Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-68/2024 29.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Sumqayıt şəhəri 52-ci məhəllə, nömrəsiz fərdi evdə yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs narkotik vasitədən asılılığını təmin edib narkotik vasitə almaq üçün pul əldə etmək məqsədilə 27 avqust 2022-ci il tarixdə saat 10-11 radələrində tanışı Şahid1 ilə Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində görüşərək, narkotik vasitə almaq üçün ondan 15-20 manat məbləğində pul istəmiş, Şahid1 pulu verməkdən imtina etdikdə narkotik vasitəyə olan ehtiyacını ödəmək məqsədilə saat 12:04-də tanışı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona SMS göndərərək ondan 10 manat pul tələb etmiş, sonuncu pulunun olmadığını söylədikdə onu görüşə təkid edib saat 11:30 radələrində Sumqayıt şəhəri, 12-ci mik-n, Çerkasi küçəsi, 557/561 saylı 9 mərtəbəli yaşayış binasının yaxınlığında onunla görüşərək yenidən pul istəyib mübahisə yaratmış, niyyətinə nail olmadıqda əlbəyaxaya keçərək sonuncuya alın nahiyəsinin sağ yarısının və sol gicgah nahiyəsinin sıyrıqları, sol gözaltı nahiyənin sol almacıq nahiyəsinə qədər davam edən qançırı kimi həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarət yetirib, daha sonra üzərində gətirdiyi ümumi uzunluğu 250 mm, dəstək və tiyədən ibarət zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə vuraraq qalxan aortanın və sol ağciyərin kəsilmiş yaraları ilə müşayət olunmuş döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edərək baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağir zərərvurmaya aid edilən xəsarət yetirərək Zərərçəkmiş şəxs tamah niyyəti ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə ortaq dostlarının vasitəsilə tanış olmuşlar. Onunla birlikdə narkotik vasitə istifadə edirdilər. Zərərçəkmiş şəxs və Şahid1 həm narkotik vasitə istifadə edir, həm narkotik vasitələrin satışı ilə məşğul olurdular. Şahid1 və Zərərçəkmiş şəxs hər birinə 5 manat olmaqla, ümumilikdə 10 manat məbləğində borc pul vermişdir. Onların ona borcları olmuşdur. O, Şahid1 pul yox, narkotik vasitə istəmişdir. Bunun üçün Şahid1 ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının arxasında görüşmüşlər. Şahid1 həmin vaxt onun üzərinə bıçaq çıxarmış və onu qorxutmağa çalışmışdır. Həmin vaxt onun yanında bir qız var idi. Şahid1 bu hərəkəti ona pis təsir etmiş və o da bıçaq götürüb onu təqib etməyə başlamışdır. Daha sonra Şahid1 kənara çəkib bıçaqla ona zərbə endirmək istəyirdi. Bu zaman Şahid1 yalvarmağa başlamış və ona narkotik vasitə verəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Həmin gün o Zərərçəkmiş şəxs ilə görüşməli idi. Zərərçəkmiş şəxs ona 5 manat məbləğində borcu olmuşdur. Onun yanına gedərkən yolda “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs həmin borcunu qaytarmasını istəmişdir. O, Zərərçəkmiş şəxs yanına gedib Şahid1 etdiklərini danışacaqdı ki, bu barədə müzakirələr aparsınlar. Zərərçəkmiş şəxs bu pulu qaytarmaqdan imtina etmişdir. Onunla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun vəfat etmiş anasının ünvanına nalayiq ifadələr səsləndirmişdir. O da bu ifadələri qəbul etməyərək, ona 4 dəfə bıçaq zərbəsi vurmuşdur. Bu zərbələrdən biri onun ürəyinə tuş gəlmiş və Zərərçəkmiş şəxs vəfat etmişdir. Zərərçəkmiş şəxsi vurduğu bıçaq Şahid1 vurmaq üçün götürdüyü bıçaq idi. Törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Hadisə 27 avqust 2022-ci il tarixdə təxminən saat 13:00-14:00 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının qarşısında baş vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Qardaşı Şahid3 ona zəng edərək, digər qardaşı Zərərçəkmiş şəxs vurulduğunu və hazırda xəstəxanada olduğunu bildirmişdir. Daha sonra xəstəxanaya getmiş və orada qardaşı Zərərçəkmiş şəxs vəfat etdiyini öyrənmişdir. Daha sonra qardaşı Şahid3 zərərçəkmiş şəxsi Təqsirləndirilən şəxs öldürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs və onun ailəsi tərəfindən barışıq əldə olunması üçün onlara heç bir müraciət edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o hadisənin birbaşa şahidi olmamışdır. Onun heç kimə borcu olmamış, heç kimin də ona borcu olmamışdır. Zərərçəkmiş şəxs və Səftər Bünyatov arasında mübahisə olması barədə məlumatlı deyildi. Onun barəsində aparılan araşdırma ilə əlaqədar, polis idarəsinə çağırılmışdır. Polis idarəsində Şahid3 görmüş, ondan polis idarəsində olmasının səbəbini soruşduqda, qardaşı Zərərçəkmiş şəxs bıçaqlandığını bildirmişdir. Təqsirləndirilən şəxs ondan narkotik vasitə istəmiş, o da ona narkotik vasitə verməmişdir. Buna görə onunla aralarında mübahisə yaranmamışdır. Zərərçəkmiş şəxs da əvvəlcədən tanıyırdı. Pərvin narkotik vasitə istifadə edirdi, lakin satışı ilə məşğul olmurdu. Onunla Təqsirləndirilən şəxs arasında hər hansı mübahisə yarandığını bilmirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə yaxın münasibəti olmamışdır, onu sadəcə tanıyırdı. Hadisə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş vermişdir. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs mübahisə edərkən, o həmin ərazidən keçirdi. Mübahisə zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələr səsləndirirdi, onu yerə yıxaraq boğurdu. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə münasibətdə fiziki cəhətdən daha iri cüssəli idi. Təqribi olaraq, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi bıçaqla vurduğunu gördüyünü xatırlayıram. O, zərərçəkmiş şəxsi xəstəxanaya aparmamışdır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs mübahisə edərkən, onlara yaxınlaşmamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə əl ilə zərbələr endirirdi, həmçinin onu yerə yıxaraq boğurdu. Eyni zamanda, ona qarşı nalayiq ifadələr səsləndirirdi.Hadisə baş verdiyi vaxt ətrafda başqa şəxslər də var idi. Şahid7 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarmda qatarla gələn qonağını qarşılamaq üçün evlərinin təxminən 400-500 metrliyində yerləşən Sumqayıt dəmiryol vağzalına piyada hərəkət etmiş, gəlib 11-ci mikrorayon ərazisində “Səməd” marketin yanından burulub 10 nömrəli şəhər daxili avtobus marşrutun yolu ilə gedərək 12-ci mik-n ərazisində 7A nömrəli binanın tinində yerləşən dönərxanaya çatarkən dönərxananm yanında əynində göy rəngli qısaqol köynək, tünd boz rəngli cins şalvar, əlinin üzərində döyməsi (nakolkası) olan təxminən 20-22 yaşlı cavan oğlanın əynində göy ağ zolaqlı köynək, göy rəngli cins şalvar olan arıq bədən quruluşlu oğlanla narkotik maddədən hündürdən danışıb mübahisə edərək sakitləşmədiklərini görüb bu hərəkətləri diqqətini cəlb etmiş, əvvəl söhbətlərinə müdaxilə edib onları ayırmaq istəsə də söhbətlərindən tanış olduqlarını hiss edib özlərinin ayrılacaqlarını düşünüb onlara yaxınlaşmamış, əlində döyməsi olan oğlan Pərvinə «lomkada» olduğunu, ağrıya dözə bilmədiyini, ona ya dərman ya da dərman almaq üçün pul verməsini tələb etmiş, sonuncu isə pul verməkdən imtina etmiş, Səftər Pərvinlə pul üstündə mübahisə etmiş, sonra onlar küçədən yol kənarında olan hündür mərtəbəli binanın həyətinə keçib orada mübahisəni davam etdirmiş,onlar mübahisəni xeyli hündür səslə apardığından ətrafdakılar, o cümlədən hadisənin yaxınlığında olan dönərxana və avtoyuma sexinin işçiləri bunu görüb eşitmişlər,onlar yol kənarında olan dönərxananm tinindən hündürmətəbli binanın həyətinə burularaq binanın birinci blokunun qarşısında xalça-palaz yumaq üçün nəzərdə tutulan yerə çataraq oradakı oturacağın qarşısında mübahisələrini davam etdirmiş,binanın tinindəki dönərxana və avtoyuma sexinin işçilərinin yola çıxıb həmin oğlanları izlədiyini görüb o, həmin oğlanların arxasınca getmiş, həmin oğlanlar binanm qarşısında əlbəyaxaya keçərək biri-digərini vurub ünvanına nalayiq ifadələr işlətmiş, onlardan bir qədər kənarda olan, güman etdiyi qədər göstərilən binada yaşayan sarışın saçlı adını Xuraman deyib çağırdıqları qadm həmin uşaqlara qışqırıb aralanmağı, söyüş söyməməyi tələb edib iradlarını bildirmişdir. O həmin uşaqları ayırmağa yaxınlaşarkən bu vaxt əlində döyməsi olan oğlanın üzərindən bıçaq çıxarıb mübahisə etdiyi oğlana ardıcıl zərbə endirmiş, sonuncu kənara çəkildiyindən zərbə onu tutmamış, sonuncu zərbə onun ürək nahiyəsindən dəymiş və oğlan aldığı həmin zərbədən bir an dayanıb sonra yerə yıxılmışdır. Hadisə ani baş verib ona çox pis təsir etdiyindən bıçaq vuran oğlanın hadisəni törətdikdən sonra əlindəki bıçağı hara atdığını və ya harada gizlətdiyinə diqqət etməmiş, həmin sarı saçlı qadın başqa qadınla birlikdə qışqırıb haray salaraq ötənləri və qonşuları köməyə çağırmış, hadisə yerinə xeyli sayda kənar şəxslər toplaşmış, oraya gələn şəxslərdən biri hadisəni törədən oğlanı tutub saxlamışdır ki, sonuncu hadisə yerindən qaçmasın, 3-5 dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları və TTYX-nın əməkdaşları gəlmiş, artıq xəsarət alan şəxs ölmüşdür. Sonradan ona məlum olmuşdur ki,bıçaqla adam vuran şəxsin adı Səftər, ölən oğlanın adı isə Pərvin olmuşdur. Onların mübahisəsi və Səftərin Pərvini bıçaqla vurması təxminən 5-10 dəqiqə ərzində baş vermiş, onlar yol boyu yalnız narkotik vasitə və pul barədə danışıb biri-birinə irad tutmuşlar. (Cild 1, iş vərəqləri 171-176) Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o hadisənin birbaşa şahidi olmamışdır. Bildiyinə görə, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs borcu olmuşdur. Həmin borcu qaytarmadığı halda, yenidən qardaşı Zərərçəkmiş şəxs pul istəmişdir. Qardaşı da bu pulu verməkdən imtina etmişdir. Daha sonra Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Qardaşı Zərərçəkmiş şəxs narkotik vasitə istifadə edirdi. Lakin, narkotik vasitələrin satışını həyata keçirmirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o hadisənin birbaşa şahidi olmamışdır. İşdə olduğu zaman telefon vasitəsilə oğlu Zərərçəkmiş şəxs bıçaqlandığını öyrənmişdir. Lakin, hansı səbəbdən bıçaqlanmasını bilməmişdir. Oğlu Zərərçəkmiş şəxs narkotik vasitə istifadə etmirdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkassı küçəsi 557/561 saylı 9 mərtəbəli binanın qarşısında xalça-palaz yumaq üçün düzəldilmiş, su kranı çəkilib oturacaq qoyulub, xalça-palaz qurutmaq üçün xüsusi ip çəkilmiş yerdir. (Cild 1, iş vərəqləri 4-8) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşya və paltarlara baxış keçirilməsi haqqında” 27 avqüst 2022-ci il tarixli protokoldan görünür ki, hadisə baş verərkən məghum Zərərçəkmiş şəxs əynində 01 ədəd qara cins materialdan, uzunluğu 89 sm, bel nahiyəsində eni 42 sm,ön və arxadan 02(iki) ədəd cibləri, üzərində zədə və zədə izləri olmayan şalvar, ağ rəngli, üzərində göy rəngli zolaqları olan, uzunluğu 66 sm, çiyin nahiyəsində eni 40 sm, qollarının uzunluğu 17 sm, ön səthində sağda aşağı sərbəst kənarında 17 sm məsafədə 01 (bir) ədəd 02 sm ölçüdə dəlib-keçən zədəsi olan 01 (bir ) ədəd köynək və ağ rəngli, qolsuz, uzunluğu 70 sm, eni 40 sm, ön hissəsində sol tərəfdə aşağı sərbəst kənarında 30 sm məsafədə 01 (bir) ədəd 1,7 sm ölçüdü dəlib -keçən zədə, ön səthində sağda aşağı sərbəst kənarında 14 sm məsafədə bir ədəd 1,5 sm ölçüdə dəlib- keçən zədə olan, səthinin böyük sahəsini qəhvəyi rəngli ləkələr əhatə etmiş 01 ədəd mayka olmuşdur. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı şalvarının cibində aşkar edilmiş 01 (bir) ədəd mobil telefon « HUAWEİ» markalı “DRA-LXS” modelli ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Hadisə yerində aşkar edilib götürülmüş 01 (bir) ədəd bıçaq qatlanmayan, dəstək və tiyə hissədən ibarət, dəstəyin ümumi uzunluğu 115 mm, əsasında eni 25 mm, qalınlığı 15 mm, tiyəsi ağ gümüşü rəngli, uzunluğu 135 mm, əsasında eni 20 mm- üzərində qəhvəyi rəngli qanabənzər ləkələr olan bıçaq olmuşdur. (Cild 1, iş vərəqləri 9-15) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Paltarlara baxış keçirilməsi haqqında “xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində göy rəngli, qısaqol qarışıq materialdan,uzunluğu 65 sm, çiyin nahiyəsində eni 39 sm, qollarının uzunluğu 18 sm,geyinilmiş,nimdaş, üzərində zədə və zədə izləri olmayan köynək, qara rəngli, cins materialdan, uzunluğu 95 sm, bel nahiyəsində eni 47 sm,ön və arxada 02(iki) ədəd cibi olan, üzərində zədə və zədə izləri aşkar edilməyən şalvar olmuşdur. (Cild 1, iş vərəqləri 51-56) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona şərti nömrə ilə 01-dən 04-ə qədər nömrələnmiş 04 ədəd rənginə və materialına, istifadə təyinatına görə oxşar əlamətlərə malik qatlanmayan, ümumi uzunluğu 250 mm, tiyəsi gümüşü materialdan, hər iki kənarı itilənmiş, itilənmə hündürlüyü 05 mm qədər, tiyənin sol səthində «NERJ» sözü həkk edilmiş, dəstəyi qəhvəyi rəngli taxta lövhədən, lövhənin hər iki üzərinə 3 ədəd metal mil pərçimlənmiş bıçaq digər bıçaqlar arasında,soldan sağa “01” nömrə altında Zərərçəkmiş şəxs qətlə yetirildiyi hadisə yerinə baxış keçirərkən aşkar edilib götürülmüş bıçağı təqdim etdikdə həmin bıçağı xarici əlamətlərinə və Zərərçəkmiş şəxs qətlə yetirərkən ondan silah qismində istifadə etdiyindən tanıdığını bildirmişdir. (Cild 2, iş vərəqləri 14-17) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibb ekspertizasının Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xx.xx.2022ci il tarixli 1305 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsartlər vardır; döş qəfəsinin və bel nahiyəsinin sıyrıqları - Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdır.müayinədən bir günə qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqləri 143-145) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının mərhum Zərərçəkmiş şəxs barəsində vermiş olduğu xx.xx.2022-ci il tarixli 118 saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər vardır; Qalxan aortanm və sol ağ ciyərin kəsilmiş yaraları. Döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmişkəsilmiş yarası, alın nahiyəsinin sağ yarısının, sol gicgah nahiyəsinin sıyrıqlan, sol gözaltı nahiyənin sol almacıq nahiyəsinə qədər davam edən qançırı - Qeyd olunan xəsarətlər həyatidir. Həmin xəsarətlərdən qalxan aortanın və sol ağciyərin kəsilmiş yaraları ilə müşayiət olunmuş döş qəfəsinin ön səthinin sol yarısının, döş boşluğuna nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası, deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən, digər xasarətlər yəni alm nahiyəsinin sağ yarısının sol gicgah nahiyəsinin sıynqları, sol gözaltı nahiyənin sol almacıq nahiyəsinə qədər davam edən qançırı isə bərk küt əşyanın (əşyalann) təsirindən törənmişdir. Törənmə müddəti onun ölümündən az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə qalxan aortanın və sol ağ ciyərin kəsilmiş yaraları ilə müşayiət olunmuş döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir, digər xəsarətlər, yəni-alın nahiyəsinin sağ yarısının və ya sol gicgah nahiyəsinin sıyrıqlan, sol gözaltı nahiyənin sol almacıq nahiyəsinə qədər davam edən qançırı isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb qalxan aortanın deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin müayinəsi başlanandan (xx.xx.2022-ci il saat 15:00) bir- iki saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə , lokalizasiyasına və yara kanalının istiqamətinə əsasən demək olar ki,hadisə baş verən zaman xəsarət yetirənlə xəsarət alan müxtəlif vəziyyətlərdə olmaqla ayaqüstə, üzbəüz və ya yerdə üzbəüz uzanmış vəziyyətdə ola bilərdilər. Hadisə zamanı mərhum Zərərçəkmiş şəxs əynində olan paltarların üzərində olan zədələrdən köynəyin ön səthinin sol yarısında, sol qoltuq tikişindən 9 sm sağda olan zədə onun meyiti üzərində olan xəsarətlə üst-üstə düşür. Paltarların üzərində olan digər zədələr proyeksiyasında meyitin üzərində hər hansı bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryəkqrupu) fonotiazin, pirazalon, 1,4 benzodazepin törəmələri və salisatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 240-250) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə material-maddə və onlardan hazırlanmış məmulatların kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4791 saylı rəyində göstərilmişdir ki,təqdiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs oğuna məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin l№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərində aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərində aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlir. (Cild 1, iş vərəqləri 228 – 233) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 607/2022-MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB/H/(İV). X4 şəxsiyyətini təstiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qrup göstəriləcisi 0(İ).dir. Ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd plastmas çubuğa sarınmış pambıq topasına hopdurulmuş ləkə, 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, mayka üzərində insan qanı aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda A,B,H antigenləri alındı, Beləliklə bu qan ləkələri ABO sistemi üzrə AB /H/(İV) qruplu bir şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq həmin ləkələrdə ABO sistemi üzrə həmçinin 0(1) qruplu şəxsin qanının olması mümkündür və bu halda ləkələrdə Təqsirləndirilən şəxs qarışmış qanın olması inkar olunmur, (əgər hadisə zamanı onun bədənində qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa) Ekspetizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qan, köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (Cild 2, iş vərəqləri 1-6) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 490-MTKŞ/2022-Cİ il tarixli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində iki ədəd, maykanın ön hissəsində iki ədəd deşilmişkəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü kafi itilikdə olan ülgüc və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində iki ədəd olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus şalvar və Təqsirləndirilən şəxs məxsus köynək, şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş bıçağın hər iki səthində olan ləkələr yaxma xarakterli olub qan mənbəyi ilə (qan səthilə) dinamik konktakt nəticəsində yaranmağa uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs məxsus köynək, mayka, şalvar üzərində olan qan ləkələri qan mənbəyi ilə (qanlı səthə) geniş statik kontakt və az dinamik kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir .Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqləri 234-239) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5814 nömrəli rəyində göstərilmişdir ki,hal- hazırda Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyindən əzab çəkmir, alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asililiq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkaloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 7-8) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3893 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək,onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Qıcığa qarşı həssaslıq, inadkarlıq, nümayişkaranlıq, emosional qeyri-sabitlik, hövsələsizlik kimi xarakterik xasiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətdə hislilik yaranmışdır. Emosional halına görə hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində (qəflətən baş vermiş güclü ruhi həyəcan) olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 2, iş vərəqləri 26-29) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Mobil telefona və telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında” 17 oktyabr 2022-cı il tarixli protokoldan görünür ki, hadisə baş verərkən mərhum Zərərçəkmiş şəxs istifadəsində «HUAWEİ» markalı «DRA-LXS» modelli ***-***-**-** nömrəli mobil telefon olmuşdur . Mobil telefonun SMS mətnlərini açdıqda orada xx.xx.2022-ci il tarixdə saat ll:20-də Təqsirləndirilən şəxs həmin telefona «sən demisən camaata kart söhbətini»; saat 12:04-də «gəlirəm iş yerinə» «10 manat pul düzəlt» məzmunda SMS yazmışdır. Zərərçəkmiş şəxs saat 12:05-də Təqsirləndirilən şəxs «nə kart söhbəti» məzmununda SMS göndərmişdir. Təqsirləndirilən şəxs «səbirli ol,» saat 12:05 dəqiqədə isə «gəlirəm» məzmunda SMS göndərmişdir. Zərərçəkmiş şəxs ona «gəl»» məzmunda SMS göndərmişdir. Təqsirləndirilən şəxs saat 12:10 dəqiqədə «10 manat pul düzəlt» məzmunda SMS göndərmişdir. Zərərçəkmiş şəxs isə saat 12:İl¬də ona "10 manat nədir?»məzmunda SMS yazıb sual etmişdir. Telefonun «WhatsApp» proqramını açdıqda xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saat 12:08-də səsli mətn göndərib göstərmişdir ki, «bu ikinci dəfədir, mən sizin evdə oturub nə danışıram hamı bilir bunu, bu ikincidir, mən Sizinlə danışıb Sizin gərəkiniz olmağı bildirdiyim halda uje o birisi eşidir. Rövşəni deşik- deşik edirdim, gəlirəm bu dəqiqə, dayan, bıçağın boyuna baxanda biləcəksən, indi 10 manat pul düzəlt, axşam mənə 50 manat pul atacaqlar 01 qram patı, 10 manat pul düzəlt gəlirəm,mən belə -belə edərəm (nalayiq ifadələrlə söyüşlər işlədir) mən danışan söhbəti kimsə bilər» Zərərçəkmiş şəxs ona səs göndərərək «gəl-gəl- yalan danışırlar» Səftər Birnyatov yenə səs göndərib «10 manat düzəlt»demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs «10 manat nədir?» məzmunda səs göndərmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, «puldur-pul Pərvin!» daha sonra» taksiyə mindim» Zərərçəkmiş şəxs bildirir ki «10 manat nədir heç bir manatımda yoxdur» (Cild 1, iş vərəqləri 217-221) Cinayət işi materiallarında olan Sumqayıt şəhər rayonlararası narkoloji dispanserin təqdim etdiyi sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 27 avqust 2022-ci tarixli A/1258 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxsTaleh oğlu müayinə edilərkən onun sidiyində narkotik vasitə olan «amefetamin» və «opium» tərkibli narkotik vasitələr aşkar edilmişdir. (Cild 1, iş vərəq 48) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 9-cu bəndində verilən izaha əsasən təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldürmək məqsədinin olmaması və sonuncu tərəfindən təhqirə məruz qalması ilə əlaqədar onu bıçaqla vurması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa, məhkəmə hesab edir ki, Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin hallarına uyğun ifadə kimi qiymətləndirilib iş üzrə mötəbər sübut kimi qəbul edilməli, onun məhkəmədə verdiyi ifadəsi isə işin hallarına uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətinin azaldılmasına yönəlmiş ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 105-107) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 27 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan təqsirləndirilən və zərərçəkmiş çəxslərin əynində olan 02 ədəd cins şalvar, 02 ədəd qısaqol köynək, 01 ədəd qolsuz mayka, eləcə də götürülmüş 01 ədəd bıçaq və 01 ədəd çubuqlu pambıq topası məhv edilməli, zərərçəkmiş şəxsə məxsus 01 ədəd mobil telefon zərərçəkmiş şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs 154 (yüz əlli dörd manat) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X2 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan 02 ədəd şalvar, 02 ədəd qısaqol köynək, 01 ədəd qolsuz mayka, 01 ədəd bıçaq və 01 ədəd çubuqlu pambıq topası məhv edilsin, 01 ədəd “Huawei” markalı mobil telefon mərhum Zərərçəkmiş şəxsun yaxın qohumlarından birinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-68/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-68/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver