Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-68/2025 15.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi : X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Bozayran kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllə ünvanında yaşayan, barəsində «başqa yerə getməmək iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, o, "xxxx" ASC 11 saylı filialı ilə 06 iyun 2014-cü il tarixdə bağlanmış 51KDİ/14 saylı ipoteka müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsini ipoteka ilə yüklü etmiş və buna baxmayaraq 2015-ci ilin yanvar ayının əvvəllində ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə dair sərəncam vermək hüququ olmadığı və bunu bildiyi halda, atası X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ipotekada olduğunu bildiyi halda həmin əmlakı sonuncunun adına rəsmiləşdirəcəyini yalandan vəd verməklə, satmaq adıyla aldadaraq Zərərçəkmiş şəxs vahid niyyətlə 05 yanvar 2015-ci il tarixdə saat 12 radələrində bir sıra hallarda özü birbaşa, ayrı-ayrı hallarda isə atası Firudin Mirişovla birlikdə 65000 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində olan “Qardaşlar” kafesində, 06 yanvar 2015-ci il tarixdə saat 11 radələrində onun satacağını vəd etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abdulhüseynov küçəsi, 1A nömrəli evdə 5000 manat, 16 yanvar 2015-ci il tarixdə həmin evdə 5000 manat, 15 mart 2015-ci il tarixdə saat 14-də X6 qəsəbəsində olan ofisində Firudin Mirişovun iştirakı ilə 7000 manat, 07 aprel 2015-ci il tarixdə saat 10-da Masazır qəsəbəsinin girişində olan “Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında 5000 manat, 15 may 2015-ci il tarixdə saat 15 radələrində qeyd edilən evdə 5000 manat, 10 iyul 2015-ci il tarixdə saat 12 radələrində X6 qəsəbəsində “Omid” tikinti mağazası ilə üzbəüz yerləşən ofisində 2625 manat, 20 avqust 2015-ci il tarixdə saat 16 radələrində Firudin Mirişovun işlədiyi həmin ofisdə 3630 manat, 10 sentyabr 2015-ci il tarixdə saat 14 radələrində həmin ofisdə onun iştirakı ilə atası Firudin Mirişov 2567 manat, 18 dekabr 2015-ci il tarixdə həmin ofisdə onun iştirakı ilə atası Firudin Mirişov 2178 manat, cəmi 103000 manat pulu etibarından sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, X2 atasıdır. Hadisələrin baş verdiyi dövrdə onun 21-22 yaşı olmuşdur. Atası ev alqı-satqısı ilə məşğul olmuşdur. Həm anasının, həm onun, həm də əmisinin adına evlər olmuşdur. Abşeron rayonu Masazır qəsəbəsi Afiq Abdülhüseynov küçəsində yerləşən 1 A nömrəli evi onun adına rəsmiləşdirmişdir. Bir axşam atası ona demişdir ki, qeyd olunan evi banka girov qoyub pul götürəcək, buna görə də gəlib notariatda imza çəkməlidir. Bundan sonra o, notariusa gedərək imza çəkmişdir. Bu hadisədən təxminən 5-6 ay sonra atası həmin evi satdığını demiş, alıcının evin yarı pulunu verəcəyini, qalanını da banka ödəyəcəyini ona demişdir. Ev sənəddə onun adına olsa da, atasına məxsus olmuşdur. Atası evi satmış, satdıqdan 10-15 gün sonra isə ona demişdir ki, Əfrasimə etibarnamə versin ki, evi də öz adına keçirə bilsin. O, da atasının dediyini edərək etibarnamə vermişdir. Lakin sonradan dollar qalxdıqdan sonra Əfrasim aylıq ödənişi bir neçə dəfə ödəsədə sonradan ödənişi etməmiş və atası ilə Əfrasim arasında mübahisə yaranmışdır. Bundan sonra da bank ödənişləri olunmadığı üçün atası Firudini bank məhkəməyə vermiş və məhkəmədə bununla əlaqədar qərar qəbul etmişdir. Atası öləndən sonra Əfrasimi bir neçə dəfə görmüş, ona demişdir ki, o ev formal olaraq onun adına olmuşdur. Heç vaxt Əfrasimdən əlbəəl pul alıb kredit ödənişi və s. etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, Klos adlı şəxsi atası öləndən sonra əmisi ilə birlikdə olanda görmüş, əvvəllər görməmişdir. 1-2 dəfə atası ona pul vermişdir ki, krediti ödəsin, ancaq o halda kredit ödəmişdir. Məhkəmədə 13 min manat pul aldığını deməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edilməsini və onların mötəbərliyi ilə bağlı qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014-cü ilin dekabr-2015-ci ilin yanvar aylarında ev almaq niyyətinə düşmüşdür. X14 təcili ev satdığını demişdirlər. Əslində o, Abşeron rayonu Masazır qəsəbəsindən deyil, Bakı şəhərindən ev almaq istəmişdir. 135 min manata evin satıldığını demiş, həmin vaxt kirayə evdə yaşamış, kirayə qaldığı ev əşyalı olmuşdur. Evə gəlib baxıb bəyənmiş, qiymətini soruşmuşdur, qiymətinin 135 min manat olduğunu, aşağı qiymətinin 130 min manata olduğunu, imkanının çatmadığını demişdir. Həmin küçənin arxa məhləsindəki evləri ona göstərmiş, evlərin qiymətinin 170 min, 180 min, 200 min manata olduğunu demişdirlər. Həmin evləri almaq üçün imkanı çatmamışdır. Firudin Mirişov ona zəng edərək Rəşadın əsgərlik məsələsi üçün pul lazım olduğunu demişdir. Masazır qəsəbəsi ərazisində “Qardaşlar” kafesinə gəlmiş, evi 115 min manata verə biləcəklərini demişdirlər. Ona sonra zəng etmiş, evi 115 min manata sata biləcəkləri barədə bildirmişdirlər. O da kirayə qaldığı evi satdıqlarına görə evdən çıxmalı olmuşdur. 75 min manat pulu verib evə köçə biləcəyini ona demişdirlər. O isə 65 min manat pulu olduğunu demişdir. Pulu vermiş, ona evin açarları və evin texniki pasportunu verib 1 həftəyə kimi evə köçə biləcəyini bildirmişdirlər. Uşaqların Yardımlı rayonunda olduğu üçün onlar gəldikdən sonra evi onun adına keçirəcəklərini bildirmişdirlər. Evi aldıqdan sonra valideynlərini evə gətirmiş, xeyir-dua almışdır. Səhəri gün kirayə yaşadığı evdən bu evə köçməyə başlamışdır. Onlar yenə qapıya gəlib ondan 5 min manat pul verməsini istəmişdirlər. Evə köçdükdən 1 həftə sonra onlara zəng edib evi onun adına keçirmələrini bildirmişdir. Onu müxtəlif bəhanələrlə yubatmışdırlar. Tanışı olan bir ev alqı-satqısı ilə məşğul olan adama ev almaq niyyətini bildirmiş, ondan ev tapıb-tapmadığını soruşmuşdur. Ev sahibinin də adının Firudin olduğunu, evi oğluna tikdirdiyini demişdir. Həmin bunları danışdığı tanışı bir nəfərə zəng etmiş, “Firudingil Əfrasimində evini yıxıb” dedi. Ona bunların maklerlər qrupu olduğunu və insanları aldatdıqlarını, polislə də əlbir olduqlarını demişdir. Bu hadisə ona pis təsir etmiş, onların ofisinə getmiş, ya pulu qaytarmalarını ya da ki evi onun adına keçirmələrini bildirmişdir. Onu yenə aldatmışdırlar. Dostu Klosu götürüb yenə bunların ofisinə getmişdir. Klos ona bildirmişdir ki, maşından düşməsin o, danışıb hər şeyi həll edəcək. Bunlar Klosa demişdirlər ki, 5 günə məsələni həll edəcəklər. O içəri girmədiyi üçün bu sözləri Klosa kimin dediyini bilməmişdir. Rəşada zəng etmiş, Rəşad telefonu açmamış, atası geri zəng etmişdir. Bu dəfələrlə belə davam etmişdir. Bir gün ona demişdirlər ki, bəs belə bir problem var ev bankdadır. Evi bankdan çıxartdıqdan sonra onun adına keçirə biləcəklərini demişdirlər. Nə baş verdiyini başa düşməmiş, özünü itirmişdir. Mirişlilər haqqında ona elə məlmatlar verilmişdir ki, artıq o Mirişlilərlə “qurban olum, başına dönüm” ifadələri ilə danışmışdır. Bu barədə bir neçə dost-tanışla danışmış, hadisədən artıq dostları da xəbərdar olmuşdurlar. Banka gedib nə baş verdiyini öyrənməyin ən yaxşı hal olduğunu ona demişdirlər. Unibanka gəlmiş, Rəşad atası və bir başqa tanımadığı adam olmuşdur. Firudin Mirişli bank işçilərinin evin ona satıldığını bankda bildirilməməsini ondan xahiş etmişdir. Ona 45 min manat borcları olduqlarını demişdirlər. Rəşad çöldə oturmuş, atası Firudinlə o, banka keçmişdilər. Firudin bank işçisinə nə qədər ödəniş etməli olduğunu soruşmuş o da cavabında 78 min manat ödəniş etməli olduğunu qeyd etmişdir. Firudin ona borcunu köhnə məzənnə ilə deməyini bildirmişdir. Bank müdiri borcunun 60 min dollar olduğunu demişdir. Bu sözlərdən sonra o əsəbləşmiş, evin ona satıldığını bildirmişdir. Bankdan çıxdıqdan sonra evin ona lazım olmadığını, pulunu qaytarmalarını bildirmişdir. Bir gün Abşeron Rayon polis idarəsindən ona zəng gəlmiş, idarəyə gəlməli olduğunu ona bildirmişdirlər. Qorxduğu üçün idarəyə getməkdən boyun qaçırtmışdır. Toyda olan zaman oğlu zəng edib demişdir ki, polis əməkdaşları gəlib onu soruşmuş, polis əməkdaşına zəng edərək, evdən getmələrini evdəkilərin narahat olacaqları səbəbindən sabah polis idarəsinə gələcəyini bildirmişdir. Səhəri gün təhqiqatçı yenidən ona zəng etmişdir. Təhqiqatçı avtomatla bunların evlərinə girdiyini, Rəşadın anasına balta atdığını, güllələmək istədiyini və bu hadisənin bir ay əvvəl olduğunu demişdir. O da belə hadisənin olmadığını bildirmişdirlər. Onlarla Baş Müəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində görüşəcəklərini bildirmişdir. Əslində onun məqsədi onları şikayət etmək deyil, pulunu almaq üçün gözlərini qorxutmaq, şər-böhtan olduğunu bildirmək olmuşdur. 3-4 gün sonra ona bağlı nömrədən yenidən zəng gəlmiş, zəngin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsindən olduğunu demişlər, o da niyə ora getməli olduğunu soruşmuş, oraya getməli olduğunu, idarədə aydınlaşdırılacağını demişdirlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə getmiş, Rəşadın atasına 5-6 nəfər sual vermişdir. Atası yalandan onun onların evinə hücum etdiyini, avtomat və balta ilə ailə üzvlərini hədələdiyini bildirmişdir. Təəccüb içində qalmışdır. Sonra ona Abşeron rayon polis idarəsindən zəng gəlmişdir ki, Əfrasim müəllim, polis idarəsinə yaxınlaşın doğrudan da gördük ki, bu adam yaxşı adam deyil, araşdıraraq görmüşdürlər ki, bunların hamısı şər-böhtandır. Polis idarəsinə getmiş, deyilənlərin əsassız olduğundan məsələnin bağlandığını demişlər. Bu hadisədən sonra ona müxtəlif bəhanələrlə yenə rəsmiləşdirməni yubatmışlar. Dəfələrlə Abşeron rayon polis idarəsinə şikayət etmişdir. Onu aldatdıqları üçün bu olanlardan sonra onlara yenə pul vermişdir. Bankdan çıxdıqdan sonra beş min manat pul verilməli olduğunu ona demişdirlər. Guya iş artıq həll edilir. Geri addım ata bilmədiyindən onlara yenə pul vermişdir. 38 min pulu Rəşada yanacaq doldurma məntəqəsinin qabağında vermişdir. Bir neçə dəfə ondan pul aldıqdan sonra yenə banka getmişdir. Bankdan ona bildirmişdirlər ki, onlar banka heç bir ödəniş etməmişdirlər. Onlara 2515 manat ödəmişdir ki sənədini versinlər, amma heç bir sənəd ona verilməmişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, Firudin, Rəşad, Klos və o görüşmüş, pulu birlikdə vermişdirlər. Ona evin Rəşada tikildiyini və onların makler olmadığını demişdirlər. Ev Rəşadın olmuşdur. Danışıqları Rəşad və atası ilə aparmışdır. 70 min manat pul verməmişdən qabaq evin ipotekada olduğunu bilməmişdir. 70 min pulu Rəşadla atasına Klosla birlikdə vermişdir. Pulu Rəşad götürmüş, sayıb atasına vermişdir. Həmin vaxt ona texniki pasport verilmiş, evin başqa sənədinində olduğunu həmin vaxt bilməmişdir. Evin çıxarışın olduğunu bilməmişdir. Evin girovda olmağını “bunlar” ona deməmişdir. Etibarnaməni ona Rəşad vermiş, etibarnamə evlə bağlı olmuşdur. Etibarnaməni həmin ərəfədə oxumamışdır. Nə yazıldığını bilməmişdir. Polisə nə vaxt müracət etdiyini xatırlamır. Onları polisə şikayət etməmişdir. Onlar onu polisə şikayət etmişdir. Həmin evdə hazırda yaşayır. Ona ödəniş edilməmişdir. Evin nə vaxt hərraca çıxarıldığını bilməmişdir. Firudin öldükdən sonra Rəşada zəng etmiş, evin sənədini soruşmuşdur. Rəşad atasının yas mərasimi verdikdən sonra sənədini ona verəcəyini demişdir. Rəşad 15 gündən sonra ona zəng edərək saat 2-də 20 yanvar ərazisinə gəlməyini demişdir. Banka getmişdirlər. Rəşadın yanında əmisi dediyi bir şəxs olmuşdur. Bankın işçisinin dediyinə görə ondan başqa bir qoca qadın və kişini də aldadıblar. Bank işçisi 60 min manat pul müqabilində evin sənədini verəcəklərini demişdir. Rəşadgilin yanındakı adam onların 32 min manat verəcəklərinin olduğunu demişdir. Mübahisə olduğunu gördükdən sonra Rəşadgili çölə çıxardıb demişdir ki, 60 min manata o da köməklik edə bilər. Rəşadın əmisi ondan bir ay möhlət istəmiş, razılaşmamışdır. Rəşad da ondan 20 gün möhlət istəmiş, razılaşmışdır. Bir ay tamam olmuş, Rəşada zəng etmiş, Rəşad dedi ki, özünü öldürməyə gedir. Bir borclu o deyil, bir neçə nəfərə borcu var. Bir həftə keçmiş, qapısına icra məmuru gəlmişdir. Abşeron Rayon Polisin İdarəsinə hansı ildə şikayət etdiyini xatırlamır. Onu dolayı yolla tanışlar vasitəsilə Firudin ilə tanış etmişlər. Birinci dəfə Firudin Mirişlini ev axtaranda filan ev var adıyla gedib bir bir evlərə baxanda tanımışdır. Evi satan adamlarla- Rəşad və Firudinlə görüşmüşdür. Həmin ərəfədə 4-5 nəfər adam olmuşdur, onları tanımamışdır. Rəşadı, Firudini və yanlarında olan başqa bir adamı evin qapısında görmüşdür. Firudin demişdir ki, evi oğluna tikmişdir. Evin qiymətini birinci olaraq 135 min manat demişdir. Həmin ərəfədə 135 min manata ev almaq istəməmişdir. Evin qiymətini soruşub getmişdir. Evi almaq niyyəti olduğundan həmin evə bir də qayıtmışdır. Ev barəsinə Firudin və Rəşadla danışmışdır. Evi ala bilməyəcəyini deyib getdikdən sonra, Firudin ona zəng edərək ona təcili pul lazım olduğunu, onun gəlib onlarla danışmağını bildirmiş, o da Firudinə o qədər imkanının olmadığını, hələ evin içərisinə də əşyalar alıb qoymalı olduğunu bildirmişdir. Bu söhbətləri Firudinlə etmiş, Masazırın girişində Firudinlə danışmışdır. Həmin gün Masazırın girişində Firudinə zəng etmiş, Firudin ona evi 115 min manata verəcəyini demişdir. Firudin Rəşadın əsgərlik məsələsinə görə təcili pul lazım olduğunu demişdir. İlkin olaraq ondan 75 min manat pul istəyəndə, orada Rəşad, Firudin, Klos və o olmuşdur. O da 65 min manat verə bilər deyib 65 min manat pul verib, evin texniki pasportunu, evin açarını götürüb evə getmişdir. Evin Bankda olduğunu təxminən 20 gün-1 ay sonra bilmişdir. 10 mart 2016-cı il tarixli izahatda yazılanları o deməmişdir. Evi alan zaman evin bankda girovda olduğunu Firudin ona deməmişdir. Həmin sənəd saxtadır. Həmin izahatda yazılanlardan onu xəbəri olmamışdır. Bankın işçiləri də onlarla əlbir olmuşdur. Mirişlilərin 2500 dollar aylıq borcları olmuşdur, o həmin borcun olduğunu bilib bu işə razı olmamışdır. Çünki onun buna imkanı olmamışdır, kirayədə qalmışdır. Polis əməkdaşları bu ailə ilə əlbir olduğu üçün onun izahatları elə yazılmışdır. O bu qədər kredit götürə bilməzmiş, evin bankda olduğunu bilmiş olsaydı gedib bankda bu adamlarla mübahisə etməzdi. Camal adlı şəxsi tanımır. Bankın yanında Firudin maşından düşmüş, Rəşad bu vaxt maşında oturmuşdur. Firudinlə banka daxil olanda Rəşad maşında oturmuşdur. Abşeron rayon polis idarəsinə Rəşad və atasından şikayət yazmışdır. Onu idarəyə çağırmış, bu barədə izah almışdırlar. 2015-ci ilin yanvar ayından evə köçüb yaşamışdır. Öz adından banka bir və ya iki dəfə ödəniş etmişdir. Ümumilikdə öz adından 2325 manat banka ödəniş etmişdir. İlkin olaraq Mirişlilərə 65 min manat, 5 min manat da sonradan ödəmişdir. Ev Masazır qəsəbəsində 2.5 yarım torpaq sahəsinin içindədir. Evin neçə kvadrat metr olduğunu bilməmişdir. Həmin vaxt bazarda belə bir evin neçəyə olmağını bilməmişdir. Çıxarışsız ev aldığını bilməmişdir. Ev tam təmirli, əşyasız evdir. Bir mətbəx, bir zal, yuxarı mərtəbədə də kiçik 4 otaqdır. Hazırda işləmir, bu hadisədən sonra Mənzil Kommunal İstismar sahəsinin rəisi işləmişdir. Ona qədər ticarətlə məşğul olmuşamdur. Onlardan baş etibarnamənin verilməsini istəməmişdir. Baş etibarnaməni ona Rəşad vermişdir. Evi bankdan çıxartmaq üçün etibarnamə verilməmişdir. Bu məsələni etibarnaməni ilə həll eləmək olmasını bilməmişdir. 5 min manat pulu öz atasının yanında Rəşada vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2015-ci ilin yanvar ayının əvəllərində, tarix dəqiq yadında deyil, Əfrasim ona zəng edərək ev almaq istədiyini və gedib evə birlikdə baxmaqlarını təklif etmişdir. Əfrasimlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə gəlib baxmışdır. Evi onlara Firudin təqdim etmiş, təcili pul lazım olduğu üçün evi satdığını demişdir. Əfrasim evin 115 min manata satıldığını bildirmişdir. 2-3 gündən sonra Əfrasim ona zəng edərək ev almaq fikrindən daşındığını demişdir. Bundan sonra o, Əfrasimin iş yerinə getmiş, evin düşmə ev olduğunu və imkan varsa almağının yaxşı olacağını demişdir. Əfrasim Firudinə zəng vurmuş, onlar “Duz gölünün” yanında adını bilmədiyi bir kafedə görüşmüşdürlər. Firudin kafenin qabağında onları qarşılamış, daha sonra cavan bir uşağı onlara təqdim edərək oğlu Rəşad olduğunu demişdir. Kafedə yemək yedikdən sonra 65 min manatı pulu vermiş, pulu sayıb götürdükdən sonra evin texniki pasportunu onlara vermiş və bir saatdan sonra Əfrasimə etibarnamə verəcəyini demişdir. 1 həftə vaxt verilməsini və daha sonra alqı-satqı olacağını demişdir. Bu hadisələr dolların qalxmasından 7-8 gün əvvəl olmuşdur. Sonra dolların qiyməti qalxmış, Əfrasim Firudinə zəng vurub sənədin nə yerdə qaldığını soruşmuş, o isə yenə vaxt verilməsini demişdir. Sonra məlum olmuşdur ki, ev bankda girovdadır. “Duz gölünün” yanında görüşəndə Rəşad, Firudin və onlar görüşmüşdürlər, danışıqlar zamanı heç vaxt evin kreditdə olduğunu deməmişdirlər. Onlar 65 manat pulu stolun üstünə qoyub, Firudinlə-Rəşad pulu götürüb sayıb qəbul etmişdirlər. Devalvasiya olana qədər evi Əfrasimin adına keçirməmək üçün min bir bəhanə gətirmişlər. O da özü gedib Firudindən xahiş etmişdir ki, puldan bir miqdar götürüb, qalanını Əfrasimə qaytarsınlar, bu məsələ bitsin. Ümumilikdə, 103.000 azn pul Rəşadgilə verilmişdir. Evlə onlar tanış olarkən endirim məsələsi müzakirə olunmamış, evlə onları Rəşadın atası tanış etmişdir. Mirişli Firudinə o, zəng etmişdir. Bank məsələsindən sonra arada onlar görüşərkən Əfrasim deyirdi ki, Firudin ona zəng edib kreditin vaxtı olduğunu, ödənişi etməli olduğunu deyir. Firudin özü Əfrasimə deyirdi ki, bankda tanışı var, bank məsələsi onluqdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Rəşadı tanımamışdır. Əfrasim ev söhbətini Firudinlə etmişdir. Evi onlara Firudin təqdim etmişdir. Evin qiyməti barəsinə Firudinlə razılaşmışdırlar. Yekunda Firudin evi satdığını demişdir. Rəşad həmin vaxt heç bir söz deməmişdir. 65 min manatı Firudinlə Rəşad birlikdə saymışdırlar. Atasının yanında Rəşad olmuşdur. 28 mayda görüşən zaman Rəşadı ilk dəfə görməsi barədə söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2013-cü ildən 2017-ci il tarixədək olan müddət ərzində "xxxx"ın Dərnəgül filialında kredit mütəxəssisi vəzifəsində işləmişdir. xx.xx.2014-cü ildə onun işlədiyi bankla Mirişli Firudin arasında kredtit müaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Firudinin oğlu Rəşadın adına olan evi banka girova qoyaraq səhv etmirsə, 54000 ABŞ dolları pul götürmüşdür. Həmin pulu bankdan Firudinin özü götürmüşdür. Təxminən 06 aydan sonra Zərərçəkmiş şəxs onun yanına X3 ilə gələrək evin bu günə olan nə qədər bank borcunun olubolmamasını soruşmuş, həmin vaxtı onlara evin bankda hazırkı vəziyyətdə olan borcunu demişdir. Bu anda Əfrasim demişdir ki, Təqsirləndirilən şəxs və X3 ondan 103000 manat pul alaraq evi satmışdırlar. Həmin zamanlar Rəşadı ancaq notariat kontoruna gələn zaman görmüş, digər prosedurlarda iştirak etməmişdir. Ev Rəşadın adına olmuşdur. Banka ipoteka qoyulan zaman bir dəfə Rəşad iştirak sənədləşdirmədə iştirak etmişdir. Əfrasim devalvasiyadan sonra gələndə ancaq Firudinlə gəlmiş, filial müdirinin yanında müzakirələr olmuş, amma onların heç birində Rəşad gəlməmişdir. Tərəflərin biri deyirdi evin kreditdə olmasından xəbəri var, digəri deyirdi ki, yoxdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İlk dəfə gələndə Əfrasim dedi ki, bilməmişdir ki, ev kreditdədir, lakin sonrakı prosesdə ona məlum olmuşdur ki, Əfrasim və Firudin birlikdə gəlib və evin kredit borcunu öyrənmişdir. Firudinlə ilk dəfə Əfrasim gəldikdən əvvəl o Əfrasimi görməmişdir. Zərərçəkmiş şəxsi devalvasiyadan sonra tanımışdır. Müdirin otağında dedikləri doğrudur. Əfrasimlə təklikdə görüşəndə o demişdir ki, sizin aranızda olan məsələ bankın aidiyyətinə aid məsələ deyil, öz aranızda həll etməlisiz. Təqsirləndirilən şəxsı girovdan sonra görməmiş, ünsiyyətdə olmamışdır. Əfrasim heç vaxt banka Rəşadla gəlməmişdir. Onlar müdirin otağında olanda Əfrasim və Firudin dedi ki, şifahi alqı-satqı günü evin kredit borcunu banka gəlib manatla öyrənib, yəni o aralarındakı söhbətdən elə başa düşmüşdür. Devalivasiyadan sona onlayn şəkildə 1-2 dəfə kredit ödənişi olduğunu xatırlamışdır. 1.05 devalvasiyasından sonra bu problem yaranmışdı. Əfrasim ona dərdini danışdıqdan sonra demişdir ki, səni aldadıblar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2015-ci ildə oğlu ona zəng edib demişdir ki, ev alıb. Onu aparıb evi göstərmişdir. Gəlib onu evə aparan zaman saaat 12-1 radələri olmuşdur. Bu vaxt Rəşad və atasında ora gəlmişdir. Oğlu cibindən pulu çıxarıb Rəşada vermiş, Rəşadda pulu sayıb atasına vermişdir. Oğlu ona demişdir ki, 65 min manat vermişdir, daha sonra 5 min manatda verdikdən sonra ümumən 70 min manat pul verilmişdir. Əfrasim sonrdan evin kreditdə olduğunu bilmişdir. Evi 115 min manata danışmışdırlar. Rəşadın atasından sənəd istədikdə isə onları hədələmişdir. Üzləşmədən sonra yazılan yazı ona məxsusdur, imza onun imzası deyildir. Müstəntiq onu nə vaxt çağırıb onda gedib ifadə vermiş, ondan əvvəl çağırmamışdır. Birinci dəfə Rəşadı Əfrasimin aldığı evdə görmüşdür. Balkondan baxanda Rəşadı gördüyünü deməmişdir. Evin alınması, yəni danışıqlar mərhələsində orda olmamışdır. Bildiyinə görə razılaşmada Rəşad da, atası da olub, oğlu ona belə demişdir. Onun yanında 5000 manat pulu oğlu Rəşada vermiş, Rəşad da sayıb atasına vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən həmin sübutlarda hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olubolmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq qeyd edir ki, iş üzrə məhkəməyədək icraat zamanı toplanılmış və məhkəmədə araşdırılmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyini təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanının topladığı istintaq materiallarında və ittiham tərəfinin iş üzrə tərtib edilmiş ittiham aktında məhkəməyə təqdim etdiyi sübutlarda Təqsirləndirilən şəxs dələduzluq nəticəsində zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs pulunun talanmasını təsdiq edən heç bir qərəzsiz və obyektiv sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən dəlillər kimi məhkəməyə təqdim olunmuş sübutlar isə ziddiyyətli ifadələrdən ibarətdir. İstintaq orqanı toplanılmış sübutlara düzgün təhlil etmədən, onları birinin digərinə münasibətdə düzgün qiymətləndirmədən, işin hallarına yalnız zərərçəkmiş qismində tanıdığı şəxsin mövqeyindən yanaşaraq düzgün hüquqi qiymət vermədən Təqsirləndirilən şəxs irəli sürdüyü ittihamda faktiki olaraq olmayan sübutlara istinad edərək, yalnız fərziyyələr və onunla ziddiyyətli münasibətlərdə olan zərərçəkmiş şəxs qismində tanınmış şəxsin, onun yaxınlarının ifadələri əsasında Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Belə ki, Bakcell MMC-dən alınmış BKC/LGL-6286/23 saylı, xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş bir ədəd CD formatlı diskə baxış keçirilmiş, bir ədəd CD diskində 4 ədəd qovluq vardır. Qeyd olunan qovluqda Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı nömrəyə 26 iyul 2021-ciil tarixdən 05 noyabr 2022-ci il tarixinə qədər aparılmış telefon danışıq zəngləri hansı ötrücü anten stansiyaları xidmətinin əhatə dairəsində olmasını, gələn və həmin nömrədən çıxan zənglərin, mesajların və həmin mesajların mətninin abonent siyahılarını və həmin nömrələrin kimə məxsus olması, adı, soyadı və ünvanı göstərilmişdir. Qovluqlara baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsindən 26 iyul 2021-ciil tarixdən 05 noyabr 2022-ci il tarixinə qədər Zərərçəkmiş şəxs mobil nömrəsinə daxil olan və çıxan zənglərin olduğu qeydə alınmışdır. Baksell MMC-dən alınmış BKC/LGL-6286/23 saylı, xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş bir ədəd CD formatlı diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (cild 01, iş vərəqə 265-271) Cinayət işi materiallarından görünür ki, "xxxx" KB ASC ilə X2 arasında xx.xx.2014cü il tarixli 51KD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 51KD/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, xx.xx.2018-ci il tarixədək, illik 21% ödəmək şərtilə 75000 ABŞ dolları məbləğində kredit verilmişdir.( cild 01, iş vərəqə 2-16) Cinayət işi materiallarından görünür ki, 51KDİ/14 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilədə ipoteka qoyan qrafasında Abşeron rayonu, Masazır kəndi, Afiq Abdülhüseynov küçəsi, ev lA-da yerləşən mənzili Təqsirləndirilən şəxs ipotekaya qoymuş və bu barədə həmin müqaviləyə imza etmişdir. (cild 01, iş vərəqə 23-25) Cinayət işinə əlavə edilmiş 27 yanvar 2015-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun adından bütün əmlak üzərində sərəncam vermək hüququ vermişdir. (cild 01, iş vərəqə 32) Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixli ifadəsində atası Firudinin onun razılığı ilə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evi ipoteka qoyub Unibankdan 75000 ABŞ dolları pul götürdüyünü həmin pulun ödənilməsi üçün Zərərçəkmiş şəxs iki dəfə ipoteka kreditin pulunu alaraq banka ödəniş etməsini etiraf etmişdir.(cild 01, iş vərəqə 84-86) Cinayət işinə əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddətinin uzadılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə barəsində həbs müddəti uzadılarkən banka olan kredit borcunu ödəmək məqsədilə bir neçə dəfə zərərçəkmiş Zərərçəkmiş şəxs 1200-1300 manat pulu alaraq banka olan kredit borcunu ödədiyini bildirmişdir.(cild 01, iş vərəqə 169-173) İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 63) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 mart 2016-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 2014-cü ilin sonlarında kirayədə yaşadığı üçün ev almaq qərarına gəlmiş, həmin vaxt Camal adlı tanışı ona 20.000 manat borc vermiş, onun ümumilikdə 50.000 manat pulu olduğu üçün 50.000- 60.000 manat civarında ev almaq fikrində olmuşdur. Bu məqsədlə Bakı şəhəri, M.Əcəmi metrostansiyasının yaxınlığında ev alqı-satqısı ilə məşğul olan Xalıd adlı şəxsə bu barədə demiş, Xalidlə eyni ofisdə işləyən Qalib adlı şəxs Masasır qəsəbəsində 135.000 manata bir nəfər şəxsin ikimərtəbəli ev satdığını bildirmişdir. O isə həmin məbləğdə pulunun olmadığını demişdir. Onların təklifi ilə o, Masazır qəsəbəsinə getmiş, satılan evə baxmış, evin sahibi Firudin adlı şəxslə görüşmüşdür. Firudin evi 135.000 manata satdığını demiş, bir neçə dəqiqə söhbətdən sonra Firudin evin son qiymətinin 125.000 manat olduğunu demiş, həmin məbləğdə pulu olmadığına görə razılaşmamışdır. Bir neçə gündən sonra dostu Camalın istəyi ilə Firudinə zəng edib onunla Bakı şəhəri, Binəqədi rayonunda kafelərin birində görüşmüş, o evi bəyəndiyi üçün Firudindən evin son qiymətini soruşmuş, Firudin evin son qiymətinin 115.000 manat olduğunu demişdir. O, deyilən məbləğdə pulunun olmadığını deyib siqaret çəkmək üçün masadan durub kənara çəkilmiş, bir neçə dəqiqədən sonra masaya qayıdanda masanın üzərində 500 ABŞ dolları pul olduğunu görmüş, bunun nə pul olduğunu soruşmuş, dostu Camal həmin evi beh verib 115.000 manata alacağını bildirmişdir. O, Firudindən bir ay möhlət istəmiş, ilkin olaraq 50.000 manat ödəyəcəyini, qalan məbləği isə avtomobilini satdıqdan sonra ödəyəcəyini demişdir. Firudin isə satdığı evin "xxxx"da girovda olduğunu, banka 57.000 manat borcunun olduğunu demiş, o da Firudinlə razılaşmış və ilkin ödənişi edəndən sonra birlikdə banka gedib cədvəllə tanış olmağı, həmin krediti ödəməyi öhdəliyinə götürəcəyini təklif etmişdir. Bundan sonra ev almağı barədə kirvəsi Klosa bildirmiş, Klos həmin evi öz adına ipotekaya salmağı, bankdan adına pul çıxardaraq Camala borclu qaldığı pulu qaytarmasını, aylıq banka ödənişi də birlikdə ödəyəcəklərini təklif etmişdir. Həmin gün kirvəsi Klosla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində Firudinlə görüşmüş, ondan dəqiq olaraq nə qədər borclu olduğunu soruşmuş, təkrar evi neçəyə satdığını soruşmuşdur. Firudin onun kirvəsinin yanında bir daha təsdiq edib evi 115.000 manata satdığını, banka 57.000 manat borcunun olduğunu demişdir. O, bundan sonra Firudinə birlikdə banka getməyi, ilkin ödəniş edib ərizə yazaraq qalıq borcu ödəməyi barədə öhdəlik götürməsinin təklif etmiş, Firudin isə banka getməkdən imtina edərək bankın müdiri ilə aralarında mübahisə olduğunu, oraya getsə alqı-satqının olmayacağını bildirmişdir. Firudin 57.000 manat kreditinin olduğunu desə də bir müddət sonra 60.000 manat olduğunu , onun pulu verməsini, avtomobilini satıb borcu bağlamalarını, əgər 60.000 manatdan çox borc olarsa, özünün ödəyəcəyini demişdir, O, ilkin olaraq 48.500 manat, avtomobili satandan sonra birlikdə banka gedib qalıq borcu ödədikdən sonra evi onun adına keçirilməsini təklif etmiş, Firudin də onunla razılaşmışdır. Bu razılaşmadan sonra Firudinə 48.500 manat vermiş, evin açarlarını almış, Firudin ona evə köçüb yaşamasını demişdir. Bundan bir neçə gün sonra yenidən Firudinə 2.000 manat pul vermiş, 2014-cü ilin dekabr ayında Azərbaycan Respublikasında manatın devalvasiyasından sonra ABŞ dollarının kursu dəyişərək 0.78 manatdan 1.05 manata qalxmış, o, həmin gün Firudinə zəng edib bir daha dəqiqləşdirmək üçün banka olan borcunun manatla və yaxud dollarla olduğunu soruçmuş, Firudin telefonda kredit borcunun 57.000 manat , olsa da ABŞ dolları ilə olduğunu demişdir. O, Firudinə öz iradını bildirərək nə səbəbə banka olan borcunun ABŞ dolları ilə olmasını ona demədiyini, Firudin isə dollarla olan borcunu manatla hesablayıb dediyini bildirmişdir. Firudin banka gedib ümumilikdə borcu öyrənmək istədini bildirmiş. Bir gün sonra onlar birlikdə banka getmiş, Firudin bank rəhbərliyinə onların şərik olduqlarını deməsini, ondan ev aldığını bildirməməsini demişdir. Orada olarkən Firudinin banka 76.000 ABŞ dolları borcu olduğunu öyrənmişlər. Bundan sonra o pulu ödəyə bilmədiyi üçün evi qaytarmaq istədiyini demiş, Firudin isə borclu qaldığı 64.000 manatı qaytarmasını, bankın yerdə qalan borcunu özünün ödəyəcəyini bildirmişdir. Bundan sonra o, hissə-hissə olmaqla Firudinə bankın kreditini ödəməsi üçün müxtəlif məbləğlərdə pul vermiş, ümumilikdə Firudinə və bankda 29.300 manat pul ödəmişdir. Həmçinin həmin ərəfələrdə o, Firudinə əgər manatın məzənnəsi dəyişəsi olsa, yəni ABŞ dolları bahalaşsa heç bir ödəniş etməyəcəyini, aldığı evi geri qaytarıb ödədiyi pulları geri istəyəcəyini bildirmişdir. Firudin isə ona zəng edib “Range Rover” markalı avtomobilini neçəyə satdığını, oğluna almaq istədiyini soruşmuşdur. O, avtomobili 50.000 manata satdığını, istəsə 48.000 manata verə biləcəyini demişdir. Firudin bir günlük avtomobili oğlunun sürüb baxması üçün istəmiş, o da razılaşaraq Firudinin oğlu Rəşada etibarnamə vermişdir. İki gün sonra Firudin maşını geri qaytarıb dolların məzənnəsi dəyişdiyi üçün almaq istəmədiyini demişdir. Bundan bir ay sonra dolların kursu manata nisbətən bahalaşmış, o, Firudinlə görüşüb əvvəlcədən dediyi kimi dollar bahalaşdığına görə evi qaytarmaq istədiyini demiş, lakin Firudin razılaşmanı pozmuş, ona banka olan borcu ödəməli olduğunu, əks təqdirdə onu evdən çıxartdıracağını demiş, həmin vaxtdan sonra Firudin banka olan borcunu ödəmədiyinə görə bank onu narahat etməyə başlamış, dəfələrlə Firudindən bankla yaranan problemi həll etməsini istəsə də sonuncu heç bir əhəmiyyət verməmişdir. Firudini heç bir formada hədələmədiyini, ümumiyyətlə onunla təklikdə görüşmədiyini, Firudinə avtomobil satmadığını, ondan pul almadığını, Firudinə aldığı evi geri qaytarıb ödədiyi pulu geri istədiyinə görə barəsində qərəzli müraciət etdiyini bildirmişdir.(cild 2, səhifə 86-89) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarına əsasən, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxsə verilmiş ittihamdan da görünür ki, o, atası Firudin Mirişov ilə əlbir olub zərərçəkmişə yalan vəd vermişdir. Lakin nə zərərçəkmiş şəxsin özü, nə də ki, onun şahid kimi təqdim Şahid2 ev alqı-satqısı ilə bağlı ilkin danışıqlarda və razılaşmada Təqsirləndirilən şəxs iştirakı barədə heç nə qeyd etməmiş, Əksinə Zərərçəkmiş şəxs ev almaqla bağlı təqsirləndirilən şəxsin atası Firudin Mirişovla ilkin olaraq əlaqə saxladığını, evin qiyməti barədə Firudin Mirişovla razılaşdıqlarını, evi Firudin Mirişovun onlara göstərdiyini, 65000 manat pulu Firudin Mirişova verdiklərini, banka Firudin Mirişovla getdiklərini göstərmişlər. Bundan əlavə, 2016-cı il tarixdə Zərərçəkmiş şəxs Firudin Mirişovun Abşeron RPİ-yə şikayəti ilə bağlı izahatında da Təqsirləndirilən şəxs adını bir dəfə də olsa belə qeyd etməmiş, bunun əksinə olaraq təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə oxşar məzmunlu ifadə verərək evi ipoteka ilə yüklü olduğu halda aldığını qeyd etmişdir. Faktiki olaraq zərərçəkmişin özü belə Təqsirləndirilən şəxs deyil, atası Firudin Mirişovun ona vəd verdiyini, onu aldatdığını ifadəsində göstərir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etmək, yəni dələduzluq yolu ilə zərərçəkmiş şəxsin əmlakının talanmasını məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini vurğulayır. Bundan başqa, məhkəmə qeyd edir ki, ümumiyyətlə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə pul verməsi heç bir obyektiv və qərəzsiz sübutla öz təsdiqini tapmamışdır. Belə ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin atası Firudin Mirişova pul verməsi isə işin mübahisələndirilməyən halıdır. Belə ki, təqsirləndirilən şəxs özü də qeyd edilən evi atasının zərərçəkmiş şəxsə satdığını buna görə pul aldığını təsdiq edir. Məhkəmə həmçinin Zərərçəkmiş şəxs HK1/908 saylı material üzrə 10 mart 2016-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardakı izahatında evin alqı-satqısı zamanı göstərdiyi “Firudin isə evin Unibankda girovda olduğunu, banka 57000 manat borcunun olduğunu demiş, o da Firudinlə razılaşmış və ilkin ödənişi edəndən sonra birlikdə banka gedib cədvəlnən tanış olmağı, həmin krediti ödəməyi öhdəliyinə götürəcəyini təklif etmişdir. Bundan sonra ev almağı barədə kirvəsi Klosa bildirmiş, Klos həmin evi öz adına ipotekaya salmağı, bankdan adına pul çıxardaraq Camala borclu qaldığı pulu qaytarmasını, aylıq banka ödənişidə birlikdə ödəyəcəklərini təklif etmişdir ” ifadələrini Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməsi ilə bağlı əsaslı şübhələr kimi qəbul edərək qeyd edərək həmin izahatdan, Şahid1, zərərçəkmiş şəxsin özünün ifadəsindəki göstərdiyi hallardan belə nəticəyə gəlir ki, əvvəlcədən Firudin Mirişovla zərərçəkmiş şəxs arasında evin alqı-satqısı ilə bağlı razılıq olunmuş, zərərçəkmiş şəxs evin ipoteka ilə yüklü olduğunu bilmiş, kredit ABŞ dolları ilə olduğundan Azərbaycan manatının devalvasiyasından sonra krediti ödənişi artdığına görə tərəflər arasında kreditin ödənilməsi və ya verilmiş pulun qaytarılması ilə bağlı mülki mübahisə yaranmış, bu mübahisə uzun müddət davam etmişdir. Firudin Mirişovun ölümündən sonra isə zərərçəkmiş şəxs evin banka olan borcunun təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etsə də, Təqsirləndirilən şəxs onun bu tələbini yerinə yetirmədiyinə görə ondan əsassız şikayət etməyə başlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Firudin Mirişovla zərərçəkmiş şəxsin arasında mülki xarakterli mübahisə olduğu halda, bu mübahisəyə heç bir aidiyyatı olmayan Təqsirləndirilən şəxs ittiham verilməsi tamamilə əsassızdır. Hətta Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 cinayət işi üzrə 18 oktyabr 2023-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarında haqlı olaraq Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" ASC 11 saylı filialı ilə 06 iyun 2014-cü il tarixdə bağlanmış 51KDİ/14 saylı ipoteka müqaviləsi əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayaış evini və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsini ipoteka ilə yüklü etməsi, sonradan həmin əmlakı Zərərçəkmiş şəxs oğlıuna satacağına və banka girov müqaviləsinə görə öhdəliyi ödəyəcəyinə dair vədlər verməklə aldatması, bu niyyətlə Zərərçəkmiş şəxs 103000 manat məbləğində külli miqdarda pulunu ələ keçirməsini sübuta yetirən hallar müəyyən edilməmiş, belə ki, qeyd olunan xüsusatlarla bağlı aparılmış istintaq araşdırması zamanı tərəflər arasında yaranmış münasibətlərin mülki münasibətlərdən yaranmış mübahisə kimi qiymətləndirilməsi qənəatinə gəlinmiş və müəyyən edilmişdir ki, qarşı tərəf əmlakı qarşılıqlı razılaşma əsasında hissə-hissə satarkən niyyətinin öhdəliyin yerinə yetirilməsinə yönəlmiş və bu səbəbdən də tərəfin özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş qəsdən törədilmiş hərəkətlərə yol verilməsi halları öz təsdiqini tapmamışdır. Bu kimi hallara əsasən istintaq orqanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması qənaətinə gəlmiş və qeyd olunan hallarla bağlı tərəflər arasında yaranmış mübahisə mülki mühakimə icraatı qaydasında öz həllini tapmalıdır. Bundan sonra Abşeron rayon prokurorluğunda müstəntiqin qeyd olunan qərarı 21 dekabr 2023-cü il tarixli qərarla ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin ifadələrində olan bütün ziddiyyətlər və uyğunsuzluqlar, eləcə də onun iş üçün əhəmiyyət kəsb edən halları izah edə bilməməsi, Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməsi ilə bağlı əsaslı şübhələrə səbəb olur ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, digər obyektiv və qərəzsiz sübutlar mövcud olmadığı halda bir şəxsin (zərərçəkmişin) verdiyi ifadələr digər şəxsin (təqsirləndirilənin) verdiyi ifadələrdən üstün tutula bilməz və yalnız zərərçəkmiş şəxsin ifadələri əsasında, digər mötəbər dəlillər olmadığı halda şəxs təqsirli bilinə və cəzalandırıla bilməz. Məhkəmə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, eləcə də digər sənədləri tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə yekun qərar – bəraət hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 27-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X7rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X15 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron şəhər məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarı ilə, həbs etmənin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarla təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Abşeron RPİ-nin İŞ baş müstəntiqi, polis mayoru Eldəniz Əsgərovun xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 18 may 2024-cü il tarixli qərarla təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur, qanunvericiliyə uyğun qaydada mülki iddia verilməmiş, xüsusi müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Maddi sübut kimi tanınmış bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması ona izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-68/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-68/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver