Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-69/2023 02.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1985-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3-də daimi pasport qeydiyyatında olmaqla hazırda faktiki olaraq həmin ünvanda yaşayan, 23 noyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,086 və 0,028 qram olmaqla ümumi təmiz çəkisi isə 0,114 qram təşkil edən psixotrop maddə metamfetamini, həmçinin 22 ədəd gümüşü rəngli kağız bükümlərdə, 01 ədəd çəhrayı və 01 ədəd də şəfaf selofan kəsiyi bükümlərində külli miqdarda yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,024 qram, 0,022 qram, 0,014 qram, 0,015 qram, 0,006 qram, 0,016 qram, 0,028 qram, 0,012 qram, 0,013 qram, 0,020 qram, 0,015 qram, 0,021 qram, 0,014 qram, 0,011 qram, 0,010 qram, 0,009 qram, 0,025 qram, 0,006 qram, 0,012 qram, 0,011 qram, 0,030 qram, 0,020 qram, 1,796 qram, 0,078 qram olmaqla ümumi təmiz çəkisi 2,228 qram təşkil edən narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 20 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Şahid1 Mirzəməmməd oğluna məxsus ünvan 1 ünvanında yerləşən evdə olarkən orada Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin evdə saxlanılaraq onun üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol iç cibində gizlətdiyi həmin saxlanc qabında 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,086 və 0,028 qram olmaqla ümumi təmiz çəkisi isə 0,114 qram təşkil edən eyni tərkibli psixotrop maddə metamfetamin, həmçinin 22 ədəd gümüşü rəngli kağız bükümlərdə, 01 ədəd çəhrayı və 01 ədəd də şəfaf selofan kəsiyi bükümlərində ayrı-ayrılıqda çəkiləri 0,024 qram, 0,022 qram, 0,014 qram, 0,015 qram, 0,006 qram, 0,016 qram, 0,028 qram, 0,012 qram, 0,013 qram, 0,020 qram, 0,015 qram, 0,021 qram, 0,014 qram, 0,011 qram, 0,010 qram, 0,009 qram, 0,025 qram, 0,006 qram, 0,012 qram, 0,011 qram, 0,030 qram, 0,020 qram, 1,796 qram, 0,078 qram olmaqla ümumi təmiz çəkisi 2,228 qram təşkil edən eyni tərkibli narkotik vasitə heroin bükümləri aşkar edilərək götürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, yük maşını sürücüsüdür. 2 ildir ki, narkotik vasitə olan heroin istifadə edir. Onkoloji xəstə olan atasını müalicəyə gətirmək üçün Bakı şəhərindən Quba rayonuna getmiş, Qubada yaşadığı evdə narkotik vasitə qəbul etməyini heç kimin bilməməsi üçün Etibardan evlərində narkotik vasitə qəbul etməyinə şərait yaratmasını xahiş etmiş, o da razılaşmışdır. O, Etibarın evində narkotik vasitə istifadə edən zaman Quba rayon polis şöbəsinin əməkdaşları gələrək onu saxlamışlar. Üzərində 22 büküm heroin və 2 büküm metamfetamin olmuş, narkotik vasitələri alanda bükümlərə bölünmüşdür. Etibara narkotik vasitə satmamışdır. 8 qram heroini 200 manata almış, üzərində 2 qram heroin aşkar olunmuş, 6 qramını istifadə etmişdir. Noyabr ayının 19-u saxlanılmış, saxlanılarkən narkotik vasitə qarşısında olmuşdur. Çəkiliş evdə olmuş, tutulandan 1 saat sonra müdafiəçi gəllmişdir. Narkotik vasitələrin satış mənbəyini öyrənmək üçün döyülmüşdür. Çəkilişdə olan narkotik vasitə ona məxsus olmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, tutulana qədər ünvan 3 ünvanında qeydyyatda olsa da, Bakı şəhəri Bayıl qəsəbəsində 20-ci sahə adlı ərazidə kirayədə ailəsi ilə yaşamışdır. Evlidir, iki azyaşlı uşağı vardır. Rəsmi olaraq heç bir yerdə işləməsə də iş olanda yük maşını sürücüsü kimi daşıma işləri ilə məşğul olmuşdur. O, narkotik vasitələri qəbul edəndir, xüsusilə də heroin istifadəçisidir. Tutulmamışdan 03 gün qabaq yəni 17 noyabr 2021-ci il tarixdə o, Bakı şəhəri Bayıl qəsəbəsində təsadüfi olaraq tanış olduğu Fəqan adlı tanımadığı şəxsdən öyrənmişdir ki, sonuncu da satılıq narkotik vardır. Bundan sonra o, Fəqan adlı şəxslə danışıb ona 200 manat məbləğində pul vəsaiti ödəməklə cəmisi 08 qram çəkidə narkotik vasitə heroin almış, həmin vaxtı Fəqan adlı şəxs də ona pay olaraq 02 ədəd bükümdə «patı» adlanan psixotrop maddə metamfetamindən vermişdir. O, bükümlərdə aldığı heroini və metamfetamini özünə məxsus olan üzərində «X6» sözü yazılmış saxlanc qabına yığıb onu heç kim görməməsi üçün gödəkçəsinin cibində gizlətmişdir. Tutulmamışdan 03 gün qabaq o, onkoloji xəstə olan atasını müalicəyə gətirmək üçün sonuncunun dalınca Bakı şəhərindən Quba rayonuna gəlmişdir. Quba şəhərində yaşadıqları evdə narkotik qəbul etməsini heç kim bilməməsi üçün 17 noyabr 2021-ci il tarixdə tanışı Şahid1 görüb ondan evlərində onun narkotik qəbul etməsinə şərait yaratmasını xahiş etmişdir. O Etibarın tək yaşadığını bilirdi və sonuncunun evində narkotik qəbul etməsini heç kimin bilməyəcəyini düşünmüşdür. Bununla da o, 17 noyabr 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixə kimi hər gün tanışı Şahid1 ünvan 1 ünvanında yaşayış evinə gəlib getmişdir. Onun evində hər gün iki dəfə olmaqla özü üçün narkotik vasitə heroin qəbul etmişdir. O, özündə olan narkotikdən Etibara verməmiş və satmamışdır. Axırıncı dəfə 20 noyabr 2021-ci il tarixdə Etibarın evində olarkən həmin günü təxminən saat 23 radələrində oraya Quba rayon polis şöbəsinin əməkdaşları gəlmiş, polislər onların narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu bildirib şübhəli şəxs kimi tutmaqla onlara hüquqların izah edərək hər birinə müdafiəçi qismində bir nəfər vəkili təqdim etmiş və üzərlərində video çəkilişlə şəxsi axtarış aparmışlar. Əvvəlcə Etibarın üst-başı yoxlanılmış, lakin onun üzərində narkotik və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polislər ona üzərində narkotik vasitənin olub-olmamasını soruşduqda isə onlara üstündə narkotik gəzdirdiyini etiraf etmişdir. Bu zaman o əynindəki gödəkçənin sol iç cibində gizlədib saxladığı «X6» saxlanc qutusunu çıxardıb polislərə təqdim etmişdir. Polislər həmin qutunun içərisinə baxdıqda oradan cəmisi 24 ədəd olmaqla 22 ədədi gümüşü rəngli kağız bükümlərdə, 01 ədəd çəhrayı və 01 ədəd də şəfaf selofan kəsiyi bükümlərində olan heroin və 02 ədəd bükümdə olan metamfetamini aşkar edib onların hər birisini ayrıca zərflərdə qablaşdırıb möhürləmişlər. O zərflərə vəkilinin iştirakı ilə öz imzasını atmışdır. Onun üzərində şəxsi axtarış aparılan zaman polislər onda “falqa” kağızı kəsikləri və borucuq olan «trubka»da aşkar etmişlər. O narkotik qəbul etmək üçün onlardan istifadə etdiyini bildirmişdir. Daha sonra onun üzərində aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və o, həmin protokolda yazılanlarla vəkilinin iştirakı ilə tanış olub ona öz imzasını atmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində görtəmişdir ki, o külli miqdarda narkotik vasitə heroin aldığını bilirdi. Lakin külli miqdarda həmin narkotik vasitə heroini və psixorop maddə metamfetamini üzərində daşıyaraq saxlasa da, onlardan heç kimə, o cümlədən də Etibara verməmiş və satmamışdır. Onun üzərində daşıyıb saxladığı heroini və metamfetamini kiməsə satmaq niyyəti olmamışdır. O, özündə aşkar edilmiş heroini qramla yəni 08 qramda almış, lakin alanda heroini və metamfetamini Fəqan adlı şəxs ona bükümlərdə vermişdir. O, heroini qramla aldığı üçün ona verilən bükümləri saymamışdır. Onda aşkar edilmiş “falqa” kəsiyi və borucuğu isə narkotikdən özü istifadə etmə məqsədilə özü hazırlamışdır. Etibar da onda külli miqdarda narkotik vasitə olduğu bilməmişdir. (cild 1, iş vərəqə 67-70, 78-79, 175-176) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin PPXB-nın polis nəfəri Şahid5 ifadəsində göstərdi ki, hadisə çoxdan olduğu üçün xatırlamır, Şahid2 tədbirində iştirak etmişdir .Şahid1 xatırlamamışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20 noyabr 2021-ci il tarixdə Quba RPŞ-nin CAB-nin əməliyyatmüvəkkili, polis kapitanı Şahid2 raportu əsasında yaradıılmış əməliyyat qrupunun üzvi kimi o, narkotik vasitələrinin qəbul edilməsi, qanunsuz daşınması və saxlanılmasında şübhəli olan Quba şəhər sakini Təqsirləndirilən şəxs və onun qonaq olacağı Şahid1 ətrafında keçirilmiş əməliyyat tədbirlərində iştirak etmişdir. Bu tədbirlərdə onunla yanaşı Quba RPŞnın CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, RPŞ-nın PPXB-nin tağım komandiri Şahid4, RPŞ-nın ƏRQ-nun kiçik inspektoru Şahid7, RPŞ-nın PPXB-nin polis nəfəri Şahid6 da iştirak etmişdir. Həmin tarixdə saat 22:40 radələrində ünvan 3 ünvanında pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs Şahid1 yaşadığı ünvan 5 ünvanında yerləşən evə gəlməsini müşahidə etmişlər. Bundan sonra onlar həmin ünvana daxil olub orada baxış keçirtmək məqsədilə qapıya yaxınlaşmışlar. Evin darvaza qapısını açan ev sahibi Şahid1 özlərini təqdim etdikdən sonra, onun özünün dəvəti ilə içəriyə daxil olmuşlar. Həmin vaxtı evdə Təqsirləndirilən şəxs görmüşlər. Onların narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra şübhəli şəxs kimi tutmaqla onlara hüquqların izah edərək hər birinə müdafiəçi qismində bir nəfər vəkili təqdim edilmiş və üzərlərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Əvvəlcə Şahid1 üzərində şəxsi axtarış aparılmış, onun üstündən 30 qəpik pul, 03 ədəd tibbi maska, 01 tablet “Omez” adlanan dərman aşkar edilmişdir. Şahid1 üzərində şəxsi axtarış zamanı narkotik vasitələr və başqa qanunsuz əşyalar aşkar edilməmişdir. Lakin Şahid1 polislər gəlməzdən qabaq Ənvərin ona qəbul etməyə verdiyi narkotikdən istifadə etdiyini bildirmişdir. Onun üstündən çıxmış pul, tibbi maska və dərman isə özünə qaytarılmışdır. Daha sonra, Şahid1 evində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Ondan üstündə narkotik vasitənin olub-olmamasını soruşduqda üstündə narkotik gəzdirdiyini etiraf etmişdir. Bu zaman o əynindəki gödəkçənin sol iç cibində gizlədib saxladığı «X6» saxlanc qutusunu çıxardıb təqdim etmişdir. Həmin qutunun içərisinə baxıldıqda orada cəmisi 24 ədəd olmaqla 22 ədədi gümüşü rəngli kağız bükümlərdə, 01 ədəd çəhrayı və 01 ədəd də şəffaf sellofan kəsiyi bükümlərində olan heroinə oxşar və 02 ədəd göy rəngli bükümdə olan metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş saxlanc qutusundakı həmin bükümlərdə narkotik vasitə heroin və metamfetamin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, onları 03 gün qabaq Bakı şəhəri Bayıl qəsəbəsində Fəqan adlı tanımadığı şəxsdən 200 manat ödəməklə aldığını, heroini aldıqda onun miqdarının 8 qram olmasını, metamfetaminin isə az miqdarda olduğunu söyləmişdir. 02 ədəd metamfetamin bükümü elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,3 qram etmişdir. 24 ədəd heroin bükümlərindən gümüşü siqaret bükümündə olan 22 ədədi elektron tərəzidə ölçüldükdə ümumi çəkisi 2,0 qram etmişdir. Ayrıca olaraq çəhrayi bükümdə olan heroin kütləsi tərəzidə çəkildikdə 2,1 qram etmişdir, şəffaf sellofan bükümündə olan heroin kütlə isə tərəziyə çəkiyə gəlmədiyindən 0,0 qram olaraq qeydə alınmışdır. Bundan sonra həmin bükümlər ayrıca zərflərdə qablaşdırıb möhürlənmişdir. Həmin zərflərə vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs və digər iştirakçılar kimi o da imza atmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onda "falqa” kağızı kəsikləri və borucuq olan «trubka», eləcə də ayrıca pul kisəsində 130 manat pul, şəxsiyyət və sürücülük vəsiqələri, etibarnamə də aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin “falqa” kağızı kəsikləri və borucuq olan «trubka»dan narkotik qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Həmin falqa” kağızı kəsikləri və borucuq olan «trubka»da ayrıca zərfdə qablaşdırılıb möhürləndikdən sonra Şahid1 evində baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya, o cümlədən də narktoik vasitələr aşkar edilməmişdir. Sonda polis şöbəsində həmin şəxslərin üzərində aparılmış şəxsi axtarışlar aparılması və evə baxış keçirilməsi ilə bağlı protokollar tərtib olunmuşdur. ( Cild 1, i.v. 137-138) Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin PPXB-nın polis nəfəri Şahid6, Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid5 ilə oxşar məzmunlu ifadə vermiş və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrində Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. ( Cild 1, i.v. 107-108; 109-110) Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin PPXB-nın tağım komandiri Şahid4 ifadəsində göstərdi ki, hadisə 2021-ci ilin noyabrın 20-i ya 21-i baş vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması ilə bağlı məlumat daxil olmuşdur. Onu saxlayan zaman narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ənvər onun evinə qonaq gəlmiş, polis əməkdaşları Ənvərin onun evində olduğunu bilərək onun evinə gəlmiş və özü tutularkən üstündən narkotik vasitə çıxmışdır. Ənvərlə birlikdə narkotik vasitə qəbul etməmiş, Ənvər ona narkotik vasitə verməmişdir.O, cinayət məsuliyyətinə cəlb edilmiş, oxuya bilmədiyi üçün deyilən yerə qol çəkmişdir. Qapını bağlayıb çıxıb getmiş, açarları da brlok kimi cibinə salmışdır. Elvin açarları görərək dartıb çıxartmışdır. Üstündə və evində axtarış aparılmış, evin qapısını Elvin açıb içəri daxil olmuşdur.Ənvərin cibi axtarılmış, cibindən narkotik vasitə çıxmışdır. Ənvərdə narkotik vasitə olduğunu bilməmiş, özü narkotik vasitə istifadə eləmişdir. Ənvərin narkotik vasitə satması haqqında məlumatı yoxdur. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 Mirzəməmməd oğlu ifadəsində göstərmişdir ki, o, ünvan 1-də tək yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Onunla münasibəti həmişə yaxşı olmuşdur. 17 noyabr 2021-ci il tarixdə Quba şəhərində Ənvərlə rastlaşdıqda sonuncunu evlərinə qonaqq gətirmişdir. Evdə olan Ənvər cibindən içərisində heroin kütləsi olan kağız büküm çıxartmış və onlar birlikdə “falqa” kəsiyi üzərində həmin heroindən qəbul etmişlər. Sonrakı iki gün ərzində Ənvər yenə onun evinə gəlib getmişdir. Hər dəfəsində ikisi də birlikdə Ənvərin cibindən çıxartdığı heroindən qəbul etmişlər. Axırıcı dəfə 20 noyabr 2021-ci il tarixdə Ənvər onun evində olarkən həmin günü təxminən saat 23 radələrində onun qapıya polislər gəlmiş, onun icazəsi ilə evinə daxil olduqdan sonra polislər onların narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu bildirib şübhəli şəxs kimi tutmaqla onlara hüquqların izah edərək hər birinə müdafiəçi qismində bir nəfər vəkili təqdim etmiş və üzərlərində video çəkilişlə şəxsi axtarış aparmışlar. Əvvəlcə onun üzərində şəxsi axtarış apaardıqda onun üstündən narkotik və başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, polislər Ənvərdən üstündə narkotik olub-olmamasını soruşduqda onlara narkotik gəzdirdiyini etiraf etmişdir. Onda Ənvər əynindəki gödəkçənin sol iç cibində gizlədib saxladığı «X6» saxlanc qutusunu çıxardıb polislərə təqdim etmişdir. Polislər həmin qutunun içərisinə baxdıqda oradan cəmisi 24 ədəd olmaqla 22 ədədi gümüşü rəngli kağız bükümlərdə, 01 ədəd çəhrayı və 01 ədəd də şəfaf selofan kəsiyi bükümlərində olan heroin və 02 ədəd bükümdə olan metamfetamini aşkar etmişlər. Bundan başqa Ənvərin üzərində şəxsi axtarış aparılan zaman polislər onda “falqa” kağızı kəsikləri və borucuq olan «trubka»da aşkar etmişlər. O narkotik qəbul etmək üçün onlardan istifadə etdiyini bildirmişdir. Daha sonra polislər ondan evində narkotik olub-olmamsını soruşduqda evdə narkotik olmaıdğını bildirərək polislərə evinə baxış keçirməyə icazə vermişdir. Onun üzərində şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib olunmuş, o həmin protokollarda yazılanlarla vəkilinin iştirakı ilə tanış olaraq onlara öz imzasını atmışdır. Həmçinin Şahid1 ifadəsində bildirmişdir ki, polislər qapısına gəlib onu tutana qədər özündə narkotik olmamışdır. O, yalnız Ənvər istifadə etmək üçün ona verdiyi narkotikdən qəbul etmişdir. O, özü metamfetamin qəbul edən olsa da, Ənvər özündə olan heroindən ona qəbul etməyi təklif etmiş, ona heroinin tamına baxmağı xoşuna gələrsə gələcəkdə ona heroindən gətirib satacağını bildirmişdir. Bu səbəbdən o, Ənvərin təklif etdiyi heroindən qəbul etmişdir. Ənvər ona heroindən satmaq barədə danışıq etsə də, lakin üstündə nağd pul olmadığından satılacaq heroinin qiyməti barədə aralarında konkret razılaşma olmamışdır. ( Cild 1, i.v. 97-100; 139-141) Şahid polis əməkdaşları Şahid3 və Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, onlar şahid polis əməkdaşı Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. ( Cild 1, i.v. 124-125; 146-147) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 noyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx xxxxx 1985-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatında olmaqla hazırda Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə deyilən ərazidə kirayə yaşayan Təqsirləndirilən şəxs qonaq olduğu xx.xx.1968-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şahid1 evində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və yaşadığı evində saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 4-5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD video diskinə baxış keçirilməsi barədə 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 20 noyabr 2021-ci il tarixdə saat 22:40 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları Şahid1 ünvan 7 ünvanında yaşadığı evin qapısına gələrək sonuncuya özlərini təqdim etdikdən sonra onun icazəsi ilə evə daxil olduqda orada Təqsirləndirilən şəxs olduğunu müəyyən edir, həmin vaxt polis əməkdaşları Şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu bildirib şübhəli şəxs kimi tutmaqla onlara hüquqların izah edərək hər birinə müdafiəçi qismində bir nəfər vəkili təqdim edir və üzərlərində video çəkilişlə şəxsi axtarış aparırlar. Əvvəlcə Şahid1 üzərində şəxsi axtarış aparıldıqda, onun üstündən 30 qəpik pul, 03 ədəd tibbi maska, 01 tablet “Omez” adlanan dərman aşkar edildi. Şahid1 üzərində şəxsi axtarış zamanı narkotik vasitələr və başqa qanunsuz əşyalar aşkar edilmir. Lakin Şahid1 polislər gəlməzdən qabaq Ənvərin ona qəbul etməyə verdiyi narkotikdən istifadə etdiyini bildirdi. Daha sonra, Şahid1 evində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Ondan üstündə narkotik vasitənin olub-olmamasını soruşduqda bizə üstündə narkotik gəzdirdiyini etiraf edir. Bu zaman o əynindəki gödəkçənin sol iç cibində gizlədib saxladığı «X6» saxlanc qutusunu çıxardıb təqdim edir. Həmin qutunun içərisinə baxıldıqda orada cəmisi 24 ədəd olmaqla 22 ədədi gümüşü rəngli kağız bükümlərdə, 01 ədəd çəhrayı və 01 ədəd də şəfaf selofan kəsiyi bükümlərində olan heroinə oxşar və 02 ədəd göy rəngli bükümdə olan metamfetaminə oxşar kütlələr aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş saxlanc qutusundakı həmin bükümlərdə narkotik vasitə heroin və metamfetamin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, onları 03 gün qabaq Bakı şəhəri Bayıl qəsəbəsində Fəqan adlı tanımadığı şəxsdən 200 manat ödəməklə aldığını, heroini aldıqda onun miqdarının 8 qram olmasını, metamfetaminin isə az miqdarda olduğunu söyləyir. 02 ədəd metamfetamin bükümü elektron tərəzidə çəkildikdə onun ümumi çəkisi 0,3 qram edir. 24 ədəd heroin bükümlərindən gümüşü siqaret bükümündə olan 22 ədədi elektron tərəzidə ölçüldükdə ümumi çəkisi 2,0 qram edir. Ayrıca olaraq çəhrayi bükümdə olan heroin kütləsi tərəzidə çəkildikdə 2,1 qram edir, şəfaf selofan bükümündə olan heroin kütlə isə tərəzidə çəkiyə gəlmədiyindən 0,0 qram olaraq qeydə alınır. Bundan sonra həmin bükümlər ayrıca zərflərdə qablaşdırıb möhürlənir. Həmin zərflərə vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs və digər iştirakçılar imza atır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onda “falqa” kağızı kəsikləri və borucuq olan «trubka», eləcə də ayrıca pul kisəsində 130 manat pul, şəxsiyyət və sürücülük vəsiqələri, etibarnamə də aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin “falqa” kağızı kəsikləri və borucuq olan «trubka»dan narkotik qəbul etmək üçün istifadə etdiyini bildirdi. Həmin “falqa” kağızı kəsikləri və borucuq olan «trubka»da ayrıca zərfdə qablaşdırılıb möhürləndikdən sonra Şahid1 evində baxışda keçirilir, lakin evdə hər hansı qanunsuz əşya, o cümlədən də narkotik vasitələr aşkar edilmir (cild 1, iş vərəqə 40; 135- 136) Şəxsi axtarış keçirilməsi barədə haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2021-ci il tarixli 6/5149 №-li rəyində göstərimişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,086 və 0,028 qram olmaqla ümumi təmiz çəkisi isə 0,114 qram təşkil edən təşkil edən, ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Digər zərfdə qablaşdırılmış 24 ədəd (22 ədəd gümüşü rəngli kağız, 01 ədəd çəhrayı və 01 ədəd də şəfaf selofan kəsiyi) bükümlərdə olan ayrı-ayrılıqda çəkiləri 0,024 qram, 0,022 qram, 0,014 qram, 0,015 qram, 0,006 qram, 0,016 qram, 0,028 qram, 0,012 qram, 0,013 qram, 0,020 qram, 0,015 qram, 0,021 qram, 0,014 qram, 0,011 qram, 0,010 qram, 0,009 qram, 0,025 qram, 0,006 qram, 0,012 qram, 0,011 qram, 0,030 qram, 0,020 qram, 1,796 qram, 0,078 qram olmaqla ümumi təmiz çəkisi 2,228 qram təşkil edən, qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Daha bir zərfdə qablaşdırılmış bir ədəd gümüşü rəngli “falqa” kəsiyinin üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamain izləri aşkar edilmədi, bir ədəd plastik borucuqda narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadagan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadagan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1)Heroin ümumi təmiz çəkisi 2,228 qram təşkil edir, tədqiqata sərf edildi -- 0,120 qram, qalıq isə 2,108 qramdır. 2) Metamfetamin təmiz çəkisi 0,114 qram təşkil edir, tədqiqata sərf edildi - 0,100 qram, qalıq isə 0,014 qramdır. (cild 1, iş vərəqə: 51-58) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli 512 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu qəbul edilməsi nəticəsində asılılıq sindromu etmə yəni narkomaniya xəstəliyi əlamətləri aşkar olunur. O, narkomaniya xəstəlyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 152-153) Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 2,108 qram heroin, 0,014 qram metamfetamin saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir (cild 1, iş vərəqə 159-166) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən alınmış 27 yanvar 2021-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 134) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən alınmış 28 dekabr 2021-ci il tarixli 3682 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 113-114) İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlı 02 (iki) uşağı vardır. (İ cild, iş vərəqə 116-117) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, onları müxtəlif bükümlərə ayırması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Quba RPŞ-nın MSY-dən zad edilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli də xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında görünür ki, 20 noyabr 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixədək Təqsirləndirilən şəxs günün əksər hissəsində faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Bu hal Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 2,108 qram heroin, 0,014 qram metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 81 manat, 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 2,108 qram heroin, 0,014 qram metamfetamin məhv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat, 82 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-69/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-69/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver