Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-72/2024 27.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, 04 dekabr 1980-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Abşeron rayon məhkəməsinin 15 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilməklə cəzası 10 ay 06 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Xəzər rayon məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərarı ilə cəzadan 02 ay 26 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, Gürcüstan Respublikası, Bolnisi rayonunda qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış, massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə, saat 01:30 radələrində istintaqa məlum olmayan şəxsin hesabına ödəmə terminalı vasitəsi ilə 10 manat pul köçürməklə həmin şəxs tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Monza Place” şadlıq sarayının yaxınlığında dəmir dirəyin yanında qoyulmuş 04 (dörd) ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər birinin ayrı-ayrılıqda çəkiləri 6,251 qram, 1,121 qram, 0,278 qram və 0,681 qram, ümumi çəkisi 8,331 qram kiilli miqdarda kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısf’na (Siyahı İ) daxil olan tünd qəhvəyi rəngli külli miqdarda narkotik vasitə heroini həmin yerdən götürüb, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlayaraq oradan uzaqlaşmaq istəyərkən, həmin ərazidə xidmətdə olan Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən həmin şadlıq sarayının yaxınlığında saxlanılaraq, Abşeron rayon polis idarəsinə gəlirilmiş, polis idarəsinin inzibati binasında xidməti otaqda şəxsi axtarışı keçirilən zaman əynindəki qara rəngli uzunqol idman gödəkçəsinin sol yan cibində bir ədəd şəffaf sellofan bükümdə və “Winchester” markalı siqaret qutusunun İçərisində üç ədəd şəffaf sellofan bükümdə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir- biri ilə eynilik təşkil edən, ümumi çəkisi 8,331 qram olan külli miqdarda narkotik vasitə Heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən evə gedərkən saxlanılmışdır. Onun üzərində narkotik vasitə olmamışdır. Əgər üzərində narkotik vasitə olsaydı, yaşadığı evə qaranlıq və ara küçələrlə gedərdi. O isə şəhərin mərkəzi və işıqlı küçələri ilə irəliləyirdi. Həmin vaxt polis əməkdaşları ilə üzbəüz gəlmişlər. Polis əməkdaşları onu saxlamış, anket məlumatlarını soruşmuşlar. Şəxsiyyətini təsdiq edən sənəd olmamış və şəxsiyyət vəsiqəsi məlumatlarını polislər elektron sistemdə tapa bilməmişlər. O, polislərə Azərbaycan Respublikasının vətəndaşı olmadığını bildirmişdir. Daha sonra, polis əməkdaşları onun üzərinə baxış keçirmişlər. Üzərində heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Bundan sonra onu avtomobilə əyləşdirmiş və avtomobildə onu buraxmaqları üçün pul istəmişlər. Onu polis idarəsinə gətirməzdən əvvəl uzun müddət avtomobil ilə gəzdirmişlər. Polis əməkdaşları əvvəlcə onda 600 manat məbləğində pul istəmişlər. Daha sonra, qaranlıq bir küçəyə getmişlər. Oraya qara bir avtomobil gəlmişdir. Polis əməkdaşları düşüb həmin avtomobildəki şəxslərlə bir qədər söhbət etmişlər. Onlarla danışdıqdan sonra yenidən onun olduğu avtomobilə əyləşib az öncə qeyd etdikləri, 600 manatı versə belə, hətta, nəinki 600 manat, 600.000 manat belə verəcəyi halda onu buraxmayacaqlarını bildirmişlər. Onun atası da oraya gəlmiş və polis əməkdaşları ilə söhbət etmişdir. Lakin, polis əməkdaşları onun avtomobildən düşməyinə icazə verməmişlər. Ona görə də, onların atası ilə nə danışdıqlarını eşidə bilmirdi. Daha sonra polis əməkdaşı narkotik vasitəni göstərib onun olduğunu demişdir. O da bunu qəbul etməmişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Polis idarəsində də narkotik vasitəni qəbul etməyini bildirmişlər, yenə qəbul etməmişdir. Daha sonra 4 büküm narkotik vasitənin onun olduğunu bildirmişlər. Videoçəkiliş həyata keçirilərkən də, bir neçə dəfə videoçəkilişi saxlayıb yenidən başlatmışlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsinə əsasən o, təxminən 20 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Təxminən bir neçə gün olar ki, yadında qalmayan, lakin telefonunda olan mobil nömrə ilə əlaqə saxladığı tanımadığı şəxsin vasitəsi ilə narkotik vasitə əldə edir. xx.xx.2022-ci il tarixdə, gecə saat 01 radələrində həmin şəxs ona yenə şəkil göndərərək narkotik vasitəni Abşeron rayonu, Masazır qəsəbəsi, "Monza" şadlıq sarayının yaxınlığındakı dəmir dirəyin dibinə qoydurmasını demişdir. Buna görə həmin şəxsin ona verdiyi hesab kartına 10 manat məbləğində ödəniş edib deyilən yerə getmiş və narkotik vasitəni götürmüşdür. Bundan sonra piyada hərəkət etməyə başlamış, bu zaman polis geyim formasında olan iki-üç nəfər polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Daha sonra ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini xahiş etmişlər. O, şəxsiyyətini təsdiq edən sənədin üstündə olmadığını bildirmiş, polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində o, polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra Polis idarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, əvvəlcə ona müdafiəçi təqdim edilmiş, bundan sonra hüquq və vəzifələrim izah olunmuşdur. Daha sonra video görüntü ilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş, o, da könüllü olaraq əynində olan qara rəngli uzunqol idman geyiminin sol yan cibindən ''Winchester" markalı siqaret qutusunu təqdim edərək, masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunda olan 3 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin də içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman qara rəngli uzunqol idman geyiminin sol yan cibindən əlavə olaraq bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan büküm aşkar olunmuşdur. Qeyd etmişdir ki, onun üzərindən aşkar edilmiş ümumilikdə 4 ədəd bükümdə olan həmin narkotik vasitələri tanımadığı şəxsin vasitəsilə öz şəxsi istifadəsi üçün əldə etmiş, o, heç kimə hər hansı bir məqsədlə narkotik vasitə verməmiş və satmamış, ona görə çox miqdarda narkotik vasitə əldə edir ki, hər gün narkotik vasitə axtarmasın. (Cild 1, iş vərəqləri 55-57) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, gecə vaxtı Şahid3 və Şahid1 ilə birlikdə xidməti ərazilərində xidməti vəzifələrini həyata keçirərkən “Monza Palace” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs şübhələndikləri üçün ona yaxınlaşaraq, özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs azərbaycan vətəndaşı olmadığını bildirmişdir. Şübhələri aradan qaldırmaq üçün onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idaərisndə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. O, polis idarəsində üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs hər hansı bir məbləğdə pul istəməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, gecə vaxtı Şahid1 və Şahid2 ilə birlikdə xidməti ərazilərində xidməti vəzifələrini həyata keçirərkən “Monza Palace” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs şübhələndikləri üçün ona yaxınlaşaraq, özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin üzərində olmadığını bildirmişdir. Şübhələri aradan qaldırmaq üçün onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Onun üzərinə baxış müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, gecə vaxtı Şahid3 və Şahid2 ilə birlikdə xidməti ərazilərində xidmət apararkən “Monza Palace” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs şübhələndikləri üçün ona yaxınlaşaraq, özlərini təqdim etmiş və ona özünü təqdim etməsini bildirmişlər. Onun saxlanıldığı yerdə cinayət hadisələri çox baş verdiyi üçün ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs azərbaycan vətəndaşı olmadığını bildirmişdir. Onun şəxsiyyətini təsdiq edən sənəd də yox idi. Şübhələri aradan qaldırmaq üçün onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. O, üzərində narkotik vasitə olduğunu etiraf etmişdi. Polis idarəsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs xatırladığı qədərilə 18 may 2022-ci il tarixdə saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 18 may 2022-ci il tarixdə gecə saatlarında tanımadığı mobil telefon nömrəsindən zəng gəlmişdir. Telefonu açdıqda oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını və onu buraxmaqları üçün 200 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Pulu götürüb Təqsirləndirilən şəxs dediyi ünvana getmişdir. Oraya çatdıqda xidməti polis avtomobili gəlmiş və içərisindən 2 nəfər polis əməkdaşı düşüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs həmin avtomobilin arxa oturacağında əyləşmişdi. Onlardan biri cibindən 1 büküm metamfetamin növündə psixotrop maddə kimi təqdim etdiyi vasitəni çıxarmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunduğunu bildirmişdir. O, onlara istədikləri məbləğdə pulu gətirdiyini demişdir. Onlar ona verəcəyi pulun miqdarını onların komandirlərinin təyin edəcəyini demişlər. Təqribən 5-10 dəqiqə sonra daha bir xidməti polis avtomobili gəlmiş və içərisindən özünü komandir kimi təqdim edən şəxs düşmüşdür. Həmin şəxslə bir qədər söhbət etmiş, gətirdiyi 200 manat barədə ona bildirmişdir. Lakin, həmin şəxs ondan 1000 manat məbləğində pul istəmişdir. O da qeyd olunan miqdarda pulunun olmadığını demişdir. Daha sonra, Təqsirləndirilən şəxs polis idarəsinə aparmışlar. Oğlunun narkotik vasitə istifadə etdiyini bilirdi. Lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gün narkotik vasitənin təsiri altında olmuşdur. Həmin gün o, köynək və s. almaq üçün pul istəmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində dörd ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 may 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 23-25) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 may 2022-ci il tarixli, 6/2852 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56 dairəvi möhür əksi olan, “Gasanov Gasanın üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər maddələr...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində dörd ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi 6,251 qram, 1,121 qram, 0,278 qram. 0.681 qram, ümumi təmiz çəkisi 8,331 qram olan tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş dörd ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. (Cild 1, iş vərəqləri 29-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın 18 iyul 2022-ci il tarixli, 3879 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksiyasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 116-117) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 22 avqust 2022-ci il tarixli, 2244 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1, iş vərəqləri 123-125) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 8,131 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarış videogörüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 189-194) Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən onun boynuna qoyulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadəsini işin hallarına uyğun olan daha obyektiv ifadə kimi qəbul edərək belə nəticəyə gəlir ki, həmin ifadə daha səmimi ifadə kimi qəbul edilməlidir. Məhkəmə həmçinin şahid X3 məhkəmədə oğlunun narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı göstərdikləri xüsusatları şahidin təqsirləndirilən şəxsin valideyni olması və onun mənafeyinə uyğun ifadə verməsi ilə izah edir. Həmçinin iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 iyun 2022-ci il tarixli və 18 may 2023-cü il tarixli qərarlardan görünür ki, Abşeron RPİ-nin PPX əməkdaşlarının Təqsirləndirilən şəxs tutulmaması üçün pul tələb etmələri, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddələrin bükümlərinin sayının artırılması və digər qanunsuz hərəkətlərin baş verməsi ilə bağlı Abşeron rayon prokurorluğunda toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqləri 147-152) Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq hökm və qərarının surətindən görünür ki, Abşeron rayon məhkəməsinin 15 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilməklə cəzası 10 ay 06 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Xəzər rayon məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərarı ilə cəzadan 02 ay 26 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (Cild 1, iş vərəqləri 95-97, 153-159) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayətlər törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivinin olması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəazsını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə xarici vətəndaş olan təqsirləndirilən şəxsə əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının təyin edilməsini mümkünlüyü müzakirə edərək bələ nəticəyə gəlir ki, bu növdə əlavə cəza ona təyin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.1 və 52.2.4-cü maddələrinə əsasən o, 5 ildən artıq müddətdə Azərbaycan Respublikasında yaşayır və valideynləri Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 72-76, 142-145) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 may 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməklə hesab edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 8,131 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 8,131 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-72/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-72/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver