Məhkəmə qərarları › İş №1(124)-703/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-703/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-703/2024 10.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ucar rayonu Rəstəcə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, subay, Ucar rayonu, Qarabörk ərazi dairəsi, Rəstəcə kəndində qeydiyyatda olmaqla ünvan 2 küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli və külli miqdarda narkotik vasitələr olan heroini, qurudulmuş marixuananı, metadon tərkibli “Methadone 40” göstəricili həbləri, psixotrop maddə olan metamfetamini, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən “Tee-Doll-X-225” göstəricili tramadol dərman həblərini əldə etmə, saxlama, daşıma və göndərmə barədə İran İslam Respublikasının vətəndaşı Keyvan adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Keyvan adlı şəxs və qeyriləri vasitəsi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə xüsusilə külli miqdarda, ümumilikdə 1260,25 qram təmiz çəkidə narkotik vasitə heroini, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 3895,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda tərkibində narkotik vasitə metadon təsir maddəsinin miqdarı 15,6 qram təşkil edən 39 ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan 390 ədəd dərman həblərini, xüsusilə külli miqdarda ümumilikdə 990,0 qram təmiz çəkidə psixotrop maddə metamfetamini, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən tramadol təsir maddəsinin ümumilikdə miqdarı 19,575 qram təşkil edən 9 ədəd konvalyut və konvalyut kəsiyində üzərində “Tee-Doll-X-225” göstəricisi olan 87 ədəd dərman həblərini əldə edib daşıyaraq həmin narkotik vasitələrdən heroinin 20,250 qram təmiz çəkidə olan hissəsini, eləcə də narkotik vasitə metadon təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 01 ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan 10 ədəd dərman həblərini öz üzərində, narkotik vasitələrin qalan hissələri olan 1240,0 qram təmiz çəkidə heroini, metadon təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən 38 ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan 380 ədəd dərman həblərini, ümumilikdə 990,0 qram təmiz çəkidə psixotrop maddə metamfetamini, ümumilikdə 3895,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol təsir maddəsinin ümumilikdə miqdarı 19,575 qram təşkil edən 9 ədəd konvalyut və konvalyut kəsiyində üzərində “Tee- Doll-X-225” göstəricisi olan 87 ədəd dərman həblərini isə öz yaşadığı ünvan 2 küçəsində yerləşən nömrəsiz fərdi evdə gizlədərək saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə saat 21:30-da yaşadığı ünvan 2 küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət etdiyi zaman saxlanılıb ünvan 1 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada 25 yanvar 2024-cü il tarixdə saat 23:10dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən 20,250 qram təmiz çəkidə narkotik vasitə heroin 01 ədəd sellofan bükümdə, narkotik vasitə metadon təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 10 ədəd dərman həbləri isə 01 ədəd konvalyutda olmaqla Təqsirləndirilən şəxs çıxarıb təqdim etməsi əsasında onun əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 küçəsində yerləşən nömrəsiz fərdi ev ünvanına 26 yanvar 2024-cü il tarixdə saat 00:35-dən etibarən onun öz razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı narkotik vasitələrin qalan hissələri olan 1240,0 qram təmiz çəkidə heroin 01 ədəd bağlamada, metadon təsir maddəsinin ümumi miqdarı 15,2 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 380 ədəd dərman həbləri 38 ədəd konvalyutda, ümumilikdə 990,0 qram təmiz çəkidə psixotrop maddə metamfetamin ayrı- ayrılıqda təmiz çəkiləri 850,0 qram, 60,0 qram, 40,0 qram və 40,0 qram təşkil etməklə 04 ədəd bükümlərdə, ümumilikdə 3895,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 820,0 qram və 3075,0 qram təşkil etməklə 02 ədəd qara rəngli sellofan bağlamalarda, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol təsir maddəsinin ümumilikdə miqdarı 19,575 qram təşkil edən üzərində “Tee-Doll-X-225” göstəricisi olan 87 ədəd dərman həbləri 09 ədəd konvalyut və konvalyut kəsiyində olmaqla üzərində narkotik vasitə heroinin izləri və marixuananın hissəcikləri olan 02 ədəd elektron tərəzi ilə birlikdə Təqsirləndirilən şəxs təqdim etməsi əsasında evin yataq otağının künc hissəsində yerləşən 01 ədəd sintetik çantanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisi olmuşdur. İİR vətəndaşı ona “whatsappda” yazmış və özünün göndərdiyi narkotik və ya bu kimi maddələrin götürülüb saxlanılmasında, harasa, başqa ünvana çatdırılmasında ona kuryer kimi kömək etməyini bildirmişdir. Bu təklifi İİR vətəndaşı ona 1-2 dəfə etmiş, sonradan narkotik vasitələrin istifadəçisi olduğu üçün İİR vətəndaşı ilə razılaşmışdır. Əvvəl də İİR vətəndaşından narkotik vasitə almışdır. O, Abşeron rayonu, Xırdalan şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, o, İİR vətəndaşı ilə “whatsapp” proqramı vasitə ilə tanış olmuş, İİR vətəndaşının göndərdiyi narkotik vasitələri Biləsuvar ərazisindən götürmüş, həmin əraziyə tək getmişdir. İİR vətəndaşının göndərdiyi narkotik vasitələri götürüb kuryer kimi işləyəcəyini bildirmiş və etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq göstərmişdir ki, o, hadisə yerinə gedəndə narkotik vasitələrin dəqiq çəkisini və həmin narkotik vasitələrin xüsusilə külli miqdarda olduğunu bilməmişdir. O, kuryer kimi özünü narkotik vasitələrin aparılıbgətirilib daşınmasında və satışında təqsirli bilmiş, həmçinin narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 234.4-1 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək iş üzrə şübhəli şəxs qismində verdiyi 26 yanvar 2024-cü il tarixli və təqsirləndirilən şəxs qismində verdiyi 27 yanvar 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, törətdiyi cinayət əməlinə görə hazırda səmimi peşmanlıq çəkir. ünvan 2 küçəsində yerləşən nömrəsiz fərdi evdə özü tək yaşayır. Əslən Ucar rayonundandır, subaydır, hələ evlənməmişdir. Əvvəllər məhkum olunmamışdır. Atası Əbülfəz və anası Mahizər Ucar rayonunda yaşayırlar, atası taksi sürücülüyü edir, anası evdar qadındır. Ailədə Elşən adlı bir qardaşı və Şəlalə adlı bir bacısı var. Özü rəsmi olaraq heç yerdə işləmir. Təxminən bir ay qabaq özü İran vətəndaşı olan Keyvan adlı şəxslə mobil telefon vasitəsi ilə tanış olmuşdur. Belə ki, Keyvan özü haradansa onun mobil nömrəsini tapıb Vatsap proqramı ilə ona mobil telefonla zəng etmişdir. Sonradan aralarında bir neçə dəfə Vatsap proqramı ilə telefon danışıqları da olmuşdur. Keyvan özünü iran vətəndaşı kimi ona təqdim etmiş və bir neçə dəfə özü qəbul etmək üçün onun təklifi ilə Keyvandan narkotik maddə «kakos», yəni heroin də istəmişdir. Keyvanın deməsinə görə bilmişdir ki, o narkotik və bu kimi maddələri İrandan Azərbaycana göndərir və satdırır. Özünün deməsinə görə Keyvan həmin maddələri öz tanıdığı hansısa şəxslərin vasitəsi ilə göndərib harasa bir yerə qoydurur, sonradan kiməsə Vatsap proqramı ilə mobil telefona «konum», yəni ünvan yeri, koordinat göndərir, həmin şəxs də gedib götürür, sonradan Keyvanın sözü ilə, yaxud da öz fikri ilə harasa bir başqa ünvana qoyub Keyvana bu barədə mobil telefonla məlumat verirmiş. 2024-cü ilin yanvar ayının əvvəllərindən Keyvan ona təklif edib bildirmişdir ki, özünün göndərdiyi narkotik və ya bu kimi maddələrin götürülüb saxlanmasında, harasa başqa ünvana çatdırılmasında ona kömək etsin, hər bir kiloqramının yerləşdirilməsinə görə ona 700 manat pul verəcəkdir. Özü Keyvanın pul təklifi ilə razılaşmış, çünki maddi cəhətdən dolanışığı bir qədər zəif olmuş, bir qədər pula ehtiyacı olmuşdur. Təxminən 13-14 gün əvvəl axşam saatlarında özü Keyvanın təklifi ilə onun Biləsuvar rayonu ərazisində yol kənarında qoydurduğu içində narkotik, psixotrop və bu kimi dərman həbləri olan çantanı götürmək üçün bir günlük icarəyə götürdüyü “Kia” markalı, nömrəsini xatırlamadığı avtomobillə özü tək axşam saat 12 radələrində Biləsuvar rayonu ərazisinə getmişdir. Həmin çantanın qoyulduğu yer ünvanını Keyvan ona mobil telefonuna “konum” olaraq göndərmişdir. Ərazini hazırda dəqiq xatırlamır, lakin şose yolun kənarında qaranlıq bir yer olmuşdur. Özü konum vasitəsi ilə həmin yeri və oraya qoyulmuş içi dolu bir ədəd sintetik çantanı tapıb götürmüş, sürdüyü həmin avtomobilə qoyub onu özü ilə əvvəlcə həmin günlərdə Bakı şəhəri Neftçilər prospektində Laçın ticarət mərkəzinin yanında kirayədə yaşadığı beş mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilə gətirib qoymuşdur. Həmin çantanın içində narkotik vasitələr olan quru marixuana, heroin, “şüşə” adı ilə tanınan metamfetamin, metadon və tramadol həbləri, iki ədəd də elektron tərəzi olmuşdur. Çantanı evdə bir neçə gün saxlamış, özü orada tək qalmışdır. Sonradan həmin kirayə evi təhvil verib çıxmış, 3-4 gün əvvəl isə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev küçəsində kirayə tutduğu fərdi həyət evinə özü ilə gətirmiş və həmin evdə yataq otağının künc yerinə qoymuşdur. Həmin maddələri harasa hissə-hissə aparıb qoymaq barədə İranlı Keyvandan xəbər gözləmiş, yəni Keyvan ona deyəndə aparıb hansısa bir yerə qoyacaqdı, lakin qoyacağı yeri özü müəyyən edəcəkdi, bu barədə isə Keyvana mobil telefonla konum atıb bildirəcəkdi. 25 yanvar 2024-cü il tarixdə axşam saat 21:30 radələrində özü uzaq qohumu olan Şahid4 ilə və sevgili münasibətində olduğu X3 ilə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev küçəsində kirayə yaşadığı evin yaxınlığında piyada gəzişməkdə olmuşdur. Sevgilisi Gülşən iki gün idi ki onun evinə qonaq kimi gəlib özü ilə qalmış, Asim isə həmin gün səhər müvəqqəti qonaq gəlmiş, belə ki özü əvvəl kirayə qaldığı evdən çıxdığı üçün bir-iki geyim əşyalarını özü qalan evdə müvəqqəti saxlamağını xahiş edərək Asim özü ilə gətirmişdir. Öz yaşadığı evdə içində həmin narkotik maddələr olan çantanı saxlamağından, yaxud birlikdə gəzişərkən həmin vaxt özünün üzərində bir büküm heroin və bir list metadon həbləri olmasından nə Asimin, nə də Gülşənin xəbəri və məlumatı olmamışdır, nə də özü onlara bu barədə heç nə bildirməmişdir. 25 yanvar 2024-cü il tarixdə axşam saat 21:30 radələrində elə evin yanında piyada gəzişərkən kənardan özünə tərəf üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu saxlamışdır. Həmin şəxslər özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları bildirmişlər ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə özlərində məlumat var, əməliyyat axtarış tədbiri keçirilir. Həmin vaxt Asim və Gülşən təəccüblənib qalmış, özü isə artıq nə baş verdiyini başa düşmüşdür. Polis əməkdaşları ondan üzərində hər hansı narkotik maddə olub-olmadığını soruşduqda özü artıq yalan danışmağın mənasız olduğunu görüb bildirmişdir ki, öz üzərində bir qədər “kakos”, yəni heroin və metadon həbləri var. Polislər onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, həmçinin yanında olan Asimi və Gülşəni də həmin idarəyə dəvət etmişlər. Orada özü şübhəli şəxs kimi tutulmuş, vəkil də dəvət edilib özünə təqdim olunmuş, etiraz etməmişdir. Sonra polis əməkdaşları videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparmağa başlamışlar. Həmin proses zamanı polis əməkdaşı ona təklif etmişdir ki, üzərində qanunsuz saxladığı əşya, maddə varsa təqdim etsin. Özü əynindəki qara şalvarının sol yan cibində saxladığı narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü və 10 ədəd metadon həbləri olan bir ədəd listi çıxarıb təqdim etmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmış, bu zaman üzərindəki iki ədəd “Redmi” və bir ədəd “Samsung” markalı mobil telefonları, bir ədəd ev açarı və kiçik plastmas predmet də aşkar edilmişdir. Polis əməkdaşları sellofan bükümü açıb baxmış, heroini aşkar etmişlər, həmçinin metadon listinə də baxış keçirmişlər, sonra heroin olan sellofan bükümü elektron tərəzi üzərinə qoyub çəkmişlər, onu və metadon listini götürüb zərfdə qablaşdırmışlar. Həmçinin özünün “Redmi” və “Samsung” markalı mobil telefonlarını da götürmüşlər, yaşadığı evin açarını və kiçik plastmas əşyanı isə özünə qaytarmışlar. Özü həmin narkotik maddəni hazırda ifadəsində qeyd etdiyi kimi İranlı Keyvanın sözü ilə Biləsuvar rayonu ərazisində əldə edib gətirdiyini, həmçinin yaşadığı evdə də narkotik maddələrin qalan hissəsini saxladığını, evinə baxış keçirilməsinə etirazı olmadığını polis əməkdaşlarına bildirmişdir. Şəxsi axtarış prosesində Asim və Gülşən də iştirak etmiş, onlar bütün bunları görüb təəccüb içində qalmış, çünki özündə narkotik maddələr ola biləcəyini heç gözləməmişlər. Özü də həmin proses zamanı Asimin və Gülşənin bu baş verənlərdən xəbərsiz olduqlarını, onların heç bir təqsiri olmadığını, özünün evinə qonaq kimi müvəqqəti gəldiklərini polis əməkdaşlarına bildirmişdir. Sonda şəxsi axtarışla bağlı proses başa çatmış, polis əməkdaşı tərəfindən aşkar edilənlərlə bağlı protokol yazılıb tərtib olunmuş, doğruluğunu özü də imzası ilə təsdiq etmişdir. Daha sonra yaşadığı həmin evdə saxladığı qalan narkotik maddələri təqdim etməsi üçün özünün könüllü razılığı və dəvəti ilə öz yaşadığı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev küçəsində yerləşən nömrəsiz həyət evinə getmişlər. Sonra vəkilin, tanışları Gülşənin və Asimin iştirakları ilə videoçəkilişlə evə baxış zamanı özü qalan narkotik maddələri saxladığı çantanın yerini polis əməkdaşlarına göstərib təqdim etmişdir. Polis əməkdaşları da evin yataq otağında künc hissədə olan həmin iri çantanı açıb içində olan heroin bağlamasını, metadon və tramadol həbləri olan üstləri, metamfetamin olan dörd ədəd bükümləri, qurudulmuş marixuana olan iki ədəd bağlamaları, həmçinin iki ədəd elektron tərəziləri aşkar etmişlər, onlara baxış keçirmişlər, saymışlar, elektron tərəzidə çəkmişlər, sonra isə qablaşdıraraq götürmüşlər. Özü həmin maddələrin İranlı Keyvan tərəfindən özünə göndərilmiş olduğunu bir daha polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıtmışlar, evə baxış zamanı aşkar edilənlərlə bağlı protokol yazılmış, özü də digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, özünün istifadə etdiyi mobil nömrələr ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrdir, həmin nömrələrlə danışıqlar aparmışdır. İranlı Keyvanla danışıq apardığı telefon “Samsung” markalı telefonu olmuşdur. Keyvan ona bildirmişdir ki, onun işi həmin maddələri deyilən yerdən gedib götürmək və sonra onun deyəcəyi vaxtda Xırdalan ərazisində hansısa bir yerə aparıb qoymaqdan ibarətdir. Həmin maddələrin hansı müştərilərə çatmasını özü bilmir, heç həmin müştəriləri də tanımır. Bu işi görmək müqabilində Keyvan ona qazanc olaraq narkotik maddənin hər kiloqramına görə 700 manat pul göndərəcəyini bildirmişdir. Həmin narkotik və psixotrop maddələri, güclü təsir edən maddəni əldə edib yaşadığı evə gətirdikdən sonra polis əməkdaşları tərəfindən saxlandığı vaxtadək olan dövrdə harasa aparıb qoymağa fürsəti olmamışdır. Necə gətirmişdisə elə onlar da polislər tərəfindən aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış və evə baxış keçirilərkən özünə qarşı heç bir təzyiq, zorakılıq edilməmişdir. Üz nahiyəsində gözlə görünən xəsarəti isə təxminən 2-3 gün qabaq özü sevgilisi olan qız dostu Gülşənlə əl-qol hərəkətləri ilə zarafatlaşarkən təsadüfən almış, yəni Gülşənin təsadüfən əli dəydiyi üçün xəsarət yaranmışdır, buna görə heç kimə qarşı şikayəti də yoxdur. Özü həmin Keyvan adlı şəxsi mobil telefonda videogörüntülü danışığı olarkən görmüş, orta yaşlı, təxminən 40-45 yaşlarında kişidir, üzündə bığ və saqqal olmamış, yəni üzü təmiz olmuş, ağbəniz, saçları yarımağarmış şəxsdir. Onun mobil nömrəsi İran nömrəsidir, hazırda nömrəsi əzbər olaraq dəqiq yadında deyil, lakin özünün Redmi və Samsung markalı mobil telefonunun yaddaşında olmalıdır. Özü Keyvanın adını Samsung markalı mobil telefonunda «Kenan» adı ilə qeyd etmişdir. Keyvan həmin maddələri bildiyinə görə İrandan göndərmiş və Biləsuvar rayonu ərazisində yol kənarına qoydurmuşdur. Lakin hansı şəraitdə, kimlərin vasitəsi ilə göndərdiyi və ya oraya qoydurduğu özünə məlum deyil, bu barədə Keyvan ona ətraflı bildirməmişdir. Bu işi özü təklikdə etmiş, başqa heç kimin iştirakı və rolu olmamışdır. Üzərində və yaşadığı evdə narkotik və psixotrop maddələr, güclü təsir edən maddə saxladığı barədə Şahid4 və X1 nə əvvəldən, nə də sonradan heç bir məlumat verməmişdir. Asimin və Gülşənin bundan heç xəbərləri olmamışdır. Onlar bu barədə özü polis əməkdaşları tərəfindən onların yanında saxlanıldıqdan sonra xəbər tutub bilmişlər. Özü təxminən 3 ildir ki narkotik maddə kakos, yəni heroin qəbul edir, onu yandırıb tüstüsünü çəkməklə qəbul edir ki bədənindəki ağrılarını azaltsın. Heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən də əziyyət çəkmir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında ünvan 2 küçəsində piyada hərəkət edən zamanı Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Azərbaycan Respublikası BNMİ-nə aparılmışdır. BNMİ-də inzibati otaqların birində video çəkiliş vasitəsilə vəkilin iştirakı ilə təqsirləndirilən şəxsə suallar verilmiş, üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarışdan keçirilməzdən əvvəl təqsirləndirilən şəxsin özünə qanunla dövriyyəsi qadağan olunan predmetləri təqdim etmək təklif olunmuş və təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxsə aşkar olunan narkotik vasitələri haradan əldə etdiyini soruşduqda, 12 gün qabaq özünü İİR vətəndaşı Keyvan kimi təqdim edən şəxsdən Biləsuvar ərazisindən təyin olunmuş yerdən götürmüş və Bakı şəhərinə aparmışdır. İİR vətəndaşının dediyi yerlərə narkotik vasitələri aparıb qoyacağını və narkotik vasitənin hər bir kiloqramına görə 700 manat məbləğində pul alacağını bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs özü yaşadığı Xırdalan şəhəri, fərdi yaşayış evində narkotik vasitə olduğunu qeyd etmiş, bundan sonra təqsirləndirilən şəxsin yaşadığı evə getmiş və yenə də şəxs özü narkotik vasitələri təqdim etmişdir. Aşkar olunan narkotik vasitələrin çəkisini dəqiq xatırlamamış, lakin 4 kq-a yaxın marixuana, metadon həbləri, metamfetamin və heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində və evində olan narkotik vasitələri özü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında 2 nəfər olmuş, evinə getdikləri zaman isə orada heç kim olmamışdır. Təqsirləndirilən şəxs özü yanında olan 2 nəfərin təqdim olunan narkotik vasitələrlə heç bir əlaqələri olmadığını bildirmiş, daha sonra həmin 2 nəfər də Elminin ifadəsini təsdiqləmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 25 yanvar saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhərində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında tərəflərindən saxlanılmış, həmin vaxt onun yanında 2 nəfər - bir nəfər qadın və 1 nəfər kişi olmuşdur. Təqsirləndirilən şəxs əlamətlərini onlar əvvəlcədən bildiklərinə görə ona yaxınlaşaraq şəxsiyyətini soruşmuş, şəxsiyyətini müəyyən etdikdən sonra isə Azərbaycan Respublikası BNMİ-nə aparılmışdır. Azərbaycan Respublikası BNMİ-də inzibati otaqların birində video çəkiliş vasitəsilə vəkilin iştirakı ilə təqsirləndirilən şəxsə suallar verilmiş, üzərinə şəxsi axtarış keçirilmiş və Elmin özü üzərində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı kirayə mənzildə də narkotik vasitələrin olduğunu etiraf etmiş, buna görə də onlar təqsirləndirilən şəxsin yaşadığı evə getmiş və yaşadığı evin yataq otağında əvvəlcədən gizlədilmiş narkotik vasitələri özü könüllü şəkildə təqdim etmiş, 2 ədəd elektron tərəzi, marixuana, heroin və psixotrop maddələr, dərman preparatları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs dediyinə görə, aşkar olunan narkotik vasitələri İİR vətəndaşı kimi özünü təqdim edən Keyvan adlı şəxsdən almışdır. İİR vətəndaşının dediyi yerlərə narkotik vasitələri qoyacağını və narkotik vasitənin hər bir kiloqramına görə 700 manat məbləğində pul alacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 hadisə ilə bağlı çox şeyi xatırlamadığını, hadisə günü evdə polis əməkdaşlarının onları saxlayıb apardıqlarını bildirmişdir. O, taksi fəaliyyət ilə məşğul olmuş, amma hal-hazırda heç bir işlə məşğul olmamış, Elminlə Biləsuvar ərazisinə getməmiş və onun narkotik vasitə istifadə etməsi ilə bağlı məlumatı olmamışdır. Elminin evə hər hansı bir narkotik vasitəni gətirib aparmasından xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özü daimi olaraq Ucar rayonu, Qarabörk ərazi dairəsinin Gəraybəyli kəndində anası Sona ilə birlikdə yaşayır, lakin bir müddətdir ki şəxsi işləri ilə bağlı Bakı şəhərində kirayədə qalır. Rəsmi olaraq heç yerdə işləməsə də fərdi qaydada taksi sürücülüyü ilə məşğul olur, həmçinin Bakı şəhərində olan qonaq turistlər üçün bələdçilik edir. Atası Nazim və qardaşı Fuad bir müddətdir ki Rusiyanın Moskva şəhərindədirlər, orada işləyirlər. Anası Sona heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs ata tərəfdən özünün uzaq qohumudur. Elminlə həmişə normal münasibəti olub, aralarında heç vaxt ədavət və düşmənçilik, qərəzli münasibət olmamışdır. Elə də yaxın münasibəti olmasa da bir uzaq qohum kimi həmişə görüşəndə hörmət saxlamışlar. 25 yanvar 2024-cü il tarixdə səhər saatlarında özü uzaq qohumu Elminin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev küçəsində kirayə tutub yaşadığı evə müvəqqəti qonaq kimi gəlmişdir. Belə ki, özü əvvəl kirayə qaldığı Bakı şəhəri Bülbülə qəsəbəsində yerləşən mənzildən çıxmış, növbəti kirayə ev tutub qalana qədər özünə aid bir-iki geyim əşyalarını müvəqqəti qoymaq üçün qohumu Elminin evinə gətirmişdir. Həmin evdə Elminin öz sevgilisi kimi ona təqdim etdiyi Gülşən adlı qız da qonaq olmuşdur. Özü Gülşəni əvvəllər heç vaxt tanımamış, onunla heç bir tanışlığı, şəxsi münasibəti olmamışdır. 25 yanvar 2024cü il tarixdə axşam saat təxminən 21:30 radələrində Xırdalan şəhəri H.Əliyev küçəsində Elminin kirayədə yaşadığı həmin evin yaxınlığında özü, Elmin və onun tanışı olan Gülşən piyada olduqları zaman üç nəfər mülki geyimli şəxslər onlara tərəf yaxınlaşaraq Elmini saxlamışlar, həmin şəxslər özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmişlər, həmçinin Elminə demişlər ki, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları var. Polis əməkdaşları bu barədə özlərində olan qərarı da Elminə elan etmiş, həmin vaxt Elmindən üzərində bu kimi qanunsuz maddələr olub olmadığını soruşduqda Elmin bildirmişdir ki, üzərində bir qədər narkotik maddə var. Özünün Elmində hər hansı narkotik maddə olmasından, üzərində belə maddə saxlamasından xəbəri və məlumatı olmamışdır. Polis əməkdaşları Elmini, həmçinin onun yanında olduqları üçün özünü və Gülşəni özləri ilə Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət edib aparmışlar. Orada Elmin şübhəli şəxs qismində tutulmuş, sonra onun üçün dəvət edilmiş vəkil olan şəxsin, özünün və Gülşənin iştirakları ilə Elminin üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Elmin polis əməkdaşının təklifinə əsasən öz üzərindən narkotik vasitə olduğunu bildirdiyi bir ədəd sellofan bükümdə heroin adlandırılan maddəni, həmçinin metadon həblərini çıxarıb təqdim etmiş, eləcə də Elminin üzərindən onun üç ədəd mobil telefonları, evinin açarı və kiçik plastmas predmet aşkar olunmuşdur. Sorğu sual zamanı Elmin bildirmişdir ki, özü narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar olunmuş narkotik vasitələr də özünə məxsusdur, onları təxminən 12 gün öncə Keyvan adlı hansısa İran İslam Respublikasının vətəndaşı olan şəxsin vasitəsilə Biləsuvar rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürmüşdür, Keyvan adlı şəxsin sözü ilə pul müqabilində hansısa yerlərə aparıb qoymaq fikri olmuşdur. Polis əməkdaşı həmin sellofan bükümdəki maddəni elektron tərəzidə çəkmiş, onu və metadon həblərini götürüb qablaşdırmış, Elminin mobil telefonları da götürülmüş, açar və plastmas əşya özünə qaytarılmışdır. Həmçinin Elmin bildirmişdir ki kirayə yaşadığı evdə də narkotik vasitələr saxlamaqdadır və evə baxış keçirilməsinə etirazı yoxdur. Özü və Gülşən isə səmimi şəkildə demişlər ki, Elminin üzərində və ya evində narkotik maddələr saxlamasından xəbərləri, hər hansı məlumatları olmamışdır. Baxış zamanı Elminin üz və boğaz nahiyəsində sıyrıq xəsarətləri göründüyündən bu barədə də ondan soruşulmuş, Elmin bildirmişdir ki, həmin xəsarətlər ona bir müddət qabaq özü Gülşənlə zarafatlaşarkən Gülşən tərəfindən yetirilmiş, yəni bir-biriləri ilə zarafat edərkən xəsarət almışdır. Gülşən özü də bunu təsdiq etmişdir. Sonra şəxsi axtarış başa çatmış, bu barədə polis əməkdaşı tərəfindən yazılmış potokolu özü də imzalamışdır. Daha sonra Elminin özünün razılığı əsasında baxış keçirilməsi üçün onunla və müdafiəçisi ilə birlikdə onun kirayədə yaşadığı Xırdalan şəhəri H.Əliyev küçəsində yerləşən həmin fərdi həyət evinə getmişlər. Evə baxış zamanı Elmin evin yataq otağının künc hissəsində bir ədəd bağlamanı təqdim edərək həmin bağlamada narkotik vasitələr olduğunu bildirmişdir. Həmin bağlama hamının gözü qarşısında açıldıqda oradan tərəzilər, ümumilikdə metadon həbləri, tramadol həbləri, heroin, metamfetamin və qurudulmuş marixuana olması bildirilən bağlamalar, maddələr aşkar olunmuşdur. Həmin maddələr də elektron tərəzidə çəkilmiş, sonra polis əməkdaşı tərəfindən götürülüb qablaşdırılmışdır. Həmin vaxt da Elmin bildirmişdir ki, evdən aşkar olunan həmin narkotik maddələr də Keyvan adlı iran vətəndaşı olan şəxsin vasitəsilə Biləsuvar rayonu ərazisində əldə etdiyi maddələrdir. Evə baxış prosesindən sonra polis əməkdaşı tərəfindən tərtib edilmiş protokolun doğruluğunu özü də imzalayaraq təsdiq etmişdir. Şahid4 həmin ifadəsində əlavə olaraq göstərmişdir ki, Elminin bu kimi maddələrlə məşğul olması barədə özü heç vaxt eşitməmiş, nə də onun bu kimi işlə məşğul olmasını müşahidə etməmişdir. Elminin üzərində, yaxud yaşadığı həmin evdə hər hansı narkotik və ya psixotrop maddələr saxladığı barədə özünün ümumiyyətlə xəbəri olmamış, nə də Elmin bu barədə ona heç bir məlumat verməmişdir. Elmin polis əməkdaşları tərəfindən tutulduqdan sonra özü bunları görüb bilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılarkən Elminə qarşı heç bir zorakılıq göstərilməmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu Elşən Mehdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə daimi olaraq atası Zaur, anası Çinarə, qardaşları Elşən və Rövşənlə birlikdə yaşayır. Atası Zaur ev tikinti - təmir işlərində ustalıq etməklə məşğul olur, anası Çinarə isə ticarət obyektlərinin birində xadiməlik etməklə təmizlik işləri görür. Qardaşlarından Rövşən avtomobil təmir ustasıdır, digər qardaşı Elşən isə heç yerdə işlmir. Özü 2022-ci ildə Bakı şəhəri Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmiş, ali təhsil almamışdır. Orta məktəbi bitirdikdən sonra qadın dırnaq ustası olaraq fərdi qaydada çalışır, bu yolla özünü dolandırır. Təqsirləndirilən şəxs təxminən iki ilə yaxın müddətdir ki tanıyır, onunla ortaq dostları vasitəsi ilə tanış olmuşdur. Elminlə həmişə normal münasibəti olmuşdur. Təxminən bir həftə, on gün olar ki Elminlə aralarında sevgi münasibəti yaranmışdır. Ona görə də hərdən onunla görüşmüşdür. Təxminən iki gün qabaq, yəni 24 yanvar 2024-cü il tarixdə özü aralarındakı sevgi münasibətinə görə tanışı Elminin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev küçəsində kirayə tutub yaşadığı həyət evinə gəlmiş və onunla qalmışdır. Səhərisi gün, yəni 25 yanvar 2024-cü il tarixdə səhər saatlarında Elminin uzaq qohumu olan, yəni Elminin sonradan deməsinə görə Bakı şəhərində kirayədə yaşayan Asim adlı oğlan da Elminin evinə qonaq gəlmişdir. Asim adlı həmin oğlan gələndə özü evdə olmamış, bu barədə sonradan Elminin deməsinə görə bilmişdir. Özü Asimi əvvəllər heç vaxt tanımamış, heç bir tanışlığı və münasibəti olmamış, ilk dəfə idi ki görürmüş. 25 yanvar 2024-cü il tarixdə axşam saat təxminən 21:30 radələrində Xırdalan şəhəri H.Əliyev küçəsində Elminin kirayədə yaşadığı həmin evin yaxınlığında özü, Elmin və onun qohumu Asim piyada olduqları zaman üç nəfər mülki geyimli şəxslər onlara tərəf yaxınlaşaraq Elmini saxlamış, həmin şəxslər özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmişlər, həmçinin Elminə demişlər ki, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları var. Polis əməkdaşları bu barədə özlərində olan qərarı da Elminə elan etmiş, həmin vaxt Elmindən üzərində bu kimi qanunsuz maddələr olub olmadığını soruşduqda Elmin bildirmişdir ki, üzərində bir qədər narkotik maddə var. Açığı, özünün Elmində hər hansı narkotik maddə olmasından, üzərində belə maddə saxlamasından xəbəri və məlumatı olmamışdır. Polis əməkdaşları Elmini, həmçinin onun yanında olduqlarına görə özünü və Asimi özləri ilə Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət edib aparmışlar. Orada Elmin şübhəli şəxs qismində tutulmuş, sonra onun üçün dəvət edilmiş vəkil olan şəxsin, özü və Asimin iştirakları ilə Elminin üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Elmin polis əməkdaşının təklifinə əsasən öz üzərindən narkotik vasitə olduğunu bildirdiyi bir ədəd sellofan bükümdə heroin adlandırılan maddəni, həmçinin metadon həblərini çıxarıb təqdim etmiş, eləcə də Elminin üzərindən onun üç ədəd mobil telefonları, evinin açarı və kiçik plastmas predmet aşkar olunmuşdur. Sorğu sual zamanı Elmin bildirmişdir ki, özü narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar olunmuş narkotik vasitələr də özünə məxsusdur, onları təxminən 12 gün öncə Keyvan adlı hansısa İran İslam Respublikasının vətəndaşı olan şəxsin vasitəsilə Biləsuvar rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürmüşdür, Keyvan adlı şəxsin sözü ilə pul müqabilində hansısa yerlərə aparıb qoymaq fikri olmuşdur. Polis əməkdaşı həmin sellofan bükümdəki maddəni elektron tərəzidə çəkmiş, onu və metadon həblərini götürüb qablaşdırmış, Elminin mobil telefonları da götürülmüş, açar və plastmas əşya özünə qaytarılmışdır. Həmçinin Elmin bildirmişdir ki kirayə yaşadığı evdə də narkotik vasitə saxlamaqdadır və evə baxış keçirilməsinə etirazı yoxdur. Özü və Asim isə səmimi şəkildə bildirmişlər ki, Elminin üzərində və ya evində narkotik maddələr saxlamasından xəbərləri olmamışdır. Baxış zamanı Elminin üz və boğaz nahiyəsində sıyrıq xəsarətləri göründüyündən bu barədə də ondan soruşulmuşdur. Həmin xəsarətlər bir gün qabaq özü Elminlə əl-qol hərəkətləri ilə zarafatlaşarkən özü tərəfindən Elminə yetirilmiş, yəni bir-biri ilə zarafat edərkən yaranmışdır. Elmin özü də bunu təsdiq etmiş, həmçinin özü də bu barədə polislərə bildirmişdir. Sonra şəxsi axtarış başa çatmış, bu barədə polis əməkdaşı tərəfindən yazılmış potokolu özü də imzalamışdır. Daha sonra Elminin özünün razılığı əsasında baxış keçirilməsi üçün onunla və müdafiəçisi ilə birlikdə onun kirayədə yaşadığı Xırdalan şəhəri H.Əliyev küçəsində yerləşən evə getmişlər. Evə baxış zamanı Elmin evin yataq otağının künc hissəsində bir ədəd bağlamanı təqdim edərək həmin bağlamada narkotik vasitələr olduğunu bildirmişdir. Həmin bağlama açıldıqda oradan tərəzilər, ümumilikdə metadon həbləri, tramadol həbləri, heroin, metamfetamin və qurudulmuş marixuana olması bildirilən bağlamalar, maddələr aşkar olunmuşdur. Həmin maddələr də elektron tərəzidə çəkilmiş, sonra polis əməkdaşı tərəfindən götürülüb qablaşdırılmışdır. Sorğu sual zamanı Elmin bildirmişdir ki, həmin narkotik maddələr də Keyvan adlı İran vətəndaşı olan şəxsin vasitəsilə Biləsuvar rayonu ərazisində əldə etdiyi maddələrdir. Evə baxış prosesindən sonra polis əməkdaşı tərəfindən tərtib edilmiş protokolun doğruluğunu özü də imzası ilə təsdiq etmişdir. Şahid3 həmin ifadəsində əlavə olaraq göstərmişdir ki, özü Elminin bu kimi maddələrlə məşğul olması barədə heç vaxt eşitməmiş, nə də bu kimi işlə məşğul olmasını müşahidə etməmişdir. Elminin üzərində, yaxud yaşadığı həmin evdə hər hansı narkotik və ya psixotrop maddələr saxladığı barədə özünün ümumiyyətlə xəbəri olmamış, nə də Elmin bu barədə ona heç bir məlumat verməmişdir. Özü bu barədə Elmin polis əməkdaşları tərəfindən tutulduqdan sonra görüb bilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılarkən Elminə qarşı heç bir zorakılıq göstərilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 25 yanvar 2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 01 ədəd sellofan bükümdə çəkisi 22,34 qram narkotik vasitə heroin maddə, 01 ədəd listdə 10 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Həmçinin, şəxsi axtarış prosesi zamanı Təqsirləndirilən şəxs üzərindən ona məxsus üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefon, üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd qızılı rəngli “Redmi” markalı mobil telefon, üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefon, həmçinin yaşadığı evə aid 01 ədəd açar və 01 ədəd plastmas predmet aşkar edilmiş, aşkar edilənlərdən evə aid 01 ədəd açar və 01 ədəd plastmas predmet Təqsirləndirilən şəxs özünə qaytarılmaqla cəmi 03 ədəd “Redmi” və “Samsung” markalı mobil telefon aparatları iş üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 26 yanvar 2024-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 küçəsində yerləşən nömrəsiz fərdi ev ünvanına 26 yanvar 2024-cü il tarixdə saat 00:35-dən etibarən onun öz razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs təqdim etməsi əsasında evin yataq otağının künc hissəsində yerləşən çantanın içərisindən 02 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd bağlamada psixotrop maddə metamfetamin, 01 ədəd bağlamada narkotik vasitə heroin, hər birində 10 ədəd həblər olan cəmi 38 ədəd konvolyutda 380 ədəd metadon həbləri, hər birində 10 ədəd həb olan cəmi 8 ədəd konvolyutda və 7 ədəd həb olan bir ədəd konvolyut kəsiyində ümumilikdə 87 ədəd tramadol həbləri, həmçinin 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 10 fevral 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd “Samsung Galaxy A21S” markalı mobil telefonda olan “Whatsapp” ani mesajlaşma proqramında İran İslam Respublikasının mobil operatoruna aid +98 914 *** **** mobil nömrə istifadəçisinin həm “Kənan”, həm də “Keyvan” adları altında, eyni mobil nömrənin həmin telefonda “Kontaktlar” bölməsində isə “kənan” adı altında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı telefonun yaddaşında “Whatsapp” proqramında şəxsiyyəti istintaqa məlum olmayan “Kənan”, yaxud “Keyvan” adları altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 914 *** **** mobil nömrə istifadəçisi ilə 04 yanvar 2024-cü il tarixdən saat 14:19- dan etibarən 12 yanvar 2024-cü il tarixə saat 01:15-ədək ötən müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda qarşılıqlı zənglər edilməklə, həmçinin videozəng edilməklə danışıqlar aparılması faktlarının qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı “Samsung Galaxy A21S” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” proqramında şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının mobil operatoruna aid digər +98 938 *** **** mobil nömrə istifadəçisinin “Cəmşid” adı altında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı həmin mobil telefon aparatının yaddaşında “Whatsapp” proqramında şəxsiyyəti istintaqa məlum olmayan “Cəmşid” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 938 *** **** mobil nömrə istifadəçisi ilə 10 yanvar 2024-cü il tarixdən saat 23:20-dən etibarən 12 yanvar 2024-cü il tarixə saat 23:13- ədək ötən müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda narkotik vasitələrin, psixotrop maddənin, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin “3k1p”, “4k1p”, “2 pati”, “5k”, “10k 2p 2lm40”, “9k 1p 1m40”, “5k 1p 1 list m40” və sair bu kimi məzmunu qısaldılmış, çəkilərinə, yaxud büküm saylarına dəlalət edən rəqəmlərin, narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsinə, saxlanmasına, daşınmasına, göndərilməsinə, satılmasına və digər şəkildə ticarət dövriyyəsinin həyata keçirilməsinə yönəlmiş məzmunlu qarşılıqlı dialoq şəklində səsli mesajların, zənglərin, foto və video görüntülərin, SMS mətnlərinin, həmçinin bu kimi maddələrin gizlədilib qoyulduğu müxtəlif yerlər üzrə konkret ünvanı bildirən xəritəyə dair (konum) SMS məlumatının, mobil telefonda qrafık-proqram təminatından istifadə edilməklə qeyd edilən yerlərin ox işarəsi ilə işarələnmiş fotogörüntülərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı “Samsung Galaxy A21S” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” proqramında şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının mobil operatoruna aid digər +98 914 *** **** mobil nömrə istifadəçisinin “A..n..i..k” adı altında qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı “Samsung Galaxy A21S” markalı mobil telefon aparatının yaddaşında “Fotolar” qovluğunda “A..n..i..k” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid +98 914 *** **** mobil nömrə istifadəçisi ilə narkotik vasitələrin, psixotrop maddənin, yaxud narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin ticarət dövriyyəsinin həyata keçirilməsinə yönəlmiş məzmunlu, onların gizlədilib qoyulduğu müxtəlif yerlər üzrə konkret ünvanı bildirən xəritəyə dair (konum) SMS məlumatının, mobil telefonda qrafik-proqram təminatından istifadə edilməklə qeyd edilən yerlərin ox işarəsi ilə işarələnmiş fotogörüntülərinin mübadiləsinin həyata keçirilməsi faktlarına dair fotogörüntülərin mövcud olduğu müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı “Samsung Galaxy A21S” markalı mobil telefon aparatının yaddaşında “Qalereya” qovluğunda xarici əlamətlərinə görə narkotik vasitələrə, psixotrop maddəyə, yaxud bu kimi maddələrə aid olmayan güclü təsir edən maddələrə bənzər görünüşlü maddələrin, yaxud kütlələrin paketlənmiş vəziyyətdə, yaxud bükümlər halında, həmçinin onların elektron tərəzilər üzərində çəkilərinin müəyyən edilməsi prosesinə dair müxtəlif foto və videogörüntülərin mövcud olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 02 mart 2024-cü il tarixli "xxxx" Telekom MMC-dən daxil olmuş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair CD diskdə olan məlumatlara baxış baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə İran İslam Respublikasının mobil operatoruna aid +98 938 *** **** mobil nömrədən 05 yanvar 2024-cü il tarixdə saat 00:58-də fars əlifbası ilə yazılmış SMS mətninin, həmçinin ardınca “Aloo” məzmunlu SMS mətninin göndərilməsi faktının qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən istifadəçisi istintaqa məlum olmayan ***- ***-**-** mobil nömrəyə 08 iyul 2023-cü il tarixdə saat 00:39-da “20 manatım var mene 2 dene ot verde qaqa” məzmunlu SMS mətninin göndərilməsi faktının qeydə alındığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 04 mart 2024-cü il tarixli "xxxx" Telekom MMC-dən daxil olmuş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair CD diskdə olan məlumatlara baxış baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs öz adına, ***-***-**-** saylı mobil nömrənin isə X4 (Təqsirləndirilən şəxs qardaşının) adına qeydiyyatdan keçmişdir, iş üçün əhəmiyyətli başqa hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 09 mart 2024-cü il tarixli "xxxx" Telekom MMC-dən daxil olmuş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair CD diskdə olan məlumatlara baxış baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, 077-312- 02-61 saylı mobil nömrənin Təqsirləndirilən şəxs öz adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Həmçinin, cinayət işinin materialları tədqiq edilməklə CD diskdə olan məlumatlara keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A21S” markalı mobil telefon aparatının yaddaşında aşkar edilmiş, “Kenan”, “Keyvan” adları altında qeydə alınan İran İslam Respublikasının mobil operatoruna aid +98 914 *** **** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə 05 yanvar 2024-cü il tarixdə saat 23:02-də zəng edilməklə 18 saniyə danışıq aparıldığına dair məlumat qeydə alınmışdır. Həmçinin, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A21S” markalı mobil telefon aparatının yaddaşında aşkar edilmiş, “Cəmşid” adı altında qeydə alınan İran İslam Respublikasının mobil operatoruna aid +98 938 *** **** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə 11 yanvar 2024-cü il tarixdə saat 21:48-də zəng edilməklə 1 saniyə danışıq aparıldığına dair məlumat qeydə alınmışdır. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** mobil nömrədən 06 yanvar 2024-cü il tarixdə saat 04:53-də və 05:04-də “Qaqa ollem aqridan aqri oyatdı yuxudan meni, usaqin yaninda dansammiram temadan. Donmuyan lazimdiye mene abi 30 manat vererdim gəlib duzub qoşmaq olursa, zey vurram men dansammiram mene cavab de» məzmunlu SMS mətninin göndərilməsi faktının qeydə alındığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 26 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/149 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, üzərində “Təqsirləndirilən şəxs evindən...” sözləri yazılmış çantada iki ədəd qara rəngli sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 820,0 qram və 3075,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş iki ədəd elektron tərəzilərin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/547 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd çantada olan:

1. üzərində “Vət.şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 20,250 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Methadone 40” göstəricisi olan bir ədəd konvalyutda ümumilikdə 10 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,4 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir.

2. “Vət.şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd çantada bir ədəd bağlamada təmiz çəkisi 1240,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 850,0 qram, 60,0 qram, 40,0 qram və 40,0 qram - ümumi təmiz çəkisi 990,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” göstəricisi olan 38 ədəd konvalyutda ümumilikdə 380 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 15,2 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir.

3. Üzərində “Tee-Doll-X-225” göstəricisi olan 9 ədəd konvalyut və konvalyut kəsiyində ümumilikdə 87 həbdə üzərindəki göstəriciyə əsasən tramadolun təsir maddəsinin ümumi miqdarı 19,575 qram (1 ədəd həbdə təsiredici maddəsinin miqdarı 0,225 qram) təşkil edir.

4. Təqdim edilmiş dörd ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir.

5. Təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir.

6. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in İ siyahısına daxildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısfna (1 nömrəli əlavə) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 19 fevral 2024-cü il tarixli 1088 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinin təsviri hissəsinə əsasən, məcburi narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 03 fevral 2024-cü il tarixli “Maddi sübutlar hesab etmə haqqında” qərar və 24 iyun 2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3894,9 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq 1260,15 qram narkotik vasitə heroin, ümumilikdə qalıq 989,84 qram psixotrop maddə metamfetamin, qalıq 369 ədəd narkotik vasitə metadon həbləri, qalıq 77 ədəd güclü təsir edən tramadol həbləri və 02 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına verilmişdir. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs məxsus üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefon aparatı, üzərində ***-***-**- ** mobil nömrə olan 01 ədəd qızılı rəngli “Redmi” markalı mobil telefon aparatı, üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına verilmiş, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Qarabörk kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Rəstəcə kəndində yaşayan, Təqsirləndirilən şəxs barəsində Ucar rayon İHB-nin Qarabörk kənd İƏD üzrə Nümayəndəliyinə heç bir yazılı və şifahişikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq xüsusilə ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təsdiq olunur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 800 qram, qurudulmuş marixuana (kannabis) narkotik vasitəsinin külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 50000 qram, metamfetamin psixotrop maddəsinin külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 400 qram, metadon həbinin külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram, xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 160 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1 və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 02 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3894,9 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq 1260,15 qram narkotik vasitə heroin, ümumilikdə qalıq 989,84 qram psixotrop maddə metamfetamin, qalıq 369 ədəd narkotik vasitə metadon həbləri, qalıq 77 ədəd güclü təsir edən tramadol həbləri məhv edilməli, üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd “Redmi” markalı, üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd “Redmi” markalı, üzərində ***-***-**-** mobil nömrə olan 01 ədəd “Samsung Galaxy A21S” markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 137 (yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 3894,9 qram qalıq narkotik vasitə qurudulmuş marixuana, 1260,15 qram qalıq narkotik vasitə heroin, 989,84 qram qalıq psixotrop maddə metamfetamin, 369 ədəd qalıq narkotik vasitə metadon həbləri, 77 ədəd qalıq güclü təsir edən tramadol həbləri məhv edilsin, 02 ədəd elektron tərəzi müsadirə edilsin, 02 ədəd “Redmi” markalı və 01 ədəd “Samsung Galaxy A21S” markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 137 (yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar