Məhkəmə qərarları › İş №1(124)-73/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-73/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-73/2024 15.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğu, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 oğu və X4, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx.xx.1992-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, xx.xx.2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi təqsirli bilinərək 01 il 10 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsi, yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 18-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədəndə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1988-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, ev 37, mənzil 11-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 235.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs hahnda Təqsirləndirilən şəxs4 tanışı Zərərçəkmiş şəxs birlikdə oğurlamaq, ondan hədə-qorxu ilə pul və narkotik vasitələr tələb etmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə aralarında olan vəzifə bölgüsünə görə, Təqsirləndirilən şəxs4 02 mart 2022-ci il tarixdə saat 10:00 radələrində onun tanışı Şahid5 aldığı sonuncunun etibarnamə ilə idarə etdiyi “Renault Megan” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gəlib, Zərərçəkmiş şəxs söhbət etmək adı ilə aldadıb avtomobilin qabaq oturacağına əyləşdirərək, həmin ərazidən təxminən 50-60 metr aralandıqdan sonra, əvvəlcədən razılaşdıqları kimi, göstərilən küçədə o da tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin avtomobilin arxa oturacağına əyləşərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi istiqamətinə hərəkət edərkən yolda Zərərçəkmiş şəxs oğurlandığını başa düşüb qapını açıb avtomobildən düşmək istərkən o, Təqsirləndirilən şəxs3la birlikdə zor tətbiq etməklə Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağına tərəf çəkib sıxmaqla əllərini iplə bağlayaraq müqavimətini qırmaqla həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq edərək üzərində olan silah qismində istifadə edilən bıçağın tiyəsini boğazına və böyrünə sıxıb Zərərçəkmiş şəxs 3000 manat pul və narkotik maddə verməsini tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs4 avtomobili saxlayıb Təqsirləndirilən şəxs3la yerlərini dəyişərək, həmin avtomobillə Zərərçəkmiş şəxs qrupun digər üzvü Təqsirləndirilən şəxs2 razılığı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədəndə yerlərən fərdi evinə gətirib, evin həyətində olan kiçik ölçülü şəraitsiz təsərrüfat otağında təxminən 4 saat saxlamış, o və Təqsirləndirilən şəxs4 pulun alınmasını tezləşdirmək məqsədi ilə əlləri ilə, sonra isə silah qismində istifadə edilən bel sapı və təkər açan ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona ahn və sol körpücük nahiyəsinin sıyrıqları, sağ bazu və sağ diz oynağı nahiyəsinin qançırlan, sağ əlin ön səthinin, sağ əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları, boyun nahiyəsinin qançın ilə nəticələnən dərəcəsinə görə sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs zor tətbiq etməyi davam etdirərək mobil telefonu ilə anası Şahid1 qızma zəng edib yalandan polis əməkdaşları tərəfindən tutulmasını deməyi və 3000 manat pul müqabilində azad olunacağını bildirməsini hədə-qorxu ilə tələb etmiş, həmin tarixdə günorta vaxtı Digah qəsəbəsi, Diqah-Balaxanı yolunda yerləşən «Lucky Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs anası Şahid1 gətirdiyi 1000 manat pulu Təqsirləndirilən şəxs2 alıb ələ keçirərək aralarında bölüşdürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə, silah qismində istifadə edilən əşyadan istifadə olunmaqla tamah məqsədi ilə adam oğurluğu və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmişin üzərində həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə özgənin əmlakını və narkotik vasitələri hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 tanışı Zərərçəkmiş şəxs birlikdə oğurlamaq, ondan hədə-qorxu ilə pul və narkotik vasitələr tələb etmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə aralarında olan vəzifə bölgüsünə görə Təqsirləndirilən şəxs4 02 mart 2022-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs1 tanışı Şahid5 aldığı sonuncunun etibarnamə ilə idarə etdiyi “Renault Megan” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gəlib, Zərərçəkmiş şəxs söhbət etmək adı ilə aldadıb avtomobilin qabaq oturacağına əyləşdirərək, həmin ərazidən təxminən 50-60 metr aralandıqdan sonra, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs4 göstərilən küçədə gözləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə həmin avtomobilə əyləşərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi istiqamətinə hərəkət edərkən yolda Zərərçəkmiş şəxs oğurlandığını başa düşüb qapını açıb avtomobildən düşmək istərkən arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs3 ona zor tətbiq etməklə avtomobilin arxa oturacağına tərəf çəkib sıxmaqla əllərini iplə bağlayaraq müqavimətini qırmaqla Təqsirləndirilən şəxs1 həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq edərək üzərində olan silah qismində istifadə edilən bıçağın tiyəsini boğazına və böyrünə sıxıb Zərərçəkmiş şəxs 3000 manat pul və narkotik maddə verməsini tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs4 avtomobili saxlayıb Təqsirləndirilən şəxs3la yerlərini dəyişərək, həmin avtomobillə Zərərçəkmiş şəxs onun razılığı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədəndə yerlərən fərdi evinə gətirib, evin həyətində olan kiçik Ölçülü şəraitsiz təsərrüfat otağında təxminən 4 saat saxlamış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4la birlikdə pulun alınmasını tezləşdirmək məqsədi ilə əlləri ilə, sonra isə silah qismində istifadə edilən bel sapı və təkər açan ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alın və sol körpücük nahiyəsinin sıyrıqlan, sağ bazu və sağ diz oynağı nahiyəsinin qançırları, sağ əlin ön səthinin, sağ əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları, boyun nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs zor tətbiq etməyi davam etdirərək mobil telefonu ilə anası Şahid1 qızma zəng edib yalandan polis əməkdaşları tərəfindən tutulmasını deməyi və 3000 manat pul müqabilində azad olunacağım bildirməsini hədə-qorxu ilə tələb etmiş, həmin tarixdə günorta vaxtı Digah qəsəbəsi, Diqah-Balaxanı yolunda yerləşən «Lucky Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs anası Şahid1 gətirdiyi 1000 manat pulu alıb, ələ keçirərək aralarında bölüşdürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə, silah qismində istifadə edilən əşyadan istifadə olunmaqla tamah məqsədi ilə adam oğurluğu və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmişin üzərində həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə özgənin əmlakını və narkotik vasitələri hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 tamah məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 tanışı Zərərçəkmiş şəxs birlikdə oğurlamaq, ondan hədə-qorxu ilə pul və narkotik vasitələr tələb etmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə aralarında olan vəzifə bölgüsünə görə, Təqsirləndirilən şəxs4 02 mart 2022-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs1 tanışı Şahid5 aldığı sonuncunun etibarnamə ilə idarə etdiyi “Renault Megan” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gəlib, Zərərçəkmiş şəxs söhbət etmək adı ilə aldadıb avtomobilin qabaq oturacağına əyləşdirərək, həmin ərazidən təxminən 50-60 metr aralandıqdan sonra, əvvəlcədən razılaşdıqları kimi göstərilən küçədə o, qrupun üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin avtomobilin arxa oturacağına əyləşərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi istiqamətinə hərəkət edərkən yolda Zərərçəkmiş şəxs oğurlandığını başa düşüb qapını açıb avtomobildən düşmək istərkən o, Təqsirləndirilən şəxs1la birlikdə ona zor tətbiq etməklə avtomobilin arxa oturacağına tərəf çəkib sıxmaqla əllərini iplə bağlayaraq müqavimətini qırmaqla Təqsirləndirilən şəxs1 həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq edərək üzərində olan silah qismində İstifadə edilən bıçağın tiyəsini boğazına və böyrünə sıxıb Zərərçəkmiş şəxs 3000 manat pul və narkotik maddə verməsini tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs4 avtomobili saxlayıb onunla yerlərini dəyişərək, həmin avtomobillə Zərərçəkmiş şəxs qrupun digər üzvü Təqsirləndirilən şəxs2 razılığı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədəndə yerləşən fərdi evinə gətirib, evin həyətində olan kiçik ölçülü şəraitsiz təsərrüfat otağında təxminən 4 saat saxlamış, orada Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs4 birlikdə pulun alınmasını tezləşdirmək məqsədi ilə əlləri ilə, sonra isə silah qismində istifadə edilən bel sapı və təkər açarı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alın və sol körpücük nahiyəsinin sıynqları, sağ bazu və sağ diz oynağı nahiyəsinin qançırları, sağ əlin ön səthinin, sağ əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları, boyun nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs zor tətbiq etməyi davam etdirərək mobil telefonu ilə anası Şahid1 qızma zəng edib yalandan polis əməkdaşları tərəfindən tutulmasını deməyi və 3000 manat pul müqabilində azad olunacağını bildirməsini hədə-qorxu ilə tələb etmiş, həmin tarixdə günorta vaxtı Digah qəsəbəsi, Diqah-Balaxanı yolunda yerləşən «Lucky Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs anası Şahid1 gətirdiyi 1000 manat pulu Təqsirləndirilən şəxs2 alıb ələ keçirərək aralarında bölüşdürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə, silah qismində istifadə edilən əşyadan istifadə olunmaqla tamah məqsədi ilə adam oğurluğu və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmişin üzərində həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə özgənin əmlakım və narkotik vasitələri hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs4 tamah məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs hahnda tanışı Zərərçəkmiş şəxs birlikdə oğurlamaq, ondan hədə-qorxu ilə pul və narkotik vasitələr tələb etmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə aralarında olan vəzifə bölgüsünə görə, o, 02 mart 2022-ci il tarixdə saat 10:00 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs1 tanışı Şahid5 aldığı sonuncunun etibarnamə ilə idarə etdiyi “Renault Megan” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gəlib, Zərərçəkmiş şəxs söhbət etmək adı ilə aldadıb avtomobilin qabaq oturacağına əyləşdirərək, həmin ərazidən təxminən 50-60 metr aralandıqdan sonra, əvvəlcədən razılaşdıqları kimi, onu göstərilən küçədə gözləyən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin avtomobilə əyləşərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi istiqamətinə hərəkət edərkən yolda Zərərçəkmiş şəxs oğurlandığını başa düşüb qapını açıb avtomobildən düşmək istərkən arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 ona zor tətbiq etməklə avtomobilin arxa oturacağına tərəf çəkib sıxmaqla əllərini iplə bağlayaraq müqavimətini qırmaqla Təqsirləndirilən şəxs1 həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq edərək üzərində olan silah qismində istifadə edilən bıçağın tiyəsini boğazına və böyrünə sıxıb Zərərçəkmiş şəxs 3000 manat pul və narkotik maddə verməsini tələb etmiş, bundan sonra o, avtomobili saxlayıb Təqsirləndirilən şəxs3la yerlərini dəyişərək, həmin avtomobillə Zərərçəkmiş şəxs qrupun digər üzvü Təqsirləndirilən şəxs2 razıhğı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədəndə yerləşən fərdi evinə gətirib, evin həyətində olan kiçik ölçülü şəraitsiz təsərrüfat otağında təxminən 4 saat saxlamış, orada o, Təqsirləndirilən şəxs1la birlikdə pulun alınmasını tezləşdirmək məqsədi ilə əlləri ilə, sonra isə silah qismində istifadə edilən bel sapı və təkər açarı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alın və sol körpücük nahiyəsinin sıynqları, sağ bazu və sağ diz oynağı nahiyəsinin qançırları, sağ əlin ön səthinin, sağ əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları, boyun nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs zor tətbiq etməyi davam etdirərək mobil telefonu ilə anası Şahid1 zəng edib yalandan polis əməkdaşları tərəfindən tutulmasını deməyi və 3000 manat pul müqabilində azad olunacağını bildirməsini hədə-qorxu ilə tələb etmiş, həmin tarixdə günorta vaxtı Digah qəsəbəsi, Diqah-Balaxanı yolunda yerləşən «Lucky Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs anası Şahid1nm gətirdiyi 1000 manat pulu Təqsirləndirilən şəxs2 alıb ələ keçirərək aralarında bölüşdürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halmda zərərçəkmiş şəxsə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə, silah qismində istifadə edilən əşyadan istifadə olunmaqla tamah məqsədi ilə adam oğurluğu və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmişin üzərində həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə özgənin əmlakını və narkotik vasitələri hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, digər təqsirləndirilən şəxslərlə birgə Balaxanıda eyni məhəllədə yaşayır, dəmir-armatur alqı-satqısı işi ilə məşğuldurlar. Birgə iş görmək üçün Zaurdan 500 manat borc istəmişlər, o da əvvəldən tanımadıqları Elxan adlı şəxsin ona verəcəyi olduğunu, ondan almalarını demişdir. Elxanın yanına Mehdibada gəlmişlər, Elxan da səhəri gün saat 9 radələrində pulu verəcəyini demişdir. Səhəri gün saat 9-da Elxan onlara zəng etmiş, Elxanla görüşməyə o, Nicat və Elməddin getmiş, Elxan gəlib maşına oturmuş və onu Zaurun evinə aparmışlar. Zaur evdə olmamış, daha sonar Əligilə getmişlər, çay içmişlər, sonra Elxan pulu verib getmişdir. Onlar Elxanı nə oğurlamamış, nə də ondan narkotik almamışlar. Elxan pulu gətirmədiyi üçün mübahisələri düşmüşdür. Elxan zəng edərək qardaşından pul istəmişdir. Maşın dostu Rəşadın olmuş, Rəşad onun maşını nə üçün götürdüyünü bilməmişdir. Maşında Elxanın əlini qolunu bağlayan olmamışdır. Maşında mübahisə olanda o, Elxana yumruq vurmuşdur. Maşında Elxanın köynəyi cırılmış, Əli evdə ona köynək vermişdir. Elxan özü “gedək pulu götürək” demiş, anası ilə o danışmış, Elxanın borcu olduğunu demişdir. Polislə problemi olduğunu isə Elxan özü anasına demişdir. Anası pulu gətirdikdə 1000 manatı Təqsirləndirilən şəxs2 götürmüşdür. Müstəntiqə ifadə verməmiş, müstəntiq özü ifadəni yazmışdır. O heç nəyə qol çəkməmiş, özünü yalnız CM-nin 182-ci maddəsi ilə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində onunla eyni qəsəbədə yaşayan tanışı Nicat və Həsənlə birlikdə onun Rentakardan icarəyə götürdüyü «Hyundai» markalı avtomobillə narkotik almaq üçün Mehdiabad qəsəbəsinə Novxanı yolunda yerləşən «Lucky Oil» yanacaq doldurma məntəqəsinə gəlmişlər. Həmin vaxtı avtomobili Nicat idarə etmişdir. YDM-də Nicat Elxan adlı şəxsə 40 manat pul vermiş və Elxan adlı şəxs ona bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin vermişdir. Həmin vaxtı Nicat Elxana bildirmişdir ki, 2000 manat müqabilində ona 40 qram metamfetamin və 40 qram heroin satsın. Elxanda sabah tezdən yanacaq doldurma məntəqəsindən işdən çıxdıqdan sonra narkotik vasitəni verəcəyini bildirmişdir. Bu barədə Nicat özü ona demişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Elxan Nicata zəng edib gəlməyini bildirmişdir. Həmin vaxtı Nicat, Elməddin və o, Rəşada məxsus “Renault Megan” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsinə Elxanın yaşadığı küçəyə gəlmişlər. Həmin vaxtı avtomobili Nicat idarə etmiş və Elxangilin küçələrində Elməddinlə o, avtomobildən düşüb kənarda gözləmişlər. Bir neçə dəqiqədən sonra Nicatla Elxan avtomobildə gəlmiş və o və Elməddin həmin avtomobilin arxasında əyləşmişlər. X33 adlı şəxsin narkotik! hazırda göndərəcəyini deyib gözləmələrini bildirmişdir. Nicat buna görə Elxana 500 manat pul vermişdir. Elxanın onlan aldatdığını görmüşlər və buna görə Nicat avtomobili Balaxanı qəsəbəsinə sürmüşdür. X25 qəsəbəsində yaşayan tanışı Əlinin evinə gətirmişlər və bu zaman Elxan təpiklə avtomobilin ön şüşəsinə vurub qırmışdır. X29 evinin həyətində əyləşib çay içmişlər. Həmin vaxtı Elməddin oradan çıxıb getmişdir. O, Elxandan nə üçün narkotik vasitə satışı ilə məşğul olduğunu soruşmuşdur. Elxanda onu buraxmağı müqabilində onlara həm pul, həmdə narkotik vasitə verməyi təklif etmişdir. Elxan narkotik vasitənin Mehdiabad qəsəbəsində yaşadıqları küçədə saxladığı qırmızı rəngli 09 markalı avtomobilinin içində olduğunu bildirmişdir. Nicat, Elməddin, Elxan və o, markasını xatırlamadığı taksi ilə Mehdiabad qəsəbəsinə gəlmişlər və Nicat taksidən düşüb Elxanın avtomobilinə gedib narkotik vasitəni götürüb taksiyə onların yanma qayıtmışdır. Sonra onlar birlikdə yenidən Balaxanı qəsəbəsinə Əlinin evinə qayıtmışlar. Bundan sonra Elxan öz telefonu ilə əvvəl qardaşı Elnura sonra anasına zəng edib üstündə narkotik aşkar olunduğu üçün polis əməkdaşlarının onu saxladıqlarını və buna görə 1000 manat pul gətirmələrini bildirmişdir. Elxan anasına pulu Balaxanı qəsəbəsinə «Lucky Oil» yanacaqdoldurma məntəqəsinin yanma gətirməyini bildirmişdir. Nicat Əliyə 1000 manat pulu Elxanın anasından alıb gətirməsi üçün Balaxanı-В inəqədi yolunda yerləşən «Lucky Oil» yanacaqdoldurma məntəqəsinə getməyini bildirmişdir. Əli xx.xx.2022-ci il tarixdə saat 16 radələrində evdən çıxıb Balaxanı yoluna «Lucky Oil» yanacaqdoldurma məntəqəsində Elxanın anasından 1000 manat pulu almış və zəng edib bu barədə Nicata bildirmişdir. Bundan sonra Elxana çıxıb getməsini bildirmişlər və Elxan Əli gilin həyətlərindən çıxıb getmişdir. Əli də qayıdıb aldığı 1000 manat pulu Nicata vermiş və onlar oradan çıxıb getmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, onlar Elxanı oğurlamamışlar və onu döyməmişlər. Həmçinin ondan pul tələb etməmişlər. Elxan Nicata 2000 manata 80 qram narkotik satmağa söz vermiş, lakin o, Nicata narkotik satmadığı üçün X25 qəsəbəsinə Əligilin həyətlərinə aparıb nə üçün Nicata narkotik vermədiyini soruşmuşlar və buna görə aralarında mübahisə olmuşdur. Elxan avtomobilin şüşəsinə təpiklə vuran zaman o, sonuncunun sifətinə bir şillə vurmuş, Elxan özü onlara 1000 manat pul təklif etmiş və onlar da həmin pulu almışlar, onlar Elxanla narkotik barədə Nicatla aralarında olan mübahisəni həll etmək üçün Balaxanı qəsəbəsinə Əlinin evinə aparmışlar, Nicat 1000 manat puldan ona 200 manat pul vermişdir. (Cild 1, iş vərəqləri 96-98) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, evdə olmuş, xəbəri olmamış, onun yaşadığı ev tərəfə gəlib maşında dalaşmışlar, həyətinə gətirmiş, Elxana köynək vermiş, çay vermişdir. Həyətdə oturub danışmışlar, Elxan anasına zəng etmiş, ona “ pulu sən get götür” deyilmişdir. Pulu anasından o, götürmüş, ona həmin puldan 200 manat uşağını həkimə aparmaq üşün 200 manat verilmişdir. Elxan onların evindı təqribən 2 saat olmuş, həmin vaxt ona qarşı təzyiq olmamışdır. Onlar birlikdə çıxmış, taksiyə minmiş, «Lucky Oil»in yanında özü düşmüş, pulu götürmüşdür. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində evdə olarkən onunla eyni qəsəbədə yaşayan tanışı Nicat ona zəng edib küçəyə çıxamağını bildirmişdir. O, həmin vaxtı küçəyə çıxmış və küçədə dayanmış «Renault» markalı avtomobilin ön oturacağına əyləşmişdir. Həmin vaxtı tanışı Ceyhun sükan arxasında olmuş, Nicat arxada sol oturacaqda, digər tanışı Elməddin arxa sağ oturacaqda, ortada isə sonradan adının Elxan olduğunu bildiyi bir nəfər şəxs əyləşmişdir. Onlar birlikdə onun yaşadığı evin həyətinə daxil olmuşlar və bu zaman Elməddin oradan çıxıb getmişdir. Onun evinin həyətində bilmişdir ki, Nicat Elxan adlı şəxsin ona narkotik vasitə satmağa söz verdiyini, lakin ona narkotik satmadığını və buna görə Elxanı onun yaşadığı küçəyə gətirdikləırini bildirmişdir. Nicat, Ceyhun və Elxan adlı şəxs evin həyətində ona məxsus yarı tikiliyə daxil olub orada mübahisə etmişlər və X30 adlı şəxsi vurmaq istəyərəkən o, onların Elxanı vurmalarına imkan verməmişdir. O, onlara çay gətirmiş və birlikdə çay içmişlər. Sonra Elxan anasına zəng edib danışdıqdan sonra Nicat Balaxani-Binəqədi yolunda yerləşən «Lucky Oil» yanacaq doldurma məntəqəsinə gedib orada Elxanın anasından 1000 manat pulu alıb ona gətirməyini bildirmişdir. O, həmin gün saat 16 radələrində Nicatın dediyi ünvana getmiş və orada bir nəfər qadın ona yaxınlaşıb 1000 manat pul vermiş və o, oradan çıxıb getmişdir. Pulu aldıqdan sonra Nicata zəng edib pulu aldığını bildirmiş və yaşadığı küçəyə gəlmişdir. Həmin vaxtı Nicatla Ceyhun küçədə dayanmışdılar. O, 1000 manat pulu Nicata vermiş və Nicat həmin puldan ona 200 manat verib, çıxıb getmişlər. Nicat həmçinin ona narkotik vasitədə verib Elxanın avtomobilindən götürdüyünü bildirmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, bildiyinə görə Elxanla onlar arasında mübahisə Elxanın Nicata narkotik maddə satmaması olmuş, Nicat və Ceyhunun Elxanı azad etmələri müqabilində ondan pul tələb etmələrini görməmiş, Elxan 1000 manat pulu anasından almaq üçün Balaxani- Binəqədi yolunda yerləşən «Lucky Oil» yanacaq doldurma məntəqəsinə getməyini bildirmiş və o, həmin ünvana gedib orada bir nəfər qadından 1000 manat pulu alıb Nicata vermiş, Nicat həmin puldan ona 200 manat vermiş, Elxan Nicata narkotik satmadığı üçün buna görə aralarında mübahisə yaranmış və bundan sonra Elxan Nicat və Ceyhuna 1000 manat pul vermişdir. (cild 1, iş vərəqə 108-109, cild 2, 234-236) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək Təqsirləndirilən şəxs1 ifadəsi təsdiq edərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərlə bir məhəllədə yaşamış, Elxanı tanımamış, tutulana qədər Ceyhunla birlikdə metal işi ilə məşğul olmuşlar. Zaurla birlikdə işləmişlər, dəmir alış-verişləri olmuşdur. 1000 manatdan xəbəri olmamışdır. Zaura “söküntü gələcək, dəmir gələcək pul çatmır” deyərək pul istəmişlər, Zaur isə səhər “Elxan pul verəcək, nömrəsini verim götürün” demişdir. Elxana o zəng etməmişdir. Maşını Nicat sürmüş, Elxan qabaqda oturmuş, o və Ceyhun isə arxada oturmuşdur. Nicat Elxana hədə qorxu gəlməmişdir. Nicat narkotik vasitə istifadəçisi deyil və Elxandan narkotik vasitə tələb etməmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri və Abşeron rayonu ərazilərində söküntü aparılan yerlərdən dəmir və plastik məmulatları yığıb metal qəbulu məntəqələrinə satmışlar. O, xx.xx.2022-ci il tarixdə gecə saatlarında Ceyhunla birlikdə Balaxanı kəndində söküntü olan yerlərdə dəmir yığıb ona məxsus olan «Qaz-24» markalı maşına yığıb onun həyətinə gətirmişlər. Dəmir metal az olduğu üçün Ceyhunla səhər tezdən Novxanı yoluna gedib orada söküntüdən dəmir yığacaqmışlar. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Ceyhunla ona məxsus Qaz-24 markalı maşınla Novxanı yoluna getmişlər və maşın nasaz olduğu üçün Ceyhun maşına qaynaq vurdurmaq üçün aparmışdır. O, isə dəmir yığmaq üçün orada qalmış, lakin söküntü sahibi dəmir yığmağa icazə vermədiyi üçün o, Ceyhuna zəng etmişdir ki, gəlib onu aparsın. O, Novxanı yolundan Mehdiabad qəsəbəsi istiqamətində gəlmiş və orada Ceyhunla rastlaşmışdır. O, Ceyhundan Qaz-24 marklı avtomobili necə etdiyini soruşmuş və Ceyhun ustanın olmadığını bildirib maşını Sabunçu rayonu, Balaxanı qəsəbəsinə onun yaşadığı həyətə apardığını bildirmişdir. Həmin vaxtı tanışı Nicat yanında olan bir nəfər gənc oğlanla «Renault» markalı maşınla Novxanı yoluna onların yanma gəlmişlər və Ceyhun Balaxanı kəndinə gedəcəklərini deyib əyləşməyini bildirmişdir. O, arxada solda əyləşmişdir. Ceyhun arxada sağda, adını sonradan istintaqda Elxan kimi bildiyi şəxs isə ön oturacaqda əyləşmişdir. Nicat avtomobili idarə etmiş, Balaxanı yolunda ön oturacaqda əyləşən Elxan adlı şəxs Nicatdan avtomobili saxlamağı bildirmiş və Nicat da idarə etdiyi avtomobili qarşıda yolun kənrında saxlayacağını bildirmişdir. Bu zaman Elxan maşmm qapısını açmağa çalışmış, lakin qapı bağlı olduğu üçün aça bilməyib sükana toxunmağa başlamış və təpiklə maşının ön şüşəsinə vurmuşdur. Elxan sükana toxunmasın deyə o, Ceyhunla birlikdə Elxanı tutub arxaya çəkmişlər və bu zaman Elxan təpiklə maşının arxa sağ qapısının şüşəsinə vurub sındırmışdır. Onlar Elxanı arxaya çəkdikdən sonra Elxan onun əyləşdiyi tərəfdə qapını açıb özünü atmaq istəmiş, o, Elxanı tutub özünü atmağına imkan verməmiş və Nicata artıq onu saxlaya bilmədiyini deyib, maşını saxlamğını bildirmişdir. Nicat avtomobili neft buruqlannm ərazisində olan sahəyə sürüb saxlamış və o, maşından düşmüşdür. X26 maşına otuzdurmuş və Nicat ona maşını sürməyini bildirmişdir. O, maşının sükanı arxasında əyləşmiş və bu zaman «Socar»ın mühafizəçiləri pikap markalı avtomobili onların maşının Önündə saxlamışlar və üç nəfər mühafizəçi maşından düşüb onların maşınına yaxınlaşıb qapını açmaq istəmişlər. Qapı içəridən bağlı olduğu üçün qapını aça bilməmişlər və Nicatla, Ceyhun maşını sürüb oradan getməyini bildirmişlər. O, həmin vaxtı sərxoş olduğu üçün maşını geri sürüb oradan çıxmışdır. Nicat Balaxanı kəndinədək maşını sürməyi xahiş etmiş və o, maşım Balaxanı kəndinə sürmüşdür. Balaxanı kəndində küçədə Nicat maşını saxlamağmı bildirmiş və o, maşını saxlayıb oradan getmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində Mehdiabad qəsəbəsində Ceyhunla birlikə Nicatın idarə etdiyi avtomobilə əyləşən zaman X10rlamalarından və ondan pul tələb etmələrindən xəbəri olmamış, həmçinin Elxanın əllərini və gözlərini heç kim bağlamamış, avtomobildə olan zaman Elxan maşının qapısını açmağa çalışmış və sükanı Nicatın əlindən almağa çalışdığı üçün o, Ceyhunla Elxanı tutub arxa oturacağa çəkmişlər ki özünü maşından atmasın. O, Elxanı vurmamış, maşın hərəkətdə olan zaman Elxan özünü avtomobildən atmaq istəyən zaman o, sonuncunu tutub saxlamış, onun əvvəlcədən Nicat və Ceyhunla Zərərçəkmiş şəxs oğurlayıb pul tələb etməkdə aralannda heç bir razılaşma olmamış, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mehdiabad yolunda Ceyhunla birlikdə olan zaman Nicat və Elxan Renault markalı maşında yanına gəlib Balaxanı kəndinə gedəcəklərini bildirmişlər, o, da Balaxı kəndində yaşadığı üçün maşına əyləşmiş, onun Zərərçəkmiş şəxs hansı işlə məşğul olması barədə heç bir məlumatı yoxdur, Elxanı əvvəllər tanımamışdır.Əlavə olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində Mehdiabad qəsəbəsində Ceyhunla birlikə Nicatın idarə etdiyi avtomobilə əyləşən zaman X10rlamalarından və ondan pul tələb etmələrindən xəbəri olmamış, həmçinin Elxanın əllərini və gözlərini heç kim bağlamamışdır. Avtomobildə olan zaman Elxan maşının qapısını açmağa çalışmış və sükanı Nicatın əlindən almağa çalışdığı üçün Ceyhunla onu tutub arxa oturacağa çəkmiş ki özünü maşından atmasın. O, Elxanı vurmamış, maşın hərəkətdə olan zaman Elxan özünü avtomobildən atmaq istəyən zaman onu tutub saxlamışdır. O, avtomobili əvvəllər tanıdığı Əli adlı şəxsin yaşadığı küçəyə sürüb aparmış, lakin Əlini görməmiş və onun evinə daxil olmamışdır. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs azad etmələri müqabilində anası Rəsmiyyədən 1000 manat pul almaları barədə məlumatı olmamış və ona pul verməmişlər. Zərərçəkmiş şəxs özünü avtomobildən atan zaman və avtomobilin qapısını açmaq istəyən zaman Ceyhun və Nicatdan bunun səbəbini soruşsa da, sonuncular öz problemləri olduğunu, onun bu işə qarışmamasını bildirmişlər. Elxan Nicatın avtomobili sürməsinə mane olduğu üçün o, Nicatın xahişi ilə avtomobili sürüb Balaxanı qəsəbəsinə aparmış, Elxanın hansı səbəbdən maşında olduğunu bilməmiş və buna görədə onun getməsinə şərait yaratmaq brədə fikirləşməmişdir. Onun Ceyhun və Nicatla arasında heç bir razılaşma olmamış, xx.xx.2022- ci il tarixdə səhər saatlarında Mehdiabad yolunda Ceyhunla birlikdə olan zaman Nicat və Elxan Renault markalı maşında yanlarına gəlib Balaxanı kəndinə gedəcəklərini bildirmişlər, o, da Balaxanı kəndində yaşadığı üçün maşına əyləşmişdir. Onun Zərərçəkmiş şəxs hansı işlə məşğul olması barədə heç bir məlumatı yoxdur, Elxanı əvvəllər tanımamışdır. (cild 1, iş vərəqə 184-186, cild 2, 226-228) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onlar Zaurla tanış olmuşlar, ondan pul istəmişlər, Zaur Elxan adlı şəxsin ona borcu olduğunu demiş, özləri Elxanı tanımamış, ona zəng edərək “Lucky Oil” yanacaq doldurma məntəqəsinə çağırmışlar, Elxan səhəri gün pulu verəcəyini demiş, səhəri gün zəngləşib danışmışlar. Elxan onları öz qapılarına çağırmış, gedib görüşmüşlər, Zaura zəng etmiş, zəng çatmamış, Elxan “pulu Zaurun özünə verim” demiş, buna görə maşında mübahisə başlamış, Socarın işçiləri yaxınlaşmış, onlara qapını açmalarını demiş, onlar da sürüb getmişlər. Sonra Elməddin maşını sürmüş, Əligilin evi tərəfə gəlmişlər, həyətdə mübahisə düşmüş, elxan birdaha pulu Zaurun özünə vermək istədiyini demiş, həmin vaxt yaxası cırılmışdır. Elxana köynək verilmiş, çay içmişlər. Elxan anasına zəng edərək polislərin onu saxladığını, pul lazım olduğunu demişdir. Əlidən xahiş etmişlər, 1000 manat pulu o gedib götürmüşdür. 500 manat pulu 200-200-100 manat aralığında bölmüşlər. Kimə 200 kimə 100 verməsi yadında olmamış, Elməddinə orada olmadığı üçün ona pul verilməmişdir. Elxanın əlin-ayağını bağlamamışlar, özünü atmaq istəməmişdir. O, Elxana şillə vurmuşdur. Öz əlində problem olduğuna görə imza çəkməmişdir. O, Həsəni tanımr, narkotik istəməmişdir. Əlinin bu söhbətlərdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında jyeykf eyni qəsəbədə yaşayan tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Ceyhunun “Rentakardan” icarəyə götürdüyü “Hyundai” markah avtomobillə Bakı şəhəri, Balaxanı dairəsinə gəlmişlər və orada Ceyhunla Elməddin tanışları Həsənlə görüşüb ondan narkotik istəmişlər. Həsəndə bir nəfər Mehdiabad qəsəbəsində yaşayan Elxan adlı tanışından narkotik vasitə ala biləcəklərini bildirmişlir. Həmin vaxtı Həsənlə birlikdə Elxan adlı şəxsən Novxanı yolunda işlədiyi «Lucky Oil» yanacaq doldurma məntəqəsinə gəlmişlər. Ceyhunla Elməddin üst-başlan çirkli olduğu üçün o, Həsənlə birlikdə maşından düşüb Elxan adlı şəxsə yaxınlaşmış və 35 manat müqabilində Elxandan heroin və metamfetamin almışdır. Elxanla danışıqlarına görə Elxan ona səhər üçün 40 qram heroin və 40 qram metamfetamin satmahymış. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Ceyhun və Elməddinlə Ceyhunun idarə etdiyi «Renault» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdiabad qəsəbəsinə Elxangilin yaşadıqları küçəyə gəlmişlər. Ceyhunla Elməddin avtomobildən düşüb kənarda gözləmişlər və o, avtomobili idarə edib Elxangilin yaşadıqları evə yaxınlaşmışdır. Həmin vaxtı Elxan qardaşı ilə avtomobildə əyləşmiş və onu görüb avtomobildən düşüb onun idarə etdiyi avtomobilə əyləşmişdir. O, avtomobili sürmüş və qarşıda Elməddinlə Ceyhun avtomobilə əyləşmişlər. Elxan hələlik İranlı tanışının narkotik vasitə gönədərmədiyi üçün gözləmələrini bildirmişdir. Bundan sonra Elxanın onu aldatdığını görüb avtomobili Balaxanı qəsəbəsi istiqamətində sürmüşdür. Yolda Elxan hara sürdüyünü soruşub, qapım açmağa çalışmış və X17 boynundan tutub arxa oturacağa çəkmişlər. Həmin vaxtı Elxan təpiklə vurub avtomobilin arxa sağ şüşəsini qırmış və avtomobilin sol qapısını açıb özünü atmaq istəmişdir. Elməddinlə Elxan onu tutub özünü atmağa imkan verməmişlər. O, avtomobili saxlamış və Elxan çəkib avtomobildə əyləşdirdikdən sonra avtomobili sürüb Balaxanıda neft buruqlannın yanında saxlamışdır. Bu zaman orada mühafizəçilər onlara yaxınlaşıb nə etdiklərini soruşmuşlar və Ceyhun onları söyüb təhqir etdikdən sonra maşını sürüb hərəkəti davam etdirmişdir. X19 arxa oturacaqda saxlamışlar. Sonra o, arxaya keçib Elxanın yanında oturmuş və Elməddin avtomobili idarə etməyə başlamışdır. Onlar Balaxanı qəsəbəsinə Ceyhunun tanışı Əligilə getmişlər və Əli həyətdən çölə çıxmışdır. X32 həyətinə aparıb orada olan kiçik dama salmışlar. Bundan bir neçə dəqiqə sonra Elməddin onlardan ayrılıb çıxıb getmişdir. X27 azad olunması üçün narkotik və ya 3000 manat pul istəmişlər. Elxan narkotikin Mehdiabad qəsəbəsində yaşadığı küçədə saxladığı 09 markalı qırmızı rəngli avtomobilin şitinin altında olduğunu bildirmiş və avtomobilin açarını ona vermişdir. O, Əli ilə birlikdə Mehdiabad qəsəbəsinə gəlib Elxanın avtomobilinin şitinin altından 1 qram heroin, 1 qram metamfetamin və lədəd elektron tərəzi götürüb Balaxanı qəsəbəsinə Əli gilə qayıtmışlar. Elxan anası ilə telefonla danışıb üstündə narkotik maddə aşkar olunduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını və azad olunması üçün 3000 manat pul verməyini bildirmişdir. Elxanın anası 1000 manat pulu olduğunu bildirmiş və razıalşmalanna görə Əli gedib pulu Elxanın anasından alacaqdır. Buna görə Elxan anasına zəng edib pulu Balaxanı-Binəqədi yolunda «Lucky Oil» yanacaq doldurma məntəqəsinə gəlməyini bildirmişdir. Əli qeyd olunan ünvana gedib Elxanın anasından 1000 manat pul almış və zəng edib onlara bu barədə dedikdən sonra onlar Elxanı buraxmışlar. Əli 1000 manat pul gətirdiksən sonra Ceyhun Əliyə 200 manat, ona 300 manat vermiş və qalan pulu Elməddinlə böləcəyini bildirmişdir. Bundan sonra o, oradan çıxıb getmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, onlar Elxanın əlini və gözlərini bağlamamışlar, Elxan onlara narkotik vermədiyi üçün sonuncunu Əligilə gətirmişlər və ondan narkotik və ya 3000 manat pul istəmişlər, həmin vaxtı Əligilə Renault markalı avtomobilin sahibi Rəşad adlı şəxs gəlib avtomobili Ceyhundan alıb getmiş, Elxanı qaçırmağı əvvəlcədən planlaşdırmamışlar.(cild 1, iş vərəqə 244-246) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri əvvəldən tanımamışdır. Onun Zaura əvvəllər narkotik vasitə istifadə etdiyinə görə 500 manat borcu yaranmışdır. Özü «Lucky Oil» yanacaq doldurma məntəqəsində işləmişdir. Səhər işdən qardaşı ilə çıxdıqda qapıda Nicatı görmüşdür. Nicat “Zaurla bağlı çayxana tipli yer var gedək söhbət edək” demiş, maşına minəndə Elməddin və Ceyhun da maşına oturmuş, Nicat “tanış uşaqlardır, gedək benzin alaq onlara” demişdir. Yoldan çıxaraq Balaxanı yoluna keçmışlər. Balaxanı yolundan çıxandan sonra maşında mübahisə başlamışdır. Özü qabaqda oturmuş, Ceyhunla Elməddin isə arxada oturmuşdur. Ceyhungil onu arxaya çəkmişlər. O zaman təpik atmış, qabaq alın şüşəsinə ayağı dəymiş, şüşü çartlamışdır. Onu arxaya dartanda sağ tərəf pəncərə qırılmışdır. Bu biri qapıya əlini atmış, Elməddin onu tutmuşdur. Elməddinlə Nicat yerlərini dəyişmiş, onu Əligilin evinə aparmışlar. Ceyhun Əliyə zəng edərək qapıya çıxmağını demişdir. Onu Əligilin həyətinə düşürmüşlər, Elməddin həmin vaxt olmamış, harasa getmişdir. Ceyhungillə mübahisə etmiş, Əli gələrək “narahat olma qoymayacam səni vursunlar” demişdir. Əli paltarları cırıldığı üçün onu aparıb paltarını dəyişməsinə köməklik etmiş və çay verilmişdir. Sonra Nicat gəlib “buraxaq getsin” demiş, Ceyhun qoymamış, ona “anana zəng elə, de ki, üstümdə narkotik vasitə ilə polis tutub, pul lazımdır” deməsini bildirmiş, sonra əlindən telefonu aldı özü də demiş, 15 dəqiqə sonra anası özü yığaraq ağlaya-ağlaya 1000 manat pul olduğunu, ondan artıq tapa bilmədiyini demişdir Pulu götürməyə Əli getmiş, onlar da onun dalıyca getmişlər. Əli qayıdanda isə onu buraxmışlar. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Ondan ya pul, ya da narkoti vasitə verməsini tələb etmişlər. Təqsirləndiriln şəxslərin hamısıyla barışmış, şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslər pulu geri qaytarmışdır. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, o, 2 ildir psixotrop maddə olan metamfetamindən istifadə edir və psixotrop maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Zaur adlı şəxsdən almışdır. Zaurdan aldığı psixotrop maddə metamfetaminə görə ona təxminən 500 manat civamda borcu qalmışdır. Zaur adlı şəxs təxminən 10 gün əvvəl narkotik maddə ilə şübhəli bilinərək polis tərəfindən həbs olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində işlədiyi yanacaq doldurma məntəqəsindən çıxıb evə gələn zaman yaşadığı İ.Qayıbov küçəsində yanında boz metal rəngli “Reno” markalı avtomobil saxlamış və içindən bir nəfər düşüb ona yaxınlaşmışdır. Həmin şəxsin adını bilməsə də onu bir dəfə Zaurun yanında görmüşdür. Həmin şəxsin adının sonradan Nicat olduğunu bilmişdir. Nicat adlı şəxs ona “gəl səninlə dərtləşək”-demiş, o, Nicatın Zaur barəsində söhbət edəcəyini fikirləşib avtomobilinə əyləşmişdir. Təxminən 50- 60 metr hərəkət etdikdən sonra qarşıda dayanan iki nəfər tanımadığı şəxs də avtomobilə əyləşmişlər, o, ön tərəfdə sərnişin yerində əyləşmişdir, Nicat həmin şəxslərin qarşıda avtomobillərinin olduğunu və orada düşürdəcəyini bildirmişdir. Lakin Nicat avtomobili sürüb Balaxanı-Digah yolu ilə hərəkət etdirməyə başlamışdır. O, Nicatdan hara getdiyini soruşmuş və bu zaman arxada əyləşən adını sonradan Ceyhun bildiyi şəxs bıçağı boğazına dirəyib onlara 3000 manat pul və ya narkotik verməyini bildirmiş, əks təqdirdə onu aparıb zorlayacaqlarım bildirmişdir. Onların onu qaçırdıqlarını hiss edib qapını açıb özünü atmaq istəmiş, lakin avtomobilin qapısı açılmamışdır. O, avtomobilin qapısının açılmadığını görüb ön şüşəyə təpiklə vurmuş və arxada əyləşən Ceyhun və Elməddin adlı şəxslər onu tutub arxa oturacağa doğru çəkmişlər. O, həmin vaxtı təpiklə arxa sağ şüşəni vurub sındırmış, arxa sol qapını açıb özünü atmaq istəyərkən Elməddin adlı şəxs onu tutub saxlamış və Nicat avtomobili saxlamışdır. Bu zaman Ceyhun özünü onun üstünə atıb qolunu burub iplə bağlamışlar. Sonra onu avtomobilin arxasında ayaq altında saxlamışlar. O, maşında qışqıraraq onlara müqavimət göstərmişdir. Ceyhun neft buruqlannm yanında onu orada olan quyuya basdıracaqlarını bildirmişdir. Həmin vaxtı orada mühafizəçilər avtomobilə yaxınlaşıb maşının qapısını açmaq istəyərkən bu zaman Ceyhun adlı şəxs həmin şəxslərə bıçaq göstərib onlan hədələmiş və Elməddin adlı şəxs maşını sürüb oradan çıxmışlar. O, müqavimət göstərdiyi üçün Nicatla Ceyhun onu vurmuş və hətta Ceyhun bıçağı böyrünə dirəyəndə bıçaq sol əlini kəsmiş, Nicat avtomobildə ona “sən mənə 3000 manat pul və ya narkotik maddə gətirməlisən”-demiş, onun pulu nədə narkotik maddəsi olmadığını deyəndə onlar onun başına və bədəninin müxtəlif yerlərinə vurmuşlar. Sonra gözünü maska ilə bağmışlar ki, heç yeri görməsin. Nicat maşında kiməsə zəng edib qapılarında olduğunu və çölə çıxmağını, təkrar qışqıraraq çölə çıxmağını bildirmişdir. Onu bilmədiyi yerə gətirib gözünü açanda dağınıq halda dar, hündürlüyü alçaq olan bir otağda olduğunu görmüşdür. Ceyhun orada lapatka sapı ilə başına, təkər açarı ilə ayaqlarına vurmuşdur. Həmin vaxtı orada olan evin sahibi Əli adlı şəxs Ceyhunla Nicata onu döyməmələrini bildirmişdir. Bundan sonra Ceyhun ona demişdir ki, öz telefonu ilə anasına zəng edib üstündə narkotik maddə olduğu üçün polis əməkdaşlarının onu saxladıqlarını və buna görə 3000 manat pul gətirməsini demiş, o, telefonu ilə anası Şahid1 zəng etmiş və polis əməkdaşlarının onu saxladıqlarını deyib, azad olunmağı üçün 3000 manat pul gətirməsini bildirmişdir. Bir saat sonra anasına təkrar zəng etmiş və anası 1000 manat pul gətirə biləcəyini demişdir. O, bu barədə Ceyhunla Nicata demiş və onlar anasının 1000 manat gətirməsinə razılaşmışlar. Ceyhun səhəri gün Mehdiabad qəsəbəsinə işlədiyi yanacaq doldurma məntəqəsinə gəlib 500 manat ondan alacağını bildirmişdir. Bundan sonra Ceyhun, Nicat və Əli adlı şəxslər onu gözünü maska ilə bağlayıb piyada aparmışlar, bir qədər getdikdən sonra taksiyə əyəşmişlər. Ceyhunla Nicat taksi sürücüsü şübhələnməsin deyə öz aralarında söhbət edib güya onun gözünə qaynaq düşdüyünü və buna görə onu həkimə aparacaqlarını bildirmişdir. Balaxanı qəsəbəsində avtomobildən düşmüşlər və orada gözünü açmışlar. Aralarında olan razılaşmaya görə Əli adlı şəxs anası Rəsmiyyədən 1000 manat pulu almağa getmişdir. Anası Rəsmiyyə 1000 manat pulu Əliyə verdikdən sonra Ceyhuna zəng edib pulu aldığını bildirmiş və həmçinin «Mercedes» markalı avtomobilin arxasınca gəlib onu izlədiyini bildirmişdir. Ceyhun buna görə onu vurub həmin avtomobildə kimlərin olduğunu soruşmuş və o, həmin avtomobili tanımadığını bildirmişdir. Bundan sonra Ceyhunla Nicat onu sərbəst buraxmışlar. O, yola çıxmış, qardaşı Elnur və anası gəlib onu oradan götürüb aparmışlar. O, bu barədə anasıgilə danışmış və anası Rəsmiyyə 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmçinin o, da Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişdir. O, qeyd etmişdir ki, Nicatgil onu saxlayan zaman oraya onlar idarə etdikləri avtomobilin adını bilmədiyi sahibi gəlmiş və nə üçün maşının şüşəsinin sındığını Ceyhundan soruşmuş, Ceyhunda şüşəni onun sındırdığını bildirmiş, onun Ceyhuna borcu olduğunu sonuncu bildirmiş və buna görə onu oraya gətirdiyini bildirmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, yalnız Nicatı üzdən tanımış, onunla heç bir münasibəti olmamış, Nicatı Balaxanı qəsəbəsində Zaur adlı şəxsdən öz istifadəm üçün narkotik maddə alan zaman tanımış, Əli Ceyhungildən onu nə üçün gətirdiklərini soruşmuş və Ceyhun güya onun onlara 2000 manat borcu olduğu üçün gətirdiklərini bildirmiş, lakin o, orada olduğu bir neçə saat müddətində onlar üçüdə damdan çıxıb kənarda gizlin söhbət etmişlər, Ceyhunla Nicat onu vuran zaman Əli heç bir reaksiya verməyib müşahidə etmiş, əynində cırılmış paltar Əligilin həyətlərində qalmış və Əli ona başqa köynək vermiş, təxminən 8-9 saat Əligilin həyətlərində olan damda saxlanılmış, narkotik vasitədən istifadə etsə də satışı ilə məşğul olmamış, Əlinin evində olan zaman Elməddin artıq getmiş, onlar maşında onun əllərini bağlasalarda, Əlinin həyətinin damında əllərini açmışlar, avtomobilin sahibi Nicatın, Ceyhunun və Elməddinin onu oğurladıqlarını bilməmiş, Ceyhun həmin şəxsə borcu olduğunu və buna görə onu oraya gətirib döydüyünü bildirmiş, onlar ona cinsi zorakılıq etməmişlər. ( cild 1, iş vərəqə 20-22) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində oğlu Zərərçəkmiş şəxs öz telefon nömrəsi ilə ona zəng edib polis əməkdaşlarının onu saxladıqlarını və azad olunmağı üçün 3000 manat pul gətirməyini bildirmiş, o, Elxana zəng edib onu hansı polislərin tutduğunu, harada tutduqlarını və onu polis əməkdaşları ilə danışdırmağını, həmçinin pulu hara gətirməyimi bildirmiş, Elxan ona ünvan deyəcəyini və pulu həmin ünvana gətirməyini bildirmişdir. O, Elxana zəng edib dediyi pulu tapa bilmədiyini və dedikləri pulu yığmaq üçün vaxt vermələrini bildirmişdir. Elxana telefonu yanında olan şəxsə verməyini bildirmiş, lakin Elxan onların danışmaq istəmədiklərini bildirmişdir. Elxan telefonda ona yalvarıb təcili pul tapmağını bildirmiş, o, oğlu Elnurda və özündə olan 1000 manat pulu götürüb Elxana zəng edib 1000 manat pulu olduğunu və artıq pulu olmadığını bildirmişdir. O, Elxana telefonu mikrofona salmağını demiş və həmin vaxtı yanında olan şəxslərə yalvarıb 1000 manat pulu olduğunu və oğlu Elxanı buraxmalarını bildirmişdir. Bundan sonra Elxanın yanında olan şəxslərdən bir nəfər onunla danışıb Elxanı bağışladıqlarını və ona ünvan deyəcəklərini və 1000 manat pulu həmin ünvana gətirməyini bildirmişdir. Elxan pulu Elnurun Mehdiabad qəsəbəsinə “Gənclər şəhərciyində Şok” marketin yanına gətirməyini və bir nəfər şəxsin gəlib pulu götürəcəyini bildirmişdir. Bundan sonra Elxan ona zəng edib pulu onun özünün “Lucky Oil” yanacaq doldurma məntəqəsinə gətirməyini və Cavid adlı iş yoldaşının ora gəlib pulu ondan götürəcəyini bildirmişdir. Elxan həmçinin onun tək gəlməyini bildirmişdir. O, Elnura zəng edib bu barədə demiş və Elnur həmin şəxslərə pulu götürən zaman Elxanıda gətirmələrini demiş, lakin onlar bununla razılaşmamışlar. Elnurla birlikdə Balaxanı qəsəbəsinə getmişlər. Balaxanı qəsəbəsində yanacaq doldurma məntəqəsində bir nəfər gözü eynəkli oğlan ona yaxınlaşmış və o, həmin oğlandan Cavid olduğunu soruşmuş, həmin oğlan Cavid olduğunu bildirmiş və o, 1000 manat pulu həmin adını Cavid deyən oğlana, yəni Əliyə vermişdir. O, həmin vaxtı Elxana zəng edib 1000 manat pulu dediyi oğlana verdiyini bildirmiş və telefonu həmin oğlana verib pulu götürməsini deməyini bildirmişdir. Həmin oğlan telefonda pulu aldığını bildirmiş, ondan Elxanın harada olduğunu soruşmuş və o, pulu aparıb onlara verdikdən sonra Elxanı buaraxcaqlarını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra oğlu Elxan paltarı cırılmış, sifəti qan içində evə gəlmiş, Elxan üç nəfər tanımadığı şəxslərin onu avtomobillə Balaxanı qəsəbəsinə bir evə aparıb orada döydüklərini və ondan narkotik və 3000 manat pul tələb etdiklərini bildirmişdir. Bundan sonra o, 102 xidmətinə zəng edib bu barədə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və onun ailəsi ilə ailəvi dostluğu var. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Elxanın uşağını anası Rəsmiyyə ilə xəstəxanaya aparmışlar. Həmin vaxtı Elxan anası Rəsmiyəyə zəng edib polis tərəfindən həbs olunduğunu və azad olunması üçün pul verməyini bildirmişdir. Rəsmiyyə bu barədə ona bildirmiş və onlar birlikdə Rəsmiyyəgilə getmişlər. Rəsmiyyə təqaüd kartından pul çıxartmış və Elxana zəng edib 1000 manat pul düzəltdiyini bildirmişdir. Elxanda həmin pulu qardaşı Elnurla onun Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində yerləşən marketin qarşısına gətirmələrini və bir nəfər şəxsin gəlib pulu onlardan götürəcəyini bildirmişdir. O, Elnurla birlikdə Elxanın dediyi ünvana gedib gözləmişlər, lakin kimsənin gəlmədiyini görüb Rəsmiyyəgilə qayıtmışlar. Rəsmiyyə Elxana zəng edib heç kimin gəlmədiyini bildirmiş və Elxan tək anası Rəsmiyyənin 1000 manat pulu Balaxanı yolunda yerləşən yanacaq doldurma məntəqəsinin yanına gətirməyini bildirmişdir. Bundan sonra o, Rəsmiyyəgildən çıxıb getmişdir. Həmin gün axşam Rəsmiyyə ona zəng edib Elxanı bir neçə nəfər şəxsin oğurlayıb pul tələb etdiklərini və bu barədə polisə şikayət etdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 12 ildir Socar Təhlükəsizlik idarəsində atıcı-mühafizəçi işləyir. Bakı- Novorasiysk neft kəmərinin Balaxanı qəsəbəsi ərazisində yerləşən hissəsini mühafizə edir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində iş yoldaşları Anar və Şöhrətlə birlikdə xidmətdə olan zaman Balaxanı qəsəbəsi ərazisində neft buruqlannın yanında ön dövlət nömrə nişanları olamayan metal rəngli Renault markalı maşını görüb maşının yanına gəlmişlər. Maşında üç nəfər şəxs arxa oturacaqda, bir nəfərdə sükan arxasında əyləşmişdir. O, pəncərəni döyüb ərazidə nə etdiklərini soruşmuş və həmin vaxtı sürücü pəncərəni açıb «öz ərazimizdir, yaxşı edib dayanmışıq»-deyə bildirmişdir. O, onlara «zəhmət olmasa maşından düşün»-deyə müraciət etmiş və araxada sağ oturacaqda əyləşən şəxs onlara söyüş söyüb, «gedin işinizlə məşğul olun»-deyə bildirmişdir. Həmin vaxtı sürücü maşını sürətlə geriyə sürüb oradan çıxıb qaçmağa başlamışlar. Onlar da xidməti avtomobili onların arxasınca sürüb maşının arxa nömrə nişanlarını çəkmişlər. O, qeyd etmişdir ki, onlara heç kim bıçaq göstərməmiş, bir nəfər avtomobildə arxada sağda əyləşən şəxs onlara söyüş söymüş, o, onların əllərində bıçaq görməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan şəxslər Şahid7 və Şahid4 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 2, iş vərəq 37-38, 98-99) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında anası Rəsmiyyə evə gəlib qardaşı Zərərçəkmiş şəxs ona zəng edib polis əməkdaşlarının onu saxladıqlarını və azad olunması üçün 3000 manat pul istədiyini bildirmiş, bundan sonra o, Elxana zəng edib nə olduğunu soruşmuş və Elxan ağlayaağlaya cavab verib Balaxanıda polis əməkdaşlarının onu saxladıqlarını və azad olunmağı üçün 3000 manat pul gətirməyini bildirib telefonda ona yalvarmışdır. Onlar 3000 manat pulu düzəldə bimədiyi üçün anası Rəsmiyyə Elxana zəng edib 3000 manat pulu düzəldə bilmədiyini və 1000 manat pul olduğunu bildirmişlər. Bir neçə dəfə anası Elxanla danışmış və Elxan ailəvi dostu Həci ləqəbli Elnurla onun 1000 manat pulu Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyinin yaxınlığında “Qarabağ” marketin qarşına gətirməyini və pulu Cavid adlı iş yoldaşının gəlib onlardan götürəcəyini bildirmiş, anası bu barədə ona bildirmiş və o, Elxanla birlikdə yanacaq doldurma məntəqəsində işlədiyi üçün onların Cavid adlı iş yoldaşı olmadığını anasına bildirmişdir. Elnurla birlikdə Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyinin yaxınlığında yerləşən “Qarabağ” marketin qarşısına gedib təxminən 1 saat gözləmişlər. Lakin heç kimin gəlmədiyini görüb evə qayıtmışlar və anası Rəsmiyə Elxana zəng edib nə üçün heç kimin gəlmədiyini soruşmuş, Elxan anasının tək «Luck Oil» yanacaq doldurma məntəqəsinin yanına gəlməyini və bir nəfər şəxsin gəlib pulu anamdan götürəcəyini bildirmişdir. Elxan onun anası ilə gəlməməyini bildirmişdir. O, iki taksi sifariş edib anası Rəsmiyə ayrı taksidə, o, isə ayrı «Mercedes» markalı taksidə Balaxanı yolunda yerləşən «Luck Oil» yanacaq doldurma məntəqəsinin yanına getmişlər. O, taksidə əyləşib gözləmiş, anası isə taksidən düşüb təxminən 5 dəqiqə gözləmiş və bir nəfər əynində qara gödəkçə, gözündə qara eynək olan saqqallı gənc oğlan anasına yaxınlaşıb pulu alıb cibinə qoymuş və yolu əks tərəf keçib Balaxanı istiqamətində gedən avtomobillərə saxlamaları üçün əl etmiş, həmin oğlan onun əyləşdiyi taksini görüb şübhələnməyə başlamış və ağ rəngli Azsamand markalı avtomobilə əyləşib Balaxanı qəsəbəsi istiqamətində getmişdir. O, həmin oğlanın geyimindən və hərəkətlərindən polis əməkdaşı olmadığını bilib, həmin avtomobilin arxasınca gedib onu izləməyə başlamışdır. Balaxanı dairəsində həmin oğlan avtomobildən düşmüş və ani vəziyyətdə gözdən itmişdir. O, onun hara getdiyini bilməmiş, taksi ilə Balaxanı istiqamətində hərəkətdə olan zaman qardaşı Elxanın gödəkçəsinin cınq vəziyyətdə və sifətinin şişmiş halda yolun kənarında dayandığını görmüşdür. Elxanı avtomobilə götürüb Mehdiabad qəsəbəsinə evinə gəlmişdir. Elxan üç nəfər tanımadığı şəxslərin onu avtomobillə Balaxanı qəsəbəsinə bir evə aparıb orada döydüklərini və ondan narkotik və 3000 manat pul tələb etdiklərini bildirmişdir. Bundan sonra Elxan bu barədə polisə şikayət etmiş və polis bölməsində anasından 1000 manat pulu alan şəxsin Əli adlı şəxs olduğu məlum olmuşdur. ( cild 2, iş vərəqə 91-93) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsindən görünür ki, 2002-ci ilin yanvar ayının əvvəllərində X1 «Renault Megane» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili 24 ay müddətinə sonda avtomobilin onda qalması şərti ilə icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu onunla eyni küçədə qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ceyhun onun evinə gəlib öz avtomobilinin təmirdə olduğunu və buna görə «Renault» markalı avtomobili müvəqqəti sürməsi üçün ona verməyini xahiş etmişdir. O, da gecə saatlarında taksiçilik etdiyi üçün yatıb dincələcəkmiş və buna görə maşını. Ceyhuna vermişdir. Həmin gün saat 14 radələrindq o, Ceyhuna zəng edib maşını qaytarmasını bildirmiş və Ceyhun başının dərddə olduğunu və maşını sonra gətirib qayataracağım bildirmişdir. O, təkidlə ondan maşını qaytarmasını istəmiş və ünvanını deməsini bildirmişdir. Ceyhun Balaxanı qəsəbəsində “Kərəmli” yaşayaış massivində olduğunu bildirmiş və taksi sifariş edib Ceyhundan soruşaraq olduğu ünvana gedib çatmışdır. O, avtomobilinin küçədə olduğunu və arxa sağ pəncərəsinin şüşəsinin sındırıldığını görmüşdür. Maşının qarşısında dayandığı həyətə daxil olmuş və həmin vaxtı Ceyhunun və yanında olan iki nəfər şəxsin həyətdə olduqlarını və bir nəfər şəxsində həyətdə kiçik damda olduğunu görmüşdür. Ceyhun əlində olan sapı qırıq yer belləyənlə damda olan şəxsi hədələyərək həmin şəxsə “sən bizdən qaça bilərsən deyə” bildirmiş və həmin şəxsdə ağlamışdır. O, Ceyhundan maşının şüşəsinin nə üçün qırıldığını soruşmuş və Ceyhun damda olan şəxsi göstərib maşının şüşəsini onun başı ilə qırdığını bildirmiş və təmir etdirəcəyini demişdir. O, Ceyhundan həmin şəxsi nə üçün vurduqlarını soruşmuş və onun yazıq olduğunu deyib vurmamalarını demişdir. Ceyhun həmin şəxsin onlara 2000 manat pul atdığını və buna görə onu döydüklərini bildirmişdir. O, Ceyhuna maşının şüşəsini təmir etdirməsini bildirmiş və həmin vaxtı Ceyhunun yanında bir əli şikəst olan şəxs harasa zəng edib şüşənin qiymətini öyrənmiş və şüşənin qiymətinin 70 manat olduğunu bildirib ona 70 manat pul vermişdir. O, Ceyhundan maşının açarını alıb oradan çıxıb getmişdir. Səhəri gün yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında onu Mehdiabad polis bölməsinə çağırıb, xx.xx.2022-ci il tarixdə Renault markalı maşınımın harada və kimdə olduğunu soruşmuşlar və o, maşının qonşUsu Ceyhunda olduğunu bildirmişdir. Bundan sonra orada ona məlum olmuşdur ki, Ceyhungil onun avtomobili ilə adam oğurlayıb pul tələb etmişlər. , ifadəsinə əlavə olaraq göstərmişdir ki, Ceyhunun yanında olan şəxsləri tanımamış və onları ilk dəfə idi görmüş, polis bölməsində həmin şəxslərin adlarının Nicat, Əli və Ceyhungilin hədələdikləri Elxan olduğunu öyrənmiş, Ceyhun və yanında olan şəxslərin Zərərçəkmiş şəxs oğurladıqlarını və ondan pul tələb etdiklərini polis bölməsində bilmiş, həmin hadisənin cinayət olduğunu bilməmiş və bu məsələnin onlar arasında şəxsi münasibətlər zəminində mübahisə olduğunu yəqin etmiş, Ceyhun özüdə ona həmin şəxsin onlara pul atdığı üçün döydüklərini bildirmişdir. ( cild 2, iş vərəqə 34-36) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliynin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi - Təcrübi və Tədris Birliyi «X34» Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 465 nömrəli rəyi (canlı şəxsin ekspertizası) ilə müəyyən edilmişdir ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər alın və sol körpücük nahiyəsinin sıyrıqlan, sağ bazu və sağ diz oynağı nahiyəsinin qançırları, sağ əlin ön səthinin, sağ əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaraları, boyun nahiyəsinin qançırı xx.xx.2022-ci il tarixdə əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərdən alın və sol körpücük nahiyəsinin sıyrıqlan, sağ bazu və sağ diz oynağı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Sağ əlin ön səthinin, sağ əlin İİİ və V barmaqlarının səthi kəsilmiş yaralan iti kənara malik olan alətin (əşyanın) təsirindən əmələ gələ bilmələri mümkündür. Boyun nahiyəsində aşkar olunmuş qançır həmin nahiyənin yumşaq konsistensiyaya malik ilgəklə (ola bilsin ki, iplə) sıxılması nəticəsində əmələ gələ bilməsi mümkündür.(Cild 2, iş vərəq 120-121) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli, AZF/LGL-12096/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən, Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 *** ** ** mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi və zəng edən abunəçilərin anket məlumatlarının qeyd olunduğu müəyyən edilmiş, həmin diskdəkİ faylda «Bakı şəhəri, Sabunçu rayonu» ərazilərini əhatə edən ötürücü stansiyalardan anten qurğularında xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. ( cild 2, iş vərəqə 122-123, 142) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs anası Şahid1 1000 manat pulu Təqsirləndirilən şəxs2 Digah qəsəbəsi, Diqah-Balaxanı yolunda yerləşən «Lucky Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında vermişdir. ( cild 1, iş vərəqə7-10) Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı «Renault Megan» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayətin predmeti olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. (Cild 3, iş vərəq 49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən 01 il 10 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş şəxs hesab edilmişdir. ( cild 2, iş vərəqə 28-29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1, 66.3 və 69.3-cü maddələrinə əsasən 01 il 07 ay 02 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək CM-nin 177.1-ci maddəsi üzrə cinayət təqibinə xitam verilmiş, CMnin 66.3-cü maddəsi xaric edilmiş, CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 01 ay 02 gün cəza saxlanılmış, xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. ( cild 2, iş vərəqə 30-31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə Nərimanov Rayon Məhkəməsinin qəran ilə CM-nin 76-cı maddəsinə əsasən cəzanın çəkilməmiş qalan 10 ay 26 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluqlan ödənilmiş sayılır. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. ( cild 2, iş vərəqə 26-27) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 67.1-ci maddələrinə əsasən 03 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqlan ödənilmiş sayılır. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 məhkumluğu ödənilmiş şəxs hesab edilmiişdir. ( cild 2, iş vərəqə 23- 25) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində himayəsində iki az yaşlı övladı vardır. “Elektron Məhkəmə” sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2022-ci il təvəllüdlü X18 adlı 01 azyaşlı övladı vardır. “Elektron Məhkəmə” sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı dörd az yaşlı övladı övladı vardır. “Elektron Məhkəmə” sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs4 himayəsində xx.xx.2019-cu il təvəllüddlü X14 adlı bir az yaşlı övladı övladı vardır. Məhkəmə, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi oğurlamaq və ondan hədəqorxu ilə pul tələb etmək kimi niyyətlərinin olmaması, həmçinin, zərərçəkmiş şəxsdən narkotik vasitələr tələb etməmələri ilə bağlı ifadələrində qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə verdikləri bu ifadələri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri olaraq, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla cəzanı yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iş materiallarında “Lucky Oil” yanacaq doldurma məntəqəsinin adının texniki səhv kimi cinayət işinin materiallarında “Nikoil” yanacaq doldurma məntəqəsi qeyd olunduğunu bildirərək, hadisə yerinə baxış protokolu, ifadələrin yerində yoxlanması protokolları, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə Zərərçəkmiş şəxs anası Şahid1 1000 manat pulu Təqsirləndirilən şəxs2 Digah qəsəbəsi, Diqah-Balaxanı yolunda yerləşən «Lucky Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında verdiyi müəyyən edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 235.4.3-cü maddələrinin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş çəkilməmiş qalan 01 il 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinin himayəsində azyaşlı uşaqlarının olması, dəymiş ziyanın ödəmələri və zərərçəkmiş şəxslə barışmaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onların cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarları ilə əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat zamanı və məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 45,67 117-120, 126-129) İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.6 və 182.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə qərarlar qəbul edilmiş, lakin onlar istintaqdan qəsdən gizləndikləri üçün barələrində həmin tarixdə axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 könüllü Abşeron RPİnə gəlmiş və RPİ-nin MSY-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən həbsetmə müddətinin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmaqla 03 ay 6 gün müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Çobanov X15 rayonu ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 barəsində Abşeron rayon Məhkəməsi tərəfindən həbsetmə müddətinin əvvəli 25 aprel 2022-ci il tarixdən hesablanmaqla 02 ay 10 gün müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. ( cild 1, iş vərəqə 148-157, 169-170, 199-203, 228-230, 156, cild 2 iş vərəqə 1-4) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 mart 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 mart 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli isə 25 aprel 2022-ci il tarixdən, hesablanmalıdır. Barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan «Renault Megan» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istintaq zamanı saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.1, 182.2.3-cü maddələri ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 235.4.3-cü maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş çəkilməmiş qalan 01 il 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 11 ay ( on bir) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.1, 182.2.3-cü maddələri ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 235.4.3-cü maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.1, 182.2.3-cü maddələri ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 235.4.3-cü maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.1, 182.2.3-cü maddələri ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 235.4.3-cü maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan «Renault Megan» markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istintaq zamanı saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar