Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-695/2024 01.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün 01 ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 1.962 qram və 1 ədəd “gümüşü" rəngli kağız bükümdə təmiz çəkisi 0,178 qram, ümumi təmiz çəkisi 2,14 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 3,136 qram qəhvəyi rəngli tozşəkilli və 1 ədəd “qızılı” rəngli kağız bükümdə təmiz çəkisi 1,201 qram, ümumi təmiz çəkisi 4.337 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlayaraq daşımış, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 14 mart 2024-cü il tarixdə saat 21:35 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən BTZ zavodunun yaxınlığında olduğu zaman saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkilərdə və bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf sellofan paketin içində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun əvvəllər məhkumluğu olmuş və cəzası bitdikdən sonra 1 il ərzində narkotik vasitə istifadə etməmiş, lakin tutulmağına təqribi 1 ay qalmış yenidən narkotik vasitə istifadə etmişdir. O, narkotik vasitə xəstəsi olmuşdur. Hadisə günü Masazırda olmuş, yolun qırağında sellofana bükülmüş maddə görmüş, şübhələnərək yaxınlaşmış və narkotik vasitə olduğunu bilmişdir. Sumqayıt şəhərinə yaxınlaşanda isə polis əməkdaşları onu saxlamışdırlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq heroin və metamfetamindən isifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq əvəllər ailəli olduğunu, hal-hazırda isə subay olduğunu və 6 yaşlı oğlu olduğunu bildirmişdir. Onun oğlu anasının himayəsindədir. Saxlanılan zaman narkotik vasitələr onun üzərindən aşkar olunmuşdur. Masazırda yolda narkotik vasitəni görəndə özünün şəxsi istifadəsi üçün götürmüş, törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, “BTZ” zavodunun yaxınlığında axşam radələrində kiçik inspektor Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs saxlamışdırlar. Özlərini təqsirləndirilən şəxsə təqdim etdikdən sonra onu Sumqayıt şəhər Polis İdarəsinə aparmış və orada xidməti otaqların birində vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış nəticəsində 2 büküm narkotik vasitə — 1 büküm heroin və 1 büküm metamfetamin aşkar olunmuşdur. Daha sonra isə qanuni şəkildə sənədləşdirilmiş və təhvil verildikdən sonra getmişdirlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş və həmin vaxt təqsirləndirilən şəxsin yanında Elvin adlı oğlan da olmuşdur. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Vəsmə adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 21:35-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs tanışı X2 ilə birlikdə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “BTZ” zavodunun yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin X1 baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra baş təhqiqatçı Elsevər Quliyev ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirdiyi üçün saxlanılıb İdarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Fərhad Məmmədovu təqdim etmiş, Vəsmə bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanın təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofan paketi təqdim etmişdir. Həmin sellofan paket açılan zaman içərisində ayrı-ayrılıqda 02 ədəd şəffaf sellofan, 01 ədəd qızılı və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər aşkar olunmuşdur. Həmin bükümlər hər biri açıldıqda 1 ədəd şəffaf sellofan, 1 ədəd qızılı rəngli siqaret kağızı bükümlərinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddənin, digər 1 ədəd şəffaf sellofan bükümün və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin hər birinin içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Vəsmə üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli maddələrin metamfetamin, qəhvəyi rəngli maddənin kakos olduğunu, həmin maddələri saxlanılmamışdan 40 dəqiqə əvvəl Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsin yerə atdığını, həmin şəxs getdikdən sonra oraya yaxınlaşıb həmin narkotik vasitələri oradan tapıb şəxsi istifadəsi üçün götürdüyünü, saxlanılan zaman yanında tanışı Elvinin olduğunu, həmin şəxsin onun üzərində narkotik vasitə saxlamasından məlumatsız olduğunu bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümdə olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 2,08 qram, 1 ədəd gümüş rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 0,33 qram, həmin maddələr birlikdə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 2,42 qram, bir ədəd şəffaf sellofan bükümdə olan qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 4,59 qram, 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 1,38 qram, həmin maddələr birlikdə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 5,99 qram olduğu müəyyən edilmiş və aşkar edilmiş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qabşaldırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-yə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14 mart 2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Vəsmə əynində olan qara rəngli şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofan paketi təqdim edir. Həmin sellofan paket açılan zaman içərisində ayrı-ayrılıqda 02 ədəd şəffaf sellofan, 01 ədəd qızılı və 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümlər aşkar olunur. Həmin bükümlər hər biri açıldıqda 1 ədəd şəffaf sellofan, 1 ədəd qızılı rəngli siqaret kağızı bükümlərinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin, digər 1 ədəd şəffaf sellofan bükümün və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin hər birinin içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin olduğu müəyyən edilir. Sorğu zamanı Vəsmə üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli maddələrin metamfetamin, qəhvəyi rəngli maddənin heroin olduğunu, həmin maddələri saxlanılmamışdan 40 dəqiqə əvvəl Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsin yerə atdığını, həmin şəxs getdikdən sonra oraya yaxınlaşıb həmin narkotik vasitələri oradan tapıb şəxsi istifadəsi üçün götürdüyünü, saxlanılan zaman yanında tanışı Elvinin olduğunu, həmin şəxsin onun üzərində narkotik vasitə saxlamasından məlumatsız olduğunu bildirir. Aşkar edilmiş həmin maddələr xüsusi qaydada qabşaldırılaraq götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1550 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №124” dairəvi möhür əksləri olan zərfdəki, 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,962 qram və 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,178 qram, ümumi təmiz çəkisi 2,14 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,136 qram qəhvəyi rəngli tozşəkilli və 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,201 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir birindən fərqlənirlər. Heroinin ümumi təmiz çəkisi 4,337 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 2786 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma” haqqında 18 mart 2024-cü il tarixli və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,99 qram psixotrop maddə olan metamfetamin və 4,137 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X3 vardır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasınıi ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 1,99 qram psixotrop maddə olan metamfetamin və 4,137 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 1,99 qram qalıq psixotrop maddə metamfetamin, 4,137 qram qalıq narkotik vasitə heroin məhv edilsin, 1 ədəd disk cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-695/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-695/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver