Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-715/2024 23.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və "Şimal" Vəkil Bürosunun vəkili Müdafiəçi2, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. 11 avqust 1988-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə,
2. xx xxxxxx 1993-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq,
m ü ə y y ə n e t d i:
Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 13 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri Çerkassi küçəsində “Qayalı” marketin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan şəxsi istifadəsi üçün 1 ədəd şəffaf sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na daxil edilmiş 4,458 qram çəkidə olan külli miqdarda qəhvəyi rəngli kustra üsülla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamış, Abşeron RPİ-nin Saray polis bölməsinə daxil olmuş məlumat əsasında bölmənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 13 dekabr 2023-cü il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri Çerkassi küçəsində “Qayalı” marketin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin Saray polis bölməsinin inzibati binasına gətirilib həmin gün saat 03:30-dan 03:50-yə kimi üzərinə şəxsi axtarış keçirilirkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 4,458 qram olan külli miqdarda qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan “Hosin” adlı İran İslam Respublikasının vətəndaşının 07 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi “Qurtuluş 93” yaşayış kompleksinin yaxınlığında yolun kənarına qoyduğu 1.481,099 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 287,931 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 385 qram narkotik vasitə qurudulmuş marixuananı götürüb, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 01 ədəd bükümdə 4,458 qram çəkidə narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs2 vermiş, 01 ədəd şəffaf sellofan bükümdə 3,641 qram çəkidə narkotik vasitə heroini və 01 ədəd şəffaf sellofan bükümdə 2,931 qram çəkidə psixotrop maddə metamfetamini üzərində, 01 ədəd polietilen bağlamanın içərisində 04 ədəd bükümdə ayrı-ayrılıqda 614 qram, 150 qram, 280 qram və 429 qram, ümumilikdə 1.473 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və 01 ədəd qara rəngli polietilen bağlamada 285 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini, 01 ədəd bağlamanın içərisində 02 ədəd bükümdə ayrıayırılıqda 210 qram və 175 qram, ümumilikdə 385 çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə idarə etdiyi “Toyoto Prius” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış və Sumqayıt şəhəri ərazisinə daşımış, 13 dekabr 2023-cü il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində “Qayalı” marketin yaxınlığında Abşeron rayon Polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılaraq idarə etdiyi qeyd edilən avtomobildə həmin bölməyə gətirilib, saat 04:20-dən 04:55-ə kimi üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 3,641 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə 2,931 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, idarə etdiyi “Toyoto Prius” markalı, 20- EN-198 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən idman çantasının içərisindən 01 ədəd polietilen bağlamanın içərisində 04 ədəd bükümdə ayrı-ayrılıqda 614 qram, 150 qram, 280 qram və 429 qram, ümumilikdə 1473 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 01 ədəd qara rəngli polietilen bağlamada 285 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bağlamanın içərisində 02 ədəd bükümdə ayrı- ayırılıqda 210 qram və 175 qram ümumilikdə 385 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, eləcə də onun Təqsirləndirilən şəxs2 verdiyi bir ədəd bükümdə 4,458 qram çəkidə narkotik vasitə heroin Abşeron rayon polis idarəsinin Saray Polis bölməsinin əməkdaşları tərəfindən 13 dekabr 2023-cü il tarixdə sonuncunun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Onu Kənan adlı dostu vasitəsilə tanımışdır. Kənan adlı şəxs Təqsirləndirilən şəxs1 azyaşlı uşaqlara narkotik vasitə verən şəxs kimi tanıtmışdır. Hadisə baş verdiyi gün ona onunla birlikdə heroin növündə narkotik vasitə götürməyə getməyi təklif etmişdir. Onlar Təqsirləndirilən şəxs1la görüşəndə polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onları saxlayan zaman onun üzərində heç bir qanunsuz vasitə olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o ilkin olaraq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, etirafedici ifadəsində göstərmişdir ki, bir ildir ki, narkotik vasitə heroin istifadə edir. 13 dekabr 2023-cü il tarixdə gecə saatlarında bədənində ağrılar olmuşdur. Narkotik vasitə almaq üçün həmin gün saat 02 radələrində narkotik vasitə almaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə Sumqayıt şəhəri, Çerkassi küçəsində “Avtoyuma” məntəqəsinin yaxınlığında görüşmüşdür. Həmin vaxt Arzuman bir nəfər şəxslə dayanıb söhbət edirmiş, Söhbət əsanasında həmin şəxsin Sumqayıt şəhəri 42-ci məhəllədə yaşayan Kənan adlı şəxsi olduğunun Kənanında narkotik vasitə qəbul etdiyini bilmişdir. Arzumanla Kənan narkotilə bağlı öz aralarında söhbət etdikdən sonra Arzumadan narkotik vasitə istəmişdir. Arzumanda ona və Kənan adlı şəxsə avtomaşına əyləşmələrini bildirmiş, onlarda avtomaşına əyləşmişlər. Onlar Arzumanının idarə etdiyi Toyota-Pirus markalı maşına əyləşdikdən sonra Arzuman ona istifadə etməsi üçün bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə vermiş, o, həmin bükümdəki narkotik vasitəni özü istifadə etməsi üçün Arzumandan götürüb əynindəki göy rəngli şalvarının sağ yan cibinə qoymuş, sonra isə Arzumanın avtomaşını ilə “Qayalı” marketin qarşısına gəlmişlər. Orada iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Elə bu zaman Kənan adlı şəxs avtomaşından düşüb qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları onlara narkotik vasitə istifadə etməkdə və üzərlərində gəzdirməkdə şübhəli olduqlarını bildirib, onları Saray polis bölməsinə aparmışlar. Ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, bölməyə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış başlanılmazdan əvvəl ona üzərindəki əşyalarını masanın üzərinə qoyması təklif olunur, bu təklifdən sonra o, Arzumandan aldığı 01 ədəd sellofan büküm masanın üzərinə qoyaraq bükümdəki narkotik vasitəni tanışı Arzumandan öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bir ədəd sellofan büküm içərisi boş zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola imza etmişlər. (Cild 1, iş vərəqləri 171-172, 236-237) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 5-6 ildir ki, heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün üzərində hərəsindən 4-5 qram olmaqla heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə olmuşdur. Təqsirləndirilən şəxs2 heç bir qanunsuz vasitə verməmişdir. O, sadəcə yanında olmuşdur. O polis bölməsində onlara təzyiq olunduğunu bildirir. Polis əməkdaşları onları 13 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Çerkassi küçəsində “Qayalı” marketin yaxınlığında saxlamışdır. Həmin vaxt onlar avtomobildə olmuşlar .Polis əməkdaşları onları Abşeron Rayon Polis İdarəsinin saray Polis bölməsinə apardılar. Onun üzərində tərəzi olmamışdır. Polis əməkdaşları onu döymüş, xəsarətləri var. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilərkən bu xəsarətləri qeydə alınmışdır. Polis əməkdaşları onun hər yerinə vurublar. Polis əməkdaşları nəticəsində onun qarın nahiyəsində gözlə görünən xəsarətlər var idi. O polis əməkdaşları tərəfindən saxlanılanadək taksi sürücüsü kimi fəaliyyət göstərmiş, anası ilə birlikdə yaşamışdır. İttiham aktında onun saxlanılmağına dair qeyd olunan tarix və saat düzgün göstərilmişdir."Hosin" adlı İran İslam Respublikasının vətəndaşı olan şəxs ilə 1 il müddət idi ki, əlaqəsi vardı. Ondan şəxsi istifadəsi üçün narkotik vasitə alırdı. Narkotik vasitələri hər hansı bir ünvana atırdı, o isə gedib götürürdü, ödənişi isə bank kartı vasitəsilə edirdi."Hosin" adlı şəxsdən həftədə 1 dəfə şəxsi istifadəsi üçün narkotik vasitə alırdı. Onun bank kartına 100 manat, 150 manat, 200 manat məbləğində pul göndərirdi.Polis əməkdaşlarının onun üzərində olan narkotik vasitələrin miqdarından daha çox miqdarda aşkar olunması barədə rəsmiləşdirmə aparmalarının səbəbini bilmir.Taksi fəaliyyəti göstərdiyi avtomobilin icarəsi üçün gündəlik 25 manat, yaşadığı evin kirayəsi üçün isə aylıq 150 manat məbləğində pul ödəyirdi. Onun polis əməkdaşları ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı yerdə onun üzərində şəxsi axtarış həyata keçirilməmişdir. O, Təqsirləndirilən şəxs2 ilə narkotik vasitə istifadə etmək üçün görüşmüşdü. İran İslam Respublikasının vətəndaşı olan şəxs ilə Təqsirləndirilən şəxs2 danışmamışdı. Polis əməkdaşları onları saxlayanda Təqsirləndirilən şəxs2 istifadə etməkləri üçün narkotik vasitəni hələ verməmişdi. Polis əməkdaşları onları saxlayanda Kənan adlı şəxs də yanlarında olmuşdur. Onun Təqsirləndirilən şəxs2 ilə əvvəllər tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki,narkotik vasitələrdən istifadə edir. 3-4 ay əvvəl “instagram” sosial şəbəkəsində iran vətəndaşı ilə tanış olmuş, həmin şəxs özünü ona “Hosin” olaraq təqdim etmiş, ondan bir neçə dəfə öz istifadəsi üçün narkotik vasitə almışdır. Sonradan Hosin ona narkotik vasitə göndərməyi və narkotik vasitələri onun dediyi yerlərə qoymağı təklif etmiş, o da razılaşmışdır. Hosinlə “whatsapp” şəbəkəsində yazışmışdır. Təxminən 07 dekabr 2023-cü il tarixdə Hosin ona şəkil göndərib həmin yerə qoyduğu narkotik vasitələri götürüb, onun dediyi yerlərə aparıb qoymasını, bunun müqabilində ona pul verəcəyini demişdir. Həmin gün axşam saatlarında idarə etdiyi avtomobillə Hosinin göndərdiyi xəritə üzrə gedib, Masazır qəsəbəsində “Qurtuluş 93” yaşayış kompleksinin yaxınlığında yolun kənarından narkotik vasitə və psixotrop maddə bağlamalarını götürmüşdür.Həmin bağlamaları avtomobilimin yük yerində idman çantasında saxlayırmış. 4 ədəd bağlamada heroin, 1 ədəd bağlamada metamfetamin, 2 ədəd bağlamada marixuana olmuş, bağlamaları yapışqan lentlə bir-birinə bağlamış, meteamfetamindən və heroindən özü istifadə etməsi üçün bir neçə qram götürüb sellofanın içərisinə qoymuşdur. Hosin onun bir neçə dəfə müxtəlif yerlərə bağlama qoymağını istəsə də o, bunu etməmiş, buna görə də Hosin göndərdiyi narkotik vasitələri Kənan adlı şəxsin gəlib ondan götürəcəyini demişdir. 13 dekabr 2023-cü il tarixdə gecə saat 02 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri Çerkassi küçəsində “Qayalı” marketin yaxınlığında olarkən əvvəllər tanımadığı Kənan və Nahid adlı şəxslər ona yaxınlaşıb maşına oturmuş, Kənan öz telefonu ilə internet vasitəsi ilə Hosinlə canlı bağlantı yaratmış, Hosin ona göndərdiyi narkotik vasitələrin hamısını Kənana verməyini istəmiş, o da razılaşmışdır. Elə bu vaxt mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib Abşeron rayon polis idarəsinin Saray Polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş, onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onları bölməyə dəvət etmişdirdilər. Həmin vaxt Kənan maşından düşüb qaçmış, polislər idarə etdiyi avtomobillə birlikdə Nahidlə onu Saray bölməsinə aparmışdırlar. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş və o, hüquqlarını müdafiə olunması üçün vəkillə təmin olunmağını istəmiş, maddi imkanı olmadığından vəkilin dövlət hesabına dəvət olunmasını xahiş etmiş və bununla bağlı ərizə yazmışdır. Sonra vəkillərin siyahısı ilə tanış olmuş, siyahıdakı vəkillərdən hər hansı bir vəklin dəvət olunmasına etiraz etmədiyini bildirmiş, bir qədər sonra vəkil dəvət olunub ona təqdim edilmiş, təqdim edilmiş müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Nəsib Əliyev tərəfindən hüquqlarımı müdafiə olunmasına razılıq vermişdir. Bundan sonra polis əməkdaşları mənim üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, bu prosesin video yazıya alınmasına etiraz edib-etmədiyini soruşmuşlar, o da şəxsi axtarışın keçirilməsinə razılıq vermişdir. Müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış başlanılarkən polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, o da gödəkçəsinin cibindən mobil telefonlarımı və avtomobilin açarını, şalvarının sağ cibindən 2 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı həmin maddələri İran vətəndaşından həm öz istifadəsi həmdə satış üçün əldə etdiyini demişdir. Həmin bükümlər qablaşdırılıb götürülmüş, daha sonra polis əməkdaşları video çəkilişlə avtomobilinə baxış keçirmişlər. Baxış zamanı yük yerində idman çantasında saxladığı sellofan bağlamalarda narkotik vasitə heroin və marixuana, psixotrop maddə metamfetamin, yapışdırıcı lent (skoç) və bir neçə ədəd boş şəffaf sellofanlar və elektron tərəzi aşkar edildi. Sorğu zamanı mən həmin maddələri də İran vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 də maşında oturanda istifadə etməsi üçün pay olaraq bir bükümdə heroin vermişdir. (Cild 1, iş vərəqləri 76-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 13 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələri satış məqsədilə əldə edib daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal o, Şahid1, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Çerkassi küçəsində "Toyota Prius" markalı avtomobilə əyləşərkən görmüşlər. Həmin vaxt onun yanında Təqsirləndirilən şəxs1 və Kənan adlı şəxs də olmuşdur. Kənan adlı şəxs qaçmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis bölməsinə dəvət edilmişdir. O Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış həyata keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış həyata keçirilməsində isə iştirak etməmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən 1 bükümdə heroin növündə narkotik vasitə aşkar olunmuşdur.Təqsirləndirilən şəxs2 barədə əməliyyat məlumatını o əldə etmişdir. Kənan adlı şəxs qaçdıqdan sonra özünü bıçaqlayaraq öldürmüşdü. Onlar Təqsirləndirilən şəxs2 görüb avtomobilə yaxınlaşanda onlar 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçmasa da, onlara müqavimət göstərmişlər. Buna görə də onların üzərində şəxsi axtarışı saxlanıldıqları yerdə aparmaq mümkün olmamışdır. O, Kənan adlı şəxsin özünü nə üçün öldürdüyünü bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri satış məqsədilə əldə edib daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal o, Şahid1, Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Çerkassi küçəsində "Toyota Prius" markalı avtomobilə əyləşərkən görmüşlər. Həmin vaxt onun yanında Təqsirləndirilən şəxs1 və Kənan adlı şəxs də olmuşdur. Kənan adlı şəxs qaçmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis bölməsinə dəvət edilmişdir. O Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış həyata keçirilməsində iştirak etmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış həyata keçirilməsində isə iştirak etməmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərindən bükümdə qəhvəyi rəngli vasitə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2023-cü ilin dekabr ayında saxlamışlar. Kənan adlı şəxs intihar etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahə polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 13 dekabr 2023-cü il tarixdə xidmət apararkən Şahid4 ona zəng etmiş və əməliyyat tədbirləri həyata keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələri satış məqsədilə əldə edib daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal o, Şahid1, Şahid2 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 təxminən 01:00-02:00 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində "Toyota Prius" markalı avtomobilə əyləşərkən görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 və Kənan adlı şəxs də var idi. Kənan adlı şəxs qaçmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis bölməsinə dəvət edilmişdir. O Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış həyata keçirilməsində iştirak etmiş, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış həyata keçirilməsində isə iştirak etməmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən heroinə bənzər və metamfetaminə bənzər vasitələr aşkar olunmuşdur. Ona sadəcə 1 nəfər şəxs barəsində əməliyyat məlumatı barədə deyilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış onların saxlanıldıqları yerdə keçirilməmişdir Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 13 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələri satış məqsədilə əldə edib daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal o, Şahid4, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Çerkassi küçəsində "Toyota Prius" markalı avtomobilə əyləşərkən görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 və Kənan adlı şəxs də olmuşlar. Kənan adlı şəxs qaçmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis bölməsinə dəvət edilmişdir. O Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış həyata keçirilməsində iştirak etmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış həyata keçirilməsində isə iştirak etməmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyoto Prius” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerindən 4 ədəd bükümdə qəhvəyi rəngli maddə, 01 ədəd qara rəngli bağlamada ağ rəngli maddə, bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 barədə əməliyyat məlumatını o əldə etmişdir. Kənan adlı şəxs avtomobildən uzaqlaşaraq qaçmışdır. Təqsirləndirilən şəxs2 təzyiq və hədələməklə bağlı dedikləri tamamilə yanlışdır. Onlar Təqsirləndirilən şəxs2 görüb avtomobilə yaxınlaşanda 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara müqavimət göstərməmişlər. Yerində baxış aparmağa şərait olmadığı üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışı saxlanıldıqları yerdə aparmaq mümkün olmamışdır. Yerində baxış aparmağa şərait yox idi,çünki ətrafda çox insan var idi. Hadisə yerində o, Şahid4, Şahid3 və Şahid2 ibarət 4 nəfərlik əməliyyat qrupu iştirak etmişdir. Rəhbərliyi isə o edirdi. Əməliyyat məlumatı hər iki şəxs barəsində narkotik vasitələrin daşınması və satışı ilə bağlı olmuşdur. Hər iki şəxs dedikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nəzərdə tutur, Kənan adlı şəxs barəsində məlumat onlara polis bölməsində məlum olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd “İphone“ və Redmi” markalı mobil telefonları, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 02 ədəd şəffaf selofana bükülmüş bükümləri təqdim etmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş və o, yük yerindən 01 ədəd sellofanda narkotik vasitə heroinə bənzər, 01 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər, 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 29-30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynindəki göy rəngli şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. (cild 1, iş vərəqləri 146-147) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokollarda əks olunan hərəkətlər videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6381 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 246” dairəvi möhür əksi, “.Təqsirləndirilən şəxs2 (imza) və diigər ad, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 4,458 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 153-157) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6380 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 246” dairəvi möhür əksi, “Mahmudov.” “İmza” və digər ad, soyad imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,641 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 01 ədəd bükümdə təmiz çəkisi 2,931 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 42-47) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekpertizasının 13 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6382 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 246” dairəvi möhür əksi “Mahmudov A (İmza) yazısı və imzalar olan 02 ədəd qara rəngli polietlin bağlamada birinin içərisində 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 614 qram, 150 qram, 280 qram, qəhvəyi rəngli və təmiz çəkisi 429 qram açıq qəhvəyi rəngli, ümumi təmiz çəkisi 1473 qram olan tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 01 ədəd bükümdə təmiz çəkisi 285 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqləri 49-54) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1687 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 246” dairəvi möhür əksi Mahmudov A (İmza) yazısı və imzalar olan bağlamada 02 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 210,0 qram və 175,0 qram olmaqla ümumi çəkisi 385,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 56- 59) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekpertizasının 12 mart 2024-cü il tarixli, 3-16-16/2-6/934 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroinlərlə kimyəvi komponent tərkibinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 241-245) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2024-cü il tarixli, 1062 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 238-239) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2024-cü il tarixli №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatroların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 17-18) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 287,681 qram olan psixotrop maddə metamfetamin, 1.480,579 qram olan narkotik vasitə heroin və 384,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, eləcə də 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 52-65) Bundan başqa, iş materiallarında olan sənədlərdən və meyitin müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 189 №-li ekspertiza rəyinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birgə yaxalanan X3 polis əməkdaşlarından yayınmaq məqsədi ilə qaçmış və özünə bıçaqla xəsarətlər yetirməklə aldığı xəsarətlərdən 19 dekabr 2023-cü il tarixdə Abşeron rayon Mərkəsi Xəsatəxanasında ölmüşdür. Məhkəmə yuxarıda təhlil edilən sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlayaraq belə nəticəyə gəlir ki, ittiham tərəfinin məhkəməyə sübut kimi təqdim etdiyi dəlil və sənədlər mötəbər sübut kimi qəbul edilməli, həmin sübutlarla təqsirləndirilən şəxslər tərəfindən onların ittiham olunduqları cinayət əməllərinin törədilməsi tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, Təqsirləndirilən şəxs2 saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdikləri ifadələrində göstərdiyi halları, bununla bağlı gətirdikləri dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələr daha obyektiv və işin faktiki hallarına uyğun olduğundan, iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin özlərinin və bir-birilərinin müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs1la bağlı bu qənaətə gələrkən həm narkotik vasitə, həm də psixotrop maddələrin həcminin külli miqdarda olmasını, növ müxtəlifliyinin mövcudluğu, eləcə də Təqsirləndirilən şəxs1 narkotik vasitəni digər Təqsirləndirilən şəxs2 satması ilə bağlı konkret və təkzibedilməz sübutların olmasını əsas götürür. Bundan başqa, işinin halları da təqsirləndirilən şəxsin məqsədinin satışla bağlı olmasından işarə edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmiş, məhkəmə isə işin həmin hallarına əhəmiyyət verməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbirləri keçirilmiş, onun bilavasitə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edildiyi mənbəni, o cümlədən “Hosin” adlı İran islam Respublikası vətəndaşını müəyyən etməm mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni “Hosin” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsədə, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən şəxs X1 “Hosin” adlı şəxslə necə və hansı vasitə ilə əlaqə qurması, onlar arasında hansısa telefon və.s danışığın, sms yazışmaların, ümumiyyətlə “Hosin” adlı şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 tərərfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi və Təqsirləndirilən şəxs2 tərəfindən isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, həmin maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan və iş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halların olmadığını qeyd edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. (Cild 1, iş vərəqləri 98-99, Cild 2, iş vərəqləri 19-20) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 13 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmələrin qərarları ilə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti fasiləsiz olaraq uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 21, 85-87, 138, 179-183, Cild 2, iş vərəqləri 13-16) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqirləndirilən şəxslərin tutulduqları və həbsdə saxlandıqları müddət onlara təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı və təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər barələrində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Həmçinin məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 287,681 qram olan psixotrop maddə metamfetamin, 1.480,579 qram olan narkotik vasitə heroin və 384,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən törətdikləri cinayət əməllərinə mütənasib olaraq Təqsirləndirilən şəxs1 330 manat, Təqsirləndirilən şəxs2 146 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbi edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 287,681 qram olan psixotrop maddə metamfetamin, 1.480,579 qram olan narkotik vasitə heroin və 384,9 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd disk iş materiallarında saxlanılsın. 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs2 146 (yüz qırx altı) manat məbləğində, Təqsirləndirilən şəxs1 330 (üç yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.