Məhkəmə qərarları › İş №1(124)-682/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-682/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-682/2024 18.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada usta işləmiş, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qaraqurdlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsində fərdi nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 01,03.2024-cü il tarixdə saat 23 radələrində Xaçmaz-Niyazoba avtomobil yolunun Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisindən keçən 4-cü kilometrliyinin sol tərəfində yerləşən "Şahdağ" kafesində yeyib-içən zaman həmin məclisdə olan Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəni həmin kafedən Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində 60 metr aralıqda yolun sol kənarından 23 metr məsafədə sol tərəfdə yerləşən boş sahədə davam etdirərkən Zərərçəkmiş şəxs ona qarşı zor tətbiq edərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirdikdən sonra qisas motivi ilə sonuncunu öldürmək qərarına gəlmiş və bu məqsədlə müstəsna qəddarlıq nümayiş etdirərək zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq sonuncunun bədəninin müxtəlif nahiyələrinə cibində gəzdirdiyi, növü istintaqa məlum olmayan kəsici-deşici alətlə qəsdən ümumilikdə 17 dəfə ardıcıl zərbə vurub Zərərçəkmiş şəxs “döş qəfəsinin arxa səthində solda iki yerdə döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara" kimi sağlamlığa ağır zərər vuran, habelə "boynunda arxada sağda və solda hərəsində bir yerdə, sol və sağ kürəyində, döş qəfəsinin arxa səthində cəmi 15 yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək cinayətkar niyyətini başa çatdırdığını güman edib hadisə yerindən uzaqlaşmış, lakin Zərərçəkmiş şəxs “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə təxliyyə olunaraq həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi səbəbindən bilavasitə sonuncunu xüsusi amansızlıqla qəsdən öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da o, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmiş, yəni xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, avtomobil təmir sexində olan zaman Əlihüseyn axşam saat 7 radələrində ona zəng etmişdir. Ondan yemək yeyib- yemədiyini soruşmuş, daha sonra onu sexdə gözləməyini bildirmişdir. Əlihüseynin pulu olmamış, bazarlığı Kamran etmişdir. Kafedə işləyən Sevda xanım həmin bazarlıqla yemək hazırlamışdır. Saat 12 radələrində araq qurtarmış, araq almağı fikirləşmiş, lakin onun araq almağa pulu olmamışdır. Hər ikisi içkili olmuş, yeyib içdikləri zaman Kamran heç nədən kafedə işləyən Sevda xanımı söyməyə başlamışdır. Sonra o, çölə çıxmış, Kamran onun arxasıyca söyüş söymüşdür. Həmçinin onun atasının qəbrini təhqir etmişdir. Kamran onu qəbiristanlığa çağırmış, qəflətən qulağından yapışmış, dişləməyə başlamışdır. Onlar orada bir müddət boğuşmuşdurlar. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, bıçağı kənara tullamış, zərər çəkmiş şəxsə neçə bıçaq zərbəsi vurduğunu bilməmişdir. Gecə saat 12 radələri olmuşdur. Onlar 5 nəfər olmuş və yanlarında 2 nəfər qadın cinsindən şəxs olmuş, 2 litr spirtli içki qəbul etmişdirlər. Əlihüseyni çağırmış, Əlihüseyn gəlmiş, Kamranı səsləmiş, görmüşdür ki, Kamran yoxdur. Əlihüseyni çağırıb geri qayıtmağı 15-20 dəqiqə çəkmişdir. Əlihüseyni çağırmaq üçün kafeyə qayıtmışdır. Mübahisə etdikləri yer kafedən 20 metr məsafədə olmuşdur. Zərərçəkmiş şəxs ilə barışmışdır. Sevda xanım kafeni işlədən, Yaqut xanım da həmin kafedə qabyuyan olmuş, həmin xanımlar həm yemək bişirmiş, həm də onlarla yeyib içmişdirlər. Qadınlar da spirtli içki qəbul etmişdirlər. Özü könüllü olaraq polisə gəlmişdir. Kamran onun qulağından dişləmişdir. Kamran onu bıçağı vurmamışdan əvvəl dişləmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisində yerləşən avtomobil təmir sexində usta (dəmirçi) işləyərək ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs Xaçmaz rayon sakini kimi tanımış və əvvəllər sonuncuyla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs və sonuncunun Əlihüseyn adlı dostu onun işlədiyi avtomobil təmiri sexinə gəlmişlər. Sexdə olarkən Əlihüseyn yaşadığı evin həyətində özünə məxsus VAZ 2107 markalı avtomobilini rənglətmək istədiyini bildirmiş, o, Əlihüseynlə razılaşıb bu işi görəcəyini deyərək görəcəyi işin müqabilində Əlihüseynin təklif etdiyi məbləğlə razılaşacağını demiş, Əlihüseynlə razılaşdıqdan sonra Əlihüseyn özü ilə birlikdə yeyib-içməyi ona təklif etmiş və o, Əlihüseyngilin təklifini geri çevirməyib hər ikisi ilə yaxınlığındakı Sevda adlı xanımın işlətdiyi “Şahdağ" kafesinə getmişdir Həmin kafeyə taksi sürücüsü Bəhruz adlı şəxsin VAZ 2107 markalı avtomobili ilə getmişlər. Kamrangil özləri ilə ərzaq və spirtli içki almış, kafeyə çatdıqdan sonra Sevda Kamranın gətirdiyi ərzaqla yemək bişirib onlara süfrə açmış və Sevda, kafedə ofisiant işləyən Yaqut adlı xanım, Kamran, o, Əlihüseyn, Bəhruz stol arxasında əyləşib yeyib-içməyə başlamışlar. 01 litrlik araq bitdikdən sonra növbəti 01 litrlik arağı açıb içməyə davam etmişlər. Həmin gün saat təxminən 23 radələrində Kamran heç bir səbəb olmadan Sevdanın ünvanına nalayiq ifadələr işlətməyə başlamış, daha sonra onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək pis söyüşlər söyüb "mənim daydayım var, polis neynəyə bilər mənə” kimi sözlər işlətmişdir, O, Kamrana iradını bildirirək söyüş söyməməsini desə də, Kamran öz fikrindən əl çəkməmiş və pis söyüşlər işlətməyə davam etmişdir. Kamran sərxoş vəziyyətdə olduğu üçün o, Kamranı yola verməyə çalışmış, lakin Kamran isə sakitləşməmişdir. Sonda dözə bilməyib əsəbləşərək söhbət etmək üçün Kamranı çölə dəvət etmiş və sonuncu ilə birlikdə kafeni tərk edib təxminən 40-50 metr Niyazoba kəndi istiqamətində gedib yolun sol tərəfindəki boş sahədəki yığılmış mişar daşlarının yanında dayanmışlar. Elə oraya çatıb söhbətə başlayanda Kamran qəfildən onun sol qulaq nahiyəsini dişləyib ondan sallaşmağa başlayanda o, arxası üstə yerə yıxılmış və Kamran onun üstünə çıxmışdır. Yerdə olduğu vaxt Kamran yenə də onun üz nahiyəsini dişləmiş və sifətini cırmaqlamışdır. Kamrana güc gələ bilməyəcəyini görüb Kamranın ona daha ağır xəsarət yetirməsinin qarşısını almaq məqsədilə şalvarının sağ cibindən bıçağı çıxarıb Kamranın bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmağa başlamış və Kamran bu vaxt halsızlaşıb onu buraxanda Kamranı üstündən itələyib ayağa durmuş, ayağa durduqdan sonra bıçağı orada hazırda xatırlamadığı tərəfə atıb Niyazoba kəndi istiqamətində qaça-qaça gedərək 10-15 dəqiqə sonra yenidən geriyə qayıtmışdır. Geriyə qayıdanda artıq Kamranın orada olmadığını görmüş və Əlihüseyn kafenin qarşısında "Faiq, Faiq" deyərək onu axtarmışdır. Əlihüseynə yaxınlaşıb baş vermiş hadisə barədə sonuncuya məlumat vermiş və oradan işlədiyi sexin yanına gedib heç kim olmayan yerdə gizlənərək anası Rəqubəyə zəng edib hadisə ilə bağlı anasına danışmışdır. Rəqubə onun bacıları Aygün və Günayla bir yerdə Bakı şəhərində yaşayır. Hadisədən bir neçə gün əvvəl o, həyat yoldaşı və uşaqlarını anasının yanına göndərmiş, anası hadisə ilə bağlı məlumatı əldə etdikdən sonra onun ailəsi ilə bir yerdə rayona gələcəklərini demişdir. Rəqubə kəndə gəldikdən sonra ona məlumat verilmiş və yaşadığı küçəyə gedib ailəsi ilə son dəfə görüşdükdən sonra Xaçmaz RPŞ-yə gəlmişdir. Hazırda etdiyi əməldən peşmandır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun Kamranı öldürmək niyyəti olmamışdır. Kamran onun üstünə çıxıb üzünü dişləyərək ona xəsarətlər yetirmiş, o, bıçaqla Kamranı vuraraq sonuncunu özündən uzaqlaşdırmaq, canını qurtarmaq istəmişdir. Kamranı bıçaqla vurub sonuncunu özündən kənarlaşdıqdan sonra ayağa durmuş və Kamran yerə uzanmış vəziyyətdə olmuşdur. Lakin o, Kamrana bıçaqla əlavə xəsarət yetirməmiş və hadisə yerini tərk edib uzaqlaşmışdır. Hadisə zamanı istifadə etdiyi bıçaq qara rəngli, təxminən 06 sm uzunluğunda cib bıçağı olmuşdur. Həmin bıçağı daim üzərində gəzdirmiş və hadisə olan vaxtadək heç vaxt istifadə etməmişdir. (cild 1, i.v. 71-75, cild 2, i.v. 39-43) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onlar oturub kafedə yemək yemiş, az miqdarda spirtli içki qəbul etmişdir. Onu oradan zəng eləyib çıxartdıran Təqsirləndirilən şəxs olmuşdur. Faiq ona nalayiq ifadələr işlətməyə başlamış, o isə içkili olduğu üçün ona məhəl qoymamış, lakin o, onu özü ilə Niyazoba kəndindəki boş əraziyə aparmış və orada onu yerə yıxıb təhqir edərək boğmağa başlamış, o da özünü müdafiə məqsədilə onu üzərindən aşırmış, boğazını sıxıb sakit olmasını demişdir. Bundan sonra Faiq əlindəki bıçaqla onu vurmağa başlamış və onun da huşu getmişdir. Xəstəxanada ona demişlər ki, ona 15 bıçaq zərbəsi dəymişdir. O görmüşdür ki, onu tər basır, bədəni buzlayır, hər yeri qandır, onda bilmişdir ki, onu bıçaqla vurmuşlar, özünü toplayıb maşın axtarmağa başlamış, 5-7 km piyada yol getmiş, kafedə insanların qorxmasını istəmədiyi üçün ora qayıtmamış, amma 1 saat piyada yol getmiş, tibbi yardım maşınını görəndə özündən getmiş, həmin vaxt çox qan itirmişdir. 19-20 gün xəstəxanada yatmış, əməliyyat olunmuş, ağciyəri pis vəziyyətdə olmuşdur. Bıçaqlanma anı çox uzun müddət çəkməmiş, tez-tez vurub çıxarmışdır. O, hiss etmişdir ki, onu vurur, amma bıçaqla vurduğunu bilməmişdir. O, onu vuranda Faiq onun üzərində olmuş, onu aşağıdan yuxarı vurmuşdur. Faiq onu qoyub, qaçıb getmiş, qışqırıb xahiş etmişdir ki, kömək etsin, ancaq ona kömək etməmişdir. Onun heç bir şikayət və tələbi olmamış, 2 qız övladına və xəstə anasına görə onu bağışlamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, birinci, o, onu vurmamış və ona qarşı söyüş söyməmişdir. Xəstəxana xərclərini az miqdarda da olsa, Faiqin anası qarşılamış və ona köməklik etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Xaçmaz rayonu ərazisində günəmuzd fəhlə işləyərək ailəsini dolandırır, Təqsirləndirilən şəxs dostu Əlihüseynin vasitəsilə tanımışdır. Hadisə gününə kimi Faiqlə arasında düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. 01,03.2024-cü il tarixdə saat 18 radələrində Əlihüseynlə birlikdə Faiqin işlədiyi avtomobil sexinə gəlmiş, onlar Faiqlə görüşdükdən sonra Əlihüseyn yaşadığı evin həyətində özünə məxsus “VAZ 2107" markalı avtomobilini rənglətmək istədiyini bildirmişdir. Faiq Əlihüseynin təklif etdiyi məbləğlə razılaşıb bu işi görəcəyini demiş, daha sonra onlar Faiqə birlikdə yeyib-içməyi təkif etmiş, Faiq onların təklifini geri çevirmiyərək yaxınlıqdakı Sevda adlı xanımın işlətdiyi "Şahdağ" kafesinə getmişdir. Həmin kafeyə taksi sürücüsü Bəhruz adlı şəxsin “VAZ 2107" markalı avtomobili ilə getmiş, yemək yedikləri vaxt Faiq əlindəki 0.7 litrlik arağı rumkalara süzərək içməyə başlamışlar. Bəhruz avotmobil idarə etdiyinə görə onlarla birlikdə araq içməmiş, daha sonra kafenin sahibi Sevda və işçisi Yaqut da stolda əyləşib onlarla birlikdə araq içməyə başlamışlar. Yeyib-içdikləri vaxt Faiq Əlihüseynə arağın bitdiyini, üstündə pul olmadığına görə evə gedib pul götürəcəyini demiş, o, Faiqə 90 manat məbləğdə pulunun olduğunu, evə getməyə ehtiyac olmadığını, birlikdə mağazaya gedib araq ala biləcəyini təklif etmişdir. Faiq onun təklifi ilə razılaşaraq Bəhruzun avtomobili ilə yaxınlıqdakı ərzaq mağazasına getmiş, Bəhruz avtomobildən düşməyib onları gözləyəcəyini demişdir. Mağazada Faiq vitrindən 1 litrlik araq, 3 ədəd çörək və 2 litrlik "Fanta" götürdükdən sonra kassaya yaxınlaşmış, Faiqin üstündə pul olmadığına görə Faiq ondan 20 manat məbləğində pul istəmiş, o, 20 manatı Faiqə vermiş və Faiq kassada ödəniş etmişdir. Daha sonra Bəhruzun avtomobilinə əyləşib kafeyə gedib yeyib-içməyə davam etmişlər. Təxminən 20 dəqiqə sonra Faiqin mobil telefonuna zəng gəlmiş, Faiq stoldan qalxıb əlindəki mobil telefonla danışdıqdan sonra Əlihüseyni də yanında götürüb onlara 15 dəqiqəyə gələcəyini bildirmişdir. Həmin vaxt o, Bəhruzla stolda yemək yeyib söhbət etmiş, Bəhruz gec olduğu üçün onunla sağollaşıb kafedən getmişdir. Daha sonra Faiq Əlihüseynlə birlikdə kafeyə daxil olub Sevda və Yaqutla birlikdə araq içməyə başlamışlar. Həmin vaxt o, araq qəbul etməyib yalnız masadakı yeməkləri yemiş, saat 23 radələrində Əlihüseyn spirtli içkinin təsirindən heç bir səbəb olmadan Xaçmaz qadınlarının əksəriyyətinin əxlaqsız olduğunu və ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o, Əlihüseynə söyüş söyməməsini, onun ailəsindəki qadınların da Xaçmazlı olduğunu bildirmiş, Əlihüseyn ona “zor s**rəm, lotuyam mən, kimsə mənə heç bir söz deyə bilməz" ifadələrini işlətmiş və aralarında mübahisə yaranmışdır. Bir neçə dəqiqədən sonra Faiq söhbət etmək üçün onu çölə dəvət etmiş və o, Faiqlə birlikdə kafeni tərk edib təxminən 100-120 metr Niyazoba kəndi istiqamətində gedib yolun sol tərəfindəki boş sahədəki yığılmış mişar daşlarının yanında dayanmışdır. Həmin vaxt Faiq onun yaxasından tutaraq "mən gij**w***am, mənim beynimi çöndərmə" sözlərini deyib onu yerə yıxıb üstünə çıxıb əlləri ilə onun boğazından tutub boğmağa başlamış, o, əlləri ilə Faiqin yaxasından tutub sonuncunu altına yıxmış və üstünə çıxaraq Faiqin boğazını sıxıb sakit olmasını bildirmişdir. Faiq əlindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmağa başlamış, o, çoxsaylı bıçaq zərbəsindən huşunu itirərək yerə yıxılmışdır. Həmin vaxt Faiq ayağa qalxıb başının üstündə durub bir neçə saniyə ona baxdıqdan sonra əlindəki bıçaqla üzü Niyazoba kəndi istiqamətində getmişdir. Bir neçə dəqiqədən sonra güc topluyaraq ayağa qalxıb üzü Qaraçı kəndi istiqamətində yeriməyə başlamış, həmin vaxt qarşıdan gələn avtomobillərə əl etsə də, qorxudan heç kim avtomobili saxlamamışdır. Daha snra qarşıdan təcili tibb yardım avtomobilini görərək özünü həmin avtomobilin qarşısına atmışdır. Təcili tibbi yardımın sürücüsü avtomobili saxlamış və onu avtomobilə əyləşdirib Xaçmaz RMX-na gətirmişdir. Yolda ona tibb yardım göstərildikdən sonra tibb işçilərindən biri adını və soyadını soruşub dərhal rəhbərliyə məruzə etmişdir. Xaçmaz RMX-na çatdıqdan sonra çoxlu qan itirdiyinə görə onu dərhal cərrahiyyə şöbəsinə yerləşdirib əməliyyat etmişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu fikrincə Əlihüseynlə stolda mübahisə etməsi Faiqin xoşuna gəlməmiş, buna görə də Faiq onu kafedən çölə çıxarmışdır. O, Faiqlə dalaşdığı vaxt hadisəni heç kim görməmiş, çünki hadisə vaxtı yanlarında özlərindən başqa heç kim olmamışdır. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Faiqin dedikləri yalan olmuşdur. Həmin vaxt o, süfrədə heç kimi təhqir elməmiş, süfrədəkilərin ünvanına nalayiq ifadələr işlədən Əlihüseynin özü olmuşdur Sevdanın dedikləri yalandır. O, Faiqin ünvanına nalayiq ifadələr işlətməmişdir.(cild 1. i.v. 149-153) Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən avtomobil ustası kimi tanımışdır. Faiq xarakterikcə mehriban, yaşadığı ərazidə hər kəslə yola gedən biridir. Zərərçəkmiş şəxs tanımır. Kamranla arasında düşmənçilik və dostluq münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində piyada Faiqin sexinin qarşısından keçərkən Faiq onu görüb yanına çağırmışdır. Həmin vaxt sexdə Faiqin yanında Əlihüseyn və Kamran da olmuşdur. Faiqlə bir neçə dəqiqə söhbət etdikdən sonra Faiq ona Əlihüseyn və Kamranla yeyib-içmək istədiyini, buna görə də onları Qaraqurdlu kəndi ərazisində yerləşən ''Şahdağ" kafesinə aparmağını xahiş etmişdir. Bundan sonra o, avtomobilini evin qarşısından götürüb Faiqin avtomobil təmiri sexinə getmiş, daha sonra Faiq avtomobilin ön sağ oturacağında, Əlihüseyn və Kamran isə əllərindəki ərzaqlarla arxa oturacaqda əyləşmişdir. O sükan arxasında maşını idarə edərkən onlar bir-birləri ilə zarafatlaşaraq deyib gülmüş, təxminən 10 dəqiqədən sonra '‘Şahdağ" kafesinin qarşısına çatmışlar. O, Faiqgili avtomobildən düşürdükdən sonra evə getmək istəmiş, lakin Faiq onunda özləri ilə bir yerdə oturmağını təklif etmişdir O, Faiqin təklifini qəbul edərək onlarla birlikdə kafeyə keçərək stolda əyləşmiş, oturduğu stolun baş tərəfində Əlihüseyn, sağ tərəfində Faiq və Faiqin qarşısında isə Kamran oturmuşdur. Həmin vaxt Kamran əlindəki 0.7 litrlik arağı stola qoyub içməyə başlamış, o, araq içmədiyinə görə yalnız stoldakı yeməkləri yemişdir. Araq içildikdən sonra Kamran Faiqə arağın bitdiyini, mağazaya gedib araq almaq lazım olduğunu bildirmişdir. Daha sonra Faiq və Kamran onun avtomobilinə əyləşərək yaxınlıqdakı ərzaq mağazına getmiş, bir neçə dəqiqədən sonra Kamran və Faiq əlindəki 3 çörək və 1 litrlik araqla avtomobilənə əyləşmiş və Kamran taksi pulu olaraq 3 manat pul əskinasını ona vermişdir Daha sonra kafeyə çataraq yenidən stolda əyləşib yemək yemiş, Kamran spirtli içkinin təsirindən özünü apara bilməyərək yumruğunu bir neçə dəfə stola vuraraq nalayiq ifadələr işlətmişdir. Əlihüseyn ona sakit durmasını, özünü ələ almasını bildirmiş, lakin Kamran Əlihüseynə məhəl qoymaraq öz atasına və qohumlarına qarşı nalayiq ifadələr işlətmişdir. Təxminən 15-20 dəqiqədən sonra Nəzrin adında taksi sürücüsü Faiqin mobil telefon nömrəsinə zəng edərək avtomobilinin xarab olduğunu bildirmiş, Faiq Nəzrinə “Şahdağ" kafesində olduğunu, Nəzrinə onu gəlib götürməsini xahiş etmişdir. Təxminən 15 dəqiqədən sonra Nəzrin Faiqə zəng edərək kafenin qarşısında onu gözlədiyini demiş, Faiq Əlihüseynlə birlikdə stoldan durub Nəzrinin avtomobilinə əyləşmişdir. Həmin vaxt o, Kamranla birlikdə stolda qalmış, lakin Kamranın spirtli içkinin təsirindən özünü apara bilməyərək yenidən atasına qarşı nalayiq ifadələr işlətdiyinə görə Kamranla sağollaşıb kafeni tərk etmişdir. Səhərisi günü o, Faiqin qohumu X4 bıçaqladığını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Faiq onun həmkəndlisidir. Faiqlə arasında normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs ilə arasında 10 ildir ki, dostluq münasibəti var və Kamranla bir yerdə işləyir. Belə ki, müxtəlif fərdi yaşayış evlərində tikinti işlərini görərkən Kamran fəhlə kimi ona köməklik edir. 01.03 2024-cü il tarixdə Kamranla birlikdə Xaçmaz şəhəri ərazisində adını bilmədiyi qadının fərdi yaşayış evinin hasarının sökülməsi işi ilə məşğul olmuşdur. Həmin gün nahar vaxtı Kamranla hər biri 3-4 qutu “Go" markalı spirtli enerji içkisi qəbul etmişlər. Saat 17- 18 radələrində işlərini qurtardıqdan sonra Kamranla yeyib-içməyi qərarlaşdırmış və Kamranla birlikdə Kamrangilə getmişdir. Kamran evdə iş paltarını dəyişdikdən sonra Kamranla bir yerdə mağazaya gedərək ərzaq, 0.7 litrlik araq alaraq Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisində avtomobil təmiri ustası Faiqin yanına yola düşmüşlər. Oraya getməmişdən əvvəl Faiqə zəng edib sonuncu ilə danışmışdır. Ona məxsus avtomobilin rənglənməsi işini Faiqə gördürəcəkmiş. Faiqlə sexdə söhbət edib razılaşmış və Faiq imkanı olduğu qədərilə zəhmət haqqını verməyini ona demişdir. Həmin vaxt onlarla bir yerdə yeyib-içməyi Faiqə təklif etmişdir. Faiq də onun təklifini qəbul etmiş və taksi sürücüsü Bəhruz adlı şəxsin maşını ilə yaxınlıqdakı “Şahdağ" kafesinə getmişlər. Kafedə ərzaqları bişirilməsi üçün kafeni işlədən Sevdaya vermişlər. Bunun müqabilində Kamran Sevdaya 10 manat təqdim etmişdir. Sevda və işçi olan bir xanım onlara süfrə açmışdır. Bəhruz isə onları kafedə düşürtdükdən sonra çıxıb getmişdir. Masada divara yaxın Faiq, sonuncu ilə üzbəüz Kamran, Kamranın yanında kafedə işləyən xanım, həmin xanımla üzbəüz isə Sevda oturmuşdur. O isə masanın baş tərəfində əyləşmişdir. Hamısı spirtli içkini qəbul etmiş və araq qurtarmışdır. Daha sonra Kamran Faiqlə birlikdə Bəhruzu oraya çağırıb mağazaya gedərək 1 litrlik araq alıb kafeyə qayıtmışlar. Bəhruz da gəlib 2-3 dəqiqə kafedə onlarla oturmuş və bir tikə yeməyini yeyib durub getmişdir. İkinci arağın da yarısını bitirən zaman Kamran özünü idarə etməməyə başlamışdır. Belə ki, Kamran içkinin təsirindən nə danışdığını, nə etdiyini bilməmiş, səbəbsiz yerə stoldan götürdüyü çörəyi tavaya batırıb yan masada əyləşən müştərilərə aparıb təklif etmişdir. Həmin müştərilər Kamranın içkinin təsiri altında olduğunu bilib Kamrana əhəmiyyət verməmişlər. Süfrə başında söhbət zamanı Kamran Faiqlə hörmətinin çox olması ilə bağlı müzakirə etməyə başlamış və “Faiq tərəziyə ikimizi qoysalar mən səndən ağır gələrəm" sözlərini demişdir. Faiq də “Kamran ayıbdı sənin üçün hərənin özünə görə hörməti var" deyəndə Kamran "məndən yaxşı oğlanın varyoxunu s****m" demiş, Faiq həmin söyüşü kimə aid etdiyini soruşanda Kamran "elə səni nəzərdə tuturam” deyə cavablandımışdır. Faiq isə Kamrana nalayiq ifadə ilə yox, təmkinli şəkildə danışığını düzəltməyini, əks halda pis olacağını bildirmişdir Hətta Faiq durub çölə çıxanda Kamran “Faiqin sağlığına içirsiniz elə. S****m Faiqin varyoxunu" sözlərini demişdir. Ancaq Faiqin bu söyüşü eşidib-eşitmədiyini bilməmişdir. O, Kamrana irad bildirib danışığını düzəltməsini deyərək kafeni tərk edib getməyi təklif etmişdir. Kamran isə "getmək istəyirsənsə S***dir get” sözlərini deyib onu təhqir etməyə başlamışdır. Bir müddət sonra görmüşdür ki, Faiqlə Kamran kafedə yoxdur. Özü də sərxoş vəziyyətdə olduğu üçün Kamranla Faiqin hansı ara kafedən çölə çıxdığını görməmişdir. Kamranın onu tək qoyub getdiyini düşünərək kafedən çölə çıxmışdır. Pilləkənləri düşüb kafenin qarşısında dayanan zaman Faiq Niyazoba kəndi istiqamətində gələrək “Kamranı vurdum" demiş və əli ilə Niyazoba kəndi istiqamətini göstərərək Kamranın orada olduğunu, gedib Kamrana baxmağını ona bildirmişdir. O, qışqıra-qışqıra Faiqin göstərdiyi yerə gedib Kamranı çağırsa da, Kamranı tapa bilməmiş və kafenin qarşısına qayıtmışdır. O, qayıdanda Faiq də çıxıb getmişdir. X8 nə ilə vurmasını dəqiq bilməmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Kamrangilə yola düşmüşdür ki, Kamranı da götürüb işə getsin. Kamrangilin evinin qapısını arvadı Günel açıb Kamranın gecə evə gəlmədiyini dedikdən sonra sonuncunun xəstəxanada olmasını düşünərək Günellə bir yerdə Xaçmaz rayon xəstəxanasına gəlmişdir. Xəstəxanada Kamranın ad və soyadını deyəndə Kamranın bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olmasından məlumatı olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 göstərmişdir ki, 20 yanvar 2024-cü il tarixdə Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisində Xaçmaz-Niyazoba avtomobil yolunun üzərində yerləşən “Şahdağ” kafesini icarəyə götürüb fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs müştəri kimi tanımış və sonuncu ilə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Faiq kafenin yaxınlığında yerləşən avtomobil təmiri sexində usta işləyir. Zərərçəkmiş şəxs hadisə gününə kimi bir dəfə görmüş və sonuncu da kafeyə müştəri kimi gəlmişdir. Zərərçəkmiş şəxslə də arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində Kamran, Faiq, Bəhruz və Əlihüseyn onun işlətdiyi kafeyə gəlmiş, Kamran və Əlihüseyn kafeyə içkili vəziyyətdə gəlmiş və özləri ilə toyuq, balıq, araq alıb gətirmişlər. Kamranla Əlihüseyn mətbəxə daxil olub toyuq və balığı bişirməyini ondan xahiş etmiş, yeməyi bişirməyi üçün 10 manat alacağını onlara demişdir. Kamrangil onun dediyi qiymətlə razılaşdıqdan sonra Kamran 10 manatı cibindən çıxarıb ona vermiş, o, kafedə stol qurmuş və gətirdikləri yeməkləri bişirib onlarla əyləşmişdir. Masa arxasında o, kafedə qab yuyan işləyən Yaqut, Kamran, Faiq və Əlihüseyn əyləşmiş, Bəhruz yemək gəldikdən sonra biraz yemək yeyib işinin olduğunu deyərək kafeni tərk etmişdir. Yerdə qalanlar isə spirtli içki qəbul etmişlər. Masada o, Yaqutla, Kamran isə Faiqlə üzbəüz oturmuş, Kamran sərxoş vəziyyətdə olduğundan yan stolda müştəri kimi əyləşən tanımadığı 3-4 nəfərə də söz atmış, həmin müştərilər isə Kamranın içkili vəziyyətdə olduğunu görüb sonuncuya baş qoşmayıb Kamranı yola vermişlər. Yeyib-içən zaman 2-3 dəfə Faiqin sağlığına qədəh qaldırılırmış, hansısa səbəbə görə Faiq stuldan durub kafedən çölə çıxanda Kamran Faiqin arxasıyca sonuncunun ünvanına nalayiq ifadələr işlədərək “nə qədər bunun sağlığına içirsize bunun varyoxunu, atasının gorunu s****m" sözlərini işlətmişdir. Ancaq Faiqin bu söyüşü eşidib-eşitmədiyini dəqiq bilmir. Faiq qayıdıb stula əyləşdikdən sonra Kamran Faiqin və sonuncunun ailəsinin ünvanına ağır söyüşlər söyməyə başlamışdır Kamran hətta öz arvadına zəng edib həyat yoldaşını da təhqir etməyə başlamış, Faiq isə Kamranın içkili olduğu üçün səhəri gün sonuncuyla danışacağını, kafedə mübahisə etməyəcəyini bildirmişdir. Kamran spirtli içkini çox qəbul etdiyi üçün özünü idarə edə bilməmiş və ayaq üstə dayanmağı bacarmamışdır. Kamran artıq gic-gic danışmağa başlamış və “polislər mənə neynəyə biləre? Onları stroya düzərəm" sözlərini işlədəndə Faiq "belə danışma, polislər bizi qoruyur” deyərək Kamrana iradını bildirmiş, Faiq masadan durub getmək istəyəndə Kamran Faiqi getməyə qoymamış, Faiq bir qədər oturduqdan sonra kafedən çölə çıxmışdır. Kamran belə düşünmüşdür ki, Faiq çıxıb evinə gedir. X9 özünü idarə edə bilmədiyi üçün masada əyləşmək istəməmişdir. Kamran da Faiqin arxasıyca kafeni tərk etmiş, o isə mətbəxə keçmiş və 15-20 dəqiqə sonra Kamrangilin gəlmədiyini görən Əlihüseyn onları axtarmaq üçün kafedən çıxıb yenidən geriyə qayıdaraq Kamrangilin çöldə olmadığını demişdir. O, Yaquta 5 manat vermiş və sonuncunu, daha sonra isə kafedə oturan 3-4 nəfər müştərini yola saldıqdan sonra kafeni bağlayıb saat 22-23 radələrində evə doğru yola düşmüşdür.. Evə çatmamış yolda olanda polis əməkdaşlarından kimsə ona zəng edərək onu Xaçmaz RPŞ-yə dəvət etmişdir. Telefon danışığı zamanı Faiqin Kamranı bıçaqlamasından məlumatı olmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki Kafedə Kamran səbəbsiz yerə Faiqin özünə və ailəsinə nalayiq ifadələr işlətmişdir. Faiq isə bu söyüşlərin qarşısında Kamrana qarşı söyüş işlətməyərək "indi içkilisən, ayıl, sənlə səhər danışacam sözlərini demişdir. Kafedə olan zaman Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs bir- bırınə qarşı zor tətbiq etməmişlər. (cild 1, i.v. 109-112) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 göstərmişdir ki, 2024-cü ilin fevralın əvvəlindən Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisində yerləşən “Şahdağ" kafesində qab yuyan işləyir. Təqsirləndirilən şəxs müştəri kimi tanımış və Faiqlə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Faiq kafenin yaxınlığında yerləşən avtomobil təmiri sexində usta işləyir. Zərərçəkmiş şəxs hadisə günü ik dəfə görmüşdür. Kamranla da arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır.xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində Kamran, Faiq, Bəhruz və Əlihüseyn onun işlədiyi kafeyə gəlmişlər. Kamran və Əlihüseyn kafeyə içkili vəziyyətdə gəlmiş və onlar özləri ilə toyuq, balıq, araq alıb gətirmişlər. Kamrangil aldıqları toyuqla balığı Sevda xanıma bişirməsi üçün vermiş və Sevda ilə onlar üçün masa qurub əyləşmişdir. Kamrangil özləri ilə 0.7 litrlik araq alıb gətirmiş. 0.7 litrlik arağı içib qurtardıqdan sonra Bəhruz, Kamran və Faiq mağazaya gedib əlavə 01 litrlik araq alıb kafeyə qayıtmışlar. Bəhruz biraz yemək yedikdən sonra məclis qurtarmamış kafeni tərk edib getmiş, masada o, Sevdayla, Kamran isə Faiqlə üzbəüz oturmuşdur. Bir müddət sonra Kamran heç bir səbəb olmadan Faiqin ailəsinin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, Faiq isə nalayiq ifadələr işlətməməyıni bildirərək Kamrana irad tutmuşdur. Elə bu vaxt arvadı Kamrana zəng etmiş və Kamran telefonda öz arvadını, uşaqlarını söyməyə başlamış, içkinin təsirindən Kamranın başı getmiş və nə danışdığını belə bilməmişdir. Kamrana irad tutub söyüş söyməməyini, çörək yediklərini deyəndə Kamran əli ilə onu itələyib sakit durmağını bildirmişdir. Bir qədər sonra o, mətbəxə keçmiş və Faiq isə çölə çıxmışdır. Kamran isə “çıx çölə gəlirəm” sözlərini deyib Faiqin arxasıyca kafeni tərk etmişıdir. Bır qədər sonra Əlihseyni də kafedə görməmişdir. O, masanı yığışdırmaq istədiyini deyəndə Sevda xanım masanı yığışdırmamağını, onların gələcəyini demişdir. Ancaq bir müddət sonra Sevda xanım hamının çıxıb getdiyini deyərək 5 manat pulu ona verib evə getməyini bildirmişdir. O, evə gedəndə kafedə 5 nəfər tanımadığı müştəri çay içirmişlər. 02.03 2024-cü ıl tarixdə saat 07 radələrində iş yerinə gəlib kafeni açıb təmizlik işlərini görmüş, həmin gun saat 12 radələrində Sevda xanım kafeyə gələndə Faiqin Kamrana bıçaqla xəsarət yetirməsini Faıqdən öyrənmişdir.(cild 1. i.v. 124-127) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 2 mart 2024-cü il tarxli təqrirdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:40-da “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Xaçmaz rayon prokurorluğunun növbətçi hisəsinə zəng edilərək Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini Zərərçəkmiş şəxs xəsarətlərlə həmin xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. (cild 1, i.v. 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 mart 2024-cü il tarixli “obyektə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Xaçmaz-Niyazoba avtomobil yolunun Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisindən keçən 4-cü kilometrliyinin sol tərəfində yerləşir və kafenin adı “Şahdağ”dır. Avtomobil yolunun sol kənarından kafeyə qədər məsafə 11.21 metrdir. Kafenin giriş qapısının eni 3.18 metr, hündürlüyü 3.02 metrdir. Həmin qapıdan daxil olduqda sağ tərəfdə zala keçid etmək qapı nəzərdə tutulmuşdur və həmin qapının eni 1.17 metr, hündürlüyü isə 3.17 metrdir. Zalın uzunluğu 10.76 metr, eni 5.67 metr, hündürlüyü isə 3.16 metrdir. İştirakçı Şahid2 zalın giriş qapısından 5.90 metr məsafədə sol tərəfdə olan stolu göstərərək xx.xx.2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və digər şəxslərlə birlikdə orada yeyib-içdiklərini, bir müddət sonra Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini, daha sonra Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs kafeni tərk edib getdiklərini, polis əməkdaşlarının dediklərinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyindən məlumatı olduğunu, hadinənin birbaşa şahidi olmadığını bildirdi. İştirakçı Şahid2 tərəfindən göstərilən stolun ətrafında 4 ədəd stul, masanın üzərində isə ərzaq məhsulları və 01 litrlik şüşə qabda “Флагман” " markalı spirtli içki vardır. (cild 1, i.v.8-12) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 mart 2024-cü il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd tünd göy rəngli köynək, 01 ədəd qara rəngli mayka və 01 ədəd boz rəngli şalvar olmuşdur. Həmin geyim əşyaları çirkli vəziyyətdədir. (cild 1, i.v.18) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 mart 2024-cü il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində 01 ədəd gödəkçə, 01 ədəd köynək və 01 ədəd şalvar qara rənglidir və həmin geyim əşyaları çirklidir. (cild 1, i.v.55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi” haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz- Niyazoba avtomobil yolunun Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisindən keçən 4-cü kilometrliyinin sol tərəfində yerləşən boş sahədir. Hadisə yeri "Şahdağ" kafesindən Xaçmaz rayonu, Niyazoba kəndi istiqamətində 60 metr məsafədə yerləşmişdir. Avtomobil yolunun sol kənarından 23 metr məsafədə boş sahəyə çox sayda mişar daşları yığılmışdır. Baxış zamanı 16x15x37 sm ölçüdə olan 01 ədəd mişar daşının üzərində qanabənzər ləkələrin olduğu aşkar edilmiş və həmin mişar daşı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı hadisənin baş verdiyi yerdə ətraf ərazi axtarılmış və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı yuxarıda qeyd ediləndən başqa sübut əhəmiyyətinə malik ola biləcək hər hansı predmet aşkar edilməmiş və götürülməmişdir. (cild 1, i.v. 59-62) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması məqsədilə Xaçmaz-Niyazoba avtomobil yolunun 4-cü kilometrliyinin Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisindən keçən hissəsində yolun sol tərəfində yerləşən “Şahdağ” kafesinin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs həmin kafeni göstərib həmin kafedə Zərərçəkmiş şəxs ilə yeyib-içdiklərini bildirmişdir. Həmin kafeyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, orada oturub çörək yemişlər. Yanında Sevda xanım oturmuşdur. Onunla üzbəüz Kamran,onun yanında Əlihüseyn əyləşmişdir. Burada bir xanım oturmuş, bu üzdə də şofer Bəhruz əyləşmişdir. Onlar buraya gələndə 01 mart 2024-cü il tarix saat 19 radələri olmuşdur ki, toyuq və balıq bu kafedə bişirilmişdir. 1 litr araq içmişlər. Bir dənə əlavə də araq gəlmiş, ondan bir rumka içmişdir. Kamran söyüş söymüş və o, bayıra çıxmışdır. Burada da oturan qıza var-yox söyüşü söymüşdür. O qayıdıb içəri gələndə onun da var-yoxunu söymüşdür. Demişdir ki, gəl söhbət eləyək. Qapıya kimi bayıra çıxmışdır. Qapının qabağında demişdir ki, onu niyə söyürsən?. Təzədən stolun üstünə qayıtmışdır. Sonra geri qayıdıb onunla işi olduğu deyərək onu çölə çıxarmışdır. Təqsirləndirilən şəxs kafedən Niyazoba kəndi istiqamətini göstərib hadisənin orada baş verdiyini demişdir və həmin yerə gəldikdən sonra o bildirmişdir ki, söhbət eləyə-eləyə buraya gəlmişlər. Burada o, əlini atmış, 2 sağ qulağını dişlədikdən sonra dartışa-dartışa o başa getmişlər. Oraya kimi qulağını buraxmamışdır. Orada yerə yıxılmış, Kamran üstümə çıxmışdır. Kamran qulağını, üzünü də onun altından çıxa bilməmişdir və məcbur olub şalvarın arxa cibindən bıçağı çıxarıb onu vurmuşdur. Bıçağın 3 barmaqla ucu görünməmşdir. Bıçağı sexdən əldə etmiş, bəzən bıçağı qoymuş, daimi üstündə gəzdirməmişdir. Bıçaqla onun belinə zərbələr vurmuş, sovurduğunu xatırlamamışdır. O, üstündən düşənə qədər ona bıçaqla vurmuş, onu öldürmək niyyəti olmamışdır. Əlindən çıxmaq üçün Kamrana bıçaqla zərbələr vurmuş, ancaq ondan əl çəkməmişdir. Sonra o, onu buraxmış və üstündən düşmüşdür. Ayağa durub qaça-qaça Niyazoba kəndi istiqamətində qaçmışdır və yolda sağ əlində tutduğu bıçağı sol istiqamətdə gecə 11 radələri olmuşdur. Aralarında mübahisə onun söyüş söyməsinə görə yaranmışdır. O, ona heç nə eləməmişdir. Kamran spirtli içkinin təsiri altında olmuş, o onu bıçaqla vuranda Kamran onun qulağından dişləri ilə yapışmış, buraxmamışdır. Kamran dişləri ilə sifət nahiyəsini dişləyib xəsarət yetirmişdir. O altda, Kamran isə üstdə olmuşdur.( İ cild, i.v. 104-106) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 05 mart 2024-cü il tarixli, 167 nömrəli rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-döş qəfəsinin arxa səthində solda iki yerdə döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara, boynunda arxada sağda və solda hərəsində bir yerdə, sol və sağ kürəyində, döş qəfəsinin arxa səthində cəmisi 15 yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar deşıci-kəsici əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 01 mart 2024- cu il tarixə ııyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni bıçaqla yetirilə bilər, hər bır xəsarətin ayrı-ayrılıqda dərəcəsini təyin etmiş olsaq bu zaman boyun, kürək və döş qəfəsinin arxa səthində döş boşluğuna nüfuz etməyən yaraların isə hər biri ayrı ayrılıqda, istərsə də birlikdə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya, döş qəfəsinin arxa səthində solda döş boşluğuna nüfuz edən hər iki yaranın istər hər bir ayrılıqda, istərsə də birlikdə dərəcəsinə görə həyat üçün təhlükə törətdiklərindən sağlamlığa AĞİR zərər vurmaya aiddir. (cild 1, i.v. 181-182) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/739R nömrəli rəyindən görünür ki, 01(bir) ədəd mişar daşı üzərində Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli gödəkçənin ön hissəsində, boynunda, sağ və sol qoları üzərində, 01 (bir) ədəd boz rəngli şalvarın yuxarı arxa hissəsində, sol və sağ ayaqlarının ön hissəsində, zəncirbənd hissəsində, 01 (bir) ədəd tünd göy rəngli köynək üzərində, 01 (bir) ədəd qara rəngli mayka üzərində, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvarın sol ayağının ön yuxarı hissəsi, sol diz hissəsi, sağ ayağının ön yuxarı və aşağı hissəsi üzərində 01 (bir) ədəd qara rəngli jaketin sinə hissəsində, önündə sol aşağı hissəsində, arxa hissəsində, sağ qolun arxa çiyin hissəsində və sol qolun ön yuxarı hissəsində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan ləkələridir. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli gödəkçi üzərində insana məxsus qan ləkəsi aşkar edilməmişdir. Hadisə yerindən götürülmüş 01 (bır) ədəd mişar daşı üzərində aşkar edimiş qan ləkələri. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli gödəkçənin on hissəsində, boynunda, sağ və sol qolları üzərində, 01 (bir) ədəd boz rəngli şalvarın yuxarı arxa arxa hissəsində, sol və sağ ayaqlarının ön hissəsində, zəncirbənd hissəsində, 01 (bir) ədəd tünd göy rəngli köynək üzərində, 01 (bir) ədəd qara rəngli mayka üzərində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvarın sol ayağının ön yuxarı hissəsi, sol diz hissəsi, sağ ayağının ön yuxarı və aşağı hissəsi üzərində aşkar edilmiş qan ləkələri Təqsirləndirilən şəxs məxsusdur.Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli jaketin üzərində həm Zərərçəkmiş şəxs və həm də Təqsirləndirilən şəxs məxsus qan ləkələri mövcüddur. cild 1, i.v. 187-196 Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 20 may 2024-cü il tarixli. 3-16-16/2-3/678 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs məxsus...." yazıları olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində yerləşmə yeri, ölçüləri, sayı göstərilməklə təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs məxsus...." yazıları olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, qolsuz maykanın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və ya bənzər xassəli alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilib- kəsilmə zədələridir. Təqdim edilmiş uzunqol köynəyin, qolsuz maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini (istiqamətini) təyin etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs məxsus bağlamadan aşkar edilmiş paltarların, üzərində "Zərərçəkmiş şəxs məxsus...." yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, şalvarın səthində trasoloji zədə yoxdur. (cild 1, i.v. 236-238) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 757 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi təvbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlii törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt və ya güclü ruhi həyacan vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq oz hərəkərlərini tam dərk etmək, hərəkət və davrınışını tənzimlənmək və onlara iradi nəzərət etmək iqtidarında olmuşdur. (cild 1, i.v. 217-219) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təsdiq etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(İ cild, i.v. 156) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Qaraçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli, arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Qaraçı kəndində yaşamışdır. Həmçinin, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Qaraçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild, i.v. 2-3) Cinayət işinin materiallarından görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvar, 01 ədəd jaket, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd mişar daşı maddi sübut kimi tanınmış və Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlaması otağına təhvil verilmişdir. (İİ cild, i.v. 7-18) Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X2 adlı azyaşlı uşaqları vardır. (İ cild, i.v. 48-49) Cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs notarial qaydasında təsdiq edilmiş və onun məhkəməyə təqdim etdiyi 04 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. (İ cild, i.v. 107-108) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, hadisə zamanı özünü müdafiə etməsi barədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarında olan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 757 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sairə psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə alınmalıdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan, ölümlə birbaşa səbəbli əlaqəli xəsarət yetirməsi (boyun, kürək və döş qəfəsinin arxa səthində döş boşluğuna nüfuz etməyən yaralar) təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59 1.8 və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4- nömrəli qərarına əsasən, Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 04 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 mart 2024-cü il tarixdən hesablanmışdır. (cild 1. i.v. 25. 41,65-66. 86-89) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvar, 01 ədəd jaket, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd mişar daşı məhv edilməli, 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki,Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 11 ( on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 mart 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şalvar, 01 ədəd jaket, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd mişar daşı məhv edilsin, 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar