Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-707/2023 27.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndind doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Abşeron rayonu, Novxanı kəndi, 20 Yanvar küçəsində yerləşən 41 nömrəli evdə kürəkəni Zərərçəkmiş şəxs arvadı Şahid2 söydüyünə və sonuncunun qolundan tutub itələməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı evdən stolun üstündən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya qarının sağ ön divarının periton boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəyinin və müsariqənin zədələnməsinə səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, zərərkçəkmiş şəxs Zərərçəkmiş şəxs onun kürəkənidir. Hadisə günü qızının yeni doğulmuş uşağını evə gətirmək üçün xəstəxanaya getmişlər. Xəstəxanaya Nurəhməd ilə qardaşı da gəlmiş, ona və arvadı Arzuya salam verməmişdir. Kürəkəni qızı ilə kənara çəkilib 5 dəqiqə nə isə danışmış, sonra qızı onların yaşadığı evə gəlmişdir. Evə gəldikdən yarım saat sonra Nurəhməd və qardaşı gəlmiş, həmin vaxtda özü çöldə yeni doğulmuş nəvəsi üçün qurban kəsmişdir. Qızı ilə Nurəhmədin mübahisə etdiyni görüb, səslərini eşitməmək üçün həyətin digər tərəfinə getmişdir. Bir neçə dəqiqə sonra qızı evin pəncərəsindən qışqıraraq onu çağırmışdır. Evə daxil olduqda Nurəhmədin arvadı Arzunu boğduğunu görmüşdür. Nurəhmədi ayırmağa çalışarkən yaşlı və çəlimsiz olduğundan güçü çatmamış, Nurəhməd onu itələmiş, o şkafa dəyərək yıxılmış və şkafın şüşəsi sınmışdır. Nurəhməd arvadı Arzudan aralaya bilmədiyindən nəvəsi üçün alınan tortun yanındakı bıçağı götürərək Nurəhmədi vurmuşdur. Daha sonra Nurəhməd və qardaşı acıqlanıb onu döymüşlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyani ödəmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır. İttihamın mahiyyəti ona müstəntiq tərəfindən elan edilmişdir və ittihamın mahiyyəti tam aydındır. Fiziki və psixi cəhətdən sağlamdır. Zərərçəkmiş şəxs onun kürəkənidir. Əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, Nurəhməd 2021-ci ilin aprel ayında qızı Vüsalə ilə ailə həyatı qurmuşdur. Aralarında yaxşı münasibət olsa da Nurəhmədin valdeyinləri ilə Vüsalənin münasibətləri əvvəldən soyuq olmuşdur. Təxminən 03 ay olarmış ki, Nurəhməd və Vüsalə Cəlilabad rayonunda yaşayırmışlıar. Onar arvadı Arzu ilə birlikdə tez-tez Vüsaləgili ziyarət edib nəvələrini görürmüşlər. Vüsalə onun tək övladıdır. xx.xx.2023-cü il tarixdə Nurəhməd Vüsalə ilə birlikdə Novxanı kəndində onların yaşadığı evə gəlmişdir. Vüsalə 9 aylıq hamilə olduğundan Nurəhməd Vüsaləni onlara qoyub çıxıb getmişdir. Növbəti gün, 06 mart 2023-cü il tarixdə Vüsalənin sancıları olduğu üçün o, Vüsaləni Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmışdır. Həkim yaxın günlərdə doğuş olacağını və Vüsalənin xəstəxanada qalmalı olduğunu bildirmişdir. Həmin gün Vüsalənin oğlu olmuş, 08 mart 2023-cü il tarixdə saat 11 radələrində o, qızı Vüsaləni və nəvəsini xəstəxanadan çıxarmaq məqsədi ilə xəstəxanaya getmişdir. Həmin vaxt Kürəkəni Nurəhməd də qardaşı Seyidəli ilə birlikdə oraya gəlmişdir. Vüsalə xəstəxananın qarşısında Nurəhmədlə bir qədər söhbərt etdikdən sonra o, Vüsaləni və nəvələrini yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən evinə aparmışdır. Vüsalə bir-iki saat sonra Nurəhmədin gəlib uşaqları və Vüsaləni aparacağını bildirmişdir. O, nəvəsinə qurban dediyi heyvanı kəsdikdən sonra onu soymağa başlamışdır. Həmin vaxt evdə qızı, arvadı, iki azyaşlı nəvəsi və ondan başqa heç kim olmamışdır. Təxminən saat 12 radələrində kürəkəni Nurəhməd və adını “Seydi” olaraq bildiyi qardaşı onların həyətinə daxil olmuşdur. Nurəhməd onunla söhbət etmədən qapının ağzına keçib Vüsaləni çağırmışdır. Vüsalə qapıya çıxdıqda Nurəhmədin Vüsaləyə “yığış gedək” dediyini eşitmişdir. Vüsalə Nurəhməddən bir dəqiqə gözləməsini, uşağı yedirdikdən sonra getmələrini bildirmişdir. Daha sonra Nurəhmədlə Vüsalənin mübahisə etdiyini görüb həyətin digər tərəfinə çəkilmişdir. Təxminən 15 dəqiqə sonra Vüsalə həyətə çıxıb qışqıraraq onu çağırmışdır. O, evə daxil olduqda Nurəhmədin onun arvadı Arzunun boğazından yapışaraq Arzunu söyüb təhqir etdiyini görmüşdür. O, əvvəlcə Nurəhmədi sakitləşdirməyə çalışdıqda Nurəhməd onu əli ilə itələmişdir. Həmin vaxt onun arxa nahiyəsi divarda yığılmış şkafa dəymiş və şüşəsi qırılaraq ortalığa tökülmüşdür. Daha sonra Nurəhmədin qardaşı sol çiyin nahiyəsindən yumruqla vurmuşdur. Daha sonra Nurəhməd onun sinəsidən tutaraq qapıya tərəf tullamışdır. Həmin vaxt o, qapının ağzında qoyulmuş stolun üstündən mətbəx bıçağını sağ əli ilə götürüb Nurəhmədin qarın boşluğuna bir dəfə vurmuşdur. Daha sonra o, tutduğu əməldən peşman olub dayanmışdır. Qızı Vüsalə onun əlindən bıçağı aldıqdan sonra Nurəhməd və qardaşı təzədən onu döyməyə başlamışdır. O, yerə yıxıldığı üçün onu nə ilə və necə vurduqlarını xatırlamır. Daha sonra Nurəhmədin qardaşı Nurəhmədin bıçaqlandığını başa düşüb Nurəhmədi çölə çıxarmış və oradan getmişlər. Bir qədər sonra polis əməkdaşları yaşadığı evə gəldikdə o, baş vermiş hadisəni və törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. ( cild 1, iş vərəqə 58-60) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Səttər onun qayınatasıdır. 05 mart 2023-cü il tarixdə arvadı Vüsalə yaxın günlərdə doğuş edəcəyi üçün onu aparıb Novxanı kəndində yerləşən qayınatasının evlinə qoymuşdur. Növbəti gün, yəni 06 mart 2023-cü il tarixdə atası Vüsaləni Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmış və Vüsalənin oğlu dünyaya gəlmişdir. Həkim məsləhəti ilə Vüsalə iki gün daha xəstəxanada qalmışdır. 08 mart 2023-cü il tarixdə Vüsalə xəstəxanadan çıxmışdır. O, Vüsaləyə atasıgilə getməyi təklif etdikdə Vüsalə pal-paltarının öz atasıgilin evində olduğunu və gedib götürdükdən sonra gəlib onu aparmağını xahiş etmişdir. O, Vüsaləyə etiraz etməyərək bir-iki saat sonra gedib Vüsaləni aparacağını bildirmişdir. Daha sonra o, qardaşı Seyidəli ilə birlikdə bir qədər Sumqayıt şəhərində dolaşaraq qayınatasının evinə gəlmişdir. Vüsalə qapıya çıxaraq hələ hazır olmadığını bildirmişdir. O, Vüsaləyə yır-yığış etməkdə kömək etmək məqsədi ilə həyətə, oradan da evə daxil olmuşdur. O, içəri girərkən qaynanası Arzu da, onunla birlikdə içəri keçmişdir. Həmin vaxt o, Səttərin darvazadan çölə çıxıb təkrar içəri qayıtdığını görmüşdür. O, Vüsaləyə kömək edərkən qaynanası Vüsaləyə tələsməməyini bildirmişdir. O, isə Vüsalədən tez olmağını tələb etmişdir. Buna görə də aralarında mübahisə baş vermişdir. Daha sonra qaynanası Arzu onun üstünə hücum çəkib qollarından yapışmışdır və həmin vaxt qayı natası Səttər onun sağ çiynindən yapışıb döndərərək sağ əli ilə qarın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. O, qarın nahiyəsində ağrı hiss etsə də, Səttərin əlində bıçaq olduğundan xəbəri olmamışdır. Səttər ikinci dəfə ona zərbə yetirmək istədikdə o, Səttərin əlini kənara çəkmişdir. Üçüncü dəfə Səttər sağ əli ilə zərbə vurmaq istədikdə Səttərin əlində bıçaq olduğunu görmüşdür. O, özünü qorumaq məqsədi ilə Səttəri divara tərəf itələmişdir. Səttərin kürəyi divarda yığılmış şkafa dəymiş və şkafın şüşələri qırılıb yerə tökülmüşdür. Həmin vaxt o, köynəyini aşağı çəkib baxdıqda xəsarət izi görməmişdir. Bundan sonra Səttər təkrar onun üstünə hücum çəkərək yaxasından yapışmışdır. O, da Səttərin yaxasından tutaraq aralarında olan məsəlini aydınlaşdırmaq üçün Səttəri çölə çıxarmağa çalışmışdır. Bu zaman Səttər onu yumruq və təpik zərbələri ilə vurmuşdur. Səttər təpiklə vurmaq istədikdə o, Səttərin yaxasından tutduğu üçün hər ikisi birlikdə yerə yıxılmışdır. Daha sonra Vüsalənin “Seyid qoyma kömək, elə” dediyini eşitmişdir. Seyidəli onları ayırdıqdan sonra qardaşı Seyidəlidən onu xəstəxanaya aparmağını xahiş etmişdir. Daha sonra Seyidəli onu götürüb xətəxanaya aparmışdır. Ona dəymiş zərər ödənilmiş, təqsirləndiriln şəxslə barışmış, ona qarşı şıkayət və tələbi yoxdur. Məhkəmədə şahid qisimində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nurəhməd onun kürəkənidir. 08 mart 2023-cü il tarixdə əri Səttərlə birlikdə Vüsaləni xəstəxanadan çıxarmaq üçün oraya getmişdir. Onlar çıxarkən kürəkəni də qardaşı ilə birlikdə oraya gəlmişdir. Həmin vaxt Nurəhməd Vüsalə ilə təxminən beş dəqiqə təklikdə söhbət etdikdən sonra Vüsalə Nurəhmədin bir-iki saat sonra gəlib onu və uşaqları aparacağını bildirmişdir. Onlar Novxanıya çatdıqdan sonra Səttər həyətdə yeni doğulmuş körpə üçün qurban kəsmişdir. Təxminən yarım saat sonra Vüsalə çöl qapısına çıxmış və Nurəhmədlə birlikdə evə qayıtmışdır. Bir qədər sonra Vüsalə ondan paltarların yerini soruşduqda o, da Vüsaləyə kömək etmək üçün evə getmişdir. Həmin vaxt Nurəhməd də kortəbii formada Vüsaləyə yır-yığış etməkdə kömək etmiş və qışqıraraq tez olmağı tələb etmişdir. O, səs-küyü qonşuları eşidəcəyindən narahat olduğu üçün Nurəhməddən biraz sakit olmasını xahiş etmişdir. Bu zaman Nurəhməd əvvəlcə onunla mübahisə edib daha sonra onu söyüb-təhqir etməyə başlamışdır. Daha sonra isə Nurəhməd onun üstünə hücum çəkmiş və iki əli ilə onun qollarından tutub silkələməyə başlamışdır. Vüsalə onu Nurəhmədin əlindən almağa çalışsa da, gücü çatmamış və çölə çıxmışdır. Bir qədər sonra Səttər içəri daxil olmuş, həmin vaxt Nurəhməd onun boğazından yapışmışdır. Səttər içəri daxil olduqda Nurəhmədi ondan ayırmağa çalışmışdır. Nurəhməd yumruğu ilə Səttərin üz nahiyəsinə yumruqla bir dəfə vurmuşdur, daha sonra isə Səttəri götürüb divardan yığılmış şkafa çırpmışdır. Şkafın şüşələri qırılıb yerə tökülmüşdür. Daha sonra Səttər yerə yıxılmışdır. Səttər qalxmaq istədikdə Nurəhməd Səttəri götürüb qapıya tərəf tullamışdır və təzədən Səttərin üstünə hücum çəkmişdir. Bir qədər sonra Səttərin əlində bıçaqla Nurəhmədə doğru gəlib Nurəhmədin qarnına həmin bıçaqla bir dəfə zərbə endirdiyini görmüşdür. Həmin vaxt Nurəhməd özünü kənara çəkdiyi üçün bıçağın Nurəhmədə dəymədiyini fikirləşmişdir. O, bıçağı Səttərin əlindən aldıqdan sonra Nurəhməd və Səttər təkrar əlbəyaxa olmuşlar və yerə yıxılmışlar. O, Səttər və Nurəhmədi ayırmağa çalışsa da gücü çatmamış və həmin vaxt Nurəhmədin qardaşı Seyidəli də içəri girib Səttərin üstünə hücum çəkmişdir. Həmin vaxt Nurəhməd əl saxlamışdır. Lakin Seyidəli hələ də Səttəri döymüşdür. Vüsalə onları ayırdıqdan sonra qardaşı Nurəhmədi götürüb aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nurəhməd onun əridir. 05 mart 2023-cü il tarixdə yaxın günlərdə doğuş edəcəyi üçün Nurəhməd onu gətirib Abşeron rayonu, Novxanı kəndində yerləşən atsına məxsus evə gətirmiş, Nurəhmədin valideynəri ilə soyuq münasibətləri olduğu üçün Nurəhməd onu öz atasıgildə qoyub getmişdir. Növbəti gün, yəni 06 mart 2023-cü il tarixdə onun sancıları olduğu üçün atası onu Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmışdır. Həkim məsləhəti ilə o, xəstəxanada qalmış və bir neçə saat sonra bir oğlan övladı dünyaya gəlmişdir. Həkim məsləhəti ilə iki gün daha xəstəxanada qalmışdır. 08 mart 2023-cü il tarixdə r atası və anası onu xəstəxanadan çıxarmaq üçün oraya getmişdir. Onlar çıxarkən Nurəhməd də qardaşı Seyidəli ilə birlikdə oraya gəlmişdir. Həmin vaxt Nurəhməd ona atasıgilə getməyi təklif etdikdə Nurəhmədə etiraz etməmiş, lakin uşaqların və öz pal-paltarının anasıgildə olduğunu, gedib onları götürdükdən sonra gəlib onu aparmasını xahiş etmişdir. Nurəhməd də ona etiraz etməyərək bir-iki saat sonra gəlib onu aparacağını bildirmişdir. Onlar Novxanıya çatdıqdan sonra atası yaşadığı evin həyətində yeni doğulmuş körpə üçün qurban kəsmişdir. Daha sonra o, uşaqlarla birlikdə evə keçmişdir. Atası isə həmin heyvanı soymuşdur və anası da ona kömək etmişdir. Təxminən yarım saat sonra Nurəhməd ona zəng edib çıxmağını tələb etmişdir. O, bir neçə dəfə Nurəhmədin zənglərini cavablandırsa da telefonu yaxşı işləmədiyi üçün fikrini Nurəhmədə çatdıra bilməmişdir. Buna görə də o, qapıya çıxmışdır. Evin darvaza qapısında o, Nurəhmədə hələ hazır olmadığını və bir qədər gözləməsini bildirmişdir, lakin o, Seyidəlinin Nurəhmədi tələsdirdiyini eşitmişdir. O, içəri qayıtdıqda Nurəhməd də onunla birlikdə içəri keçmişdir. Onlar evə daxil olarkən anası və atası həyətdə heyvan soyurmuşlar. O, yataq otağında yır-yığış etməyə başlayarkən Nurəhməd də ona kömək etmişdir. O, paltarların yerini anasından soruşduqda anası da kömək etmək üçün evə gəlmişdir. Nurəhməd qışqıraraq ona tez olmağı tələb etdikdə anası Nurəhmədə bir az aşağı tonda danışmağı xahiş etmişdir. Bu zaman anası Arzu və əri Nurəhmədin arasında mübahisə baş vermişdir. Nurəhməd iki əli ilə anasının qollarından tutub silkələməyə başlamışdır. O, Nurəhmədi anasından ayırmağa çalışdıqda gücünün çatmadığını görüb həyətə qaçaraq atasını köməyə çağırmışdır. Atası içəri daxil olduqda Nurəhmədi anasından ayırmağa çalışmışdır. Nurəhməd yumruğu ilə atasının üz nahiyəsinə yumruqla bir dəfə vurub, daha sonra isə atasını götürüb divardan yığılmış şkafa çırpmışdır. Daha sonra atası yerə yıxılmışdır. Atası qalxmaq istədikdə Nurəhməd atasını götürüb qapıya tərəf tullamışdır və təzədən anasının üstünə hücum çəkmişdir. O, bir anlıq atasının otaqda olmadığını görsə də anasının kömək etmək məqsədi ilə ona tərəf qaçdığını görmüşdür. Həmin vaxt atasının əlində bıçaqla Nurəhmədə doğru bir dəfə zərbə endirdiyini görmüşdür. Daha sonra Nurəhmədin özünü kənara çəkdiyi üçün bıçağın ona dəymədiyini fikirləşmişdir. Anası bıçağı atasının əlindən aldıqdan sonra Nurəhməd və atası təkrar əlbəyaxa olmuşdur. Onun atasına və ərinə gücünün çatmayacağını gördüyü üçün həyətə qaçaraq Seyidəlini çağıraraq atasıyla Nurəhmədi ayırmağa kömək etməsini xahiş etmişdir. Seyidəli onunla birlikdə içəri girən kimi atasının üstünə hücum çəkib atasını vurmağa başlamışdır. Bu vaxt Nurəhməd artıq əl saxlamışdır. Lakin Seyidəli hələ də atasını döymüşdür. O, birtəhər qaynı Seyidəlini atasından ayırıb kənara çəkmişdir. Həmin vaxt Nurəhməd əynindəki paltarı yuxarı qaldırdıqda Nurəhmədin qarın boşluğunun yaralandığını görmüşlər. Daha sonra Seyidəli Nurəhmədi götürüb aparmışdır. Məhkəmədə şahid qisimində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 06 mart 2023-cü il tarixdə qardaşı Nurəhmədin oğlu dünyaya gəlmişdir. 08 mart 2023-cü il tarixdə saat Sumqayıt şəhərində yerləşən xəstəxanadan qardaşının arvadı Vüsalə və uşağı çıxartmaq məqsədi ilə Nurəhmədlə birlikdə onun idarə etdiyi avtomobillə oraya getmişdirlər. Xəstəxanaya çatdıqdan sonra orada Nurəhməd Vüsalə ilə söhbət etdikdən sonra Nurəhməd Vüsalənin atasıgilə gedəcəyini, daha sonra Vüsaləni və uşağı oradan götürəcəklərini bildirmişdir. Buna görə də onlar təxminən bir-iki saat birlikdə avtomobillə gəzişmişlər. Saat təxminən 12 radələrində onlar Nurəhmədin qaynatası Səttərə məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən evə getmişlər. X5 zəng etmiş və Vüsalə evin çöl qapısına çıxdıqdan sonra Vüsalla bir qədər söhbət etdikdən sonra içəri qayıtmışdır. Daha sonra Nurəhməd qapının ağzında gözləməyə başlamışdır. O, həmin vaxt qapının ağzında idarə etdiyi avtomobildə əyləşmişdir. Təxminən bir iki-dəqiqə sonra kimsə Nurəhmədi içəri çağırmış, lakin kim olduğunu görməmişdir. Təxminən biriki dəqiqə sonra o, Nurəhmədə zəng etməyə başlamışdır ki, Nurəhməd çölə çıxsın və getsinlər. O, narahat olduğu üçün təxminən dörd-beş dəfə Nurəhməd zəng etsə də Nurəhməd telefona cavab verməmişdir. O, həmin vaxt evdən möhkəm qışqırıq səsi eşidib avtomobildən düşüb evə tərəf getmişdir. Evə girdikdə içəri otaqdan səs küy gəldiyini görüb oraya daxil olmuşdur. İçəri girdikdə Nurəhmədin qaynatası Səttərlə arvadı Arzunun Nurəhmədi yerə yıxdıqlarını görmüşdür. O, Səttər və Arzunu sakitləşdirib ayırdıqdan sonra Nurəhməd qarın boşluğunu tutaraq ondan həkimə getməyi xahiş etmişdir. O, əvvəlcə nə baş verdiyini başa düşməmiş, daha sonra Səttər onları evdən qovduğu üçün Nurəhmədlə birlikdə çıxıb avtomobilə minmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Səttər Nurəhmədi bıçaqla vurmuşdur və o, Nurəhmədi oradan bir başa xəstəxanaya aparmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş və həmin hadisə vaxtı kürəkəni Zərərçəkmiş şəxsla harada münaqişə etdiklərini və sonuncuya bıçaqla harada xəsarət yetirməsini göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. Bundan başqa hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs kürəkəni Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı da istintaq təqdim etmişdir. (Cild 1, iş vərəqləri 11-18) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 17 mart 2023-cü il tarixli 449 nömrəli rəyində göstərilmişdir ki, Vət. S.G. Süleymanovun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qaşın bayır səthinin və sol dirsək oynağı nahiyəsinin sıyrıqları, sağ bazun oynağı nahiyəsinin qançını küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs (lər)-in bədən hissəsinin təsirindən yarana bilərdilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (Cild 1, iş vərəq 146-148) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 17 mart 2023-cü il tarixli 491 nömrəli rəyində göstərilmişdir ki, Vət. Şahid2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - hər iki bazunun qançırları küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər: sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. (Cild 1. İş vərəq 149-151) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb 01 may 2023-cü il tarixli, 681 nömrəli rəyində göstərilmişdir ki, Vǝt. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- qarının sağ ön divarının periton boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəyinin və müsariqənin zədələnməsinə səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən onun Sumqayıt Tibb Mərkəzi, TTYX-na müraciət etdiyi və qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. (Cild 1. İş vərəq 161-164) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-psixiatrik ekspertiza üzrə 24 iyul 2023-cü il tarixli, 2038 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.(Cild 1, iş vərəqləri 208-210) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 20 aprel 2023-cü il tarixli 135 nömrəli rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin ön səthində 01 (bir) ədəd, maykanın ön səthində 01 (bir) ədəd deşilmiş- kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin ön səthində 01 (bir) ədəd, maykanın ön səthində 01 (bir) ədəd deşilmiş- kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 3. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. 4. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı dəyişikliklər edilməmişdir. (Cild 1, iş vərəqləri 157-160) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-bioloji ekspertizası üzrə 10 aprel 2023-cü il tarixli 189 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa,beta/İ/şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən; Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka, idman tipli kofta üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin alfa, beta, aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən bir ədəd mətbəx bıçağə üzərində qan aşkar olunmadı.(Cild 1, iş vərəqləri 152-156) Cinayət işinin materiallarından görünür ki, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mətbəx bıçağı maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 216-225) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 214-215) Cinayət işinin materiallarına əlavə edilmiş Novxanı kənd İ.Ə.D üzrə nümayəndiliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 213) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı səmimi olaraq etiraf etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 mart 2023-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 07 iyul 2023-cü il tarixli qərar ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 22-36, 61-70, 199-207) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs əməlindən peşman olması, həmçinin zərərçəkmiş şəxslə barışması, ona dəymiş zərəri tamamilə ödəməsi kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CMnin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mətbəx bıçağı məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Fəhm
Məhkəmə qərarları › İş №1(124)-707/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-707/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver