Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-729/2024 04.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X16 (sədrlik edən), X9 və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X13, təqsirləndirilən şəxs X7 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar rayonu, Qazıqumlaq ərazi dairəsi, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X14 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamış və daşımışdır. Belə ki, o, “İnstaqram” sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan “Bəxtiyar” adlı İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda psixotrop maddələri və narkotik vasitələri ona bildirdiyi ünvandan götürərək sonradan hissə-hissə pulunu verəcəyinə dair razılığa gəldikdən sonra, “Bəxtiyar” adlı İran İslam Respublikası vətəndaşının bir qrup şəxs halında 26 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Əliağa Vahid şossesində əvvəlcədən təyin edilmiş yerə qoyduğu külli miqdarda 2,086 qram çəkidə psixotrop maddə metamfetamini və çəkisi 1,33 qram olan narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz əldə edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb, hissələrə ayıraraq, 06 (altı) ədəd kağız bükümlərdə (02 ədəd ağ, 02 ədəd göy, 02 ədəd gümüşü rəngli) ayrı-ayrılıqda çəkiləri 0,21 qram, 0,13 qram, 0,23 qram, 0,36 qram, 0,19 qram, 0,21 qram, ümumi çəkisi 1,33 qram olan narkotik vasitə qurudulmuş marixuananı və 2,086 qram çəkidə psixotrop maddə metamfetamini üzərində saxlamış, 28 mart 2024-cü il tarixdə saat 08:00 radələrində Abşeron RPİ-nin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş və polis idarəsində 28 mart 2024-cü il tarixdə saat 09:00dən saat 09:20-ə kimi üzərinə keçirilmiş şəxsi axtarış zamanı tund boz rəngli paltosunun sağ yan cibindən «Rothmans» markalı siqaret qutusunda 06 (altı) ədəd kağız bükümlərdə (02 ədəd ağ, 02 ədəd göy, 02 ədəd gümüşü rəngli) ayrı-ayrılıqda çəkiləri 0,21 qram, 0,13 qram, 0,23 qram, 0,36 qram, 0,19 qram, 0,21 qram, ümumi çəkisi 1,33 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə çəkisi 2,086 qram olan ağ rəngli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd üzərində metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X14 özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onu polis əməkdaşları evində tutub polis idarəsinə aparıblar. O tutulanda yanında Kamil adlı şəxs də olub, lakin Kamili sonradan buraxıblar və Kamilin üstündə olan narkotik vasitələri də onun üzərinə qoyublar. Kamil onun evinə gələndə birlikdə istifadə etmək üçün özü ilə narkotik vasitə və psixotrop maddə gətirmişdir. Kamil onun üçün 0,5 qram metamfetamin gətirib, qalan narkotik vasitə və psixotrop maddələri Kamil başqa yerə aparacaqdı. Üzərindən aşkar olunanlardan yalnız 0.5 qram psixotrop maddə ona aiddir, qalanları Kamilin idi. O, Bəxtiyar adlı şəxslə narkotik vasitə əldə etmək məqsədilə əlaqə saxlayıb. O, 2 ildən çoxdur ki, narkotik vasitə istifadəçisidir, 1 ay ərzində təxminən 5 qram narkotik vasitə istifadə edib. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki, psixi təsir və təzyiq göstərilməyib. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. O, 28 mart 2024-cü il tarixdə, saat 08:00-da Abşeron xayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən evinin yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmişlər və onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan boz rəngli paltosunun sağ yan cibindən çıxardığı «Rotmans» markalı siqaret qutusundan 02 ədəd ağ rəngli kağıza bükülmüş, 02 ədəd göy rəngli kağıza bükülmüş, 02 ədəd gümüşü rəngli kağıza bükülmüş qurudulmuş marixuanaya bənzər kütlələri, 01 ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan metamfetaminə bənzər kütlə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, sol yan cibindən isə 01 ədəd elektron tərəzi, 01 ədəd «Samsung» markalı mobil telefon, 01 ədəd şəxsiyyəti təsdiq edən sənədi təqdim edərək, həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Ə.Vahid şosesində sosial şəbəkədə tanış olduğu özünü Bəxtiyar kimi təqdim edən İran İslam Respublikası vətəndaşının ona bildirdiyi ünvandan götürərək nisyə aldığını və pulunu sonradan hissə-hissə verəcəyini bildirmişdir. Hazırda təqdim etdiyi narkotik vasitədən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən o, polis əməkdaşlarına tabe olmuşdur və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X19 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o Abşeron RPİ-nin X5 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 mart 2024-cü il tarixdə saat 08:00 radələrində o və əməliyyat müvəkkili Azad Qurbanov ilə birlikdə Zəminə adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, fərdi yaşayış evinin yaxınlığında X11 gizli müşahidə edib izlədikdən sonra saxlayaraq Abşeron RPİ-nə gətirmişlər. Polis idarəsinə gəldikdən X3 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı şübhələr olduğundan, Pİ-də X7 üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. X11 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra X14 əynindəki paltosunun cibindən çıxardığı “Rothmans” markalı siqaret qutusundakı 06 ədəd olan bükümdən ibarət narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 01 ədəd sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni, sol yan cibindən isə 01 ədəd elektron tərəzini, 01 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyətini təsdiq edən sənədini təqdim edərək, həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Ə.Vahid şossesində sosial şəbəkədə tanış olduğu özünü Bəxtiyar kimi təqdim edən İran İslam Respublikası vətəndaşının ona bildirdiyi ünvandan götürərək nisyə almasını və pulunu sonradan hissə-hissə verəcəyini, 28 mart 2024-cü il tarixdə saat 08:00 radələrində Abşeron RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində saxlanıldığını bildirmişdir. X3 üzərinə baxış keçirilmiş, başqa qanunsuz heç nə aşkar olunmamışdır. Aşkar olunanlar təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmədə, ibtidai istintaqda şahid qismində dindirilmiş X17 ibtidai istintaqdakı ifadəsi elan olunaraq tədqiq edilmiş, Azad Qurbanov həmin ifadəsində məhkəmədə dindirilmiş şahid X15 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, X7 əynindəki tünd göy rəngli paltosunun sağ yan cibindən çıxardığı “Rothmans” markalı siqaret qutusundan 02 ədəd ağ rəngli kağıza bükülmüş, 02 ədəd göy rəngli kağıza bükülmüş, 02 ədəd gümüşü rəngli kağıza bükülmüş, ümumilikdə 06 ədəd olan bükümdən ibarət narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri, 01 ədəd ağ rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, sol yan cibindən isə 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülür. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılmasını əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/1687 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, tədqiqat obyekti üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №56” möhür əksi, “X2 üzərindən çıxan kütlələr...” və s.soyadlar, imzalar olan 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi : 2,086 qram ağ rəngli, krstalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 7,072 qram olan qəhvəyi rəngli maddə kütləsinin tərkibində Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudulaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil olan komponentlər müəyyən edilmədi. Elektron tərəzinin səthində psixotrop maddə metamfetamin izləri müəyyən edildi. Elektron tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 7/496 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X2 üzərindən çıxan kütlələr” yazılar və imzalar olan zərfdə 6 ədəd kağız bükümlərdə (2 ədəd ağ, 2 ədəd göy, 2 ədəd gümüşü rəngli) ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram, 0,13 qram, 0,23 qram, 0,36 qram, 0,19 qram, 0,21qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 1,33 qramdır. Həmin marixuanalar tərkibinə görə eynidir. Təqdim olunmuş 01 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1819 saylı rəyindən görünür ki, X14 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental psixoloji müayinə gedişində X7 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. X14 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. X8 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. X14 ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X7 məcburi müalicəyə ehtiyacı yoxdur. X14 özünü müdafiə etməyə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, məsuliyyətsizlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. X7 əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. X7 əqli-intellektual imkanlarına görə hadisə zamanı etdiyi hərəkətləri qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3494 nömrəli rəyindən müəyyən edilmişdir ki, X1 və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığının cavabından görünür ki, X7 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olsa da onun konkret olaraq kimlərə narkotik vasitə və yaxud psixotrop maddə satması hazırki vaxta qədər müəyyən edilməmiş, həmçinin müəyyən edilmişdir ki, X14 “İnstaqram” sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan “Bəxtiyar” adlı İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda psixotrop maddələrin və narkotik vasitələrin qoyulan yerdən götürüb deyiləcəyi yerlərə qoymaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, “Bəxtiyar” adlı İran İslam Respublikası vətəndaşının bir qrup şəxs halında 26 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Əliağa Vahid şossesində əvvəlcədən təyin edilmiş yerdən külli miqdarda 2,086 qram çəkidə psixotrop maddə metamfetamini və çəkisi 1,33 qram olan narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz əldə edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, fərdi yaşayış evinə daşıyıb, hissələrə ayıraraq, üzərində saxlamış, 28 mart 2024-cü il tarixdə saat 08:00 radələrində Abşeron RPİ-nin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş və polis idarəsində yuxarıda qeyd edilənlər onun üzərindən aşkar edilmişdir. X4 narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etdiyi mənbəni hazırki vaxta qədər müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs X7 üzərindən aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 1,986 qram psixotrop maddə metamfetamin, 1,21 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin X7 üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X14 əvvəllər məhkum olunmamışdır. “Elektron Məhkəmə” informasiya sistemidən əldə edilərək cinayət işi materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, təqsirləndirilən şəxs X7 himayəsində xx.xx.2011-ci il təvəllüdlü bir azyaşlı və xx.xx.2008-ci il təvəlüdlü bir yetkinlik yaşına çatmamış uşağı vardır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X7 himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, bir yetkinlik yaşına çatmamış uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Təqsirləndirilən şəxs X7 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, X14 həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin onun üzərindən aşkar olunmuş matamfetaminin ittihamda verilən miqdarda olmaması, üzərində ümumiyyətlə, narkotik vasitə olmaması və narkotik vasitələ və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Bundan əlavə üzərinə şəxsi axtarış və baxış barədə protokola əlavə edilmiş videogörüntüdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindan yayınmaq üçün məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək fərqli ifadə vermişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X7 məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin şəxsi istehlak miqdarından çox olması, üzərindən aşkar olunmuş narkotik maddənin bükümlərə ayrılması, həmçinin üzərindən tərəzinin də aşkar olunması onun həmin psixotrop maddə və narkotik vasitəni şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edən hallardan biridir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X14 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə, X14 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X7 əməlində cəzanı yüngülləşdirən haalrın olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun qadın olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı X14 28 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinin tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxs X8 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X14 cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 1,986 qram psixotrop maddə metamfetamin, 1,21 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 01 (bir) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X14 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2024-cü il tarixdən hesablansın. X14 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X14 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 1,986 qram psixotrop maddə metamfetamin, 1,21 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. X6 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, X12 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-729/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-729/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver