Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-722/2024 30.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X9, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi – X4, xx xxxxxx 1984-cü ildə Türkiyə Respublikası Malatya şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Türkiyə Respublikası, Malatya şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, 30 mart 2024-cü ildə, saat 23 radələrində Təqsirləndirilən şəxs ilə rəsmi nikahda olduğu arvadı X9 arasında şəxsi münasibətlər zəminində uzun müddətdir davam edən mübahisə yenidən başlamış, mübahisə zamanı qızları xx xxxxxx 2022-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs dayanmadan ağladığından Günay Yeşilin onlarla birlikdə yaşayan anası Şahid1 azyaşlı Zərərçəkmiş şəxs onun otağına gətirərək sonuncudan uşağı sakitləşdirməsini tələb etmiş, həmin vaxt o, əsəbiləşib ağlayan qızı Zeynəbdən yaxa qurtarmaq məqsədi ilə Zeynəbi öldürmək qərarına gələrək uşağı qucağına alıb evdən çıxmış və yaxınlıqda olan Xəzər dənizinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi sahilinə aparmış, dizinə qədər dəniz suyuna girərək azyaşlı olması ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan Zeynəbi suya basıb, bir neçə dəqiqə həmin vəziyyətdə saxlayaraq boğmuş, uşağın hərəkət etmədiyini gördükdən sonra sahilə çıxmış, lakin bu zaman Zeynəbin ayıldığını və hərəkət etməyə başladığını gördüyündən öz cinayətkar niyyətini başa çatdırmaq üçün yenidən dizinə qədər dənizə girərək, Zeynəbi daha bir neçə dəqiqə suda saxlamış, sonuncunun ölümünə səbəb olmuş tənəffüs yollarının maye ilə tutulması nəticəsində baş vermiş asfiksiya nəticəsində artıq hərəkət etmədiyini gördükdən sonra uşağı dəniz suyunun içərisində qoymaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu CM-nin 120.2.9-cu maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasında yaşamış və orada ailəsi və iki uşağı olmuşdur. Sonradan o, təxminən 2021-ci il tarixdə internet vasitəsilə Günay adlı qadınla tanış olmuş və bir müddət sonra sonuncu ilə ailə qurmuşdur. Günay ondan əvvəl bir dəfə evlənib boşanmış, həmin evlilikdən Tofiq adlı daun sendromlu 1 oğlan uşağı doğulmuşdur. Evləndikdən sonra onlar bir müddət Malatyada yaşadıqdan sonra birlikdə Sumqayıt şəhərinə qayıdaraq, Günayın valideynləri Azadə və Əjdər, habelə Günayın əvvəlki nikahdan olan övladı ilə birlikdə yaşamışlar. 2022-ci ildə onların Zeynəb adlı övladı dünyaya gəlmişdir. Günayla münasibətləri hər zaman yaxşı olmuş, ailəsinə, həmçinin Günayın birinci övladına qayğı ilə yanaşmışdır. Onunla Günay namaz qıldıqlarına görə spirtli içki qəbul etməmişlər. İlk vaxtlar münasibətləri yaxşı olsa da, qızı doğulduqdan sonra Günay və qayınanası Azadənin münasibəti ona qarşı dəyişməyə başlamışdır. Hadisədən bir müddət əvvəl Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində dönərçi kirayə götürüb, işlətmişdir. Araşdırılan hadisəni törədən zaman özündə olmamış, ağlı yerində olmadığına görə bu cür hərəkətlərə yol vermişdir. Hadisə baş verən gün - 30 mart 2024-cü ildə səhərdən axşama kimi işdə olmuş, evə qayıdan zaman marketdən uşaqlara ərzaq almışdır. Evə gəldikdə uşaqlarla vaxt keçirəndən sonra istirahət etmək üçün öz otağına keçmiş, o, otaqda olanda evə Günayın valideynləri anası Azadə ilə atası Əjdər gəlmişlər. Bundan sonra o otaqda olsa da, qızı Zeynəbin ağladığını, ancaq Günayın uşağı qucağına alıb sakitləşdirmədiyini eşitmişdir. Halbuki bundan əvvəlki zamanlarda, Zeynəb belə ağladıqda Gunay onu qucağına alıb, ana südü verməklə sakitləşdirə bilmişdir. Bununla belə, Gunay Zeynəbi sakitləşdirmək əvəzinə, anası ilə yüksək səslə onun barəsində danışmışdır. Bu zaman o, yorğun olmuş və otaqdan çıxmamışdır. Az sonra Günay “pampers” götürmək üçün otağa daxil olaraq, onun həmin vaxt telefonla danışmamasına baxmayaraq, kiminlə telefonla danışdığını soruşmuşdur. Günayın bu sualına görə o, sonuncuya əsəbləşmişdir. Bu zaman Zeynəb ağlamağa davam etsə də, Günay yenə də, onu sakitləşdirmək üçün heç nə etmədən hamam otağına keçmişdir. Bundan sonra Azadə Zeynəbi onun olduğu otağa gətirib “atası deyilsən, al uşağı susdur” demişdir. Daima Zeynəb ağladıqda yalnız anası onu sakitləşdirməyi bacarsa da, o özü bunu heç vaxt edə bilməmişdir. Bununla belə, həmin vaxt Zeynəbi sakitləşdirməyə çalışmış, Zeynəbi sakitləşdirmək üçün qucağına götürüb, dəsmalı üstünə salıb mağazaya aparmış və yalnız ona yeməsi üçün uşaq ərzaqları aldıqdan sonra Zeynəb sakitləşmişdir. Bununla belə, marketdən çıxandan sonra Zeynəb yenidən ağlamağa başlamışdır. Bu zaman o, əsəbi olmuş, Zeynəbin sanki ondan kömək istədiyi ağlına gəldiyi üçün bütün fikrini onu sakitləşdirməyə yönəltmiş və heç nə düşünmədən Zeynəbi dəniz kənarına aparmışdır. Orada da, o, dizinə qədər suya girərək Zeynəbi əlində suya batırmış, təxminən 4 dəqiqə həmin vəziyyətdə saxladıqdan sonra sudan çıxardıb sahilə qaytarmış, lakin bu zaman Zeynəbin nəfəs aldığını görüb yenidən dənizə girərək Zeynəbi təkrarən tam olaraq suya soxaraq, təkrarən 3-4 dəqiqə gözləmiş, sonra isə əlindən suya buraxıb sahilə qayıdaraq oradan uzaqlaşmışdır. O, əvvəllər heç vaxt qızını incitməmişdir. Ailədə gərginliyə görə son zamanlar əsəblərini pozulmuşdur. Uşağı dənizə aparmaqda məqsədi Günayın uşaqla maraqlanmadığı üçün ondan intiqam almaq olmuşdur. O, hadisə törədərkən ağlı başında olmamışdır. Törətdiyi əməldən peşmandır. O özünü qatil hesab etmir və hesab edir ki, o, həqiqətən, qatil olsaydı, bu gün onun qızı yaşayıb, Günay və onun anası həyatda olmazmışlar. Onları öldürüb, cəzasını çəkəndən sonra qızı ilə birlikdə yaşayardı. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin bilavasitə hadisənin gedişatı ilə bağlı olan xüsusatlarının ittihamla uyğunluq təşkil etməsini və beləliklə də, etirafedici ifadə olub iş üzrə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olunduğunu nəzərə almaqla yanaşı, onun hadisə zamanı ağlının başında olmaması və əsəbi olduğu üçün və əsəbləri pozulduğuna görə bu hadisəni törətməsinə dair göstərdiyi xüsusatın həqiqəti əks etdirməyən xüsusatlar olduğu və özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2022-ci ildə doğulmuş mərhum Zərərçəkmiş şəxs onunla Yeşil Təqsirləndirilən şəxs övladı olmuşdur. Sonuncu ilə ailə qurduqdan sonra, münasibətləri normal olsa da, Təqsirləndirilən şəxs bu hadisədən 1 ay əvvəldən dəyişmiş, onu evdə danışdırmamış, onunla ünsiyyəti olmamışdır. Hadisə günü də, yəni 30 mart 2024-cü ildə Ahmet işdən evə gəlmiş və öz otağına keçmişdir. Adətən olduğu kimi Ahmet otağa keçib, siqaret çəkərək telefonla qadınlarla danışmış, o otağa keçdikdə isə onu kobud danışdırmışdır. Həmin gün o, Ahmetin bu hərəkətlərindən qəzəblənib Ahmetə heç nə demədən özü üçün bərkdən deyinməyə başlamış, “səni istəmirəm, mənə belə həyat lazım deyil” demişdir. Bu zaman evdə kənar heç kim olmasa da, bir qədər sonra oraya anası Azadə, ondan az sonra isə atası Əjdər gəlmişdir. Anası ondan hirsli olmağının səbəbini soruşmuş, o da, dərdini anası Azadə ilə bölüşmüşdür. Həmin vaxt anası Ahmetə heç nə bildirmədən, ona “öz məsələnizdir, öz aranızda həll edərsiniz” demişdir. Bu zaman o, danışa danışa Ahmetin olduğu otağa girib çıxmış, yatmaq üçün uşaqları rahatlamış, Ahmet isə heç ona məhəl də, qoymamışdır. Həmin vaxt çox əsəbləşdiyi üçün səhhəti pisləşmiş və divanda uzanmış, anasından da, ona gətirməsi üçün su istəmişdir. Həmin vaxt südəmər qızı Zeynəb ana südü içib, qucağından yerə düşmüşdür. Bundan sonra Zeynəb onun ilk nikahından olan daun sindromlu oğlu Tofiqin əlindən telefonu almaq istəmiş, sonuncu telefonu vermədikdə isə o, Zeynəbə gedib həmin vaxt öz otağında olan atasından telefonunu istəməsini demiş, Zeynəb isə Ahmetin yanına getməyərək ağlamağa başlamışdır. Az sonra anası Tofiqi yatızdırmağa aparmış, o özü isə əsəbi halda qalxıb hamam otağına keçmişdir. Bu zaman Zeynəb ağlamağa davam etdiyi üçün anası Azadə gələrək Zeynəbi qucağına götürmüş, lakin Zeynəb anasının qucağında dayanmayaraq yerə düşmüşdür. Bundan sonra anası X11 otağına apararaq, onun hamamda olduğunu və onsuz yatmadığı üçün Tofiqi yatızdıqmağa getdiyini, Zeynəbin isə onu, yəni atasını istədiyini demişdir. Bu danışılanları o, hamamdan eşitmişdir. Az sonra Zeynəb sakitləşmiş və o, hamamdan çıxmışdır. Elə bu vaxt, yəni saat 23 radələrində Ahmet öz əynini geyinib, otaqdan çıxmışdır. Bu zaman Zeynəb Ahmetin qucağında olmuşdur. Ahmet Zeynəbin üstünə dəsmal atıb, evdən çıxmış, anası Azadə bunu görüb, Ahmetdən haraya getdiyini soruşduqda isə, Ahmet birazdan gələcəyini deyib, qucağında olan Zeynəblə birlikdə çıxıb getmişdir. X12 sakitləşdirib qaytaracağını düşünsələr də, Ahmet qayıtmamış və Zeynəbi qaytarmamışdır. Onlar bir qədər sonra Ahmetə zəng etməyə çalışsalar da, telefon bağlı olmuşdur. Onlar qohumlarının evinə zəng edərək Ahmeti tapa bilmədikləri üçün səhərisi günü, tezdən Ahmetin iş yerinə gedib saat 12-yə kimi anası ilə birlikdə orada gözləsələr də, Ahmeti tapa bilmədikləri üçün evlərinə qayıtmışlar. Avtobusdan düşüb evə piyada gedərkən yolda polis əməkdaşının orada olanlara telefonda nəsə göstərdiyini görmüşlər. Onlara yaxınlaşanda polis əməkdaşı telefonda olan şəkli onlara da göstərmiş, şəklə baxanda Zeynəbin dənizin kənarında yerdə uzanıqlı halda olduğunu görmüşdür. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona ömürlük azalıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdiyi xüsusatları təsdiqləmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsin ailəsi ilə birlikdə yaşadıqları evin yaxınlığında ərzaq mağazası işlətmişdir. Ahmetin istər ailəsinə, istər ailələrində olan uşaqlara, istərsə də, kənar uşaqlara münasibəti həmişə yaxşı olmuş, ailədə münaqişə olduğunu eşitməmişdir. 30 mart 2024-cü ildə gecə vaxtı Ahmet qucağında ağlayan uşağı ilə birlikdə onun mağazasına gəlmiş, uşaq üçün şirniyyat alıb ödəniş edərək mağazanı tərk etmişdir. Bu zaman Ahmet öz evinə tərəf deyil əks tərəfə getmişdir. Növbəti gün o, hadisə barədə məlumat almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ara-sıra 12 yaşlı oğlu Rəvan Rəhimlini qaçmaq üçün dəniz kənarına aparmışdır. xx.xx.2024-cü il tarixdə dənizin sahili boyunca növbəti idman qaçışı edərkən körpə uşaq meyiti aşkar edib “102” Xidmətinə zəng edərək məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 mart 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Xəzər dənizinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi hissəsində olan sahilidir. Səməd Vurğun küçəsi ilə qəsəbə istiqamətində hərəkət etdikdə, yolun Ağaoğlan Rzayev küçəsi ilə üzbəüz hissəsindən sağa dəniz sahilinə doğru yol gedir. Həmin döngədən Zərərçəkmiş şəxs meyitinin aşkar olunduğu yerə qədər məsafə 220 metrdir. Yolun dəniz sahilinə qədər uzanan 70 metrlik hissəsində fərdi yaşayış evləri vardır, 70 metrdən sonra hər hansı bir yaşayış evləri yoxdur və dənizin qumsal hissəsi başlayır. Qumsal hissənin başladığı yerdə piyada cığırının sağında qamışlıq ərazi yerləşir. Cığır ilə dənizə doğru hərəkət etdikdə sahilin qumdan və balıqqulaqlarından ibarət olması müşahidə edilir. Dənizin ləpədöyən hissəsindən sahilə doğru 20 metr məsafədə yerdə qəhvəyi rəngli dəsmal vardır. Dəsmal nəm olmaqla, səliqəsiz şəkildə yerə atılmışdır. Dəsmaldan 20 metr dənizə doğru ləpə döyən hissədə körpə uşaq meyiti vardır. Meyit dənizə üfüqi vəziyyətdə uzanmaqla, sol qolu dəniz tərəfə sağ qolu isə sahilə tərəfdir. Meyitin əynində qırmızı rəngli şalvar, tünd qırmızı rəngli corab, üzərində uşaq təsviri olan mayka və ağ rəngli boğazlı jaket vardır. Jaket meyitin göbəyindən sinəsi doğru qalxmış vəziyyətdədir və içərisinə balıq qulağı ilə qum yığılmışdır. Meyitin boğaz və ənsə nahiyyələrində də balıq qulağı ilə qum qarışığı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 mart 2024-cü il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih stolu üzərində arxası üstə qadın cinsli uşaq meyiti uzadılmışdır. Meyit dənizdən gətirilmişdir. Meyitin əynində ağ rəngli boğazlı sviter, qolsuz sarı rəngli mayka, qara-sarı zolaqlı mayka, qırmızı rəngli şalvar, sarı rəngli tuman, ağ rəngli pampers vardır. Paltarlar qumla bulaşıb, yaşdır. Sviterin, maykanın içərisi çoxlu miqdarda, təxminən 5 kq-a qədər qumla doldurulmuş vəziyyətdədir. Paltarlar çıxarıldıqdan sonra meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 80smdir. Meyit qacıması yoxlanılan əzələ qruplarında inkişaf etmişdir. Meyit ləkəsi bədənin arxa səthində yerləşir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə avazıyır və 30 saniyədən sonra bərpa olunur. Başında saçları şabaladı rəngdədir, yaşdır. Ağız və burun dəliklərinin ətrafında köpük izi vardır. Alt dodağı sağ yarısında selikli qişanı tutan 3,0x2,0sm. ölçüdə göyümtül qançırlıdır. Qançırın fonunda selikli qişada 2,0x0,2sm. ölçüdə sıyrıq vardır, tünd qırmızı qansızmalıdır. Xarici qulaq keçəcəklərində qum dənəcikləri vardır. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,4 sm-dir, qüzehli qişanın rəngi qəhvəyidir, ağlı qişa qansızmasızdır. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə gözlə görünən patoloji dəyişiklik yoxdur. Ağzı qapalı vəziyyətdədir. Boyunu bədənə müvafiqdir, hərəkətsizdir. Döş qəfəsi silindrikdir, simmetrikdir. Qarını döş qəfəsi səviyyəsindədir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Ətraf sümükləri tamdır. Əl və ayaqların dərisi ağarmışdır, şişkindir. Meyitin bədəni üzərində digər xəsarət və xəsarət izi aşkar edilmədi. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 mart 2024-cü il tarixli, 41 saylı rəyindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb tənəffüs yollarının maye (su) ilə tutulması nəticəsində baş vermiş asfiksiya olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 8-12 saat əvvəl baş vermişdir. Gözün ağlı qişasına, ürəyin, ağciyərin səthinə qansızma, ürəkdə qanın duru vəziyyəti, daxili üzvlərin doluqanlılığı bu növ ölümün təsdiqedici əlamətlərindəndir. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində alt dodağın sağ yarısının qançır və sıyrığı vardır ki, bu xəsarətlər küt əşya təsirindən törənmişdir, həyatidirlər və canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir, ölümlə səbəbli əlaqəsi yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07 may 2024-cü il tarixli, 3-16-16/2-6/2047-7/586 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus- 01 ədəd cins şalvar, 01 ədəd damalı köynək, 01 ədəd qolsuz gödəkçə, 01 ədəd qollu və papaqlı gödəkçə və 01 ədəd qara rəngli pul qabının üzərində qum hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 cüt qara rəngli ayaqqabıda qum hissəcikləri vardır. Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlarında, ayaqqabı və pul qabının üzərində dəniz suyunun kimyəvi tərkib hissəciklərinin müəyyən edilməsi barədə qoyulmuş sual “Materialların məhkəmə ekspertizası”-nın həll etdiyi məsələlər dairəsinə aid olmadığından cavablandırılmadı. Cinayət işinin materiallarında olan kompleks-komisyon-ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1309 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işinin materiallarında olan kompleks-komisyon-stasionar məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 111 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu hal-hazırda da hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan və sair psixi xəstəlikdən əziyyət çəkmir. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Hal-hazırki psixi vəziyyətinə görə Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlunun psixoloji portretində öz “mən”-inə qarşı həssas yanaşma, özünü doğrulda bilmədiyinə görə başqalarını günahlandırma, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət gözləmək, söz sahibi olmaq və özünü dəyərli hiss etmək ehtiyacı, nümayişkaranəlik, inadkarlıq, eqosentrizm, öz maraqlarını üstün tutmaq, subyektivizm, empatiya hissinin aşağı olması (başqalarının hiss və həyəcanlarına qarşı biganəlik) müəyyən edilir. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu xx.xx.2024-cü il tarixdə cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində aqressiya yaranmışdır. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbi şəxsi xüsusiyyətləri (öz “mən”-inə qarşı həssas özünü doğrulda bilmədiyinə görə başqalarını günahlandırma, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət gözləmək, söz sahibi olmaq və özünü dəyərli hiss etmək ehtiyacı, nümayişkaranəlik, inadkarlıq, eqosentrizm, öz maraqlarını üstün tutmaq, subyektivizm, empatiya hissinin aşağı olması (başqalarının hiss və həyəcanlarına qarşı biganəlik)) fonunda, ondan ailəsinə yaxşı baxması tələbiylə edilən iradları qəbul edə bilməməsi və buna qarşı etiraz etməsi ilə əlaqədar olmuşdur. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 4(060)-106/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-126/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində və ya onun tərəfindən 2020-ci ildən cari ilin hazırki dövrünədək Sumqayıt Şəhər Məhkəməsinə hər hansı bir ərizə və ya şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13xx/xx-19155/24 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində və ya müraciəti əsasında Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində və ərazi PB-də təhqiqat araşdırması aparılmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 2596 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Yeşil Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşıdır, xx.xx.1984-cü il tarixdə Türkiyə Respublikasında doğulmuşdur. Cinayət işində olan Türkiyə Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş **********8 nömrəli Türkiyə Respublikası şəxsiyyət vəsiqəsinə əsasən, soyadı Yeşil, adı Təqsirləndirilən şəxs, doğum tarixi xx.xx.1984, milliyyəti Türkiyə Respublikası, ana adı Azzet, ata adı Mahmut olaraq qeyd olunmuşdur. Cinayət işində olan U26607347 nömrəli Türkiyə Respublikası pasportuna əsasən, soyadı Yeşil, adı Təqsirləndirilən şəxs, doğum tarixi xx xxxxxx 1984, doğum yeri Malatya, milliyyəti Türkiyə olaraq qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Türkiyə Respublikası Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 787111 nömrəli rəsmi nikahı təsdiq edən sənədin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının Malatya şəhərində Yeşil Təqsirləndirilən şəxs ilə Abdullayeva Günay rəsmi nikaha daxil olmuşlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional Asan xidmət mərkəzi tərəfindən verilmiş 834205 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zeynəb Təqsirləndirilən şəxs qızı xx.xx.2022-ci ildə doğulmuşdur. X16 Turan, anası X6r. Məhkəmə qeyd edir ki, sadalanan sübutları məcmusu məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı tədqiq edilmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmuyu ilə tam sübuta yetmişdir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə təsdiq olunur ki, Ahmet X7 Yeşili azyaşlı olması ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə suya basıb, bir neçə dəqiqə həmin vəziyyətdə saxlayaraq boğmuş, uşağın hərəkət etmədiyini gördükdən sonra sahilə çıxmış, lakin bu zaman Zeynəbin ayıldığını və hərəkət etməyə başladığını gördüyündən öz cinayətkar niyyətini başa çatdırmaq üçün yenidən dizinə qədər dənizə girərək, Zeynəbi daha bir neçə dəqiqə suda saxlayaraq onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.2.9cu maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar əsasında, o cümlədən ekspert rəyləri ilə Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə təqsirli olaraq ittiham olunduğu cinayəti törətməsi sübuta yetirildiyindən, onun ağlı başında olmadan bu hadisəni gerçəkləşdirməsi və əsəbləri pozulduğu üçün özündə olmadan zərərçəkmiş şəxsi həyatdan məhrum etməsi ilə bağlı göstərdiyi xüsusatlar tam təkzib olunmuş, yəni təqsirləndirilən şəxsin bu xüsusatları özünün müdafiəsi üçün, məsuliyyətdən yayınmaq məqsədi ilə göstərdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal və ağırlaşdıran hal müəyyən olunmamışdır. Burada məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldən peşman olması da, səmimi peşmançılıq kimi qəbul edilə bilməz. Belə ki, istər məhkəməyədək icraat, istərsə də, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ifadə etdiyi peşmançılığın səmimi olmasını göstərən heç bir hərəkətə yol verməmiş, o cümlədən hətta zərər çəkmiş şəxsin anası olan hüquqi varisindən törətdiyi əmələ görə üzr istəməmiş, barışıq əldə etməyə çalışmamış, onu və məhkəməni həqiqətən peşman olmasını inandırmaq üçün heç bir şey etməmişdir. Əksinə təqsirləndirilən şəxsin hadisədən dərhal sonrakı hərəkətləri və bundan sonrakı müddətdə olan davranışı, onun peşmançılığının səmimi olmadığını ifadə edən hallardan olmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs məhkəmə iclasında əvvəlki nikahından iki övladının olduğunu bildirsə də, həmin övladlarına dair ətraflı məlumat vermədiyi, habelə onların sənədlərini təqdim etmədiyi üçün, məhkəmə bu uşaqların yaşını və onun himayəsində olub-olmamasını müəyyən edə bilməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, bunlar da, mötəbər məlumat kimi qəbul edilə və təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (o cümlədən digər zəruri hallarla yanaşı onun təhsili və nailiyyətini), cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 120.2.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlunun törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlunun xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlunun hadisə vaxtı əynində olmuş paltarları-01 ədəd şalvar, 01 ədəd köynək, 02 ədəd gödəkçə, 01 cüt ayaqqabı, 01 ədəd pul qabı Yeşil Təqsirləndirilən şəxs Mahmut oğluna qaytarılmalı, cinayət işində olan 02 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 70 (yetmiş) manat təqsirləndirilən şəxs Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlundan tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D İ: Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 20(iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 aprel 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlunun hadisə vaxtı əynində olmuş paltarları-01 ədəd şalvar, 01 ədəd köynək, 02 ədəd gödəkçə, 01 cüt ayaqqabı, 01 ədəd pul qabı Yeşil Təqsirləndirilən şəxs Mahmut oğluna qaytarılsın, cinayət işində olan 02 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 70 (yetmiş) manat təqsirləndirilən şəxs Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlundan tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (Yeşil Təqsirləndirilən şəxs Mahmut oğlu isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-722/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-722/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver