Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-716/2024 17.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Ağdam rayonu Şıxbabalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi yeni tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə satış məqsədi ilə qanunsuz olaraq bir bükümdə 0,510 qram çəkidə narkotik vasitə heroin və hər birində müvafiq olaraq çəkiləri 0,057 qram, 0,181 qram və 0,101 qram olmaqla 3 bükümdə 0,339 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış və Bakı şəhəri, Binəqədi rayonu ərazisinə daşımış, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “Nərmin” şadlıq sarayının yaxınlığında saxlanılaraq Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin inzibati binasına gətirilib, həmin tarixdə orada xidməti otaqların birində saat 06:45-dən saat 07:20-yə kimi üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,510 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə 0,057 qram, 01 ədəd rəngli sellofan bükümdə 0,181 qram və üzərində “Metadon” yazısı olan açılmış konvalyutun içərisində 0,101 qram olmaqla ümumilikdə 3 bükümdə 0,339 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ona veriləcək müəyyən məbləğdə pul müqabilində külli miqdarda narkotik vasitə və psixotrop maddəni qoyulan yerdən götürüb deyiləcək yerlərə qoymaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, İran İslam Respublikasının vətəndaşının bir qrup şəxs halında 12 mart 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxananın yaxınlığında qoyduğu hər birinin ayrı-ayrılıqda çəkisi 3,393 qram və 1,837 qram olmaqla 2 bükümdə ümumilikdə 5,230 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və hər birinin ayrıayrılıqda çəkisi 1,187 qram, 0,317 qram, 0,328 qram, 0,330 qram, 0,299 qram, 0,350 qram, 0,194 qram, 0,355 qram, 0,345 qram, 0,420 qram olmaqla 10 bükümdə ümumilikdə 4,125 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamış və Abşeron rayonu, Masazır kəndi ərazisinə daşımış, Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 mart 2024-cü il tarixdə saat 07:30 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən “Şok” marketin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib, həmin tarixdə orada xidməti otaqların birində saat 08:25-dən saat 09:10-a kimi üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 3,393 qram və 1,837 qram çəkidə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 02 şəffaf sellofan bükümdə ümumilikdə 5,230 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1,187 qram, 0,317 qram, 0,328 qram, 0,330 qram, 0,299 qram, 0,350 qram, 0,194 qram, 0,355 qram, 0,345 qram, 0,420 qram çəkidə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 10 şəffaf sellofan bükümdə ümumilikdə 4,125 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, 13 mart 2024-cü il tarixində axşam saat 19-20 radələrində, Xırdalan şəhərində “At heykəlinin” yanında polis əməkdaşları onu saxlamışdır. O, həmin vaxt narkotik vasitə və psixotrop maddə götürməyə getmiş, lakin götürə bilməmişdir. Polis əməkdaşları onu bölməyə aparmış, bölmədə olan zaman narkotik vasitəni onun qarşısına qoyaraq “bunu axtarırdın?” demişdirlər. Dövlət ittihamçısının suallarına təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cavab olaraq psixotrop maddə metamfetamin və narkotik vasitə heroin istifadə etdiyini, 1ci epizod üzrə özünü təqsirli bildiyini, Binəqədidən gedib narkotik vasitəni şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. 2-ci epizod üzrə özünü təqsirli bilməmiş, həmin vaxt narkotik vasitəni götürməyə getmiş, lakin götürə bilməmişdir. Polis Bölməsində olan zaman polis əməkdaşları götürə bilmədiyi narkotik vasitəni ona göstərərək “bunu axtarırdın?” demişdirlər. Polis əməkdaşları onu döyməmiş, sadəcə olaraq onu “biz deyən kimi deməsən, narkotik vasitəni sənin evinə də qoyacağıq” deyərək hədələmişdirlər. Ona qarşı olunan qanunsuzluqlarla bağlı barəsində həbs qətiman tədbiri seçilən sanksiya məhkəməsində hakimə məlumat verməmişdir. Müdafiəçinin suallarına təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, 13 mart 2024-cü il tarixində narkotik vasitəni götürmək üçün getmiş, lakin götürə bilməmişdir. Narkotik vasitəni İİR vətəndaşından alacağını, sosial şəbəkə vasitəsilə tanış olduğu İİR vətəndaşı ilə telefon vasitəsilə əlaqə saxladığını və onun “At heykəlinin yanına gedərsən” dediyini bildirmişdir. Təxmini olaraq şəxsi istafədəsi üçün 01 qram və ya 01 qramdan az miqdarda narkotik vasitə sifariş etmişdir. Onu polis bölməsinə apardıqları zamanı üzərində narkotik vasitə olmamışdır. Polis bölməsində ona təzyiq olunduğu üçün məcbur qalaraq qeyd olunan narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. O, Binəqədidən narkotik vasitə götürmüş və şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, 16 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Papani” adlanan ərazidə olan zaman bir nəfər əvvəllər tanımadığı şəxslə rastlaşmışdır. Həmin şəxslə söhbət zamanı onun da narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu və satmaq üçün onda narkotik vasitə heroin və psixotrop maddə metafmetamin olması ona məlum olmuşdur. Həmin şəxsdən 40 manata şəxsi istifadəsi üçün 1 ədəd qızılı rəngli kağıza bükülmüş bükülüdə və 2 ədəd şəffaf sellofana bükülmüş bükülüdə psixotrop maddə metamfetamin, 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülüdə isə narkotik vasitə heroin almış, ümumilikdə 4 ədəd bükümü üzərində saxlamışdır. 16 fevral 2024-cü il tarixdə gecə saat 05:00-da Bakı şəhəri, Binəqədi rayonunda Nərmin restoranının yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirib, onu 5-ci polis bölməsinə dəvət etmiş, O da öz razılığıyla polis əməkdaşları ilə birlikdə həmin bölməyə getmişdir. Polis bölməsində olan zaman dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi hüquq və vəzifələrim izah olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, gəzdirilməsində və saxlanılmasında şübhəli olduğunu, ona görə də üzərinə şəxsi axtarış keçiriləcəyini demişdirlər. Sonra, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları üzərində qanunsuz əşya və ya maddənin olduğu halda könüllü olaraq təqdim etməyini təklif etmiş, o da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd rəngbərəng sellofana bükülmüş, 02 ədəd şəffaf sellofana bükülmüş və 1 ədəd ağ kağıza bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisindəkinin nə olduğu, haradan aldığını soruşanda, o, həmin bükümlərin içərisində “daş” adlanan narkotik vasitə heroin, “metamfetamin” olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri Papanidən tanımadığı şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, bundan sonra bütün hərəkətlər protokollaşdırılmış və onların iştirakıyla həmin maddələr zərfə qoyulub möhürlənmiş, tərtib edilmiş protokolda və zərfin üzərində imzalar etmişdirlər. Bundan başqa o, sosial şəbəkə vasitəsilə əvvəllər tanımadığı və özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs mobil telefonuna məkan göndərəcəyini, o də həmin yerə gedib oradakı narkotik vasitələri götürüb, onun deyəcəyi yerlərə qoymasını təklif etmiş və bunun müqabilində ona pul verəcəyini demiş, da razılaşaraq İran İslam Respublikası vətədaşının “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona bildirdiyi yerə yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxananın yaxınlığına getmiş, Xəstəxana yaxınlığında yerdən 02 ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamin və 10 ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə olan heroin olan bükümləri götürüb, əynindəki boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşıb Masazır qəsəbəsində kirayədə yaşadığı evə gəlmişdir. Masazır qəsəbəsində yerləşən “Şok” marketin qarşısından keçib gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək Abşeron RPİ- nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuş, o da özünü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddə maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmiş, o da dəvətə etiraz etməyərək onlarla birlikdə qeyd edilən idarənin inzibati binasına getmişdir. Daha sonra İdarədə təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində video çəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş. Şəxsi axtarış aparılmağa başlamadan öncə üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmiş, bundan sonra o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən ümumilikdə 12 ədəd şəffaf sellofan bükümləri masanın üzərinə qoymuş, 02 ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli kristal kütlənin psixotrop maddə metamfetamin olduğunu, 10 ədəd şəffaf sellofan bükümdəki qəhvəyi rəngli toz şəkilli kütlələrin isə narkotik vasitə heroin olduğunun, narkotik vasitə və psixotrop maddələri sosial şəbəkədə tanış olduğu iran vətəndaşının ona göstərdiyi yerdə yəni Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxananın yaxınlığında yerdə götürdüyünü, İran İslam Respublikasının vətədaşının ona bildirəcəyi yerlərə qoymaq üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 12 ədəd bükümdəki maddələr bir ədəd içərisi boş olan zərfə qoyulub möhürlənərək götürülmüş, zərfin üzərinə imzalar etmişlər. Bundan sonra çəkliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş, protokola imzalar etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 2024-cü ilin mart ayında Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılmış, saxlanılarkən polis əməkdaşları özlərini təqdim etmiş, onu Abşeron RPİ-ə dəvət etmişdirlər. Təhqiqatçıya təhvil verildikdən sonra vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilərkən təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin çəkisini dəqiq xatırlamamış, aşkar olunan narkotik vasitə heroin 9-10 bükümdə, psixotrop maddə metamfetaminin büküm sayı isə ondan az olmuşdur. Təqsirləndirilən şəxs telefonu istintaqa təqdim olunmuşdur. O, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamış, onu zahiri görkəmi ilə müəyyənləşdirmişdir. Təqsirləndirilən şəxs “Şok” marketin yanında olacağı məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq 13 mart 2024-cü il, saat 19-20 radələrində saxlanıldığını, 14 mart 2024-cü ildə vəkil gəldikdən sonra üzərinə şəxsi axtarış keçirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Binəqədi RPİ-nin 5-ci PB-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saxlanılmışdır. Əməliyyat qrupu yaradılmış, əməliyyat rəhbəri Şahid3 olmuşdur. Bununla bağlı raportla rəhbərliyə məruzə edilmiş, Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi rayonu, 5-ci Polis Bölməsinə dəvət olunmuşdur. Binəqədi rayonu, 5-ci Polis Bölməsində xidməti otaqların birində olarkən təqsirləndirilən şəxs özü ona təqdim olunmuş müdafiəçidən imtina etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş, bundan sonra o, üzərində olan metadon-L1, metamfetamin və 1 bükümdə heroini çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə və psixotrop maddəni özünün şəxsi istifadəsi üçün 16 fevral 2024-cü il tarixdə Papanin adlanan ərazidən əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Binəqədi RPİ-nin 5-ci PB-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Zaur oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında qış aylarında saxlanılmış və onun üzərindən narkotik vaistə heroin, psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Abşeron RPİ-nin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21,06.1984-cü ildə Ağdam rayonunda doğulan, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, o və Abşeron rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra Şahid2lə əməliyyat məlumatı əsasında Abşeron rayonu, Masazır qəsəbəsinə getmişlər. 14 mart 2024-cü il tarixdə saat 07:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Şok” marketin yaxınlığında, Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan, piyada hərəkət edən bir nəfər şəxsi görüb ona yaxınlaşaraq Fərid Babyevlə birlikdə özlərini təqdim edib xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsdən də özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü 21,06.1984-cü ildə Ağdam rayonunda doğulan, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Şahid2lə birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etməklə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlayıb Abşeron rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs dəvətə etiraz etmədikdən sonra onu Abşeron rayon Polis İdarəsinin inzibati binasına apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı, polis mayoru Rəşad Qəhrəmanova təhvil vermilər. X2 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra onun, Şahid1 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 12 (on iki) ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək 10 ədəd bükümdəki qəhvəyi rəngli kütlərin narkotik vasitə heroin, 02 ədəd bükümdəki ağ rəngli krsital kütlənin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə və narkotik vasitəni 12 mart 2024-cü il tarixdə axşam saatlarında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşının ona bildirdiyi məkanda yəni, Nərimanov rayonu ərazisində yerləşən 5 saylı xəstəxananın yaxınlığında yerdə götürüdüyünü, iran vətəndaşının bildirəcəyi yerlərə qoymaq üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən başqa dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən maddələr zərfə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma, istifadəsi və saxlaması, gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edərək, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 17 fevral 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyataxtarış tədbirinin videogörüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroin və 3 büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülür. Sorğu zamanı o, üzərindən aşkar edilən 01 ədəd bükümün içərisindəkinin narkotik vasitə olan heroin, digər 03 ədəd büküm içərisindəkinin isə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik və psixotrop madələri 16 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlananan ərazidə tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş kütlələr müvafiq qaydada qablaşdırılaraq möhürləndi. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 14 mart 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş, qeyd olunan əməliyyataxtarış tədbirinin videogörüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən 02 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin və 10 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq möhürlənir və götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2024-cü il tarixli, 6/968 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Əsgərov (İmza)” yazısı və imzalar olan zərfdəki 04 ədəd bükümdə, onlardan 01 ədəd bükümdə təmiz çəkisi 0,510 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,057 qram, 0,181 qram və üzərində “Metodon” yazısı olan açılmış konvalyutun içərisində təmiz çəkisi 0,101 qram, ümumi təmiz çəkisi 0,339 qarm kimyəvi komponent tərkibləri görə eynilik təşkil edən ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2024-cü il tarixli, 6/1518 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş,,,” və.s soyadlar imzalar olan 01 ədəd zərfdə 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,393 qram, 1,837 qarm, ümumi təmiz çəkisi 5,230 qram kimyəvi komponent tərkibləri görə eynilik təşkil edən ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,317 qram, 1,187 qram, 0,328 qram, 0,330 qram, 0,299 qram, 0,350 qram, 0,194 qram, 0,355 qram, 0,345 qram, 0,420 qram ümumi təmiz çəkisi 4,125 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin kütlələr kimyəvi komponent tərkibləri görə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli 1080 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) əlamətləri aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 iyul 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, qalıq çəkisi 0,460 qram narkotik vasitə heroin və 0,259 qram psixotrop maddə metafmetamin və 5,130 qram psixotrop maddə metamafetmin və 3,925 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videoçəkilişini əks etdirən 02 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanması nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri götürə bilməməsi, polis əməkdaşlarının hədələri nəticəsində cinayət əməlini etiraf etməyə məcbur olması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 0,460 qram narkotik vasitə heroin və 0,259 qram psixotrop maddə metafmetamin və 5,130 qram psixotrop maddə metamafetmin və 3,925 qram narkotik vasitə heroin məhv edilməli, 3 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət — xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərində şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 14 mart 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,460 qram narkotik vasitə heroin və 0,259 qram psixotrop maddə metafmetamin və 5,130 qram psixotrop maddə metamafetmin və 3,925 qram narkotik vasitə heroin məhv edilsin. 3 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 224 (iki yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-716/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-716/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver