Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-724/2024 07.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Abşeron rayonu Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs edilənədək ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə saat 16:00 radələrində valideynləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Masazır kəndi, H.Həşimov küçəsində yerləşən 15 nömrəli fərdi yaşayış evində, atası Zərərçəkmiş şəxs həmin tarixdə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin binasında epilepsiya (qıcolma) xəstəliyi şiddətləndiyinə görə onu xəstəxanada qoyub evə qayıtması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı atasının ona qarşı laqeyd davranışlarına əsəbiləşərək sonuncunu cəzalandırmaq məqsədilə evin mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə mənzilin mətbəxində atası Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək sonuncuya qarın boşluğuna nüfuz edən qarının ön divarının açıq yaralanması, müsaqirənin zədələnməsi, mədənin açıq yaralanması ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməsə də, məhkəmə istintaqının sonunda tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, həbs edilənədək valideynləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Əvvəllər rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ali təhsillidir, sonuncu təhsilini X5 almışdır. Zərərçəkmiş şəxs onun doğma atasıdır. Atası ilə münasibətləri daim normal olmuş, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkdiyi üçün dövlət tərəfindən ona “İİ dərəcəli əlil” statusu verilmişdir. Valideynləri yaşlı və xəstə olduqlarında onlara baxmaq üçün Masazır qəsəbəsində yaşayır. Baş vermiş hadisədən bir neçə gün əvvəllər atası Mobil ilə aralarında mübahisələr yaranmışdır. 22 yanvar 2024-cü il tarixdə dizində yaranmış problemlə bağlı atası ilə birlikdə Abşeron rayon Mərkəzi Xəstəxanasına getmiş və müayinə olunduqdan sonra atası ona alış-veriş üçün Xırdalan şəhərində yerləşən “Təzə bazar”a gedəcəyini bildirmişdir. Həmin vaxt atası ondan evə getməsini istəmiş və xəstəxanadan çıxıb getmiş, daha sonra o, anası Rəhilə ilə mobil telefon əlaqəsi yaradaraq atasının bazara getməsi səbəbindən evə təkbaşına gələcəyi barədə xəbər vermişdir. Təxminən 1 saat sonra xəstəxanadan yaşadıqları evə gəlmiş, bu zaman atasının mətbəxin döşəməsi üzərinə yıxıldığını görmüşdür. Anasından nə baş verdiyini soruşduqda anası ona “Atan yıxılıb, böyrünə bıçaq batıb” cavabını vermiş, buna görə də o, “103” xidmətinə zəng etmişdir. Xidmətdən ona hal-hazırda bütün təcili yardım avtomobillərinin məşğul olduğu bildirilmiş və taksi avtomobili ilə atasını xəstəxanaya aparmaq məsləhət görülmüşdür. Onun evə gəlməsindən təxminən 5-10 dəqiqə sonra anası Rəhilə bacısı Günel ilə əlaqə yaradıb atasının yıxıldığını demişdir. Bir neçə dəqiqə sonra bacısı taksi avtomobili ilə yaşadıqları evə gəlmiş və onlar köməkləşib atasını avtomobilə əyləşdirməklə Abşeron rayon Mərkəzi xəstəxanasına aparmışlar. Xəstəliyi ilə əlaqədar həyəcanlandığı üçün xəstəxanaya gedə bilməmiş, anası bundan narahatlıq keçirərək onunla birlikdə evdə qalmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, atasına kim tərəfindən xəsarət yetirilməsi barədə məlumatı yoxdur. Xəstəxanadan yaşadığı evə qayıtdıqda atasının bıçaq xəsarəti aldığını görmüşdür. Atası mətbəxdə salat doğrayarkən bıçaq əlində olmuş və sürüşərək yıxıldığından bıçaq atasına xəsarət yetirmişdir. Atası Mobilə heç bir xəsarət yetirməmiş, atası yaşlı insan olduğundan onun adını çəkərək guya xəsarətin onun tərəfindən yetirildiyini bildirmişdir. Atasının hansı səbəbdən onun tərəfindən xəsarət yetirildiyini deməsi ona məlum deyil. Məhkəmə istintaqının sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlini səmimi etiraf edərək peşiman olduğunu, hadisənin ani olaraq baş verdiyini atası ilə barışdığını məhkəmənin nəzərə almasını xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Ceyhun psixi problemləri əlaqədar bir çox tibb müəssisələrində stasionar müalicədə olmuşdur. Həmçinin Ceyhun epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkdiyi üçün xəstəliyi şiddətlənən zaman dili qatlanmış və yerə yıxılaraq huşunu itirmişdir. Maddi imkanı yaxşı olmadığından oğlunu müalicə etdirə bilməmişlər. Ceyhun ali təhsillidir. Əvvəlki təhsilini Türkiyə Respublikasında almışdır, hazırda isə X5 ikinci ali təhsil almaqdadır. 22 yanvar 2024-cü il tarixdə Ceyhunun vəziyyətinin pisləşdiyini görüb oğlunu Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada növbə gözlədikləri vaxt qəflətən Ceyhunun özünü pis hiss etdiyini görmüşdür. Belə ki, Ceyhun anidən danışığını itirərək qışqırmağa başlamış və ünvansız söyüşlər söymüşdür. Oğlunu xəstəxanada təkbaşına qoyaraq oradan uzaqlaşmış və alış-veriş etmək məqsədilə marşrut avtobusu ilə Xırdalan şəhərində terləşən bazara yollanmışdır. Bazarlıq etdikdən sonra yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi H.Həşimov küçəsində yerləşən evə getmişdir. Həmin vaxt arvadı X9 evdə olmuş və o, masa arxasına keçib yemək yeməyə başlamışdır. Təxminən 1 saat sonra oğlu Ceyhun evə gəlib qışqırmağa başlayaraq “Məni niyə orda qoyub gəlmisən?” ifadəsini işlətmişdir. O, Ceyhuna "Canımdan bezmişəm. Yaşlı adamam. Neçə ildi səni aparıb-gətirirəm” deyə cavab vermişdir. Ceyhun onun bu cavabından daha da hiddətlənib özündən çıxmış və ağlamağa başlamışdır. O, əsəbiləşdiyi üçün mətbəxdəki boşqabları götürüb yerə çırpmaqla sındırmış, ardınca Ceyhunu qorxutmaq məqsədilə mətbəxdəki bıçağı götürüb “Sənin əlindən özümü öldürəcəm” ifadəsini işlətmişdir. Bununla belə Ceyhun yenə də sakitləşməmiş, ani vaxtda Ceyhunun əlində bıçaq olduğunu görmüşdür. Ceyhun sağ əlinə götürdüyü mətbəx bıçağı ilə onun qarın nahiyəsinin sağ tərəfindən bir və ya iki dəfə zərbə vurmuşdur. Əvvəlcə, əli ilə Ceyhunun onu bıçaqla vurduğu nahiyədən tutmuş, ancaq müvazinətini saxlaya bilməyərək döşəmənin üzərinə yıxılmışdır. Gözünü açdıqda xəstəxanada olduğunu başa düşmüş, ona verilən narkozun təsirindən baş verən proses yadından çıxmışdır. Bundan başqa xəsarət aldıqdan sonra huşu özündə olmadığından kim tərəfindən xəstəxanaya aparılmasından xəbəri olmamış, sonradan qızı Günel tərəfindən taksi avtomobili ilə xəstəxanaya çatdırıldığını xatırlamışdır. Ceyhunla aralarındakı mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı nə özü, nə də oğlu spirtli içkinin təsiri altında olmamışlar. Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, onu bağışladığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, barəsində həbslə əlaqədar olmayan cəzanın təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki , Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə qardaşıdır. Qardaşının psixikasında problemlər olması ilə yanaşı, həm də epilepsiya (qıcolma) xəstəliyidə vardır. Ceyhunun xəstəliyinin şiddətləndiyi zamanlarda evin içərisində yıxılıb qışqımış, yıxıldığı yerdəcə qalmışdır. Maddi imkanları aşağı olduğundan Ceyhunun xəstəliyini müalicə etdirə bilməmişlər. Ceyhun ikinci ali təhsilini X5 aldığından ərəb dilini mükəmməl səviyyədə bilmişdir. 22 yanvar 2024-cü il tarixdə saat 15:59 radələrində Xırdalan şəhərində yerləşən mənzilində olarkən anası Rəhilə mobil telefonla zəng edərək atası Mobilin yaşadıqları evdə yıxılaraq xəsarət aldığını və təcili oraya gəlmək lazım olduğunu bildirmişdir. Atasının başına bədbəxt hadisə gəldiyini düşünərək dərhal taksi avtomobili sifariş verib valideynlərinin yaşadığı Masazır qəsəbəsindəki evə getmişdir. Yolda olarkən anası ilə mobil telefon vasitəsilə əlaqə yaradıb atasına nə olduğunu soruşmuş, anası isə atasının sadəcə yıxılaraq xəsarət aldığını deməklə telefonu söndürmüşdür. Bir neçə dəqiqə sonra anası yenidən onun mobil telefonuna zəng edib “Atan ölür, təcili özünü çatdır” ifadəsini işlədib telefonu söndürmüşdür. Masazır qəsəbəsinə çatıb atasının evinə qalxan yol ilə hərəkətdə olarkən atasının güclə bir əli ilə divardan, digər əli ilə isə böyür nahiyəsindən tutaraq ona doğru gəldiyini görmüşdür. Dərhal taksi avtomobilini saxladıb taksi sürücüsünün köməyi ilə atasını avtomobilin arxa oturacağına uzandırmış və sürücüdən avtomobili təcili xəstəxanaya sürməsini istəmişdir. Yolda olarkən atasından hansı şəraitdə xəsarət aldığını və kim tərəfindən xəsarət yetirildiyini soruşmuş, atası isə ona “Ceyhun vurdu” cavabını vermişdir. Daha sonra onlar Abşeron rayon Mərkəzi Xəstəxanasına çatmış və atasını əməliyyata götürmüşlər. Bundan başqa Şahid2 ifadəsində göstərmişdir ki, atasına bıçaqla qardaşı Ceyhun xəsarət yetirmişdir. Bunu xəstəxanaya doğru yolda olarkən atası ona demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki , Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə oğludur. Oğlunun psixikasında problemlər olması ilə yanaşı, həm də epilepsiya (qıcolma) xəstəliyi vardır. Ceyhunun xəstəliyinin şiddətləndiyi zamanlarda evin içərisində yıxılıb qışqımış, yıxıldığı yerdəcə qalmışdır. Maddi imkanları aşağı olduğundan Ceyhunun xəstəliyini müalicə etdirə bilməmişlər. Ceyhun ikinci ali təhsilini X5 aldığından ərəb dilini mükəmməl səviyyədə bilmişdir. 22 yanvar 2024-cü il tarixdə Mobil və Ceyhun birlikdə Abşeron rayon Mərkəzi Xəstəxanasına getmiş, özü isə ayaqları ağrıdığından onlarla birlikdə xəstəxanaya getməkdən imtina etmiş, evdə qalıb ev işləri ilə məşğul olmağa başlamışdır. Bir neçə saat sonra əri Mobil təkbaşına evə qayıdıb gəlmiş, ərindən nə üçün tək gəldiyini və Ceyhunun harada olduğunu soruşmuşdur. Əri ona xəstəxanada Ceyhunun halı pisləşdiyindən və özünü pis hiss edərək söyüş söydüyündən oğlunu xəstəxanada qoyub bazara getdiyini, bazardan isə birbaşa evə qayıtdığını demişdir. Daha sonra Mobil ona “Bezmişən sizin əlinizdən. Nə istəyirsiniz məndən?" desə də, ərinin bu sözlərinə cavab verməmiş və əri üçün yemək hazırlayıb masaya gətirmişdir. Mobil əyləşib yemək yeyərkən Ceyhun evə gəlib qışqırmağa və atası ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ceyhun atasından “Məni niyə orada qoyub evə gəldin?” deyə soruşduqda Mobil “Bezmişəm sizin əlinizdən. Əl çəkin məndən. Gedin, nə istəyirsiz eləyin” ifadələrini işlətmişdir. Həmin vaxt o səhəti ilə əlaqədar olaraq çox hərəkət edə bilmədiyi üçün digər otaqda uzanmış və oğlu ilə ərinin yalnız səslərini eşitmişdir. Lakin hadisə vaxtı əri Zərərçəkmiş şəxs necə xəsarət aldığını bilməmişdir. Sonradan ərinin xəsarət aldığını bildikdə, dərhal sonra təcili tibbi yardım xidmətinə zəng etsə də, əlaqə yarada bilmədiyindən qızı X11 ilə mobil telefon vasitəsilə zəng edib vəziyyəti izah etmişdir. Qızına “Atan evdə iş görərkən yıxılaraq əlayağını kəsib” demiş, bir neçə dəqiqə sonra Günel taksi avtomobili ilə yaşadıqları qəsəbəyə gəlmiş və Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Qızı Günel atasını xəstəxanaya aparmış, özü isə ağrıları olduğundan xəstəxanaya gedə bilməmişdir. Bir neçə saat sonra Günel ilə əlaqə yaradıb Mobilin vəziyyəti ilə maraqlandıqda qızı atasının əməliyyat edildiyini demişdir. Bundan başqa Rəhilə Əliyeva ifadəsində göstərmişdir ki, mübahisə baş verən zaman evin digər otağında olduğundan oğlu Ceyhunun əri Mobilə bıçaqla xəsarət yetirdiyini gözləri ilə görməmişdir. Lakin ərinə xəsarət yetirən şəxsin oğlu Təqsirləndirilən şəxs olduğunu güman etmişdir. Hadisədən sonra qızı Şahid2 ərinin Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X16 Abşeron rayon şöbəsinin 09 iyul 2024-cü il tarixli 64TS nömrəli rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və adına olan tibbi sənəddə qeyd olunanlara əsasən belə nəticəyə gəlinmişdir ki, Zərərçəkmiş şəxs 22 yanvar 2024-cü il tarixdə aldığı xəsarətlərdən 22 yanvar 2024-cü il tarixdə "Abşeron rayon Mərkəzi Xəstəxanası” X18 müraciət etmiş və ona “Qarının ön divarının açıq yaralanması. Müsariqənin zədələnməsi. Mədənin açıq yaralanması” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər iti uca malik olan əşyanın (alətin) təsirindən törənmişdir, 22 yanvar 2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X7” X16 12 fevral 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 368 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli cizgiləri və anamnezində əvvəllər keçirilmiş qapalı kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilməmişdir. Lakin onun fərdi-psixoloji xüsusiyyətlərində özünü psixoloji müdafiə etməyə meyillilik, nümayişkaranəlik, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, situasiyanı öz xeyrinə yönəltmək və s. müəyyən edilmişdir. Bununla əlaqədar o, özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs əqli- intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini və davranışlarının ola biləcək nəticələrini proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X16 19 fevral 2024-cü il tarixli kompleks məhkəmə-bioloji, məhkəmə-trasoloji və soyuq silahın məhkəmə-kriminalistik ekspertizası üzrə 50/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş maddi sübutların məhkəmə-tibbi-kriminalistik tədqiqatına əsaslanaraq belə nəticəyə gəlinmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın, uzunqol alt köynəyinin, köynəyin və pencəyin hər birinin ön səthinin sol yarısında iki ədəd, uzunqol alt köynəyinin, köynəyin və pencəyin hər birinin sol qolunun arxa səthində bir ədəd deşilmişkəsilmiş zədələr var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz mayka, alt köynəyi, uzunqol köynək və pencək) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus pencəyin sol döş cibinin hər iki kənarında sökülmələr var. Bu zədələr küt mexanizmdən, paltarın həmin nahiyəsinin dartılması nəticəsində törənmişlər. Zərərçəkmiş şəxs məxsus papağın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində hər hansı bir əlavə və düzəlişlər Hadisə yerinə baxış keçirilməsi haqqında 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı birmərtəbəli fərdi yaşayış evidir. Evin giriş darvazasından həyətə daxil olduqda sol tərəfdə taxta qapısı və pəncərələri olan ev yerləşir. Ev üç otaqdan ibarətdir. Yataq otağı və mətbəx dağınıq vəziyyətdədir. Mətbəxin döşəməsinə salınmış xalçanın üzərində 2 ədəd qanabənzər ləkə aşkar edilmişdir. Mətbəx otağından tiyəsi gümüşü rəngli metaldan, dəstəyi isə gümüşü rəngli metal və qara rəngli plastik lövhələrdən hazırlanmış, ümumi uzunluğu 125 millimetr olan 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Paltarların götürülməsi və baxış keçirilməsi haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 22 yanvar 2024-cü il tarixdə baş vermiş hadisə zamanı əynində olmuş 1 ədəd boz rəngli qolsuz mayka, 1 ədəd qəhvəyi rəngli uzunqol alt köynəyi, 1 ədəd tünd göy- qara-ağ rəngli, damalı uzunqol köynək, 1 ədəd tünd göy rəngli pencək, 1 ədəd qara rəngli “kepka” tipli papaq və 1 cüt qara rəngli, ön səthinə “Sport” sözü yazılmış ayaqqabı müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 25 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında olan münaqişənin həll olunduğunu, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, oğlu ilə barışdığını, ona qarşı heç bir iddia və maddi tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(012) 73/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Ali təhsil haqqında diplomun surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Beynəlxalq Universitetinin Regionşunaslıq ixtisası üzrə ali təhsil (bakalavr pilləsi) almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəli tarixindən) çıxarışdan müəyyən olunur ki, təqsirlədirilən Təqsirləndirilən şəxs keçirilmiş qapalı kəllə beyin travmasının nəticəsində posttravmatik ensofolopatiya, qıcolma tutumaları xəstəliyi müəyyən olnunur. Uşaq yaşlarında beşinci mərtəbədən yıxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, təqsirlədirilən Təqsirləndirilən şəxs İİ dərəcəli əlillik vardır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin təqsirləndirilən şəxs Cehun Əliyev tərəfindən törədilməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxsin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13) əməlindən səmimi peşman olmasını, İİ dərəcə əlilliyinin olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə qanunun qeyd edilən müddəalarına, eləcə də işin faktiki hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təyin olunmuş cəzanın real çəkilməli olub-olmaması məsələsini müzakirə edərkən məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarını, işin faktiki hallarını eləcə də cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmasına dəlalət edir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Ali təhsilli, İİ dərəcə əlilliyi olan, təqsirini səmimi etiraf edən, əməlindən peşman olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalı, bu imkandan ümumilikdə cəmiyyətdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsini aydınlaşdırmaq üçün o, müəyyən müddət sınaqdan keçirilməlidir. Eyni zamanda sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilməlidir. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad ediməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li qərarının 25-ci bəndində göstərilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir”. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə 22 yanvar 2024-cü il tarixdən, hökmün elan olunduğu 07 oktyabr 2024-cü il tarixədək həbsdə saxnıldığı müddət ona təyin olunan cəza müddətinə hesablanmamalıdır. Hadisə yerindən götürülərək maddi sübut kimi tanınıb, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd boz rəngli qolsuz mayka, 1 ədəd qəhvəyi rəngli uzunqol alt köynəyi, 1 ədəd tünd göy-qara-ağ rəngli, damalı uzunqol köynək, 1 ədəd tünd göy rəngli pencək, 1 ədəd qara rəngli "kepka" tipli papaq və 1 cüt qara rəngli, ön səthinə "Sport" sözü yazılmış ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilsin. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hadisə yerindən götürülərək maddi sübut kimi tanınıb, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd boz rəngli qolsuz mayka, 1 ədəd qəhvəyi rəngli uzunqol alt köynəyi, 1 ədəd tünd göy-qara-ağ rəngli, damalı uzunqol köynək, 1 ədəd tünd göy rəngli pencək, 1 ədəd qara rəngli "kepka" tipli papaq və 1 cüt qara rəngli, ön səthinə "Sport" sözü yazılmış ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-724/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-724/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver