Məhkəmə qərarları › İş №1(124)-729/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-729/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-729/2023 17.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs14, müdafiəçilər – Şimal Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi4, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Feyruz oğlu, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrilə, Təqsirləndirilən şəxs2 Feyruz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq məhkəmə, Müəyyənetdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Feyruz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Cinayət işi məhkəmənin hazırlıq iclası keçirilənədək öyrənilərkən, həmçinin məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, baxılması Ağır Cinayətlər Məhkəmələrinə aid olan təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrilə və Təqsirləndirilən şəxs2 Feyruz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrilə təqsirləndirilmələrinə dair onlara istinad olunan quldurluq cinayəti Ağstafa şəhərində törədilmişdir. Qeyd olunan məsələ ilə bağlı dövlət ittihamçısı məhkəmə hazırlıq iclasında hazırki cinayət işinin aidiyyəti üzrə baxılması üçün Ağstafa şəhərinin yerləşdiyi yurisdiksiya üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cinayət prosesinin tərəfləri hazırki cinayət işinin baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə etiraz etmədilər. Məhkəmə tərkibi qeyd edilən məsələ ilə bağlı cinayət prosesinin tərəflərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən Ağır Cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin məhkəməsi tərəfindən baxılır. Yuxarıda göstərildiyi kimi baxılması Ağır Cinayətlər Məhkəmələrinə aid olan hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrilə və Təqsirləndirilən şəxs2 Feyruz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrilə təqsirləndirilmələrinə dair onlara istinad olunan quldurluq cinayəti Ağstafa şəhərində törədilmişdir. Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5ci maddələrilə törədilən cinayətlər CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərə istinad olunan digər oğurluq cinayət əməlləri az ağır cinayətlərə aiddir. Quldurluq cinayətinin törədildiyi yer Ağstafa şəhəridir. Ağstafa şəhəri yurisdiksiya üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasında yerləşir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Feyruz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar