Məhkəmə qərarları › İş №1(124)-701/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-701/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-701/2024 04.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs internet sosial şəbəkəsinin “İnstagram” səhifəsində tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı «Baba» adlı şəxslə qabacadan əlbir olub cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, “Baba” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə 2023-cü ilin dekabr ayının əvvəllərində “Whatsap” sosial şəbəkəsi ilə əlaqə saxlayaraq, 1000 manat pul müqabilində ona göndəriləcək xüsusilə külli miqdarda narkotik vasitəni ona verərək tapşırıq əsasında ayrıayrı hissələrə bölüb və müxtəlif ünvanlarda gizlətməsi barədə razılığa gəlmiş, 17 dekabr 2023-cü il tarixdə axşam saatlarında bir qrup şəxs halında «Baba» adlı şəxsin Abşeron rayonu, Xırdalan qəbirstanlığına qoyduğu 5057,375 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroini götürüb əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 97 nömrəli fərdi evə daşımış, həmin narkotik vasitə heroinin 01 ədəd bükümdə 2,375 qram çəkidə olan hissəsini ayırıb üzərində, 02 ədəd bağlamada ayrıayrılıqda çəkiləri 3015 qram və 2040 qram, ümumi 5055 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroini yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 97 nömrəli fərdi evdə saxlamış, 22 dekabr 2023-cü il tarixdə saat 12:30da Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin günü saat 13:42-dən 13:51-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümdə 2,375 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 97 nömrəli fərdi evə saat 14:20-dən 14:35-ə kimi keçirilən baxış zamanı evin zirzəmisində 1 ədəd ədəd ağ rəngli kisənin içərisindən 02 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda çəkiləri 3015 qram və 2040 qram, ümumi 5055 qram çəkidə xüsusilə külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu küçədən yox, saat gecə 11 radələrində ailəsi ilə birlikdə evindən aparmışlar. Bütün evini alt-üst etmiş, heç nə tapmamışlar, sonda ailəsi ilə onu təhdid etmişlər. Onu inandırmışlar ki, onu tutmayacaqlar, 65 yaşı olduğuna görə uzağı 01 ay saxlayıb buraxacaqlar. Üzərində və ya evində heç bir narkotik vasitə olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, nəinki narkotik vasitə almağa, hətta ailəsini dolandırmağa imkanı olmamışdır. O “Whatsapp” tətbiqindən istifadə edə bilmir. Rayon məhkəməsində də bunların hamısını demişdir. Onu niyə tutduqlarını başa düşməmişdir. İstintaq zamanı ifadələri imzalamış, ancaq oxuya bilməmişdir. O, Prokurorluğa şikayətlər eləmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitə heroin istifadə edir. 2023-cü ilin dekabr ayının əvvəllərində “Whatsapp” ünsiyyət proqramı vasitəsi ilə +98-937-618-7657 mobil nömrə ilə bir nəfər şəxs onunla əlaqə saxlamış və özünün İran İslam Respublikasının vətəndaşı olduğunu, adının “Baba” olduğunu bildirmişdir. Bir qədər həmin şəxslə danışdıqdan sonra ona müxtəlif ünvanlarda gizlədilmiş narkotik vasitə və psixotrop maddələri götürüb, daha sonra Babanın tapşırığı müəyyən hissələrə bölərək, müxtəlif ünvanlara gizlətməli olmuşdur. Bunun qarşılığında Baba ona 1000 manat pul vəsaiti verəcəyini bildirmişdir. Maddi vəziyyəti çox pis olduğundan Baba adlı şəxsin bu təklifi ilə razılaşmışdır.xx.xx.2023cü il tarixdə axşam saatlarında Baba adlı şəxs onunla əlaqə saxlamış və Abşeron rayonu, Xırdalan qəbirstanlığında 01 ədəd parça torba gizlədildiyini və torbanın içərisində narkotik vasitə olduğunu və götürməyini bildirmişdir. O, Baba adlı şəxsin tapşırığı əsasında Abşeron rayonu, Xırdalan qəbirstanlığına getmiş və oradan torbanı götürmüş və yaşadığı evinə aparmışdır. Həmin torbanın içərisində olan bağlamalardan şəxsi istifadəsi üçün bir qədər götürmüş və şəxsi istifadəsi üçün sellofan bükümün içərisinə yerləşdirmiş və həmin bükümü əynində olan şalvarın cibinə yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində yaşadığı ünvan 6 ünvanın qarşısında piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron RPİ-nə gətirmişlər. Polis İdarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron RPİ-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Sorğu-sual zamanı o, polis əməkdaşlarına yaşadığı evin zirzəmisində narkotik vasitələr olduğu torbanı gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə yaşadığı evə getmiş, həmin evin giriş hissəsində zirzəmidə gizlətdiyi parça torbanı təqdim etmiş, torbanın içərisində 5 ədəd bağlama aşkarlanmış, həmin bükümlərə baxış keçirilən zaman bükümlərin içərisində narkotik vasitə heroin olduğu aşkar olunmuş, əlavə həmin torbanın içərisində 02 ədəd tərəzi də aşkar olunmuş, evdən aşkar olunmuş əşyalar zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. (iş vərəqə 156-159) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-də əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 22 dekabr 2023-cü il tarixdə saat 12:00 radələrində o, qrup üzvü Abşeron RPİ-nin ÇAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivi 97 ünvanına gəlmişlər. 22 dekabr 2023-cü il tarixdə saat 12:30 radələrində həmin ünvanda olan zaman orada xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüş və ona yaxınlaşıb saxlamış, həmin şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçü onu ərazi aidiyyəti üzrə Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş və birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmişlər. Pİ-də Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün Abşeron RPİ-nin təhqiqatçısı videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmışdır. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümü çıxararaq masanın üzərinə qoymuş, sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş bükümün içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının tapşırığı ilə Xırdalan qəbirstanlığından deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, yaşadığı evdə də narkotik maddələr saxladığını bildirmişdir. Bundan sonra büküm zərfə qoyularaq qablaşdırılmış və sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmiş, lakin bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon götürülmüşdür. Bundan sonra baxış iştirakçıları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 97 nömrəli fərdi evə getmişlər. Orada Təqsirləndirilən şəxs evinin zirzəmisindən 1 ədəd ağ rəngli kisəni çıxarıb təqdim etmiş, həmin kisə açıldıqda içərisində 05 ədəd büküm və 02 ədəd tərəzi aşkar edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümləri İran islam Respublikası vətəndaşının tapşırığı ilə deyiləcək yerlərə çatdırmalı olduğunu və bunun müqabilində ona pul veriləcəyini bildirmiş, aşkar edilmiş bükümlər və tərəzilər kisəyə qoyub qablaşdırılmışdır. Bundan sonra evə baxış keçirilmiş, lakin əlavə olaraq saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-də kiçik inspektoru, polis baş serjantı Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 8 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində narkotik vasitə heroini üzərində gəzdirməsi, satması, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, i.v. 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 dekabr 2023-cü il tarixli istintaq hərəkətinin protokolundan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X11 RPİ-nin inzibati binasında xidməti iş otaqlarının birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) bükümü çıxararaq masanın üzərinə qoymuş, sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş bükümün içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının tapşırığı ilə Xırdalan qəbirstanlığından deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, yaşadığı evdə də narkotik maddələr saxladığını bildirir. Bundan sonra büküm zərfə qoyularaq qablaşdırmış və sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun üzərindən saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir, lakin bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon götürülmüşdür. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 97 nömrəli fərdi evə getmişlər. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vardırsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evinin zirzəmisindən 1 ədəd ağ rəngli kisəni çıxarıb təqdim edilmişdir, həmin kisə açıldıqda içərisində 04 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen büküm, 01 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış büküm və 02 ədəd tərəzi aşkar edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümləri İran islam Respublikası vətəndaşının tapşırığı ilə deyiləcək yerlərə çatdırmalı olduğunu və bunun müqabilində ona pul veriləcəyini bildirilmişdir, aşkar edilmiş bükümlər və tərəzilər kisəyə qoyulub qablaşdırılmışdır. ( iş vərəqə 30-31, 72-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 22 dekabr 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və evə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evin zirzəmisindən 1 ədəd ağ rəngli kisəni təqdim edir. Kisənin içərisindən 04 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış, 01 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış bükümlər və 02 ədəd tərəzi aşkar edilmişdir. Bundan sonra evə baxış keçirilmiş, lakin heç bir qanunla qadağan olunmuş predmet və əşya aşkar edilməmişdir. ( iş vərəqə 34) Şəxsi axtarış və götürmə aparılması haqqında, baxış keçirilməsi haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1211 nömrəli rəyindən görünür ki, məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6528 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində : “Azərbaycan Respublikası DİN Zərflər üçün №56 ”-li dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Qəmbərov Əzizağa” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 2,375 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş , üzərində:“şübhəli şəxs (imza) Qəmbərov Əzizağa”yazısı və imzalar olan bağlamadakı, 5(beş) ədəd bükümdə, onlardan, -2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3015 qram və 2040 qram, ümumi təmiz çəkisi 5055 qram (5kq 055qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir,- digər 3(üç) ədəd bükümdə ümumi təmiz çəkisi 5429 qram tünd qəhvəyi rəngli maddələrin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildirlər, 2(iki) ədəd elektron tərəzinin üzərlərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdə olan heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 5057,375qram( 5kq 57,375qr) təşkil edir və həmin heroinlər- xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. ( iş vərəqə 40-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4204 №-li rəyindən görünür ki, müayinə zamanı Qəmbərov X4 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 sayh «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarıda olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild 1, iş vərəqə 132-133) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2,375 qram, yaşadığı evdən aşkar edilib götürülmüş 5055 qram narkotik vasitə heroin, 5429 qram qeyri-narkotik tərkibli maddələr, 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan 5057,075 qram narkotik vasitə heroin və 5428,7 qram qeyri-narkotik tərkibli maddələr, 02 ədəd elektron tərəzi saxlanılması üçün Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmişdir.( cild 1, iş vərəqə 141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. .( cild 1, iş vərəqə 122-123) Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərlə əlaqəsinin olmaması, qeyd edilən əməlləri törətməməsi, üzərində külli miqdarda narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi isə 800 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək üzərində daşıdığı və yaşayış yerində saxladığı ümumilikdə 5057,375 qram heroinin xüsusilə külli miqdar daxil olmaqla aşağı həddindən xeyli artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 24 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 20, 59-61, 83-86) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalan 5057,075 qram narkotik vasitə heroin və 5428,7 qram qeyri-narkotik tərkibli maddələr və 02 ədəd elektron tərəzi məhv məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 22 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalan 5057,075 qram narkotik vasitə heroin və 5428,7 qram qeyri-narkotik tərkibli maddələr və 02 ədəd elektron tərəzi məhv edilsin, 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 ( yüz on dörd ) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar