Məhkəmə qərarları › İş №1(124)-728/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-728/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-728/2024 18.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Bakı şəhəri 28 saylı vəkil Bürosunun vəkili hacıyev Məhərrəm Durdağ oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Goranboy rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməkli, əvvəllər məhkum olunmuş, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə - metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu “Baba” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin müəyyən qazanc müqabilində qoyulan yerdən götürüb ayrı-ayrı şəxslərə verməklə satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 28 mart 2024-cü il tarixdə “Baba” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə qoyduğu 1169,16 qram çəkidə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı və 4,499 qram çəkidə külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini götürüb, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, Abşeron rayonu, Xırdalan şəhərinə daşıyıb, hissələrə ayıraraq 02 ədəd qara rəngli bükümdə ayrı-ayırılqıda 23,08 qram və 25,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində, 03 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda 1100 qram, 17,85 qram və 2,31 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd bükümdə 4,499 qram çəkidə psixotrop maddə metamfetamini isə kirayə yaşadığı mənzildə saxlamış, 29 mart 2024- cü il tarixdə 07 radələrində yaşadığı evin yaxınlığında Abşeron RPİ-nin narkomaniyaya qarşı mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə gətirilib, həmin gün saat 08:30dan 08:45-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol iç yan cibindən 02 ədəd qara rəngli bağlamada ayrı-ayrılıqda 23,08 qram və 25,92 qram çəkidə tərkibinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 11:00-dan 11:22-dək kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ev 38, mənzil 108- ə baxış keçirilən zaman qonaq otağında masanın üzərində 03 ədəd qara rəngli bağlamada ayrı-ayrılıqda 1100 qram, 17,85 qram və 2,31 qram çəkidə, tərkibinə görə eyni olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 01 bükümdə 4,499 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetamin izləri olan 02 ədəd elektron tərəzi və içərisində psixotrop maddə metamfetamin izləri olan 02 ədəd yumru dibli şüşə kolba (müştük) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onda yarım kiloqram marixuana olmuşdur. Qalan hamısı yükləmə olmuşdur. İttihamda göstərilən miqdarda onda narkotik vasitə olmamışdır. O ancaq marixuanadan istifadə etmişdir. Həmin narkotik vasitəsinin çəkisi təmiz 500 qram olmuşdur. Həmin narkotiki yarım kiloqram adı ilə almışdır. O, Goranboy rayonunda yaşamışdır. Bakı şəhərinə işləməyə getmişdir. Özü ev ustasıdır. Universal ev ustasıdır. Onun bir dostu olmuş və həmin dostu iranlıdan bir və ya iki qram narkotik vasitə almışdır. Tutulmamışan əvvəl İranlı ilə danışmışlar. İranlıya pullarının olmadığını bildirmişlər. İranlı da onlara “mən narkotiki sizin üçün konuma atacam və orada götürərsiz” demişdir. İranlını Baba adı ilə tanımışdır. Nizami rayonunda Razin adlanan ərazidən narkotik vasitəni götürmüşdür. Yanında tərəzi də olmuşdur. Götürdüyünün 200 qramını konuma atmalı imiş. 300 qramı evdə qalmışdır. Biləcəri qəsəbəsində narkotik vasitəni konuma atanda polis əməkdaşları onu tutaraq bölməyə gətirmişlər. Ondan əlavə bir neçə şəxsi də tutmuşlar. Onlar pul verib çıxmışlar. Onların narkotiklərinin hamısını ona yükləmək istəmişlər. Onlara həmin narkotikin özünə məxsus olmadığını demişdir. Polislər də ona “bu narkotik vasitələrinə qol çəkməsən bunu sənin evindən çıxardacayıq” demişlər. Məcburiyyət qarşısında qalaraq 234.4.3-cü maddəyə imza çəkmişdir. O, çəkiliş zamanı da narkotik vasitənin onun olmadığını demişdir. Polislərə özündə olan narkotik vasitəsinin çəkisinin 500 qram olduğunu bildirmişdir. Orada da tərəzi də olmuşdur. O, narkotik vasitəsi üçün pul verməmişdir. Sadəcə özünün istifadə etməsi üçün 2-3 qram göndərməsini xahiş etmişdir. Pulunu verəcəyini də bildirmişdir. Onda təkcə yarım kiloqram marixuana olmuşdur. Polis əməkdaşları onu döymüşlər. Qətimkan tədbiri baxılan zaman məhkəmədə bildirməmişdir. Onu 6-7 nəfər döymüşdür. Onu imza çəkməsi üçün ailəsi ilə hədələmişlər. Onun ailəsi rayonda yaşayır. Ona verilən ittihamın mahiyyətini təcridxanada öyrənmişdir. Əvvəl oğurluqla bağlı cinayət işi olmuşdur. Onun iki uşağı vardır. O, azadlığın məhdudlaşdırılması cəzasını çəkmişdir. Probasiya xidmətindən Bakıya gəlmək üçün rəsmi kağız almamışdır. Onu təcridxanaya aparana qədər onun xəsarətləri sağalmışdır. Müstəntiq ona “narahat olma, Danışacağıq və səni iki və ya üç aydan sonra buraxacaqlar” demişdir. Ona görə xəsarətlərini deməmişdir. Evində aşkarlanan dəftərin ona aidiyyatı yoxdur. Həmin gün ondan başqa tutulan şəxslərin narkotiklərini də ona yükləmişlər. Özündə olan narkotiklə bağlı özünü təqsirli bilmişdir. O, narkotik vasitəni götürəndə yanında tərəzi olmuşdur. Həmin narkotikin çəkisi yarım kiloqram olmuşdur. Həmin 500 qram narkotiki konuma atacaqmış. O birinci dəfə belə işlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən istifadə edir. 2024-cü ilin mart ayının əvvəllərində telefon vasitəsi ilə iran vətəndaşı ilə tanış olmuş, həmin şəxs özünü ona adını “Baba” olaraq təqdim etmişdir. Baba adlı şəxslə tanış olduqdan sonra Baba narkotik vasitə və psixotrop maddələr göndərəcəyini, o da qazanc əldə etmək üçün həmin malları onun dediyi yerlərə qoymasını təklif etmişdir. Maddi imkanı olmadığından pul qazanmaq üçün razılaşmışdır. Baba ona payladığı hər 100 qram mal üçün 100 manat göndərəcəyini vəd etmişdir. 28 mart 2024-cü il tarixədək təxminən 2-3 dəfə Baba ona narkotik vasitə marixuana, heroin və psixotrop maddə göndərmiş, o da dediyi yerlərə qoymuş, bunun müqabilində Baba onun istifadəsində olan “Leobank” kartına pul göndərmişdir. Hətta Baba narkotiki çəkmək üçün ona 2 ədəd elektron tərəzi də göndərmişdir. 28 mart 2024- cü il tarixdə Baba yenə mal göndərdiyini deyib,’’whatsapp” tətbiqində ona xəritə göndərmişdir. Həmin gün saat 23:45 radələrində xəritə üzrə Razin qəsəbəsinə gedib malı götürmüşdür. Babanın deməsinə görə 500 qram marixuana, 4-5 qram metamfetamin göndərmişdir. O, malları götürüb Xırdalanda yerləşən mənzilə gəlmiş və müştərilərə çatdırmaq üçün bükümlərə ayırmışdır. 29 mart 2024-cü il tarixdə səhər saat 07 radələrində yaşadığı binanın yaxınlığında piyada hərəkət edərkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Abşeron rayon Polis idarəsinə aparmışlar. İdarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və o, hüquqlarını müdafiə olunması üçün vəkillə təmin olunmağını istəyib, maddi imkanı olmadığından vəkilin dövlət hesabına dəvət olunmasını xahiş etmiş və bununla bağlı ərizə yazmış, sonra vəkillərin siyahısı ilə tanış olmuş, bir qədər sonra vəkil dəvət olunub ona təqdim edilmiş, təqdim edilmiş müdafiəçi Xırdalan Vəkil Bürosunun vəkili Niyaz Talıbov tərəfindən hüquqlarının müdafiə olunmasına razılıq vermişdir. Bundan sonra polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib və bu prosesin video yazıya alınacağı barədə xəbərdar edilmişdir. Müdafiəçi Niyaz Talıbovun iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanılarkən polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməyi təklif edilmiş, o da gödəkçəsinin sol iç cibindən 2 ədəd qara rəngli sellofanda olan marixuana bağlamalarını, “Samsung” markalı mobil telefonunu, “leobank” kartını, kirayə yaşadığı evin açarını və alışqanını çıxarıb masanın üzərinə qoymuşdur Təqdim etdiyi bağlamaların içərisidəki maddənin marixuana olduğunu, İran vətəndaşından əldə etdiyini və onun dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmiş, cibindən 10 manat pul aşkar edilmiş, başqa hər hansı əşya aşkar edilməmişdir. Bank kartı və mobil telefon götürülmüş, ev açarı, alışqan və pul özünə qaytarılmışdır. Sorğu zamanı polis əməkdaşlarına iran vətəndaşının göndərdiyi narkotik vasitələri kirayə yaşadığı evdə saxladığını etiraf etmişdir. Təqdim etdiyi 2 ədəd bağalama zərfə qablaşdırılıb götürülmüş və zərfin üzəri özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib oxunmuş, protokolun doğruluğu özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra iştirakçılarla birlikdə kirayə yaşadığı Xırdalan şəhərində yerləşən mənzilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı qonaq otağında masanın üzərində qoyduğu 3 ədəd marixuana bağlamaları, 1 büküm metamfetamin, 2 ədəd elektron tərəzi, 2 ədəd patı çəkmək üçün istifadə etdiyi müştük, İranlının göndəriyi narkotiklərin qeydiyyatını apardığı dəftərlər aşkar edilərək götürülmüşdür. Sorğu zamanı həmin maddələri də İran vətəndaşının göndərdiyini bildirmişdir. Aşkar olunmuş bükümlər və əşyalar qablaşdırılb götürülmüş özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib oxunmuş və protokolun doğruluğu özü və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri və Abşeron rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət olunmuş və bundan sonra Abşeron RPl-nin NMBnin əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı iləəməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Şahid2la birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 38 ünvanının yaxınlığında əməliyyat mövqeyi seçib gözləyərkən, həmin gün səhər saatlarında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib Abşeron RPl-nə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ iç cibindən bir ədəd Samsung markalı mobil telefon, 01 ədəd bank kartı, 01 ədəd mənzil qapısının açarını çıxarıb masanın üzərinə qoymuş, sonra isə əynindəki qara rəngli gödəgcəsinin sol cibinində bir ədəd alışqan, gödəkcəsinin sol iç cibindən 02 ədəd qara rəngli üzərində 20 və 25 rəqəmlən yazılmış sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda bükümlərin içərisindən yaşıl rəngli ot kütlələrindən ibarət narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükmdəkilərin içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, marixuanaları iran vətədaşının qeyd etdiyi yerdən götürüdüyün, iran vətədaşının göstərdiyi yerlərə qoyduğunun, bunun müqabilində iran vətədaşının onun kartına pul köçürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr 01 ədəd zərfə qablaşdırılaraq möhürlənmi, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 38, mənzil 108 ünvanına baxış keçirmək üçün qeyd olunan ünvana getmişlər. Video çəkliş aparılmaqla həmin ünvana daxil olmuşlar, Təqsirləndirilən şəxs evdə saxladığı qanunla qadağan edilmiş əşya və ya predmeti təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs onları qonaq otağına aparmışdır. Qonaq otağında masanın üzərində bir ədəd rəngbərəng sellofan torba, yapışqan lentlər, açıq şəkildə yaşıl rəngli ot kütləsi, elektron tərəzilər, dəftərlər aşkar olundu. Baxış zamanı Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzildən biri böyük digər ikisi isə kiçik olan ümumilikdə 03 ədəd qara rəngli sellofana bükülmüş içərisində yaşıl rəngli ot kütlələrindən ibarət narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddələr olan bükümlər, 01 ədəd qara rəngli sellofan bükümdə içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar kütlə, 02 ədəd elektron tərəzi, narkotik vasitə qəbul etmək üçün istifadə edilən müştüklər, yapışqanlı lentlər və dəftərlər aşkar edildi. Baxış zamanı Təqsirləndirilən şəxs 03 ədəd qara rəngli sellofan bükümdəki yaşıl rəngli ot kütlələrinin narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd qara rəngli sellofan bükümdəki ağ rəngli kristal kütlənin psixotrop maddə olan metamfetamin olmasını, narkotik vasitələri və elektron tərəziləri iran vətədaşının ona göstərdiyi məkanlardan götürdüyünü, narkotik və psixotrop maddələri iran vətdaşının dediyi yerlərə qoyduğunun dəftərlərdə isə bu barədə qeydlər apardığını bildirmişdir. Mənzilə baxış zamanı qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitələrə, psixotrop maddəyə oxşar kütlələr, elektron tərəzilər və nakotik vasitə qəbul etmək üçün lazım olan müştüklər qara rəngli sellofan torbaya qablaşdırılıb möhürlənərək götürüldü, qablaşmanın zərinə imzalar etmişdirlər. Bundan sonra çəkliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş, həmin protokola imzalar etmişdirlər. Hazırda Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1993-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri, Şixəli Qurbanov 38, mənzil 108-də kirayə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazsində narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. xx.xx.2024-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1993-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri, Şixəli Qurbanov 38, mənzil 108-də kirayə yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1993-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri, Şixəli Qurbanov 38, mənzil 108-də kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində daşımaqda şübhəli olduğu üçünAbşeron RPİ-nin NMBnin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Məhkəmə-bioloji ekspertizasının 29 mart 2024-cü il tarixli 3-16-16-2-7/504 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” yazısı və imzalar olan kağız paketdə 02 ədəd qara rəngli polietilin bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 23,08 qram, 25,92 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş ağ kazğı üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı” yazısı və imzalar olan qara rəngli polietilin bağlamada 03 ədəd qara rəngli polietilin bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1100 qram, 17,85 qram, 2,31 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi təmiz çəkisi 1169,16 qramdır, marixuanalar tərkiblərinə görə eyndirlər. 02 ədəd elektron tərəzilər üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2024-cü il tarixli 3-16-16-2-6/1716 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs, İmza, üç imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilin bağlamada 01 ədəd bükümdəki təmiz çəkisi 4,499 qram, ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir; 02 ədəd elektron tərəzinin üzərində metamfetamin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir; 02 ədəd yumru dibli şüşə kolbaların (müştük) içərisində psixotrop maddə olan metametamin izləri vadır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər maddələrlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4120 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Vəliyev X6 rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrin ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 02 il 10 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Goranboy rayon İcra və Probasiya şöbəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs cəzasının 10 ay 12 gününü çəkmiş, 01 il 11 ay 22 gün çəkilməmiş cəzası qalmışdır. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:30-dan 08:45-dək video çəkilişdən istifadə etməklə şübəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxs axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol iç cibindən 02 ədəd qara rəngli sellofana bükülmüş üzərinə 20 və 25 rəqəmləri yazılmış bükümləri masanın üzərinə qoyur və bükümün içərisindəki yaşıl rəngli ot kütləsindən ibarət məddələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, İran vətədaşının göstərdiyi məkandan götürdüyünü və İran vətəndaşının göstərəcəyi məkanlara qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:00-dan 11:22-dək video çəkilişdən istifadə etməklə şübəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi 38, mənzil 108 ünvanına baxış və götürmə keiçrilmiş, baxış zamanı Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzildəki qonaq otağında qoyulmuş masanın üzərində 01 ədəd qara rəngli böyük sellofan torbada yaşıl rəngli ot kütləsindən ibarət narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, 02 ədəd qara rəngli sellofan bükümdə içərisində yaşıl rəngli ot kütlələri olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr, 01 ədəd qara rəngli sellofan bükümdə içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə oxşar maddə, 02 ədəd elektron tərəzi, 02 ədəd narkotik vasitələri qəbul etmək üçün istifadə edilən müştük, 01 ədəd qiymət yazılması üçün nəzrdə tutulmuş yapışqanlı rulon və dəftərlər aşkar olunur. Təqsirləndirilən şəxs masaın üzərinə açıq şəkildə qoyulmuş yaşıl rəngli ot kütləsinin, 01 ədəd qara rəngli böyük sellofan torbada yaşıl rəngli ot kütləsinini, 01 ədəd qara rəngli sellofan bükümdə içərisində yaşıl rəngli ot kütlələri olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd qara rəngli sellofan bükümdə içərisində ağ rəngli kristal şəkilli kütlənin isə psixotrop maddə olan metamfetamin olduğunu, 02 ədəd elektron tərəzinin iran vətədaşının göstərdiyi yerdən götürdüyünü, həmin narkotik vasitələrdən iran vətədaşının ona bildirdiyi yerlərə qoymaq üçün evində saxladığını bildirmişdir. Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil smartfonun fotoşəkillər bölməsinə baxış zamanı narkotik vasitə - qurudulmuş marixuanaya bənzər və psixotrop maddə - metamfetminə bənzər kütlələrin elektron tərəzi üzərində foto şəkilləri və ox işarəsi ilə işarələnmiş müxtəlif ərazi şəkillərinin olması aşkar edilmişdir. Həmçinin “Baba” adlı şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərən mobil operatorlara aid olmayan nömrə ilə telefonun yaddaşında qeyd olunduğu müəyyən olunur. Əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilmiş dəftərlərə baxış zamanı “P”, “K” və “Ot” sözləri və qarşısında müxtəlif rəqəmlərin yazılması aşkar edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs barəsində əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(001)-163/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və onun həbsdə saxlanıldığı 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2024-cü il tarixli, 0004390/2023 saylı Goranboy rayon İcra və Probasiya şöbəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs cəzasının 10 ay 12 gününü çəkmiş, 01 il 11 ay 22 gün çəkilməmiş cəzası qalmışdır. Nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki yetkinlik yaşına çatmamış övladı vardır. İş materiallarından görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1993-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri, Şixəli Qurbanov 38, mənzil 108-də kirayə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş, müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış və bundan sonra kirayə yaşadığı evə baxış keçirilmiş, şəxsi axtarış və evinə baxış zamanı üzərindən və kirayə yaşadığı narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, 02 ədəd tərəzi, 02 ədəd müştük, 01 ədəd rulon, 03 ədəd dəftər, aşkar olunmuş, bundan sonra həmin narkotik vasitə və psixotrop maddə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa telefona və əşyaya baxış istintaq hərəkəti keçirilmişdir. Telefona baxış zamanı narkotik vasitə - qurudulmuş marixuanaya bənzər və psixotrop maddə - metamfetminə bənzər kütlələrin elektron tərəzi üzərində foto şəkilləri və ox işarəsi ilə işarələnmiş müxtəlif ərazi şəkillərinin olması, əşyaya baxış zamanı isə şəxsin kirayə yaşadığı mənzildən aşkar edilmiş dəftərlərə baxış zamanı “P”, “K” və “Ot” sözləri və qarşısında müxtəlif rəqəmlərin yazılması aşkar edilmişdir Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və kirayə yaşadığı mənzilə video çəkilişlə şəxsi axtarış və baxış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi, həmçinin telefona və əşyaya baxış keçirilərək narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, satışı ilə bağlı şəkillərin və qeydlərin əldə edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilməməsini səmimi verilən ifadə kimi qiymətləndirmir. Şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, iş üzrə olan mötəbər sübutlardan aşkar şəkildə müəyyən olunur ki, şəxs narkotik vasitə və psixotrop maddələri həm istifadə, həm də satış üçün əldə etmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərindən və kirayə yaşadığı mənzildən narkotik vasitə və psixotrop maddələrin, narkotik maddələrin istifadəsi üçün müştüklərin aşkar olunması onun istifadəçi olmasına, bundan başqa mənzildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin miqdarı, növ müxtəlifliyi, narkotik maddələrin satışına dair qeydlərin olduğu dəftərlərin və tərəzilərin aşkar olunması isə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edir. Həmçinin təqsirləndirilən şəxsin öz ifadəsindən müəyyən olunur ki, şəxs narkotik vasitə üçün iranlıya pul ödəməmişdir. Bu barədə məhkəmə təqsirləndirilən şəxsin həmin narkotiki satdıqdan sonra pulunu iranlıya göndərəcəyi qənaətindədir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs onda aşkar olunmuş narkotik vasitənin miqdarı ilə əlaqədar bildirdiklərinə də tənqidi yanaşır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs telefonundan aşkar olunmuş şəkillərdən görünür ki, o narkotik maddələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin onda aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə əlaqədar bildirdiklərini onun müdafiə taktikasından irəli gələn ifadələri kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən olunmamışdır) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda qeyd olunan yüngülləşdirici halı nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin iş materiallarından müəyyən olunur ki, Vəliyev X6 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3.-cü maddəsinə əsasən həbsdə saxlnıldığı müddət nəzərə alınmaqla şəxsin üzərində 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmışdır. Goranboy rayon İcra və Probasiya şöbəsindən alınmış arayışdan Təqsirləndirilən şəxs 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün çəkilməmiş cəzasının olduğunu müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 170 (yüz yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməldir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 1168,66 qram marixuana, 4,399 qram metamfetamin, 02 ədəd elektron tərəzi, 02 ədəd müştük, 03 ədəd dəftər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı və 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunan 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 11 ay 22 gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 11 (on bir ay) 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 170 (yüz yetmiş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin Növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 1168,66 qram marixuana, 4,399 qram metamfetamin, 02 ədəd elektron tərəzi, 02 ədəd müştük, 03 ədəd dəftər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın və 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar