Məhkəmə qərarları › İş №1(124)-70/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-70/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-70/2023 01.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin hüquqi varisi - X1, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 Saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1959-cu il tarixdə Şamaxı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 2013-cü ildən öz ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayan oğlu Zərərçəkmiş şəxs1 öz ailəsinə lazımi diqqət və qayğı göstərmədiyinə görə gəlininin nəvələri ilə birlikdə 2021-ci ilin may ayından küsüb Qobustan rayonunun Təklə kəndinə, atası evinə getdiyindən oğlunun öz arvadı ilə barışmaq üçün lazımi səy göstərməməsi səbəbindən, eyni zamanda oğlu Zərərçəkmiş şəxs1 başqa qadınla münasibət saxlaması qənaətinə gələrək, sonuncuya 2021-ci ilin dekabr ayının əvvəllərində öz iradlarını bildirməsi və şillə ilə vurmasından sonra, 2021-ci ilin oktyabr ayından etibarən oğlu ilə birlikdə yaşayan arvadı Zərərçəkmiş şəxs2 bu münaqişədə oğlunun tərəfini tutmasından və hər ikisinin ondan küsməsindən əsəbləşib, oğlunun ailəsinin dağılmasında təqsirkarın oğlunun özü olması qənaətinə gələrək həm oğlunu, həm də oğlunun tərəfini saxlayıb ondan küsən arvadı Zərərçəkmiş şəxs2 öldürmək qərarına gəlmiş, bu məqsədlə 18 dekabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan məişət əşyalarının saxlanıldığı şkafdan dəstəyinin uzunluğu 320 mm, tiyəsinin ümumi ölçüsü 165x118mm, ümumi uzunluğu 370 mm olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı baltanı götürüb saat 15 radələrində oğlunun və arvadının yaşadığı ünvan 2 ünvanına gəlib darvazanı döydükdə qapını açan arvadı Zərərçəkmiş şəxs2 onu görüb, heç bir söz demədən arxasını ona çevirərək evə doğru gedən zaman əlində olan balta ilə ona başın sağ təpə gicgah nahiyəsinin dərialtı hematoması və sağ gicgah əzələsinə qansızma kimi sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarət yetirdikdən sonra sonuncunun yıxılaraq yerdə hərəkətsiz qaldığını görüb öldüyünü zənn edərək, cinayət əməllərini davam etdirib həmin vaxt evdə olan oğlu Zərərçəkmiş şəxs1 da öldürmək məqsədi ilə evə daxil olmuş, evin yataq otağında olan Talehə yaxınlaşıb ona əlində olan balta ilə sol saidin 1 (bir) ədəd və sol əlin bükücü vətərinin zədələnməsi ilə nəticələnmiş 1(bir) ədəd çapılmış yaraları kimi sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirdikdən sonra sonuncu çevik davranıb baltanı onun əlindən alıb qaçaraq həyətə çıxan zaman anasının yerdə hərəkətsiz olduğunu görüb, özünü itirərək baltanı atması və anasının vəziyyəti ilə maraqlanmasından istifadə edib, o, evin mətbəxinə keçərək tiyəsinin uzunluğu 118 mm, dəstəyinin uzunluğu 117 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürərək yenidən həyətə çıxıb Zərərçəkmiş şəxs1 yaxınlaşıb müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, ona xüsusi ağrılar yetirdiyini dərk etməklə, əlindəki bıçaqla sonuncunun həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyəsindən, yəni döş qəfəsindən 8 xəsarət yetirməklə ona daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı və aşağı paylarının zədələnməsi ilə nəticələnmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, həmçinin döş qəfəsinin ön səthinin sağ yarısının 1(bir) ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin 6 (altı) ədəd daxilə nüfuz etməyən sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 atasının onu öldürəcəyini başa düşdüyündən küçəyə qaçdıqda onun arxasınca küçəyə çıxıb ətrafda insanların yığışdığını görərək yenidən həyətə daxil olub arvadı Zərərçəkmiş şəxs2 yerdə xırıldadığını görüb, sonununcunun ölmədiyini başa düşərək onu öldürmək niyyətini başa çatdırmaq məqsədi ilə ona qarşı müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib əlindəki bıçaqla arvadının boğaz nahiyəsini kəsməklə və zərbələr endirməklə həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən, yəni boyun nahiyəsindən 4 ədəd, sağ yanaq nahiyəsindən 1 ədəd, sol qarınüstü nahiyəsindən 1 ədəd xəsarət yetirməklə boyun nahiyəsinin xarici yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarasının və sol qarınüstü nahiyənin daxilə nüfuz edərək qaraciyəri dəlib keçən deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmədən ölümünə səbəb olan boyun nahiyəsinin ön sol yan hissəsinin 1 (bir) ədəd kəsilmiş yarası, sol qarınüstü nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, həmçinin boyun nahiyəsinin ön səthinin 1 (bir) ədəd, boyun nahiyəsinin ön səthinin sol yarısının 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik, habelə boyun nahiyəsinin və sağ yanaq nahiyəsinin səthi kəsilmiş yaraları kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmiş, həmçinin atasının onu öldürəcəyini bilən Zərərçəkmiş şəxs1 evdən çıxaraq küçəyə qaçması, daha sonra isə sonuncunun qısa müddətdə tibb müəssisəsinə çatdırılaraq ona ixtisaslı yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürmək niyyətini başa çatdırmamaqla iki şəxsi qəsdən öldürüb həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən və suallara cavab verməkdən imtina etmişdir. Əməlindən peşman olduğunu bildirmiş və bağışlanılmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 1984-cü ildə əmisi qızı Zərərçəkmiş şəxs2 ilə ailə həyatı qurmuş, bu nikahdan 2 oğlu (1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və 1987-ci il təvəllüdlü Elvin Əhmədov) dünyaya gəlmişdir. Oğlu Zərərçəkmiş şəxs1 2007-ci ildə həmkəndlisi Elza Ağagülova ilə ailə həyatı qurmuş, bu nikahdan onların iki övladı (Valeh və Ramal) dünyaya gəlmişdir. Taleh evləndikdən sonra təxminən 8 ay onlarla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 8, ev 32 ünvanında yaşamışdır. Talehin arvadı Elza onlarla yola getmədiyi üçün Taleh Elza ilə birlikdə kirayə evə çıxmışdır. Taleh kirayəyə çıxdıqdan təxminən 1-2 il sonra Elvin də bacısı qızı Aygün ilə ailə həyatı qurmuş, bu nikahdan onların 3 övladı (Günel, Nuray və Heybət) dünyaya gəlmişdir. Elvin öz ailəsi ilə birlikdə onlarla yaşamışdır. Elzanın onlarla yola getməməyinin səbəbi atası varlı olduğu üçün onları saymaması olmuşdur. Taleh bu münaqişələrdə onların tərəfində durmuşdur. Talehlə Elzanın evləndikləri ilk bir iki il ərzində ailədaxili münasibətləri normal olmuşdur. Daha sonra isə onlar yola getməməyə başlamışlar. Elza və Talehin bir-biri ilə yola getməmələrinin dəqiq səbəbini isə bilməmişdir. Elza və Talehin münasibətləri pozulmasın deyə 2013-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən ev almışdır. Elza və Taleh öz uşaqları ilə həmin evə köçdükdən sonra yenə də aralarında münaqişə səngiməmişdir. Bu münaqişələr səbəbindən Elza bir neçə dəfə uşaqları da götürərərək atası evinə yəni Qobustan rayonu, Təklə kəndinə getmişdir. Elza və Talehin aralarında olan münaqişə zamanı o və Elzanın böyük qardaşı Ramil Ağagülov ilə onları barışdırmağa çalışmışlar. Çünki oğlunun ailəsinin dağılmasını istəməmişdir. Sonuncu dəfə Elza 2021-ci ilin may ayında uşaqlarını da götürərək yenidən atası evinə getmiş və hazıradək orada yaşamışdır. Elza və Taleh arasında olan münaqişənin səbəbini soruşduqda Taleh Elzanın onun başqa qadınla münasibət saxlamasından şübhələndiyini demişdir. 2021-ci ilin oktyabr ayında mərhum arvadı ilə birlikdə bir müddət olduğu Təklə kəndindən Bakı şəhərinə gəlmişdir. Taleh yaşadığı evdə tək qaldığı üçün arvadı Bəsti Talehlə birlikdə sonuncunun yaşadığı evdə qalmağa başlamışdır. Dindar adam olduğundan Talehin başqa qadınla qeyri rəsmi münasibət saxlamasının əsaslı olduğu qənaətinə gəlmiş və bu ona pis təsir etmişdir. Bu səbəbdən hadisədən təxminən 10 gün əvvəl Bakı şəhəri, Ziya Bünyadov prospektində oğlu ilə münaqişə etmiş və ona başqa qadınla münasibət saxlamamasını öz ailəsinə sahib çıxmasını irad bildirərək ona iki dəfə şillə vurmuşdur. Həmin gündən sonra Bəsti ona soyuq münasibət göstərmiş, bu isə ona çox ağır təsir etmişdir. Çünki bir ana kimi Bəstinin oğlunun ailəsinə sahib çıxmasına dəstək verməməsi ona çox ağır təsir etmişdir. Qohum-əqrəba, cəmiyyət arasında belə bir biabırçılığın yaxşı qarşılanmadığını dərk etdiyindən oğlu Talehi və arvadı Bəstini öldürmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində günorta namazını qıldıqdan sonra yaşadığı evdə alətlərin olduğu şkafda olan qırmızı rəngli sapı olan baltanı götürüb şalvarın kəmərinə taxaraq gizlətmişdir. Həmin vaxt oğlu Elvin, gəlini Aygün, nəvələri Günel, Nuray və Heybət evdə olmuşlar. Nəvələri ilə görüşmüş və evdən çıxmışdır. Elvin hara getdiyini soruşduqda sonuncuya havasını dəyişmək üçün çölə çıxdığını bildirərək aldatmışdır. 3-cü mikrorayon dairəsi yaxınlığında 135 saylı marşrut avtobusuna minmiş, Xırdalan şəhərinə gəlmiş və “AAAF” yaşayış kompleksinin yaxınlığında düşmüşdür. Avtobusda olarkən baltanı belindən çıxarmış və polietilen torbanın içində əlində tutmuşdur. Avtobusdan düşdükdən sonra piyada Quşçuluq yaşayış massivi, Nizami küçəsində yerləşən fərdi yaşayış evinə getmiş və saat 15 radələrində həmin evə çatmışdır. Darvaza bağlı olduğundan qapını döymüş və qapını arvadı Bəsti açmışdır. Bəsti qapını açanda onunla danışmadığı üçün sağ əlində olan baltanın iti tərəfi ilə ona arxasından yəni ənsə nahiyəsindən vurmuşdur. Xatırladığı qədəri ilə balta Bəstinin saçında olan “zakolka”ya dəymişdir. Çünki həmin vaxt “zakolka” Bəstinin saçından ayrılaraq yerə düşmüşdür. Bəsti bu zərbədən həyətdə yerə kürəyi üstə yıxılmışdır. Bundan sonra evə daxil olmuş, evin yataq otağında uzanmış vəziyyətdə olan Talehə yaxınlaşmış və sonuncunu da öldürmək məqsədi ilə sağ əlində olan balta ilə onu vurmaq istəyərkən Taleh əlində olan baltanı tutmuş və evin içində yataq otağında birbirilərinə müqavimət göstərmişlər. Taleh ondan baltanı alaraq çölə qaçmışdır. Talehin arxasınca çölə çıxmışdır. Taleh çölə çıxanda anasını yerdə görəndə əlində olan baltanı yerə atmış və anasının yanına getmişdir. Bundan sonra evin mətbəxinə gedərək sapı açıq qırmızı rəngli olan bıçağı götürmüş və çölə çıxmışdır. Evin qapısının yanında, yəni yaşıl rəngli dəmir şkafların yanında mən Talehlə üzbəüz qalmışdır. Taleh “Ata biz neyləmişik, gəl bir-birimizi başa salaq” demişdir. Talehə heç bir cavab verməyərək sonuncunun sinəsindən bıçaqla bir neçə zərbə vurmuşdur. Bu zaman Taleh qışqırmış və qonşuları köməyə çağırmışdır. Qonşuların gəlməyinə mane olmaq üçün həyətin darvazasının cəftəsini içəridən bağlamışdır. Geri qayıtdıqda Taleh olduğu yerdən yaralı halda qaçaraq darvazanı açmış, küçəyə çıxmış və elə küçədə qonşuların yanında yerdə oturmuş vəziyyətdə qalmışdır. Elə həmin vaxt Bəstinin yerdə xırıldadığını görərək sonuncunun ölmədiyini başa düşmüş və əlində olan bıçaqla sonuncunun boğazını kəsmişdir. Bundan sonra səsə gələn qonşulara Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermələrini xahiş etmişdir. Yenidən həyətə qayıdaraq bıçağı həyətə atmış və əlini həyətdə yumuşdur. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və onu Abşeron RPİ-yə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində təxminən 15 ildir namaz qıldığını və dindar birisi olduğunu bildirmişdir. Oğlu Taleh hadisədən təxminən 10 gün əvvəl əziyyət çəkdiyi şəkər xəstəliyinə görə yaşadığı evdə yatmışdır. Bəsti həmin gün onun yaşadığı evə gəlmişdir. Bəstidən Talehin nəyə görə gəlmədiyini soruşduqda Bəsti Talehin işə getdiyini demişdir. Xəstə-xəstə Talehin həqiqətən işə gedib-getmədiyini maraqlanmaq üçün sonuncunun iş yerinə (Ziya Bünyadov prospektində yerləşən “Azərmaya” şirkətinə) getmiş və onun işə gəlmədiyini öyrənmişdir. Bu onda Talehin başqa qadınla qeyri-rəsmi əlaqə saxlaması şübhələrini artırmışdır. Bundan sonra Talehə iki dəfə şillə vurmuşdur. Çünki Talehin başqa qadınla əlaqə saxlamasının onun ailəsinin dağılmasının əsas səbəbi kimi görmüşdür. Talehə şillə vurduqdan sonra arvadı da onu danışdırmamışdır. 63 yaşı olduğunu və belə bir biabırçılığa dözmədiyini və bu hərəkəti etdiyini bildirmişdir. Talehə yalnız bıçaqla xəsarət yetirmiş, lakin neçə xəsarət yetirdiyini xatırlamamışdır. Xatırladığı qədər Talehin ön hissəsindən xəsarətlər yetirmişdir. Bəstinin yalnız boğazını kəsdiyini xatırlamışdır. Digər xəsarətləri necə yetirdiyini xatırlamamışdır. Həmçinin etdiyi əməldən çox peşmandır. Psixiatrik ekspertizadan keçirilərkən həkimlərə cinayəti necə törətməsinin yadında mənim olmadığını bildirmişdir. Lakin, bu cinayəti başqası yox o törətmişdir. Həkimlərdən başını aparatdan keçirilməsini, dərdinin müəyyənləşdirilməsini və müalicə tədbirinin görülməsini xahiş etmişdir. Bu xahişi etməkdə məqsədi gələcəkdə cəzaçəkmə müəsisəsində hər hansı belə hadisə törətməməsini istəməsi olmuşdur. Lakin həkimlər onun xahişini yerinə yetirməmişlər. Bir neçə ildir ki, gecələr yata bilməmişdir. Bu da psixologiyasına mənfi təsir göstərmişdir. Son hadisələr psixi vəziyyətini o qədər pozmuşdur ki, hadisəni indi xatırlamaqda çətinlik çəkir. Hadisəni törədərkən sanki yuxuda olmuşdur. (cild 1 i/v. . 77-80 cild 2 i/v78-81) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsin oğlu X3 ifadə verməkdən imtina edərək, atası Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin tələbinin olmadığını qeyd edərək, mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, 18 dekabr 2021-ci il tarixdə anası Zərərçəkmiş şəxs2 qəsdən öldürən və qardaşı Zərərçəkmiş şəxs1 xəsarət yetirən 1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs onun atasıdır. Atası anası ilə 1984-cü ildə ailə həyatı qurmuş, bu nikahdan 1985-ci ildə qardaşı Taleh və 1988-ci ildə o, dünyaya gəlmişdir. Təxminən 2005ci ilədək Təklə kəndində yaşamışlar. 2005-ci ildə isə ünvan 3 ünvanına köçmüşlər. Atası yanacaq doldurma məntəqəsində sürücülük edərək ailəsini dolandırmışdır. Mərhum anası Bəsti Heybətova isə evdar qadın olmuşdur. Qardaşı Taleh 2006-cı ildə qohumları Elza Ağagülova ilə ailə həyatı qurmuş, bu nikahdan onların 2 övladı (2007-ci il təvəllüdlü Valeh və 2008-ci il təvəllüdlü Ramal) dünyaya gəlmişdir. Elza və Talehin ailədaxili münasibətləri ilk evləndikləri dövrdə yaxşı olsa da, sonradan onların ailədaxili münasibətləri bilmədiyi səbəbdən pozulmuşdur. 2009-cu ildə Aygül Əhmədova ilə ailə həyatı qurmuş, bu nikahdan 3 övladı (2011-ci il təvəllüdlü Günel, 2012-ci il təvəllüdlü Nuray və 2016-cı il təvəllüdlü Heybət) dünyaya gəlmişdir. Elza və Taleh arasında münasibətlər pozulması səbəbindən Elza bir neçə dəfə uşaqları da götürərək Təklə kəndinə atası evinə getmişdir. Təxminən 2013-cü ildə Elza və Taleh uşaqlarla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Nizami küçəsində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. Həmin evi almaqda atasının məqsədi Elza və Taleh arasında olan münasibətlərin normallaşmasını istəməsi olmuş, onların ayrı evdə yaşamasına xeyir dua verməsi olmuşdur. Elza sonuncu dəfə uşaqları 2021-ci ilin may ayında götürərək yenidən Təklə kəndinə getmişdir. Taleh arvadının 2021-ci ildə sonuncu dəfə uşaqları da götürüb gedəndən sonra arvadı ilə barışmaq üçün heç bir təşəbbüs göstərməmişdir. Atası və anası yay fəslini adətən Təklə kəndindəki evlərində keçirmiş, sentyabr-oktyabr aylarında isə Bakı şəhərinə gəlmişlər. 2021-ci ilin oktyabr ayında atası və anası Bakı şəhərinə gəldikdən sonra hamının razılığı ilə anası Talehin evinə köçərək sonuncu ilə birlikdə yaşamağa başlamışdır. Taleh evdə tək olduğundan, işlədiyindən və şəkər xəstəsi olduğundan ona qayğı lazım olmuşdur. Atası anası Talehlə birlikdə qaldığı zaman 2-3 gündən bir onların yanına gəlib halları ilə maraqlanmış, onların arxasınca heç vaxt pis danışmamışdır. 18 dekabr 2021-ci il tarixdə saat 13 radələrində atası yaşadıqları evdən çıxan zaman onu görmüşdür. Atası ona hava almağa çıxdığını demişdir. Atasının hərəkətlərində heç bir qeyri-adi hərəkət görməmişdir. Saat 15 radələrində atası istifadəsində olan ********** saylı mobil nömrədən onun istifadəsində olan nömrəyə zəng edərək “ananla Talehi öldürmüşəm, gəl bura” demişdir. Bundan sonra Talehin mobil nömrəsinə zəng etsə də sonuncu zənglərə cavab verməmişdir. Bir neçə dəfədən sonra qonşulardan kimsə Talehin mobil telefonunu götürərək “tez gəl bura, burda qan su yerinə axdı” demişdir. Dərhal taksiya minərək qardaşı və anasının yaşadığı, hadisənin baş verdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Nizami küçəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Oraya çatdıqda prokurorluq və polis əməkdaşlarını orda görmüşdür. Anasının meyiti həyətin ortasında yerdə uzanmış vəziyyətdə olmuşdur. Orda Talehin də xəsarət alaraq Respublika Klinik Xəstəxanasına aparıldığını öyrənmişdir. Anasının meyiti müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təhvil verilmişdir. Anasının meyiti müayinə olunduqdan sonra isə onlara təhvil verilmiş və onu Təklə kənd qəbristanlığında dəfn etmişlər. Taleh isə bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmış və ev şəraitində müalicə almışdır. Elvin Əhmədov ifadəsində atası və anası arasında münasibətin həmişə normal olduğunu göstərmişdir. Atası və qardaşı arasında olan münasibət də həmişə normal olmuşdur.Taleh və Elza arasında olan münasibətlərin nə səbəbə görə korlanmasından heç bir xəbəri olmamışdır. Atasının belə hərəkəti nəyə görə etdiyini də bilməmişdir. Son bir il ərzində atası gecələr yuxusuzluqdan əziyyət çəkmişdir. Bəzən qeyri-adekvat hərəkətlər etmiş, cüzi səbəbə görə çox ciddi əsəbləşmiş və ciddi reaksiya göstərmişdir. Bir neçə dəfə atasının yuxuda mənasız bağırmalarının şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin oğlu Zərərçəkmiş şəxs1 ifadə verməkdən imtina edərək, atası Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin tələbinin olmadığını qeyd edərək, mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, 18 dekabr 2021-ci il tarixdə atası Təqsirləndirilən şəxs tərəfindən anası mərhum Zərərçəkmiş şəxs2 qətlə yetirilmişdir. Həmin gün atası ona də xəsarət yetirmişdir. 2007-ci ildə X6 ilə ailə həyatı qurmuş, bu nikahdan 2 övladı (2008-ci il təvəllüdlü Valeh Əhmədov və 2010-cu il təvəllüdlü Ramal Əhmədov) dünyaya gəlmişdir. 2013-cü ilədək öz ailəsi atası, anası və qardaşı Elvin ilə birlikdə ünvan 4 ünvanında yaşamışdır. Evləndikdən sonra arvadı ilə müəyyən münaqişələri yaranmışdır. Belə ki, arvadı ona tez-tez başqa qadınla münasibət saxladığını demiş, öz ailəsinə maddi kömək etmədiyini bildirmişdir. Arvadı həddindən artıq qısqanc olduğundan aralarında tez-tez mübahisələri olmuşdur. Bu səbəbdən Elza tez-tez uşaqları da götürərək Qobustan rayonu, Təklə kəndinə getmişdir. Elza həmçinin ona problemlərinin atası və anası ilə bir yerdə yaşamaqdan qaynaqlandığını bildirmişdir. Bu səbəbdən o, Elza və uşaqlar 2013-cü ildə ünvan 2 ünvanına köçmüşlər. Burda da yenə də Elza onunla yola getməmiş və tez-tez uşaqları da götürərək kəndə aparmışdır. Sonuncu dəfə Elza 2021-ci ilin may ayından uşaqları da götürüb Təkləyə aparmışdır. Atası və anası yay fəsli ərzində kənddə olduqlarından oktyabr ayında Bakı şəhərinə yaşadıqları evə gəlmişlər. 2021-ci ilin may ayından evdə tək qaldığından oktyabr ayında anası Bakıya gələndən sonra onunla birlikdə yaşamağa başlamışdır. Atası, Elvin və sonuncunun ailəsi isə Bakı şəhərində yaşamışlar. Elza atasına onun başqa qadınla münasibət saxladığını demiş və atasını və digər şəxsləri buna inandırmışdır. Halbuki başqa qadınla münasibət saxlamamışdır. Hadisədən təxminən 10 gün qabaq atası onu iş yerinin yaxınlığında görmüş və onun xəstə-xəstə evdən çıxdığını bildirərək başqa qadınla əlaqə saxladığını və bu səbəbdən öz ailəsinə baxmadığımı bildirmişdir. Bundan sonra iş yerinin qarşısında yəni Ziya Bünyadov prospektində yerləşən dayanacaqda ona şillə vurmuşdur. Bundan sonra atasını dindirməmişdir. Anası da onu camaat arasında şillə ilə vurduğuna görə atasından küsmüşdür. 18 dekabr 2021-ci il tarixdə saat 15 radələrində o və anası evdə olarkən qapı döyülmüş və anasından qapını açmasını xahiş etmişdir. Həmin vaxt evin qonaq otağında uzanaraq televizora baxmışdır. Təxminən 1 dəqiqə sonra atası əlində sapı qırmızı rəngli balta ilə içəri daxil olmuş və üzərinə yerimişdir. Atası balta ilə onu vurmaq istəyəndə atasının əlindən baltanı almağa çalışmış və bu zaman sol əlini balta kəsmişdir. Baltanı atasının əlindən alıb həyətə çıxmış və anasını həyətdə yerdə uzanmış vəziyyətdə görmüşdür. Bundan sonra baltanı həyətə atmış və anasının yanına getmişdir. Anasının səsi gəlməmişdir. Atası bu zaman arxasınca otaqdan çıxmışdır. Anasının başını qaldırmış və onun xırıldadığını eşitmişdir. Atası bu zaman sapı açıq qırmızı rəngli bıçaqla yenidən həyətə çıxmışdır. Atası bıçaqla ilk zərbələri kürək nahiyəsindən vurmuşdur. Daha sonra yaralandığından ondan aralanmaq istəmiş, lakin atası yaşıl rəngli dəmir şkafların yanında sinəsindən də bir neçə xəsarət yetirmişdir. Həmin vaxt qışqıraraq qonşuları köməyə çağırmışdır. Az sonra atasının əlindən çıxaraq küçəyə qaçmışdır. Həmin vaxt qonşular da səsinə küçəyə yığılmışlar. Üzbəüz darvazanın qarşısında küçədə çökmüşdür. Yavaş-yavaş özündən getməyə başlamış, lakin tam huşunu itirməmişdir. Bir neçə dəqiqə sonra atası küçəyə çıxmış və öz mobil telefonu ilə 102 xidmətinə zəng edib “Arvadımı və oğlumu öldürmüşəm, gəlin məni aparın” demişdir. Az müddət sonra polis əməkdaşları gəlmişlər. Onu qonşusu Zahidin avtomobili ilə Xırdalan şəhər X10 şöbəsinə aparmış, ordan isə X10 avtomobili ilə Respublika Klinik Xəstəxanasına aparmışlar. Bir neçə gün orda müalicə aldıqda sonra COVİD-19 pandemiyasına yoluxduğundan 21 dekabr 2021-ci il tarixdən ev şəraitində müalicə almağa başlamışdır. Zərərçəkmiş şəxs1 ifadəsində ailəsində problem yaradan şəxsin arvadı Elza olduğunu, başqa bir qadınla münasibəti olmadığını, Elzanın dediklərinə atası və digər şəxslərin də inandığını, anasının və onun atasından onu vurduğuna görə küsdüklərini, hadisə vaxtı kürəyindən, sinəsindən və sol əlindən xəsarət aldığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2007-ci ildən Xırdalan şəhəri, Nizami küçəsi, ev 122-də yaşamışdır. Zərərçəkmiş şəxs1 öz ailəsi ilə birlikdə 2013-cü ildən yaşadığı evin qonşuluğunda yerləşən evə köçmüşdür. Talehlə qonşu kimi yaxşı münasibəti olmuşdur. 18 dekabr 2021-ci il tarixdə saat 15 radələrində həyətdə siqaret çəkən zaman Talehin “kömək eləyin” səsini eşitmiş və dərhal Talehgilin üzbəüzdə yerləşən evlərinə daxil olmuşdur. Bu zaman yerdə tanımadığı bir qadını hərəkətsiz vəziyyətdə, Talehi isə qanlar içində həyətdə olan yaşıl rəngli şkafların qarşısında görmüşdür. Talehin qarşısında atası Təqsirləndirilən şəxs əlində bıçaq görmüşdür. Talehlə kişinin arasına girmiş və Talehi dartararaq küçəyə çıxarmışdır. Kişi yenidən əlində bıçaq arxalarınca küçəyə çıxmış və Talehə yenidən bıçaqla kürək nahiyəsindən xəsarət yetirmişdir. Kişini yenidən aralamış və Talehi üzbəüz evin darvazasının qarşısına aparmışdır. Kişi yenidən əlində bıçaq evə daxil olmuşdur. Talehin yaralarını sarımaq üçün evdən əski gətirmiş və 103 xidmətinə zəng etmişdir. 2-3 dəqiqədən sonra Ağaməhəmməd əliboş vəziyyətdə küçəyə çıxmışdır. Qonşulardan kimsə AR DİN-nin 102 xidmətinə zəng edərək olanları bildirmişdir. Bir müddətdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bundan sonra Taleh qonşusu Zahidin “Mercedes” markalı avtomobili ilə X10 xəstəxanasına aparılmışdır. Daha sonra hadisə yerinə prokurorluq əməkdaşları gəlmişlər. Talehgilin evinə daxil olduqda qadını yenə yerdə hərəkətsiz vəziyyətdə qanlar içində görmüşdür. Həmin qadının Talehin anası Zərərçəkmiş şəxs2 olduğunu hadisədən sonra bilmişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs isə bir neçə dəfə Talehgilə gələndə görmüşdür. Talehə xəsarət yetirməsinin birbaşa şahidi olmuş, sonuncunun anasına isə xəsarət yetirməsinin şahidi olmasa da onun qanlar içində yerdə hərəkətsiz uzanmasını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2009-cu ildə X3 ilə ailə həyatı qurmuşdur. Evləndikdən sonra Elvinin atası Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs həm də onun doğma dayısıdır. Ailədaxili münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs öz ailəsinə, oğullarına, nəvələrinə qayğı göstərən bir şəxs olmuşdur. Talehlə Elza evləndikdən sonra bir-biriləri ilə yola getməmiş və bu münaqişələrə görə Elza övladlarını (Valeh və Ramal) götürərək Qobustan rayonu, Təklə kəndində getmişdir. Elza hər dəfə ayrılanda qaynatası gedib onu gətirmiş və Talehlə Elzanı barışdırmışdır. Son dövrlərdə Elza və Talehin münasibətləri daha da kəskinləşmiş və Elza 2021-ci ilin may ayında övladlarını da götürüb yenidən Təklə kəndinə getmişdir. Qaynatası yenə də onları barışdırmaq istəsə də buna nail olmamışdır. Bildiyi qədər onların ayrılma səbəbləri də bu olmuşdur. Elza sonuncu dəfə getdikdən sonra qaynatası buna çox pis olmuş, bu barədə öz iradlarını da Talehə bildirmişdir. Lakin nə Elza, nə də Taleh bu məsləhətlərdən bir nəticə çıxarmamış, bu səbəbdən də barışmamışlar. Qaynatası da nəvələrinin başqa yerdə böyüməsinə görə xiffət çəkmiş və Talehdə də günah görmüşdür. Qaynanası mərhum Zərərçəkmiş şəxs2 2021-ci ilin oktyabr ayında Taleh tək qaldığı üçün Xırdalan şəhərində sonuncu ilə birlikdə yaşamağa başlamışdır. Qaynatasının son günlər hərəkətlərində heç bir qeyri-adilik hiss etməmişdir. 18 dekabr 2021-ci il tarixdə saat 14 radələrində qaynatası nahardan sonra gəzmək istədiyini deyərək evdən çıxmışdır. Elvin və uşaqlar da həmin vaxt evdə olmuşlar. Saat 15 radələrində Elvinə zəng gəlmiş və sonuncu həyəcanlanmışdır. Elvin zəng eləyənin atası olduğunu və atasının ona “ananı və qardaşını öldürmüşəm, gəl” dediyini bildirmişdir. Bundan sonra Elvin tez evdən çıxmış və Xırdalan şəhərinə getmişdir. Təxminən 30 dəqiqə sonra Elvin zəng edərək qaynatasının qaynanası Zərərçəkmiş şəxs2 öldürdüyünü, Talehə isə xəsarət yetirdiyini və sonuncunun xəstəxanaya aparıldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 18 dekabr 2021-ci ildə ünvan 5 ünvanında arvadı Zərərçəkmiş şəxs2 qətlə yetirən, oğlu Zərərçəkmiş şəxs1 isə bıçaqla xəsarət yetirən 1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs doğma dayısıdır. Həmçinin bacısı Aygün Təqsirləndirilən şəxs digər oğlu Elvin Əhmədovun arvadıdır. Bacısı Aygüngillə birlikdə yaşamışdır. Çünki həmin vaxt Bakı şəhərində iş tapmışdır. Aygün, Elvin, onların uşaqları, dayısı Ağaməhəmməd və sonuncunun arvadı Zərərçəkmiş şəxs2 ilə bir evdə yaşamışlar. 18 dekabr 2021-ci il tarixdə saat 16 radələrində bacısı Aygün zəng edərək Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində hadisə törətdiyini demişdir. Bundan sonra dərhal evdən çıxıb bacısıgilə getmişdir. Bacısıgilə çatdıqda Aygün dayısının arvadı Zərərçəkmiş şəxs2 öldürdüyünü, oğlu Zərərçəkmiş şəxs1 isə xəsarət yetidiyini, sonuncunun xəstəxanaya yerləşdirildiyini bildirmişdir. Gecəni Talehin yanında xəstəxanada qalmışdır. Dayısı arvadı Bəstinin meyiti isə Qobustan rayonu, Təklə kəndinə dəfn edilmişdir. Şahid2 məhkəmdə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, 2007-ci ildə Zərərçəkmiş şəxs1 ailə həyatı qurmuş, bu nikahdan iki övladı (2008-ci il təvəllüdlü Valeh və 2010-cu il təvəllüdlü Ramal) dünyaya gəlmişdir. Evləndikdən sonra bir müddət Talehlə Bakı şəhərində kirayədə yaşamışlar. Evliliklərinin ilk dövründə isə Talehin atası, anası və qardaşı ilə onların yaşadıqları evdə birlikdə yaşamışlar. Ailədaxili münasibətləri normal olmuşdur. Nə Talehin atası Təqsirləndirilən şəxsla, nə də anası Zərərçəkmiş şəxs2 ilə problemi olmamışdır. Taleh və o övladları ilə birlikdə 2013-cü ildə ünvan 5 ünvanına köçmüşlər. Həmin evi Təqsirləndirilən şəxs almışdır. Talehlə aralarında son dövrdə ciddi ailə münaqişələri yaranmağa başlamışdır. Bu səbəbdən tez-tez Talehdə ayrılıb uşaqlarını da götürərək atası və qardaşlarının yaşadığı Qobustan rayonu, Təklə kəndinə gəlmişdir. Ağaməhəmməd kişi həmişə onları barışdırmağa çalışdırmışdır. Lakin mərhum qaynanası Zərərçəkmiş şəxs2 isə buna cəhd etməmişdir. Talehlə ayrılmağına səbəb sonuncunun öz ailəsinə lazımi diqqət göstərməməsi olmuşdur. Bununla bağlı ağsaqqal kimi Ağaməhəmmədə müraciət etmişdir. Ağaməhəmməd Talehə nə qədər öyüd nəsihət versə də sonuncu bundan nəticə çıxarmamışdır. Sonuncu dəfə 2021-ci ilin may ayında övladlarını da götürüb Təklə kəndinə gəlmişdir. Bundan sonra da Ağaməhəmməd onları barışdırmağa cəhd etsə də Taleh lazımi nəticə çıxarmadığından heç bir barışıq olmamışdır. 18 dekabr 2021-ci il tarixdə saat 16 radələrində qardaşı Vüsal Təqsirləndirilən şəxs Xırdalan şəhərində yerləşən evlərində arvadı Bəstinin boğazını kəsib öldürdüyünü, Talehə isə ağır xəsarət yetirdiyini demişdir. (cild 1 i/v.11-15) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqıda xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evi və həmin evin həyətidir. (cild 1 i/v.4-18) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2021-ci il tarixli 3069 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – sağ əlin ön səthinin səthi kəsilmiş yarası iti kənara malik alətin (əşyanın) təsirindən törənmişdir. xx.xx.2021-ci il tarixdə əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərərvurmayan xəsarət olduğunu üçün dərəcəsi təyin edilmir. (cild 2 i/v.199-200) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 65 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər – daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı və aşağı paylarının zədələnməsi ilə nəticələnmiş 1 (bir) ədəd; döş qəfəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin 6 (altı) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (əşyanın) təsirindən, eləcə də sol saidin 1 (bir) ədəd və sol əlin bükücü vətərinin zədələnməsi ilə nəticələnmiş 1 (bir) ədəd çapılmış yaraları çapıcı xarakterli alətin təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə qeyd olunan nahiyələrdən döş qəfəsinin ön və arxa səthinə ekspertizaya təqdim edilmiş bıçaqla, sol yuxarı ətrafa isə ekspertizaya təqdim edilmiş balta ilə vurulma nəticəsində yarana bilərdilər. Qeyd olunan xəsarətlərdən: daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının, plevra boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı və aşağı paylarının zədələnməsi ilə nəticələnmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Döş qəfəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin 6 (altı) ədəd daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yaraları deşici-kəsici alətin (əşyanın) təsərindən, eləcə də sol saidin 1 (bir) ədəd və sol əlin bükücü vətərinin zədələnməsi ilə nəticələnmiş 1 (bir) ədəd çapılmış yaraları dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aiddirlər. (cild 2 i/v.201-206) Məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 150 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1. Boyun nahiyəsinin ön sol yan hissəsinin kəsilmiş yarası (7,5x1,5 sm ölçüdə) Yara köndələn və azacıq çəp istiqamətdədir, hər iki ucu itidir. Yara boyunca xarici yuxu arteriyası və yumşaq toxumalar kəsilmişdir. Yara boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 2. Sol qarınüstü nahiyənin deşilmiş kəsilmiş yarası (1,9x0,7 sm ölçüdə). Yara kanalı periton boşluğuna nüfuz edərək qaraciyərin kiçik payını dəlib keçir. Yara kanalının dərinliyi 7-8 sm-dir, istiqaməti öndən-arxaya, azacıq aşağıdan-yuxarı və soldansağa doğrudur. Yaranın yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 3. Boyun nahiyəsinin ön səthinin deşilmiş kəsilmiş yarası (1,6x0,5 sm ölçüdə). Yaranın yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalının dərinliyi 3,5 sm-dir, istiqaməti sağdan-sola və azacıq aşağıdan-yuxarıya, öndən-arxaya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 4. Boyun nahiyəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası (1,5x0,3 sm ölçüdə). Yaranın yuxarı ucu iti, aşağı ucu isə kütdür. Yara kanalının istiqaməti öndən-arxaya, soldan sağa və bir qədər aşağıdan-yuxarıya doğrudur, yara kanalının dərinliyi 3 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. 5. Boyun nahiyəsinin ön səthinin səthi kəsilmiş yarası (1,2x0,2sm ölçüdə). Yaranın hər iki ucu itidir, boylama və azacıq çəp istiqamətdə yerləşmişdir. 6. Sağ yanaq nahiyəsinin səthi kəsilmiş yarası (0,9x0,3 sm ölçüdə). Yaranın hər iki ucu itidir, köndələn çəp istiqamətdə yerləşmişdir. 7. Başın sağ təpə gicgah nahiyəsinin dərialtı hematoması və sağ gicgah əzələsinə qansızma. Qeyd edilən xəsarətlər həyatidirlər. Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Qeyd edilən xəsarətlərdən boyun nahiyəsinin xarici yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarası və sol qarınüstü nahiyənin periton boşluğuna nüfuz edərək qaraciyərin kiçik payını dəlib keçən deşilmiş-kəsilmiş yarası hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə, boyun nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları və başın sağ təpə gicgah nahiyəsinin dərialtı hematoması və sağ gicgah əzələsinə qansızma xəsarətləri isə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər. Digər xəsarətlər isə yəni boyun və sağ yanaq nahiyəsinin səthi kəsilmiş yaraları sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlərdən deşilmiş kəsilmiş yaralar iti kənarlı əşyanın (alətin) təsərindən, başın sağ təpə gicgah nahiyəsinin dərialtı hematoması və və sağ gicgah əzələsinə qansızma xəsarəti isə bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb – boyun nahiyəsinin xarici yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan kəsilmiş yarasının və sol qarınüstü nahiyənin daxilə nüfuz edərək qaraciyəri dəlib keçən deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2021-ci il tarixdə saat 18:00-dan) 3-5 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar ülgücü və kafi dərəcədə biruzə olan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, meyitdə aşkar olunmuş xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gəlmələri mümkündür. Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmişbaşın sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması və sağ gicgah əzələsinə qansızma xəsarətinin ekspertizaya maddi sübut qismində təqdim olunmuş baltanın küp hissəsi ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilməsi mümkündür. Zərərçəkmiş şəxs2 xəsarətlər yetirilərkən o ayaqüstü, yarımoturaq, oturaq və uzanmış vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və mütamfetamin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 2 i/v.207-215) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbibioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 10/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu A beta (H)/İİ/-dir. Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qan qrupu A beta (H)/İİ/-dir. Ekspertizaya təqdim edilmiş balta, bıçaq, 06 ədəd pambıq topası (1,3,4,6,7,8 nömrə ilə işarlənmiş), hadisə yerindən götürülmüş papaq, Zərərçəkmiş şəxs2 məxsus qolsuz jilet, uzunqol xələt, kalqotka, qolsuz mayka, uzunqol jaket, məmədan, tuman və Zərərçəkmiş şəxs1 məxsus şalvar (idman tipli), qısaqol mayka, qolsuz mayka, şalvar (alt paltarı) üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanun qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə (şəxslərə), o cümlədən mərhum Zərərçəkmiş şəxs2 və ya eyni qruplu olan Zərərçəkmiş şəxs1 məxsus ola bilər (əgər sonuncunun qanında müşayiətçi H antiqeni vardırsa). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə üzərində zəif intensivliyində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi ezrə təyin olunduqda qrup antigenləri və aqqlyutininləri alınmadığı üçün onların qrup mənsubiyyətini müəyyən etmək mümkün olmadı. (cild 2 i/v.216-225) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbikriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 10/MTKŞ-2022 saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus xalatın ön səthinin sol yarısında bir ədəd, jaketin ön səthinin sol yarısında bir ədəd və yaxalığının ön səthində ortada bir ədəd, alt maykasının yaxalığının ön səthində ortada bir ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs2 məxsus paltarların (xalat, jaket və alt maykası) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik alətin (alətlərin) təqsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs2 məxsus jiletin, isti alt şalvarının, alt tumanının büsqalterin üzərində zədə aşkar edilmədi. Təqdim eilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ yarısında iki ədəd, köynəyin ön səthinin sol yarısında bir ədəd, arxa səthinin sol yarısında bir ədəd, arxa səthində altı ədəd deşilmiş-kəsilmiş zədələr, alt maykasının ön səthinin sağ yarısında iki ədəd, ön səthinin sol yarısında bir ədəd, arxa səthində altı ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs1 məxsus paltarların (köynəyin və alt maykasının) ön səthinin sağ yarısındakı iki ədəd, ön səthinin sol yarısındakı bir ədəd və arxa səthindəki altı ədəd deşilmiş kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində olan bir zədənin (bu zədəyə uyğun qolsuz alt maykasının quruluşundan asılı olaraq üzərində zədə əks olunmamışdır) həm də təqdim edilmiş baltanın tiyəsinin (dabancıq və ya buruncuq hissəsinin), həm də təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənməsi inkar edilmir. Zərərçəkmiş şəxs1 məxsus idman şalvarının və isti alt şalvarının üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir. Baltanın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. (cild 2 i/v.-226-234) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 506 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xaraktrerini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə) norma daxilindədir. Nümayişkaranəlik, eqosentrizm, başqalarının fikir və hislərinə önəm verməmək, öz istəklərini hər vasitə ilə reallaşdırmaq, özünə qarşı həddən artıq hörmət tələb etmək, öz vəziyyətini qabartmağa və situasiyanı öz xeyrinə yönəltməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb, aqressiya yaranmış, həmin halın yaranması xarakterik xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 2 i/v.31-36) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd bıçaq, 01 ədəd balta, Zərərçəkmiş şəxs2 məxsus boyun etiketində "XXXXL” hərfləri yazılmış, qara rəngli üzərində parlaq palıdı rəngli dairəvi ışları və iki ədəd cibi olan 01 ədəd xələt, boyun etiketində “HÜDAYİ by SLM” sözləri İmiş, boz rəngli üzərində qara rəngli naxışları olan, ön hissəsində 5 ədəd düyməsi və ədəd cibi olan 01 ədəd jilet, 01 ədəd qara rəngli isti alt paltarı, qara rəngli, boğaz hissəsi ıızı rəngli naxışı olan 01 ədəd jaket, açıq sarı rəngli, üzərində ürək formalı naxışları 01 ədəd alt paltarı (trusik), 01 ədəd qara rəngli qadın maykası, qara-sarı-ağ rəngli şları olan 01 ədəd məmədan, Zərərçəkmiş şəxs1 məxsus "NİKE” :alı 01 ədəd idman şalvarı, 01 ədəd qara rəngli isti alt paltarı, 01 ədəd ağ rəngli mayka, öş hissəsində “azərmaya” sözü yazılmış 01 ədəd boz rəngli qısaqol köynək, hadisə yerindən götürülmüş 01 ədəd boz rəngli papaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli, boyun etiketində “HERMES PARİS” sözləri yazılmış kurtka, 01ədəd qara rəngli şalvar, hadisə yerində olan qan ləkələrindən pambıq tampon vasitəsi ilə götürülmüş 1,3,4,6,7 və 8 rəqəmləri ilə işarələnmiş 06 ədəd nümünə maddi sübut kimi tanınaraq saxlanması üçün Abşeron rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”na təhvil verilmişdir. (cild 2, iş vərəqə 49-65) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müsbət xarakterizə edilmişdir. (cild 1 i/v. 188-194) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş tələbnamələrə alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər məhkum olunmamışlar. (cild 1 i/v. 171-176) Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 №-li qərarında göstərilmişdir ki, «Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur.» Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən hadisədən sonra könüllü Abşeron RPİ-nə gəlib təqsirini boynuna alması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 39, 88-91). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayon prokurorluğunda saxlanılan – Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd bıçaq, 01 ədəd balta, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd xələt, 01 ədəd jilet, 01 ədəd qara rəngli isti alt paltarı, 01 ədəd jaket, 01 ədəd alt paltarı, 01 ədəd qara rəngli qadın maykası, 01 ədəd məmədan, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şalvar, 01 ədəd alt paltarı, 01 ədəd mayka, 01 ədəd köynək, hadisə yerindən götürülmüş 01 ədəd papaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara kurtka, 01ədəd şalvar, hadisə yerində olan qan ləkələrindən pambıq tampon vasitəsi ilə götürülmüş 1,3,4,6,7 və 8 rəqəmləri ilə işarələnmiş 06 ədəd nümünə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 17 il 6 ay (on yeddi il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunda saxlanılan –01 ədəd bıçaq, 01 ədəd balta, 01 ədəd xələt, 01 ədəd jilet, 01 ədəd isti alt paltarı, 01 ədəd jaket, 01 ədəd alt paltarı, 01 ədəd qara rəngli qadın maykası, 01 ədəd məmədan, 01 ədəd şalvar, 01 ədəd alt paltarı, 01 ədəd mayka, 01 ədəd köynək, hadisə yerindən götürülmüş 01 ədəd papaq, 01 ədəd qara kurtka, 01ədəd şalvar, hadisə yerində olan qan ləkələrindən pambıq tampon vasitəsi ilə götürülmüş 06 ədəd nümünə məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar