Məhkəmə qərarları › İş №1(124)-70/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-70/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-70/2022 15.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, 17 avqust 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əsassız olaraq ittiham verilmişdir ondan ötrü ki, guya o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Karvan» Ticarət Mərkəzindəki 37 nömrəli qadın ayaqqabıları mağazasını icarəyə götürüb işlədən tanışı Zərərçəkmiş şəxs1, Türkiyə Respublikasında olan şəxsi əlaqələrindən istifadə edərək, oradan ucuz qiymətə təbii dəridən olan qadın ayaqqabıları gətizdirəcəyi və bunun üçün 50000 - 60000 (əlli min – altmış min) manat pul tələb olunduğu barədə yalan məlumat verib aldadaraq, «Karvan» Ticarət Mərkəzindəki icarəyə götürüb işlətdiyi mağazada 2019-cu ilin may ayının axırlarında 20.000 (iyirmi min) manat, 2019-cu ilin iyun ayının əvvəllərində 12.000 (on iki min) manat, 2019-cu ilin iyul ayının ortalarında 5.000 (beş min) manat, 2019-cu ilin iyul ayının axırlarında 3.000 (üç min) manat, 2019-cu ilin avqust ayının əvvəllərində 14.000 (on dörd min) manat pullarını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, Zərərçəkmiş şəxs1 vahid qəsdlə ümumilikdə 54.000 (əlli dörd min) manat – külli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Karvan» Ticarət Mərkəzindəki 37 nömrəli qadın ayaqqabıları mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs2, Türkiyə Respublikasında olan şəxsi əlaqələrindən istifadə edərək, oradan ucuz qiymətə təbii dəridən olan qadın ayaqqabıları gətizdirəcəyi barədə yalan məlumat verib aldadaraq, 2019-cu ilin iyul ayının axırlarında «Karvan» Ticarət Mərkəzindəki işlədiyi mağazada 2.000 (iki min) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər hansı bir məbləğdə pullarını dələduzluq yolu ilə talamamış və onlara qarşı ittihamda göstərilən əməlləri törətməmişdir. Belə ki, 2018-ci ildə Şahid1 faizlə 10.000 min manat məbləğində pul götürmüş, götürdüyü puldan xalası oğlu Eminədə vermişdir. Zərərçəkmiş şəxs1 isə Şahid1 bibisi oğludur. Götürdüyü pulun faizini ödəyə bilmədiyi üçün və Elvinlə Orxan faizin üzərinə faiz gəldiyini deməklə 54.000 manat məbləğində faiz yığıldığını və həmin pulu ödəməli olduğunu demişlər. Hətta ona borcu olmasını deməklə Orxan onun barəsində mülki qaydada Sumqayıt şəhər məhkəməsində iddia qaldırmış, lakin sonradan məhkəməyə gəlmədiyinə görə onun iddiası baxılmamış saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs göstərdi ki, o, “Karvan” ticarət mərkəzində kişi geyimlərinin, yəni kişi alt paltarlarının satışı ilə məşğul olmuş, Türkiyədə heç zaman olmamış və Türkiyə ilə əlaqəsi də yoxdur. Ayaqqabı satışı ilə heç zaman məşğul olmamış və bundan anlayışı belə yoxdur. Zərərçəkmiş şəxs1 və onun işçisi olan Ramilədən ayaqqabı gətirmək vədi ilə heç vaxt pul almamışdır. Ramilə Orxanın sözü ilə ona qarşı ifadə vermişdir. Həmçinin Təqsirləndirilən şəxs qeyd etmişdir ki, onun dayısı Sumqayıtda yaşamaqla Türkiyədə xidmət sahəsində işləmiş, ayaqqabı biznesinə nə özünün nə də ki dayısının aidiyyəti olmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunlu ifadələr verməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müvafiq olaraq 54.000 və 2.000 manat məbləğində pulu ayaqqabı gətirilməsi adi ilə götürmədiyini, Orxanın qohumu Elvindən faizlə pul götürdüyünü və faizləri ödəyə bilmədiyi üçün Orxanın onun barəsində şikayət etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edilməsini və onların mötəbərliyi ilə bağlı qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs o, 2017-ci ildən Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində işlədiyi vaxtdan tanımışdır. Özü həmin ticarət mərkəzində ayaqqabı dükanı işlətmiş, Zərərçəkmiş şəxs2 isə onun satıcısı olmuşdur. Vüsal “Karvan” TM-də lotoreya oyunları təşkil etmiş və lotoreyada daha çox mağaza sahibləri iştirak etmişdir. Çünki işçilərin aylıq gəliri az olmuşdur. Vüsal onun bibisi oğlu Elvindən borca pul götürmüşdür. Həmçinin Vüsal dayısının Türkiyədə yaşadığını və işlədiyini demişdir. Türkiyədən ucuz qiymətə ayaqqabı gətirməsi üçün 2019-cu ilin iyun ayında Vüsala 12.000 manat, 2019-cu ilin iyul ayında 5.000 manat, 2019-cu ilin iyul ayının axırlarında 3.000 manat və 2019-cu ilin avqust ayının əvvəllərində 14.000 manat pul olmaqla ümumilikdi 54.000 manat pul vermişdir. Türkiyədən ayaqqabı gətirilməsini Vüsal özü ona təklif etmişdir. Bununla belə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Vüsalın Türkiyədə yaşayan dayısının adını o bilməmiş, onun ümumiyyətlə ayyaqabı biznesi ilə məşğul olubolmadığından onun məlumatı olmamış, dayısı ilə telefonla danışmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 Vüsala ayaqqabı satışı ilə məşğul olmayan Təqsirləndirilən şəxs verdiyi 54.000 manat pulun müqabilində hansı modeldə, hansı miqdarda, hansı növdə, hansı rəngdə və ölçüdə, eləcə də hansı fabrikdən ayaqqabıların sifariş olunacağı, həmin ayaqqabıların hansı yolla gətiriləcəyi və ölkəyə keçiriləcəyi barədə məhkəməyə ağlabatan izah verə bilməmiş, külli miqdarda sifariş verdiyi ayaqqabılarla bağlı məhkəməyə hər hansı bir qeyd, qaimə və ya digər sənəd təqdim edə bilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2018-ci ildən Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində yerləşən “Karvan” TMdə yerləşən mağazasında satıcı işləmişdir. Aylıq qazancı 400-500 manat olmuş, belə ki, məvacibi 250 manat olmuş, həmçinin gündəlik satılan ayaqqabılardan da faiz almışdır. Təqsirləndirilən şəxs 2018-ci ildən tanımış, o, “Karvan” TM-də kişi alt paltarlarının satışı ilə məşğul olmuşdur. Vüsal Türkiyədə yaşayan dayısının vasitəsi ilə ucuz ayaqqabı gətirə biləcəyini bildirdikdən sonra müdiri Zərərçəkmiş şəxs1 və özü Vüsaldan ayaqqabı sifariş etmiş və bunun üçün ona pul vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1 onun yanında 2019-cu ilin yay aylarında Vüsala 12.000 manat və 3.000 manat verməklə ümumilikdə 54.000 manat verməsində məlumatı olmuş, eyni zamanda Türkiyədən ucuz qiymətə ayaqqabı gətirilməsi üçün özü Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında 2.000 manat pul vermiş, lakin Vüsal onu və Orxanı aldadaraq ayaqqabı gətirməmiş və pullarını da qaytarmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, mağazanın sahibi olan Zərərçəkmiş şəxs1 əvvəllər satdığı malı özü Türkiyədən sifariş etmiş və “Sədərək” bazarından gətirmişdir. Satıcı işlədiyi mağazada əvvəl heç vaxt öz malını satmamış, Vüsal ona ayaqqabı gətirəcəyi halda hansı qaydada satıcı işlədiyi mağazada öz malını satacağını bilməmiş, Vüsala hansı sayda, hansı modeldə və hansı növ ayaqqabıların sifariş etməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ayaqqabı sifarişi ilə bağlı hər hansı bir sənəd onda olmamış, yalnız pulu Zərərçəkmiş şəxs1 yanında vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 “Karvan” Ticarət Mərkəzindən tanımışdır. Təqsirləndirilən şəxs isə onun xalası oğludur. Özü həmin ticarət mərkəzində polietilen sellofanlarının satışı ilə məşğul olmuşdur. Bir gün Təqsirləndirilən şəxs zəng çatmadığı üçün Orxan ona zəng etmiş və Vüsalın tapılmasına köməklik etməyi xahiş etmişdir. Orxanla Vüsalın arasında 10.000 manat pul məsələsinin olmasında məlumatı olmuş, çünki Vüsal həmin puldan 5.000 manatını faizlə ona vermiş və hər ay 9 faizlə pulu Vüsala vermişdir. Orxanla qohumu Elvin isə Vüsalın onlara 50-60.000 manat pul borcunun olmasını demişlər, o, isə Vüsalı tapıb onlarla üzləşdirməyə söz vermişdir. Vüsal ilə Orxan arasında ayaqqabı alveri ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Vüsalın və özünün dayısı olan X7 bijuteriya mağazasında işləmiş, həmçinin xarici turistlərlə tərcüməçi kimi işləmişdir. Dayısı heç vaxt Türkiyədə ayaqqabı biznesi ilə məşğul olmamış, heç bir vaxt kimdənsə ayaqqabı sifarişi götürməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə eyni yerdə hərbi xidmətdə olmuş, Təqsirləndirilən şəxs isə “Karvan” ticarət mərkəzində tanımış, o alt paltarlarının satışı ilə məşğul olmuş, Vüsalı lotoreya oynayarkən tanımışdır. Hər ay 900 manat pul verməklə lotereya oynamışlar, lakin Vüsal altı ay onun lotereya pulunu verməmişdir. Orxan onun və Ramilənin yanında “Kravan” TM-də olan ayaqqabı mağazasında Vüsala ayaqqabı sifariş edərək 12.000 manat pul vermiş, lakin pulun hansı məbləğdə olan əsginaslarla verməsini o, bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Orxan Təqsirləndirilən şəxslə dostluq etmişdir. Sonra, Orxan Türkiyədən ayaqqabı gətirilməsi üçün 2019-cu ilin yay aylarında Vüsala ümumilikdə 54.000 manat pul vermiş və bununla bağlı ata kimi onunla məsləhət etmiş, o, isə buna etiraz etməmişdir. Lakin Vüsal qaçıb gizlənmiş və Orxanın pulunu qaytarmamışdır. Sonra gedib bu haqda polisə şikayət etmişdir. Bununla belə, Şahid4 ifadəsində göstərmişdir ki, Vüsala ayaqqabı sifariş verərkən onun modelini və rəngini seçməmişlər, yalnız pul verib həmin pul məbləğində ayaqqabı sifariş etmişlər. Təqsirləndirilən şəxs dayısı Türkiyədə olduğu üçün ona ayaqqabı sifarişi etmək qərarına gəlmişlər. Lakin nə özü, nədə ki, oğlu, Vüsalın dayısını tanımamışlar, onun Türkiyədə hansı işlə məşğul olmasından məlumatları olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ayaqqabıları Türkiyədə hansı firmadan sifariş edəcəyi barədə məlumatları olmamış, ayaqqabılarla bağlı hər hansı bir şəkil və ya yazılı qeydiyyat Vüsaldan tələb etməmişlər, yalnız pullarının qaytarılmadığını gördükdən sonra borc pul tələbi ilə bağlı Sumqayıt şəhər məhkəməsində iddia ərizəsi ilə Orxanın adından müraciət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun dayısı oğludur. Təqsirləndirilən şəxs tapılmadıqdan sonra Orxan ona zəng edib kömək istəmiş və onlar birlikdə Vüsalın qohumuna zəng edərək Vüsalın onlara borcunun olduğunu demişlər. Belə ki, Vüsala 2018-ci ildə 10.000 manat məbləğində pul borca vermiş, Orxan isə ayaqqabı gətriməsi üçün 2019-cu ildə Vüsala pul vermişdir. X10 pul verməsinin bilavasitə şahidi olmamış, bu haqda ona Orxan demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən “Karvan” adlanan ticarət mərkəzində 39 saylı mağazada kişi paltarlarının satışı ilə məşğul olmuşdur. Həmin ticarət mərkəzində işlədiyi müddətdə Təqsirləndirilən şəxs ilə tanış olmuş, eyni zamanda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da həmin ticarət mərkəzindən tanımışdır. 2019-cu ilin iyul ayının axırlarında Vüsal ona yaxınlaşıb birlikdə iş qurmağı, Türkiyədən ucuz qiymətə dəri qadın ayaqqabıları gətizdirəcəyini, həmin ayaqqabıları işlədikləri ticarət mərkəzində sataraq qazanc əldə edəcəklərini deməklə 2.500 manat pul istəmişdir. O, həmin məbləğdə pulu Vüsala vermiş, sonra isə mütəmadi olaraq Vüsaldan verdiyi pulları tələb etdiyi üçün Vüsal 2020-ci ilin yanvar ayına kimi olan müddət ərzində ondan aldığı 2500 manat pulu geri qaytarmışdır. Ona görə də ondan heç bir şikayət və tələbi olmamışdır. Bildiyinə görə Vüsal Orxandan da ayaqqabı gətirilməsi üçün 54.000 manat, Ramilədən isə 2.000 manat məbləğində pul almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş İş Şahid3 ifadəsində görünür ki, 2019-cu ilin iyul ayının axırlarında “Karvan” ticarət mərkəzində işlədiyi mağazada olduğu zaman Oxran onun mağazasına girmiş və onun mağazasının yanından keçən Vüsalı və öz mağazasında satıcı işləyən Ramiləni də öz yanlarına çağırmışdır. Həmin vaxt orada Orxan onun və Ramilənin yanında Vüsala 3000 manat pulu vermişdir. Vüsal 3000 (üç min) manat pulu Orxandan alandan sonra ona 2019-cu ilin avqust ayının axırlarında sifariş etdiyi bütün ayaqqabıları Türkiyədən gətizdirib təhvil verəcəyini bildirib getmişdir. O, Orxandan nə məsələ olduğunu soruşanda Orxan ona bildirmişdir ki, həmin pulu Vüsala ona Türkiyədən qadın ayaqqabıları gətizdirməsi üçün vermişdir. Sonralar o, Orxandan eşitmişdir ki, Vüsal ona ayaqqabı gətizdirmək üçün ondan ümumilikdə 54.000 manat və eyni məsələyə görə isə Ramilədən 2.000 manat pul alaraq onları aldatmş, nə pullarını qaytarmış nə də ayaqqabıları gətizdirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən həmin sübutlarda hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olubolmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq qeyd edir ki, iş üzrə məhkəməyədək icraat zamanı toplanılmış və məhkəmədə araşdırılmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyini təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanının topladığı istintaq materiallarında və iş üzrə tərtib edilmiş ittiham aktına əsasən ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlarda zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özlərinin əvvəlki izahatları, qohum və tanışlardan ibarət şahid ifadələrindən başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirini təsdiq edən heç bir qərəzsiz və obyektiv sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən dəlillər kimi məhkəməyə təqdim olunmuş sübutlar isə obyektiv reallıq və sadə məntiqlə uzlaşmayan, ziddiyyətli və işin xüsusatları ilə təkzib olunan ifadələrdən ibarətdir. İstintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda faktiki olaraq olmayan sübutlara istinad edərək, yalnız fərziyyələr və onunla ziddiyyətli münasibətlərdə olan zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin, onların qohum və tanışlarının ifadələri əsasında Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 ilkin olaraq 19 fevral 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin rəisinin adına şikayət ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs “birlikdə iş görmək adı ilə” 54.000 manat pul verdiyini, lakin sonuncunun onun pulunu qaytarmayaraq dələduzluq etdiyini göstərmişdir. (Cild 1, iş vərəqi 2) Həmin ərizə ilə bağlı izahat verən Zərərçəkmiş şəxs1 izahatında qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 54.000 manat məbləğində pulu o, birlikdə iş görüb qazanc əldə etmək və əldə edilmiş gəliri öz aralarında bölmək məqsədi ilə vermişdir. Təhqiqatçının sualına cavab olaraq isə xüsusi qeyd etmişdir ki, “birlikdə iş görmək dedikdə” Vüsal ona konkret olaraq hər hansı bir işin adını çəkməmiş, sadəcə qazanc əldə edəcəklərini demişdir. Həmçinin Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, eyni məqsədlə Təqsirləndirilən şəxs satıcılar Zərərçəkmiş şəxs2 və Şahid5 da müvafiq olaraq 2.000 manat və 2.500 manat məbləğində pul almışdır. (Cild 1, iş vərəqləri 4-6) Eynilə araşdırma zamanı izahatı alınmış, hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 da qeyd etmişdir ki, 2019-cu ilin iyul ayının axırlarında Təqsirləndirilən şəxs ondan pul istəmiş, sonuncuya pulunun olmadığını bildirdikdə isə Vüsal ona birlikdə iş qurmağı və əldə edilmiş qazancı böləcəyini demiş, lakin Zərərçəkmiş şəxs2 da “quracağı işin” nədən ibarət olması barədə heç bir məlumat verməmiş, Zərərçəkmiş şəxs2 da bu maraqlandırmamış və o, Təqsirləndirilən şəxs 2.000 manat məbləğində pul vermişdir. Həmçinin Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, eyni məqsədlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Şahid5 da müvafiq olaraq 54.000 manat və 2.500 manat məbləğində pul almışdır. (Cild 1, iş vərəqləri 12-13) Hazırki iş üzrə ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilmiş və Təqsirləndirilən şəxs Türkiyədən ayaqqabı gətirməsi adı ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pul almasını öz ifadəsində göstərən Şahid5 da izahatından görünür ki, Təqsirləndirilən şəxs birlikdə qeyri müəyyən işin qurulması və qazanc əldə edilməsi məqsədi ilə, ondan 2.500 manat, Zərərçəkmiş şəxs2 2.000 manat, Zərərçəkmiş şəxs1 isə 54.000 manat almışdır. (Cild 1, iş vərəqləri 8-9) Bununla belə, ibtidai istintaq zamanı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Şahid5 istintaqa vermiş olduğu ifadəsini qismən təsdiq edərək ilkin olaraq göstərmişdir ki, 2.500 manat məbləğində pulu Təqsirləndirilən şəxs borc qismində vermişdir. (Cild 2, iş vərəqləri 113-114) Göründüyü kimi zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və şahid qismində dindirilmiş, zərərinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs sonra şikayət etməyən, buna görə də zərərçəkmiş şəxs kimi tanınmayan Şahid5, ilkin izahatlarında Təqsirləndirilən şəxs guya onlara ucuz qiymətə Türkiyə Respublikasından ayaqqabı gətirilməsi ilə bağlı heç bir fikir bildirməmişlər, pul verib qazanc əldə edəcəkləri işin nədən ibarət olması ilə belə maraqlanmadıqlarını göstərmişlər. Ticarətlə məşğul olan Zərərçəkmiş şəxs1, onun dükanında satıcı işləyən Zərərçəkmiş şəxs2 və eyni ticarət mərkəzində satıcı işləyən Şahid5 özlərinin alqı-satqı fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq, heç bir əsas olmadan, kifayət qədər yaxın münasibətlərdə olmadıqları Təqsirləndirilən şəxs qeyri müəyyən işin qurulması və əvvəlcədən bəlli olmayan gəlirin məlum olmayan şərtlərlə bölüşdürülməsi ilə bağlı izahatlarda qeyd olunan xüsusatlar təhqiqatçıya inandırıcı olmadığından və cinayət işinin başlanılması üçün kifayət etmədiyindən 12 aprel 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmiş Zərərçəkmiş şəxs1 və Ramilə Əlyevaya mülki mühakimə qaydasında məhkəməyə müraciət etmə hüquqlarının olması izah edilmişdir. (Cild 1, iş vərəqləri 21-24) Araşdırmanın nəticəsində təhqiqatçı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12 aprel 2020-ci il tarixli qərarın ləğv edilməsi üçün heç bir əsas olmadığı halda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokurorunun 03 noyabr 2020-ci il tarixli qərarı ilə təhqiqatçı tərəfindən qəbul edilmiş qərar ləğv edilmiş və mövcud olmayan cinayət faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (Cild 1, iş vərəqi 1) İşi icraata qəbul etmiş müstəntiqin 23 yanvar 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müəyyən edilməməsinə görə cinayət işi üzrə əsassız olaraq icraat dayandırılmış və 10 fevral 2021-ci il tarixdə əsassız olaraq təzələnmişdir. Yalnız bundan sonra müstəntiq tərəfindən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs şahid qismində dindirilmiş, onların aralarında üzləşdirmələr keçirilmiş, əvvəlki izahatlarından fərqli olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dələduzluq əməli inandırıcı olsun deyə Təqsirləndirilən şəxs verdikləri pulu Türkiyə Respublikasından ucuz ayaqqabı gətirilməsi məqsədi ilə verdiklərini ifadələrində göstərmişlər. Aparılmış istintaqın nəticəsində müstəntiq Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibinin olmaması qənaətinə gələrək cinayət işi üzrə icraata xitam verilməsi haqqında 16 mart 2021-ci il tarixli qərar qəbul etmişdir. (Cild 1, iş vərəqləri 101-105) Daha sonra, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 31 mart 2021-ci il tarixli qərarla müstəntiqin qəbul etdiyi “Cinayət işininin ictraatına xitam verilməsi haqqında” qərar ləğv edilmiş və ibtidai istintaqın aparılması üçün cinayət işi digər müstəntiqin icraatına verilmişdir. (Cild 1, iş vərəqləri 109-111) Nə ibtidai istintaq aparmaqla Təqsirləndirilən şəxs ittiham irəli sürən müstəntiq, nə də ki, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” və “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarları ləğv edən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, cinayət işinin materiallarına əlavə edilən Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında Sumqayıt şəhər məhkəməsinə müraciət etdiyi 05 iyul 2020ci il tarixli iddia ərizəsinin məzmununu təhlil edərək ona hüquqi qiymət verməmişlər. Halbuki, həmin iddia ərizəsinin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia verərkən ərizəsini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs alverin genişləndirilməsi və birlikdə yüksək məbləğdə gəlir əldə edilməsi adı ilə onu şirnikləndirməklə ondan ümumilikdə 54.000 manat məbləğində pul almışdır. Bununla belə 17 fevral 2021-ci il tarixdə təyin edilmiş məhkəmə prosesinə gəlməyən iddiaçı Zərərçəkmiş şəxs1 iddiası baxılmamış saxlanılmışdır. (Cild 1, iş vərəqləri 145-148) Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə ifadələri elan olunmuş Şahid5, Şahid3 və zərərçəkmiş şəxslərlə tanışlıq və qohumluq əlaqələri olan digər şahidlərin ifadələrinə sübut növü kimi istinad edən istintaq orqanı, həmin ifadələrdə göstərilən xüsusatların digər obyektiv sübut və dəlilərlə təsdiq olunmadığı halda, bu şahidlərin zərərçəkmiş şəxslərlə eyni ticarət mərkəzində işləməklə münasibətlərinin olmasına, həmçinin qohumluq əlaqələrinində olmasına, buna görə də zərərçəkmiş şəxslərin xeyrinə ifadə verə bilmələrinə tənqidi yanaşmamış və təqsirləndirilən şəxsin əməlinə yalnız ziddiyyətli ifadələrə əsasən hüquqi qiymət verərkən bu halları nəzərə almamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə Zərərçəkmiş şəxs1 atası Şahid4, qohumu Şahid1, eləcə də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə eyni ticarət mərkəzində işlədiyi tanışları Şahid2, Şahid5 və Şahid3 ifadələrini məzmuna və mənbəyinə görə mötəbərliyinə əsaslı şübhələr olan sübut kimi qəbul edir. Ümumiyyətlə ittiham aktına əsasən istintaq orqanın topladığı sübutlar yalnız zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qohumları və tanışlarının ifadələrinə əsaslanmaqla, işdə hər hansı bir digər qərəzsizliyinə və obyektivliyinə şübhə olmayan sübutlar müəyyən olunmamışdır. Bundan başqa, istintaq orqanı Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd “DVD” formatlı diskdə olan səs yazılarını Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübut növü kimi təlqin etməyə çalışsa da, bu diskdə olan mənşəyi bəlli olmayan səs yazıları özü-özlüyündə iş üzrə hər hansı bir halı təsdiq və ya təkzib etmir. Belə ki, bu səs yazılarında Təqsirləndirilən şəxs məhz dələduzluq cinayəti ilə bağlı hər hansı bir halı etiraf etməyini təsdiq edən səs yazısının olmadığı, şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən qeyri müəyyən danışıqların aparılması müşahidə edilmişdir. (Cild 1, iş vərəqləri 238-240) Bələliklə məhkəmə qeyd edir ki, istintaq orqanının gəldiyi nəticə, yəni zərərçəkmiş şəxs qismində tanınmış qadın ayaqqabılarının ticarəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 və onun dükanında satıcı işləyən Zərərçəkmiş şəxs2 ayaqqabı ticarətinə aidiyyəti olmayan, kişi alt paltarlarının satışı ilə məşğul olan Təqsirləndirilən şəxs, Türkiyə Respublikasından orada yaşayan dayısı vasitəsi ilə ucuz ayaqqabı gətirilməsi üçün 2019cu ilin may-avqust ayları ərzində ümumilikdə müvafiq olaraq 54.000 və 2.000 manat pul vermələri və Təqsirləndirilən şəxs dələduzluq yolu ilə həmin məbləğlərdə pulları talaması inandırıcı olmamaqla yanaşı, məntiqsiz və obyektiv reallıqla uzlaşmayan bir hallar kimi qiymətləndirilir. Məhkəmə xüsusi qeyd edir ki, ayaqqabı ticarəti ilə məşğul olan və bu işdə müəyyən təcrübəsi olan Zərərçəkmiş şəxs1 4 ay ərzində Təqsirləndirilən şəxs ucuz qiymətə ayaqqabı gətirməsi üçün hissə-hissə 54.000 manat məbləğində pul verməsi, hər hansı bir malın gətirilmədiyini görüb yenidən pul verməyə davam etməsi, verdiyi pulun müqabilində hansı modeldə, hansı rəngdə, hansı çeşiddə və hansı ölçüdə ayaqqabları, hansı fabrikdən sifariş etməsini, hansı yolla və kim vasitəsi ilə ölkə ərazisinə gətiriləcəyi, gömrük rəsmləşdirməsini kimin həyata keçirəcəyi və digər mühüm halları göstərə bilməməsi, Təqsirləndirilən şəxs dayısının kimliyi və Türkiyənin hansı şəhərində yaşayaraq, hansı fəaliyyətlə məşğul olması barədə məlumat verə bilməməsi onun qeyri-səmimi olmasının aşkar təzahürüdür. Bundan əlavə, Zərərçəkmiş şəxs1 ayaqqabı dükanında aylıq məvacibə satıcı işləyən Zərərçəkmiş şəxs2 da dükan sahibi Zərərçəkmiş şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs Türkiyədən ucuz qiymətə miqdarı, modeli, ölçüsü və digər mühüm rekvizitlərini müzakirə etmədən ayaqqabı sifariş etməsini göstərməsi onun da Zərərçəkmiş şəxs1 kimi qeyri-səmimi olmasının təzahürüdür. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərin ifadələrində olan bütün ziddiyyətlər və uyğunsuzluqlar, eləcə də onların iş üçün əhəmiyyət kəsb edən halları izah edə bilməmələri, Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməsi ilə bağlı əsaslı şübhələrə səbəb olur ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Ramilə Əİliyeva arasında, borc və yığılmış faizlərlə bağlı hər hansı bir kreditor və borclu münasibətlərin olmasını istisna etməməklə yanaşı, Təqsirləndirilən şəxs tərəfindən məhz aldatma və etibardan suiistifadə etmək, yəni dələduzluq yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlakının talanmasını məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini vurğulayır. Məhkəmə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, eləcə də digər sənədləri tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Məhkəmə yekun qərar – bəraət hökmü çıxararkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 27-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X4rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X8 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarı ilə, həbs etmənin əvvəli 31 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri semilmiş və o, həmin müddətdən fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs baraət verilməsi ilə bağlı onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməli və o, həmin Məcəllənin 357.0.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması ona izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, həbsdən dərhal azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar