Məhkəmə qərarları › İş №1(124)-70/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-70/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-70/2025 12.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Nizami oğlunun sədrliyi, X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə, qəti olaraq isə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətinə azadlıqdan məhumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Cəlilabad rayonu, Göytəpə şəhəri, Pişəvəri küçəsi ev 24-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 yanvar 2024-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Göyçə” otelin yaxınlığında, həmin oteldən çıxan Zərərçəkmiş şəxs yaxınlaşıb, üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçağı sonuncunun qarın nahiyəsinə dirəyib həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq edəcəyi hədəsi ilə bağlı basqın edərək Zərərçəkmiş şəxs şalvarının sağ yan cibindən daxilində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 550 manat dəyərində “Samsung Galaxy АЗ1” markalı mobil telefonunu və gödəkçəsinin yuxarı cibindən 20 manat pulunu çıxarıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 575 manat ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki,ittiham aktı ona gəlib çatdığı zaman ittiham aktında olan ifadəsində bəzi şeylərin düzgün yazılmadığını görmüşdür. 10 yanvar 2024-cü il tarixində saat təxminən gecə 11-12 radələrində əvvəllər tanıdığı Şahid2 evində qonaq olmuşdur. Gecə hardasa bir ya da iki radələrində Şahid2 ondan zərərçəkmiş şəxslə otelə gedib-gəlməyi xahiş etmişdir. O da onunla razılaşmışdır. Bolt şirkətindən taksi sifariş etmişdir. Həmin taksinin nömrəsi onda vardır. Taksiyə oteldən geri qayıtmaq istiqaməti ilə sifariş verilmişdir. Taksi geri qayıdanda ondan pul almasın deyə taksidə əyləşib gözləyəcəkmiş. Otelin girişində kameralar olmuşdur. 18 nömrəli təhlükəsizlik şəhər kamerası olmuşdur. Otelin həyətində taksidə əyləşib gözləmişdir. Şahid1 sosial şəbəkə vasitəsi ilə ona zəng etmişdir. O, telefonla danışa-danışa gedəndə telefonda onun pul qabısını götürən şəxsi dayandır demişdir. Zərərçəkmiş şəxs əvvəldən tanımamışdır. Onunla əvvəllər ünsiyyəti olmamışdır. O, yuxarı qalxanda zərərçəkmiş şəxsi görmüşdür. Zərərçəkmiş şəxs aşağı düşəndə Şahid1 xahişi ilə o da aşağı düşmüşdür. 20-30 metr aralanmamışdır. İfadəsində göstərdiyi və eyni zamanda zərərçəkmiş şəxsin öz ifadəsində göstərdiyi kimi zərərçəkmiş şəxsə yaxınlaşmışdır. Zərərçəkmiş şəxsə “zəhmət olmasa otelə geri qayıdın” demişdir. Şahid1 pul qabısını götürdüyünü ona bildirmişdir. Zərərçəkmiş şəxs də öz növbəsində ona hədə gəlindiyini demişdir. Onun nağd pulunun alındığını bildirmişdir. Polisə şikayət edəcəyini ona demişdir. O da zərərçəkmiş şəxsə geri qayıdıb Şahid1 onun pul qabısını götürmədiyini bildirməsini demişdir. Bu halı zərərçəkmiş şəxs öz ifadəsində də göstərmişdir. İlk olaraq zərərçəkmiş şəxs ona yumruq atmışdır. Ondan sonra onunla əlbəyaxa olmuşlar. Onunla əlbəyaxa olmağı cinayət işinin materiallarında da vardır. Maddi sübut kimi götürülmüşdür. Onun çiyin çantası olmuşdur. Onu dartmışdır. Həmin çanta və telefonu da yerə düşmüşdür. O, yıxıldığı yerdə zərərçəkmiş şəxs ona yumruq atmışdır. O, yerdən qalxanda zərərçəkmiş şəxs qaçmışdır. O, zərərçəkmişin telefonunu və öz çantasını götürmüşdür. O, bu halı üzləşdirmədə desə də, üzləşdirmə protokolunda müstəntiq o halı qeyd etməmişdir. O, zərərçəkmişin arxasınca “gəl telefonu götür” deyə bir neçə dəfə qışqırmışdır. O, telefonu götürmədən qaçıb getmişdir. O, otelin qarşısına qayıtmışdır. Taksiyə əyləşdmiş və 28 May M/S-nın yaxınlığına qayıtmışdır. O, yerə yıxıldığına görə üzəri toz olmuş, evə girəndə üzərinin nə üçün toz olduğunu soruşmuşlar. Üzərini təmizləyə-təmizləyə üzərinin nə üçün toz olduğunun açıqlamasını vermişdir. Müştəri ilə əlbəyaxa olduğunu demişdir. Telefonunun yerə düşdüyünü, zərərçəkmiş şəxsə məxsus olan telefonu göstərərək, həmin telefonun ona məxsus olduğunu demişdir. Həmçinin onlara zərərçəkmiş şəxsə zəng edərək, onun telefonunu geri qaytarmaqlarını tapşırmışdır. O, bu sözləri Şahid2 demişdir. Hətta onlara “telefonu verə bilməsəniz Abşeron rayon Polis İdarəsinə yaxınlaşarsız” demişdir. Şahid2 həmin evdə kirayədə yaşamışdır. Zaur adlı şəxs ev sahibidir. Zaur adlı şəxs bu telefonun ona çatmasını deyərək Şahid2 telefonu almışdır. Həmin an zərərçəkmiş şəxsin telefonuna zəng gəlmişdir. Telefona zəng edən Abşeron rayon Polis İdarəsinin əməkdaşı olmuşdur. Zəng edən şəxs adının Bəxtiyar olduğunu bildirmişdir. Cinayət axtarış şöbəsinin əməliyyatçısı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsə məxsus olan mobil telefonu götürdüklərini və geri qaytarmaq istədiklərini bildirmişlər. O da heç bir şikayətin olmayacağını demişdir. Şahid2 ilə o, həmin telefonu taksi ilə göndərmək üçün çox çalışmışlar. Zaur adlı şəxs telefonu özündə bir az saxlamışdır. Onu Abşeron rayon Polis İdarəsinə çağırdıqlarına görə Abşeron rayon Polis İdarəsinə getmək üçün evdən çıxıb getmişdir. Üzərindən üç və ya dörd gün sonra ona zəng gəlmişdir. Zəng Abşeron rayon Polis İdarəsinin cinayət axtarış şöbəsindən gəlmişdir. Onu polis idarəsinə dəvət etdikləri üçün polis idarəsinə getmişdir. Birinci mərtəbədə Bəxtiyar adlı şəxslə danışmışdır. Bəxtiyar adlı şəxs ona “zərərçəkmiş şəxsə bıçaq çıxartmısan və quldurluqla təqsirləndirilirsən” demişdir. Hədə-qorxu ilə zərərçəkmiş şəxsin pulunu və telefonunu aldığını ona bildirmişdir. Məsələni olduğu kimi Bəxtiyar müəllimə danışmışdır. Bəxtiyar müəllimin otağında girişdə uzun bir şkaf olmuşdur. Bəxtiyar müəllim könüllü gəldiyi üçün ona kömək edəcəyini demişdir. O, Bəxtiyar müəllimə məhkumluğunun olmadığını demişdir. Bəxtiyar müəllim ona “oradan bıçağı ver” demişdir. Əlinin bıçağa dəyməməsi üçün köynəyinin qolu ilə bıçağı götürmüşdür. Bəxtiyar müəllim ondan bıçağı köynəyinin qolu ilə götürməsinin səbəbini soruşmuşdur. Bundan sonra ona “sənin istifadə etdiyin bıçağı gec və ya tez tapacağam” demişdir. Ümumiyyətlə, o, üzərində bıçaq gəzdirməmişdir. Həmçinin zərərçəkmiş şəxsin üzərinə bıçaq çıxarmamışdır. Onu müstəntiqin yanına aparmışlar. Abşeron rayon Polis İdarəsinin dindirmə otağında üzləşdirmələri həyata keçirilmişdir. O, zərərəçəkmiş şəxsə üzünə ona bıçaq çıxarmadığını bildirmişdir. O, hərbçi olmuşdur. Tutulana qədər fərqli işlərdə işləmişdir. Zərərçəkmiş şəxsi ilk dəfə otelin qarşısında görmüşdür. İstintaq zamanı da adını bilmişdir. Zərərçəkmiş şəxs Özləm adlı şəxslə görüşə getmişdir. Özləmin əsl adı Samirdir. Samiri o, istintaq zamanı tanımışdır. Həmin dövrə qədər xanım kimi tanımışdır. O, otelə Samirlə birlikdə getmişdir. O, zərərçəkmiş şəxsə xəsarət yetirməmişdir. Məhəmmədin Samirə nə qədər pul verməli olduğunu bilməmişdir. İstintaq zamanı 139 manat pul verməli olduğunu bilmişdir. Samir ona nə qədər ödəniş olunacağını deməmişdir. O, zərərçəkmiş şəxsin qarşısını kəsərək ondan pul tələb etməmişdir. Özləmin yəni Samirin xahişi ilə zərərçəkmiş şəxsə yaxınlaşmış və ona “xanımın ödənişini et” demişdir. O, ilkin ifadəsində pul qabı məsələsini göstərmişdir. Müstəntiqin yanında yazmışdır. O, istintaq dövründə müdafiəçi ilə təmin olunmuşdur. O, vəkili üzləşdirmə vaxtı görmüşdür. O, daha sonra oteldən yaşadığı evə getmişdir. Bəxtiyar adlı şəxs o, evə çatdıqdan 15 dəqiqə sonra zəng etmişdir. O, telefonu evə giriş edən kimi Şahid2 vermişdir. Elə o vaxtı Bəxtiyar adlı əməliyyatçı telefona zəng eləmişdir. Əməliyyatçıya da ev sahibi cavab vermişdir. Ev sahibi telefonu lazım olan ünvana gətirəcəyini bildirmişdir. İki gün sonra Bəxtiyar adlı əməliyyatçı yenidən zəng etmişdir. Əməliyyat qrupu ilə 28 May Metrostansiyasının yaxınlığına gəlmişlər. Məhəmmədin nömrəsini İlkin bilmişdir. O, İlkindən israrla telefonu aparıb verməsini tələb etmişdir. Ev sahibi telefonu götürəndə o, əsəbləşərək onlara “özünüz bilin, polis idarəsindən məni çağırsalar gedəcəyəm” demişdir. Onun əvvəllər oğurluq və hərbi işlə bağlı, yəni Azərbaycan Respublikası CM-in 337 və 177-ci maddələri ilə məhkumluğu olmuşdur. Onun qardaşı şəhid olmuşdur. Bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Ərizə ilə həmin sənədləri məhkəməyə göndərmiş, lakin çatıb-çatmadığını bilməmişdir. Onun qardaşı 2003-cü ildə xidmətdə olarkən şəhid olmuşdur. Həbsdə olduğu müddətdə Məhəmmədlə telefonla danışmışdır.. Müstəntiq ona “ilkin ifadəni dəyişdirə bilməzsən. İfadəni dəyişdirsən sənin özünə cinayət işi açılacaqdır” demişdir. Samirin cinsi azlıq olduğunu həmin gün bilmişdir. İlkinin cinsi azlıq nümayəndəsi olduğunu isə əvvəlcədən bilmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Samiri xanım kimi tanımışdır. O, Samiri cəmi iki dəfə görmüşdür. 5-6 ay Samiri tanımağına baxmayaraq onu iki dəfə görmüşdür. Samiri Özləm adı ilə tanımışdır. Şahid2 xahişi ilə gecə otelə getmişdir. Samirə görə otelə getməmişdir. O, İlkini müşayiət etmək məqsədi ilə otelə getməmişdir. Zərərçəkmiş şəxsin onunla düşmənçiliyi yoxdur. Abşeron rayon Polis İdarəsinin onunla düşmənçiliyi vardır. Bir dəfə də onu tutmuşlar. Cəlilabadda doğulmuşdur. 10 yaşından sonra Bakı şəhərində yaşamağa başlamışdır. Ofisantlıqla məşğul olmuşdur. O, Samiri normal vaxtından tanımışdır. Cinsi azlıq olmasını 6-7 ay olar öyrənmişdir. Zərərçəkmiş şəxsi polislər öyrətmişdir. Həmin vaxtı üzərində bıçaq olmamışdır. O, zərərçəkmiş şəxslə dalaşandan sonra otelin girişinə qayıtmışdır. Həmin vaxtı Şahid1 avtomobilin arxa oturacağında əyləşmişdir. O, zərərçəkmiş şəxslər dalaşdığını Samirə bildirmişdir. Şahid1 onun qulağına taksini birbaşa gəldikləri ünvana sürdürməməyi məsləhət görmüşdür. Onun bu sözü dəməkdə məqsədi onlar şikayətlə bağlı olmuşdur. Taksini Nərimov rayonuna sürdürmüşlər. Oradan da ayrı bir taksi ilə evə getmişlər. Şahid2 ona göndərdiyi səsdə Samirin zərərçəkmiş şəxsin ona pul vermədiyini bildirmişdir. İlkin ondan oteldə nə baş verdiyini soruşmuşdur. Onun otelə getməyindən Şahid2 xəbəri olmamışdır. Həmçinin otelə getməyində onun birbaşa göstərişi olmamışdır. Şahid1 taksiyə verməyə pulunun olmadığını bildirdiyi üçün onunla birgə getmişdir. Şahid1 ona “taksidə oturub gözlə, müştəridən pulu alandan sonra taksinin pulunu verək” demişdir. Şahid1 dediyinə əsasən onunla birlikdə getmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Şahid1 5-6 aydır ki tanıyır, Samir cinsi azlıqdır, “Özləm” adı ilə tanınır. 10 yanvar 2024-cü il tarixdə 03 radələrində Samirlə birlikdə Bakı şəhəri, 28 May m/s yaxınlığında kirayə yaşadıqları evdə olarkən əsl adı Şahid2 olan cinsi azlıq “Mila” Samirin müştəri ilə görüşə getdiyini, ona görədə onunla birlikdə getməyini xahiş etmişdir. İlkin telefonundan tətbiq vasitəsi ilə taksi çağırmış, “Toyota Prius” markalı dövlət nömrə nişanını xatırlamadığı taksi ilə Samirlə birlikdə Masazır qəsəbəsində yerləşən “Göyçə” otelin qarşısına gəlmiş, Samir maşından düşüb otelə girmiş, o da taksidə gözləmişdir. Təxminən 4-5 dəqiqə sonra Samir istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib müştərinin pulu vermədən oteldən çıxdığını demiş, o da adını sonradan bildiyi Zərərçəkmiş şəxs oteldən çıxdığını görüb onun arxası ilə getmiş, Məhəmməd oteldən çıxıb sağa doğru dönüb getmiş, Məhəmmədə çataraq ona xanımın ödənişini etmədiyini deyib otelə qayıtmasını istəmiş, Məhəmməd də pulu verdiyini bildirmişdir. O, Məhəmmədə otelə qayıtmağını, xanımın yanında pulu verdiyini təsdiq etməsini istəmiş, Məhəmməd etiraz edib onu itələyib yıxmış, o, ayağa qalxıb Məhəmmədi tutmuş, həmin vaxt aralarında mübahisə yaranmış, biri-birlərini tutub yaxalaşmış, mübahisə vaxtı Məhəmmədin telefonu cibindən düşmüş, Məhəmməd qaçıb getmiş, o, telefonu götürüb otelin qarşısına qayıtmış, taksiyə minib 28 May m/s yaxınlığındakı evə qayıtmışlar. Məhəmmədin “Samsung” markalı mobil telefonunu özünə qaytarılması üçün İlkin Balakişyevə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə xanım kimi bildiyi şəxslə danışaraq onunla 130 manata razılaşmışdır. Həmin şəxsi otelə dəvət etmişdir. O, həmin şəxsin cinsi azlıq nümayəndəsi olduğunu bilməmişdir. O, dəfələrlə ona cinsi azlıq nümayəndəsinin lazım olmadığını bildirmişdir. Onlar otelə avtomobillə üç nəfər gəlmişlər. Biri cinsi azlıq olmuşdur. Hava qaranlıq olduğuna görə onun cinsi azlıq nümayəndəsi olduğunu bilməmişdir. Otaqda onun cinsi azlıq nümayəndəsi olmasını başa düşmüşdür. Ona istəmədiyini bildirərək razılaşdıqları məbləği ona vermişdir. Üstündən bir dəqiqəyə yaxın vaxt keçmiş həmin şəxs ona “mənə heç bir şey verməmisən” demişdir. Telefonu götürərək kiməsə zəng etmiş və “məni burada incidirlər” demişdir. O, problem olacağını başa düşdüyü üçün otaqdan çıxmışdır. Otel ərazisindən çölə qaçmışdır. Həmin ərazinin arxa tərəfində bir küçə olmuşdur. Küçədə bir az qaçdıqdan sonra yavaş-yavaş getməyə davam etmişdir. Əvvəllər tanımadığı sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs onun arxasınca gəlmiş və yaxınlaşaraq əlində polis vəsiqəsinə oxşayan bir vəsiqə göstərmişdir. Sonra ona şöbəyə getməli olduqlarını bildirmişdir. Çiynində balaca bir çantası olmuşdur. Kəpənək formalı bıçaq əlində olmuşdur. Gecə olmasına baxmayaraq aydın formada görmüşdür. Həmin şəxs onun ciblərini yoxlamağa başlamışdır. 20 manat pul və eyni zamanda telefonunu götürmüşdür. Təqsirləndirilən şəxs onu arxadan remenindən tutaraq aparmaq istəmişdir. Bir az gedəndən sonra telefonu geri qaytarmasını ona demişdir. Daha sonra həmin şəxs yenə bıçaq çıxaranda onu vurmuşdur. Təqsirləndirilən şəxs zərbədən sonra yerə yıxılanda özü oradan qaçmışdır. Otelə gələndə onun üzərində 170 manat pul olmuşdur. Həmin pulun 130 manatını oteldə vermişdir. 20 manat pulu otelin otağına görə vermişdir. 20 manat pulu isə təqsirləndirilən şəxs özü götürmüşdür. Eyni zamanda telefonunu da götürmüşdür. Telefonunu qaytarmasını təqsirləndirilən şəxsdən istəyəndə qaytarmamışdır. O, daha sonra evə gedərək qardaşının telefonunu götürmüş və birbaşa şöbəyə getmişdir. Təqsirləndirilən şəxs həmin yerdə ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs onun ciblərini yoxlamış və daha sonra bıçağı çıxararaq nümayiş etdirmişdir. Masazırda Göyçə otelinə getmişlər. Girişdə otağı almışdır. Normal qaydada ödənişi etmiş və otağı götürmüşdür. Şəxsiyyət vəsiqəsini veribvermədiyini tam dəqiq xatırlamamışdır. Birinci otelə özü gəlmişdir. Onlar sonradan gəlmişlər. Otel sahibləri ondan heç bir şey soruşmamışlar. O, problem çıxarmasın deyə 130 manat pulu ona vermişdir. Cinsi azlıq olduğuna görə özünə təhqir kimi olmasın deyə pulu vermişdir. Təqsirləndirilən şəxs ona polis olduğunu deməsə də, ona vəsiqə kimi bir şey göstərmişdir. Hava qaranlıq olduğuna görə o, vəsiqəni görməmişdir. Bıçağı hansı cibindən çıxardığını görməmişdir. Təqsirləndirilən şəxs getdiyi istiqamət avtomobilə tərəf olmuşdur. Otel işçiləri orada olmamışdır. Onun özü hadisə yerindən uzaqlaşması üçün o yoldan istifadə etmişdir. Onun telefonu hələ də müstəntiqdədir. Hazırda şəhid qardaşı olduğuna görə ondan şikayəti yoxdur. Onun təqsirləndirilən şəxslə düşmənçiliyi olmamışdır. Həmin hadisəyə qədər o, yeddi ay ölkədə olmamışdır. Təxminən üç və ya dörd gün olar ki, ölkədə olmuşdur. Heç kim onu öyrətməmişdir. Hadisəni olduğu kimi danışmışdır. Həmçnin zərərçəkmiş şəxs ifadəsinin davamında təqsirləndirilən Təqsirləndirilən şəxs şikayətçi olmadığını onu bağışladığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə saat 03 radələrində “Telegram” şəbəkəsində pul qarşılığında görüşən xanım olduğunu qeyd edən profilin verdiyi ***-***-**-** saylı mobil nömrə ilə “whatsapp” ani mesajlaşma tətbiqində yazışaraq 130 manata razılaşmışlar. O, yazışanda həmin şəxsdən cinsi azlıq olub-olmadığını soruşmuş, o isə xanım olduğunu yazmışdır. Bundan sonra ona Masazır qəsəbəsində yerləşən “Göyçə” otelinə gəlməsini demişdir, Həmin gün saat 04:37də başqa bir nömrədən ***-***-**-** saylı nömrədən “whatsapp” tətbiqində ona sms yazıb otelə çatdığını demiş. O, otelin həyətində olarkən "Toyoto Prius” markalı avtomobil həyətə girmiş, sürücüdən başqa sağda bir sərnişin arxada isə xanım bildiyi şəxs əyləşdiyini görmüşdür. Hadisədən sonra adının Şahid1 olduğunu bildiyi şəxslə birlikdə otelin 2-ci mərtəbəsində yerləşən 18 saylı otağa qalxmış, otağa daxil olduqdan sonra o, həmin şəxsin xanım olmadığını, cinsi azlıq olduğunu başa düşmüşdür. Şahid1 ondan ödənişi istəmiş, o, pulu verməsə aşağıda maşında olan 2 nəfəri də çağırıb ona nəsə edəcəklərindən qorxub 130 manat pulu vermiş və həmin şəxsə əlaqədə olmaq istəmədiyini demişdir. Bu vaxt cinsi azlıq mobil telefonunu götürəndə o kimsəsə zəng etdiyini başa düşüb, pulunu da verdiyini problem çıxarmamasını söyləmiş, o isə pulunu vermədiyimi deyib, kiməsə zəng vurub 7-8 saniyə danışmış, danışığın məzmunu tam yadında qalmamış ancaq, “guya onunla əlaqədə olmaqdan imtina etmədiyindən onu təhqir etməyi” mənasında sözlər demiş, o, cinsi azlığın, maşında olan şəxslərdən birinə zəng etdiyini ehtimal etdiyi üçün qaçaraq otaqdan çıxmış, otelin qapısından keçib sağa tərəf ara yolla sürətli yerişlə gedərkən arxadan bir nəfər şəxsin gəldiyini hiss etmiş, arxaya çevrildikdə həmin şəxs ona “hara qaçırsan?” deyib əlində vəsiqə kimi nəsə göstərib, şöbəyə gedəcəklərini bildirmiş, o da dayanmışdır. Bundan sonra həmin şəxs ona yaxınlaşıb çiynində olan çantadan “kəpənək” bıçaq çıxarıb onun qarın nahiyəsinə dirəmiş, üstündə nə olduğunu soruşmuş, öz əliylə onun ciblərini yoxlayarkən gödəkçəsinin yuxarı cibində olan 20 manat pulu və şalvarının sağ yan cibində olan “Samsung АЗ1 markalı mobil telefonunu götürmüşdür. Digər ciblərini də axtarmış, ancaq heç nə tapa bilməmişdir. Sonra kəmərindən tutub onu otele tərəf aparmaq istəmiş, o, həmin şəxsə telefonunu qaytarmasını söyləmiş, həmin şəxs ona tərəf dönmüş, onu vuracağından ehtiyat edib yumruqla sinəsindən vurmuş, həmin şəxs yerə yıxılmış, yerə yıxılmış şəxsin sol əlində ona məxsus mobil telefon, sağ əlində isə bıçaq olmuşdur. Həmin şəxsi yerə yıxdıqdan sonra qaçıb oradan uzaqlamış, sonra isə Abşeron rayon polis idarəsinə gəlib polisə hadisə barədə məlumat vermişdir. Şəxsin tanınmaya təqdim edilməsi zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ona təqdim edilmiş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq məhz həmin şəxsin 10 yanvar 2024-cü il tarixdə ona qarşı bıçaqla zor tətbiq edib telefonunu və pulunu aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, O, 28 Mayda dostu ilə birgə yaşayır. Müştəri zəng etmiş və həmin müştəriyə özü getmişdir. Həmin gün Təqsirləndirilən şəxs qonaq gəlmişdir. Təqsirləndirilən şəxs ilə onun dostluğu olmamışdır. Təqsirləndirilən şəxs Şahid2 tanışıdır. Həmin gün Təqsirləndirilən şəxs onunla birlikdə otelə getmişdir. Daha sonra otelin içərisinə girmişdir. Zərərçəkmiş şəxslə onun yaxınlığı olmamışdır. Pulu vermişdir. Zərərçəkmiş şəxs ondan əvvəl çıxmışdır. Təqsirləndirilən şəxs onu avtomobildə gözləmişdir. O, zərərçəkmiş şəxslə görüşməyə getmişdir. Zərərçəkmiş şəxs ona təxminən 120 manat pul vermişdir. Sonra zərərçəkmiş şəxs onunla görüşmədən çıxıb getmişdir. Zərərçəkmiş şəxsin ona dediyi sözləri xatırlamamışdır. Zərərçəkmiş şəxslə onun arasında mübahisə olmamışdır. O, Təqsirləndirilən şəxs zəng etməmişdir. Həmin vaxt Sakitin üstündə mobil telefon olmamışdır. O, çölə çıxanda Sakitin avtomobildə olmadığını görmüşdür. Otelin həyətində dayanan taksiyə minmişdir. Taksi sürücüsündən Sakitin hara getdiyini soruşanda ona çölə çıxdığını və getdiyini demişdir. Həmin vaxtı az miqdarda yağış yağmışdır. Əvvəlcə avtomobilin şüşəsini az miqdarda aşağı endirmiş, daha sonra avtomobillə darvazaya tərəf getmişlər. Bir az qabaqda dayanaraq 15 dəqiqə avtomobilin içərisində taksi sürücü ilə Sakiti gözləmişlər. Sakit gəldikdən sonra çıxıb getmişlər. Zərərçəkmiş şəxslə aralarında mübahisə olduğunu Sakit ona deməmişdir. Evə çatanda zərərçəkmiş şəxslə aralarında mübahisə olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxsin telefonunun götürülməsini evdə bilmişdir. Sakitin onun telefonunu nə üçün götürdüyünü bilməmişdir. Bu barədə Sakit ona məlumat verməmişdir. Mübahisənin səbəbini də ona deməmişdir. Polislər onu müştəri adı ilə Hermes otelə çağırıb onu oteldən götürmüşlər. O, polislərə hadisəni törədənin özü oladığını bildirmişdir. Polislər ondan Sakitin harada olduğunu soruşmuşlar. Daha sonra polislərlə öz evinə getmişdir. Hadisədən sonra onu Hermes oteldən götürdüklərini xatırlamamışdır. Sakit hadisə günü evdən getmişdir. O, Sakitə zərərçəkmişin telefonunu qaytar demişdir. Daha doğrusu Şahid2 ona telefonu qaytar demişdir. Sakit telefonu nə üçün götürdüyünü onlara deməmişdir. O, Sakitə telefonun qaytarılması ilə bağlı bir məsləhət verməmişdir. O, Sakitə “gəl mənimlə otelə gedək” sözünü deməmişdir. Onun taksiyə verməyə pulu olmamışdır. O, görüşəcəyi şəxsin adını bilməmişdir. Otelin qapısının ağzında dayanan şəxsin göstərişi əsasında otağa getmişdir. O, Sakitin əlində kəsici və deşici bir alət görməmişdir. Sakitin çiynində çantası olmuşdur. Sakitin xarici görünüşündə qeyri-adi bir hal müşahidə etməmişdir. Zərərçəkmiş şəxs Şahid2 müştərisi olmuşdur. O, Sakitdə hər hansı bir xəsarətinin olmasını görməmişdir. O, Təqsirləndirilən şəxslə danışmamışdır. O, Şahid2 zəng etmişdir. O, kiməsə incidildiyini deməmişdir. Həmin vaxt onun hər iki telefonu da əlində olmuşdur. Onunla görüşə gələn zaman zərərçəkmiş şəxsin xanımla və ya onunla görüşməyə bilib-bilmədiyindən məlumatı olmamışdır. Normal bir şəkildə zərərçəkmiş şəxs otelin otağından çıxmışdır. Təqsirləndirilən şəxslə avtomobildə mübahisə haqqında danışmamışlar. Nərimanov rayonuna getmə səbəbləri dönər almaq olmuşdur. Tadım döner evinin yanına getmişlər. Daha sonra siqaret də almışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi beş ildir tanıyır. Zərərçəkmiş şəxsi ilk dəfə görür. O, həmin gün yatmışdır. Yatdığı zaman müştəri onun telefonuna zəng etmişdir. Zəng gələn nömrə onun adına olduğuna görə onun adı bu işdə keçmişdir. Onun heç bir şeydən xəbəri olmamışdır. Yuxudan oyananda Təqsirləndirilən şəxs gəldiyini görmüşdür. Sakitin əlində telefon görmüşdür. Telefonun sahibinə çatmalı olduğunu Sakitə demişdir. Həmin vaxtı Sakitin ağlı başında olmamışdır. Sahibinə telefonu vermək məqsədi ilə telefonu Sakitin əlindən almışdır. Həmin telefona gələn zəngə cavab vermiş, lakin telefona zəng edən şəxs telefonda səsini çıxarmamışdır. Ev sahibi də onlarla birgə yaşamışdır. O, otelə gedəndə ev sahibinə telefonu sahibinə verməklərini tapşırmışdır. Bir müddətdən sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları evə gəlmişlər. Polislərin onu axtardıqlarını bilmişdir. Abşeron rayon Polis İdarəsinə zəng etmişdir. Onlar yenidən evə gəlmişlər. Sakitin olduğu yeri axtarmışlar. Daha sonra Sakiti tapmışlar. Ondan hadisənin necə olmasını soruşmuşlar. O da ərizəsini vermişdir. Onun telefonu evdə ortalıqda olur və həmin telefona zəng gələn zaman ya özü, ya da dostu gedir. Sakitin əlində hər hansı bir kəsici və deşici bir alət görməmişdir. Təqsirləndirilən şəxs həmin günü otelə getməsində onun təşəbbüsü olmamışdır. Şəxs oteldə olan zaman onun telefonuna zəng gəlmişdir. Həmin günü Sakitin üzərində telefon olmamışdır. Sakitin harada olduğunu və Sakitin üzərində mobil telefonun olub-olmamasını soruşmuşdur. Ona zəng edən Şahid1 olmuşdur. Onun bildiyinə görə X12 müştərinin arxasınca qaçmışdır. Samir də ona görə Sakiti axtarmışdır. Özü Sakitin üzərində telefon olub-olmamasını bilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən Samirə ödəniş olunub-olunmamasını soruşmamışdır. Müştəri onun müştərisi olmuşdur. O bir problemin olub-olmamasını Samirdən soruşmuşdur. Sakitin özünə məxsus olan mobil telefon qırılmışdır. Nəyə görə qırıldığını bilməmişdir. Zərərçəkmiş şəxsə məxsus olan gödəkcənin nə rəngdə olduğunu xatırlamamışdır. O, İlkinin yatmasını görməmişdir. Şahid2 onların rəhbərləri olmamışdır. Müştəri onun nömrəsini bilməmişdir. Onlar birbirilərinin müştəriləri ilə də görüşürmüşlər. Təqsirləndirilən şəxs oteldən geri qayıdanda özündə olmamışdır. Sakitin geyimi toz-torpaq içərisində olmuş, sanki şəxs yerə yıxılmışdır. Həmin gün yağışlı gün olmuşdur. O, telefonu müştəridən pul vermədiyinə görə aldığını demişdir. Özü də fikirləşmədən hərəkət etmişdir. Ev sahibinə görə zərərçəkmiş şəxsin telefonu gec çatdırılmışdır. Ev sahibi mobil telefonu sahibinin özünün gəlib götürməsini demişdir. Onlar telefonun sahibi ilə əlaqə saxlaya bilməmişlər. Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə həmin günü otelə getmişdir. O, Sakitlə uzun müddət bir yerdə yaşamış, daha sonra ayrı-ayrı ünvanlarda yaşamışlar. Hazırda da ayrı-ayrı yaşayırlar. Müştərinin pul vermədən çıxıb getməsini Samir ona demişdir. Daha sonra da Təqsirləndirilən şəxs harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin gödəkcəsini də götürmüşdür. X12 zərərçəkmiş şəxslə əlbəyaxa olduğunu ona danışmışdır. Telefonu da gödəkcəsinin içərisində tapdığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Hadisə Masazırda olan Göyçə oteldə baş vermişdir. Həmçinin, şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə gecə saat 03 radələrində 28 May m/s yaxınlığında yerləşən evdə yatmış, yuxudan oyandıqda Özləm kimi tanıdığı rəfiqəsi cinsi azlıq Şahid1 gey tanışı Təqsirləndirilən şəxsla birlikdə müştəriyə getdiklərini müəyyən etmişdir. Gecə saat təxminən 05 radələrində onlar evə qayıtmış, Sakitin əlində “Samsung” markalı mobil telefon olmuşdur. Həmin vaxt Sakit ona, həmin telefonun müştəriyə məxsus olmasını, müştərinin oteldən qaçaraq çıxdığını görüb, Özləmin pulunu vermədiyini düşünüb müştərinin arxası ilə getmiş və mübahisə etmiş, sonra müştərinin gödəkçəsi yerə düşmüş, müştəri qaçıb getmiş, gödəkçəsinin cibindən həmin telefonu və 20 manat pulu götürdüyünü demişdir. O, Sakitin bu hərəkətinə görə əsəbləşmiş, telefonu sahibinə qaytarmaq üçün Sakitin əlindən almışdır. Həmin telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Həmin Göyçə otel ona məxsusdur. Həmin oteli icarə əsasında başqa bir şəxsə vermişdir. Həmin şəxs hazırda ölkədə deyildir. İcarəyə verdiyi şəxs keçən ilin fevral ayından Rusiya Federasiyasında yaşamağa başlamışdır. O, təqsirləndirilən şəxsi əvvəldən tanımamışdır. Onların otelinə insanlar gəlib istirahət edirlər. Onun özü xəstə olduğuna görə həmin otelə çox nəzarət edə bilməmişdir. Mübahisə otelin daxilində olmamışdır. Oteldən kənarda baş verən hadisənin otellə əlaqəsi olmamışdır. Çöldə qışqırmaqlarını ona deməmişlər. O, sonradan hadisə ilə bağlı maraqlananda qaçdıqlarını ona demişlər. Daxildə mübahisə olan zaman qapını bağlayaraq dərhal polisə məlumat verirlər. Otelin daxilində kameralar vardır. Çöldə isə ancaq otelin qarşısında kamera vardır. İstintaq zamanı kameranı götürüb-götürmədikləri yadında deyildir. Onun bildiyi qədəri ilə hadisənin baş verdiyi istiqamətdə kamera olmamışdır. X17 küçəsini qeydə almışdır. O, otelə fevral ayında gəlmişdir. Xəstə olduğuna görə otelə tez-tez gələ bilmək imkanı olmamışdır. Bu hadisə barədə gecə oteldə işləyən şəxs ona məlumat vermişdir. Həmin şəxs də daha sonra Rusiya Federasiyasına getmişdir. Cinsi azlıq nümayəndələri olan şəxslər arasında mübahisə olduğunu, qışqırıqlarını eşitdiyini demişdir. Hadisə vaxtı kiminsə bıçaq görməsindən xəbəri olmamışdır. Kamera otelin həyətini və daxilini çəkmişdir. O, otelə gələn şəxslərin hamısının qeydiyyata alınmadığını bildirmişdir. Oteldə hər hansı bir xoşa gəlməz bir hadisə baş verən kimi anında polisə xəbər verilir. Şəxsləri qeydiyyata almamaqları hissəsində səhvə yol verdiklərini etiraf etmişdir. Hadisə baş verən tərəfdə kameralar olmamışdır. X11 küçəsi istiqamətində kameraları olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi və dəymiş ziyanın ödənilməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 9/1201 №-li məhkəmə-əmtəəşünaslıq ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Samsung Galaxy” markalı, “A31” model, olmaması və istifadə olunması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 200 manat müəyyən edilir. Azərbaycan Respublikası SN-nin Məhkəmə-X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1344 saylı ekspert rəyindən görünür kı, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik müəyyən edilmir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək, iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəllərinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. “Könüllü təqdim olunan əşyanın götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 “Samsung A31” markalı mobil telefonu təqdim edərək, həmin telefonu 10 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs sahibinə qaytarmaq məqsədi ilə götürdüyünü bildirmişdir. xx.xx.2021-ci il tarixli, 002094 nömrəli şəhid ailəsi üzvlüyü vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvü kimi tanınmış və ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququ verilmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-72/2021 saylı hökmündən müəyyən olunur ki, həmin hökm ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhumetmə cəzasına, qəti olaraq isə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Əkbərov X9 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə, qəti olaraq isə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətinə azadlıqdan məhumetmə cəzasına məhkum edilmişdir. Bununla da, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş hesab edilmişdir. 22 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 24 yanvar 2024-cü il tarixli, 4(012)-71/2024 qətimkan tədbirinin seçilməsi haqqında Abşeron rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsədə onun həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə nə zərərçəkmiş şəxsin nə də ki şahidlərin ifadələri ilə təsdiq olunmur. Halbuki, məhkəmə istintaqı zamanı dinirilmiş şahidlər təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən əvvəl tanıdığı və dost münasibətlərində olduğu şəxslərdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun qeyd olunan ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə əsasən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə; - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün hazırda əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, quldurluq cinayəti özgə əmlakını talamaq məqsədilə həyat və ya sağlımlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Qeyd edilən qərarın 23-cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi” hücuma məruz qalmış şəxsi öldürməklə, sağlamlığına zərər vurmaqla, işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmiş şəxsin hədələndiyi predmetlərin xarakteri, basqının gözlənilməz olması və qəflətən edilməsi, basqın edənin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkarənə hərəkətlərinin edilməsi və sair hallar nəzərə alınmaqla həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-cü maddəsinə uyğun olaraq, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq, şəhid ailəsi üzvü olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsini isə onun cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindiyi Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi sayılır. İş materiallarından müəyyən olunur ki, Əkbərov X9 rayon məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə, qəti olaraq isə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətinə azadlıqdan məhumetmə cəzasına məhkum edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə məhkum olunsa da məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi, onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yarısından az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 22 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 24 yanvar 2024-cü il tarixli, 4(012)-71/2024 qətimkan tədbirinin seçilməsi haqqında Abşeron rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2024cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 50 (əlli) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olub saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəssinə təhvil verilən “Samsung Galaxy A31” markalı mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasına sərf olunmuş 50 (əlli) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut olub saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəssinə təhvil verilən “Samsung Galaxy A31” markalı mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra zərərşəkmiş şəxsə qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar