Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-68/2023 20.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Qazaxıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə onların həqiqi məzmununu təhrif edən bilə-bilə yalan məlumatlar daxil edilməsini təşkil etməklə vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Belə ki, o, müxtəlif ad, çeşid və miqdarda süd və süd məhsullarının istehsalını və satışını həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış təmsilçisi vəzifəsində işləyərkən Cəmiyyətlə aralarında bağlanmış 22 iyun 2021-ci il tarixli əmək və həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq, Cəmiyyətin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək, ona etibar edilmiş inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmaq və öhdəsində olan maddi sərvətlərlə bağlı məsul şəxs kimi müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirməyi üzərinə götürdüyü halda, həmin müqaviləyə əsasən maddi-məsul şəxs kimi, "xxxx" MMC-nin mülkiyyətində olan malları Cəmiyyətin Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən hazır məhsul anbarından təhvil alıb Cəmiyyətlə ticarət münasibətlərində olan müştərilərə MMC tərəfindən müəyyən edilmiş qiymətlərə sataraq əldə etdiyi satış pulunu Cəmiyyətin xəzinəsinə mədaxil etməli olduğu halda, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmiş, bu məqsədlə öz qulluq mövqeyindən istifadə edərək fəaliyyət sahəsinə aid edilmiş vəzifəli şəxs kimi rəsmi sənədlərə onların həqiqi məzmununu təhrif edən bilə-bilə yalan məlumatlar daxil edilməsini təşkil etməklə, yəni Cəmiyyətlə ticarət münasibətlərində olmayan "xxxx", "xxxx", "xxxx" adlı şərti müştərilər yaradaraq, həmin müştərilər tərəfindən faktiki olaraq mal sifariş vermədikləri halda guya ona qatıq, pendir və yağ sifariş vermələri barədə məlumatları mütəmadi olaraq MMC-yə bildirməklə 15 aprel 2021-ci il tarixdən 08 iyun 2021-ci il tarixədək olan müddət ərzində rəsmi sənəd olan satış fakturaları əsasında, o cümlədən, xx.xx.2021-ci il tarixli 001-17090 nömrəli satış fakturası ilə 13300 manat, xx.xx.2021-ci il tarixli 001-17324 nömrəli satış fakturası ilə 24628 manat, xx.xx.2021-ci il tarixli 001-21006 nömrəli satış fakturası ilə 5800 manat, xx.xx.2021-ci il tarixli 001-21007 nömrəli satış fakturası ilə 8700 manat, xx.xx.2021-ci il tarixli 001-21008 nömrəli satış fakturası ilə 2900 manat, xx.xx.2021-ci il tarixli 001-21009 nömrəli satış fakturası ilə 14500 manat, xx.xx.2021-ci il tarixli 001-21010 nömrəli satış fakturası ilə 3555 manat, xx.xx.2021-ci il tarixli 001-21011 nömrəli satış fakturası ilə 1060 manat, xx.xx.2021ci il tarixli 001-21012 nömrəli satış fakturası ilə 2900 manat, xx.xx.2021-ci il tarixli 001- 21806 nömrəli satış fakturası ilə 1592 manat, xx.xx.2021-ci il tarixli 001-22123 nömrəli satış fakturası ilə 1319 manat, xx.xx.2021-ci il tarixli 001-22226 nömrəli satış fakturası ilə 890,30 manat olmaqla Cəmiyyətin Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən hazır məhsul anbarından ümumilikdə 81144,30 manat dəyərində müxtəlif miqdarda qatıq, yağ və pendir çıxartmaqla, həmin malları Cəmiyyətlə ticarət münasibətlərində olmayan fiziki şəxs Şahid6 və istintaqa məlum olmayan digər şəxslərə satmaqla əldə etdiyi nağd pul vəsaitinin 20200 manatını kassa mədaxil orderləri əsasında hissə-hissə cəmiyyətin xəzinəsinə nağd olaraq mədaxil etsə də, geri qalan 60944,30 manat satış pulunu Cəmiyyətin xəzinəsinə təhvil verməyib ələ keçirərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə onların həqiqi məzmununu təhrif edən bilə-bilə yalan məlumatlar daxil edilməsini təşkil etməklə saxtakarlıq edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş 60944,30 manat dəyərində külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin dekabr ayından “Bakı Süd Co" MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Satış təmsilçisi kimi malları MMC- nin anbarından götürüb müştərilərə çatdırılmaq, daha sonra həmin malların ödənişlərini müştərilərdən yığaraq MMC-nin kassasına mədaxil edirmiş. İşlədiyi müddətdə malları müştərilərə çatdırmaq üçün MMC tərəfindən ayrılmış avtomaşının sürücüsü Elməddin idi. 2020-ci ilin dekabr ayından 2021-ci ilin mart ayınadək “Bravo”, “Bolmart” və “Grandmart" adlı marketlər şəbəkələrinə MMC-nin istehsal etdiyi məhsulları satmışdır. Satdığı mallara görə həmin müştərilər ödənişləri köçürmə yolu ilə edirdilər. Sonradan MMC rəhbərliyi ona marketlər şəbəkəsindən savayı başqa müştərilərə də, mal satmaq üçün razılıq verdi. 2021-ci ilin mart ayından başlayaraq “Sadiq hotel", “Həci Suraxanı", yəni “Mərasim evi" və “Namiq topdan" adlı şərti müştərilər yaradaraq, həmin müştərilərin adlarına MMC-nin anbarından ümumilikdə 60000 manatdan artıq dəyəri olan "Bəyaz" adlı pendir və “Sprid" adlı yağ çıxarıb hamısını yarı qiymətinə, bəzən isə yarı qiymətindən də aşağı qiymətə Nəcbəddin adlı şəxsə satmışdır. Malları MMC-nin anbarından satış fakturaları əsasında götürürmüş, MMC-də olan anbar sənədlərinə hansı maldan hansı müştəriyə nə qədər satılacağını qeyd edirmiş, növbəti gün anbardar həmin malları hazırlayıb mənə verirmiş. Malları Nəcbəddinə dəyərindən ucuz qiymətə satarkən ona əksər vaxtlar satış fakturası vermirmiş. Bəzi hallarda Nəcbəddinə malları özündə olan əlyazma qaimələr əsasında verirmiş. Malları Nəcbəddinə yarı qiymətinə satmağına səbəb MMC tərəfindən ona verilməli olan satış faizinin daha çox olması idi. Çünki nə qədər çox mal satıb kassaya ödəniş etsəydi, alacağı satış faizi daha çox olacaqdı. Tanışı Şahid8 MMC-nin rəhbərliyinə "xxxx" adlı müştəri kimi təqdim edib, onun adının Sadiq olduğunu demişdir. Onun xahişləri ilə Şahid8 MMC-nin satış müdiri Rövşən müəllimlə bir neçə dəfə mobil telefon vasitəsilə danışıb, "xxxx" adlı müştəri olduğunu, aldığı mallara görə ödənişləri bir neçə günə ödəyəcəyini deyib. Seymurun mobil nömrəsini MMC-nin rəhbərliyinə o vermişdir. Bu yolla "xxxx" adlı müştərinin mövcudluğuna MMC-nin rəhbərliyini inandırmışdır. Halbuki, elə bir müştəri heç vaxt mövcud deyildi. Müxtəlif vaxtlarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumən 20 min manat məbləğində dəymiş ziyanı ödəmişdir. 60 min manatlıq ziyan ödənilməmiş qalmışdır. Əməlindən peşmandır. Aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X5 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, təmsil etdiyi hüquqi şəxsə qarşı törədilmiş cinayət əməli nəticəsində 60944,30 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışlar cə dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, 2020-ci ilin sentyabr ayından "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işə başlayıb. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi vəzifələri sifarişlərin müştərilərdən qəbul edilməsi, malların müştərilərə çatdırılması və ödənişləri müştərilərdən yığaraq MMC-nin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs işlədiyi müddətdə həm soyuq, həm də isti satış həyata keçirmişdir. MMC-nin müəyyən etdiyi qaydalara əsasən satış təmsilçiləri MMC-nin anbarından malları satış fakturalarına əsasən qəbul edir, ödənişləri müştərilərdən yığıb kassa mədaxil orderi əsasında MMC-nin kassasına mədaxil edir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə "xxxx", "xxxx" və "xxxx" adlı mövcud olmayan şərti müştərilər yaradıb MMC-nin anbarından külli miqdarda mal çıxarıb bizə məlum olmayan şəxslərə satıb və əldə olunmuş satış pullarını MMC-nin kassasına mədaxil etməyib. Alxan anbardan malları "xxxx", "xxxx" və "xxxx" adlı şərti müştərilərin adlarına çıxarıb, satış fakturalarında, kassa mədaxil orderlərində həmin müştərilərin adlarını qeyd edib. Alxan Seymur adlı tanışını MMC-yə "xxxx" adlı müştəri kimi təqdim edərək onun X10 olduğunu deyib. Seymur onun qəbulunda da olmuşdur və Sadiq adı ilə 48728 manat satış pulunun özündə olması ilə bağlı öhdəlikdə yazmışdır. Sonradan onlara məlum oldu ki, həmin şəxsin adı Sadiq deyil, Seymurdur. Bundan sonra Təqsirləndirilən şəxs fəaliyyəti barədə daxili təftiş aparıldı və bu zaman məlum oldu ki, Təqsirləndirilən şəxs ümumilikdə 60 min manat satış pulunu müştərilərdən almasına baxmayaraq, MMC-nin kassasına mədaxil etməyib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nümayəndə1 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləyirdi. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi vəzifəsi sifarişlərin müştərilərdən qəbul edilməsi, malların müştərilərə verilməsi və ödənişləri müştərilərdən yığaraq MMC-nin kassasına mədaxil edilməsindən ibarət idi. MMC-nin müəyyən etdiyi qaydalara əsasən satış təmsilçiləri MMC-nin anbarından malları satış fakturalarına əsasən qəbul edirdi. Daha sonra isə ödənişləri müştərilərdən yığıb kassa mədaxil orderi əsasında MMC-nin kassasına mədaxil edirdi. Təqsirləndirilən şəxs da anbardan malları satış fakturalarını imzalamaqla qəbul etmişdi. Alxan müştərilərdən sifarişləri qəbul etdikdən sonra əlyazma qaimələrdə hansı müştəridən nə qədər sifariş götürdüyünü qeyd etmiş, daha sonra isə həmin müştərilərin adlarına operator tərəfindən satış fakturaları tərtib olunmaqla, anbara verib. Alxan malları anbardan satış fakturalarını imzalamaqla qəbul edib. Alxanın əməli nəticəsində şirkətə təxminən 60 min manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Akif oğlu istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış təmsilçisi kimi çalşırdı. Müştərilərdən sifarişləri qəbul edir, malları müştərilərə verir və ödənişləri müştərilərdən yığaraq MMC-nin kassasına mədaxil edirdi. İlk əvvəllər çox düzgün işləsə də, sonradan artıq saxta müştərilərin adları ilə anbardan mal çıxararaq onlara vermiş, əldə edilən ödənişləri də kassaya mədaxil etməmişdir. Bu sonradan aparılmış audit yoxlaması nəticəsində məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Müxtəlif şəxslərdən pendir alaraq topdan satış obyeklərinə satmaqla məşğuldur. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Alxan "xxxx" şirkətində ekspeditor işləyirdi. 2021-ci ilin yaz-yay aylarında Alxan ona "xxxx" MMC-nin istehsal etdiyi pendiri almağı təklif etdi. Həmin vaxt Alxan ona pendiri çox ucuz qiymətə təklif elədiyi üçün onunla razılaşdım. Alxandan aldığı pendirin hər kiloqramına görə 2,3 manat, 2.4 manat, 2,5 manat, bəzən isə 2,8 manat pul ödəyib, pulu yalnız Alxanın özünə verib. Alxandan MMC tərəfindən pendirin niyə görə ucuz qiymətə satdığını soruşduqda, ona həmin malların endirimə düşdüyünü, buna görə də, MMC tərəfindən ucuz satıldığını deyib. Alxandan təxminən 4-5 dəfə mal almışdır və aldığı malların pulunu da, Alxanın özünə vermişdir. Alxandan təxminən 5-6 ton "xxxx" MMC-nin istehsal etdiyi pendir almışdır. Alxan ona satdığı malları "xxxx" MMC-nin avtomaşınında özü gətirib 4-cü mkr-da yerləşən anbara boşaldırdı, hətta bir dəfə "xxxx" MMC-nin avtomaşınından bir başa onun avtomaşınına boşaltmışdı. Alxandan yalnız pendir almışdır, "xxxx" MMC-nin istehsal etdiyi yağ və ya digər hər hansı bir süd məhsulu almamışdır. Alxan ona "xxxx" MMC-nin istehsal etdiyi split yağlarını ucuz qiymətə təklif etmişdir, o həmin yağları pendir sexinə, şor sexinə sata biləcəyini demişdir. Alxandan aldığı splid yağını Beyləqanda sexlərə satıb. Alxanla qaiməsiz işləmişlər. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin mart ayından "xxxx" MMC-də maliyyə departamentinin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi vəzifələri sifarişlərin müştərilərdən qəbul edilməsi, malların müştərilərə verilməsi və ödənişləri müştərilərdən yığaraq MMC-nin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs işlədiyi müddətdə həm soyuq, həm də, isti satış həyata keçirmişdir. MMC-nin müəyyən etdiyi qaydalara əsasən satış təmsilçiləri MMC-nin anbarından malları satış fakturalarına əsasən qəbul edir. Daha sonra isə ödənişləri müştərilərdən yığıb kassa mədaxil orderi əsasında MMC-nin kassasına mədaxil edir. Təqsirləndirilən şəxs məhz işlədiyi müddətdə satış fakturalarını imzalamaqla malları MMCnin anbarından qəbul etmişdir. Belə ki, Alxan müştərilərdən sifarişləri qəbul etdikdən sonra əlyazma qaimələrdə hansı müştəridən nə qədər sifariş götürdüyünü qeyd etmiş, daha sonra isə həmin müştərilərin adlarına operator tərəfindən satış fakturaları tərtib olunmaqla, anbara verilmişdir. Alxan isə malları anbardan satış fakturalarını imzalamaqla qəbul etmişdir. Alxanın işlədiyi müddətdə operatorun kim olmasını hazırda xatırlamır, həmin operator artıq MMC-də işləmir. Təqsirləndirilən şəxs nisyə satış həyata keçirmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə "xxxx", "xxxx" və "xxxx" adlı mövcud olmayan şərti müştərilər yaradaraq, həmin müştərilərin adlarına MMC-nin anbarından külli miqdarda mal çıxararaq onlara məlum olmayan şəxslərə satmış və əldə olunmuş satış pullarının bir hissəsini isə MMC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Hətta Alxan anbardan malları həmin müştərilərin adlarına çıxartmış, satış fakturalarında, kassa mədaxil orderlərində həmin müştərilərin adları qeyd olunmuşdur. Alxan Seymur adlı tanışını MMCyə "xxxx" adlı müştəri kimi təqdim etmiş, sonuncunun X10 olduğunu bildirmişdir. X14 adı ilə 48728 manat satış pulunun özündə olması ilə bağlı öhdəlikdə yazmışdır. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxsin adı Sadiq deyil, Seymurdur. Alxan qeyd olunan şərti müştərilərin adlarına MMC-nin anbarından çıxartdığı malları MMC ilə əməkdaşlıq etməyən Nəcbəddin adlı şəxsə və MMC-yə məlum olmayan digər şəxslərə satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs satdığı mallara nisbətdə MMC-nin kassasına daha az ödəniş mədaxil etməsini görüb, sonuncu barəsində daxili təftiş aparılmış və müəyyən olunmuşdur ki, Alxan 60944,30 manat satış pulunu müştərilərdən almasına baxmayaraq, MMC-nin kassasına mədaxil etməmişdir. Bununla bağlı Alxanın özünündə iştirakı ilə üzləşmə aktı tərtib olunmuş və Alxan da, aktı imzalamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və hesabında 60944,30 manat satış pulu çatışmazlığı yaranması öz təsdiqini tapmışdır. "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs işlədiyi müddətdə 60944,30 manat satış pulunu MMC-nin kassasına mədaxil etməyib, mənimsəyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs başqa müştərilərə də, mal satmış və həmin müştərilər real müştərilər olmuşdur. Həmin müştərilərlə bağlı Alxanın kəsri yaranmamışdır. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də anbar müdiri, yəni anbardar vəzifəsində işləyir. "xxxx" MMC süd məhsullarının istehsalını və satışını həyata keçirir. Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi vəzifələri sifarişlərin müştərilərdən qəbul edilməsi, malların müştərilərə çatdırılması və ödənişləri müştərilərdən yığaraq MMC-nin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs sifarişləri satış fakturası əsasında ondan qəbul etmişdir. Satış fakturalarında satış təmsilçisinin və müştərinin adı, malların miqdarı, ümumilikdə dəyəri və müştəriyə edilmiş endirim məbləği qeyd olunur. Alxan malları satış fakturalarını imzaladıqdan sonra qəbul etmişdir. Belə ki, Alxan müştərilərdən sifarişləri qəbul etdikdən sonra MMC-yə gələrək əlyazma qaimələrdə hansı müştəridən nə qədər sifariş götürdüyünü qeyd etmiş, daha sonra isə həmin müştərilərin adlarına operator tərəfindən satış fakturaları tərtib olunmaqla, anbara verilmişdir. Alxan isə malları anbardan satış fakturalarını imzalamaqla qəbul etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs müştərilərdən aldığı külli miqdarda satış pulunu MMC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Şahid5 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin avqust ayından 2021-ci ilin avqust ayınadək "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs tanıyır, sonuncu MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə MMC tərəfindən ona avtomaşın ayrılmış və həmin avtomaşınla Alxanın sifarişi olan malları daşımışdır. Belə ki, Alxan, sifarişi əsasında MMC-nin anbarından çıxan malları onun idarə etdiyim avtomaşın vasitəsi ilə müştərilərə çatdırmışdır. Onun işii yalnız avtomaşını idarə etmək olmuş, malların anbardan qəbul edilməsi və müştərilərə çatdırılması, müştərilərdən ödənişlərin yığılmasına Alxan cavabdeh olmuşdur. Mallar müştərilə çatdırılarkən Alxan həmişə avtomaşında olmuşdur. Sonradan Alxanın satışında ciddi yüksəliş olmuş, MMC-də ən yüksək satışı məhz Alxan həyata keçirtmişdir. Bir müddət sonra isə Alxanın, satdığı mallara görə MMC-nin kassasına ödəniş etməməsi məlum olmuşdur. MMC tərəfindən aparılmış yoxlama zamanı Alxanın hesabında çatışmazlıq aşkar olunmuş və məlum olmuşdur ki, Alxan müştərilərə satdığı malların bir hissəsinin pulunu MMC-nin kassasına ödəməmişdir. O, sonradan bilmişdir ki, Alxan bir neçə şərti müştəri yaradaraq, MMC-nin anbarından mal çıxartmış və həmin malları Nəcbəddin adlı şəxsə satmışdır. Alxan malları Nəcbəddin adlı şəxsə əsasən “keşlə bazarı” və 9-cu mkr. ərazilərində vermişdir. Alxanın özü ona demişdir ki, Nəcməddin MMC-yə gələrək ona mal satılması üçün rəhbərliklə danışmışdır. O, sonradan bilmişdir ki, Nəcbəddin ümumiyyətlə MMC ilə əməkdaşlıq etməmişdir. O, heç vaxt Alxanın sifarişi olan malları hansısa müştəriyə təkbaşına çatdırmamış, həmin sifarişlərlə bağlı hansısa bir müştəridən ödəniş almamışdır. Ümumiyyət o, avtomaşına yüklənmiş malların hansı müştərilərə çatdırılmalı olmasını bilməmiş, Alxanın özü ona malların hansı müştərilərə çatdırılacağını demişdir. İşlədiyi müddətdə Alxanın şərti müştərilər yaradaraq MMC-nin anbarından mal çıxartmasını, MMC-nin Nəcbəddin adlı şəxslə əməkdaşlıq etməməsini, Alxanın Nəcbəddinə satdığı malların pulunun bir hissəsini MMC-nin kassasına ödəmədiyini bilməmişdir. Şahid7 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Alxan "xxxx" MMC-də ekspeditor işləmişdir. 2021-ci ilin may ayının sonlarında Alxan ona işlədiyi MMCdən mal götürüb müştəriyə verdiyini, lakin MMC-nin rəhbərliyinin həmin müştəridən xəbəri olmadığını, MMC-nin həmin müştəri ilə rəsmi qaydada işləmədiyini, malı həmin müştəriyə satdıqda müəyyən məbləğdə xeyri, yəni gəliri olduğunu, MMC-nin rəhbərliyi onun həmin müştəriyə mal satdığını biləcəyi təqdirdi, müştəri ilə rəsmi əməkdaşlıq edəcəyini və bu zaman onun həmin gəlirdən məhrum olacağını deyib, ondan istifadəsində olan mobil nömrəyə MMC-dən zəng oluncağı təqdirdə özünü “Həci” adlı müştəri kimi təqdim etməsini və hazırda rayonda olduğunu, səhəri gün Bakı şəhərinə qayıdacağını və ödənişi Alxana verəcəyini deməsini xahiş etmişdir. O, əvvəlcə etiraz edib Alxandan ona problem yaratmamasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs and aman edərək ona heç bir problem yaranmayacağını, sadəcə həmin müştərini itirmək istəmədiyini demişdir. Bundan sonra o, Alxana inanıb razılaşmışdır. Həmin gün işdə olduğu vaxt istifadəsində olan ********** saylı mobil nömrəyə ********** saylı mobil nömrədən zəng gəlmiş və zəngə cavab vermişdir. Zəng edən şəxs “Salam Həci” deyərək, "xxxx" MMC-nin əməkdaşı olduğunu bildirmiş və ondan malın pulunu nə vaxt ödəyəcəyini soruşmuşdur. Bu vaxt o, həmin şəxsə Alxan ona dediyi kimi cavab vermiş və hazırda rayonda olduğunu, sabah Bakı şəhərinə qayıdacağını və pulu Alxana verəcəyini demişdir. Bundan sonra Alxana zəng edib, MMCnin əməkdaşı ilə danışdığını deyib, məsələni həll etməsini istəmişdir. Səhəri gün Alxan ona zəng edib, pulu müştəridən ala bilmədiyini, sabah alacağını demiş və məndən MMCdən zəng gələcəyi təqdirdə ödənişi sabah saat 8-də Alxana verəcəyini deməsini xahiş etmişdir. Həmin gün ********** saylı mobil nömrədən istifadəsində olan ********** saylı mobil nömrəyə yenidən zəng olunmuş və o, zəng cavab verib, zəng edən MMC-nin əməkdaşına “ sabah saat 8-də pul Alxanda olacaq, ondan götürərsiz” demişdir. O, sonradan bilmişdir ki, Alxan ondan başqa Seymur adlı tanışını da, aldatmış, Seymuruda MMC-yə müştəri kimi tanıtmışdır. Bu yolla Alxan MMC-dən ümumi dəyəri 60000 manatdan artıq mal çıxararaq satmış və əldə etdiyi pulu isə mənimsəmişdir. O, "xxxx" MMC-nin rəhbərliyini, hər hansı əməkdaşını tanımır, MMC-nin harada yerləşdiyini bilmir. Həmçinin Alxanın MMC-nin anbarından çıxartdığı malları kimə satmasını, hansı qiymətə satmasını bilməmişdir. Ayxanın belə bir hərəkət etməsindən sonradan məlumatı olmuşdur. Şahid8 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, o, **-KP-*** dövlət qeydiyyat nişanlı, “Mercedess E 270” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayından etibarən tanıyır. Həmin vaxt o, idarə etdiyi taksi ilə Alxanı, arvadını və anasını Zabratdan Sabunçu rayonuna aparmışdır. Maşında aralarında olan söhbət əsnasında Alxan ona “Bravo” marketlər şöbəkəsinə süd satdığını bildirmiş və həmin vaxt onlar biribirilərinə mobil nömrələrini vermişlər. Bundan sonra Alxanla aralarında münasibət yaranmış və o idarə etdiyi taksi ilə 2-3 dəfə Alxanın ailə üzvlərini müxtəlif yerlərə aparmışdır. Həmçinin Alxanın çağırışı əsasında özünü və uşaqları bir neçə dəfə idmana aparmışdır. Lakin Alxan ona konkret harada işləməsini deməmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs "xxxx" adlı şərti müştəri yaradaraq, həmin müştərinin adına "xxxx" MMC-nin anbarından süd məhsulları çıxartmış və onu MMC-nin rəhbərliyinə "xxxx" adlı müştəri kimi təqdim edərək, adının Sadiq olduğunu bildirmişdir. 2021-ci ilin may ayında Alxan ona işlədiyi şirkətdən zəng olunacağını və ondan “borcu niyə ödəmirsən” soruşulacağını, onun isə zəng edən şəxsə pulu yaxın vaxtlarda ödəyəcəyini deməsini xahiş etmişdir. O, Alxandan bunun səbəbini soruşduqda sonuncu “mən işlədiyim şirkətə səni "xxxx" adlı müştəri kimi təqdim etmişəm, mobil nömrəvi şirkətə vermişəm, sən mən deyə kimi cavab ver, mən vaxt qazanım, satdığım malların pulunu müştərilərdən yığıb şirkətə ödəyim” deyə cavab vermişdir. Həmin vaxt "xxxx" MMC-nin satış müdiri Rövşən müəllim onun istifadəsində olan mobil nömrəyə zəng edib, özünü təqdim etmiş və o, sonuncuya Alxanın dediyi kimi cavab vermişdir. Həmin vaxt Alxan onun yanında olmuş və ondan Rövşənə “15 günə ödəyəcəm” cavabını verməsini istəmiş və o da, Rövşənə bu formada cavab vermişdir. Rövşən müəllim onu "xxxx" adlı müştəri bilib, malların pulunu ödəməsi üçün 15 gün vaxt vermişdir. O, 15 gün tamam olmamış Alxana zəng edib satdığı malların pulunu şirkətə ödəyib-ödəmədiyini soruşmuş və sonuncu ona “narahat olma, boş şeydir” deyə cavab vermişdir. 15 günün tamamında Rövşən müəllim yenidən ona zəng etmiş və o, sonuncuya hazırda avtomobil idarə etdiyi üçün danışa bilmədiyini, daha sonra zəng edəcəyini deyib, zəngi sonlandırmışdır. Bundan sonra dərhal Alxana zəng edib Rövşənin zəng etdiyini bildirmiş və Alxan ona “Rövşənə zəng et de ki, ayın sonunadək pul ödəniləcək, narahat olmasın” deyə cavab vermişdir. Daha sonra o, Rövşənə zəng edib borcun ayın sonunadək ödəniləcəyini bildirmiş və sonuncu onunla razılaşmışdır. Alxan həmçinin ona MMC-yə borcunun 17728 manat olduğunu demişdir. 2021-ci ilin iyun ayının ilk günlərində Alxan ona zəng edib MMC-nin direktoru Şahid1 "xxxx" adlı müştəri ilə görüşmək istədiyini bildirmişdir. Səhəri gün o, "xxxx" MMC-yə getmək üçün Alxanla görüşmüşdür. Yolda olarkən Alxana yalan danışa bilməyəcəyini dedikdə sonuncu ona “boş şeydir, narahat olma, xahiş edirəm məni vəziyyətdən çıxart ki, müştərilərdən pulları yığıb şirkətə ödəyim, mən müştərilərdən pulu indi alsam onlar birdə məndən mal almayacaqlar, əgər sənə nəsə desələr, hətta təhqir belə etsələr mənə görə onlara cavab vermə” demişdir. O, Alxanın yalvardığını görüb, yazığı gəlmiş və buna görə də, sonuncu ilə razılaşmışdır. MMC-də olduqları vaxt satış müdiri Rövşən ondan “Sadiq, niyə borcu ödəmirsən” deyə soruşduqda, o, “bir qədər vaxt verin, inşallah pul ödəniləcək” deyə cavab vermişdir. O, həmin vaxtdan bir müddət sonra bilmişdir ki, Alxan MMC-nin rəhbərliyini aldadaraq “mən gedirəm rayona, Sadiqin, valideynlərinin yanına onlardan pulu alıb şirkətə ödəyəcəm” demişdir. Həmin gün o, şirkətin direktoru ilə görüşməmişdir. Söhbət zamanı Rövşən müəllim pulu ödəməsi üçün Alxana bir ay vaxt vermişdir. xx.xx.2021-ci il tarixdə Alxan ona zəng edib yenidən işlədiyi şirkətə getməli olduqlarını bildirmişdir. O, Alxana daha yalan danışmayacağını, onu vəziyyətdən çıxartmayacağını, şirkətə getməyəcəyini dedikdə, sonuncu hazırda dəniz kənarında olduğunu deyib, onun gəlməyəcəyi təqdirdə intihar edəcəyini bildirmişdir. Alxanın bu sözlərindən sonra o, sonuncu ilə razılaşmışdır. Həmin gün Alxanla birlikdə MMC-yə gedib, əvvəlcə Rövşən müəllimin, daha sonra isə direktor Şahid1 qəbulunda olmuşdur. Həmin vaxt Şahid1 ona “mənim pulumu niyə yemisən” deyə sual vermiş, o, isə “mən heç kimin pulunu yeməmişəm” deyə cavab vermişdir. Daha sonra Şahid1 ona “əgər pulumu yeməmisənsə zəng elə müştərilərə de ki, məni sahibkarın yanında niyə pis vəziyyətdə qoyursuz, pulları ödəyin” demiş, o, isə zəng edə bilməyəcəyini bildirmişdir. Yusifov isə cavabında “görürsən zəng edə bilmirsən deməli müştərilərdən pulu alıb mənimsəmisən” demişdir. Həmin vaxt Alxan onun Şahid1 cavab verməsinə imkan verməyib, söhbətə müdaxilə edərək onun müştərilərlə dalaşdığını demişdir. Daha sonra Şahid1 ona öhdəlik yazdırmış və o, ümumilikdə 48728 manat borcu Sadiq adı ilə öz öhdəsinə götürmüş və yazılı öhdəlikdə adını Sadiq deyə qeyd etmişdir. Həmçinin həmin vaxt Natiq müəllim ona Alxanın MMC-yə ümumilikdə 60000 manatdan artıq borcu olduğunu bildirmişdir. Sonradan Alxan ona demişdir ki, "xxxx" MMC-nin anbarından 60000 manatlıq süd və yağ məhsullarını çıxarıb yarı qiymətinə satmış və əldə etdiyi pulu isə MMC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Alxanın süd məhsullarını hansı müştərilərə satmasını bilməsə də, yağları Nəcbəddin adlı şəxsin sexinə satmışdır. Bunu Alxanın özü ona demişdir. Sonradan o, Alxana MMC-nin direktorunun adına ərizə yazdırmış və Alxan 48728 manat pulun öz borcu olduğunu etiraf etmişdir. Şahid9 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun köhnə iş yoldaşıdır. Alxanla ya 2019-cu ildə, ya da ki, 2020-ci ildə lavaş istehsalı ilə məşğul olan "xxxx" MMC-də birlikdə işləmişlər. Alxan orada ekspeditor, o isə anbardar işləmişdir. Sonradan o, həmin MMC-dən işdən çıxmış və Əhmədli qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus marketdə anbardar işləməyə başlamışdır. O, işdən çıxdıqdan bir neçə ay sonra Alxanda işdən çıxmış və "xxxx" MMC-də ekspeditor vəzifəsində işləməyə başlamışdır. Alxan "xxxx" MMC-də ekspeditor vəzifəsində işlədiyi müddətdə onun işlədiyi marketə "xxxx" MMC-nin istehsal etdiyi süd məhsulları satmışdır. Sonradan o, marketin başqa filialına işə keçirildiyindən Alxanla demək olarki bütün əlaqələri kəsilmişdir. Çünki Alxan həmin filiala mal satmamışdır. 2021-ci ilin ya yaz, yada ki, yay aylarının birində istifadəsində olan ********** saylı mobil nömrəyə tanımadığı mobil nömrədən zəng olunmuş və o, zəngə cavab verdikdə zəng edən "xxxx" MMC-nin əməkdaşı olduğunu bildirib, Alxanın onunla bərabər bir neçə şəxsin adına MMC-nin anbarından mal çıxartdığını demişdir. O, zəng edən şəxsə “qardaş siz məni tanıyırsınız” deyə sual verdikdə, sonuncu “yox tanımıram” deyə cavab vermişdir. Daha sonra o, zəng edən şəxsə “məndə sizi tanımıram, Alxanla neçə aydır ki, əlaqəm yoxdur, Alxanı görmürəm, mənim bu məsələyə heç bir aidiyyatım yoxdur, gedib Alxanla danışın” deyib zəngi sonlandırmışdır. Bundan sonra o, dərhal Alxanın ********** saylı mobil nömrəsinə zəng edib “işlədiyin şirkətdən mənə zəng edib, sənin mənim adımdan şirkətdən mal çıxartdığını dedilər, bu nə məsələdir?” deyə sual vermiş, Alxan isə “narahat olma, sənlik bir şey yoxdur, nəsə səhvlik olub, mən özüm şirkətlə danışacam” deyə cavab vermişdir. Həmin vaxtdan sonra ona daha "xxxx" MMCdən zəng olunmamış və o, Alxanla əlaqə saxlamamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən müstəqil auditor rəyindən görünür ki, "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs 60944,30 manat dəyərində süd məhsullarını hesab fakturaları əsasında müəssisədən götürsə də, üzərində kreditor borc kimi saxlamış və müəssisəyə geri ödəməmişdir. (Cild 1, iş vərəqləri 7-9) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-mühasibatlıq ekspertizasının 15 noyabr 2021-ci il tarixli 9/7486 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi dövrdə hesabında 60944,30 manat satış pulu çatışmazlığı qalması müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 85-89) Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət – 19 oktyabr 2015-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir. Cəmiyyətin hüquqi ünvanı Abşeron rayonu, Məmmədli kəndidir. MMC süd və süd məhsullarının istehsalını və satışını həyata həyata keçirir. MMC-nin hazır məhsul anbarı Abşeron rayonu, Məmmədli kəndində yerləşir. (Cild 1, iş vərəqləri 10-12) Cinayət işinin materiallarında olan "xxxx" MMC -dən daxil olmuş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla süd və süd məhsullarının istehsalı və satışını həyata keçirir. Cəmiyyətin anbarı Abşeron rayonu Məmmədli kəndində yerləşir. (Cild 1, iş vərəqləri 71) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin direktoru Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli əmək müqaviləsindən və əmək müqaviləsinin elektron bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır (Cild 1, iş vərəqləri 14-21, 23-24) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin direktoru Şahid1 tərəfindən verilmiş 01 oktyabr 2021-ci il tarixli, K43/21 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (Cild 1, iş vərəqləri 72) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin direktoru Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Təqsirləndirilən şəxs ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq, Cəmiyyətin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək, ona etibar edilmiş inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmaq və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrini öhdəsinə götürmüşdür (Cild 1, iş vərəqi 25-27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş 17 aprel 2022-ci il tarixli məktubdan görünür ki, MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs Cəmiyyətə vurduğu maddi ziyan tam olaraq ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. (İ cild, i/v 107-108) Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV № 247352 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü övladı (X8) var. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV № 312904 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs Kərimov X2 Gülmirə Yahya qızı ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3131 nömrəsi ilə qeydə alınmışdır. Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək və özünün həmin cinayətlərin törədilməsində təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ağır, Cinayət Məcəlləsinin 313-cü maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 29-cu bəndində göstərilir ki, mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, Təqsirləndirilən şəxs gənc olması, ailəli olması, özünü təqsirli bilərək səmimi peşmanlıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2022-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (İ cild, i/v 189-190, İ cild, i/v 191-193, İİ cild, i/v 8-12) Məhkəmə Təqsirləndirilən şəxs 1(bir) il, 3(üç) ay, 10 gün müddətində həbsdə olmasını nəzərə alır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X3rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin üzərinə qoyulmalı məhkəmə xərcləri müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Göygöl rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin və əlavə cəzanın icrasının əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-68/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-68/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver