı müddətində sübutları tətqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələbini rəhbər tutub belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham çərçivəsində cəzalandırılmalı, cəzanın məqsədlərinə nail olmaq baxımından elan edilmiş ittiham çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində ittiham aktında göstərilən miqdarda psixotrop maddə və narkotik vasitə bükümlərinin olmaması, büküm sayının polis əməkdaşları tərəfindən artırılması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.2, 234.1, 66.2, 93.14-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 04 ilə endirilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan 06 ay 05 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 3,04 qram qalıq psixotrop maddə metamfetamin, 1 ədəd salfet kəsiyində, 2 ədəd gümüşü kağız kəsiyi və 8 ədəd sellofan kəsiyi bükümündə, 1 ədəd gümüşü kağız və 1 ədəd salfet kəsiyində 19,91 qram qalıq narkotik vasitə qurudulmuş marixuana və 12 ədəd üzərində “methadone 40” yazılan konvalyutda 110 ədəd qalıq metadon həbləri məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarına saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 158 (yüz əlli səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 18 fevral 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 3,04 qram qalıq psixotrop maddə metamfetaminin, 1 ədəd salfet kəsiyində, 2 ədəd gümüşü kağız kəsiyi və 8 ədəd sellofan kəsiyi bükümündə, 1 ədəd gümüşü kağız və 1 ədəd salfet kəsiyində 19,91 qram qalıq narkotik vasitə qurudulmuş marixuana və 12 ədəd üzərində “methadone 40” yazılan konvalyutda 110 ədəd qalıq metadon həbləri məhv edilsin, 03 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 158 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-678/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-678/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver