Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-7/2025 08.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 iştirakı ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı , müdafiəçilər – Təqsirləndirilən şəxs1 müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1989-cu ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 04 may 2022-ci il tarixdə saat 23:20 radələrində‘sonuncunun idarə etdiyi "Chevrolet Cruze" markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəlcədən mobil telefon vasitəsilə əlaqə saxladıqları şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən narkotik vasitənin qoyulduğu əraziyə - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 87.8-ci kilometrliyinə gəldikdən sonra avtomobildən düşərək Təqsirləndirilən şəxs2 mobil telefonuna «WhatsApp» mobil tətbiqi vasitəsilə göndərilmiş narkotik vasitənin olduğu yerin dəqiq parametrləri üzrə yolun sağ tərəfində yerləşən “İlk Aqrokom" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus taxıl anbarının yaxınlığında ağacın altından bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini götürüb əldə etməklə üzərində saxlamaqla daşımış və piyada avtomobilə qayıdarkən həmin gün saat 23:30 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri zamanı qeyd olunan ərazidə, yəni Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisinin 87.8-ci kilometrliyində, yolun sağ tərəfində yerləşən "İlk Aqrokom” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus taxıl anbarının yaxınlığında saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirilməklə 05 may 2022-ci il tarixdə saat 03:15-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki sarı rəngli gödəkçənin içərisindən 01 ədəd yaşıl rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 1170 (min yüz yetmiş) qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Məmmədiyyəni çoxdan tanımış, Ramal ilə isə hadisə olan zaman yenicə tanış olmuşdur. Məmmədiyyə ilə o narkotik istifadəçisi olmuş, Ramal isə narkotik vasitələrdən istifadə etməmişdir. Ramalın bu işə aiddiyyatı olmamışdır. Metamfetamindən istifadə etmiş, qramını 40 manata almışdır. Hadisə vaxtı avtomobili xarab olduğu üçün Ramalın avtomobilindən istifadə etmişdirlər. İttihamda qeyd olunan İran İslam Respublikasının vətəndaşı Tohid adlı şəxs ilə hadisədən bir müddət öncə tanış olmuşdur. İranlı ona dəfələrlə narkotik satmağı təklif etmiş, lakin o razılaşmamışdır. Bir gün axşam iranlı ona zəng edərək işi düşdüyünü, Qobustana 100 qram metamfetamin atacağını bildirib, ondan xahiş etmişdir ki, gedib həmin metamfetamini götürüb özündə saxlasın, həmçinin bir neçə qramınıda götürüb istifadə edsin. O, həmin şəxsdən nə üçün həmin metamfetamini onun götürməyini istədiyini soruşduqda o, öz adamının rayonda olduğunu, atasının xəstə olduğu üçün gələ bilmədiyini bildirmişdir. Həmin şəxs ona bir neçə qram metamfetamini pulsuz verəcəyini bildirdiyindən o, bu səbəbdəndə onunla razılaşmışdır. O, onunla razılaşdıqdan sonra bu barədə Məmmədiyyəyə söyləmişdir. O, da onunla razılaşdıqdan birlikdə Ramala məxsus “Chevrolet Cruze” markalı avtomobil ilə Qobustan istiqamətinə getməyə başlamışdır. Telefonunun enerjisi olmadığı üçün məkanı Ramalın telefonuna atmışdır. Onlar təxminən saat 23 radələrində konuma çatanda Məmmədiyyə avtomobildən düşərək psixotrop maddəni götürmək üçün həmin məkanın göstərdiyi yerə getmişdir. Təxminən 10 dəqiqə keçməsinə baxmayaraq Məmmədiyyənin gəlmədiyini gördüyündən Ramala söyləmişdir ki, gedib onu çağırsın. Ramal da avtomobildən düşərək yolu keçib Məmmədiyyəni səsləyən zaman Məmmədiyyə ona “gəlirəm” sözünü söylədiyindən o, yolu keçərək avtomobil istiqamətinə gələn zaman bir neçə mülki geyimdə olan şəxsin qaçaraq gəlib Ramalı tutduğunu gördüyündən o, onların polis olduğunu başa düşüb dərhal avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Avtomobil ilə yaşadığı Günəşli kəndinə gedərək evdə ailə üzvlərinə bu barədə məlumat vermişdir. Daha sonra isə Göyçay rayonuna gedərək bir müddət gizlənmişdir. xx.xx.2022-ci il tarixində o, Binəqədi rayonunda “Kristal” otelində olan zaman polis əməkdaşları gələrək onu oteldə tutaraq Qobustan RPŞ-nə gətirmişdirlər. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, 1 kq heroindən məlumatı olmamış, ümumiyyətlə o, heroindən istifadə etməmişdir. İlkin ifadəsində polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur olub heroin gətirmək üçün getdiyi barədə ifadəni imzalamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, özü ara bir psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Həmin psixotrop maddə olan metamfetamini o, hər dəfəsində bir qramını 40 (qırx) manata almışdır. xx.xx.2022-ci il tarixində dostu Tural ona telefon vasitəsi ilə zəng edərək gəlib onu götürəcəyini bildirmiş, o, da Turalla razılaşmış və Tural Ramal ilə birlikdə Ramala məxsus “Chevrolet Cruze” markalı avtomobil ilə gələrək onu evdən götürmüşdür. Ramalın sürücülük vəsiqəsi olmadığından həmin avtomobili Tural idarə etmiş, onlar Xırdalan qəsəbəsinə getmiş və Tural tanımadığı bir nəfər şəxs ilə görüşüb ondan 100 (yüz) manat pul almışdır. Həmin pulu almaqda məqsədi isə bildiyi qədəri ilə onun Turala borcunun olması olmuşdur. Onlar Xırdalandan çıxaraq evə qayıdan zaman sonradan bildiyi İran İslam Respublikası vətəndaşı "Tohid" kimi tanıdığı şəxs Turala vatsap vasitəsi ilə zəng etmiş, o, ilk əvvəl onu tanımasada daha sonra o, tanışlıq verdiyindən Tural həmin şəxsi tanımış və ona bildirmişdir ki, Qobustan rayonunda ona məxsus 100 qram metamfetamin vardır. Ondan xahiş etmişdir, gedib həmin metamfetamini götürüb özündə saxlasın, həmçinin bir neçə qramında götürüb istifadə etsin. O, həmin şəxsdən nə üçün həmin metamfetamini onun götürməyini istədiyini soruşduqda o, öz adamının rayonda olduğunu, atasının xəstə olduğu üçün gələ bilmədiyini bildirmişdir. Həmin şəxs ona bir neçə qram metamfetamini pulsuz verəcəyini bildirdiyindən Tural bu səbəbdəndə onunla razılaşmış, bundan sonra Tural onun söylədiklərini ona bildirmişdir. O, Turalla razılaşdıqdan sonra o, Ramal və Tural birlikdə Ramala məxsus “Chevrolet Cruze” markalı avtomobil ilə Qobustana yollanmışlar. Onlar təxminən 23 radələrində Qobustan rayonuna çatan zaman o, avtomobildən düşərək psixotrop maddəni götürmək üçün həmin məkanın göstərdiyi yerə getmişdir. Ona Tural söyləmişdir ki, həmin psixotrop maddə ağacın dibindədir. O, ilk əvvəl qarşına çıxan ağacın dibinə baxsada həmin psixotrop maddəni tapa bilməmişdir. Daha sonra o biri ağacın dibinə baxan zaman yaşıl sellofan torbanı gördüyündən həmin sellofan torbada psixotrop maddə olduğunu bildiyi üçün onu açıb baxmadan koftasının altına qoyub qayıdan zaman Ramalın onu çağırmasını eşitmişdir. O, Ramala “gəlirəm” dedikdən sonra mülki geyimdə olan bir neçə şəxs gəlib onu tutub saxlayaraq Ramal ilə birlikdə onları Qobustan RPŞ-nə gətirmişdirlər. Daha sonra onlar onu RPŞ-də otaqların birində saxlamış torbanı ondan almışlar. Polis şöbəsində ona işgəncə verilmişdir. O, onlardan nə üçün gözlədiyini soruşduqda onlar ona bildirmişdirlər ki, vəkili gözləyirlər. Növbəti gün yəni xx.xx.2022-ci il tarixində günorta radələrində müdafiəçi gəldikdən sonra polis əməkdaşları torbanı yenidən ona vermiş, barəsində müvafiq sənədləşmə işləri aparılmış, dövlət tərəfindən vəkil təyin olunmuş və ona bildirmişdirlər ki, həmin göy rəngli torbanı çıxarıb göstərsin. O, onların sözü ilə həmin göy rəngli torbanı çıxardıb stolun üzərinə qoymuş, torbanı onun iştirakı ilə açıb bir hissəsinə baxan zaman torpağa oxşar bir maddə olduğundan sənədləşdirilərək ekspertiza təyin edilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərdi ki, torbada nə olduğunu tutulan zaman o görməmiş, saxlanılarkən polis əməkdaşları torbanı ondan almış, yalnız növbəti gün yenidən torbanı ona vermişlər ki, şəxsi axtarış zamanı təqdim etsin. Yalnız həmin zaman polis əməkdaşları tərəfindən torba açıldıqda içərisində torpağa bənzər maddənin olduğunu görmüşdür. İlkin ifadəsini təzyiqə məruz qaldığı üçün məcbur olub imzalamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin təhqiqatçısı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində o, əməliyyat istintaq qrupunun üzvü olan zaman Qobustan RPŞ-nin sabiq əməliyyat müvəkkili Tacir Muradov və əməliyyat müvəkkili Şahid2 tərəfindən birgə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin tarixdə təxminən saat 23:30 radələrində Təqsirləndirilən şəxs1 və Şahid1 saxlanılaraq Qobustan RPŞ-nə gətirilmişdir. Həmin şəxslərin barəsində müvafiq sənədləşmə aparılması üçün və üzərilərinə baxış keçirilməsi məqsədi ilə Qobustan rayonu ərazisində müdafiəçi olmadığından o, dərhal yaxınlıqda olan vəkillərin bir neçəsi ilə telefon əlaqəsi saxlamış, lakin gecə saatları olduğundan müdafiəçilərin bəziləri telefona cavab verməmişdir. Digər iki nəfər müdafiəçi yəni X16 və X11 təxminən iki saata Qobustan RPŞ-nə gələcəklərini bildirmişdirlər. Bu səbəbdəndə Məmmədiyyə və Ramal adlı şəxslər təxminən iki saata yaxın RPŞ-nin koridorunda gözləmiş, ilkin olaraq vəkillərdən X17 təxminən saat 02:10 radələrində Qobustan RPŞ-nə gəldiyindən o, ilkin olaraq Təqsirləndirilən şəxs1 barəsində müvafiq sənədləşmə işlərini aparmağa başlamış və Təqsirləndirilən şəxs1 real olaraq təklif edilən vəkil X8 o, heç bir etiraz etməyək Əlisa Abdullayev tərəfindən hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Daha sonra isə o, Məmmədiyyə barəsində tutma protokolu tərtib etdikdən sonra saat 03:15 radələrində Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirtmişdir. Baxış keçirilən zaman ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bu səbəbdəndə o, üzərində olan yaşıl torbanı və bıçağı çıxardıb təqdim etmiş, daha sonra onlar, Məmmədiyyəyə torbanı açmağı təklif etmiş və həmin şəxs torbanı tam olaraq açdıqdan sonra torbanın içərisində olan ağ rəngli kağıza bükülmüş bükümü açan zaman həmin bükümün içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Onlar aşkar olunmuş narkotik vasitəyə oxşar maddəni tərəzidə çəkən zaman onun xalis çəkisi 1337 qram gəldiyindən onlar həmin bükülünü müvafiq qaydada qablaşdıraraq 142 nömrəli möhürlə möhürlədilər. Daha sonra digər müdafiəçi X1 RPŞ-nə gəldiyindən tərəfindən Şahid1 barəsində müvafiq sənədləşmə işləri aparılmış və barəsində tutma protokolu tərtib edildikdən sonra hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onlar təxminən 04:30 radələrində həmin şəxsin üzərinə baxış keçirtmişdir. Baxış zamanı Şahid1 üzərindən qanunla qadağan olunmuş hər hansısa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 və Şahid1 xx.xx.2023-cü il tarixində saat 23:30 radələrində Qobustan şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilsələrdə həmin şəxslərin müdafiə hüquqlarının pozulmaması üçün müdafiəçilər gələnədək barələrində hər hansısa bir sənədləşmə işləri aparılmamış, sabiq əməliyyat müvəkkili Tacir Muradov həmin şəxslərin gətirilmə saatını xx.xx.2022-ci il tarixində saat 02:00 radələrində qeyd etdiyindən və müdafiəçi X9 02:10 radələrində Qobustan RPŞ-nə gəldiyindən həmin şəxslər barəsində qeyd olunan saatdan etibarən sənədləşmə işləri aparılmışdır. Həmin şəxslər polis şöbəsinə gətirilən zaman onlara qarşı hər hansısa bir qanunsuz hərəkət, edilməmişdir. Sadəcə olaraq onlara dəhlizdə gözləmələri və müdafiəçi gəldikdən sonra barələrində müvafiq sənədləşmə işləri aparılacağı bildirilmişdir. Onlar xx.xx.2022-ci il tarixində təxminən saat 15:00 radələrində Şahid1 evinə baxış keçirtmək üçün Qobustan RPŞ- dən çıxmış və Bakı şəhərinə gedərək təxminən saat 17:00 radələrində Şahid1 razılığı əsasında onunla birgə evinə baxış keçirtmişlər, lakin evdə qanunla qadağan olunmuş hər hansısa bir əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixində daxil olan əməliyyat məlumatı əsasında Qobustan RPŞ-nin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Ramal İsayev adlı şəxs 05 may tarixində saxlanılaraq Qobustan RPŞ-yə gətirilmiş, həmin zaman avtomobildə olan digər şəxs isə uzaqlaşmış, bundan sonra şübhəli şəxs qismində tutulduqdan sonra özünün seçdiyi müdafiəçinin və hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, üzərindən aşkar olunan narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Şahid2 ifadəsində həmçinin göstərdi ki, təqsirləndirilən şəxsi təxminən saat 02 radələrində saxlamışlar, yəni gecə yarısını keçmişdir. Məmmədiyyə və Ramalın ifadələri alındıqdan sonra 3-cü şəxs müəyyən olunmuş, onun barəsində də dərhal axtarış qərarı çıxarılmışdır. Təqsirləndirilən şəxs Məmmədiyyəni saxladıqları saatdan müəyyən müddət keçdikdən sonra, yəni hadisə yerindəki prosessual hərəkətlər olunduqdan sonra gecə ikinin yarısı polis idarəsinə gətirə bilmişlər. Ona görə saxlanılma müddəti ilə şöbəyə gətirilmə müddəti arasında fərq vardır. Həmin zaman tələb olunmuşdu ki, təqsirləndirilən şəxsin üzərinə baxış hal şahidlərinin iştirakı ilə olunsun. Təqsirləndirilən şəxs Məmmədiyyə qoşa yoldakı yarımtikilidən çıxıb artıq avtomobilə yaxınlaşdıqda onu saxlamışlar. Hadisə yerindəki işləri yoluna qoyduqdan sonra Məmmədiyyəni polis şöbəsinə gətirmişlər. Hadisə yerindən RPŞ-yə yarım saatlıq yoldur. Vaxt əsasən qaçan şəxsi axtarmağa getmişdir. Hadisə yerində də Məmmədiyyəgilə bir neçə sual vermişlər. Qobustan RPŞ-də əvvəl baxış, axtarış ancaq hal şahidlərinin iştirakı ilə keçirilmiş, indi isə videogörüntü ilə keçirilir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, və ya psixi zor təqbiq olunmamışdır. Hal şahidlərini əvvəlcədən tanımamışlar, rayon sakinləri olmuşlar. Məhkəmə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Yaşadığı Qobustan şəhərində polis işçisi ona yaxınlaşaraq 1 nəfər şəxsin üzərinə baxış hərəkətinin keçirilməsində iştirak etməyini xahiş etmiş, o da razılaşmışdır. Bundan sonra, onun, polis əməkdaşlarının, vəkilin və digər şəxsin iştirakı ilə hal-hazırda ekranda gördüyü arıq şəxsin üzərinə baxış keçirilmiş və üzərindən narkotik çıxmışdır.Baxışın hansı tarixdə olmasını xatırlamır. Amma baxış gündüz vaxtı keçirilmişdir, dəqiq saat yadımda deyil. İlk dəfə idi ki, hal şahidi olmuşdur. Narkotik təqribi 02 ovucu boyda olmuşdur. Ona hər hansı bir sənədi imzalaması üçün təqdim etməmişlər. Şahid3 ifadəsində həmçinin göstərdi ki, o, qaz idarəsində işləyir, hadisə günü də işdə olmuş, günorta vaxtı polis idarəsinə getmişdir. Baxışda tanımadığı bir nəfərdə şəxs olmuşdur. Bu iş üzrə bir dəfə ifadə vermişdir. Şamaxıya ifadə vermək üçün getməmişdir. Sonuncu ifadəsində imza ona məxsus deyildir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Tural və Məmmədiyyə adlı şəxsi o, bir neçə ildir ki tanıyır. Həmin şəxslərlə münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixində dostu Tural adlı şəxs ona telefon vasitəsi ilə zəng edərək gəlib onu evindən götürməyini bildirmiş, Tural avtomobilinin nasaz olduğunu söylədiyindən o, özünə məxsus “Chevrolet Cruze” markalı avtomobil ilə gəlib onu götürmüşdür. Sadəcə olaraq onun sürücülük vəsiqəsi olmadığından avtomobili Tural idarə etməyə başlamış və onlar gedib Məmmədiyyəni evindən götürmüşdür. Daha sonra onlar Xırdalan qəsəbəsinə getmiş və Tural adlı şəxs, tanımadığı bir nəfər şəxs ilə görüşmüşdür. O, avtomobilə əyləşib evə qayıdan zaman bir nəfər şəxs ona zəng etmiş, həmin vaxtı o, avtomobili yol kənarında saxlayıb avtomobildən enərək həmin şəxslə danışdıqdan sonra Məmmədiyyə adlı şəxs ilə bir qədər söhbət edib avtomobilə əyləşərək ona Qobustan rayonuna gedmək lazım olduğunu bildirmişdir. O, ona heç bir etiraz etməmiş, lakin nə üçün Qobustana gedəcəyini soruşduqda o, bir nəfər şəxsin ona pul verəcəyini bildirmişdir. Onlar həmin gün saat 22:00 radələrində birlikdə ona məxsus “Chevrolet Cruze” markalı avtomobil ilə Qobustan rayonu istiqamətinə gedməyə başlamışdır. Onlar Qobustan rayonu istiqamətinə gedən zaman bir nəfər şəxs ona zəng etmiş, o, isə yolda olduğunu bildirmişdir. Onlar yolda olan zaman həmin şəxs Turala “konum” göndərdiyindən və Turalın telefonunun zaryatkası az olduğundan Tural adlı şəxs, həmin şəxsin ona göndərdiyi konumu onun telefonuna göndərmiş, onlar təxminən saat 23:20 radələrində Qobustan rayonuna çatan zaman Məmmədiyyə adlı şəxs avtomobildən enərək yolun digər tərəfinə keçmişdir. Təxminən saat 23:30 radələri idi. Məmmədiyyə gec gəldiyi üçün Tural ona söyləmişdir ki avtomobildən enərək onu çağırsın. O, avtomobildən enərək Məmmədiyyəni çağıran zaman o, ‘'gəlirəm" sözünü işlətdiyindən o, avtomobilə qayıdan zaman mülki geyimdə olan bir neçə şəxs gəlib onu tutub saxlayaraq Məmmədiyyə ilə birlikdə onları Qobustan RPŞ-nə gətirmişdirlər. Təxminən saat 23:40 radələrində onlar Qobustan RPŞ- nə gəlmiş, İlk əvvəl polis şöbəsində tanımadığı polis əməkdaşları onu döyməyə başlamışdır. Onların onu döyməklərinə səbəb isə ilkin olaraq ondan İran İslam Respublikası vətəndaşının kim olmasını soruşduqda o, onlara heç kimi tanımadığını, telefonuna baxmalarını, əgər kimləsə əlaqəsi olubsa onu məsuliyyətə cəlb etmələrini bildirmişdir. Lakin onlar onda hər hansısa bir sübut tapa bilməmişdir. Bundan sonra onun barəsində müvafiq sənədləşmə işləri aparılmış və onu məcbur etmişdirlər ki onların yazdıqları ifadələri imza etsin. O, da bundan qorxduğundan onların yazdıqları sənədləri imza etməyə başlamışdır. Növbəti gün yəni xx.xx.2022-ci il tarixində barəsində müvafiq sənədləşmə işləri aparıldıqdan sonra təxminən saat 14:00 radələrində onu ilk əvvəl tutulduğu yerə aparıb şəkillərini çəkmişlər, daha sonra isə Bakı şəhərinə aparmışlar və onun iştirakı ilə evinə baxış keçirtmişdirlər, o, heç vaxt narkotik vasitə istifadə etməmiş və narkotik vasitələrində satışı ilə məşqul olmamışdır. Ümumiyyətlə həmin gün o, Tural və Məmmədiyyə adlı şəxslərin psixotrop maddə almaq məqsədi ilə Qobustan rayonuna gəlmələri barədə heç bir məlumatı olmamışdır. Tural adlı şəxsin ona və Məmmədiyyə adlı şəxsə pul verəcəyi barədə onlara hər hansısa bir vəd verməmiş, onların arasında pul ilə bağlı hər hansısa bir razılaşma olmamışdır. Turalın avtomobili nasaz olduğundan və Tural, onun avtomobili ilə getdiyindən bu səbəbdəndə o, onlarla birlikdə Qobustan rayonuna getmişdir. O, yolda olan zaman Tural adlı şəxs, söhbət zamanı narkotik vasitə götürmək məqsədi ilə Qobustan rayona gedməsi barədə hər hansısa bir söz işlətməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. İlkin olaraq saxlanılan zaman xx.xx.2022-ci il tarixində gecə təxminən saat 03:00 radələrində müdafiəçi gəldikdən sonra onun üzərinə baxış keçirtmişlər, lakin üzərindən qanunla qadağan olunmuş hər hansısa bir əşya aşkar edilməmişdir. Daha sonra barəsində tutma protokolu tərtib edildikdən sonra həmin gün günorta saatlarında tutulduğu yerə getdikdən sonra oradanda Bakı şəhərinə getmişdirlər. Təxminən saat 17:00 radələrində onun evinə onun iştirakı ilə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya əşkar edilməmişdir. (cild 3 iş vər. 143-145.) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qobustan rayonu ərazisində üzərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və onun cinayət başında yaxalanması üçün təxirəsalınmadan əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (cild 1 iş vər. 7-9) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2022-ci il tarixdə tərtib edilmiş baxış və götürmə haqqında protokoldan görünür ki, 05 may 2022-ci il tarixdə Qobustan RPŞ-nin Təhqiqat Qrupunda xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərində fotoçəkilişdən istifadə edilməklə vəkilin, polis əməkdaşlarının və hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı onun əynindəki sarı rəngli gödəkçənin içərisindən qara rəngli sellofan bükülü, həmin gödəkçənin sağ cibindən 01 ədəd boz rəngli cib bıçağı, "Xiaomi" Redmi Note 9 markalı mobil telefon və 01 ədəd Poco E3 markalı qol saatı müəyyən edilərək götürülmüş, həmin sellofan bükülüyə baxış keçirilən zaman ümumi çəkisi 1170 (min yüz yetmiş) qram narkotik vasitə olan heroin aşkar edilmiş, həmin sellofan torbada olan kütlə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, istintaq hərəkətinin gedişatının əks edildiyi fotoşəkil protokolla birlikdə iş materiallarına əlavə edilmişdir. (cild 1 İş vər. 31-32) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2022-ci il tarixdə tərtib edilmiş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Şahid1 məxsus “İphone 13 Pro Max” markalı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyətli olan “WhatsApp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 üzərində aşkar olunan Qobustan şəhər ərazisindən götürdüyü sellofan bükülünün dəqiq məkan parametrlərinin ***-***-**-** saylı mobil nömrəyə göndərilməsi aşkar edilmişdir. (cild 1 iş vər. 58-61) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə fiziki-kimyəvi ekspertiza” üzrə 05 may 2022-ci il tarixli "6/2590” nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün 142 nömrəli dairəvi möhür əksi" Bakı şəhər sakini X3 üzərindən aşkar edilərək götürülmüş .... yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1170 (1 kq 170 qr) qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1 iş vər. 73-75). Cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs1 üzərindən 05 may 2022-ci il tarixli baxış və götürmə protokolu ilə götürülmüş narkotik vasitə olan heroin 30 mart 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağına təhfil verilmişdir. (cild 3 iş vər. 237-240) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3567 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “Təqsirləndirilən şəxs1 Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2 iş vər. 163-164) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3564 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “Təqsirləndirilən şəxs2 Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2 iş vər. 156-157) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 868 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “Təqsirləndirilən şəxs1 Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs1 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər. 179-180). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 869 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: Təqsirləndirilən şəxs2 Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 3 iş vər. 177-178) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X19 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2169 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki: Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törədən zaman hər hansı psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmam işdir.Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 ünsiyyətçilik, adaptivlik, özünə məxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 fərdi psixi xüsusiyyətlərində qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun hərəkətlərinə mühüm təsir göstərə bilən xarakterik əlamətlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törədərkən patoloji və yaxud fizioloji affekt halında olmamışdır. (cild 2 iş vər. 217-219) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X19 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2171 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki: Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törədən zaman hər hansı psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 ünsiyyətçilik, adaptivlik, özünə məxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 fərdi psixi xüsusiyyətlərində qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun hərəkətlərinə mühüm təsir göstərə bilən xarakterik əlamətlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törədərkən patoloji və yaxud fizioloji affekt halında olmamışdır. (cild 2 iş vər. 220-223). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin X14 xidmətinin təhlükəsiz şəhər xidməti vasitəsi ilə əldə edilmiş 01 ədəd DVD diskinə baxış keçirdən zaman müəyyən edilmişdir ki, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə saat 20:27:30-dan Bakı Quba yolu 8 km Ekologiya postu istiqamətində, xx.xx.2022-ci il tarixdə saat 22:20:36-dan başlayaraq həmin tarixdə saat 23:02:44-dək Bakı Şamaxı yolunun 43.5 km yəni Şamaxı istiqamətində olmuş, xx.xx.2022-ci il tarixdə saat 00:26-dan etibarən isə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda olmuşdur. (cild 3 iş vər. 224-231) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinin anten dairələrinə baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixində saat 23:03 radəsində Abşeron rayonu, Şamaxı şossesi 45 ünvanında olmuş,xx.xx.2022-ci il tarixində saat 23:25 radəsindən isə Qobustan şəhəri ərazisində olmuşdur. (cild 3, iş vərəqə 232) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid1 məxsus ***-***-**-** nömrəsinin anten dairələrinə baxış keçirdən zaman müəyyən edilmişdir ki, Şahid1 xx.xx.2022-ci il tarixində saat 23:02 radəsində Abşeron rayonu, Şamaxı şossesi 45 ünvanında olmuş, xx.xx.2022-ci il tarixində saat 23:29 radəsindən isə Qobustan şəhəri ərazisində olmuşdur. (cild 3 iş vər. 233) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsinin anten dairələrinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 22:02 radəsindən 22:23 radələrinədək Xırdalan şəhəri ərazisində olmuş, xx.xx.2022-ci il tarixdə saat 23:10 radələrindən saat 23:50 radələrinədək Qobustan rayonu Cəngi kəndi ərazisində olmuş, xx.xx.2022-ci il tarixində saat 00:01 radələrində isə Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində olmuşdur. (cild 3 iş vər. 234) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixində Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixində cəriməsini dövlət nəfinə ödəmişdir. xx.xx.2021-ci il tarixində Nəsimi rayon Polis İdarəsində ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir, (cild 2 iş vər. 96-98) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 2 iş vər. 209-210) Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır. İstintaq orqanının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənədlər “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 may 2022-ci il tarixli protokol olmuşdur. Həmin istintaq hərəkəti “iki hal şahidin” iştirakı ilə aparılmışdır. Qeyd olunan protokol tərəflərin iştirakı ilə açıq məhkəmə iclas zalında tədqiq edildikdə müəyyən olundu ki, həmin protokolda saat əvvəlcədən qeyd edilsə də, sonradan protokolun saat hissəsi ağardıcı ilə ağardılmış, həmçinin 2-ci hal şahidi kimi protokolda adı qeyd edilən “Zərbəliyev” Elnur Məmmədağa oğlu həmin protokolu imzalamamışdır. Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinin tələblərinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Məhkəmə həmin protokolla bağlı qeyd etmək istəyir ki, ilk növbədə təhqiqatçı şəxsi axtarış zamanı nəyə görə videoçəkilişdən istifadə etmədiyini əsaslandırmamış, həmçinin şəxsi axtarışı CPM-nin tələblərini kobud şəkildə pozaraq bir hal şahidinin iştirakı ilə aparmışdır. Bundan əlavə, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 may 2022-ci il tarixli qərarda, şəxslərin polis şöbəsində gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli raportda, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli qərarda, X10 və Şahid1 təqsirləndirilən şəxs qismində cəlb edilmələri haqqında 06 may 2022-ci il tarixli qərarlarda və həmçinin 05 may 2022-ci il tarixdən 15 aprel 2023-cü il tarixədək 1 ilə yaxın müddətdə cinayət işinin bütün sənədlərində təqsirləndirilən şəxslər X10 və Şahid1 05 may 2022-ci il tarixdə Qobustan rayonu, Bakı Şamaxı-Yevlax magistral yolunun 87,8 –ci kmdə İlk Aqrokom MMC-yə məxsus taxıl anbarının yaxınlığında saxlanılması qeyd edilmiş, yalnız Daxili İşlər Nazirliyinin X14 xidmətinin təhlükəsiz şəhər xidməti vasitəsi ilə əldə edilmiş **-DG- *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət trayektoriyası müəyyən edildikdən sonra istintaq orqanı təqsirləndirilən şəxslərin 04 may 2022-ci il tarixdə saxlanıldığını “sübutların qiymətləndirilməsi haqqında” qərarda qeyd etməyə məcbur olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin sənədlərinə əlavə edilmiş X10 və Şahid1 şəxsi axtarışı zamanı çəkilməsi istinad edilən fotoşəkilə baxdıqda fotoşəkillərin çəkilməsi zamanı da təhqiqatçı tərəfindən kobud pozuntulara yol verilmişdir. Belə ki, cinayət işinin materiallarına əsasən ilkin olaraq X10 üzərinə şəxsi axtarış aparılması haqqında qərar təhqiqatçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 03:15-də, Şahid1 isə üzərinə şəxsi axtarışın keçirilməsi həmin tarixdə saat 04:35-də qərara alınmışdır. Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokolda saat əvvəlcə qeyd edilsədə, sonradan ağardıcı ilə ağardılmışdır. Hər iki protokola əlavə edilmiş fotoşəkili müqayisəli qaydada tədqiq etdikdə, Şahid1 aid fotoşəklin cinayət işində qeyd edildiyinin əksi olaraq X10 fotoşəklindən daha öncə çəkildiyi müəyyən olunur. Belə ki, Şahid1 şəkli çəkilərkən təhqiqatçının masaüstü dəsti qlobus və digər əşyaların masa üzərində olduğu görünür, Məmmədiyə Alxazovun şəkli çəkilərkən qeyd olunan əşyaların digər masada olması aydın müşahidə edilir. Bu da onu göstərir ki, ilkin olaraq Şahid1 şəkli, daha sonra isə Təqsirləndirilən şəxs1 şəkli çəkilmişdir. Bu hissədə məhkəmə cinayət işinin İ cildinin ilkin 57 vərəqini tədqiq etməklə belə nəticəyə gəlir ki, 57 vərəqin hamısı təhrif olunmuş və təhrif olunmuş formada belə X10 üzərinə şəxsi axtarış keçirilməsi saat 05:00-dan sonraya təsadüf olunur. Bu isə onun saxlanılmasından təxminən 6 saat sonraya təsadüf edir. Bundan başqa məhkəmə iclasında hal şahidi kimi ifadəsi alınmış Şahid3 ümumiyyətlə gecə polis şöbəsində olmadığını, səhər saat 12 radələrində şöbəyə çağrıldığını və sadəcə fotoşəkil çəkdirildiyini ifadəsində göstərmişdir. Məhkəmədə qeyd edir ki, hamının üzərində smartfon tipli mobil telefonların olduğu dövrdə bir toxunuşla videoçəkiliş edilməsi mümkün olduğu halda, təhqiqatçı tərəfindən gecə saat 04-05 radələrində Ərəbşahverdi kəndində və Qobustan şəhərində yaşayan iki hal şahidi axtarılmasını və küçədən tapılmasını məhkəmə ağlabatan hal kimi qəbul etmir. Polis əməkdaşları nəinki X10 tutulmasını və faktiki olaraq azadlığının məhdudlaşdırılmasını saxlanıldığı yerdə dərhal sənədləşdirilməmiş, onu müdafiəçi ilə təmin etməmiş, hüquq və vəzifələri barədə məlumat verməmiş, hətta qanunla həyata keçirməli olduqları bu hərəkətləri Qobustan RPŞ-yə gətirdikdən sonra icra etməmişlər və təqsirləndirilən şəxsin saxlanılma vaxtını təhrif etmələrini əsaslandırmamışlar. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X10 tutulduğu yerdə üzərində şəxsi axtarış aparılmasını mümkünsüz edən hər hansı bir hal göstərməyən əməliyyat orqanının əməkdaşları, bu axtarışın ən azı 6 saat sonra aparılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə xüsusi qeyd edir ki, saxlanıldıqdan sonra faktiki olaraq azadlığı məhdudlaşdırılmış, ən azı 6 saat polis əməkdaşlarının sərəncamında olan X4 aşkar olunmuş narkotik vasitə yəni maddi sübutun prosessual qaydada götürülmədiyindən onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işində qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. § § 69-70 Qeyd edilən qərardan görünür ki, Avropa Məhkəməsi 30 dəqiqəlik vaxtı və bir neçə kilometri mübahisələndirdiyi halda, Məmmədiyə Alxazovun saxlanmasından ən azı 6 saat sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halları təhlil edərək belə nəticəyə gəlir ki, “Şəxsi axtarış keçirilməsi haqqında” 05 may 2022-ci il tarixli protokol mötəbər sübut kimi qəbul edilməməklə, hüquqi qüvvəsi olmayan sübut hesab edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özlərinə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda polis əməkdaşlarının həm istintaqda, həm də məhkəmə baxışlarında verdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən edilməsini zəruri hesab edir. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X5rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə ifadələri alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirilməsi, üzərində şəxsi axtarış keçirilməsi” və digər istintaq hərəkətlərinin aparılmasına dair şahid kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, adları çəkilən polis əməkdaşları təhqiqat və istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduqları üçün, istintaq hərəkətləri barəsində verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası Qobustan RPŞ-nin əməkdaşlarının ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və X13 və Təqsirləndirilən şəxs2 qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə-kimyəvi ekspertizasının 05 may 2022-ci il tarixli "6/2590” nömrəli rəyi isə Təqsirləndirilən şəxs1 aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə ilə bağlıdır. Rəylərin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddələr ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxslərin xeyrinə həll olunduğu vəziyyətdə təqsirləndirilən şəxslərin cinayət törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. Ambulator məcburi-narkoloji tibbi rəyləri isə heç bir halda təqsirləndirilən şəxslərin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Bundan əlavə, 05 may 2022-ci il tarixdə tərtib edilmiş mobil telefona baxış keçirilməsi haqqında protokolda Şahid1 məxsus mobil telefonda aşkar edilmiş məkan məlumatlarına məhkəmə qiymət verərək qeyd etmək istəyir ki, təqsirləndirilən şəxslərin həmin məkana gəlmələrini mübahisələndirməmişlər, lakin oradan nə götürmələri, çəkisi, miqdarı, hansı maddə olmasına əsaslı şübhələr vardır. Buna görə də, məkan məlumatları özü-özlüyündə təqsirləndirilən şəxslərə ittihamın əsasını təşkil edə bilməz və bütün şübhəli məqamların təqsirləndirilən şəxslərin xeyrinə həll olunduğu vəziyyətdə məkan məlumatları təqsirləndirilən şəxslərin cinayət törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı və ibtidai istintaq yekun mərhələsində metamfetamin götürmək üçün onlara göndərilən ünvana getmələri ilə bağlı ifadələrinə də hüquqi qiymət verərək qeyd etmək istəyir ki, istintaq orqanının özü belə psixotrop maddə metamfetaminlə bağlı təqsirləndirilən şəxsə ittiham verməmiş, həmçinin qeyd edilən yerdən metamfetamin aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxslərin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlir ki, təqsirləndirilən şəxs X18 və Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmir. İbtidai istintaq orqanının X13 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə ittiham elan edərkən sübut kimi istinad etdiyi hallar məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanıldıqdan sonra cinayət əməlinin sübuta yetirilməsinin israr edilməsi imkanı istisna olunur. Məhkəmə, mövcud sübutların məcmusu üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayəti ilə bağlı təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticənin qanuni və əsaslı olmasını vurğulayarkən, ibtidai istintaq orqanının ittiham aktında təqsirləndirilən şəxslərin onlara istinad edilən həmin əməli törətməsinin təsdiqi kimi istinad etdiyi yuxarıda sadalanan sübutları bütövlükdə şəxsin həmin cinayət əməlini törətməsini təsdiq edə biləcək yetərli dəlillər hesab etmir. Qeyd etmək lazımdır ki, bütövlükdə ittiham faktiki olaraq yalnız şəxsi axtarış keçirilməsi haqqında, baxış keçirilməsi haqqında protokollara, polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır. Həmin protokollar və ifadələr isə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutların məcmusu ilə şəxsin təqsirli bilinməsinə imkan verə biləcək yetərli mötəbər sübut kimi qiymətləndirilməsi imkanı xaricindədir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə X13 və Təqsirləndirilən şəxs2 oğluna qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə X13 və Təqsirləndirilən şəxs2 bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir: Belə ki, “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər X10 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən X13 və Təqsirləndirilən şəxs2 bəraət verilməlidir. Təqsirləndirilən şəxslərin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxslərin bəraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. X18 və Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar onlara cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 132.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şamaxı RPŞ-də saxlanılan –ekspert tədqiqatdan sonrakı qalıq 1169,8 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs2 cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs2 bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs1 bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət verildiyindən iş üzrə maddi sübut olan Şamaxı RPŞ-də saxlanılan –ekspert tədqiqatdan sonrakı qalıq 1169,8 qram çəkidə narkotik vasitə heroin həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün, cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-7/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-7/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver