Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-69/2022 05.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X16 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndələri- Nümayəndə1 Mürsəl oğlu və Nümayəndə2, Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi və Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili X5, xx.xx.1955-ci ildə Şamaxı rayonu Sabir sovxozunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olan və Şamaxı rayonu Quşçu kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X6 təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini özbaşına tutmuş və becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Belə ki, o, 2017-ci ilin payız aylarından etibarən başlayan əkin mövsümündə Şamaxı rayonu, Quşçu kəndi yaxınlığında yerləşən "Daş-Ağıl" adlı qış otlaq sahəsində əvvəllər icarəsində olmuş, lakin sonradan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli Sərəncamı ilə icarə müqaviləsinə xitam verilmiş rayon icra hakimiyyətinin balansında olan, kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının 5,5 (beş hektar əlli sot) hektar sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qəsdən özbaşına tutub xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl məhsulu əkib becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa, o, 2017-ci ildə rayon İcra hakimiyyətinin balansında olan, kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının 5,5 (beş hektar əlli sot) hektar sahəsini özbaşına tutub becərməsi ilə əlaqədar qanunazidd hərəkəti ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin əməkdaşları tərəfindən ona məlumat verilməsinə, yuxarıda qeyd olunan dövlət qurumunun əməkdaşları tərəfindən özünün iştirakı ilə əraziyə baxış keçirilməklə 25 oktyabr 2018-ci il tarixli torpaq sahəsindən qanunsuz istifadə ilə bağlı akt tərtib olunmasına baxmayaraq təkrarən, 2019-cu ilin payız aylarından etibarən başlayan əkin mövsümündə həmin torpaq sahəsini, yəni Şamaxı rayonu, Quşçu kəndi yaxınlığında yerləşən "Daş-Ağıl" adlı qış otlaq sahəsində əvvəllər icarəsində olmuş, lakin sonradan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli Sərəncamı ilə icarə müqaviləsinə xitam verilmiş rayon İcra hakimiyyətinin balansında olan, kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının 5,5 (beş hektar əlli sot) hektar sahəsini, eləcə də həmin ərazi ilə sərhəddə yerləşən, Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus rayonun Quşçu kəndi ərazisində “Səfəralı” adlanan sahədə 02 (iki) fərqli qonşu ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı örüş-torpaq sahəsindən 05 (beş) hektar və bələdiyyənin ehtiyat fond torpaqlarından isə 15 (on beş) hektar sahəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qəsdən özbaşına tutub xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl məhsulu əkib becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa, o, 2017-ci ildə rayon İcra hakimiyyətinin balansında olan, kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının 5,5 (beş hektar əlli sot) hektar sahəsini özbaşına tutub becərməsi ilə əlaqədar qanunazidd hərəkəti ilə bağlı 2018-ci ildə, habelə 2019-cu ildə Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus 02 (iki) fərqli ərazidə yerləşən 20 (iyirmi) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutub becərməsi ilə əlaqədar qanunazidd hərəkəti ilə bağlı isə 2020-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin əməkdaşları və Şamaxı rayon Quşçu bələdiyyəsinin sədri tərəfindən ona məlumat verilməsinə, yuxarıda qeyd olunan dövlət qurumunun əməkdaşları və bələdiyyə sədri tərəfindən özünün iştirakı ilə əraziyə baxış keçirilməklə müvafiq olaraq 25 oktyabr 2018-ci il tarixli və 21 aprel 2020-ci il tarixli torpaq sahələrindən qanunsuz istifadə ilə bağlı aktlar tərtib olunmasına baxmayaraq təkrarən, qanunsuz hərəkətlərini qəsdən davam etdirərək 2020-ci ilin payız aylarından etibarən başlayan əkin mövsümündə yenidən həmin torpaq sahələrini, yəni Şamaxı rayonu, Quşçu kəndi yaxınlığında yerləşən "Daş-Ağıl" adlı qış otlaq sahəsində əvvəllər icarəsində olmuş, lakin sonradan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli Sərəncamı ilə icarə müqaviləsinə xitam verilmiş rayon İcra hakimiyyətinin balansında olan, kənd təsərrüfatı təyinatlı dövlət fondu torpaqlarının 5,5 (beş hektar əlli sot) hektar sahəsini və Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus rayonun Quşçu kəndi ərazisində “Səfəralı” adlanan sahədə 02 (iki) fərqli ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı örüş-torpaq sahəsindən 05 (beş) hektar və bələdiyyənin ehtiyat fond torpaqlarından isə 15 (on beş) hektar sahəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutub xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl məhsulu əkib becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuş, taxıl məhsulu yetişməsə də, həmin ərazilərdə yetişmiş yabanı ot bitkilərini 2021-ci ilin aprel ayının sonlarında biçib ot bağlamaları şəklində yaxınlıqda yerləşən istifadəsindəki fermanın ərazisinə yığmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, , Şamaxı rayon İcra hakimiyyətinin qərarı ilə 200 hektar torpaq sahəsini icarəyə götürmüş, 2016-cı ildə isə həmin torpaq sahəsinin yaxınlığında Aqrofermer yaradıldığı üçün onun müqaviləsinə müvəqqəti olaraq xitam verilmişdir. Buna görə o, dəfələrlə Rayon İcra hakimiyyətinə müraciət etmiş, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 512 saylı qərarı bu məsələ ilə bağlı qəbul edilmişdir. Bununla bağlı, sənədlərin hazırlanması üçün müraciət etmiş və müvafiq sənədləşmə aparılmışdır. Ona ittiham elan edilən torpaq sahəsini heç vaxt əkməmiş, Quşçu bələdiyyəsinin torpaq sahəsini zəbt etməmişdir. Onunla münaqişədə olan həmkəndliləri ondan əsassız olaraq müraciət etmiş, heç bir qanunsuz əkin işi aparmamışdır. Quşçu kəndində seçki komissiyasının sədri işləmiş, seçki vaxtı bəzi müxalif şəxslərin seçkilərdə iştirakına mane olduğu üçün, Quşçu kənd sakinləri Şahid3, Sərxan Sərxanov və digərləri ona qarşı birləşib müxtəlif formalarda şikayət etmişdir. Eyni zamanda, 19 saylı yol istismar idarəsinin rəisi Nazim Eynallı barədə də şikayət etdiyinə görə sonuncunun sifarişi əsasında qərəzli olaraq həbs olunmuşdur. Səfəralı adlanan ərazidə əkin işi aparmamış, Bələdiyyənin ehtiyyat fonduda aid 15 hektar torpaq sahəsində əkin işi aparmamışdır. 2020-ci ilin aprel ayında həmin sahədən ot biçməmişdir. Tutulmağımın səbəbi alınan 100 min manat rüşvət müqabilində şərləyib həbs olunmağıdır. Ona ittiham olunan ərazi ümumiyyətlə Şamaxı rayonu ərazisinə aid deyildir. Həmin ərazi Qobustan rayonunun ərazisidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi qismində dindirilmiş Şamaxı rayon İcra Hakimiyyəti Aparatının Hüquq Şöbəsinin müdiri Nümayəndə2 ifadəsində göstərdi ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 07 iyun 2002-ci il tarixli 87 nömrəli sərəncamı ilə "Daş-Ağıl" adlı qış otlaq sahəsindən 200 hektar torpaq sahəsi 15 il müddətinə Təqsirləndirilən şəxs icarəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar olaraq həmin torpaq sahəsinin təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı tarixli,138 saylı sərəncamı ilə müvafiq icarə müqavilələri, eləcə də Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 07 iyun 2002-ci il tarixli, 87 nömrəli sərəncamı ilə 15 il müddətinə Təqsirləndirilən şəxs icarəsinə verilmiş "Daş-Ağıl" adlı qış otlaq sahəsindən 200 hektar torpaq sahəsinə dair icarə müqaviləsi də qüvvədən düşmüş hesab edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs rayon İcra Hakimiyyətinə müraciət edərək icarəsində olmuş qış otlaq sahəsinin təyinatı dəyişdirilməmiş hissəsinə aid yenidən icarə müqaviləsi bağlanmasını xahiş etmişdir. Bununla bağlı, müvafiq göstəriş əsasında əməkdaşlar tərəfindən həmin sahənin naturada ölçülərək yerquruluşu sənədi hazırlansa da, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti tərəfindən müvafiq razılıq məktubu verilməmişdir. Buna görə də, qeyd edilən torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə edilməsi qanunsuz olmuşdur. Eyni zamanda onu da bildirmişdir ki, 2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişi tərəfindən Şamaxı rayonu Quşçu kəndində hadisə yerində araşdırma aparılarkən vətəndaş Təqsirləndirilən şəxs tərəfindən həmin qış otlaq sahəsinin 5,5 hektar hissəsində şumlama işlərinin aparıldığı müəyyən edilmişdir və onun qeyd edilən torpaq sahəsində qanunsuz istifadə etməsi nəzərinə çatdırılsa da, həmin sahə 2021-ci ilin may ayına kimi Təqsirləndirilən şəxs faktiki istifadəsində olmuşdur və Təqsirləndirilən şəxs həmin torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına becərməklə qanunsuz istifadə etmişdir. Nümayəndə2 ifadəsində həmçinin göstərdi ki, torpaq dövlət torpaqlarıdır, dövlət torpaqlarının sərəncamcısı Şamaxı rayon İcra Hakimiyyətidir. Həmin torpaq sahələrinin Şamaxı rayonu ərazisinə aid olmasına dair Nazirlər Kabinetinin qərarları vardır. Həmin ərazi Qobustan ərazisi ilə qonşudur. Şamaxı rayon Quşçu kəndi ilə Qobustan rayonu arasında torpaq sahələri ilə bağlı mübahisələr hal-hazırda da var. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış Şamaxı rayon Quşçu bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş həmin bələdiyyənin sədri olan Nümayəndə1 Mürsəl oğlu ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayından bələdiyyədə işləyir. sədri olduğu bələdiyyəyə bir qrup kənd sakini müraciət etmiş, həmin müraciətlə bağlı Şamaxı rayon şöbəsinə məlumat vermişdir. Mütəxəssislər gəlib həmin torpaq sahəsinə baxış keçirib, akt tərtib etmişlər. Həmin akta o, imza atmamışdır. Mütəxəssizlərin dediyinə görə Təqsirləndirilən şəxs 15 ha bir, 5 ha bir torpaq zəbt etmişdir. Bələdiyyə ilə Ağamikayıl arasında heç bir müqavilə olmamışdır. O, işlədiyi dövrdə Ağamikayıl həmin torpaq sahələrində əkin işləri aparmamışdır. İttihamda qeyd olunan torpaq sahələri Quşçu bələdiyyəsinə aiddir. Torpaqların bələdiyyəyə aid olmasına dair bələdiyyə xəritəsi vardir. Xəritə dövlət xəritəsidir. Xəritədə bütün torpaq sahələri göstərilmişdir. Xəritələrin kim tərəfindən tərtib edilyini bilmir. 2020-ci ildən bəri torpaqlar əkilməmişdir. Həmin torpaq sahələri kənddən aralıdır. Kənd camaatı orda heyvan otarır. Dürhəsən Cəbiyev ifadəsində həmçinin göstərdi ki, şikayətçilərlə Təqsirləndirilən şəxs ədavətinin olması barədə heç bir məlumatım yoxdur. Şikayətdə göstərilən torpaqlarda bələdiyyə əkin işləri aparmamışdır. Həmin ərazidə olmuş, həmin ərazinin 50-60 ha əkinə yaralı torpaqdır. Təqsirləndirilən şəxs zəbt etdiyi ərazi əkinə yaralı hisssəyə düşür. Həmin torpaq sahəsində texnkanın işləməyi mümükündür. Sədr olduğum dövrdə həmin torpaq sahəsindfə əkin işləri aparılmamışdır. “Səfəralı” deyilən ərazi 200hektar ərazidir. Bələdiyyənin özünə aid hissəsi 42 hektardır. 42 hektarın 25, 26 hektarı yararlıdır. Həmin torpaq sahələrin yarisi əkinə yararlı deyil. Mütəxəssislərlə bərabər həmin əraziyə getmiş, mütəxəssislərin ölçdükləri sahə bələdiyyəyə aid ərazi olmuşdur. Mütəxəssizlərin dediklərinə görə 2019-cu ildə Təqsirləndirilən şəxs həmin torpaq sahəsini əkmişdir. Dürhəsən Cəbiyevin ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla münasibətləri normal olmuşdur. Bələdiyyə sədri işlədiyi müddətdə və ondan əvvəl, digər həmkəndliləri kimi, Təqsirləndirilən şəxsla da aralarında heç vaxtı ədavət və düşmənçilikləri olmamışdır. Faktla bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs Quşçu bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı örüş sahələri və ehtiyat fondu torpaqlarına aid olan müvafiq olaraq 5 hektar və 15 hektar torpaq sahələrini bir neçə ildir ki, istifadə etmişdir, qanunsuz olaraq zəbt edərək şumlayıb taxıl əkmişdir. Lakin, Təqsirləndirilən şəxs həmin torpaq sahələrinə aid heç bir sənədi olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı olmaqla həmin örüş sahələri və ehtiyat fondu torpaqlarının icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı bələdiyyə tərəfindən heç bir qərar qəbul edilmədən qeyd olunan sahələrdə istifadə ilə bağlı yazılı və şifahi olaraq bələdiyyəyə müraciət edilmədən əkilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-becərdiyi həmin torpaq sahələri Quşçu bələdiyyəsinə məxsus olmaqla Səfəralı adlanan ərazidə yerləşmiş, bir-birinə bitişik sərhəd ərazilərdədirlər. Təqsirləndirilən şəxs icarəyə götürdüyü 200 hektar torpaq sahəsi və İcra Hakimiyyətindən icarəyə götürdüyü torpaq sahələri ilə onun qanunsuz olaraq zəbt edib istifadə etdiyi Quşçu bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı örüş sahələri və ehtiyat fondu torpaq sahələri ayrı-ayrı torpaq sahələridir və həmin torpaq sahələrinin bir-birinə heç bir aidiyyəti yoxdur. Eyni zamanda onu da qeyd etmişdir ki, 2021-ci ildə Təqsirləndirilən şəxs qanunsuz olaraq istifadə etdiyi Quşçu bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı örüş sahələri və ehtiyat fondu torpaq sahələrini biçib istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidməti, Şamaxı ərazi şöbəsinin məsləhətçisi, Şamaxı rayonu üzrə torpaq müfəttişi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə X11 rayonu Nizamikənd kənd sakini, həmin vaxtı Şamaxı rayonu Quşçu kəndində yaşayan Şahid15 müraciəti əsasında rəhbərliyin müvafiq göstərişinə əsasən, o, və Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin baş məsləhətçisi Vahab Bəhramov birlikdə Quşçu kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən şumlanmış ərazilərə baxış keçirmişlər. Müraciətdə qeyd olunan Quşçu kəndində hadisə yerində araşdırma aparılarkən müəyyən edilmişdir ki, araşdırma aparılan ərazi - Şamaxı rayon inzibati sərhəddi daxilində, rayon İcra hakimiyyətinin balansında olan, dövlət fondu torpaqlarına aid olmaqla Quşçu kəndinin “Səfəralı” adlanan sahəsinə bitişik ərazidə yerləşən "Daş-Ağıl" adlı qış otlaq sahəsidir, dövlət fondu torpaqlarına aid həmin otlaq sahəsi 18 saylı olmaqla təxminən 1844 hektardır, həmin "Daş-Ağıl" adlı qış otlaq sahəsindən 200 (iki yüz) hektar ərazi Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 87 saylı sərəncamı ilə 15 il müddətinə Quşçu kənd sakini Təqsirləndirilən şəxs icarəsinə verilmişdir, 2016-cı il tarixdə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli Sərəncamı ilə icarə müqaviləsinə xitam verilmiş, eyni zamanda icarə müqaviləsinin müddəti də 2017-ci ildə bitmişdir. Buna baxmayaraq, onların tərəfindən həmin ərazidə araşdırma aparılaraq baxış keçirilərkən, Təqsirləndirilən şəxs tərəfindən heç bir sənəd olmadan, icarəsinə xitam verilmiş, rayon İcra hakimiyyətinin balansında olan, dövlət fondu torpaqlarına aid olmaqla Quşçu kəndinin “Səfəralı” adlanan sahəsinə bitişik ərazidə yerləşən "Daş-Ağıl" adlı qış otlaq sahəsinin 5,5 hektar hissəsində qanunsuz olaraq şumlama işlərinin aparıldığı müəyyən edilmişdir. Adını qeyd etdiyi Təqsirləndirilən şəxs istifadə etdiyi "Daş-Ağıl" adlı qış otlaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüquqlarının olmadığı müəyyən edilmişdir. Buna görə Təqsirləndirilən şəxs bu əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi əlamətlərinə uyğun gəldiyi müəyyən edilmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs dövlət fondu torpaqlarına aid olan "Daş-Ağıl" adlı qış otlaq sahəsini qanunsuz istifadə etdiyini müəyyən etdikləri üçün qeyd olunan hallarla bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə tərtib edilmiş akt və digər sənədləri Xidmətin baş idarəsinə göndərmişlər. Bundan sonra, 2020-ci ilin aprel ayında Quşçu kənd sakinlərinin kollektiv müraciəti əsasında rəhbərlikləri tərəfindən yenidən həmin kənd ərazisində müvafiq araşdırma aparılması göstərildiyi üçün həmin vaxtı o, və Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi Şahid2, eləcə də Şamaxı rayon Quşçu bələdiyyəsinin sədri Nümayəndə1, Şamaxı rayon Quşçu kənd sakini Sərxan Sərxanov, Şamaxı rayon Quşçu kənd sakini Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirmişlər. Baxış zamanı müraciətdə qeyd olunan qeyri-qanuni şumlama işlərinin aparıldığı torpaq sahələri ayrı-ayrılıqda araşdırılmış, araşdırma zamanı, Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı 5,0 hektar örüş sahəsinin və kənd təsərrüfatı təyinatlı 15,0 hektar ehtiyyat fond torpaqlarının kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt edilərək şumlanması müəyyən edilmiş və Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahələrindən istifadə hüququna dair sənədlər tələb olunsa da, belə bir sənədin mövcud olmadığı aydın olmuşdur. Qeyd olunan faktın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-cü maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun gəldiyi müəyyən edildiyindən bu barədə yenidən rəhbərliyə məlumat verilərək tərtib edilmiş sənədlər aidiyyəti üzrə göndərilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən kimi bildirməkdə məqsədi odur ki, o, iddia edirdi ki, guya icarəyə götürdüyü 200 hektar torpaq sahəsini müqavilə qüvvədən düşəndən sonra heç vaxtı istifadə etməmişdir. Lakin, Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsinə görə icarə müqaviləsi Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016cı tarixli, 138 saylı sərəncamı ilə qüvvədən düşsə də, həmin torpaq sahəsinə xx.xx.2018-ci il tarixdə, yəni müqavilənin qüvvədən düşməsindən 2 (iki) il sonra baxış keçirilərkən də həmin torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən taxıl əkilməklə becərilmə işlərinin aparıldığı müəyyən edilmişdir. Eyni zamanda, 2020-ci ildə də bələdiyyə mülkiyyətində olan 5 hektar və 15 hektar torpaq sahələrində də faktiki olaraq hadisə yerində olmaqla baxış keçirərkən, onların tərəfindən həmin torpaq sahələrində Təqsirləndirilən şəxs tərəfindən taxıl əkilməklə becərilmə işlərinin aparıldığı müəyyən edilmişdir. Nəzəri qaydada deyil, faktiki olaraq hadisə yerində olmaqla zəbt edilmiş torpaq sahələrinin Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərilməsini müəyyən etmişlər və bu barədə qanuni qaydada akt tərtib edib sənədləşmə işləri aparmışlar. Təqsirləndirilən şəxs torpaq sahələrini zəbt etməklə öz qanunsuz əməllərini, yəni həm Şamaxı rayon İcra Hakimiyyətinin balansında olan dövlət fondu torpaqlarına aid "Daş-Ağıl" adlı qış otlaq sahəsində yerləşən 5.5 hektar torpaq sahəsini, həm də Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətinə aid Səfəralı adlanan ərazidə ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı 5,0 hektar örüş sahəsi və kənd təsərrüfatı təyinatlı 15,0 hektar ehtiyyat fond torpaqlarını 2021-ci ilin may ayına kimi əkibbecərməklə faktiki istifadəsini davam etdirmişdir. Onu da qeyd etmişdir ki, Şamaxı rayon İcra Hakimiyyətinin balansında olan dövlət fondu torpaqlarına aid "Daş-Ağıl" adlı qış otlaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 5.5 hektar torpaq sahəsi ilə Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi və kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyyat fond torpaqları bir-biri ilə qonşu ərazidə yerləşirlər və bir-biri ilə sərhəddirlər. Şahid1 ifadəsində həmçinin göstərdi ki, onun tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş təkcə Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus torpaq sahələri qeyd edilmişdir. Lakin, həmin mütəxəssis rəyi tərtib edilərkən Təqsirləndirilən şəxs tərəfindən Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı zəbt edilmiş örüş sahələri texniki səhf olaraq “5.5 hektar” kimi göstərilmişdir. Lakin, tam dəqiq olan fakt odur ki, Təqsirləndirilən şəxs tərəfindən Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı zəbt edilmiş örüş sahələri 5 hektar ölçüdədir. Belə ki, hazırda istintaq edilən cinayət işi üzrə mütəxəssis qismində dəvət ediləndən sonra həmin iş üzrə Təqsirləndirilən şəxs torpaq sahələrini zəbt etməsi ilə bağlı tərəfindən aparılmış tədqiqat zamanı cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin tədqiqi, müvafiq xəritələr və xüsusi qurğular vasitəsilə torpaq sahələrinə keçirilmiş baxışlara əsasən müəyyən olunmuşdur ki, Şamaxı rayonu Quşçu kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayon inzibati sərhəddi daxilində olan, rayon İcra hakimiyyətinin balansında olan, dövlət fondu torpaqlarına aid olmaqla Quşçu kəndində yerləşən "Daş-Ağıl" adlı qış otlaq sahəsindən 5,5 hektar torpaq sahəsini, Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus olmaqla “Səfəralı” adlanan ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı 5 hektar örüş sahəsi və kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olan 15 hektar torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini özbaşına tutaraq əkib becərmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahələrindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Qeyd edilən torpaq sahələri ümumilikdə təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Məhkəmədə şahid qismində dindirilmiş ƏMDX-nın Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahid2 ifadəsində göstərdi ki, 2020-ci il aprel ayında Quşçu kənd sakinlərinin Dövlət Agentliyinə kollektiv müraciətlərinə rəhbərlik tərəfindən yenidən həmin kənd ərazisində müvafiq araşdırma aparılması göstərildiyi üçün, həmin vaxtı o, Nağdəliyev Fərid, kənd sakini Sərxanov Sərxan torpaq sahəsinə baxış keçirtmişlər. Ərizədə göstərilmiş torpaq sahələrinin şumlanması müşahidə olunmuşdur. Şahid2 ifadəsində həmçinin göstərdi ki, həmin ərazilərin müəyyən olunması xəritələr əsasında aparılmışdır. Xəritələr bazada olmuşlar. Qeyd olunan ərazilər Şamaxı rayon ərazisidir. 2-ci baxışda iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Quşçu kəndinin cənub-şərqində yaşayır. Yaşadığı evlə həmin torpaqlarla arasında 2 km məsafə var. Təqsirləndirilən şəxs oğlu və kürəkəni ilə orada taxıl səpdiyini görmüşdür. Təqsirləndirilən şəxs 2018 və 2019-cu illərdə zəbt etdiyi həmin torpaq sahələrini, yəni qış otlaq sahəsindən kənd təsərrüfatı təyinatlı 5.5 hektar torpaq sahəsini və Quşçu bələdiyyəsinə məxsus olan kənd təsərrüfatı təyinatlı 5 və 15 hektar torpaq sahələrində taxıl əkib sonradan qulluq edib biçmiş, eyni zamanda, 2020-ci ilin payız aylarında da Təqsirləndirilən şəxs yenidən həmin torpaq sahələrində ümumi olaraq taxıl əkmiş, lakin taxıl bitməmişdir. Təqsirləndirilən şəxs həmin zəbt etdiyi torpaq sahələrini uzun illərdir ki, istifadə etdiyi kimi, 2021-ci ildə də istifadə etmişdir. Mən Ağamikayılın bu qanunsuz əməllərinin qarşısının alınması məqsədilə müxtəlif instansiyalara şikayət etmişdir. Sarxan Sarxanov ifadəsində həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs 5 və 15 hektar torpaq sahələrindən qanunsuz istifadə etmiş, həmin torpaqlar bələdiyyənin ehtiyyat fondu torpaqları və örüş torpaqlarıdır. Kənd camaatını həmin əraziyə buraxmamışdır. Həmin ərazidə taxıl əkmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Quşçu kəndində yaşamaqla şəxsi təsərrüfatla məşğul olur, yəni heyvandarlıqla məşğul olub şəxsi təsərrüfatında olan heyvanlarını kəndin bələdiyyəsinə aid örüş sahələrində otarır. Belə ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla münasibətləri əvvəllər yaxşı olmuşdur. Lakin, dəqiq tarixini xatırlamır, təxminən 2010-cu ildən başlayaraq Təqsirləndirilən şəxs kənd ərazisindəki bələdiyyəyə məxsus örüş sahələrinin bir hissəsini qanunsuz olaraq zəbt edib taxıl əkdiyi üçün, o və digər həmkəndliləri heyvanlarını otarmaqda çətinlik çəkirlər. Buna görə də dəfələrlə Təqsirləndirilən şəxs şəxsən və kənd sakinləri ilə müraciət edərək heyvanlarının örüş sahəsi kimi istifadə etdikləri, Təqsirləndirilən şəxs həmin zəbt etdiyi torpaq sahələrini boşaltmalarını bildirsələr də, Təqsirləndirilən şəxs bu tələblərə əhəmiyyət verməyib əməllərini davam etdirmişdir. Buna görə də, o və digər kənd sakinləri bu barədə şifahi olaraq kənd bələdiyyəsinə bildirmişlər. Belə ki, Təqsirləndirilən şəxs Quşçu kəndinin yaxınlığıda “Daş-Ağıl” adlana qış otlaq sahəsində 5.5 ha torpaq sahəsini qanunsuz zəbt edərək taxıl bitkisi əkmişdir, bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları həmin hadisə yerinə gəlib Ağamikayılın qanunsuz qış otlaq sahəsini zəbt etməsini müəyyən etmişdirlər. Bundan başqa, Təqsirləndirilən şəxs Quşçu kəndinə aid olmaqla el arasında “Səfəralı” adlanan sahədə Quşçu bələdiyyəsinin örüş sahəsinə aid 5 ha torpaq sahəsini qanunsuz zəbt edərək taxıl bitkisi əkmişdir. X15 bələdiyyəsinin ehtiyyat fonduna aid 15 ha torpaq sahəsini qanunsuz zəbt edərək taxıl bitkisi əkmişdir Bununla bağlı 2020-ci ildə Əmlak Məsələləri Dövlət Komitsi yanında X3 təşkili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə kənd bələdiyyəsinin birlikdə həmin əraziyə baxışı zamanı Təqsirləndirilən şəxs Quşçu bələdiyyəsinin örüş sahəsinə aid 5 ha torpaq sahəsini və Quşçu bələdiyyəsinin ehtiyyat fonduna aid 15 ha torpaq sahəsini qanunsuz zəbt edərək istifadə etməsi öz təsdiqini tapmışdır. Bununla bağlı, onların müraciətlərinə görə Ağamikayıl onu və digər həmkəndlilərini öldürməklə hədələyərək, onların şikayətlərindən əl çəkməklərini bildirmişdir. Onlar da Ağamikayılın bu hədələrindən narahat olmuşlar. Buna baxmayaraq, Təqsirləndirilən şəxs öz zəbt etmə əməllərini davam etdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs dövlət torpaqlarına aid 5.5 hektar isə qış otlaq sahəsini və Quşçu bələdiyyəsinə aid 5 və 15 ha olmaqla cəmi 20 ha torpaq sahələrini zəbt edərək qanunsuz istifadə etmişdir. Təqsirləndirilən şəxs torpaq sahələrini zəbt etməsini həm kənd sakinləri, həm də müvafiq dövlət orqanları baxış keçirməklə müəyyən edərək təsdiq etmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs bildirdikləri tamamilə yalan, əsassız və özünü qorumaq üçün deyilmişdir. Təqsirləndirilən şəxs 2018 və 2019-cu illərdə zəbt etdiyi həmin torpaq sahələrini, yəni qış otlaq sahəsindən kənd təsərrüfatı təyinatlı 5.5 hektar torpaq sahəsini və Quşçu bələdiyyəsinə məxsus olan kənd təsərrüfatı təyinatlı 5 və 15 hektar torpaq sahələrində taxıl əkib sonradan qulluq edib biçmiş, eyni zamanda, 2020-ci ilin payız aylarında da Təqsirləndirilən şəxs yenidən həmin torpaq sahələrində ümumi olaraq taxıl əkmiş, lakin taxıl bitməmişdir. Həmin torpaq sahələrində yabanı ot bitkiləri, yəni el arasında “xora” deyilən bitki bitmişdir. Təqsirləndirilən şəxs da həmin bitkilərə qulluq edib böyütmüş, bitki biçin halına kimi yetişmiş, 2021-ci ilin aprel ayının sonlarından başlayaraq “xora” bitkisinin vegetasiya dövründə Təqsirləndirilən şəxs həmin “xora” bitkisini biçdirib ot bağlaması (pres) halında bağlatdıraraq, həmin torpaq sahələrinin yaxınlığında yerləşməklə Şamaxı rayonu ərazisində dövlət torpaqlarında icarəyə götürdüyü fermaya daşıyaraq ferma ərazisində taya halında yığıb saxlamışdır. Qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs həmin zəbt etdiyi torpaq sahələrini uzun illərdir ki, istifadə etdiyi kimi, 2021-ci ildə də istifadə etmişdir. Onlar da Ağamikayılın bu qanunsuz əməllərinin qarşısının alınması məqsədilə şikayət etmişdirlər. Məhkəmə şahid qismində dindirilmiş Şamaxı rayon sakinləri Şahid11, Şahid12, Şahid13, Şahid14, Şahid15, Şahid16, Şahid7, Şahid10 və Şahid8 vermiş olduqları ifadələrində Şahid3 ifadəsi ilə eyni məzmunlu xüsusatları bildirmişlər. Şahid Şamaxı rayon sakinləri Şahid6 və Şahid9 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncular məhkəmədə ifadələri alınmış Şamaxı rayon sakinləri Şahid3 və digərləri ilə oxşar məzmunlu ifadə verərək onları göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs dövlət torpaqlarına aid qış otlaq sahəsində və kənd ərazisindəki Quşçu bələdiyyəsinə məxsus örüş sahələrinin ayrı-ayrı hissələrini qanunsuz olaraq zəbt edib taxıl əkməyə başlamışdılar. Buna görə də, həmkəndliləri özlərinin heyvanlarını otarmaqda çətinlik çəkmişlər və dəfələrlə Təqsirləndirilən şəxs kənd sakinləri müraciət edərək heyvanların örüş sahəsi kimi istifadə edilən onların həmin zəbt etdikləri torpaq sahələrini boşaltmalarını bildirsələr də, qardaşı Təqsirləndirilən şəxs bu tələblərə əhəmiyyət verməyib öz əməllərini davam etdirmişdir. Buna görə də bütün kənd sakinləri bu barədə kənd bələdiyyəsinə dəfələrlə müraciət edərək bu qanunsuzluqların qarşısının alınmasını bildirmişlər. Belə ki, qardaşı Ağamikayıl Quşçu kəndinə aid olmaqla kənd arasında “Səfəralı” adlanan sahədə Quşçu bələdiyyəsinin örüş sahəsinə aid 5 hektar torpaq sahəsini və həmin torpaq sahəsinin yaxınlığında kənd təsərrüfatı təyinatlı 15 hektar bələdiyyənin ehtiyyat fondu torpaq sahəsini qanunsuz zəbt edərək taxıl bitkisi əkmişdir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında X3 təşkili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə kənd bələdiyyəsinin birlikdə 2018 və 2020-ci illərdə həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs rayon icra hakimiyyətinin balansında olan dövlət fondu torpaqlarından 5,5 hektar, Quşçu bələdiyyəsinin örüş sahəsinə aid 5 hektar və kənd təsərrüfatı təyinatlı 15 hektar bələdiyyənin ehtiyyat fondu torpaq sahəsini qanunsuz zəbt edərək istifadə etməsi öz təsdiqini tapmışdır. Bununla bağlı, kənd sakinlərinin müraciətinə görə Təqsirləndirilən şəxs həmkəndlilərini öldürməklə hədələyərək, şikayətlərindən əl çəkməyini bildirmişdir. Onlar da Təqsirləndirilən şəxs bu hədələrindən narahat olmuşlar. Buna baxmayaraq, Təqsirləndirilən şəxs öz zəbt etmə əməllərini davam etdirirmişdir. Onu da qeyd etmişdir ki, qardaşı Təqsirləndirilən şəxs 2018 və 2019-cu illərdə zəbt etdiyi həmin torpaq sahələrini, yəni dövlət fondu torpaqlarını və Quşçu bələdiyyəsinə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrində taxıl əkib sonradan qulluq edib biçmişdir. Eyni zamanda, 2020-ci ilin payız aylarında da Təqsirləndirilən şəxs yenidən həmin torpaq sahələrində taxıl əkmiş, lakin taxıl bitməmişdir. Həmin torpaq sahələrində yabanı ot bitkiləri, yəni onların kənd arasında “xora” dedikləri bitki bitmişdir. Təqsirləndirilən şəxs da həmin bitkilərə qulluq edib böyütmüş, bitki biçin halına kimi yetişmiş, 2021-ci ilin aprel ayının sonlarından başlayaraq “xora” bitkisinin vegetasiya dövründə Təqsirləndirilən şəxs həmin “xora” bitkisini biçdirib ot bağlaması (pres) halında bağlatdıraraq, həmin torpaq sahələrinin yaxınlığında yerləşməklə Şamaxı rayonu ərazisində dövlət torpaqlarında icarəyə götürdüyü fermaya daşıyaraq ferma ərazisində taya halında yığıb saxlamışdır. Qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs həmin zəbt etdiyi torpaq sahələrini uzun illərdir ki, istifadə etdiyi kimi, 2021-ci ildə də istifadə etmişdir. Onlar da qardaşı Təqsirləndirilən şəxs bu qanunsuz əməllərinin qarşısının alınması məqsədilə şikayət etmişlər. (Cild 4 iş vər. 53- 55) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şamaxı rayon X20 Təhlükəsizlik Bölməsinin sahə rəisi vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət aparır. Onun xidməti ərazisinə Şamaxı rayonu Quşçu kəndinin əraziləri daxildir. Faktla bağlı qeyd etmişdir ki, onun xidməti ərazisinə daxil olan Quşçu kəndinin bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı 5 hektar örüş torpaq sahəsi və 15 hektar ehtiyyat fondu torpaq sahəsi, həmçinin, icra hakimiyyətinin balansında olan 5,5 hektar torpaq sahəsini həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq əkib-becərmişdir. Bununla bağlı, Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi Şöbəsinin əməkdaşları və Şamaxı rayon Quşçu bələdiyyəsinin sədri tərəfindən müvafiq qurğular vasitəsi ilə həmin ərazilərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də həmin əraziləri qanunsuz olaraq əkibbecərməklə istifadə etmişdir. Hətta, Təqsirləndirilən şəxs qeyd edilən bələdiyyəyə və icra hakimiyyətinə məxsus torpaq sahələrini qanunsuz istifadə etməsi müəyyən edilərək bildirilsə də, Təqsirləndirilən şəxs qanunsuz əməllərini davam etdirərək həmin torpaq sahələrində 2021-ci ildə də biçin işləri aparmış və biçib bağlatdırdığı ot bağlamalarını da özünün fermasına aparmışdır. Həmin faktlarla bağlı, Əmlak Məsələləri Dövlət Komitəsinin müraciəti əsasında cinayət işi başlanmışdır. Bir daha qeyd etmişdir ki, qeyd edilən kənd təsərrüfatı təyinatlı 5,5 hektar qış otlaq torpaq sahəsi icra hakimiyyətinə, 5 hektar örüş sahəsi və 15 hektar ehtiyyat fondu torpaq sahəsi isə Quşçu bələdiyyəsinə məxsusdur və həmin torpaq sahələrini Təqsirləndirilən şəxs qanunsuz istifadə etmişdir. Onu da qeyd etmişdir ki, Quşçu kənd sakinləri dəfələrlə polisə və müxtəlif orqanlara müraciət edərək, Təqsirləndirilən şəxs qeyd edilən torpaq sahələrini qanunsuz istifadə etdiyinə görə bütün kənd əhalisinin heyvanlarını otarmaq məqsədilə örüş sahələrinin olmamasını, buna görə də Təqsirləndirilən şəxs qeyd edilən sahələrdən çıxarılmaqla ümumi kənd camaatının heyvanlarını otarması üçün qaytarılmasını bildirmişlər. (cild 4, iş vərəq 08-09) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri işləmiş Şahid18 vermiş olduğu ifadələrində Şahid17 ifadələri ilə eyni məzmunlu xüsusatları bildirmişdir. (cild 4, iş vərəqə 06-07) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli **********59 nömrəli məktubunda göstərilmişdir ki, “Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan örüş sahələrinin həmin kəndin sakinləri Təqsirləndirilən şəxs və Zülfüqarov Xəqani tərəfindən şumlanılmasının qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyinə həmin kənddə yaşayan Sabirabad rayonu, Nizamikənd kənd sakini Şahid15 12 oktyabr 2018-ci il tarixli müraciəti daxil olmuşdur. Bildiririk ki, müraciətdə qeyd olunan məsələ Komitənin Şamaxı ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişi tərəfindən R. İsmayılovun iştirakı ilə yerində araşdırılarkən vətəndaş Təqsirləndirilən şəxs tərəfindən qış otlaq sahəsinin 5,5 hektar hissəsində, vətəndaş X. Zülfüqarov tərəfindən isə bələdiyyə mülkiyyətində olan örüş sahəsində şumlama işlərinin aparıldığı müəyyən edilmişdir. Yuxarıda adları çəkilən vətəndaşların qeyd olunan torpaq sahələrinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüquqlarının olmadığı müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun gəlir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, yuxarıda qeyd olunan hallarla bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə sənədlər Sizə təqdim edilir”. (İ cild iş vər. 128) Həmin məktuba əlavə edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, “Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin baş məsləhətçisi Vahab Bəhramov, Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi Şahid1, Şamaxı rayon Quşçu kənd sakini Təqsirləndirilən şəxs və şikayətçi Şahid15 iştirakları ilə akt tərtib edilmişdir ondan ötrü ki, Sabirabad rayon Nizamikənd kənd sakini Şahid15 Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlandığı şikayət ilə əlaqədar Şamaxı rayonu, Quşçu kənd sakinləri Təqsirləndirilən şəxs və Xəqani Zülfüqarov tərəfindən şumlanmış ərazilərə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Quşçu kənd sakini Təqsirləndirilən şəxs əvvəllər JN 2187 nömrəli şəhadətnamə ilə icarəsində olan lakin sonradan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli Sərəncamı ilə icarə müqaviləsina xitam verilmiş qış otlaq sahəsinin 5.5 hektar hissəsində yaşıl xəsil məqsədi ilə şumlamış və yaxın zamanlarda əkmək istədiyini bildirmişdir. Quşçu kənd sakini Zülfüqarov Xəqani isə Quşçu bələdiyyəsinə məxsus örüş sahəsinin təxminən 7 hektarını şumlamışdır. Onun ilə əlaqə saxlanılaraq əraziyə dəvət olunsa da işlərinin çoxluğunu əsas gətirərək gəlməmişdir. Qeyd olunan şumlama hallarının qanunla müəyyən edilmiş mülkiyyət, icarə və ya istifadə hüququ olmadan aparılması torpaq qanunvericiliyinin tələblərinə zidd olması, Azərbaycan Respublikası Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə səbəb olması vətəndaşlar Təqsirləndirilən şəxs və Zülfüqarov Xəqaniyə izah olunmuşdur”. (İ cild iş vər. 129-138). Cinayət işində olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli **********69 nömrəli məktubunda göstərilmişdir ki, «Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı örüş sahələrinin və ehtiyat fond torpaqlarının kənd sakini Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək şumlanması barədə kənd sakinləri S.Sərxanov, Şahid3 və digərlərinin kollektiv müraciəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə daxil olmuşdur. Müraciətdə qeyd olunan məsələ komitənin Şamaxı ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişi tərəfindən ərizəçilərdən S.Sərxanovun iştirakı ilə yerində araşdırılan zaman, vətəndaş Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı örüş sahəsindən 5,0 hektar və ehtiyat fond torpaqlarından isə 15,0 hektar ərazinin zəbt edilərək şumlanması müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun gəlir. Göstərilənləri və "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə"nin 9.5-ci yarımbəndinin tələblərini nəzərə alaraq, qeyd olunan halla bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədi ilə sənədlər təqdim edilir». (İ cild iş vər. 30). Həmin məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, “Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahid2, Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi Şahid1, Şamaxı rayon Quşçu bələdiyyəsinin sədri Nümayəndə1, Şamaxı rayon Quşçu kənd sakini Sərxan Sərxanov və Şamaxı rayon Quşçu kənd sakini Təqsirləndirilən şəxs iştirakı ilə akt tərtib edilmişdi ondan ötrü ki, Şamaxı rayon Quşçu kənd sakinləri Sərxan Sərxanov və başqalarının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciəti ilə əlaqədar Quşçu bələdiyyəsinin ərazisinə baxış keçirilmiş, Baxış zamanı müraciətdə qeyd olunan qeyri qanuni şumlama işlərinin aparıldığı torpaq sahələri ayrı-ayrılıqda araşdırılmışdır. Məlum olmuşdur ki, müraciətdə adı qeyd olunan Şamaxı rayon Quşçu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində təxminən 5.0 (beş) hektar, ehtiyat fond torpaqlarından isə 15.0 (on beş) hektar əkin torpaq sahəsi şumlanmışdır. Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsindən istifadə hüququna dair sənədlər tələb olunsa da belə bir sənədin mövcud olmadığı aydın olmuşdur. Qeyd olunan qanun pozuntusunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə (188-ci maddə) əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına zəbt etme xarakteri daşıdığı bələdiyyə ilə birlikdə baxış zamanı öz təsdiqini tapmışdır”. (İ cild iş vər. 31-35) Cinayət işində olan xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı rayonu Quşçu kəndi ərazisində kəndin bələdiyyəsinə aid torpaq sahəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi Şahid1 və X22 X9 sektorunun müdiri Əhmədalı Əhmədovun iştirakları ilə hadisə yerinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı, hadisə yerində bələdiyyənin mülkiyyətində olan 5 hektar örüş sahəsi və 15 hektar ehtiyyat fondu torpaq sahələrinin Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi, biçilməsi müəyyən edilmiş, hadisə yerinin videogörüntüsü qeydiyyata alınaraq 01 ədəd DVD diskdə və fotoşəkilləri çəkilərək fotocədvəldə iş materiallarına əlavə edilmişdir. (İ cild iş vər. 238-243). Cinayət işində olan xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Quşçu bələdiyyəsinin sədri Nümayəndə1 iştirakı ilə Şamaxı rayonu Quşçu kəndi ərazisində kəndin bələdiyyəsinə aid torpaq sahəsində və icarəyə götürülmüş ferma sahəsində hadisə yerinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı, hadisə yerində Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilib-becərilməklə biçilmə işləri aparılmış bələdiyyənin mülkiyyətində olan örüş sahəsi və ehtiyyat fondu torpaq sahələrindən cəmi 03 (üç) ədəd bağlamada ot nümunələri götürüldü, daha sonra, Təqsirləndirilən şəxs tərəfindən icarəyə götürülmüş ferma sahəsində açıq sahədə saxlanılan ot bağlamaları tayasından müxtəlif hissələrindən cəmi 03 (üç) ədəd bağlamada ot nümunələri götürüldü, həmin 06 (altı) ədəd bağlamalar müvafiq qaydada qablaşdırıldı, nümunələrin götürüldüyü yerlə bağlı bağlamaların üzərində qeydlər aparılmaqla bağlanılaraq möhürləndi, istintaq hərəkətinin gedişatı videogörüntüyə çəkilməklə 01 ədəd DVD diskdə və fotoşəkilləri çəkilərək fotocədvəldə iş materiallarına əlavə edilmişdir. (İİ cild iş vər. 110-115). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə xx.xx.2021-ci il tarixli 6/651 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim olunmuş üzərində "...İ-İİ. Səfəralı torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən torpaq sahəsindən götürülmüş ot nümunəsi, İştirak etdi: İmza var Nümayəndə1 Qablaşdırdı: İmza var M.Kazımov, İİİ. Səfəralı adlanan örüş sahəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən torpaq sahəsindən götürülmüş ot nümunəsi İştirak etdi: İmza var D.Cebiyev Qablaşdırdı: İmza var M.Kazımov İV. Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən fermadakı ot bağlamasından götürülmüş ot nümunəsi iştirak etdi: İmza var Nümayəndə1 Qablaşdırdı: İmza var M.Kazımov V. Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən fermadan ot bağlamasından götürülmüş nümunə iştirak etdi: İmza var Nümayəndə1 Qablaşdırdı: İmza var M.Kazımov Vİ. Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən fermadakı ot bağlamalarından götürülmüş nümunə iştirak etdi: İmza var Nümayəndə1 Qablaşdırdı: İmza var M.Kazımov" sözləri olan ağ rəngli 6(altı) ədəd zərfdəki torpaq sahəsindən götürülmüş ot nümunələri fermadakı ot bağlamalarından götürülmüş nümunələr ilə vegetativ orqanlarına (gövdə və yarpaq) görə eynilik təşkil edirlər». (İİİ cild iş vər. 115-116, İV cild iş vər. 83-85). Cinayət işində olan xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin Ağsu Layihə Tədqiqat İdarəsinin texniki İlyas Rəsulov, Ağsu Layihə Tədqiqat İdarəsinin sürücüsü Mustafa Həmidov və Şamaxı rayonu Quşçu bələdiyyəsinin sədri Nümayəndə1 iştirakları ilə Şamaxı rayonu Quşçu kəndi ərazisində kəndin bələdiyyəsinə aid örüş və ehtiyyat fondu torpaq sahələrində hadisə yerinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı, hadisə yerində mütəxəssis tərəfindən müvafiq qurğu (GPS aparatı) vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilibbecərilməklə biçilmə işləri aparılmış bələdiyyənin mülkiyyətində olan örüş sahəsi və ehtiyyat fondu torpaq sahələrinin müvafiq ölçüləri aparıldı, istintaq hərəkətinin gedişatı videogörüntüyə çəkilməklə 01 ədəd DVD diskdə və fotoşəkilləri çəkilərək fotocədvəldə iş materiallarına əlavə edilmişdir. (İİ cild iş vər. 40-44). İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı rayon ərazi şöbəsinin məsləhətçi müfəttişi Şahid1 xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, «Şamaxı rayon polis şöbəsində olan ********* nömrəli cinayət işi üzrə mütəxəssis qismində tərəfimdən aparılmış tədqiqat zamanı cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin tədqiqi, müvafiq xəritələr və xüsusi qurğular vasitəsilə torpaq sahəsinə keçirilmiş baxışlara əsasən müəyyən olunmuşdur ki, Şamaxı rayonu Quşçu kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayon inzibati sərhəddi daxilində olan, rayon İcra hakimiyyətinin balansında olan, dövlət fondu torpaqlarına aid olmaqla Quşçu kəndində yerləşən "Daş-Ağıl" adlı qış otlaq sahəsindən 5,5 (beş hektar əlli sot) hektar torpaq sahəsini, Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus olmaqla “Səfəralı” adlanan ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı 5 (beş) hektar örüş sahəsi və kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olan 15 (on beş) hektar torpaq sahəsini, həmin torpaq sahələrindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Həmin torpaq sahələri ümumilikdə təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir». (İV cild iş vər. 214-215). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə tikinti-texniki ekspertiza” üzrə xx.xx.2021-ci il tarixli 10/4357 nömrəli ekspert rəyinin təsviri hissəsində qeyd olunur ki, «Tədqiqat Şamaxı rayonu ərazisində yerləşən torpaq sahələri üzrə aparılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rafiq Calilovun imzası ilə təsdiqlənmiş 30 aprel 2020-ci il tarixli **********69 saylı məktubuna əsasən, Şamaxı ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsində dövlət nəzarətini həyata keçirən müfəttişi tərərfindən ərizəçilərdən S.Sərxanovun iştirakı ilə yerində araşdırılan zaman vatandaş A.Cebrayılov tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan bələdiyyə mülkiyyətina aid ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı örüş sahəsindən 5.0 hektar və ehtiyat fond torpaqlarından isə 15,0 hektar ərazinin zəbt edilərək şumlanması müəyyən edilmişdir. “Məhkəmə tikinti-texniki ekspertiza” üzrə xx.xx.2021-ci il tarixli 10/4357 nömrəli ekspert rəyinin nəticə hissəsində isə qeyd olunur ki, «Şamaxı rayonu Quşçu kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu Quçşu bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı 5 hektar örüş sahələri və 15 hektar ehtiyat fondu torpaqlarına aid olan torpaq sahələrini, həmin torpaq sahələrindən istifadəyə dair hər hansi bir hüquq müəyyənədici sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Həmin torpaq sahələri təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir». (İV cild iş vər. 79-80, 117-120). İş materiallarında olan, Quşçu bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 29 nömrəli müraciətində göstərilmişdir ki, Quşçu kənd sakinləri Təqsirləndirilən şəxs və X8 tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı olmaqla örüş sahələri və ehtiyat fondu torpaqlarının icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı heç bir qərar qəbul edilmədən qeyd olunan sahələrdə istifadə ilə bağlı yazılı və şifahi olaraq bələdiyyəyə müraciət edilmədən əkilmişdir. Rüsum haqqı ödənilməmişdir. (İİ cild iş vər. 99). İş materiallarında olan, Quşçu bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 31 nömrəli müraciətində göstərilmişdir ki, Quşçu kənd sakinləri Təqsirləndirilən şəxs və X8 tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı örüş sahələri və ehtiyat fondu torpaqları qanunsuz olaraq zəbt edilmiş, şumlanaraq taxıl məhsulu əkilmişdir. Bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bələdiyyəyə qaytarılmasına köməklik göstərməyinizi xahiş edirik». (İİ cild iş vər. 98). İş materiallarında olan, Quşçu bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 32 nömrəli müraciətində göstərilmişdir ki, Şamaxı rayonu Quşçu kənd sakinləri Təqsirləndirilən şəxs və X8 tərəfindən Quşçu kənd bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı olan örüş və ehtiyat fondu torpaq sahələri qanunsuz olaraq zəbt edərək şumlayıb taxıl əkmişlər» (İİ cild iş vər. 97). İş materiallarında olan, Şamaxı rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2021ci il tarixli Ş-03-1617 nömrəli məktubunda göstərilmişdir ki, «Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 07 iyun 2002-ci il tarixli 87 nömrəli sərəncamı ilə "Daş-Ağıl" adlı qış otlaq sahəsindən 200 hektar torpaq sahəsi 15 il müddətinə Təqsirləndirilən şəxs icarəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı tarixli 138 saylı sərəncamı ilə müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab edilmişdir. Təqsirləndirilən şəxs rayon İcra Hakimiyyətinə müraciət edərək icarəsində olmuş qış otlaq sahəsinin təyinatı dəyişdirilməmiş hissəsinə aid yenidən icarə müqaviləsi bağlanmasını xahiş etmişdir. Həmin sahənin naturada ölçülərək yerquruluşu sənədi hazırlansa da, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti tərəfindən müvafiq razılıq məktubu verilməmişdir. Məlumat üçün bildiririk ki, həmin sahə 2021-ci ilin may ayına kimi Təqsirləndirilən şəxs faktiki istifadəsində olmuşdur». (İV cild iş vər. 73-77) Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı əsasında Şamaxı RPŞ-nin CAB-dan daxil olmuş cavab məktubunda göstərilmişdir ki, “əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz istifadə etdiyi bələdiyyəyə məxsus olmaqla Şamaxı rayonu Quşçu kəndi ərazisində yerləşən torpaq sahəsindən biçilmiş otu bağlamalarda həmin kəndin sahələrindəki Təqsirləndirilən şəxs məxsus olan fermanın ərazisində saxlanılır”. (İİ cild iş vər. 109). Cinayət işində olan xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı rayonu Quşçu kəndinin sahələrinin yaxınlığında Şamaxı rayon inzibati sərhəddi daxilində olan, rayon İcra hakimiyyətinin balansında olan, dövlət fondu torpaqlarına aid olmaqla "Daş-Ağıl" adlı qış otlaq sahəsində, Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi Şahid1, X22 X9 sektorunun müdiri Əhmədalı Əhmədov və Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Tural Soltanovun iştirakları ilə hadisə yerinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı, hadisə yerində rayon İcra hakimiyyətinin balansında olan, dövlət fondu torpaqlarına aid olmaqla "Daş-Ağıl" adlı qış otlaq sahəsindən 5.5 hektar qış otlaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi, biçilməsi müəyyən edilmiş, hadisə yerinin videogörüntüsü qeydiyyata alınaraq 01 ədəd DVD diskdə və fotoşəkilləri çəkilərək fotocədvəldə iş materiallarına əlavə edilmişdir. (İV cild iş vər. 200-204). İş materiallarında olan, “Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 26 iyul 1994-cü il tarixli № 868 nömrəli qərarı və qərara əlavə edilmiş xəritədən görünür ki, qərarın 2-ci maddəsində Quşçu kəndi ərazisində kənd sakinlərinin tələbini nəzərə alaraq, Qobustan və Şamaxı rayonlarının inzibati sərhədlərində bu qərara əlavə olunmuş xəritə sənədinə uyğun olaraq qismən dəyişiklik edilmişdir. ********* nömrəli cinayət işi üzrə zəbt edilməsi göstərilən ərazi də xəritə üzrə Şamaxı rayonu ərazisinə aid olması göstərilmişdir. (İİ cild iş vər. 25-27). İş üzrə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (İİ cild iş vər. 92-93). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli 156 nömrəli məktubuna əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin nümayəndəlikdən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli 35 nömrəli məktubdan görünür ki, “Təqsirləndirilən şəxs Şamaxı şəhərində qeydiyyatda olmasına baxmayaraq ailəsi ilə birlikdə Şamaxı rayonu Quşçu kəndində yaşamışdır”. (İİ cild iş vər. 71-73, İİİ cild iş vər. 203). Məhkəmə, təqsirləndirilən şəxs X2 ittihamda göstərilən torpaqları zəbt etməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, X2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni torpaqları zəbt etməməsi kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” 30 mart 2015-ciil tarixli plenum qərarınadn görünür ki, Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Qanunverici Cinayət Məcəlləsinin bu maddəsində torpaq üzərində mülkiyyət hüququnun pozulmasını torpağın mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil edilən torpaqların bütün kateqoriyalarına aid etmişdir. Eyni zamanda, qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnun pozulması mülkiyyət hüququnun hər bir elementinin - torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüququnun pozulması kimi başa düşülməlidir. Beləliklə, Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər isə torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və becərmədə ifadə edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir. Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Qanunvericiliyə müvafıq qaydada şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ keçirmə də torpaq sahəsini özbaşına dəyişdirmə hesab edilməlidir. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyi mülkiyyət formasından asılı olmayaraq, torpaq üzərində mülkiyyət hüququnun hər bir elementini müdafiə edir və Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün kateqoriya torpaqlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsinin təsiri altına düşür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.4.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X4 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə X2 əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 67 yaşının olmamasını, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, ayaq barmağının amputasiya olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs 67 yaşının olmasını, yaşı ilə əlaqədar müxtəlif xəstəliklərdən əziyyət çəkməsi kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, Şamaxı rayonu ərazisini tərk etməmək, qanunsuz kütləvi tədbirlərə getməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından buraxılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, X6 26 may 2021-ci il tarixdə tutulmuş və barəsində Şamaxı rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdən 05 oktyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şamaxı RPŞ-də saxlanılan – 06 ədəd zərfdə ot nümunələri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X1 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 ( beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 03 (büç) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, Şamaxı rayon ərazisini tərk etməmək, qanunsuz kütləvi tədbirlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Şamaxı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Şamaxı ŞPŞ-də saxlanılan 06 ədəd zərfdə ot nümunələri məhv edilsin, Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-69/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-69/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver