Məhkəmə qərarları › İş №1(124)-718/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-718/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-718/2024 11.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi- X2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Özbəkistan Respublikasının Fərqanə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində qeydiyyatda olmaqla, faktiki olaraq Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi, Kazım Gəncəliyev küçəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 5036,76 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın 6,76 qramını üzərində saxlamaqla daşımış, qalan 5030,0 qramını isə yaşadığı Xaçmaz rayon, Yeni Həyat qəsəbəsi, Kazım Gəncəliyev küçəsində yerləşən nömrəsiz evinin yataq otağında saxlamış, bu fakt o, Xaçmaz Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində saxlanılaraq polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 23 mart 2024-cü il tarixdə saat 15:55-dən 16:05-dək olan müddətdə şəxsi axtarış aparılarkən əynində olan tünd boz rəngli cins şalvarın ön sağ cibində saxladığı kibrit qutusunun içərisində 6,76 qram çəkidə, habelə həmin gün saat 17:10-dan 17:25-dək olan müddətdə onun yaşadığı Xaçmaz rayon, Yeni Həyat qəsəbəsi, Kazım Gəncəliyev küçəsində yerləşən nömrəsiz evə baxış keçirilərkən yataq otağındakı çarpayının altında saxladığı bir ədəd polietilen torbada 5030,0 qram çəkidə olmaqla ümumilikdə 5036,76 qram çəkidə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib, saxlamaqla daşımışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, təzyiqlər nəticəsində narkotik vasitəni üzərinə götürmüşdür. O, heç kimə narkotik vasitəni satmamışdır, onun narkotik vasitə satmasına şahid də olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, marixuanadan istifadə etməmişdir. Onu saxlayan polis əməkdaşlarını tanımış, onlarla düşmənçiliyi olmamışdır. Fiziki təzyiqlərə məruz qalmış, ona görə narkotik vasitəni boynuna götürmüşdür, xəsarətləri də olmuşdur, amma məhkəmədə döyüldüyünü deməmişdir, ona 4 ay həbs vermişlər, polislər ona demişdir ki, 4 ay sonra onu buraxacaqlar. Onu 3 nəfər evindən gəlib aparmış, səbəbini də bilməmişdir. O, kasıb oğlan olmuşdur, onda narkotik vasitə almağa pul olmamışdır. İbtidai istintaq zamanı təzyiqlər altında ifadə vermiş, həmin ifadəni təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ilkin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi, Kazım Gəncəliyev küçəsində yerləşən özümə məxsus fərdi yaşayış evində arvadı ilə birlikdə yaşamışdır. Azərbaycan dilində latın qrafikası ilə oxumağı bacarsa da yaza bilməmiş, kiril qrafikası ilə yaza bilmişdir. Orta təhsilini Özbəkistan Respublikasında rus dilində almışdır, 1990-cı illərin əvvəllərində də Azərbaycan Respublikasına köç etsə də, Azərbaycan Respublikasında təhsil almamış, ona görə də rus dilində yazmaq onun üçün daha rahat olmuşdur. Əvvəllər evli olub boşanmış, sonradan ikinci dəfə yenidən evlənmişdir. Təxminən 6-7 ay bundan əvvəl Yeni Həyat qəsəbəsində yerləşən meşəlik sahədə gəzən zaman çətənə bitkilərinin olmasını görmüş və özü narkotik vasitə istifadəçisi olduğuna görə həmin bitkilərin hissələrini toplayıb narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb yaşadığı evdə saxlamağa başlamış, ürəyi istədikcə də həmin marixuananın üzərindən götürüb istifadə etmişdir. 23 mart 2024-cü il tarixdə yaşadığı evin yerləşdiyi küçədə olan zaman iki nəfər mülki geyimli şəxs gəlib küçənin ortasında onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyi və satmağı barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğunu bildirib, buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Həmin vaxt içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu da onun əynində olan şalvarın cibində olmuşdur. Ona görə də o polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-nə gəldikdən sonra o şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra həmin gün üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsinə başlamazdan əvvəl şəxsi axtarışda iştirak edən şəxslər özlərini təqdim etmişlər, bundan sonra ondan videoçəkiliş aparılmaqla üzərinə həmin şəxslərin iştirakı ilə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o da etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etmək təklif olunmuş, bu təklifdən sonra o üzərində narkotik vasitə olmasını bildirib əynində olan tünd boz rəngli cins şalvarın ön sol cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və həmin şalvarın ön sağ cibindən isə bir ədəd kibrit qutusu çıxarıb içərisində “nəşə”, yəni, narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirib otaqda olan masanın üzərinə qoymuş, daha sonra da üzərində bunlardan başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onu üzərindən başqa hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi kibrit qutusuna baxılan zaman qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı o narkotik vasitə istifadəçisi olduğunu, kibrit qutusunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı tapdığını bildirmişdir. Bundan sonra həmin kibrit qutusu içərisində olan bitki kütləsi ilə birgə elektron tərəzidə çəkilən zaman çəkisinin 9,83 qram olması müəyyən olunmuşdur. Bundan sonra şəxsiyyət vəsiqəsi və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları və imzaları qeyd edilmiş bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ondan başqa haradasa narkotik vasitə saxlayıb-saxlamamağı soruşulduqda, o, yaşadığı Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən evində bir ədəd qara rəngli paketdə yenə də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni könüllü surətdə təqdim edə biləcəyini demişdir. Bununla da şəxsi axtarış prosesi başa çatdırılmışdır. Bundan sonra onun yaşadığı evə baxış keçirilməsi məqsədi ilə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən o xidməti avtomobillə Xaçmaz RPŞ-nin inzibati binasından çıxarılıb yaşadığı Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən evin qarşısına gətirilmişdir. Baxış zamanı ondan videoçəkiliş aparılmaqla yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o da etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan bir daha yaşadığı evdə narkotik vasitə olubolmamasını soruşmuş, o da yaşadığı evdə narkotik vasitə olmasını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Daha sonra polis əməkdaşlarının təklifi ilə o həmin narkotik vasitəni təqdim etmək üçün evə daxil olmuş və evə daxil olub yataq otağında olan ona məxsus çarpayıya yaxınlaşıb həmin çarpayının özünə məxsus olduğunu bildirmiş və həmin çarpayının altından bir ədəd sellofan torba çıxarıb içərisində narkotik vasitə olmasını bildirmişdir. Təqdim etdiyi həmin sellofan torbanın içərisinə baxılan zaman içərisində yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli bağlama olması müəyyən olunmuşdur. Baxış zamanı o həmin bağlamanın içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onu tapdığını bildirmişdir. Bundan sonra həmin bağlama polis əməkdaşı tərəfindən yapışqan lentlə bağlanıb möhürlənmiş, həmin bağlamanın üzərinə baxışda iştirak edən şəxslərin adları və imzaları qeyd edilmiş bir ədəd A4 vərəqi yapışdırılmış və bundan sonra elektron tərəzidə çəkilən zaman qablaşma ilə birgə çəkisinin 5,230 kiloqram çəkidə olması müəyyən olunmuşdur. Bundan sonra həmin bağlama polis əməkdaşları tərəfindən götürülmüşdür.(İş vərəqə: İ cild, 92-93, 108-110) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 14:20-də onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində olmasını müəyyən etmiş və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, saxlamaqda və satmaqda şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞnə gəlmişdir. Sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirib əynində olan şalvarın cibindən bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd kibrit qutusu çıxarıb içərisində “nəşə”, yəni, narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirib otaqda olan masanın üzərinə qoymuş və üzərində bunlardan başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən başqa hər hansı bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu, kibrit qutusunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı tapdığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs başqa haradasa narkotik vasitə saxlayıb-saxlamaması soruşulduqda, sonuncu bildirdi ki, yaşadığı Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən evdə bir ədəd qara rəngli paketdə yenə də narkotik vasitə olan qurudulmuş marixuana vardır və o, həmin natkotik vasitəni könüllü surətdə təqdim edə bilər. Bununla da şəxsi axtarış prosesi başa çatdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi məqsədi ilə tərəflərindən Təqsirləndirilən şəxs xidməti avtomobillə Xaçmaz RPŞ-nin inzibati binasından çıxarılıb yaşadığı Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən evin qarşısına gətirilmişdir. Müstəntiq tərəfindən həmin narkotik vasitəni təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs evin həyət qapısından evin həyətinə daxil olub içəri daxil olmalarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evdə bir otağa daxil oldu, daha sonra həmin otaqdan da keçərək digər otağa daxil olub otağa girişdən irəli solda yerləşən yatağa yaxınlaşıb həmin yatağın ona məxsus olduğunu bildirdi və həmin yatağın altından bir ədəd rəngli sellofan torba çıxarıb içərisində narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin rəngli sellofan torbanın içərisinə baxılan zaman içərisində yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli sellofan torba olması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs sellofan torbanın içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onu tapdığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən həmin sellofan torbanın içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir.İ cild, i.v. 135-138) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Yeni Həyat qəsəbəsində qeydiyyatda olmaqla yaşayan xx xxxxxx 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, i.v. 4- 5) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirib əynində olan tünd boz rəngli cins şalvarın ön sol cibindən bir ədəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və həmin şalvarın ön sağ cibindən isə bir ədəd kibrit qutusu çıxarıb içərisində “nəşə”, yəni, narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirib otaqda olan masanın üzərinə qoymuş və üzərində bunlardan başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən başqa hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsiyyət vəsiqəsinə baxan zaman həmin vəsiqə AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi olması və həmin vəsiqənin Təqsirləndirilən şəxs onun özünə aid şəxsiyyət vəsiqəsi olması müəyyən olunmuşdur, üzərində Təqsirləndirilən şəxs yazılmışdır. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna baxılan zaman qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu, kibrit qutusunun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuananı tapdığını bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan kibrit qutusu müstəntiq tərəfindən üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları və imzaları qeyd edilmiş bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs başqa haradasa narkotik vasitə saxlayıb-saxlamaması soruşulduqda, sonuncu bildirmişdir ki, yaşadığı Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən evdə bir ədəd qara rəngli paketdə yenə də narkotik vasitə olan qurudulmuş marixuana vardır və o, həmin natkotik vasitəni könüllü surətdə təqdim edə bilər. Bununla da şəxsi axtarış prosesi başa çatdırılır. Baxış zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd DVD disk protokola əlavə edilmişdir.(İş vərəqə İ cild, 40-42) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “evə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi, Kazım Gəncəliyev küçəsində yerləşən bir mərtəbəli, kürsüsüz fərdi yaşayış evi olması görünür. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, sonuncu etirazının olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən bir daha Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmaması soruşulmuş, sonuncu yaşadığı evdə narkotik vasitə olmasını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs evə daxil olub girişdən sol dönüb bir otağa daxil olmuş, daha sonra həmin otaqdan da keçərək digər otağa daxil olub otağa girişdən irəli solda yerləşən yatağa yaxınlaşıb həmin yatağın ona məxsus olduğunu bildirmiş və həmin çarpayının altından bir ədəd sellofan torba çıxarıb içərisində narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin rəngli sellofan torbanın içərisinə baxılan zaman içərisində yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli sellofan torba olması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs sellofan torbanın içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onu tapdığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən həmin sellofan torbanın içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən olunmuşdur. Bundan sonra həmin sellofan torba müstəntiq tərəfindən yapışqan lentlə bağlanıb möhürlənmiş, sellofan torbanın üzərinə baxışda iştirak edən şəxslərin adları və imzaları qeyd edilmiş bir ədəd A4 vərəqi yapışdırılır və bundan sonra elektron tərəzidə çəkilən zaan qablaşma ilə birgə çəkisinin 5,230 kiloqram çəkidə olması müəyyən olunmuşdur. Bundan sonra həmin sellofan torba müstəntiq tərəfindən götürülmüşdür.(İş vərəqə: İ cild 48-51) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 24 mart 2024-cü il tarixli 3-16-16/2-7/472 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində bitki kütləsi olan kibrit qutusu” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,76 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bitki kütləsi..” yazı və imzalar olan polietilen bağlamada 1 (bir) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilendə təmiz çəkisi 5030,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. (İş vərəqə: İ cild 87-91) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 2621 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(İş vərəqə: İİ cild, 111-112) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 6,76 qram olmaqla qəhvəyi rəngli 01 ədəd kağız paketdə və onun yaşadığı evdən aşkar edilərək götürülmüş 5030,0 qram çəkidə olmaqla 01 ədəd ağ rəngli sintetik torbada qablaşdırılan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilməsi və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 5036,66 qramı saxlanılması üçün Xaçmaz RPŞnin maddi sübutların saxlanma otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın və yaşadığı evə keçirilmiş baxışın görüntülərini özündə əks etdirən 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. (İş vərəqə: İ cild, 155-164). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məlumatı üzrə toplanmış 2151-C-24 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda və şəxsi istehlak miqdarından dəfələrlə çox olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1 İş vər. 50-51,69-71) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 mart 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq qalmış 5036,66 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 02 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 07 ( yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq qalmış 5036,66 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar