Məhkəmə qərarları › İş №1(124)-69/2021

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-69/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-69/2021 15.12.2021 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X13 (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1983-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Quba şəhəri, Əzizbəyov küçəsi, ev 27-də qeydiyyatda olmaqla hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq və, Müəyyən etdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2020-ci ilin may ayında yaşadığı Quba şəhəri, Əzizbəyov küçəsi, ev 27-nin həyətyanı sahəsindəki yardımçı tikilidə torpağa və həmin tikilidəki vedrələrdə əkib becərərək, aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdiyi 11 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələrini 2020-ci ilin oktyabr ayında toplayıb qurudaraq, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 4019,781 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı evin həyətayanı sahəsindəki yardımçı tikilidə və yaşadığı evin yataq otağında hissələrə bölməklə saxlamış, 15 aprel 2021-ci il tarixdə saat 18 radələrində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evdə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən 200 (iki yüz) ədəd kibrit qutusunda təmiz çəkisi 590,4 qram, 01 (bir) ədəd West markalı siqaret qutusunda təmiz çəkisi 1,104 qram, 01 (bir) ədəd Bakı markalı siqaret qutusunda təmiz çəkisi 6,047 qram, 02 (iki) ədəd göy rəngli, 01 (bir) ədəd yaşıl rəngli və 01 (bir) ədəd ağ rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 145 qram, 55 qram, 125 qram, 35 qram, 01 (bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 1780,0 qram, 01(bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 1200 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 11 (on bir) ədəd quru vəziyyətdə əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilmiş, baxış davam edərkən evin yataq otağındakı taxçadan, şkafın siyirmələrindən və yatağın üzərindən 01 (bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 15,0 qram, 15 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,174 qram, 5,011 qram, 4,433 qram, 4,020 qram, 2,597 qram, 4,597 qram, 3,858 qram, 3,847 qram, 3,858 qram, 3,929 qram, 4,149 qram, 3,968 qram, 1,822 qram, 2,513 qram, 3,623 qram, 11 (on bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 8,926 qram, 01(bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,795 qram, 01 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,869 qram, 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,241 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 28 ədəd quru vəziyyədə əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə toxumlarını öz istifadəsi üçün əkmişdir.İttihamda qeyd olunan narkotik vasitələr onun evindən çıxmış, ona qarşı zor tətbiq edilməmişdir. Narkotik vasitələrdən özü gündə 2-3 dəfə istifadə etmiş, daimi istifadə etdiyi üçün narkotik vasitələri kibrit qutularına yığmışdır.Heç kimə narkotik verməmiş, heç kimə satmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi cinayət əməllərini tam etiraf edərək göstərmişdir ki, təxminən 4-5 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, təxminən 15-17 il əvvəl Bakı şəhərində hərbi xidmtədə olduğu zaman narkotik vasitədən istifadə etdiyini bildirərək mahiyət üzrə göstərmişdir ki, 2004-cü ildə Bakı şəhəri Səbail rayonu ərazisində olduğu zaman hazırda xatırlamadığı ərazidən yerdə bir ədəd kibrit qutusu görüb götürmüşdür. Həmin kibrit qutusunun içərisini açanda qara rəngli çətənə toxumuna oxşar toxumların olduğunu görnüş, narkotiki istifadə etdiyi üçün həmin toxumları tanımış və lazım olar deyə həmin toxumları götürüb gizlətmişdir. Bundan sonra da hərbidən təxris olunduqdan sonra həmin toxumları özü ilə birlikdə Quba şəhərinə yaşadığı ünvana gətirib saxlamışdır. Bundan sonra isə narkotik vasitə istifadə etmədiyi üçün həmin toxumları elə yaşadığı evin yataq otağında saxlamışdır. 2020-ci ilin əvvəllərində yenidən narkotik vasitəni istifadə etmək istəmişdir. Lakin istifadə etmək məqsədilə narkotik vasitə əldə edə bilməmişdir. Bu zaman narkotik vasitənin toxumlarını saxladığını xatırlamış və həmin toxumları 2020-ci ilin may ayında əkmək qərarına gəlmiş, yaşadığı evin həyətində olan yarımçıq tikildə torpağa və tikilinin içərisində olan vedrələrdə həmin toxumları əkmişdir. Bundan sonra yarımçıq tikilidə yerdə və vedrələrdə əkdiyi çətənə bitkilərinə diblərinə su və peyin verməklə onlara qulluq göstərmişdir. Həmin toxumlar bir müddət sonra cücərib inkişaf etməyə başlamış, təxminən 30-35 ədəd çətənə bitkiləri bitmişdir. Həmçinin bitkilərə vaxtaşırı şirə verib onların lazımsız budaqlarını da budamışdır. Həmin çətənə toxumlarını əkərkən evdə ailə üzvlərinin məlumatı olmamışdır. Çünki atası və qardaşı xəstə olduqları üçün evin içərisindən çox hallarda həyətə belə çıxmamışlar. Xəstə olduqları üçün onlar yarımçıq tikiliyə baş çəkə bilməmişlər. Buna görə də əsasən əkdiyi çətənə bitkilərinə gecələr gedib qulluq göstərmişdir. 2020-ci ilin oktyabr ayında əkdiyi çətənə toxumlarından təxminən bitib inkişaf etmiş 30-35 ədəd çətənə bitkilərinin yetişdiyini görmüşdür. Bunun üçün də xatlırlamadığı gün gecə vaxtı gedib həmin bitkiləri yığaraq bağ sahəsində olan yardımçı tikiliyə gətirdikdən sonra həmin çətənə bitkilərini budaqlarını qırıb qurutmaq üçün yardımçı tiklinin tavanından iplə bağlayaraq asmışdır. Həmin çətənə bitkilərinin bəziləri quruduqca onları kibrit qutularına, bankalara, sellofan torbalara və gümüşü rəngli kağız bükümlərə dolduruaraq bir hissəsini yardımçi tikilidə, qurudulmuş çətənə bitkilərinin kollarının bir hissəsini isə yaşadığı evin yataq otağında taxçada, bir hissəsini kağız bükümlərdə, şüşə bankada və kibtit qutularında paltar dolabının içərisində gətirib gizlətmişdir. Həmin qurudulmuş çətənə bitkisindən hissə hissə hər gün istifadə etmişdir. Həmçinin maddi imkanı yaxşı olmadığı üçün müştəri tapa biləcəyi halda həmin narkotik vasitənin bir hissəsini də satmaq istəmişdir. Bunun üçün də narkotikin bir hissəsini 215 ədəd kibrit qutusunda qablaşdırmışdır. 15 aprel 2021ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evin qarşısında dayanarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin istifadəsində və satışı ilə məşğul olmaqda şübhəli olduğunu deyərək üzərində və yaşadığı evdə narkotik vasitə olub olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə narkotik vasitə olduğunu bildirmiş və bundan sonra polis əməkdaşları yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. O, polis əməkdaşların yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməyib onları evin həyətinə dəvət etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadığı ünvanda bağ sahəsində olan yardımçi tikilinin içərisinə baxış keçirilmişdir. Baxış zamanı yardımçı tikilinin içərisində tavandan asılmış vəziyyətdə çoxlu sayda qurudulmuş çətənə kolları həmçinin tikilidə yerdə 04 ədəd sellofan torbalar, 2 ədəd şüşə banka, 200 ədəd kibrit qutusu və siqaret qutuları aşkar olunmuşdur. O, polis əməkdaşlarına aşkar edilmiş həmin kütlələrin qurudulmuş çətənə kollarının və şüşə banka, 200 ədəd kibrit qutusu, 02 ədəd siqaret qutusu və 04 ədəd sellofan torbların içərisindəki kütlənin qurudulmuş çətənə kütlələrinin olduğunu deyərək ona məxsus olduğunu və 2020-ci ildə yaşadığı evin həyətində olan yarımçıq tikilmiş tikilinin içərisində yerdə və verdələrdə əkdiyini, daha sonra isə həmin bitkilərin üzərindən yığaraq əldə etdiyini bildirmşdir. Bundan sonra aşkar olunmuş tavandan asılmış vəziyyətdə çoxlu sayda qurudulmuş çətənə kolları həmçinin tikilidə yerdə 04 ədəd sellofan torbalar, 2 ədəd şüşə banka, 200 ədəd kibrit qutusu və 02 ədəd siqaret qutuları kağız zərfdə və sintetik kisələrdə ayrı ayrılıqda qablaşdırıldı və elektron əl tərəzisi ilə çəkilmişdir. Daha sonra qablaşdırmanın üzərinə o, və vəkil də imza etmişlərk. Daha sonra isə o, narkotik tərkibli bitkiləri həyətyanı sahəsində əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Bundan sonra polis əməkdaşları ona yaşadığı evin içərisində narkotik vasitə olub olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına yaşadığı evin yataq otağında qurudulmuş marixuananın və çətənə bitkilərinin hissələrinin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yataq otağıma baxış keçirilərkən yataq otağımda taxçada sarı rəngli polietilen kisənin içərisində qurudulmuş çətənə kolları, kibrit qutuları, 01 ədəd şüşə banka, paltar dolabında gümüşü rəngli kağız bükülülər, çarpayının üzərində gümüşü rəngli kağız bükülü və kağız parçasının üzərində tütünlə qarışıq kütlə, həmçinin taxçadan 01 ədəd qara rəngli tir tüfəngi aşkar olunmuş, həmin kibrit qutuları, kağız bükülülər, ayrı ayrılıqda sayıldı 15 ədəd kibrit qutusu və 14 ədəd gümüşü rəngli bükülü olduğu müəyyən olunmuşdur. Bundan sonra 15 ədəd kibrit qutusu, 14 ədəd kağız bükülü, həmçinin şüşə bankada olan kütlələrə baxış keçirilmiş və hər birinin içərisində yaşılımtıl rəngdə spesifik iyə malik kütlələrin olması müəyyən edilmişdir. O, bir daha həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi çətənə kollarından əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlələr və qurudulmuş çətənə kolları ayrı-ayrılıqda qablaşdırılaraq elektron əl tərəzisi vasitəsi ilə çəkilmişdir. Həmçinin yataq otağında olan tir tüfəngi də qablaşdırılmışdır. O, və vəkil həmin qablaşdırmanın üzərinə imza etmişdir. Daha sonra polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansi bir qanunsuz əşya aşkar olunmamış, bu barədə protokol tərtib olunmuş və protokol ucadan oxunduqdan sonra o, və vəkil həmin prtotokola imza atmışdır. Sonra polis əməkdaşları bu barədə araşdırma aparılması üçün onu Quba RPŞ-nə dəvət etmişlər. Eləcə də o, ifadəsində yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən və yataq otağından aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaları 215 ədəd kibrit qutusunda, kağız bükümlərdə və sellofan torbalarda qablaşdırmaqda məqsədinin ilkin olaraq həmin narkotiki istifadə edib, sonradan isə maddi vəziyyəti ilə bağlı müştəri tapa biləcəyi halda satmaq istədiyini, narkotik tərkibli çətənə bitkisini evinin həyətyanı sahəsində yardımçı tikilidə torpağa və həmin tikilinin içərisində vedrələrdə əkməsindən və daha sonra həmin bitkidən əldə etdiyim narkotiki yaşadığım evdə saxlamasından heç kimin məlumatı olmadığını, narkotik tərkibli çətənə bitkisini yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə torpağa və həmin tikilinin içərisində vedrələrdə əkməsindən və daha sonra həmin bitkidən əldə etdiyi narkotiki yaşadığı evdə saxlamasından ailə üzvlərinin və ya başqa bir şəxsin məlumatının olmadığını, yaşadığı evdən aşkar edilmiş 01 ədəd tir tüfənginin ona məxsus olduğunu, bir neçə il əvvəl Bakı şəhərində ovçuluq mağazasından aldığını, əvvəllər narkotik vasitənin satışı və ya qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan da heç kimə satmadığını, sadəcə olaraq müştəri tapa biləcəyi halda satmağı düşündüyünü, həmin narkotik vasitədən gündəlik olaraq özü istifadə etdiyini, istifadəsində ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr olduğunu, Quba rayon polis şöbəsində ona qarşı hər hansı bir formada fiziki və ya psixi təsir göstərilmədiyini göstərmişdir. (cild 1, vərəqə 64-65) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nin sabiq baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Quba şəhəri, Əzizbəyov küçəsi, ev 27 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana və çətənə bitkiləri saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan ondan, CAB-nin əməliyyat müvəkkili Şahid2, sahə polis nəfərləri Şahid3, Şahid4, KTQ-nun baş ekspert kriminalisti X7 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 15 aprel 2021-ci il tarixdə saat 18:25 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana gəldikdə evin qarşısında Təqsirləndirilən şəxs görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra ona narkotik vasitələrin istifadəsində və satışı ilə məşğul olmaqda şübhəli olduğunu deyərək üzərində və yaşadığı evdə narkotik vasitə olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onlara yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirib, onları evin həyətinə dəvət etmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki bağ sahəsində olan yardımçi tikilinin içərisinə baxış keçirilmişdir. Baxış zamanı yardımçı tikilinin içərisində tavandan asılmış vəziyyətdə çoxlu sayda qurudulmuş çətənə kolları, həmçinin tikilidə yerdə 04 ədəd sellofan torbalar, 2 ədəd şüşə banka, 200 ədəd kibrit qutusu və siqaret qutuları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onlara aşkar edilmiş həmin kütlələrin qurudulmuş çətənə kollarının və şüşə banka, 200 ədəd kibrit qutusu, 02 ədəd siqaret qutusu və 04 ədəd sellofan torbaların içərisindəki kütlənin qurudulmuş çətənə kütlələrinin olduğunu, həmin kütlələrin özünə məxsus olduğunu, 2020-ci ildə yaşadığı evin həyətində olan yarımçıq tikilmiş tikilinin içərisində yerdə və verdələrdə əkdiyini, daha sonra isə həmin bitkilərin üzərindən yığaraq əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş tavandan asılmış vəziyyətdə çoxlu sayda qurudulmuş çətənə kolları, həmçinin tikilidə yerdə 04 ədəd sellofan torbalar, 2 ədəd şüşə banka, 200 ədəd kibrit qutusu və 02 ədəd siqaret qutuları kağız zərfdə və sintetik kisələrdə ayrı ayrılıqda qablaşdırılmış və elektron əl tərəzisi ilə çəkilmişdir. Daha sonra onlar qablaşdırmanın üzərinə imza etmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri həyətyanı sahədə əkdiyi yeri onlara göstərmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evin içərisində narkotik vasitə olub olmamasını soruşmuşar. Təqsirləndirilən şəxs onlara yaşadığı evin yataq otağında qurudulmuş marixuananın və çətənə bitkilərinin hissələrinin olduğunu bildirmişdir. Daha sonra tərəflərindən yataq otağına baxış keçirilərkən yataq otağındakı taxçada sarı rəngli polietilen kisənin içərisində qurudulmuş çətənə kolları, kibrit qutuları, 01 ədəd şüşə banka, paltar dolabında gümüşü rəngli kağız bükülülər, çarpayının üzərində gümüşü rəngli kağız bükülü və kağız parçasının üzərində tütünlə qarışıq kütlə, həmçinin taxçadan 01 ədəd qara rəngli tir tüfəngi aşkar olunmuşdur. Həmin kibrit qutuları, kağız bükülülər, ayrı ayrılıqda sayıldıqda 15 ədəd kibrit qutusu və 14 ədəd gümüşü rəngli bükülü olduğu müəyyən olunmuşdur. Bundan sonra 15 ədəd kibrit qutusu, 14 ədəd kağız bükülü, həmçinin şüşə bankada olan kütlələrə baxış keçirilmiş və hər birinin içərisində yaşımtıl rəngdə spesifik iyə malik kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bir daha həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi çətənə kollarından əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlələr və qurudulmuş çətənə kolları ayrı-ayrılıqda qablaşdırılaraq elektron əl tərəzisi vasitəsi ilə çəkilmişdir. Həmçinin yataq otağında olan tir tüfəngi də qablaşdırılmışdır. Onlar həmin qablaşdırmanın üzərinə imza etmişlər. Daha sonra tərəflərindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansi bir qanunsuz əşya aşkar olunmamış, bu barədə protokol tərtib olunmuş və protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxsləri müəyyən edə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin İTB-nin polis nəfəri Şahid4 və Quba RPŞ-non İTB-nin polis nəfəri Şahid3 Mövlan oğlu eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişlər. Şahid Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki,, 15 aprel 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində olarkən qardaşı Rauf ilə birlikdə polis əməkdaşları həyətə daxil olmuşlar. Bundan sonra polis əməkdaşları qardaşı Raufdan narkotik vasitələri harada saxladığını soruşmuşdur. Rauf polis əməkaşlarına bağ sahəsində olan yardımçi tikilinin içərisində və yataq otağında narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən bağ sahəsində olan yardımçi tikiliyə baxış keçirilmişdir. Baxış zamanı yardımçı tikilinin içərisində tavandan asılmış vəziyyətdə çoxlu sayda qurudulmuş çətənə kolları aşkar olunmuşdur. Bundan sonra yardımçı tikilidə aşkar olunmuş narkotik vasitələr qablaşdırılmış və elektron əl tərəzisi ilə çəkilmişdir. Daha sonra qablaşdırmanın üzərinə qardaşı Rauf və dəvət olunmuş vəkil də imza etmişdir. Bundan sonra polis əməkdaşları Raufdan yaşadığı evin içərisində narkotik vasitə olub olmamasını soruşmuşlar. Rauf polis əməkdaşlarına yaşadığı evin yataq otağında qurudulmuş çətənə kollarını və çətənə bitkilərinini olduğunu bildirmiş və polis əməkdaşları ilə birlikdə yataq otağına baxış keçirilərkən yataq otağında narkotik vasitə aşkar olunmuşdur. Bundan sonra Raufun yataq otağından aşkar olunmuş narkotik vasitələr ayrı ayrılıqda qablaşdırılaraq elektron əl tərəzisi vasitəsi ilə çəkilmişdir. Həmçinin yataq otağında olan tir tüfəngi də aşkar olunaraq götürülnmüşdür. Daha sonra yardımçi tikilidən və yataq otağından narkotik vasitələrin aşkar olunması barədə protokol tərtib olunmuş və polis əməkdaşları bu barədə araşdırma aparılması üçün Raufu və onu Quba RPŞ-nə dəvət etmişlər. Eləcə də o, ifadəsində qardaşı Raufun yaşadığı evin bağ sahəsində olan yardımçı tikilidə əkib becərdiyi, yardımçi tikilidə və yataq otağında saxladığı narkotik vasitələrdən məlumatının olmadığını, lakin qardaşı Raufun narkotik vasitə qəbul etdiyini bildiyini göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2021-ci il tarixli “Əməliyyat-axtarış təbdirlərinin keçirilməsi barədə qərardan görünür ki, Quba şəhəri, Əzizbəyov küçəsi ev 27-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi, saxlaması, satması və yaşadığı evində külli miqdarda saxlaması barədə daxil olan məlumata əsasən onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Quba rayon məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, vərəqə 6-7, 91) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi” haqqında 15 aprel 2021-ci il tarixli protokoldan, protokola əlavə edilmiş istintaq hərəkətinin videogörünütüsü əks etdirilmiş 01 ədəd “DVD-R” formatlı diskdən görünür ki, baxış zamanı yardımçı tikilinin içərisində tavandan asılmış vəziyyətdə çoxlu sayda qurudulmuş çətənə kolları, həmçinin tikilidə yerdə 04 ədəd sellofan torbalar, 2 ədəd şüşə banka, 200 ədəd kibrit qutusu və siqaret qutuları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin kütlələrin qurudulmuş çətənə kollarının və şüşə banka, 200 ədəd kibrit qutusu, 02 ədəd siqaret qutusu və 04 ədəd sellofan torbaların içərisindəki kütlənin qurudulmuş çətənə kütlələrinin olduğunu, həmin kütlələrin özünə məxsus olduğunu, 2020-ci ildə yaşadığı evin həyətində olan yarımçıq tikilmiş tikilinin içərisində yerdə və verdələrdə əkdiyini, daha sonra isə həmin bitkilərin üzərindən yığaraq əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş tavandan asılmış vəziyyətdə çoxlu sayda qurudulmuş çətənə kolları, həmçinin tikilidə yerdə 04 ədəd sellofan torbalar, 2 ədəd şüşə banka, 200 ədəd kibrit qutusu və 02 ədəd siqaret qutuları kağız zərfdə və sintetik kisələrdə ayrı ayrılıqda qablaşdırılmış və elektron əl tərəzisi ilə çəkilmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri həyətyanı sahədə əkdiyi yeri göstərmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin içərisində narkotik vasitə olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında qurudulmuş marixuananın və çətənə bitkilərinin hissələrinin olduğunu bildirmişdir. Yataq otağına baxış keçirilərkən yataq otağındakı taxçada sarı rəngli polietilen kisənin içərisində qurudulmuş çətənə kolları, kibrit qutuları, 01 ədəd şüşə banka, paltar dolabında gümüşü rəngli kağız bükülülər, çarpayının üzərində gümüşü rəngli kağız bükülü və kağız parçasının üzərində tütünlə qarışıq kütlə, həmçinin taxçadan 01 ədəd qara rəngli tir tüfəngi aşkar olunmuşdur. Həmin kibrit qutuları, kağız bükülülər, ayrı ayrılıqda sayıldıqda 15 ədəd kibrit qutusu və 14 ədəd gümüşü rəngli bükülü olduğu müəyyən olunmuşdur. Bundan sonra 15 ədəd kibrit qutusu, 14 ədəd kağız bükülü, həmçinin şüşə bankada olan kütlələrə baxış keçirilmiş və hər birinin içərisində yaşımtıl rəngdə spesifik iyə malik kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bir daha həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi çətənə kollarından əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlələr və qurudulmuş çətənə kolları ayrı-ayrılıqda qablaşdırılaraq elektron əl tərəzisi vasitəsi ilə çəkilmişdir. Həmçinin yataq otağında olan tir tüfəngi də qablaşdırılmışdır. (cild 1, iş vərəqə 24-27) “Baxış keçirilməsi haqqında” 15 aprel 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə-bioloji ekspertizasının 15.04.2021-ci il tarixli, 7/ 355 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağından...” yazısı və imzalar olan qəhvəyi rəngli kağız paketdəki 01 ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 15,0 qram, 15 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,174 qram, 5,011 qram, 4,433 qram, 4,020 qram, 2,597 qram, 4,597 qram, 3,858 qram, 3,847 qram, 3,858 qram, 3,929 qram, 4ş.149 qram, 3,968 qram, 1,822 qram, 2,513 qram, 3,623 qram, sarı rəngli torbada 11 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,795 qram, 01 ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,869 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin qəhvəyi rəngli kağız paketdə bir ədəd kağız bükümdə tütünlə qarışıq kütlədə çəkisi 0,241 qram olan bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş maruixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qəhvəyi rəngli kağız paketdəki 01 ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 1780,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yardımçı tikilidə ..” yazısı və imzalar olan qəhvəyi rəngli kağız paketdəki 02 ədəd göy rəngli 01 ədəd yaşıl rəngli və 01 ədəd ağ rəngli polietilen torbada ayrı-ayırılıqda təmiz çəkiləri 145 qram, 55 qram, 125 qram, 35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “X8...yaşadığı evin ...200 ədəd kibrit qutusunda ..” yazısı və imzalar olan qəhvəyi rəngli kağız paketdəki 200 ədəd kibrit qutusunda ümumi çəkisi 590 qram, 01 ədəd “VVEST” adlı siqaret qutusunda təmiz çəkisi 1,104 qram və 01 ədəd “Bakı” adlı siqaret qutusunda təmiz çəkisi 6,047 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin...” yazısı və imzalar olan sintetik torbadakı 01 ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 1200 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqtata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yardımçı...” yazısı və imzalar olan bir ədəd sintetik torbadakı sayı 11 ədəd quru vəziyətdə ümumi çəkisi 110 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbitəli çətənə (kannabis) bitkiləridir. Həmin torbada üzərində yarpaqları olan quru vəziyyətdə ümumi çəkisi 1750 qram olan bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim edilmiş üzərində “X4 yaşadığı evin yataq otağından..” yazısı və imzalar olnan bir ədəd sintetik torbadakı quru vəziyyətdə ümumi çəkisi 180 qram olan bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Tədiqiata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs oğunun yaşadığı evin yardımçı..” yazısı və imzalar olan bir ədəd sintetik torbadakı quru vəziyyətdə ümumi çəkisi 460 qram olan bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan bir ədəd sintetik torbadakı üzərində yarpaqları olmayan quru vəziyyətdə ümumi çəkisi 800 qram olan bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəsidir. Təqdim olunmuş marixuanalar çətənə (kannabis) bitkisinin hissəsidir. Təqdim olunmuş marixuanalar çətənə (kannabis) bitkiləri və üzərində yarpaqları olan çətənə (kannabis) bitki hissələri tərkiblərinə görə eynidirilər. Marixuanaların ümumi çəkisi 4019,781 qramdır. (cild 1 iş vərəq 39-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 09.07.2021-ci il tarixli, 7/636 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 ədəd ağ rəngli torbada və 01 ədəd qəhvəyi rəngli kağız paketdə olan çətənə (kannabis) bitkisinin hissələrinin ümumi sayı 28 ədəddir. (cild 1 iş vərəq 131-133) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X1 Komissiyasının 15.07.2021-ci il tarixli 2349 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1 iş vərəq 134-135) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanımaq haqqında” 19 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağından və evin həyətindəki yardımçı tikilidən aşkar edilmiş ekspertiza icraatından sonra qaytarılan ümumilikdə 4 ədəd kağız paketdə və 06 ədəd kisələrdə qablaşdırılmış ekspert tədqiqatdan sonrakı qalığı 4018, 281 qram olan narkotik vasitə qurudulumş marixuana, ekspert tədqiqatdan sonrakı qalığı 109,78 qram olan 11(on bir) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, ekspert tədqiqatdan sonrakı qalığı 2389,7 qram olan çətənə bitki hissələrinin yarpaqları və ekspert tədqiqatdan sonrakı qalığı 799,9 qram olan yarpaqları olmayan çətənə bitkisinin hissələri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (cild 1 iş vərəq 85-86) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi” haqqında 15 aprel 2021-ci il tarixli istintaq hərkətinin videoçəkilişləri əks etdirilmiş 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən 28 iyul 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild 1 iş vərəq 150-158) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (cild 1, iş vərəqə 9) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanında qeydiyyatdadır və aşağıdakı ailə tərkibi vardır: X5 oğlu, qardaşı-Şahid5, qardaşının arvadı-X11 və qardaşı qızı-X9. Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatdadır, Təqsirləndirilən şəxs Muxtar oğlu barəsində Quba şəhər İƏD üzrə nümayəndəliyində başqa məlumat yoxdur. (cild 1, iş vərəqə 121-122) Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş «marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Quba rayon məhkəməsinin 17 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 15 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 17-18, 75-76). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan –tədqiqat sonrası qalığı 4018,281 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqat sonrası qalığı 109,78 qram olan 11 (on bir) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, tədqiqat sonrası qalığı 2389,7 qram olan çətənə bitki hissələrinin yarpaqları və tədqiqat sonrası qalığı 799,9 qram olan yarpaqları olmayan çətənə bitkisinin hissələri məhv edilməli, 1 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 221,64 (iki yüz iyirmi bir manat altmış dörd qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 40, 128). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlu hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-də saxlanılan –tədqiqat sonrası qalığı 4018,281 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqat sonrası qalığı 109,78 qram olan 11 (on bir) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, tədqiqat sonrası qalığı 2389,7 qram olan çətənə bitki hissələrinin yarpaqları və tədqiqat sonrası qalığı 799,9 qram olan yarpaqları olmayan çətənə bitkisinin hissələri məhv edilsin, 1 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 221,64 (iki yüz iyirmi bir manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rəşad Əliyev Məruzəçi hakim: Hafiz Əliyev Hakim: Fəhmin Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar