Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-704/2024 24.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin, xeyli miqdarda narkotik vasitə heroin və xeyli miqdarda narkotik vasitə həşiş qətranı əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə istifadəsində olan “Xiaomi” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəldən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bır qrup şəxs təşkil etmış, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən İran İslam Respublikası vətəndaşının şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, ümumi çəkisi 4,437 qram psixotrop maddə metamfetamini, xeyli miqdarda ümumi çəkisi 0,824 qram narkotik vasitə heroini və xeyli miqdarda ümumi çəkisi 11,158 qram həşiş qətranının olduğu üzərində “LD" yazısı olan 01 ədəd siqaret qutusunu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsi, H.Əliyev adına parkında gizlədərək həmin yerin fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi” markalı mobil telefon avadanlığında quraşdırılmış 'Whatsapp'’ proqram təminatına göndərmiş, sonuncu İran İslam Respublikası vətəndaşının göndərdiyi külli miqdarda psixotrop maddə metamfetamini, xeyli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda narkotik vasitə həşiş qətranını satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün həmin ünvana gedərək qeyd olunanları gizlədilmiş yerdən götürüb daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən 08 mart 2024-cü il tarixdə saat 18:45-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsi, H.Əliyev adına parkda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “LD” yazısı olan siqaret qutusunun içərisindən 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 4,437 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetami, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,824 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə ümumi təmiz çəksi 11,158 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirsiz bilərək göstərmişdir ki, 08 mart 2024-cü il tarixdə ona zəng olunub “10 qram metamfetamin vardır” deyilmiş, o da metamfetamini götürməyə getmişdir. Tiryək və heroini isə polis əməkdaşları ona yükləmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq narkotik vasitələrdən istifadə etdiyini, 3 ildir ki, metamfetamin çəkdiyini, əvvəllər məhkum olunduğunu bildirmişdir. İİR vətəndaşı ona yazmış, o da 10 qram metamfetaminə görə getmişdir. Birinci dəfə tutulanda narkotik vasitəni İİR vətəndaşı təşkil etməmişdir. İİR vətəndaşının adı Rəsul olmuş, telefonda onun adını qeyd etməmişdir. İİR vətəndaşı ona konum göndərmiş və narkotik vasitəni qoyduğu yerin şəkillərini çəkib göndərmişdir. O, İİR vətəndaşından 1 il bundan əvvəl 2 dəfə bu yolla narkotik vasitə götürmüşdür. İİR vətəndaşının ona olan 150 manat məbləğində borcuna görə bu dəfə narkotik vasitəni ona pulsuz vermişdir. O, hadisə yerinə tək getməmiş, tanışı ilə birlikdə getmişdir. Yanındakı tanışı narkotik vasitə istifadəçisi olmamış, onun hansı məqsədlə ora getdiyini və narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. O, narkotik vasitəni götürməyə gedəndə saat təqribən 15-16 radələri olmuşdur. Polis bölməsində olan zaman o, döyülməmiş, hər hansı bir xəsarət almamışdır. Ona qarşı edilən qanunsuzluqlarla bağlı barəsində qətimkan tədbiri seçilən məhkəməyə məlumat verməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq polis əməkdaşları gələndə narkotik vasitəni götürmədiyini, polis əməkdaşlarının onu narkotik vasitəni götürməyə gedən zaman saxladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir müddət əvvəl “İnstagram” sosial şəbəkəsində İİR vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxsdən bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almışdır. Belə ki, o həmin şəxsin ona göndərdiyi hesab nömrəsinə müəyyən məbləğlərdə pul göndərirmiş, həmin şəxs isə əvəzində onun üçün ayrı-ayrı ünvanlara narkotik vasitə və ya psixotrop maddə yerləşdirirmiş. Sonuncu dəfə ondan narkotik vasitə almaq üçün hesabına 150,0 manat pul göndərsə də, həmin şəxs onu aldadaraq narkotik vasitəni göndərməmişdir xx.xx.2024-cü il tarixdə həmin şəxs ona yazaraq Sumqayıt şəhəri ərazisində 10,0 qram psixotrop maddə metamfetamin gizlətdiyini, lakin göndərdiyi şəxsin gəlib psixotrop maddəni götürmədiyini, ona borclu olduğu 150,0 manat pulun müqabilində həmin psixotrop maddəni ona verə biləcəyini demiş və o, onunla razılaşmışdır. Onun izah etdiyi yolla tanışı Aydan adlı xanımla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən H.Əliyev adına parka gəlmişdir. Həmin parkda daşın arxasından üzərində “LD” yazısı olan siqaret qutusunu götürən zaman bir neçə nəfər mülki geyimli şəxsin ona doğru hərəkət etdiklərini görmüşdür. Həmin şəxslərin polis əməkdaşları olduqlarını düşündüyü üçün götürdüyü siqaret qutusunu kənara atmışdır. Həmin şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməyində şübhəli olduğunu deyərək və onları polis bölməsinə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Bildirmək istəyir ki, çəkilişdən əvvəl adını bilmədiyi polis əməkdaşı üzərində “LD" yazısı olan siqaret qutusunu ona verib cibinə qoymağını tələb etdi. Daha sonra isə vıdeoçəkilış vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklfı edilmişdir. O öz əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “LD” yazısı olan siqaret qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin qutunun içərisində baxış keçirilən zaman orada 03 ədəd bükümün olduğu müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi, saxlanılması, satışı və daşınması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 08 mart 2024-cü il tarixdə axşam radələrində H.Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsində H.Əliyev adına parkda saxlanılmışdır. Daha sonra polis bölməsinə aparılmış, bölmədə olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən siqaret qutusunun içərisindən 3 ədəd büküm aşkar edilərək götürülmüşdür. Həmin bükümlərdə tiryək, metamfetamin və heroin olmuşdur. Aşkar olunan narkotik vasitələrin dəqiq çəkisi yadında olmamışdır. Təqsirləndirilən şəxs parkın içərisində saxlanılmış, saxlanıldığı parkdə üzərinə axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə ifadə verdiyini bildirmişdir. Şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:35 radələrində onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüş və Təqsirləndirilən şəxs, onlar tərəfindən saat 18:45-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, M.Müşviq küçəsi, H.Əliyev parkında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onun Sumqayıt Şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satmasında şübhəli olduğunu deyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nın 2-ci PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gəlmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-də Təqsirləndirilən şəxs Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahını nəzərdən keçirib hüquqlarının müdafiəçi X2 tərəfindən müdafiə olunmasını istəmişdir. Müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmiş ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu 01 ədəd “LD” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxış keçirilən zaman orada 03 ədəd qara rəngli sellofana bükülmüş bükümlər aşkar edilmişdir. Hər bir bükümə ayrı-ayrılıqda baxılan zaman qara rəngli sellofana bükülmüş bir bükümdə içərisində qəhvəyi rəngli maddə olan heroinə bənzər maddə, digər qara rəngli sellofana bükülmüş bir bükümdə qara rəngli bərk narkotik maddə olan tiryəkə bənzər maddə və digər qara rəngli sellofana bükülmüş bir bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç büküm içərisindəki maddələrlə birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman, həmin bükümlərdən içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin bükümlə birlikdə çəkisinin 7,25 qram, içərisində qara rəngli maddə narkotik vasitə olan tiryəkə bənzər maddənin bükümlə birlikdə çəkisinin 13.90 qram və içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin bükümlə birlikdə çəkisinin 3.83 qram olması olması müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri adını bilmədiyi, həmin maddələri sosial şəbəkədən tanış olduğu əvvələrdə narkotik maddə aldığı İran vətəndaşının “Whatsapp” sosial şəbəkəsində atdığı məkan üzrə Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsinə gəlməklə götürdüyünü, həmin şəxsin ona 150 manat borclu olduğunu, onun əvəzində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə və narkotik vasitələrə bənzər kütlələr Azərbaycan Respublikası ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 126 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sağ yan cibindən aşkar edilmiş 01 ədəd “Xiaomi Note 13” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və istifadəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı bölmə rəhbərinə məruzə olunduqdan sonra əməliyyat tədbirinin keçirilməsinə icazə verilmişdir. Həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 08 mart 2024-cü il tarixdə Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Heydər Əliyev adına parkda təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə aparılmış, bölmədə olan zaman vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən siqaret qutusunun içərisindən narkotik vasitə aşkar olunmuş və qablaşdırılaraq toplanmış materiallar istintaq şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs axşam saat 19-20 radələrində Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Heydər Əliyev adına parkdan qayıdanda saxlanılmışdır. Saxlanılan zaman onun üzərinə şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ətrafda başqa şəxslərin olubolmadığını xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxsin verdiyi ifadənin özünü müdafiə xarakteri daşıdığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Heydər Əliyev adına park adlanan yerdə axşam saatlarında saxlanımışdır. Daha sonra isə polis bölməsinə aparılmış, bölmədə olan zaman vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş və ekspertizaya göndərilmişdir. Səhv xatırlamırsa, 3 büküm metamfetamin, tiryək və heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin narkotik vasitələrin gəzdirilməsində, daşınmasında və istifadəsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı qrup rəhbərinə daxil olmuşdur. Təqsirləndirilən şəxs özü aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə, saat 15-16 radələrində saxlanılmışdır. Tutulan zaman təqsirləndirilən şəxsin yanında kiminsə olub-olmadığını xatırlamadığını qeyd etmişdir. Heydər Əliyev adına parkın sol tərəfində keçid olmuş, məhz həmin keçiddə, parkın içində təqsirləndirilən şəxs saxlanılmışdır. Şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində narkotik maddələrin alqı, satqısı ilə məşğul olması və üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan «şəxsi axtarış və götürmə barədə» xx.xx.2024-cü il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən 01 ədəd “LD” markalı siqaret qutusunu çıxardaraq təqdim edilir. Təhqiqatçı tərəfindən siqaret qutusunun içərisinə baxış keçirilən zaman orada 03 ədəd qara rəngli sellofan bükümlər aşkar edildi. Hər bir bükümə ayrıayrılıqda baxılan zaman qara rəngli sellofan bükümdə içərisində qəhvəyi rəngli maddə olan heroin, digər qara rəngli sellofan bükümdə qara rəngli bərk narkotik maddə olan tiryək və digər qara rəngli sellofan bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri adını bilmədiyi, sosial şəbəkədən tanış olduğu əvvələr də narkotik vasitələr aldığı İran vətəndaşının “Whatsapp” sosial şəbəkəsində atdığı məkan üzrə Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsinə gəlməklə götürdüyünü, həmin şəxsin ona 150 manat borclu olduğunu, onun əvəzində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə və narkotik vasitələr xüsusi qaydada qablaşdırılaraq möhürləndi. Həmçinin Təqsirləndirilən şəxs əynində gödəkçənin cibindən aşkar edilmiş 01 ədəd “Xiaomi Note 13” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. Cinayət işinin materiallarında olan «mobil telefona baxış keçirilməsi» haqqında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd “Xiaomi” markalı mobil telefona baxış keçirilən zaman ekranda açılan “Whatsapp Business” adlı proqrama daxıl olarkən mesaj bölməsində +**********29 nömrəsi qeyd olunmuş, istifadəçi adı yerində “rasolsheyikhzade” yazısı olan şəxslə arasında yazışmadan görünür ki, sonuncu ona konum şəkli göndərmiş, Tural isə həmin şəxsə “Rəsul gozdə 5 dəyə, əraziyə baxış” mesajını göndərmişdir. Bundan sonra İİR vətəndaşı güman edilən şəxs tərəfindən sonuncunun istifadəsində olan whatsapp proqramına bir neçə dəfə səsli zəng edilsə də həmin zənglər cavabsız qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1397 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd üzərində "saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan 2 (iki) zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,824 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,437 qram ağ rəngi, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/399 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs o...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi- 11,158 qram olan maddə narkotik tərkibli çətənə (kannabıs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranıdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3127 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 04 iyun 2024-cü il tarixli “Maddi sübut tanınması haqqında” qərar və 24 iyun 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, qalıq çəkisi 4,337 qram psixotrop maddə metamfetamin, 0,774 qram narkotik vasitə heroin və 11,108 qram narkotik vasitə həşiş qətranı maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntüsünü əks etdirən 01 ədəd disk və 01 ədəd “Xiaomi Note 13” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur, həmçinin Abşeron Rayon Məhkəməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aparılan cinayət işi icraatdadır və yekun məhkəmə aktı qəbul edilməmişdir. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış — xx.xx.2009-cu il təvəllüdlü X3 və bir azyaşlı uşaq — xx.xx.2013-cü il təvəllüdlü X5 vardır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin, xeyli miqdarda narkotik vasitə heroin və xeyli miqdarda narkotik vasitə həşiş qətranı əldə etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə bir neçə xırda bağlamalara bükülməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də, istintaq orqanının topladığı materiallar əsasında təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyi öz təsdiqini tapır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeydşərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 4,437 qram külli miqdarda psixotrop maddə metamfetamin, 0,824 qram xeyli miqdarda narkotik vasitə heroin və 11,158 qram xeyli miqdarda narkotik vasitə həşiş qətranını qanunsuz olaraq əldə etmə, saxlama, daşıma məqsədi ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsi, H.Əliyev adına parkına gedərək gizlədilmiş yerdən götürüb daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən 08 mart 2024-cü il tarixdə saat 18:45-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsi, H.Əliyev adına parkda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “LD” yazısı olan siqaret qutusunun içərisindən 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 4,437 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,824 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə ümumi təmiz çəksi 11,158 qram narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır, 1 yetkinlik yaşına çatmamış övladının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq 4,337 qram psixotrop maddə metamfetamin, narkotik vasitə 0,774 qram heroin və 11,108 qram həşiş qətranı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, 01 ədəd diskin maddi sübut kimi tanınaraq istintaq materiallarına saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 192 (yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 08 mart 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 4,337 qram qalıq psixotrop maddə metamfetamin, narkotik vasitələr 0,774 qram qalıq heroin və 11,108 qram qalıq həşiş qətranı məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-704/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-704/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver