Məhkəmə qərarları › İş №1(124)-714/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-714/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-714/2024 30.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kardioloji sanatoriyada qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroin əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa “Şahin” kimi məlum olan İran İslam Respublikası vətəndaşı ilə istifadəsində olan “Xiaomi” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəldən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən İran İslam Respublikası vətəndaşı “Şahin” adlı şəxsin şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədi ilə içərisində xüsusilə külli miqdarda ümumi çəkisi 1.300,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bağlamanı Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisində yerləşən "Bravo” Supermarketin arxa tərəfində gizlədərək həmin bağlamanın və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa “Şahin” kimi məlum olan İran İslam Respublikası vətəndaşının göndərdiyi xüsuilə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün həmin ünvana gedərək bağlamanı gizlədilmiş yerdən götürüb daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 14 mart 2024-cü il tarixdə, saat 00:10-da Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin iç hissəsindən 01 ədəd şəffaf rəngli sellofan paketin içərisindən xüsusilə külli miqdarda ümumi çəkisi 1.300,0 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ittihamda qeyd edilən miqdarda narkotik vasitə onun üzərində olmamışdır. Hadisə axşam saatlarında baş vermiş, 2 qram narkotik vasitənin arxasınca gəlmiş, elə hadisə yerində də tutulmuşdur. Narkotik vasitənin yerini ona konum olaraq atmışlar, ora çatanda maşından düşmüş və elə 10 addım aralanmışdır ki, polis əməkdaşları tərəfindən tutulmuşdur, yəni heç həmin 2 qram narkotik vasitəni götürə bilməmişdir. Maşında həmin vaxt yoldaşı olmuşdur, onu onunla hədələmişlər ki, polis bölməsinə gətirildikdən sonra əynində olan nazik gödəkçəyə həmin 1300 qram narkotik vasitəni qoymuşlar və o da ailəsinə görə məcbur qalmışdır ki, həmin narkotik vasitəni götürmüşdür. Verilən suallara cavab olaraq bildirdi ki, təxminən 2 ildir ki, “kakos” istifadə etmişdir. Şahin adlı İran vətəndaşı ilə əlaqə saxlamış, ona 70 manat göndərib öz istifadəsi üçün narkotik vasitə sifariş etmişdir. Polis əməkdaşlarının ona təzyiqi olmuşdur, amma elə də güclü olmamışdır. Rayon məhkəməsində də indi dediklərini demişdir. Pulu 2 gün əvvəldən göndərmişdir. Əslində həmin gün narkotik vasitəni götürmək fikri olmamışdır. Sadəcə o yolda olan zaman iranlı ona zəng etmiş və o, gedib götürmüşdür. İranlı narkotikin qramını 35 manata satmışdır. Təzyiqlərə Polis İdarəsində, 2ci mərtəbədə məruz qalmışdır, təxminən 11 nəfər olmuşlar. Kürdəxanıda təzyiqə məruz qaldığını deməmişdir. Ailəsinə görə narkotik vasitəni boynuna götürmüşdür, demişlər ki, götürməsə ailəsinin üzərinə də narkotik vasitə qoyacaqlar. Hadisə vaxtı maşını “Toyota Corolla” olmuş, onu idarəyə öz maşınları ilə, yoldaşını isə onun maşını ilə aparmışlar. İdarədə isə yoldaşı dəhlizdə olmuş, o, təzyiqlərə məruz qalanda otağın qapısı açıq olmuşdur. Yoldaşını, o sənədlərə imza çəkdikdən sonra təxminən 1 saat sonra buraxmışlar. Rayon məhkəməsində sorğu-sual olmamışdır. Konuma gedərkən yoldaşı yanında olmuş, birlikdə bazarlığa getmişlər, ondan sonra ona zəng gəlib deyə sifariş verdiyi narkotik vasitəni götürməyə getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi əməklə məşğul olur. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Əvvəllər narkotik vasitənin heroindən istifadə etmiş, lakin hal-hazırda istifadə etmir. xx.xx.2024-cü il tarixdə təxminən saat 00:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxasında həyat yoldaşı Leyla ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməyi ilə bağlı saxladıqlarını bildirərək onları Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. O əynində olan boz rəngli gödəkçənin qarşısını açaraq bel nahiyəsində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan paketi təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Həmin sellofan paket açılan zaman sellofan paketin içərisində yapışqanlı lentlə bükülmüş bağlamanın olduğu görülmüşdür. Həmin bağlama açılan zaman bağlamanın içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroinə” bənzər maddənin olduğu müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq həmin narkotik vasitəni Şahin kimi tanıdığı İran İslam Respublikası vətəndaşının ona bildirdiyi Sumqayıt şəhəri ərazisindəki ünvandan götürdüyünü, həmin ünvandan narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin narkotik vasitəni İran vətəndaşının sifarişi ilə 200 manat pul qarşılığında başqa bir ünvana aparacağını, əvvəllər 100 manat qarşılığında bu kimi iş gördüyünü bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə xüsusi qaydada qablaşdırılaraq möhürlə möhürlənmiş və protokol tərtib edilmişdir. Həyat yoldaşı Leyla onun narkotik vasitə götürəcəyindən məlumatsız olmuşdur. (İ cild i/v: 68-70) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs həmin gün təxminən saat 00:00 radələrində onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüş Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxasında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Təhqiqatçı tərəfindən şəxsi axtarış həyata keçirilmiş və Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli gödəkçənin iç hissəsində saxlamış olduğu 01 ədəd sellofan paketi təqdim etmişdir.Təhqiqatçı tərəfindən həmin sellofan paket açılan zaman sellofan paketin içərisində bağlamanın olduğu aşkar edilmişdir. Həmin bağlama açılan zaman bağlamanın içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroinə” bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin “kakos” olduğunu, həmin maddəni Şahin kimi tanıdığı İran vətəndaşının ona bildirdiyi ünvandan narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin narkotik vasitəni İran vətəndaşının sifarişi ilə 200 manat pul qarşılığında başqa bir ünvana aparacağını, əvvəllər 100 manat qarşılığında bu kimi iş gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman, həmçinin polis idarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən hər hansı fiziki işgəncə və ya qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, yoldaşı Təqsirləndirilən şəxs ilə bazarlıq etməyə getmiş, qayıdan vaxt yoldaşına zəng gəlmiş və yoldaşı demişdir ki, bir şey götürməlidir, o da xahiş etmişdir ki, evdə ürəyi sıxılır, onu da aparsın, onlar Sumqayıta getmiş, o, maşında qalmış, yoldaşı düşüb 10 addım yol getmişdir ki, onu polislər saxlamışlar, onu yoldaşının maşınında, yoldaşını da öz maşınlarında aparmışlar, yoldaşına boynuna almasa arvadına da məsuliyyətə cəlb eləyəcəklərini bildirmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 14 mart 2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” və 07 may 2024-cü il tarixli , “DVD diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən VİD_20240314_013209 sözləri yazılmış qovluğa daxil olundu.. Görüntülənən video görüntü 11 dəqiqə 25 saniyədən ibarətdir. Görüntünün 00:01 -ci təhqiqatçı Elsəvər Quliyev şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi görsənir. Bundan sonra təhqiqatçı şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və satmasında şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X2 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt boz rəngli gödəkçənin qarşısını açaraq iç hissəsində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan paketi təqdim etdi. Təhqiqatçı tərəfindən həmin sellofan paket açılan zaman sellofan paketin içərisində yapışqanlı lentlə bükülmüş bağlamanın olduğu aşkar edildi. Həmin bağlama açılan zaman bağlamanın içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “Heroinə” bənzər maddənin olduğu müəyyən edildi. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin “kakos” olduğunu, həmin maddənin Şahin kimi tanıdığı İran vətəndaşının ona bildirdiyi ünvandan narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin narkotik vasitəni İran vətəndaşının sifarişi ilə 200 manat pul qarşılığında başqa bir ünvana aparacağını, əvvəllər 100 manat qarşılığında bu kimi iş gördüyünü bildirdi. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 01 bağlamada olan qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə “heroinə” bənzər maddə tərəzidə çəkilən zaman həmin maddənin çəkisinin 1.030 qram olması olması müəyyən olunur. Azərbaycan Respublikası ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürləndi. Həmçinin Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 01 ədəd “Redmi “ markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür.(İ cild i/v: 30-31, 106-107) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd “Xiaomi” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon hər iki tərəfi qara rəngdədir. Mobil telefon işə salındıqdan sonra ekranda açılan “Whatsapp Business” adlı proqrama daxil olundu. İsmaric bölməsində +**********80 nömrəsi qeyd olunmuş, istifadəçi adı yerində “Sh2” yazısı olan şəxslə arasında yazışmadan görünür ki, Azad ona xx.xx.2024-cü il tarixdə saat 22:57-də “15-20 dəqiqəyə inşallah ordayam da, sən hazırsan?” mesajı, həmin tarixdə saat 22:58-də “Sh2” adlı istifadəçi ona konum şəkli, 23:02-də “qardaş nə qədər qalıb çatasan?” mesajı, 23:06-da Azad həmin şəxsə “sən bu atdığın konuma 25 dəqiqə, yarım saat, uzaqdıda, sumqayıt burdan uzaqdı”, “yol da biraz doludu, probkadı yol, gedirəm də 20-25 dəqiqəyə ordayam”, “konum p* qalmış yolumu uzatdı mənim, p* yola saldı məni, öz bildiyim yolla gəlmədim, gətirdi elə p* yola saldı yolumu uzatdı, nəisə 20 km qalıb” mesajını göndərmiş, 23:44-də “Sh2” adlı istifadəçi ona “dadaş, sənə qurban olum saata bax birdənə sən, niyə saata baxmırsan, özün dedin bir rübə çatıram, bir rüb bilirsən nə qədər olub, 50 dəqiqə” mesajını göndərmiş, 23:46-da Azad həmin şəxsə “çatıram da denən ona, 7-8 dəqiqəlik yolum qalıb, prosta konum məni p* yola gətirib çıxartdı, 7-8 dəqiqəlik yolum qalıb” mesajını göndərmiş, xx.xx.2024-cü il tarixdə saat 00:02-də “Sh2” adlı istifadəçi ona “nə iş gördün?” mesajını, 00:03-də Azad ona “at da Şahin burdayam, konumdayam” mesajını göndərmiş, 00:03-də “Sh2” adlı istifadəçi ona “9 mikr bravo marketin arxası” adlı mesaj və dörd ədəd konum şəkli” göndərmişdir. (İcildi/v: 108-110) Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 01 iyul 2024cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:50:03-də Təqsirləndirilən şəxs məxsus ********* saylı mobil telefon nömrəsinin anten məlumatları UABS3593F/UABS3593 Sumgait_M.Husaynzade_str/"Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi'VSumgayit/ (40.59xx/xx.66822) ünvanında görsənir. xx.xx.2024-cü il tarixdə saat 01:32:54-də Təqsirləndirilən şəxs məxsus ********* saylı mobil telefon nömrəsinin anten məlumatları LABS4455O1/LABS4455 SumgaytATS5/”Sumqayıt, Azərbaycan Prospekti 15, Sumqayıt ATS'VSumgayit/ (40.595xx/xx.66649) ünvanında görsənir.(İcildi/v:190-192) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1510 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi .’’şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” Yazısı və imzalar olan bağlamadakı, 1 (bir) ədəd şəffaf polietilən bükümdə təmiz çəkisi 1300qram (1 kq 300qr) qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Qeyd: 1. Heroinin təmiz çəkisi-1300 qram,tədqiqata cəmi sərf edildi-0,2 qram., qalıq- 1299.8 qram;(İ cild i/v: 44-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3417 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 176-177) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 mart 2024 cü il tarixli, 440 nömrəli rəyində göstərmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 170-172) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 1300 qram narkotik vasitə heroin, “şəxsi axtarış keçirilməsi’’ barədə 08 mart 2024-cü il tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD” formatlı disk, 01 ədəd “Xiaomi” markalı mobil telefon və "xxxx" MMC-dən daxil olmuş AZF/LGL-2762/24 saylı məktuba əlavə edilmiş 01 ədəd “CD” disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı təmiz qalıq çəkisi -1.299,80 qram narkotik vasitə heroin saxlanılmasından ötrü sübutların saxlanc otağına təhvil verilmiş, 03 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 232-245) Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 adlı azyaşlı uşaqları vardır. Cinayət işi materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X6 İ qrup əlildir, onda “Uşaq autizmi Kanner sindromu” xəstəliyi var. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli Sabunçu rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(İcildi/v: 158-159,160-168) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 28317 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il 07 ay 06 gün təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması,üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi isə 800 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 1300 qram heroinin xüsusilə külli miqdar daxil olmaqla aşağı həddindən xeyli artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs uşağının İ qrup əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 28317 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il 07 ay 06 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzası ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə cinayət qanununun qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sabunçu rayon məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və 01 il 07 ay 06 gün hissədə çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 09 ay 18 gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri İ cild i/v: 11, 21) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 mart 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 1.299,80 qram narkotik heroin məhv edilməli, 01 ədəd “Xiaomi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 01 il 07 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 1.299,80 qram narkotik heroin məhv edilsin, 01 ədəd “Xiaomi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar