Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-692/2024 25.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Siyəzən rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, həmçinin külli miqdarda narkotik vasitə olan heroin və xeyli miqdarda narkotik vasitə olan metadonun əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxslə “Whatsapp” proqram təminatı vasitəsi ilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədi ilə zavod üsulu ilə istehsal edilmiş, “171 147378” nömrəli, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı olan üzərində sonradan hər hansı əlavə və dəyişiklər edilməmiş bir ədəd avtomatın, “kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”), “AK 103” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 7,62x39 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və təyinatı üzrə istifadəyə yararlı olan bir ədəd sandıqçanın, həmçinin külli miqdarda, l(bir) bükümdə təmiz çəkisi - 12,821 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və “Methadone-40” əmtəə göstəricisi olan 01 ədəd konvolyutda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, 10 ədəd həbmetadon tərkibli dərman preparatı olan, həblərin təsiredici maddəsinin ümumi çəkisi xeyli miqdarda, yəni 0,4 qram (hər bir həbin təsir edici maddəsinin miqdarı - 0,04 olmaqla) narkotik vasitə olan metadonun olduğu 01 ədəd yük çantasını Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Emin” şadlıq sarayının qarşısında park ərazisinə gizlədərək həmin çantanın olduğu yerin “məkan”ım Təqsirləndirilən şəxs istifadəsində olan “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa “Baba” kimi məlum olan İran İslam Respublikası vətəndaşının göndərdiyi 01 ədəd odlu silah olan avtomatı, 01 ədəd sandıqçanı, külli miqdarda narkotik vasitə olan heroini, xeyli miqdarda narkotik vasitə olan metadonu satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün həmin ünvana gedərək qeyd olunanları gizlədilmiş yerdən götürüb daşımaqla üzərində saxlamış, 27 fevral 2024-cü il tarixdə saat 17:30-da, Sumqayıt şəhər polis İdarəsinin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən “Emin” şadlıq sarayının qarşısında yerləşən park ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2ci PB-nə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra üzərində keçirilən şəxsi axtarış zamanı üzərində olan yük çatnasının içərisindən külli miqdarda, 1 bükümdə təmiz çəkisi- 12,821 qram narkotik vasitə heroin, “Methadone-40” əmtəə göstəricisi olan 01 ədəd konvolyutda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, 10 ədəd həb-metadon tərkibli dərman preparatı olan, həblərin təsiredici maddəsinin ümumi çəkisi xeyli miqdarda, yəni 0,4 qram (hər bir həbin təsir edici maddəsinin miqdarı - 0,04 olmaqla) narkotik vasitə olan metadon, zavod üsulu ilə istehsal edilmiş, “171 147378” nömrəli, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı olan üzərində sonradan hər hansı əlavə və dəyişiklər edilməmiş bir ədəd avtomat və “kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”), “AK 103” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 7,62x39 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və təyinatı üzrə istifadəyə yararlı olan bir ədəd sandıqça aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə olan “nəşədən” istifadə etmişdir. Bir ildir ki, narkotik vasitə istifadəçisidir. İran İslam Respublikasına aid mobil operator nömrəsi onda olmuşdur. Həmin İranlı ilə “İnstagram” sosial şəbəkəsində tutulmamıdan üç gün əvvəl tanış olmuşdur. X9 Respublikası vətəndaşının adını telefonunun yaddaşına “Baba” adı ilə qeyd etmişdir. 5 qram “nəşə” almağa razılaşmış, iranlıya pul verməmişdir. Narkotik vasitənin qiymətini neçə manata razılaşdığı yadına gəlmir. İndiyə kimi heroin, metamfetamin və metadondan istifadə etməmişdir, “nəşə” götürmək üçün “nasosnu” adlanan əraziyə getmiş, polis əməkdaşları onu həmin ərazidə tutub polis bölməsinə aparmışdırlar. Xəsarət almış və bu barədə qətimkan tədbiri seçilərkən məhkəmədə hakimə demişdir. İranlı ilə “Watsapp” vasitəsilə əlaqə yaratmışdır. Həmin şəxslə görüşməmiş, sadəcə narkotik vasitəni götürməli olmuşdur. Orada avtomat olacağını bilməmişdir. Polis bölməsinə aparılanda ona vəkil dəvət etmişdirlər. Vəkillə təkbətək görüşməmişdir. Ona qarşı olan təzyiqlər barəsində vəkilə bildirməmişdir. “Nəşə” olan paketi götürməmişdir. Ona hədə-qorxu gəlmişdirlər. Bədəninə, bel və qarın nahiyəsinə xəsarətlər yetirmişdirlər. 3 X1 gələndə xəsarəti olmamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, , təxminən 1 il olar ki, narkotik vasitə olan marixuana istifadə edir. Adətən narkotik vasitələri Bakı şəhəri 20 yanvar metrostansiyası ərazsindən alırdı. Təxminən 15-20 gün əvvəl instagram sosial şəbəkəsi üzərindən özünü “Baba” kimi təqdim etmiş İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Babanın ona bildirdiyi nömrənin votsap hesabı ilə danışıqları olmuş və Baba onunla iş qurmağını, Babanın ona göndərdiyi paketi ona göndərdiyi ünvana çatdırmağını, bunun müqabilində isə ona pul mükafatı verəcəyini bildirirmişdir. Təxminən 4- 5 gün əvvəl Baba ona Kalaşnikov silah göndərməsini, həmin silahı dediyi ünvana çatdırmağını və bunun müqabilində isə ona 1000(bir min) manat pul verəcəyini bildirdiyi üçün onunla razılaşmışdır. Baba xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində votsapla ona yazaraq bu gün ona konum atacağını, həmin ünvana gedib oradan torbaya yerləşdirdiyi “Kalaşnikov” silahını və bağlamanı atacağı konuma aparmağını, sonra kart hesabıma 1000 (bir min) manat pul göndərəcəyini bildirmişdir. Təxminən 17 radələrində baba ona votsap vasitəsi ilə ünvan atmışdır. O, həmin ünvanın Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşdiyini görmüşdür. Sonra yol maşını ilə gəlib H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən “Emin” şadlıq sarayının qarşısında yerləşən parka çıxmışdır. Parkın içərisində yerləşən zibillik ərazidə qoyulmuş iri ölçülü torbanı görmüş və torbanı oradan götürüb Siyəzən rayonuna qayıtmaq istəyən zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onu qanunsuz olaraq odlu silah və narkotik maddə əldə edib üzərində saxlamaqla şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və onu 2-ci PB-yə dəvət etmişlər. O, da etiraz etməyib onlarla birlikdə 2-ci PB-yə gəlmişdir. PB-yə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulmağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayır şəhər 1 saylı vəkil Bürosunun vəkili X4 ona təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya və predmentin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməyini təklif edən zaman o əynində olan boz rəngli cins şalvarımın sol yan cibində saxlamış olduğu 4 ədəd 1 manatlıq və 1 ədəd 50 qəpiklik əskinası, həmçinin şalvarımın sağ yan cibində saxlamış olduğu qırmızı rəngli alışqanı, həmçinin özünə məxsus “Honor” markalı, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefonu təqdim etmişdir. Üzərində başqa əşya olmadığını bildirmişdir. Sonra özü ilə götürdüyü iri ölçülü yük çantası açılan zaman içərisindən 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş formada “kalaşnikov” markalı silah, 1 ədəd içərisində patron olmayan silahın sandığı, həmçinin üzərində “Metodin- 40” sözləri yazılmış 1 list, 10 ədəd dərman həbinə bənzər maddə, həmçinin qara rəngli sellofan torbada qəhvəyi rəngli, spesifik iyi olan maddə olması müəyyən edildi. Əlilndə olan iri ölçülü yük çantasının içərisindən aşkar edilmiş avtomat silahı, onun darağı elə həmin çantada qablaşdırılaraq üzəri DİN-in 126 saylı möhürü ilə möhürlənmişdir. Eyni zamanda çantada aşkar edilmiş “Metodin-40” sözləri yazılmış 1 list, 10 ədəd dərman həbinə bənzər maddə, həmçinin qara rəngli sellofan torbada qəhvəyi rəngli, spesifik iyi olan maddə elektron tərəziyə qoyulub çəkilmiş və üzərində “Metodin-40” sözləri yazılmış 1 list, 10 ədəd dərman həbinə bənzər maddənin çəkisinin 5,68 qram, qəhvəyi rəngli, spesifik iyi olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman isə çəkisinin 13,33 qram olduğu müəyyən olunmuşdur. Həmin bükümlər, mobil telefonu ayrı-ayrı kağız zərflərə qoyularaq qablaşdırılmış, 126 saylı möhürlə möhürlənmişdir. Qablaşdırmaların üzəri tərəfindən imzalanmışdır.Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmişdir.Baba ona həmin torbada Kalaşnikov silahının bağlama olacağını, həmin silahı və bağlamanı dediyi ünvana çatdıracağı təqdirdə ona 1000 (bir min) manat verəcəyini bildirmişdi. Baba silahla bərabər ona silahın yanında olan bağlamada narkotik maddə qoyacağını bildirmişdir. Lakin, həmin bağlamaları hansı ünvana verəcəyini deməmişdir. Baba bildirmişdir ki, torbanı oradan götürüb Siyəzən rayonuna qayıtsın və ona konum atacaq, torbanı həmin ünvana qoyacaq. Üzərindən aşkar edilərək götürülmüş kalaşnikov markalı avtomatdan istifadə etməmişdir. Tutulmamışdan əvvəl onu götürmüşdür. Baxış zamanı üzərindən “Honor markalı, mobil telefon və onun üzərində ***-***-**-** saylı mobil nömrə aşkar olunmuşdur. Həmin mobil telefonla Baba ilə vatsapda əlaqə saxlamışdır. Ona polis bölməsində nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. O, ilk dəfə olaraq narkotik vasitələrin satışında iştirak edərək pul qazanmaq qərarına gəlmişdir. (cild 1, iş vərəqə 63-65) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini gəzdirməsi, narkotik vasitələrin alqı-satqısı, əldə olunması, üzərində gəzdirməsi və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa Şahid3 və Şahid1 da daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi o, etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 27 fevral 2024-cü il tarixdə onun ola biləcəyi yerlər müşahidəyə götürülmüş, saat 17:30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi “Emin” şadlıq sarayı ilə üzbəüz Park ərazisində əlində saxladığı yük çantası ilə piyada gedərkən gördük və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışdırlar. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində, qanunsuz olaraq odlu silah, onun komlekt hissələrini əldə edib gəzdirməsində şübhəli olduğunu bildirdik və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirmişlər. Polis bölməsində təhqiqatçı, müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən bir ədəd mobil telefonu, şalvarın cibindən pul əskinasları çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs özü ilə götürdüyü iri ölçülü yük çantasını təqdim etmişdir. Təqsirləndirilən şəxs çantanın içərisində nə olduğu soruşulduqda o, torbanın içərisində silah və narkotik vasitə olduğunu, silah və narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanış olduğu, İran İslam Respublikasının vətəndaşının atdığı “məkan”dan götürdüyü, pul qarşılığında İran İslam Respublikasının vətəndaşının deyəcəyi ünvana aparıb verməli olduğunu demiş, həmin çanta təhqiqatçı tərəfindən açılan zaman içərisindən sellofan torbaya bükülmüş formada “Kalaşnikov” markalı silah, 1 ədəd içərisində patronlar olmayan silahın sandığı, həmçinin qara rəngli sellofanın torbada üzərində “Metodon-40” sözləri yazılmış 1 list, içərisində 10 ədəd dərman həbinə bənzər maddə və bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində qəhvəyi rəngli, spesifik iyi olan maddə olması müəyyən edilmiş, daha sonra vəkil üzərindən aşkar olunmuş əşyaları necə əldə etdiyini soruşmuşdur. Vəkil Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən və polis idarəsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olubolmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs vəkilə qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 və məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadələrindən görünür ki, Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdirlər. ( cild 1, iş vərəqə 103-105). Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanda yaşayan X2 odlu silah gəzidirməsi, narkotik vasitələrin alqı-satqısı, əldə olunması, üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, i.v. 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 27 fevral 2024-cü il tarixli protokolu və “diskə baxış keçirilməsi barədə” 11 iyun 2024-cü il tarixli protokollardan görünür ki, 27 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs odlu silahın gəzdirilməsi, narkotik vasitələrin alqı-satqısı, əldə etməsi, qanunsuz üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildiyini, xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə saldığını, təhqiqatçı Taleh Abdullayev özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəməsini, şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirməsi, sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah etməsi və ona hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim etməsi, sonra polis əməkdaşlarının özlərini təqdim etməsi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 təqdim olunması, Təqsirləndirilən şəxs vəkilə etiraz etməməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunması zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ arxa cibindən bir ədəd “Honor” markalı mobil telefonu, şalvarın sol yan cibindən 4 ədəd 1 manatlıq və 1 ədəd 50 qəpiklik əskinasları çıxarıb təqdim etməsi, sonra Təqsirləndirilən şəxs özü ilə götürdüyü iri ölçülü yük çantasını təqdim etməsi, Təqsirləndirilən şəxs çantanın içərisində nə olduğu soruşulduqda sonuncunun torbanın içərisində silah və narkotik vasitə olduğunu, silah və narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanış olduğu, İran İslam Respublikasının vətəndaşının atdığı “məkan”dan götürdüyü, pul qarşılığında İran İslam Respublikasının vətəndaşının deyəcəyi ünvana aparıb verməli olduğunu deməsi, həmin çanta təhqiqatçı tərəfindən açılan zaman içərisindən 1 ədəd ağ rəngli sellofan torbaya bükülmüş formada “kalaşnikov” markalı silah, 1 ədəd içərisində patronlar olmayan silahın sandığı, həmçinin qara rəngli sellofanın torbada üzərində “Metodon-40” sözləri yazılmış 1 list, içərisində 10 ədəd dərman həbinə bənzər maddə və bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində qəhvəyi rəngli, spesifik iyi olan maddə olması müəyyən edilməsi, sonra üzərində “Metodon-40” sözləri yazılmış 1 list, içərisində 10 ədəd dərman həbinə bənzər maddə və bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində qəhvəyi rəngli, spesifik iyi olan maddə tərəziyə qoyulub çəkiməsi, “Metodon-40” sözləri yazılmış 1 list, içərisində 10 ədəd dərman həbinə bənzər maddənin çəikisi 5,68 qram , bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində qəhvəyi rəngli, spesifik iyi olan maddənin çəkisi isə 13,33 qram olduğu müəyyən olunması, həmin bükümlər, mobil telefon ayrı-ayrı kağız zərlərə qoyularaq qablaşdırılması, möhürlənir və iştirakçılar tərəfindən imzalanması, 1 ədəd ağ rəngli sellofan torba kəsildikdən sonra içərəsində olan “kalaşnikov” markalı silah, 1 ədəd içərisində patronlar olmayan silahın sandığı həmin yük çantasında qablaşdırılması, möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması, daha sonra vəkilin üzərindən aşkar olunmuş əşyaları necə əldə etdiyini soruşması, Təqsirləndirilən şəxs isə İranlı ilə telefon vasitəsi ilə əlaqədə olduğunu, Nasosnu deyilən ərazidən “konum”un olduğu yerdən götürdüyünü deməsi, vəkilin hansı məqsədlə götürdüyünü soruşması, Təqsirləndirilən şəxs isə 1000 manat pul qarşılığında götürdüyü əşyaları İranlının dediyi başqa ünvana çatdıracağını bildirməsi, vəkilin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən və polis idarəsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olub-olmadığını soruşması, Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd 1 manatlıq və 1 ədəd 50 qəpiklik pul əskinasını iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılması, daha sonra təhqiqatçının çəkilişin dayandırılması müəyyən olunmuşdur.(cild 1 iş vərəqə 36-37, 135-136) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan üzərində ***-***-**-** saylı nömrə və ***-***-**-** saylı "Whatsapp" nömrəsi olan "Honor" markalı mobil telefona baxış zamanı telefonun ***-***-**-** saylı nömrənin "Whatsapp" proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrəsinin "Nasosnu" adına yaddaşa qeyd olunduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Nasosnu" profil ilə - Təqsirləndirilən şəxs profili arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair olan danışıqları görünür. "Nasosnu" profilin adı gələcəkdə mətində "NA" hərfi ilə qeyd olunacaq. Təqsirləndirilən şəxs profili isə gələcəkdə "CQ" kimi qeyd olunacaq. Mesaj qutusuna baxdıqda orada xx.xx.2024-cü il tarixdə: "NA": ? xx.xx.2024-cü il tarixdə: "CQ": Salam qaqa Nə qulluqun Sual işarəsi atmısan Mesajdan pozmuşam "NA": He "CQ": Sual işaresi atmısan ? Ne quluqun deyrəm "NA": Pol tapdın gagam "CQ": Yoxe brat əlimdə heçnə yoxdu maya salım "NA": Gaga alah. Hag polom varydo mal atym bayax Nesya "CQ": Mən diyəndə atmadın Brat "NA": Gaga bo birazn aty ona gurə 5 dena ot istemwdn inamsan chkin de atym "CQ":Başa düşmədim ? "NA": Gaga negeder gul istesen yary sn at yarsn nesya ataram sana "CQ": Mən sənən təmiz söhbət elədim o dəfə Brat "NA":gaga valah dedym elasan xeyr aparajan "CQ": Əlimdə pul yoxdur "NA": Manm polom 20 manat var tak gagaw jan "CQ":Allah canını sag elesin Səndə oda var məndə oda yoxdu axı "NA": Gaag vaalh bayax oda vurdlar atym alah hag "CQ": Mən iş görməy isdəyir əm prosda mayam yoxdu "NA":Bax gaga alah hag olanm bodo Fotoşəkil (açılmır) "CQ": Bildim brat Mən də yoxdu brat alahhaqı Sənin əlvə mal düşsə Kömək Elədə mənə Baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefonunda olan ***-***-**-** saylı nömrənin “Whatsapp” proqram vasitəsi ilə mobil nömrəsi +98 ********** olan ’‘Nasosnu” adlı profili ilə adını mobil telefonuna qeyd etdiyi “Baba” adlı İran vətəndaşı ilə sms yazışmaların fotoşəkilləri çıxarılaraq iş üzrə əhəmiyyət kəsb etdiyindən protokola əlavə olunmuşdur.(cild 1, iş vərəqə: 114-115) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1169 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 126..” dairəvi möhür əksi və “..S/ş: Təqsirləndirilən şəxs-imza, himza, Təh: T.Abdullayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 12,821 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, “Methadone-40” əmtəə göstəricisi olan 01 ədəd konvolyutda qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, 10 ədəd həb-metadon tərkibli dərman preparatıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı - 0,4 qramdır. (hər bir həbin təsir edici maddəsinin miqdarı - 0,04 olmaqla) Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına(Siyahı İ) daxildir. Metadon- adlı dərman preparatı “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir. (cild 1, iş vərəqə: 40-44) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 01,04.2024-cü il tarixli 3-16-16/2-3/426 nömrəli rəyinin nəticə hissəsində görünür ki: tədqiqata təqdim edilmiş 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyah, 7,62 m kalibrli, “AK 103” markalı, “171147378” №-li, yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəşə yararlıdır, silahın hissələrinin üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Kalaşnikov” konstruksiyah “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların həmçinin tədqiqata təqdim edilmiş “AK 103” markalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. (cild 1, iş vərəqə: 124-128) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X8" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2910 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 122-123) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12,821 qram çəkidə narkotik vasitə heroindən qalıq qalmış 12,721 qram çəkidə narkotik vasitə heroin, 0,4 qram narkotik vasitə olan metadondan qalıq qalmış 0,36 qram çəkidə narkotik vasitə metadon, zavod üsulu ilə istehsal edilmiş, “171147378” nömrəli, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyah, AK- 103 markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı olan üzərində sonradan hər hansı əlavə və dəyişiklər edilməmiş bir ədəd avtomat, “kalaşnikov” konstruksiyah “AK” (“AKM”, “AKS”, “AKMS”), “AK 103” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 7,62x39 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və təyinatı üzrə istifadəyə yararlı olan bir ədəd sandıqça maddi sübut qismində Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılır. Təqsirləndirilən şəxs götürülmüş “Honor” markalı mobil telefon və Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə137-150) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 120-121) Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin və avtomatın ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, mobil telefonunda narkotik vasitə satışını ehtiva edən yazışmaların olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəsi də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “marixuana” (kannabis) narkotik vasitəsinin qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, metanfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 fevral 2024-cü il il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 12,821 qram çəkidə narkotik vasitə heroindən qalıq qalmış 12,721 qram çəkidə narkotik vasitə heroin, 0,4 qram narkotik vasitə olan metadondan qalıq qalmış 0,36 qram çəkidə narkotik vasitə metadon məhv edilməli, zavod üsulu ilə istehsal edilmiş, “171147378” nömrəli, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyah, AK- 103 markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı olan üzərində sonradan hər hansı əlavə və dəyişiklər edilməmiş bir ədəd avtomat, “kalaşnikov” konstruksiyah “AK” (“AKM”, “AKS”, “AKMS”), “AK 103” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 7,62x39 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və təyinatı üzrə istifadəyə yararlı olan bir ədəd sandıqça məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs götürülmüş “Honor” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 156 (yüz əlli altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi üzrə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə üzrə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7(yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 27 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 156 (yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq qalmış 12,721 qram çəkidə narkotik vasitə heroin, qalıq qalmış 0,36 qram çəkidə narkotik vasitə metadon məhv edilsin, zavod üsulu ilə istehsal edilmiş, “171147378” nömrəli, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyah, AK- 103 markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı olan üzərində sonradan hər hansı əlavə və dəyişiklər edilməmiş bir ədəd avtomat, “kalaşnikov” konstruksiyah “AK” (“AKM”, “AKS”, “AKMS”), “AK 103” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 7,62x39 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış və təyinatı üzrə istifadəyə yararlı olan bir ədəd sandıqça məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs götürülmüş “Honor” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-692/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-692/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver