Məhkəmə qərarları › İş №1(124)-68/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-68/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-68/2022 27.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X6 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu Təqsirləndirilən şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, ev 162-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentitensiar Xidmətinin 3 X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma cinayətini törətmişdir. Belə ki, 22.05.2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, «20 yanvar» metrostansiyasının yaxınlığında şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ağ rəngli «Winchester” markalı siqaret qutusunda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,891 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 08 ədəd ayrı-ayrılıqda kağız və sellofan bükümlərdə olan ümumi təmiz çəkisi 4,229 qram olan psixotrop maddə metamfetamini əldə edib, 08 ədəd bükümdən 03 ayrı-ayrı şəffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 3,071 qram psixotrop maddə olan metamfetamini həmin gün günorta saatlarında Abşeron rayonu, Müşfiqabad qəsəbəsində Şahid3 25 manata sataraq, qalan külli miqdarda «Winchester” markalı siqaret qutusunda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,891 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 05 ədəd ayrı-ayrılıqda kağız və sellofan bükümlərdə olan ümumi təmiz çəkisi 1,158 qram olan psixotrop maddə metamfetamini daşıyaraq üzərində saxlamış, 22.05.2021-ci il tarixdə, saat 22:23-də Sumqayıt şəhəri «Mehdi Hüseynzadə» adına idman stadionunun yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli idman şalvarının sol yan cibindən «Winchester” markalı siqaret qutusundan külli miqdarda 01 ədəd sellofan rəngli sellofan bükümdə təmiz çəkisi 10,891 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə və 04 ədəd gümüşü rəngli siqaret kağızının bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,138 qram, 0,145 qram, 0,072 qram, 0,141 qram, 0,662 qram ümumi təmiz çəkiləri 1,158 qram olan kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, əsasən psixotrop maddə olan metamfetamin istifadə edir. Taksi sürücüsü işləyir. İttihamda göstərildiyi miqdarda üzərində narkotik vasitə olmamışdır, onun üzərində 1 qram psixotrop maddə metamfetamin olmuş, heroin isə olmamışdır. Kamil adlı şəxsi tutulduğu gün görmüş, əvvəllər isə görməmişdir. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış cinayət işinin 125-127-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “22.05.2021-ci il tarixdə, səhər saatlarında o şəxsi işi ilə əlaqədar Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığına getmişdir. Həmin ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə görüşərək ondan dəqiq xatırlamır 150 və ya 200 manata 01 ədəd bükümdə təxminən 10 qram narkotik vasitə olan heroini və 08 ədəd ayrı-ayrı bükümlərdə olan təxminən 4 qram psixotrop maddə olan metamfetamini alıb ağ rəngli «Vinçestr» markalı siqaret qutusunun içərisinə qoymuş və üzərində saxlayaraq, həmin gün günorta saatlarında Bakı şəhərindən Abşeron rayonu Müşfiqabad qəsəbəsinə gələrək orada tanışı Şahid3 ilə görüşüb üzərində olan 08 ədəd ayrı-ayrı bükümlərdə olan psixotrop maddə olan metamfetaminin 03 ədəd bükümünü ona 25 manata satmışdır. Həmin bükümlərdə ümumilikdə təxminən 3 qram metamfetamin var idi. Daha sonra o Sumqayıt şəhərinə getmişdir. Həmin gün saat 22:23də Sumqayıt şəhəri «Mehdi Hüseynzadə» adına idman stadionununu yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərimdə gəzdirilməsində şübhəli olduğu üçün onu saxladıqlarını bildirib Sumqayıt ŞPİ-nə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-yə getmişdir. Orada xidməti otaqların birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini elan etmişlər, o da etiraz etməmişdir. Daha sonra onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müafiəsini təmin edəcək vəkili X1 təqdim olunmuş, o bildirişlə tanış olub, vəkilinə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O da əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxladığı ağ rəngli «Vinçestr» markalı siqaret qutusunu, şalvarının sağ yan cibində saxladığı 01 ədəd «Samsung» markalı mobil telefonu çıxardıb onlara təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxarkən qutuda 03 ədəd şəffaf rəngli sellofan bükümlər müəyyən olunmuşdur. Birinci böyük büküm açılan zaman oradan narkotik vasitə olan heroin, 2-ci bükümdə psixotrop maddə metamfetamin, 3-cü bükümdə 4 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı o aşkar olunan heroini və metamfetamini 22.05.2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşından Bakı şəhəri ərazisində 150-200 manat pul ödəməklə alıb özündə saxladığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş heroin və metamfetamin tərəzidə çəkilərək, qablaşdırılmışdır. Daha sonra sənədləşdirilmə aparılmış, o da tərtib olunmuş protokola imza etmişdir. «Samsunq» markalı mobil telefon sübut əhəmiyyət kəsb etdiyindən də götürələrək ona qaytarılmamışdır. Həmin heroini və psixotrop maddə olan metamfetaminin bir qismini şəxsi istifadəsi üçün, bir qismini isə satmaq üçün əldə etmişdir. Psixotrop maddə olan metamfetamini və heroini aldığı şəxsin anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuşdur. Həmin metamfetamini və heroini əldə etmək üçün İran İslam Respublikasının vətəndaşına vermiş olduğu 150-200 manat məbləğində pul onun özünə məxsus olan pul olmuşdur. Onları almaqda ona kömək edən olmamış, bunu tək etmişdir. Metamfetamini Şahid3 25 manata satarkən sonuncu onların haradan əldə edilməsi barədə heç bir məlumatı olmamış, o özü də Kamilə bu barədə heç nə deməmişdir. Şahid3 ondan təxminən 3 qram miqdarında metamfetamini hansı məqsədlə alması barədə də onun heç bir məlumatı olmamışdır. O hüquqlarını bilir, o polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, təsir və təziq göstərilməmiş və heç bir hüququ pozulmamışdır.” Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 22.05.2021-ci il tarixdə Sumqayıt şəhərində Fərid adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 22.05.2021-ci il tarixdə, saat 22:23-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri “Mehdi Hüseynzadə” adına idman stadionunun yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində çəkiliş zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxladığı ağ rəngli «Vinçestr» markalı siqaret qutusunu, şalvarının sağ yan cibində saxladığı 1 ədəd «Samsung» markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə açılıb baxılarkən qutuda 3 ədəd şəffaf rəngli sellofan bükümlər müəyyən olunmuş, birinci böyük büküm açılan zaman oradan narkotik vasitə olan heroin, 2-ci büküm açıldıqda psixotrop maddə metamfetamin, 3-cü büküm açıldıqda isə orada 4 ədəd ayrı-ayrı gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Fərid aşkar olunan heroini və metamfetamini 22.05.2021ci il tarixdə İran İslam Respublikasının vətəndaşından Bakı şəhəri ərazisində 150-200 manat pul ödəməklə alıb özündə saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİnin CAŞ-nin kiçik inspektoru vəzifəsində işləyir. 22.05.2021-ci il tarixdə Sumqayıt şəhərində Fərid adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 22.05.2021-ci il tarixdə, saat 22:23-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri “Mehdi Hüseynzadə” adına idman stadionunun yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində çəkiliş zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxladığı ağ rəngli «Vinçestr» markalı siqaret qutusunu, şalvarının sağ yan cibində saxladığı 01 ədəd «Samsung» markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə açılıb baxılarkən qutuda 3 ədəd şəffaf rəngli sellofan bükümlər müəyyən olunmuş, birinci böyük büküm açılan zaman oradan narkotik vasitə olan heroin, 2-ci büküm açıldıqda psixotrop maddə metamfetamin, 3-cü büküm açıldıqda isə orada 4 ədəd ayrı-ayrı gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Fərid aşkar olunan heroini və metamfetamini 22.05.2021ci il tarixdə İran İslam Respublikasının vətəndaşından Bakı şəhəri ərazisində 150-200 manat pul ödəməklə alıb özündə saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. 22 may 2021-ci ildə saat 15 radələrində “20 Yanvar” metrostansiyası yaxınlarında olmuş, oradan əvvəldən tanıdığı Təqsirləndirilən şəxs maşınına minib birlikdə Müşfiqabad qəsəbəsinə getmişlər. Yolda ondan üzərində “şüşə” (psixotrop maddə metamfetamin) olub-olmamasını soruşmuş, Fərid isə onda “şüşənin” olmasını və aldığı qiyməti verə biləcəyini demişdir. Bu qaydada Təqsirləndirilən şəxs öz istifadəsi üçün 01 bükümdə 01 qram psixotrop maddə almış və elə həmin vaxt Müşfiqabad qəsəbəsində 4 nəfər polis əməkdaşı onu və Fəridi tutaraq qollarına qandal vurmuş və Sumqayıt şəhər polis idarəsinə aparmışlar. O, da etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-yə getmiş, orada üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini elan etmişlər. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və həmin sellofan büküm açıldıqda içərsində psixotrop maddə olan metamfetamin müəyyən olunmuşdur. Sorğu zamanı o, aşkar olunan psixotrop maddə olan metamfetamini 22.05.2021-ci il tarixdə, günorta saatlarında Abşeron rayonu, Müşfiqabad qəsəbəsində olan zaman Fərid adlı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını və üzərində saxladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs 20 manatı psixotrop maddəyə, 5 manatı isə taksi üçün olmaqla metamfetamini əldə etmək üçün cəmi Fəridə 25 manat məbləğində pul vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23.05.2021-ci il tarixli, 6/2031 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124» dairəvi möhür əksi olan «Vət. Təqsirləndirilən şəxs üzərindən…» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə «Winchester» göstəricisi olan bir ədəd ağ rəngli siqaret qutusunda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,891 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 5 ədəd kağız və sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,138 qram, 0,145 qram, 0,072 qram, 0,141 qram, 0,662 qram olan 1,158 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. (iş vərəqə 36-39,) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05.08.2021-ci il tarixli, 2679 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 102-103) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, 22.05.2021-ci il tarixdə Sumqayıt şəhərində Fərid adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə daxil olmuş məlumata əsasən həmin gün saat 22:23-də Sumqayıt şəhəri «Mehdi Hüseynzadə adına idman stadionunun yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl idarənin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elsevər Quliyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra baş təhqiqatçı Elsevər Quliyev ona daxil olmuş əməliyyat məlumatına əsasən üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması, satması və istifadə etdiyi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Sədirxan Sədirxanovu təqdim edir, Fərid bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildiriələrək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxladığı ağ rəngli «Vinçestr» markalı siqaret qutusunu, şalvarının sağ yan cibində saxladığı 01 ədəd «Samsung» markalı mobil telefonu çıxardıb təqdim edir. Həmin siqaret qutusunun içərisinə baş təhqiqatçı Elsevər Quliyev tərəfindən açılıb baxılarkən qutuda 03 ədəd şəffaf rəngli sellofan bükümlər müəyyən olunur. Birinci böyük büküm baş təhqiqatçı Elsevər Quliyev tərəfindən açılan zaman oradan narkotik vasitə olan heroin, 2-ci büküm açıldıqda psixotrop maddə metamfetamin, 3-cü büküm açıldıqda isə orada 4 ədəd ayrı-ayrı gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metamfetamin aşkar edilir. Sorğu zamanı Fərid ondan aşkar olunan heroini və metamfetamini 22.05.2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşından Bakı şəhəri ərazisində 150-200 manat pul ödəməklə alıb özündə saxladığını bildirir. Həmin vaxt onun üzərindən aşkar olunmuş heroin və metamfetamin tərəzidə çəkilərək, qablaşdırılır. Fəridə məxsus 01 ədəd «Samsunq» markalı mobil telefon da götürülür. Daha sonra videoçəkiliş dayandırılır. Şəxsi axtarışın keçirilməsini əks etdirən videogörüntü diskə köçürülmüş və həmin disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. ( iş vərəqə 25-26, 83-85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung Galaxy A3» markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon aparatının daxil olan və çıxan zənglər papkasına daxil olduqda, orada Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə sonuncunun adını “Mostan” kimi qeyd edən Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 22.05.2021-ci il tarixdə saat 17:21-də 29 saniyə, saat 17:30-da 13 saniyə telefon danışığının aparılması müəyyən edilir. Bundan əlavə, Təqsirləndirilən şəxs mobil telefon aparatında iş üçün sübut əhəmiyyətli telefon danışıqları, mesaj mübadiləsi, votsap yazışmaları, səsli mesajlar, videogürüntülər, fotoşəkillər aşkar edilmədi. (iş vərəqə 99) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut hesab edilməsi barədə” 15 iyul 2021-ci il tarixli qərardan və “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 10,841 qram narkotik vasitə heroin və 0,958 qram olan psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş 01 ədəd «Samsunq Galaxy A3» markalı mobil telefon aparatı saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (iş vərəqə 75-76, 83-85, 139- 146) Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X4 15.12.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən döyülərək, qeyri-insanı rəftar, təsir və təzyiqlərə, fiziki və psixi təsir göstərilərək qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 1, iş vərəqə 91) İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti 3 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xırdalan şəhəri 26-cı məhəllə 162 nömrəli mənzildə qeydiyyatdadır. Yaşadığı müddət ərzində onun barəsində 3 saylı MTİİTS-ə heç bir şikayət ərizəsi daxil olmamışdır. ( cild 1, iş vərəqə 131) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələr və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Eyni zamanda, məhkəmədə dindirilmiş Şahid3 ifadəsi ilə habelə məhkəmədə araşdırılmış yuxarıda qeyd olunan mobil telefona baxış haqqında protokoldan da narkotik vasitənin satılması haqqında subyekt, hadisə yeri, satılacaq narkotik vasitənin növü, satış qiyməti haqqında məlumatlar aydın şəkildə müəyyən olunur və bununla da bir daha sübut olunur ki, təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir.Həmçinin təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş vərəqə 19, 48-69) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 may 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 05.08.2021-ci il tarixli, 2679 saylı rəyinə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut Sumqayıt ŞPİ-də saxlanılan–təhqiqatdan sonrakı qalıq 10,841 qram narkotik vasitə heroin və 0,958 qram olan psixotrop maddə olan metamfetamin hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməli, 01 ədəd “Samsung Galaxy A3” markalı telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı və 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan –təhqiqatdan sonrakı qalıq 10,841 qram narkotik vasitə heroin və 0,958 qram olan psixotrop maddə olan metamfetamin hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin, 01 ədəd “Samsung Galaxy A3” markalı telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın və 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın.. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Rəşad Əliyev Məruzəçi Hakim: İmza Hafiz Əliyev Hakim: İmza Fəhmin Hümbətov Əsli ilə düzdür, Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar