Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-7/2024 13.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1979-cu ildə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Xaçmaz rayonu, Xudat şəhəri, 28 may küçəsi ev 54-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx.xx.1970-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx.xx.2001-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, natamam orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx.xx.1998-ci ildə Xaçmaz rayonu, Yeni-Sudur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Yeni- Sudur kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, C.Naxçıvanski küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 22 yanvar 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun əvvəlcədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda, yəni 2,04 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tanışları Şahid5 birgə satmaq barədə razılığa gələrək, bu məqsədlə həmin tarixdə, saat 14 radələrində Marat Mizəyeviçin yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsində yerləşən 8 nömrəli evin qarşısında həmin narkotik vasitəni, yəni külli miqdar təşkil edən 2,04 qram heroini Şahid5 120 manata satmış, həmin vaxt sonuncu tərəfindən ona həmin heroindən təmənnasız verilən 1,867 qram çəkidə heroini və Təqsirləndirilən şəxs3 tərəfindən təmənnasız verilən 1,601 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşımaqla Təqsirləndirilən şəxs2 yaşadığı evdə saxlamış, bu fakt, 23 yanvar 2022-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsində yerləşən 8 nömrəli evə saat 22:20-22:35 müddətində baxış keçirilərkən mətbəx kimi istifadə olunan təmirsiz otaqdakı masanın üstündə bir ədəd kağız bükümdə olmaqla 1,867 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd salfet kağızı bükümündə olmaqla 1,601 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar, 22 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində satış məqsədi ilə qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsində yerləşən 8 nömrəli evdə mənfəət kimi əldə etdiyi psixotrop maddə metamfetamini və həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı həmin evdə tanışı Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi psixotrop maddə olan metamfetamini, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, bu fakt, 23 yanvar 2022-ci il tarixdə o, Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsində küçəsində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 24 yanvar 2022-ci il tarixdə saat 00:01-00:15 müddətində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol iç cibində saxladığı siqaret qutusunun üzərində olan sellofanın içərisində bir ədəd salfet kağızı bükümündə 0,563 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə 6,444 qram çəkidə, bir ədəd kağız bükümdə 0,036 qram çəkidə olmaqla ümumilikdə 6,480 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd kağız bükümdə 0,080 qram və 0,036 qram çəkilərdə olmaqla ümumilikdə 0,116 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, təkrar satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq 20 yanvar 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsində yerləşən 8 nömrəli evdə qızı Təqsirləndirilən şəxs4 200 manata əldə etdiyi külli miqdarda, yəni 2,04 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmənnasız olaraq əldə etdiyi 0,080 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı evdə saxlamış, təkrar 22 yanvar 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri Zərdabi küçəsində yerləşən 8 nömrəli evdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitəni Şahid5 satması barədə razılaşaraq həmin gün, saat 14 radələrində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 vasitəsi ilə qeyd olunan narkotik vasitəni, yəni külli miqdar təşkil edən 2,04 qram çəkidə heroini Şahid5 120 manata satmış və həmin vaxt qeyd olunan narkotik vasitəni satmasına görə yaşadığı evdə mənfəət olaraq Təqsirləndirilən şəxs1 0,080 qram psixotrop maddə olan metamfetamin vermiş, bununla da o, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmış, habelə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs4 satış məqsədi ilə qanunsuz olaraq 19 yanvar 2022-ci il tarixdə, saat 23:50 radələrində Xaçmaz rayonu, Xudat şəhəri Niyazi küçəsində yerləşən 3 nömrəli evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs3 60 manata əldə etdiyi külli miqdarda, yəni 2,04 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmənnasız olaraq əldə etdiyi 1,447 qram çəkidə psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, təkrar 20 yanvar 2022-ci il tarixdə, saat 01 radələrində külli miqdarda, yəni 2,04 qram çəkidə narkotik vasitə olan heroini yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsi, 8 nömrəli evdə atası Təqsirləndirilən şəxs2 200 manata satdıqdan sonra həmin vaxt üzərində olan 1,447 qram çəkidə psixotrop maddə olan metamfetaminin 0,080 qramını təmənnasız olaraq atası Təqsirləndirilən şəxs2 verib qalan 1,367 qramını üzərində saxlamaqla daşımış, bu fakt, 23 yanvar 2022-ci il tarixdə o, Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsində saxlanılıb Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinə gətirilərək həmin gün ünvan 4 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin inzibati binasında onun üzərinə saat 21:30-21:45 müddətində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibində bir ədəd bükümdə olmaqla 1,367 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, təkrar, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmış, habelə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 2,04 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1,447 qram çəkidə psixotrop maddə olan metamfetamini üzərinə saxlamaqla daşımış, həmin narkotik vasitəni 19 yanvar 2022-ci il tarixdə, saat 23:50 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsində yerləşən 3 nömrəli evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs4 külli miqdarda, yəni 2,04 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 60 manata satmış və həmin vaxt üzərində saxlayaraq daşıdığı 1,447 qram psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs4 təmənnasız olaraq vermiş, bununla da o, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmış, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Bundan başqa o təkrar, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 8,352 qram narkotik vasitə olan heroindən 22 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsində yerləşən, Təqsirləndirilən şəxs2 məxsus 8 nömrəli evdə, həmin evdə usta işləyən Təqsirləndirilən şəxs1 6,480 qram narkotik vasitə olan heroini, 0,036 qram psixotrop maddə olan metamfetamini, 2,164 qram narkotik vasitə olan qurudulmuş marixuananı təmənnasız verdikdən sonra qalan 1,872 qram narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt 23 yanvar 2022-ci il tarixdə o, Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsində saxlanılaraq Xudat polis bölməsinə dəvət edilmiş və Xudat şəhəri, H.Əliyev küçəsi 1 ünvanında yerləşən Xudat polis bölməsinin inzibati binasında saat 23:10-23:25 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın ön sağ cibinin üst hissəsində olan kiçik cibdə bir ədəd kağız bükümdə 1,872 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, bununla da o, təkrar, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Maratdan pul müqabilində narkotik vasitə almamışdır. Dayısının oğlu Şahid5 ona zəng etmiş, demişdir ki narkotik vasitə tapa bilməmiş, ona nakrotik tapmağa kömək etsin. Reyhanla danışmış, Reyhan ona demişdir ki atasına deyər evdə olan narkotikdən verər. O da Maratdan 20 manatdan 4 büküm nakrotik vasitə almışdır. Marat zəng edib Reyhanla danışmış, evdə olan qutudan gətirib ona 4 bükükm vermişdir. Həmin 4 bükümün 3 bükümünü Asifə vermiş, 1 bükümün də özüm götürmüşdür. Narkotik vasitəni istifadə edəndə polislər gəlib onu tutmuşdurlar. Təqsirləndirilən şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Marat ona narkotik vasitəni qutuda vermiş, Maratın qutunun içərisində narkotik vasitə olmasından xəbəri olmamışdır. Marat demişdir ki Reyhan ona deyib ki qutu ona çatacaq. Təqsirləndirilən şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Reyhanın evində usta işləmişdir. Reyhandan pul müqabilində əvvəllər narkotik almamışdır. Asif ona pul vermişdi ki, Reyhandan narkotik alsın. Onun Reyhana borcu olmuşdur. Asifin verdiyi pulu Reyhana borcu kimi vermişdir. Təqsirləndirilən şəxs1 Müdafiəçi1 suallarına cavab olaraq bildirmişdir ki, o Maratla əlbir olub Asifə 120 manat narkotik vasitə satmamışdır. Asifə narkotik vasitə vermişdir. Maratın Asifə narkotik verdiyindən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, işdən evə yeni gəlmişdir. Samir də onun evinin mətbəxini təmir etməli idi. Həmin gecə Samir onun yanında qalmışdır. Həmin vaxt evdə olan termos sınmışdır. Termos alıb evə qoymaq üçün işdən gəlmişdir. Evə gələndə Reyhan ona zəng edib evdə servantın qabağında qara qutu olduğunu, həmin qutunu götürüb Samirə verməli, Samirdən də 120 manat pul almalı olduğunu demişdir. Onun başqa hadisələrdən xəbəri yoxdur. Təqsirləndirilən şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Reyhanın narkotik vasitə istifadə etməsindən xəbəri olmamışdır. Samirin narkotik vasitə istifadə etməsindən xəbəri yoxdur. Samirin Reyhanla birgə narkotik vasitə istifadə etməsindən xəbəri yoxdur. Reyhanın evdə nakrotik vasitə gizləməsindən xəbəri olmamışdır. Reyhan ona demişdir ki evdə servantın qabağında olan qara qutunu Samirə ver. Samir ona 120 manat verib Reyhana olan borcu olduğunu demişdir. Özü taksi sürücüsüdür. Təqsirləndirilən şəxs2 Müdafiəçi2 suallarına cavab olaraq bildirmişdir ki, qutunun içərisində nə olduğunu bilməmişdir. Özünü elan edilmiş ittihamla təqsirli bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs4 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu Xaçmaz rayonu Xudat şəhərində Aşağı məhəllə adlanan yerdə saxlamışdırlar. Saxlanılanda üzərində 1-2 qram metamfetamin olmuşdur. Həmin metamfetamini Muraddan almış, lakin metamfetamin üçün ona pul verməmişdir. Atasına zəng vurub demişdir ki evdə qutu var, onu Samirə versin, Samir də ona pul verəcək. O, istintaq dövründə verilən kağızlara oxumadan imza etmişdir. Özü 2-3 ildir ki narkotik vasitə istifadə edir. Muradla birgə də narkotik vasitə istifadə etmişdir. Təqsirləndirilən şəxs4 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 1-2 ildir ki tanımışdır. Narkotik vasitəni Bakıda tanımadığı şəxsdən almışdır. Muraddan istifadə etmək üçün pay olaraq narkotik almışdır. Təqsirləndirilən şəxs4 Müdafiəçi2 suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun atasıdır. Evə qoyduğu narkotik vasitədən atasının xəbəri olmamışdır. Atasına demişdir ki Samir ona pul verəcəkdir. Atasının baş verən proseslərin heç birindən xəbəri olmamışdır. Atası narkotik vasitədən istifadə etməmişdir. Təqsirləndirilən şəxs4 Müdafiəçi3 suallarına cavab olaraq bildirmişdir ki, üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Samirin ona 150 manat borcu olmuşdur. Samirə nakrotik vasitəni o satmış, onun nakrotik vasitəni hansı məqsədlə aldığını bilməmişdir. Təqsirləndirilən şəxs4 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, istintaq dövründə yazılan ifadəni oxumadan imzalamışdır. Atasının narkotik vasitə satışından xəbəri olmamışdır. Samirdən nakrotik vasitə satmaqla pul almışdır. Muraddan aldığı narkotiki atasına satmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Marata və Rehyana narkotik vasitə satmamışdır. Aldığı nakrotik vasitəni Reyhanla birgə istifadə etmişdir. Onu saxlayanda üzərində 1.8 qram heroin olmuşdur. Saxlanılanda təzyiq olmamışdır. Nakrotik vasitəni Bakıdan tapmışdır. Nakrotiki Reyhanla birgə istifadə edəndə onları tutmuşdurlar. Reyhanın üzərində nakrotik olmamışdır, ona pul müqabilində narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs3 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Reyhana pay olaraq narkotik vasitə verməmiş, narkotiki onunla birgə istifadə edəndə tutulmuşdurlar. Təqsirləndirilən şəxs3 Müdafiəçi2 suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi deyil, onunla birlikdə nakrotik vasitə istifadə etməmişdirlər. Ona narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs3 Müdafiəçi1 suallarına cavab olaraq bildirmişdir ki, Reyhana və Marata narkotik vasitə satmamışdır. İfadədə yazılanlar yalandır. Təqsirləndirilən şəxs3 Müdafiəçi4 suallarına cavab olaraq bildirmişdir ki, özünü Reyhanla birgə narkotik vasitə istifadə etməkdə təqsirli bilmişdir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilir. Reyhana hədiyyə olaraq nakrotik verməmiş, Marata nakrotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs3 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Murad Reyhana pul müqabilində narkotik vasitə verməmişdir. Narkotik vasitəni tanımadığı adamdan almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 23 yanvar 2022-ci ildə Şahid5 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil oldu. Məlumat əsasında özü və Firidunzadə Firidundan ibarət əməliyyat qrupu yaradıldı. Əməliyyat qurupunun üzvü ilə birlikdə həmin gün Şahid5 Xaçmaz rayonu, Xudat şəhərində saxlayaraq Xudat PB-nə aparmışdırlar. Xudat PB-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkliliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid5 üzərindən bir büküm heroin və mobil telefon aşkar edilmişdir. Şahid5 narkotik vasitə heroini tanışı Samir adlı şəxsdən pul ilə aldığını bildirmişdir. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitələri əldə etmələri, saxlamaları, daşımaları, satması barədə əldə edilən məlumat əsasında polis əməkdaşı Şahid3 ilə birlikdə saat 21 radələrində Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Xaçmaz rayonu, Xudat şəhəri ərazisində saxlamışlar. Onların üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Xudat PB-nə aparmışdırlar. Xudat PB-də Təqsirləndirilən şəxs4 üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən onun üzərindən içərisində psixotrop maddə metamfetamin olan büküm aşkar edildi. Bundan başqa Təqsirləndirilən şəxs4 üzərindən hər hansı bir əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs4 psixotrop maddə metamfetami bir neçə gün əvvəl Təqsirləndirilən şəxs3 aldığını bildirdi. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilərkən içərisində narkotik vasitə heroin olan bir ədəd büküm aşkar edilmişdi. Təqsirləndirilən şəxs3 əvvəlcə narkotik vasitəni İran vətəndaşından aldğını, daha sonra isə Bakı şəhərində binanın girişindən tapdığını dedi. İlk öncə Asifi saxlamışdırlar. O narkotik vasitəni Samirdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən iştirak etməmişdir. Təqsirləndirilən şəxs4 narkotik vasitələri əldə etməsi, saxlaması, satması və qəbul etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış keçirilərkən iştirak etmişdir. Asifi saxlayanda o narkotik vasitəni Samirdən aldığını bildirmişdir. Muradın narkotik vasitələri əldə etməsi, saxlaması, satması barədə əməliyyat məlumat daxil olmuşdur. Şahid5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 saxlanması və şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs4 üzərindən təxminən 1 qram metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs4 axşam saatlarında saxlamışdırlar. A.Abudllayevin üzərindən heroin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci il yanvar ayının 23-də Şahid5 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Abbasov Səxavətlə birlikdə Şahid5 Xudat şəhəri ərazisində saxlayıb Xudat PB-nə gətirdik. Xudat PB-də onun üzərində şəxsi axtarış keçiriləndə üzərindən bir büküm heroin aşkar edildi. Şahid5 narkotik vasitə heroini Samirdən aldığını bildirmişdir. Sorğu zamanı Asif onlara Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2 götürdüyünü demişdir. Buna görə də, keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq polis əməkdaşları Şahid3, Şahid4lə birgə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlamışdırlar. Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləndə onun üzərindən siqaret qutusunun içərisinə yığılmış bükümlər aşkar edilmişdir. Həmin bükümlərin içərisinə baxılanda onun içərisində bir büküm heroin, bir büküm qurudulmuş marixuana, 2 büküm psixotrop maddə metamfetamin və bir bükümdə narktoik vasitə heroin aşkar edildi. Təqsirləndirilən şəxs1 bildirdi ki, qohumu Şahid5 120 manat alaraq həmin pulu aparıb Təqsirləndirilən şəxs2 verib, ondan 4 büküm narkotik vasitə heroin alıb, həmin bükümlərin üçünü aparıb Şahid5 verib, bir bükümünü də özü götürüb. Sual ediləndə Təqsirləndirilən şəxs1 120 manat pul müqabilində Təqsirləndirilən şəxs2 4 büküm narkotik aldığını demişdir. Buna görə Təqsirləndirilən şəxs2 evinə baxış keçiriləcəyini bildirmişdirlər. Daha sonra onun evinə videoçəkiliş aparılmaqla baxış keçirildi. Baxış zamanı evdən bir büküm narkotik vasitə heroin, bir ədəd salfet bükümdə narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi aşkar edilərək götürüldü. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən bir ədəd 100 manatlıq, bir ədəd də 20 manatlıq əskinasları narkotik vasitə satması nəticəsində əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxs2 evinə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 saxlanmasında və şəxsi axtarışında iştirak etmiş, üzərindən heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs4 şəxsi axtarışında iştirak etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis leytenantı rütbəsindədir. 23 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Xudu Məmmədov küçəsi ev 63-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Şahid5 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən dərhal bu məlumat Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş və Şahid5 ifşa olunması məqsədilə o və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara, hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 23 yanvar 2022-ci il tarixdə onlar Şahid5 Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində olduğunu müəyyən etmişlər və həmin yerdə Asifə yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Şahid5 Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət etmişlər. Bundan sonra Şahid5 onlarla Xudat PB-nə gəlmişdir. Şahid5 PB-nə gətirildikdən sonra, müstəntiq dəvət edilmiş, daha sonra müstəntiq tərəfindən polis bölməsində Şahid5 hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra müstəntiq tərəfindən videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşının iştirakları ilə Şahid5 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid5 əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan başqa Şahid5 əynində olan şalvarın sol arxa cibindən bir ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Şahid5 həmin bükümün içərisindən aşkar edilən qəhvəyi rəngli toz halında olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini tanışı Samir adlı şəxsdən pul ilə aldığını etiraf etmişdir. Bundan sonra içərisində narkotik vasitə heroinə bənzər kütlə olan kağız büküm bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. İştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Şahid5 üzərinə keçirilmiş şəxsi axtarış barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Şahid5 özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qablaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı Şahid5 üzərindən hər hansı bir başqa əşya aşkar edilməmişdir. Şəxsi Axtarış zamanı, eləcə də izahat verən zaman, Şahid5 bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini pul ilə qohumu Təqsirləndirilən şəxs1 almış, sonuncu da həmin narkotik vasitəni Xudat şəhəri Zərdabi küçəsi ev 8-də yaşayan Təqsirləndirilən şəxs2 götürmüşdür. Buna görə də, keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq o, Təqsirləndirilən şəxs1 Xudat şəhəri, Zərdabi küçəsi 8 nömrəli evdə, yəni Təqsirləndirilən şəxs2 evində usta işlədiyini müəyyən etmişdir. Buna görə də, Xudat PB-nin polis nəfəri, polis baş serjantı Şahid3, Xudat PB-nin sahə polis nəfəri, polis serjantı Şahid4, o və müstəntiq Rəşad Babayev birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Həmin evin həyətinin giriş qapısına yaxınlaşıb Təqsirləndirilən şəxs2 evin qapısına çağırmışlar. Onların səsinə Təqsirləndirilən şəxs2 qapıya çıxmışdır. Marat qapıya çıxdıqdan sonra Samir də Maratın arxası ilə qapıya gəlmişdir. Orada müstəntiq videoçəkilşlə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirələcəyini bildirmiş və Təqsirləndirilən şəxs2 buna etirazının olub-olmadığını soruşmuşdur. Sonuncu etirazının olmadığını bildirdikdən sonra, onlar Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinə başlamışlar. Baxış zamanı, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1lə birləşərək 120 manat pul müqabilində 04 büküm narkotik vasitə heroin satmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni ona evin təmir olunan mətbəxində vermişdir. Ona görə də onlar evin mətbəxinə daxil olmuşlar. Baxış zamanı, mətbəxdə olan masanın üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, bundan başqa bir ədəd salfet bükümdə də narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilərək götürülmüşdür. Bundan başqa baxış zamanı həmin otaqda olan masanın üzərindən bir ədəd elektron tərəzi də aşkar olunaraq götürülmüşdür. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 cibindən bir ədəd 100 manatlıq, bir ədəd də 20 manatlıq əskinazlar çıxarmaqla, həmin pulu narkotik vasitə satması nəticəsində əldə etdiyini bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan salfet büküm bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. İştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qablaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 evinə baxış keçirdikdən sonra, Xudat PB-nin manqa komandiri, polis serjantı Şahid3 Xudat PBnə qayıtmış, o isə Xudat PB-nin polis nəfəri, polis serjantı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evinə baxış keçirildikdən sonra oradan götürüb, onları şübhəli şəxs qismində tutulmaları və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞ-nə gətirmiş və bu barədə raportla Xaçmaz RPŞ-nə rəisinə məruzə etmişdir. Daha sonra 24 yanvar 2022ci il tarixdə saat 00 radələrində müstəntiq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəkdir. Onlar Xaçmaz RPŞ-nə gəldikdən sonra, Təqsirləndirilən şəxs1 cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təqdim olunmuşdur. Müdafiəçi gəldikdən sonra, videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl onlar özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs1 də onların iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, üzərində nə varsa otaqda olan masanın üzərinə qoysun. Bu zaman Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin sol iç cibindən 01 ədəd siqaret qutusunun şəffaf sellofanının içərisinə yığılmış bükümlər təqdim etmişdir. Həmin sellofanda olan bükümlər müstəntiq tərəfindən çıxarılan zaman məlum olmuşdur ki, onun içərisində bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə, bir ədəd ağ rəngli salfet bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, həmçinin 02 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə kristal halında ağ rəngli kütlə və 01 ədəd kağız bükümdə narktoik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən tapmışdır. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə qohumu Şahid5 120 manat alaraq həmin pulu aparıb Təqsirləndirilən şəxs2 vermiş, sonuncu da ona həmin pulun əvəzində 04 büküm narkotik vasitə heroin satmış, o da həmin bükümlərin üçünü aparıb Şahid5 vermiş, bir bükümünü isə özü götürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən 01 ədəd alışqan çıxarıb təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitələrə və və psixotrop maddələrə bənzər kütlələr müstəntiq tərəfindən 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. Aşkar edilmiş 01 ədəd alışqan isə Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zaman sonuncunun üzərindən daşınması qanunla qadağan edilən başqa hər-hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qablaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. Şahid2 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, elan edilmiş ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci il yanvar ayının 23-də axşam saatlarında əməliyyat qrupunun üzvləri ilə birgə Təqsirləndirilən şəxs2 yaşadığı evə gedərək orada baxış keçirmişdirlər. Evə baxış keçiriləndə evdə Təqsirləndirilən şəxs1 də olmuşdur. Baxış zamanı evdən narkotik vasitə heroin, psixatrop maddə metamfetamin və qudurulmuş marixuana aşkar etmişdirlər. Manqa komandiri vəzifəsində çalışır. Samir narkotik vasitəni Maratın həyətindən tapdığını demişdir. Təqsirləndirilən şəxs1 o, saxlamışdır. Təqsirləndirilən şəxs4 üzərində axtarış keçirilməsində iştirak etməmişdir. Samir və Maratın üzərində axtarış aparılması və baxış keçirilməsində iştirak etmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, şahid X1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təqdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci il yanvar ayının 23-də daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlamışdırlr. Təqsirləndirilən şəxs1 sorğu zamanı narkotik vasitəni Təqsirləndirilən şəxs2 həyətindən tapdığını demişdir. Rəhbərliyə məruzə edəndən sonra Maratın evində baxış keçirmişdirlər. Maratın evindən narkotik vasitə aşkar edilmişdir. Əməliyyat məlumatı əsasında tədbir həyata keçirilmişdir. Samir narkotik vasitəni Maratın həyətindən tapdığını söylədiyi üçün Maratı saxlamışdırlar. Təqsirləndirilən şəxs1 o saxlamışdır. Muradın saxlanılmasında iştirak etməmişdir. Samir və Maratın saxlanılmasında iştirak etmişdir. Samirdən metamfetaminə bənzər maddə aşkar edilmişdir. Şahid4 oğlunun məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, şahid X1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təqdiq etmişdir. Şahid X5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 63 ünvanda yaşayır. O, əvvəllər bir neçə dəfə narkotik vasitə heroin istifadə etmişdir. Narkotik vasitə qəbul etmədiyi zaman onun bədənində ağrılar olur. Ona görə də, o, çalışmışdır ki, hardansa narkotik vasitə əldə edərək istifadə etsin. O, Xaçmaz rayonu Xudat şəhər sakini Təqsirləndirilən şəxs1 vasitəsi ilə bir neçə dəfə pul ilə narkotik vasitə heroin almışdır. Hər dəfəsində də, aldığı heroinin bir bükümünü Təqsirləndirilən şəxs1 pay vermişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Samirin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onun üçün narkotik vasitə heroin tapmasını istəmişdir. Samir də ona demişdir ki, “mən Maratn evində usta işləyirəm, gəl Maratgilin evlərinin yanına orada pulu mənə ver, mən sənə heroin tapıb verəcəyəm”, o da, Samirlə razılaşıb Təqsirləndirilən şəxs2 tanıdığı üçün sonuncunun yaşadığı Xudat şəhəri Zərdabi küçəsində yerləşən evinin qarşısına getmişdir. Oraya çatdıqdan sonra Samirə zəng etmiş və Samir çölə çıxmışdır. O, Samir ilə danışmış və sonuncuya onun üçün 3 büküm narkotik vasitə olan heroin tapmasını demişdir. Samir də demişdir ki, “sən mənə 4 bükümün pulunu ver, birini özüm üçün alım 3 bükümünü də sənə verim”. O, əvvəl də Samirin vasitəsi ilə heroin aldığından bilmişdirki, bir bükümün qiyməti 30 manatdır. Buna görə Samirə 4 büküm üçün 120 manat (bir ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq) pul əskinası vermiş və Samir Maratgilin evinə daxil olmuşdur. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Samir yenidən qapıya çıxmış və ona 04 büküm narkotik vasitə olan heroin vermişdir. İçərisində heroin olan bükümlərin ikisi sellofan büküm, ikisi isə falqa büküm olmuşdur. O, içərisində heroin olan falqa bükümün birini Samirə vermiş, daha sonra isə içərisində narkotik vasitə heroin olan digər 03 bükümü götürüb oradan uzaqlaşmışdır. Həmin gün bükümlərin bir ədədini, ertəsi gün isə bir ədədini istifadə etmişdir. Qalan bir ədəd büküm isə əynindəki gödəkcənin sağ yan cibində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Xudat şəhəri M.F.Axundov küçəsində piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimli tanımadığı şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və özlərini təqdim etdikdən sonra onun narkotik vasitə saxlamaqda, daşımaqda şübhəli olduğumu demişlər, daha sonra isə onu Xudat polis bölməsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşlarına etiraz etmədən bölməyə gəlmişdir. Onlar bölməyə gəldikdən bir qədər sonra müstəntiq tərəfindən o, cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuş, daha sonra ona müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə Xudat PB-nin inzibati binasında videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. O da şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofanda olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin heroini haradan əldə etdiyini soruşan zaman Samir adlı şəxsdən aldığını etiraf etmişdir. Sonra müstəntiq üzərinə baxmış və şalvarının arxa cibindən 01 ədəd özünə məxsus olan “VİAAN” markalı mobil telefon aşkar edilmişdir. Sonra da təqdim etdiyi sellofan büküm bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, həmçinin mobil telefon da müstəntiq tərəfindən götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə heroini 22 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Xudat şəhəri, Zərdabi küçəsində almış, Təqsirləndirilən şəxs1 də həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 alıb ona satmışdır. O, narkotik vasitələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. Onun istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-** saylı mobil nömrədir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Şahid5 qanunsuz olaraq üzərində narkotik maddələri saxlanılması, gəzdirilməsi və istifadəsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 23 yanvar 2022-ci il tarixli qərar Xaçmaz rayon məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında ” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, satması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 23 yanvar 2022-ci il tarixli qərar Xaçmaz rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan Şahid5 üzərinədə «şəxsi axtarış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Şahid5 əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim edərək içərisində heroin olmasını bildirmiş və Samir adlı şəxsdən almasını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 23 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan «Baxış keçirilməsi haddında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, yaşayış evinə girməzdən əvvəl Təqsirləndirilən şəxs2 milliyətcə ləzgi olduğunu, lakin Azərbaycan Respublikası vətəndaşı olduğunu və orta məktəbi azərbaycan dilində oxuduğunu bildirir. Təqsirləndirilən şəxs2 məxsus ev bir mərtəbəlidir, evin divarları qırmızı rənglidir. Baxışda iştirak edən şəxslər, həyətin giriş qapısından içəriyə daxil olduqdan sonra əvvəlcə sol tərəfə dönüb bir neçə metr irəli getdikdən sonra, yenidən sağa dönərək evin giriş qapısına yaxınlaşırlar, daha sonra isə evin giriş qapısından içəriyə girdikdən sonra, girişdən sol tərəfdə olan otağa daxil olurlar. Otağa daxil olduqdan sonra müstəntiq təkrarən Təqsirləndirilən şəxs2 soruşurki, evdə narkotik vasitə varsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs2 evdə narkotik vasitənin olmadığını bildirir. Daha sonra videogörüntüdən görünür ki, otağın mərkəzində bir ədəd masa vardır və həmin masanın üzərində məişət əşyaları, eləcə də salfetlər vardır. Müstəntiq həmin salfetlərə baxarkən məlum olur ki, həmin salfetlərin birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi vardır. Bundan sonra baxışda iştirak edən polis nəfəri masanın üzərində olan digər kağız bükümü açdıqdan sonra görünür ki, həmin kağız bükümün içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli kütlə vardır. Bundan sonra müstəntiq otaqda aşkar olunmuş qurudulmuş marixuanaya bənzər bitki kütləsini və heroinə bənzər kütləni göstərib Təqsirləndirilən şəxs2 ona aid olub-olmadığını soruşur, sonuncu isə aşkar olunan kütlələrin ona məxsus olmadığını, onların Təqsirləndirilən şəxs1 aid olduğunu bildirir. Təqsirləndirilən şəxs2 bu sözlərindən sonra baxış zamanı Təqsirləndirilən şəxs1 bildirir ki, aşkar olunan kütlələr ona məxsus deyil, Təqsirləndirilən şəxs2 məxsusdur. Daha sonra Təqsirləndirilən şəxs1 bildirir ki, otaqda olan narkotik vasitə qurudulmuş marixuana ona aid deyil, heroin isə, Təqsirləndirilən şəxs2lə birlikdə Şahid5 satdıqları 04 büküm heroindən sonuncunun ona verdiyi bir büküm heroindir. Təqsirləndirilən şəxs1 dediklərini Təqsirləndirilən şəxs2 də təsdiqləyir. Bundan sonra müstəntiq Rəşad Babayev bildirir ki, Şahid5 şübhəli şəxs qismində izahat verən zaman, Təqsirləndirilən şəxs1 aldığı 04 büküm narkotik vasitə heroinə görə sonuncuya bir ədəd 100 manatıq, bir ədəd də 20 manatlıq əskinasları olmaqla ümumilikdə 120 manat pul vermişdir. Bu zaman Təqsirləndirilən şəxs2 müstəntiqin sözlərini təsdiqləyərk əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd 100, bir ədəd də 20 manatlıq əskinasları çıxarıb, ümumilikdə 120 manat pulu təqdim edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 üzərinə «Şəxsi axtarış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol iç cibindən içərisində bükümlər olan bir ədəd siqaret qutusu sellofanı çıxarıb təqdim edir. Bükümləri təqdim edən zaman, Təqsirləndirilən şəxs1 bildirir ki, üzərindən aşkar edilmiş bükümləri Təqsirləndirilən şəxs2 evinin həyətindən tapmışdır, ancaq həmin bükümlərin içərisində olan narkotik vasitələri və psixotrop maddələri istifadə edən zaman, keyfiyyətsiz olduğunu görmüşdür deyə, cibində qalmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 əynində olan şalvarın ön sol cibindən bir ədəd qara rəngli alışqan aşkar olunur. Müdafiəçi üzərindən aşkar olunmuş əşyaların və bükümlərin ona məxsus olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs1 isə üzərindən aşkar olunanların ona məxsus olduğunu, ona hər hansı bir zor tətbiq edilmədiyini bildirir. Bundan sonra müstəntiq, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş, siqaret qutusunun üzərində sellofanın içərində olan kağız bükümləri çıxarmağa başlayır. Bu zaman məlum olur ki, orada bir ədəd içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında kütlə olan sellofan büküm, bundan başqa bir ədəd içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında kütlə olan kağız büküm, bundan başqa içərisində psixotrop maddə mütamfetaminə bənzər ağ rəngli kütlə olan iki ədəd kağız büküm, bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan kağız büküm vardır. Şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs1 bildirir ki, o, Təqsirləndirilən şəxs2 04 büküm narkotik vasitə heroin alaraq qohumu Asifə satmış, Asif də həmin bükümlərdən bir ədədini ona vermişdir. Həmin bükümlərin əvəzində Asif ona 120 manat pul vermiş, o da həmin pulu aparıb Marata vermişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş, içərisində narkotik vasitələr və psixotrop maddələr olan bükümləri aşkar olunduğu formada siqaret qutusunun sellofan üzlüyünün içərisinə qoyaraq bir ədəd ağ rəngli zərfdə qablaşdırır və möhürləyir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs4 üzərinə «Şəxsi axtarış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd göy rəngli kağız büküm çıxarıb otaqda olan masanın üzərinə qoyur. Təhqiqatçı həmin bükümün içərisinə baxan zaman, bükümün içərisindən ağ rəngli kristal halında maddə olması aşkar olunur. X3 Reyhan Mizəyevadan kağız bükümün içərisində olan ağ rəngli maddənin nə olmasını soruşduqda, sonuncu onun “şüşə”, yəni psixatrop maddə olan metamfetamin olduğunu və onu Təqsirləndirilən şəxs3 aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 üzərinə «Şəxsi axtarış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən eyni DVD disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarın sağ ön cibinin üst hissəsində olan balaca cibdən bir ədəd kağız büküm çıxarıb otaqda olan masanın üzərinə qoyur. Təhqiqatçı həmin büküm içərisinə baxan zaman, büküm içərisində qəhvəyi rəngli toz halında maddə olması aşkar olunur. X3 Təqsirləndirilən şəxs3 kağız bükümün içərisində olan qəhvəyi rəngli maddənin nə olmasını soruşduqda, sonuncu onun “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu və onu əvvəlcə iran vətəndaşından aldığını, daha sonra isə fikrini dəyişərək Bakı şəhərində, binanın girişindən tapdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 19 mart 2022-ci il tarixli “Azərfon MMC-dən” daxil olmuş bir ədəd «CD» formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində olan “SMS_Tarixçəsi__**********1142__ 708965191” adlı fayl açıldıqda aşğıda göstərilənlər aşkar edilmişdir: xx-xx-2021-ci il tarixdə saat 22:28:45-də Təqsirləndirilən şəxs4 istifadəsində olan +**********49 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********91 saylı mobil telefon nörməsinə “ Narmalni 20 X14 X15 ” məzmunlu, xx-xx-2021-ci il tarixdə saat 22:28:55-də Təqsirləndirilən şəxs4 istifadəsində olan +**********49 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********91 saylı mobil telefon nörməsinə “ Naxadu onucin klet var oxu sil yazdqlarmi gelem” məzmunlu, xx-xx-2021-ci il tarixdə saat 18:50:57-də Təqsirləndirilən şəxs4 istifadəsində olan +**********49 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********91 saylı mobil telefon nörməsinə “ AKİWİ GELİREMDE PULVU GOTRB GELEMDE PULVU GOTRMYM BES YETM KEFSENE YENE QİZDUNE PAPAYE BESDİDE CANMNAN BEZDİRDUNE MENİ ” məzmunlu ismarıc yazılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 03 mart 2022-ci il tarixli “Bakcell MMC-dən” daxil olmuş bir ədəd «CD» formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində olan “SMS_Tarixçəsi__**********5949__ 552340023” adlı fayl açıldıqda aşğıda göstərilənlər aşkar edilmişdir: xx-xx-2021-ci il tarixdə saat 10:03:12-də Təqsirləndirilən şəxs3 istifadəsində olan +**********23 saylı mobil telefon nömrəsindən X2 istifadəsində olan +**********18 saylı mobil telefon nömrəsinə “İNTO MENE VERDİYİNNEN BASQADA 100 MANATLİQDA GOTURECEM USAQA NEZERE ALDA SEN SORUS 7 8 QR HELL ELEYE BİLERSEN MENE DEQİQ SOZ DE” məzmunlu ismarıc yazılmış, xx-xx-2021-ci il tarixdə saat 14:44:51-də Təqsirləndirilən şəxs3 istifadəsində olan +**********23 saylı mobil telefon nömrəsindən X2 istifadəsində olan +**********18 saylı mobil telefon nömrəsinə “İNTO MEN GELİREM PADVALİT ELEME 7 NE QEDER VERECEM ONU MENE DE MENİDE PADVALİT ELEME KOLA VARSA ONUDA DE QİYMETİDE DE SENE UMUDEM PADVALİT ELEME” məzmunlu ismarıc yazılmış, xx-xx-2021-ci il tarixdə saat 14:44:51-də azıyev Murad Mehman oğlu istifadəsində olan +**********23 saylı mobil telefon nömrəsindən X2 istifadəsində olan +**********18 saylı mobil telefon nömrəsinə “İNTO MEN O BOYDA YOL GELMİSEM AXİ SENE UMUD OLUB MENİ GOT VEZYETE QOYMADA 7 Q NE DUZUB QOS PULUDA NEDİ VERİM PAYDA VERSENDE VERMESENDE CANUN SAG OLSUN 7 Q DA SEN OL USAQ ALİR MENİM SOZUME DURUB GELİB HELE KOLADA İSTEYİR MENİ PİS VEZYETDE SAXLAMADA” məzmunlu ismarıc yazılmışdır. Bundan başqa “SMS_Tarixçəsi__**********5943__552340023” adlı fayl açıldıqda aşğıda göstərilənlər aşkar edilmişdir: xx-xx-2021-ci il tarixdə saat 22:25:13-də +**********31 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan +**********23 saylı mobil telefon nömrəsinə “DENEDEN QİR BİRAZ SAXLA OZUNDE CEKMEYE OZMUZCUNDE QALSİN HAMİSİN CXARMA ORTAYA” məzmunlu ismarıc yazılmış, xx-xx- 2021-ci il tarixdə saat 04:58:27-də +**********96 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan +**********23 saylı mobil telefon nömrəsinə “YOXE HELEKİ CİXA BİLMİREM X16 X11 Biraz Saxlayin MENE SİZİ BİLİREM ............. ANASİN BİR XİRDA DAW İNDİDEN AT BİR GİRAGDA” məzmunlu ismarıc yazılmışdır. Baxış zamanı ismarıcların yazıldığı +**********18 saylı mobil telefon nömrəsinin X2 adına olması, +**********31 saylı mobil telefon nömrəsinin İsax Verdiyevin adına olması+**********96 saylı mobil telefon nömrəsinin Ramin İsayevin adına olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 15 mart 2022-ci il tarixli “Azərfon MMC-dən” daxil olmuş bir ədəd «CD» formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində olan “SMS_Tarixçəsi__**********5254__ 704988849” adlı fayl açıldıqda aşğıda göstərilənlər aşkar edilmişdir: xx-xx-2021-ci il tarixdə saat 09:26:50-də +**********86 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan +**********49 saylı mobil telefon nömrəsinə “ DUR QELDE SEN MENİ WOBE AXDARİR SEN DUR QEL 20 DEYQEYE YATİRAM GELDİN GELDİN GELMEDUN YATİRAM KOLADA GOTRUM PATİDA BİR SOZ DEKİ BİLİM” məzmunlu ismarıc yazılmış, xx-xx-2021-ci il tarixdə saat 14:39:54-da +**********98 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan +**********49 saylı mobil telefon nömrəsinə “ BAX BİDENE 10 LUQ PT” məzmunlu ismarıc yazılmış, xx-xx-2021-ci il tarixdə saat 22:26:04-də +**********74 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan +**********49 saylı mobil telefon nömrəsinə “ÖZÜM GELSEM NAXADİ ALİNAR ABRATNİ QAYİDİM HAZİR SALA SEN TUDA SUDA QAYİDİM DALA. HAZİRLA GELİREM TAKSİ GELİR” məzmunlu ismarıc yazılmış, xx-xx-2021-ci il tarixdə saat 02:40:39-də +**********21 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan +**********49 saylı mobil telefon nömrəsinə +**********49 saylı mobil telefon nömrəsinə “VER TEL MEN DEYİM MARATAKİ SEHER15 MANATİN MEN CATİRACAM” məzmunlu ismarıc yazılmış, xx-xx-2021-ci il tarixdə saat 19:01:51-də +**********98 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan +**********49 saylı mobil telefon nömrəsinə +**********49 saylı mobil telefon nömrəsinə “NE OLAR NORMAL VER QAYTARMASLN DALA” məzmunlu ismarıc yazılmış, xx-xx-2021-ci il tarixdə saat 00:48:39-da +**********88 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan +**********49 saylı mobil telefon nömrəsinə “ YOX A KİWİ MENDEDİ VEZYET KRİTİKDİ QOR NE DİREM QELİM MENE KAKİ DVİJ ELİE BİLERSEN CEKİM YATM SEHER YANUNDA 20 MANAT SENE VERECEM SEN YUXUDAN DURANA 20 SENDE OLACAG” məzmunlu ismarıc yazılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 6/464 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş ....” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,444 qr və 0,036 qr, ümumi təmiz çəkisi 6,480 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,036 qr və 0,080 qr, ümumi təmiz çəkisi 0,116 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş ...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,867 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid5 üzərindən aşkar olunmuş ......” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,173 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Şahid5 aşkar edilmiş heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin”, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixtrop maddələrin” İ siyahısına daxildirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 7/62 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün N 58, 59 dairəvi möhür əksi “Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş” yazısı və imzalar olan zərfdə 1 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 1,601 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olumuş...” yazısı və imzalar olan zərfdə 1 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 0,563 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 6/462 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs3 şəxsi axtarışı zamanı... təqdim edilmiş..” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,872 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazizində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 6/463 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs4 şəxsi axtarış zamanı ... təqdim edilmiş ...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,367 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazizində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına” daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26 aprel 2022-ci il tarixli, 6/2376 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-in “Tədqiqat Obyekti N 59” ştamp əksi olan 5 ədəd paketdəki, vət. Təqsirləndirilən şəxs3 götürülmüş bir ədəd bükümdəki heroin, vət. Təqsirləndirilən şəxs1 götürülmüş iki ədəd büümdəki heroinlər, vət. Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd bükümdəki heroin və Şahid5 götürülmüş bir ədəd bükümdəki heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, vət. Təqsirləndirilən şəxs4 götürülmüş metamfetamin və vət. Təqsirləndirilən şəxs1 götürülmüş metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs1 barəsində məhkəmə-narkoloji ekspertizasının 10 mart 2022-ci il tarixli, 1204 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 barəsində məhkəmə-narkoloji ekspertizasının 01 mart 2022-ci il tarixli, 1020 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs4 barəsində məhkəmə-narkoloji ekspertizasının 01 mart 2022-ci il tarixli, 1019 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs3 barəsində məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2022-ci il tarixli, 932 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Cinayət işinin materiallarında olan 17 may 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsüf edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinin 6,340 qram qalığı, metamfetaminin 0,036 qram qalığını, qurudulmuş marixuananın 0,533 qram qalığı, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş, lakin Təqsirləndirilən şəxs1 məxsus olan heroinin 1,797 qram qalığı, qurudulmuş marixuananın 1,571 qram qalığı, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin 1,297 qram qalığı, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin 1,802 qram qalığı maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, 08 ədəd disk maddi sübut kimi tanınaraq isə iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zamanı götürülmüş, təqsirləndirilən şəxsin iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitəni sataraq əldə etdiyi 120 manat pul əskinası maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin maliyyə şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 öddənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RİB-nin Xudat şəhər İƏN-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur, evlidir, Xaçmaz rayonu, Xudat şəhəri, 28 may küçəsi ev 54-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Cinayət işinin materiallarında olan arayış və Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, onun himayəsində yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü oğlu X6 vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RİB-nin Xudat şəhər İƏN-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs4 müsbət xarakterizə olunur, subaydır, Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 7 ünvanda yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RİB-nin Xudat şəhər İƏN-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur, subaydır, Xaçmaz rayonu, Yeni-Sudur kəndində qeydiyyatdadır və faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, C.Naxçıvanski küçəsində yaşayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı ilə məşğul olmamaları, həmçinin Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs4 öz müdafiəsi üçün dəlil gətirməmişdir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs4 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs3 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs4 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 işə məhkəmədə baxılma müddətində ölmüşdür. Təqsirləndirilən şəxsin oğlu X7 tərəfindən məhkəmə istintaqı zamanı verilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə böyrək çatmamazlığı səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş ərizənin surətindən görünür ki, X7 məhkəmə baxışı zamanı onun hüquqi varisi qismində tanınmış, atası barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı eyni əsaslarla cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini təklif etmiş,müdafiəçi isə buna razılığını ifadə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin tərəflərin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Bu Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxs ölmüş, onun hüquqi varisi qimində tanınmış oğlu X7 cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Belə olan halda, Cinayət prosessual Məcəllənin 39.1.5-ci maddəsində əsasəsn Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 23-25 yanvar 2022ci il tarixlərdə şübhəli şəxs kimi tutulmuş, Xaçmaz rayon məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli həmin tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 barəsində 16 may 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin başlanğıcı onun barəsində seçilmiş həbs qətimkan tədbirinin əvvəlindən - 02 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, cəza çəkilməsinin başlanğıcı 02 sentyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, hal hazırda həbsdə olması nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu qaydasında təyin ediləcək cəzadan məhkəməyədək icraat zamanı xx.xx.2022-cil il tarixdən xx.xx.2022-cil tarixədək həbsdə saxlandığı 3 (üç) ay 23 (iyirmi üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, 25 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sumqayıt ağır cinayətlər məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmənin əvvəli barəsində seçilmiş həbs qətimkan tədbirinin əvvəlindən - 07 iyun 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə istinad olunmaqla cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, cəza çəkmənin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmaqla barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, onun hal hazırda həbsdə olması nəzərə alınmalıdır. Həmçinin cinayətlərin məcmusu qaydasında təyin ediləcək cəzadan məhkəməyədək icraat zamanı xx.xx.2022-cil il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Xaçmaz rayon məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022ci il tarxdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. 10 aprel 2022-ci il tarixdən etibarən isə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, onun hal hazırda həbsdə saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinin 6,340 qram qalığı, metamfetaminin 0,036 qram qalığını, qurudulmuş marixuananın 0,533 qram qalığı, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş, lakin Təqsirləndirilən şəxs1 məxsus olan heroinin 1,797 qram qalığı, qurudulmuş marixuananın 1,571 qram qalığı, Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin 1,297 qram qalığı, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin 1,802 qram qalığı məhv edilməli, 08 (səkkiz) ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd tərəzi və cinayət yolu ilə əldə edilmiş 120 manat pul əskinası dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 126,7 manat (yüz iyirmi altı manat yetmiş qəpik), Təqsirləndirilən şəxs4 152 manat (yüz əlli iki), Təqsirləndirilən şəxs3 152 manat (yüz əlli iki) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına hesabına köçürülməlidir. Həmçinin Şahid5 barəsində Xaçmaz rayon məhkəməsi tərəfindən çıxarılmış hökmlə 24 yanvar 2022-ci il tarixli ekspertizanın xərcinin ona aid edilməsi və tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 3 (üç) ay 23 (iyirmi üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti cəza olaraq 6 (altı) il 8 (səkkiz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 02 sentyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və onun halhazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt ağır cinayətlər məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 tutularaq həbsdə saxlandığı 3 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 7 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 07 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və onun halhazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı 2 (iki) ay 17 (on yeddi) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 5 (beş) il 9 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 13 fevral 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və onun halhazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinin 6,340 qram qalığı, metamfetaminin 0,036 qram qalığı, qurudulmuş marixuananın 0,533 qram qalığı, Təqsirləndirilən şəxs1 məxsus heroinin 1,797 qram qalığı, qurudulmuş marixuananın 1,571 qram qalığı, Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin 1,297 qram qalığı, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin 1,802 qram qalığı məhv edilsin. 08 ədəd disk daşıyıcının cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, 120 manat pul əskinası və bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs1 126,7 manat (yüz iyirmi altı manat yetmiş qəpik), Təqsirləndirilən şəxs4 152 manat (yüz əlli iki), Təqsirləndirilən şəxs3 152 manat (yüz əlli iki) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-7/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-7/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver