Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-7/2022 24.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X10 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, xx xxxx 1970-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Qbua rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edərək satmış, satış məqsədilə qurudulmuş marixuana və külli miqdarda narkotik vasitələlərə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol əldə etməklə daşıyaraq üzərində saxlamışdır. Belə ki, о, istintaqa məlum olmayan мянбядян satış məqsədilə qanunsuz olaraq 435,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,317 qram çəkidə narkotik maddə heroin və ümumilikdə 28 ədəd, 6,3 qram çəkidə, yəni külli miqdarda narkotik vasitələlərə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol həbləri əldə edərək üzərində daşımış, 03 yanvar 2021-ci il tarixdə 0,317 qram çəkidə bir büküm həmin heroini 10 manat müqabilində tanışı Şahid6 yaşadığı ünvan 2 ünvanında yerləşən evin qarşısında satmış, 04 yanvar 2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Quba şəhəri C.Cabbarlı küçəsində saxlanılıb saat 00:50-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin alt hissəsindən sellofana bükülmüş halda təmiz çəkisi 435,0 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 konvolyut hər birinin içərisində 10 ədəd və 1 konvolyut içərisində 8 ədəd, ümumilikdə 28 ədəd olmaqla 6,3 qram çəkidə, yəni külli miqdarda üzərində “Tramadol Hydrochloride 225 mg” yazıları yazılmış narkotik vasitələlərə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Quba şəhəri ərazisindəki zibillikdən selofan parçasına bükülü halda olan narkotik vasitə marixuana və üzərində “Royal” sözləri yazılmış 07 ədəd paçkada, hərəsində 10 ədəd olan tramadol dərmanı tapmışdır. Selofanı açmamış, amma selofanda olan balaca deşikdən içindəki narkotiki görmüşdür. Həmin içərisində narkotik olan selofanı kirayədə qaldığı evinə gətirmiş, bir gün axşam evin yaxınlığında olan kolluqda selofanı marixuana ilə quma basdırıb gizlətmiş, tramadolu isə özü mütəmadi olaraq istifadə edib qəbul etmişdir. Həmin tramadol dərmanından Orxana 02 ədəd dərman bir dəfə keçən il, 02 ədəd dərmanı isə 03 yanvar 2021-ci il tarixdə vermiş, həmin vaxtı Orxandan heç bir pul almamış, ona ağrılarına görə yazığı gəldiyi üçün vermişdir. Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci il tarixdə saat 00:30-da narkotik vasitə olan sellofanı əynindəki gödəkçənin iç hissəsinə qoyub, dərmanlardan da üçü cibində evindən uzaqda olan başqa bir yer tapıb gizlətmək üçün getdikdə, küçələrində polis əməkdaşları onu saxlamış, sonra da vəkil çağırıb üzərinə baxış keçirmişlər, həmin vaxtı gödəkçəsində olan narkotik vasitə olan marixuana və tramadol adlı dərmanlar aşkar edilib götürülmüş, zərflərə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs özünün mobil telefonunda olan ***-***-**-** nömrənin şəxsən özünün olduğunu və ancaq özü işlətdiyini göstərmişdir. Şahid4 və Şahid5 barəsində onlara nartkotik vasitə satması ilə bağlı ifadələri həqiqəti əks etdirmədiyini, sonuncular bir neçə dəfə ondan narkotik vasitə istəsələr də, o, heç kimə narkotik vasitə satmamışdır. Şahid6 başqa Elşən adlı şəxsdən heroin almış, adını istintaqa verməyə qorxduğu onun adını çəkmişdir. Şahid6 heroin satmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, istintaq zamanı ona təzyiq göstərildiyi üçün narkotik vasitəni Elşəndən aldığını demişdir. Lakin Elşən narkotik vasitə almamışdır. 03 yanvar 2021-ci il tarixdə Elşən ilə aralarında telefon danışığı olmuş, dərman almaq üçün Elşənlə danışmışdır. Elşən ona yalnız “Royal” adlı ağrıkəsici dərman vermişdir. Elşən də həmin dərmandan istifadə etdiyi üçün dərmanı ondan istəmişdir. Şahid6 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi məhkəmə araşdırılmış ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Quba şəhəri, C.Cabbarlı küçəsində yaşayır və atası X2 adına olan, etibarnamə və “BC” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “VAZ 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir, Təqsirləndirilən şəxs onun qonşusudur. “Kakos” kimi tanıdığı narkotik vasitəsi olan heroini 4-5 ay olar ki, istifadə edir. 03 yanvar 2021-ci il tarixdə, saat 12-13 radələrində əvvəllər bir neçə dəfə heroin aldığı, qonşuluqda kirayədə yaşayan Təqsirləndirilən şəxs qapısına getmiş və özünə məxsus ***-***-**-** nömrəli mobil telefonu ilə Elşənin ***-***-**-** nömrəli mobil telefonuna zəng edib çölə çağırmış və ondan 10 manat dəyərində heroin istəmişdir. Çölə, darvaza qarşısına çıxan Elşənə 10 manat pul vermiş, Elşən isə kağızın içində bükülü halda ona narkotik vasitə olan heroini vermişdir. Narkotik vasitəni alıb avtomobilində olan kağız telefon qutusuna qoymuş, əvvəlcədən isə iki ədəd şpris iynə, bir dənə valerian dərmanı şüşə qabı, iki dənə alışqan və limon duzu götürmüş, onları da həmin telefon qutusunun içinə qoymuşdur. Belə ki, heroini hazırlamaq üçün onu azca su və limon duzu ilə valerian qabının içində qarışdırıb alışqanla şüşəni qızdıraraq, qaynadırmış, sonra da şpris iynəsi ilə həll olunmuş mayeni şprisə çəkirmiş, sonra da qoluna damarına vurub qəbul etməklə məşqul olmuşdur. Elşəndən narkotik vasitəni aldıqdan sonra evə gedib aldığı narkotik vasitəni açdıqda Elşən 10 manatlıq yox, 20 manatlıq mal verdiyini görmüş, evdə kağızın içindəki narkotik vasitənin az bir hissəsini göstərdiyi qaydada hazırlayıb şpris iynələrin birinin içinə çəkmiş, lakin hələki istifadə edə bilməmiş, çünki sonra Elşən adlı başqa bir tanışı ona zəng vurub Digah kəndinə, pendir almağa onu aparmasını xahiş etmişdir. Həmin kliyenti Digah kəndinə aparanda yoldan keçən polis maşınları avtomobili yolun kənarına çəkib saxlamasına işarə vermiş, yol müvəqqəti bağlanmışdır. Şahid6 avtomobilini yolun sağ kənarına çəkib saxlamış, təxminən 5-10 dəqiqə sonra avtomobilə bir polisin post-patrul xidmətinin avtomobili gələrək, avtomobildən düşən iki polis əməkdaşı avtomobilinə yaxınlaşdığına görə avtomobilindən aşağı düşmüşdür. Polislər orada niyə dayandığını soruşmuş, sənədlərini istəmişlər. Yanında avtomobildə oturan müştəri qorxudan qaçıb uzaqlaşmışdır. Hazırladığı şpris iynə qabaq sağ oturacağın altında, içində narkotik vasitə olan telefon qabı isə sağ qabaq oturacaqla qapının arasındakı döşəmənin üzərində olmuşdur. Polislər narkotik vasitə qəbul edib-etmədiyini soruşduqda, narkotiki qəbul etdiyini və avtomobilində narkotik vasitənin olduğunu etiraf etmişdir. Polislər başqa polis əməkdaşlarını və vəkili çağırmış, vəkil Abusalat Şahmirzəyevin iştirakı ilə üzərinə və avtomobilinə baxış keçirilmiş, üzərində narkotik vasitə olmamış, avtomobilinə keçirilən baxış zamanı narkotik vasitə olan telefon qabını və şpris iynənin yerini göstərmiş, həmin zaman videoçəkiliş aparılmış və bütün bunlar sənədləşdirilmişdir. Narkotik vasitə, yəni heroin tərəzidə çəkilmiş, kağızla birlikdə çəkisi 0,8 qram gəlmiş və zərfə qoyulub qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin, Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 03 yanvar 2021-ci il tarixdə polis baş leytenantı Şahid3 ilə birlikdə xidmətdə olduqları zaman yolun sağ kənarında “VAZ-2106 minik” **-BG-*** qeydiyyat nişanlı avtomobilin dayandığını görüb, yanında saxlamışlar və avtomobildən düşüb həmin avtomobilə yaxınlaşmışlar. Həmin avtomobildən iki nəfər cavan oğlan düşmüş, həmin şəxslərdən orada nə etdiklərini soruşduqda, sürücü özünü şübhəli aparmışdır. Həmin vaxt onun yanında olan digər oğlan qaçıb uzaqlaşmağa başlamış, onun dalınca qaçsa da ona çata bilməmişdir. Sürücüdən həmin yoldaşının niyə qaçıdığını soruşduqda sonuncu səbəbini bilmədiyini bildirmişdir. Sənədlərindən adı məlum olduğu Şahid6 narkotik vasitə qəbul etdiyini və üstündə yox, avtomobilində narkotikin olduğunu etiraf etmişdir. Şahid6 avtomobilinə keçirilən baxış zamanı avtomobildə mobil telefon qutusunun içərisində “kakos” kimi adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir, həmin telefon qutusuna baxış keçirildikdə içərisindən ağ kağız parçasına bükülü halda olan narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Məhkəmədə ifadələri elan olunaraq araşdırılmış şahidlər Quba RPŞ-nin polis əməkdaşları Şahid3 və Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək, həmin ifadəyə tam uyğun olan ifadələr vermişlər. ( cild 1, iş vərəqə 143,153) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Quba şəhər sakini kimi dostu Şahid6 vasitəsi ilə tanımış, Elşənin narkotik vasitələrdən istifadə etməsi və satması barədə dostu Orxandan eşitdiyindən bir neçə dəfə Elşəndən narkotik vasitə olan qurudulmuş marixuana və tramadol dərmanını öz şəxsi istifadəsi üçün pul müqabilində almış, özü bir ildən çoxdur ki, narkotik vasitələrdən istifadə etdiyindən Elşənə bununla bağlı təxminən 3-4 dəfə müraciət etmiş, Elşən də, ona hər dəfəsində münasib qiymətə qurudulmuş marixuana və tramadol satmışdır. (cild 1, iş vərəqə 242-243) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxındır ki, tanımış, Elşənin narkotik vasitələrdən istifadə etməsi və satması barədə eşitdiyindən bir neçə dəfə Elşəndən narkotik vasitə olan heroin və tramadol dərmanını pul müqabilində almış, Elşəni axtaran zaman həmişə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Elşənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, həmin heroin və tramadolu öz şəxsi istifadəsi üçün almış, özü bir ildən çoxdur ki, narkotik vasitələrdən istifadə etdiyindən Elşənə bununla bağlı təxminən 3-4 dəfə müraciət etmiş, Elşən də, ona hər dəfəsində münasib qiymətə heroin və tramadol satmışdır. (cild 1, iş vərəqə 245-246) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 yanvar 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdan istifadə etməsi, satması, üzərində gəzdirməsi və saxlaması barədə Quba rayon Polis Şöbəsinə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Quba rayon məhkəməsinin “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə, Quba RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Samir Abdulmanafovun xx.xx.2021-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuna müvafiq hesab edilmişdir. (cild 1, iş vərəqə 142-143) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin altından selofanda olan bükülünü və cibindən üzərində “Royal” sözləri yazılmış 28 ədəd taramadol tərkibli dərman tabletlərini çıxardıb təqdim edərək bildirdi ki, selofanın içərisində narkotik vasitə hesab edilən marixuanadır, dərman tabletləri ilə birlikdə yerdən tapmışdır. Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ilə Şahid6 arasında ibtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid6 ifadəsində göstərdiyi xüsusatları, yəni xx.xx.2021-ci il tarixdə narkotik vasitə hesab edilən heroini 10 manat pul müqabilində ona satdığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (cild 1, iş vərəqə 90-91) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməbioloji ekspertizasının 04 yanvar 2021-ci il tarixli 7/09 saylı rəyindən aşağıdakılar müəyyən edilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi – 435,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (cild 1, iş vərəqə 71-74) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməfiziki-kimyəvi ekspertizasının 04 yanvar 2021-ci il tarixli 6/ 16 saylı rəyindən aşağıdakılar müəyyən edilmişdir.Tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən Elşən Əkrəm oğlunun üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki üzərində “Tramadol Hydrochloride 225 mg” göstəriciləri olan konvolyutlarda ümumi sayı 28 ədəd dərman həblərinin əsas təsiredici maddəsi tramadoldur və həmin həbin tərkibində tramadolun təsir maddəsinin miqdarı 6.3 qramdır. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarın siyahısına” (1 nömrəli əlavə ) daxildir. (cild 1, iş vərəqə 75-80) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-fiziki-kimyəvi ekspertizasının 04 yanvar 2021-ci il tarixli 6/ 17 saylı rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş üzərlərində “..Vət. Şahid6 avtomobilindən ...” sözləri olan 1 N-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,197 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 N-li zərfdəki bir ədəd birdəfəlik şprisin içərisindəki 0,4 ml həcmində məhlul narkotik vasitə - heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,120 qramdır. Bir ədəd şüşə flakonun içərisində narkotik vasitə heroinə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri və məhlullarla maddə nümumələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Bir ədəd içərisi boş birdəfəlik şprisin içərisində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına ( Siyahı İ ) daxildir. (cild 1, iş vərəqə 65-69) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkolji Mərkəzinin Ambulator X1 ekspertizasının xx.xx.2021-ci il tarixli 356 saylı rəyindən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 181-182) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ümumi çəkisi 6,3 qram olan 28 ədəd tramadol həblərinin ekspert tədqiqatından sonrakı qalığı, yəni 26 ədəd tramadol həbi, Şahid6 üzərindən aşkar edilərək götürülmüş 0,147 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin xx.xx.2021-ci il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 286-293) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azerfon MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-1379/21 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefonundan çıxan 26 dekabr 2020-ci il tarixli «Qardas sen onu yoxlamisdinmi? Getirib atib ustumeki cox zeyifdi ya emanet yada pulu qaytar. pulumda yox qalmisam arada, gozlemezdim bele seyi. Daveriyam var sene qardasdan artiq. meni cixilmaz veziyetde», 28 dekabr 2020-ci il tarixli «Brat gozliyirem 3 gotur hec olmasa halim pisdi bayra cixa bilmirem qurban sene», 01 yanvar 2021-ci il tarixli «Sacol atam dərman onunçün heç vaxt olmayacaq yoxdur» məzmunlu, həmçinin onun telefonuna daxil olan 01 dekabr 2020-ci il tarixli «Hec kime deme deyir ki guya sen fuada derman veresen» məzmunlu SMS-lərdən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair kifayət qədər istintaq marağı doğuran mesajların olması müəyyən olunur. (cild 1, iş vərəqə 240) Azerfon MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli AZF/LGL-1379/21 nömrəli məktuba əlavə edilmiş 1 ədəd DVD disk xx.xx.2021-ci il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 286-293) DİN-ин BЯSİİ-dən alыnmыш tяlяbnamядяn gюrцnцр ki, Təqsirləndirilən şəxs Quba rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə 4 il, Quba rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə 3 il, Quba rayon Məhkəməsinin xx.xx.2001ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilənərək 5 il, Quba rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilənərək 4 il, azadlıqda məhrum etmə, Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilənərək 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 138-140) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Quba şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(027)-95/2018 saylı hökmü ilə ona təyin edilmiş 02(iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən dərhal azad edilmiş və “ 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(027)- 95/2018 saylı hökmü ilə yaranan məhkumluq götürülmüşdür. Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Timiryazev qəsəbəsində qeydiyyatda olmaqla ünvan 4 ünvanında, arvadı-1989-cu il təvəllüdlü X6, oğlu-2002-ci il təvəllüdlü X11 və oğlu-2006-cı il təvəllüdlü X8 ilə birlikdə yaşayır. (cild 1, iş vərəqə 189) Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, nümayəndəliyə onun barəsində heç bir şikayət və narazılıq daxil olmamışdır. (cild 1, iş vərəqə 190) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə X8 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə və güclü təsir edən maddəni satmaq məqsədinin olmaması, Şahid6 narkotik vasitə satmamasına dair məhkəmədə verdiyi ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və güclü təsir edən maddənin hətta qanunda həmin növ narkotik vasitə və güclü təsir edən maddə üçün nəzərdə tutulmuş külli miqdardan da dəfələrlə artıq olmasını, müxtəlif növlərdə olmasını, ayrılıqda bükümlərdə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məqsədi məhz narkotik vasitənin və güclü təsir edən maddənin satışı olmuşdur. Bundan başqa, Şahid6 məhkəmədə verdiyi ifadəsi işin məhkəmədə müəyyən olunan hallarına uyğun olmamaqla yanaşı, şahidin ibtidai istintaqdakı ifadəsi ilə tam təkzib olunur. Məhkəmə Şahid6 eyni xarakterli cinayət əməlinə görə məhkum olunmasını və hazırda cəza çəkməsini nəzərə alaraq hesab edir ki, şahidin məhkəmə iclasında verdiyi ifadəsi onunla eyni rayonda yaşayan, əvvəllər tanıdğı təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd, habelə məhkum olunmuş şəxs kimi ədalət mühakiməsinin aparılmasına mənfi münasibətinin göstəricisi kimi qiymətləndirilməlidir. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına olan sənədlərlə tam təsdiq olunduğundan məhkəmə həmin ifadəni sübut növü kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs övladı X3 44 günlük “Vətən Müharibəsində” iştirak etməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 49,132) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-də saxlanılan- 434,9 qram narkotik vasitə quruldulmuş marixuana, ümumi çəkisi 6,3 qram olan 26 ədəd tramadol həbi məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut kimi tanınmış 0,147 qram narkotik vasitə heroinin Quba rayon məhkəməsinin xx.xx.2021ci il tarixli 1(027)-65/2021 nömrəli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq Təqsirləndirilən şəxs 160,64 (yüz altmış manat altmış dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əmələrini törətməkdə təqsirli bilinib CMnin 234.2 -ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.3.2-maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Quba RPŞ-də saxlanılan- 434,9 qram narkotik vasitə quruldulmuş marixuana, ümumi çəkisi 6,3 qram olan 26 ədəd tramadol həbləri məhv edilsin, 0,147 qram narkotik vasitə heroinin məhv edilməsi nəzərə alınsın, 2 ədəd disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 160,64 (yüz altmış manat altmış dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-7/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-7/2022
24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver