1 Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-73/2025 16.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxslərin hüquqi varisləri- Zərərçəkmiş şəxs6, X9, mülki iddiaçı X23, Zərərçəkmiş şəxslərin nümayəndələri- Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi- X24, Tərcüməçi- X31, Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 120.2.4, 120.2.7, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,186.2.1, 29,186.2.2, 228.1, 229.1, 229.4-cü maddələri və 228.4-cü maddəsi (köhnə redaksiyada) ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 1997-ci ildə azyaşlı olarkən istintaqa məlum olmayan tarixdə və yerdə tanışı 1982-ci il təvəllüdlü X58 tərəfindən əxlaqsız hərəkətlər edilməsi ilə əlaqədar sonuncuya nifrət hissi bəsləmiş və qisas almaq üçün əlverişli zaman və şəraiti gözləsə də Anar Fərəcovun 28 iyun 2015-ci il tarixdən ölkə hüdudlarını tərk etməsi və geri qayıtmaması səbəbindən qisasını Anar Fərəcovun ailəsindən almaq qərarına gəlmiş, bu məqsədlə sonuncunun ailə üzvlərinin və yaxınlarının yaşadığı evdə yanğın və partlayış törətməklə evi məhv etmək, evdə olan bütün ailə üzvlərini və yaxınlarını öldürmək qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz olaraq kustar üsulla soyuq silahlar hesab edilən 1 ədəd 450 mm uzunluğu olan, tiyə və dəstək hissədən ibarət qatlanmayan xəncər, 2 ədəd 335 mm uzunluğu olan, tiyə və dəstək hissədən ibarət qatlanmayan bıçaq, 1 ədəd 225 mm uzunluğu olan, tiyə və dəstək hissədən ibarət 1 2 qatlanmayan bıçaq, 1 ədəd 550 mm uzunluğu olan, tiyə və dəstək hissədən ibarət qatlanmayan bıçaq hazırlamış, həmçinin cinayətkar niyyətini həyata keçirmək üçün 27 oktyabr 2023-cü il saat 21:40 radələrində evinin yaxınlığında yerləşən “Socar” yanacaq doldurma məntəqəsindən 7 litr Aİ92 markalı benzin alıb yaşadığı Sumqayıt şəhəri 16-cı mikrorayon 7-ci keçid 84A saylı evə gəlirib oruda benzini müxtəlif həcmlərdə olmaqla 4 ədəd qaba töküb qablaşdırdıqdan sonra istintaqa məlum olmayan vaxtda və şəraitdə əvvəlcədən evinə gətirdiyi metal materialdan ibarət qırmızı rəngli yanğınsöndürmə balonunun içərisinə istintaqa məlum olmayan vaxtda Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində yerləşən "Ovçular” mağazasından almış olduğu nitrat qrupundan olan karbon, alüminium, natrium kimi kimyəvi elementlər və partlayıcı maddə-tüstüsüz barıt hissəcikləri dolduraraq qanunsuz olaraq partlayıcı qurğu hazırlamış, ardınca evində olan özünə məxsus qanuni əsaslarla saxladığı, 16 kalibrli. “K06553” nömrəli “İJ-K” modelli, atəş açmaq üçün yararlı yivsiz-təhlükəli odlu ov silahını qabına qoyub çiynindən asmış, qanunsuz olaraq hazırladığı partlayıcı qurğunu qablaşdırdığı benzin qabları ilə birlikdə sellofan torbada saxlayıb daşımaqla 1 ədəd soyuq silah hesab edilməyən təsərrüfat-təyinatlı balta, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, soxuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı bıçaq və qanunsuz olaraq hazırladığı 1 ədəd soyuq silah hesab edilən 550mm uzunluğu olan, tiyə və dəstək hissədən ibarət qatlanmayan bıçağı üzərində gəzdirməklə, 28 oktyabr 2023-cü il saat 05:50-də X6 məxsus Sumqayıt şəhəri 16-cı mikrorayon 7-ci keçid 89A saylı 2 mərtəbəli fərdi evin arxa girişindən gələrək, hasardan həyətə tullanmış, evdə partlayış və yanğın törətməkdən ötrü evin yay mətbəxinin yerləşdiyi hissəyə, ön pənəcərəsinə və giriş qapısına benzin töküb özü ilə gətirdiyi partlayıcı qurğunu çöl tərəfdən mətbəxin pəncərəsinin qarşısına qoyaraq alışdırıb partlayış və yanğın törətmiş, ardınca həmin yerdə, yəni evin bağçasında pusquda durub, ev sakinlərinin giriş qapısından çıxmasını gözləmiş, partlayışa və yanğına görə evin birinci mərtəbəsindən həyətə ilk çıxan X48ma əri X54 və az yaşlı qızı Zərərçəkmiş şəxs3 gözləri qarşısında, xüsusi əzab və iztirab verdiyini dərk edərək, ümumi təhlükəli üsulla 16 kalibrli. "K06553” nömrəli “İJ-K" modelli, yivsiz-təhlükəli odlu ov silahı ilə 1 dəfə atəş açmaqla Susana Karakaşa kəskin qan itirmə nəticəsində ölümünə səbəb olan boyunun ön səthinin qırtlaq, nəfəs borusunu, qida borusunu, sol ağciyəri zədələyən odlu silah yaraları, dəri, dərialtı toxuma, vidaçi vena, qırtlaq arteriya və venalarının, qırtlaq əzələlərinin, udlaq arteriya və venalarının, boyunun pilləli əzələlərinin zədələnməsi ilə müşayiət olunan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yelirmiş, ardınca evdən çıxan X60 az yaşlı qızları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 gözləri qarşısında, xüsusi əzab və iztirab verdiyini dərk edərək 1 dəfə atəş açmaqla Serkan Karakaşa qarın boşluğu üzvlərinin zədələnməsi nəticəsində ölümünə səbəb olan qarının dəlib-keçən odlu silah güllə yaralanması ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra evin ikinci mərtəbəsindən Zərərçəkmiş şəxs1 və X5 evin həyətinə səs-küyə gəldiyini və Zərərçəkmiş şəxs1 evin həyət darvazasını açdığını görüb X5 gözü qarşısında, xüsusi əzab və iztirab verdiyini dərk edib, ilkin olaraq arvadı Zərərçəkmiş şəxs1 1 dəfə atəş açmaqla sonuncuya sol qalça sümüyünün, oma sümüyünün odlu silah yaralanmasından sonrakı açıq sınıqları, sol sağrı nahiyəsinin yaraları, sol oturaq sinirinin travmatik neyropatiyası ilə müşayiət olunan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, ardınca X6 1 dəfə atəş açmaqla sonuncuya kəskin qan itirmə nəticəsində ölümünə səbəb olmuş, sağ bazunun orta 1/3-nin odlu silah yaraları, dəri, dərialtı toxuma, bazu arteriya və venasının. bazunun iki və üçbaşlı əzələlərinin zədələnməsi ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra isə öz ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar həmin evə kömək məqsədi ilə gələn qonşular X32 və oğlu X33 bir-birilərinin gözü qarşısında, xüsusi əzab və iztirab xerdiyini dərk edərək 1 dəfə atəş açmaqla Zərərçəkmiş şəxs5 qarının ön divarının daxilə keçən odlu silah yarası, nazik bağırsağın və acı bağırsağın didilmiş-deşilmiş yaraları, sol budun 3 ədəd deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs4 isə sol sağrı nahiyəsinin odlu silah yarasından yaranan qəlpə yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə. 3 nəfəri- X25, X61 və X7 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüş yəni, digər şəxsləri qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs1. X26 və X27 vaxtında xəstəxanaya çatdırılması və tibbi yardım göstərilməsi səbəbindən, evdə azyaşlı olması ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 atalarının xəbərdarlığına əməl edərək evdən çölə 2 3 çıxmamaları, həmçinin artıq qonşuların köməyə gələrək yanan evdən azyaşlıları çölə çıxarması səbəbindən öz cinayətkar niyyətini başa çatdıra biləməyərək, ikisi köməksiz vəziyyətdə olmaqla ümumilikdə 5 nəfəri xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürməyə yəni, digər .şəxsləri qəsdən həyatdan məhrum elməyə cəhd etmiş, X6 məxsus orla bazar qiyməti 220.000 manat dəyərində olan Sumqayıt şəhəri, 16-cı mikrorayon. Ü. Hacıbəyov küçəsi ilə İ.Qayıbov küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 200 kv.m olan. 2 mərtəbəli 89A №-li yaşayış evini içərisindəki müxtəlif təyinatlı məişət əşyaları ilə birlikdə yandırmaq və partlatmaqla qəsdən məhv etmək istəsə də, qonşular tərəfindən çağırılmış X55 İdarəsinin 21 nömrəli yanğından mühafizə hissəsinin əməkdaşlarının yanğını vaxtında söndürmələri səbəbindən evin əşyalarla birlikdə 4495 manat məbləğində olan hissəsini məhv elməklə öz cinayətkar niyyətini başa çaldıra bilməyib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmağa cəhd elmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 yaşında olarkən, yəni 1997-ci ildə Fərəcov Anar ona qarşı əxlaqsız hərəkət etmişdir. Onun nə atası, nə anası pis insan olmamışdır ki, o, bu hərəkətə məruz qalsın. Əgər Anar ona qarşı bu hərəkəti etməsə imiş, onun da indi ailəsi, uşağı olarmış. O, bu nifrətlə 26 il yaşamış, onun ailəsini görmüş, uşaq vaxtı da dəfələrlə Anarın üzünə “kislota” tökmək istəmiş, həmin “kislota” hələ də onun evinin qarajındadır. Amma Anarı tək tuta bilməmiş, bunun üçün gücü də olmamışdır. Özü fəhləlik edib pul toplayıb barıt almış, o heç utanıb atasına başına gələnləri danışa bilməmişdir. O, həmişə əxlaqı ilə, şərəfi ilə yaşamışdır. Amma 26 il sonra artıq dözə bilməmişdir. Yaşadıqları evin birinci mərtəbəsi atası rəhmətə gedəndən ona aid olmuş, bütün ləvazimatları alıb orada kustar üsulla hazırlamışdır¸ hal-hazırda həmin əşyaları polis aparmışdır. Ayın 28-i gecəsi hazırlıqlara başlamış, 01 kq 200 qram barıt almış, yanğınsöndürən balona barıtın 1100 qramını doldurmuşdur. Əvvəlcədən planlaşdırmışdır ki, Etibargilin həyətinə daxil olub bu hadisəni törədəcək, çünki orada kamera olmağını bilmişdir. 2 ədəd alışdırıcı, partlayıcı qurğu, balta, özü hazırladığı xəncər və mətbəx bıçağını götürüb yola düşmüşdür. Onun məqsədi uşaqlardan başqa hər kəsi öldürmək olmuş, orada qonaq da olsa o evdə sağ adam buraxmayacaqmış. Balonu aparmış çöl mətbəxlərinə yerləşdirmiş, alışdırmışdır. Birinci, Karakaş Susana çıxmış və o, ov tüfəngi ilə ilk atəşi ona açmış, həmin patron rəhmətlik atasından qalmışdır. Bütün kəmərini patronla doldurmuşdur. Susananın arxasınca Sərkan gəlmiş, həmin zaman qarşı tərəf onu görməmişdir. Orada kirayədə qalanın evi də olmuşdur, oradan bir qadın içəridən çıxmış, ona demişdir ki, onunla işi yoxdur, içəri girmişdir. Sonra Sərkan yaxınına gəlmiş, o da öz-özünə söz vermişdir ki, müəyyən bir məsafə təyin eləmişdir, kim o qədər yaxınına gəlsə, ona atəş açacaq. Sonra o, içəri getmiş, uşaqlardan biri çölə çıxmış, anasına baxmış, o da onu vurmamışdır. Bu zaman Zərərçəkmiş şəxs1 darvazadan çölə çıxmaq istədiyini görmüş, bu baş tutmasın deyə arxadan ona bir güllə vurmuşdur. Sonra o, patronu dəyişənə kimi arxadan tanımadığı bir şəxs görmüş, amma haradasa 3 metr məsafələri olmuş və o, bilmişdir ki, bu ailədən deyil, ona da tez keçib getməsini söyləmişdir. Həmin vaxt Dağbəyi çölə çıxıb soruşanda ki, ”həyətdəki nədir, qızım?” onda xanım qayıdıb demişdir ki, “həyətdə silahlı var”, o da bir güllə də Dağbəyiyə atıb onu öldürmüşdür. O, elə başa düşmüşdür ki, Zərərçəkmiş şəxs1 artıq ölmüşdür . Lakin ölməyibmiş və durub yenidən qapını açdığını hiss etdiyi an bir dəfə də atəş açmış və əslində həmin zaman bilmədən Etibarı vurduğunu, yəni qırmaların ona dəydiyini sonradan öyrənmiş, əslində onun Etibarı vurmaq niyyəti olmamış, nə də Mehmanla düşmənçiliyi olmamışdır. Sonra görmüşdür ki, artıq ətraf binalarda, evlərdə hamı oyanmış, işıqlar yanmış, əşyalarını götürüb oradan uzaqlaşmışdır. Qapıdan çıxanda binanın qarşısındakı adamları görmüş, əlində silah oradan qaçmışdır. Onun məqsədi atasının məzarına getmək olmuş, siqaret çəkmiş, əşyalarını bir yerə aparıb qoymuş, atasının qəbrinin üzərinə getmiş, onun üçün alacağı cəza önəmli olmamışdır. Sonra gedib bir neçə saat əmisigildə yatmışdır. Daha sonra öz evlərinə gəlmiş, evdə də heç kimin hadisədən xəbəri olmamışdır. 2 gün evdə olmuş, heç kimə heç nə danışmamış, xəbərlərdə hadisəni eşitmişdir. Bu hadisədən əvvəl onun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası olmuşdur. Sonra ona zəng gəlmiş və müstəntiq demişdir ki, “sizi oazadlığın məhdudlaşdırılması cəzası ilə bağlı qoroddelə çağırırıq.” Avtobusla getmiş, “Şəhanə” restoranının qarşısında düşmüş və anası ona zəng edib polislərin evlərinə gedib onu axtardığını demişdir. O da taksi ilə polis idarəsinə getmişdir. Orada ondan soruşdular ki, “16-cı mikrorayondakı hadisədən xəbərin var?”. 3 4 Demişdir ki, bəli, o etmişdir. Sonra polis əməkdaşları onu alçaltmağa başlamış, ona videogörüntü göstərib o olub-olmadığını və silahın kimə aid olmasını soruşmuşlar. O videodakının özü olduğunu və silahın atasına məxsus olduğunu demişdir. Sonra onu prokurorluq orqanına aparmış və bütün paltarlarını almış, izahatını almışlar. Onu “KPZ”-yə apardıqdan sonra cinayət törətdiyi yerə aparmışlar və videoçəkilişlə o hər şeyi danışdıqdan sonra gedib silahlarını da götürmüşlər. Verilən suallara cavab olaraq bildirdi ki, Anar onunla bir küçədə yaşamışdır, o hərəkəti də ona qarşı bir dəfə etmişdir. O da bu barədə heç kimə heç nə deməmişdir. Sonuncu dəfə Anarı 2012-ci ildə görmüş, harada olduğunu bilməmiş,öyrənmək imkanı da olmamışdır. Anarın ailə üzvləri ilə heç bir əlaqəsi olmamışdır, onun haqqında heç nə soruşmamışdır ki, ondan şübhələnib qaçıb gedərlər. 21-i gecəsi belə bir şey etməyi tam qətiləşdirmişdir, alətləri hazırlamaq vaxtını aldığına görə ayın 28-inə qalmışdır. O, maşın ustası olmuşdur deyə belə alətləri hazırlamağın mexanizmini bilmiş, onların evinə həmişə ehtiyatla yanaşmışdır. Mehman və Etibarla heç bir problemi olmamışdır, Dağbəyiyə güllə atanda qırmaları Etibara dəymiş, heç bir əməlindən peşman olmamışdır. O, həmin həyətə uşaq vaxtı atası ilə getmiş, evdə hadisə vaxtı kimin olubolmamasını bilməmiş, evin quruluşunu isə illərlə çöldən izləmişdir. Həyətdə iki ev olduğunu bilmiş, qapıdan içəri girəndə bir evin işığı yanmışdır. Kimin orada yaşadığını bilməmiş, amma hesab etmişdir ki, Dağbəyigil orada yaşamır, çünki özlərinin ikimərtəbəli evi olmuşdur, ona görə o evi yandırmamışdır. Bilməmişdir ki, o evdə kirayəşin qalır. Onun həyətdə hazırlıq işləri təxminən beş dəqiqə çəkmiş, çünki evdən hər şeyi hazır gətirmişdir. O, özünə məqsəd qoymuşdur ki, kimsə ona metr yarımdan az yaxınlaşsa, onu vuracaq. Amma kirayəşin uzaqdan keçmiş, ona demişdir ki, “qurban olum, məni öldürmə”. O da bilmişdir ki, o Fərəcovların ailəsindən deyil. O, xüsusi planlaşdırmamışdır ki, o evə gecə 5-də gedəcək, sadəcə hazırlıqları o vaxta qurtarmışdır deyə onda getmişdir. Qonşu gələndə artıq 3 nəfəri vurmuşdur: Tərlan, Serkan, Susananı. Kirayəşin Susananın yanında ağlayıb qışqırmışdır ki, ”uşaqlar, çölə çıxmayın,çöldə silahlı var”. Qonşuları o, kölgə kimi görmüşdür. Əsas yanındakı hasara diqqət yetirmişdir ki, kimsə oradan onu vurar. Bütün bu hadisələr cəmi 10-15 dəqiqə çəkmişdir. Güllələr təkatılandır və onları tez-tez doldurmaq mümkündür. Təxmini 5-6 güllə istifadə etmişdir. O, Məzahirin evinə sadəcə yaxın olduğu üçün getmişdir, axırıncı dəfə onu hadisədən aylar əvvəl görmüş, Məzahirin evinə çatanda hava işıqlanmışdır. O, qətiyyən bilməmişdir ki, Anar o evdədir, ya yox. Onun məqsədi o olmuşdur ki, kim ona yaxınlaşsa, onu vursun, onun Karakaş Serkanı vurmaqda başqa səbəbi olmamışdır. O, Anarı məktəb vaxtı dəfələrlə öldürməyə çalışmış, lakin sonra istəməmişdir ki, atası bu hadisəni bilsin. Özünü 50 faiz təqsirli bilmişdir, o, bu yolu ona görə seçmişdir ki, digər qisas yolları onu tam razı sala bilməyəkmiş. Heç bir psixoloji problemi olmamışdır. O, kameralara düşdüyünü, bu hərəkətləri onun elədiyini Anarın öyrənəcəyini bilmişdir. Bu qisas fikrinə o, 2020-ci ildə düşmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, qonşuluqda yaşadıqlarına görə Dağbəyi Fərəcovun ailəsini uşaqlığından bəri tanımış, X22 və Anar ilə birlikdə Sumqayıt şəhəri 34 saylı orta məktəbdə oxumuş, təhsil aldığı müddətdə Süsanə ilə arasında heç bir düşmənçilik, ədavət, yaxud xoş münasibət yaranmamış, 1997-ci ildə məktəbdə 4-cü sinifdə oxuyanda məktəbdə dərs ilinin bitməsindən sonra, yəni may-iyun aylarında Sumqayıt şəhəri 16-cı mikrorayonda yaşadığı 84a saylı evdən Anar Fərəcovun yaşadığı evin əksi istiqamətdə 5 ev sonra iki mərtəbəli yarımtikilinin ikinci mərtəbəsində oyun oynadığı vaxtda Anar Fərəcov onu boynundan sol əli ilə tutub əynindəki sarı rəngli şortiki dizinə qədər endirib özünün penisini onun arxasına sürtüşdürmüş, onun arxasına sürtüşdürdükdən sonra geri baxdıqda Anarın penisinin sərtləşdiyini görmüş, beş-on saniyə çəkdikdən sonra Anarın əlindən xilas olub yaşadığı evə ağlayaraq qaçıb getmiş, Anarın ona qarşı bu hərəkəti etməsini heç kim görməmiş, bu barədə ailə üzvlərindən heç kəsə danışmamış, Anarın özü ilə də bu hadisə barədə heç nə danışmasa da, həmin vaxtdan Anara qarşı böyük nifrət və kin bəsləmişdir. Anar bundan sonra da ona heç vaxt bu hərəkətini təkrar etməmiş, bu hadisədən illər keçsə də, Anardan qisasını ala bilməmiş, bunu özünə utanc bildiyinə görə də heç vaxt ailə qurmamış, lakin heç vaxt heç kəsə bundan danışmamış, təxminən 2013-cü ildə Anarı sonuncu dəfə görmüş, həmin vaxtdan sonra Anarın Azərbaycandan getdiyini bilmiş, lakin Anarın hansı ölkəyə köçüb getdiyini bilməmiş, başına Anarın törətdiyi bu hadisə gəldikdən sonra Dağbəy Fərəcovun ailəsini bütövlüklə məhv etmək arzusunda olmuş, evində hər zaman atası 4 5 Məhəmməd Tağıyevə məxsus 16 kalibrli təklüləli ov tüfəngi olmuş və atası Məhəmməd ona uşaqlığından odlu silahı işlətməyi öyrətmiş, 2016-cı ilin iyun ayında atası Məhəmməd Tağıyev ağciyər xərçəngi səbəbindən dünyasını dəyişdikdən sonra həmin silah rəsmi olaraq onun adına Sumqayıt şəhər Polis İdarəsində qeydiyyatdan keçirilmiş, 2022-ci ilin son aylarında işlədiyi Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən dəmirçi sexində dəmir tullantı kimi yanacaqdoldurma balonu tapmış, həmin balonun başlığına 1,5 sm-lik dəmir başlığı qaynaq edərək gələcəkdə partlayıcı qurğu düzəltmək üçün yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon 84a saylı evə aparıb qarajında saxlamış, 2022-ci ildə hazırda xatırlamadığı tarixdə Sumqayıt şəhəri 21-ci məhəllədəki “Ovçular” mağazasından 48 manat müqabilində 600 qram yaşıl barıtı, xatırlamadığı məbləğdə pulun müqavilində 40 ədəd ov tüfəngi üçün boş giliz satın almış, bundan sonra 2023-cü ildə ona məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqəda elektron nəzarət vasitəsinin tətbiqindən bir gün əvvəl eyni yerdən 48 manat müqabilində 600 qram yaşıl barıt satın almış, bundan başqa xatırlamadığı məbləğə xatırlmadığı sayda boş giliz satın almış, bu barıtı satın almaqda məqsədi həmin balonun içərisinə yerləşdirib partlayıcı qurğu hazırlamaq və Dağbəyi Fərəcovun evini partladıb yandırmaq olmuşdur. 27 oktyabr 2023-cü ildə saat 23 radələrində cinayətkar niyyətini həyata keçirmək üçün hazırlıq işlərinə başlamış, bunun üçün Sumqayıt şəhərində “Qayalı” marketin yaxınlığındakı Socar yanacaqdoldurma məntəqəsinə gedərək 7 manat pul verib evdən gətirdiyi plastik qabda Aİ92 benzin satın alıb göy sellofanda özü ilə götürərək evinə gəlmiş, yaşadığı evdə öz yatdığı otaqda masanın üzərində kağızdan qıf düzəldib yanğınsöndürən balona əvvəlcədən qaynaq etdiyi 1,5 sm başlıqdan 1100 qram çəkidə yaşıl barıtı doldurmuş, bu onun 4 saata yaxın vaxtını aparmış, bu balonun ağzını İran istehsalı yapışdırıcı ilə bərkitmiş, satın aldığı benzini 3 ədəd plasmas materialdan “İce tea” butulkasına və 1 ədəd gümüşü rəngli “Danzka” spirtli içki qabına doldurmuş, əvvəlcədən satın aldığı tibbi bintini benzində isladıb yaş hala gətirmiş, əvvəlcə yaşadığı evdə öz otağında belinə ov tüfənginin patronla dolu kəmərini bağlamış, kəmərin üstündə hansı sayda parton olmasını saymamış, lakin, kəmərin bütün bölmələrində patronlar olmuş, evində saxladığı ov tüfəngini üzlüyü ilə birlikdə özü ilə götürmüş, evdən adi sellofan torba götürüb həmin torbaya benzin qutularını və içində qalıq benzin olan yanacaqdoldurma məntəqəsindən benzin aldığı plastik qabı yerləşdirmiş, başqa bir sellofan torbaya partlayıcı qurğunu və 2 ədəd alışdırıcım qoymuş, balta, işlədiyi vaxtdan kustar üsulla hazırladığı xəncəri patrondaşın yanında belinə salmış, mətbəx bıçağını cibinə qoymuş və saat 05:50 radələrində hazırlıqlı vəziyyətdə Dağbəy Fərəcovun yaşadığı evə getmiş, həyət evinin arxa giriş qapısı tərəfdəki divar qonşuluğunda yaşayan əslən Gədəbəyli olan polis əməkdaşı Etibarın həyətinə girmiş, həyətə girməzdən əvvəl tüfəngdən başqa digər əşyaları Dağbəy Fərəcovun qapısının qarşısında yerə qoymuş, Etibarın həyətindəki divardan boyu hündürlükdə özünü tutub dartıb hasarın üstünə qalxmış və Dağbəyi Fərəcovun evinin həyətinə tullanmış, həyətdən Dağbəy Fərəcovun evinin qapısını açmış və qapıdan çöldə yığdığı əşyaları götürmüş, evin həyətindən keçib benzin qabdan mətbəxin pəncərəsinin qarşısında taxta stol, ayaqqabı və üstündən paltar asılmış ipin yanma tökmüş, mətbəx pəncərəsinin nəfəsliyi açıq olduğuna görə butulka ilə benzini içəriyə də sıçratmış, daha sonra Dağbəyi Fərəcovun yaşadığı evin birinci mərtəbəsinin giriş qapısının ayaqaltısına benzin töküb islatmış, onun məqsədi evi yandırıb partlayış törədərək içərisindəki bütün ailə üzvlərini öldürmək olmuş, yanğınsöndürən balondan düzəltdiyi partlayıcı qurğunu mətbəx pəncərəsinin tininə qoymuş, həmin qurğunu oraya qoymazdan əvvəl benzinlə islatdığı binti başına sarımış və kirayəşinin yaşadığı ev tərəfə doğru binti açmış, alışqanla ilk olaraq mətbəxin pəncərəsinin qarşısındakı ayaqqabı və taxtaları yandırmış, sonra isə binti kirayəşinin evi tərəfdən alışdırmış, bint yansa da, davamlı alışdırma davam etmədiyinə görə qurğunun tini tərəfdən divar tərəfdən bintin hissəsini yandırmış, ətraf alışdıqdan sonra o, ov tüfəngini götürüb evin bağçasına tərəf Dağbəyi Fərəcovun evinin tinində dayanmış, tüfəngi evin giriş qapısına tuşlamış, içəridən səs gəlmiş və evin qapısı açılmış, çölə çıxan X22 olmuş, Süsanə ilə 6-7 metr məsafəsi olduğundan, Süsanəni görən kimi sifətini nişan alıb bir dəfə atəş açmış, Süsanəyə atəş açanda tüfəngdə nisbətən böyük noxud qırması olmuş, bu patronu ov tüfənginə hadisə yerində qoymuş, bu parton mərhum atası Məhəmməddən xaritə qalan patron olmuş, bu patronu xüsusi olaraq qisasını həyata keçirəndə ilk atəş açmaq üçün saxlamış, Süsanəyə atəş açdıqdan sonra boğazından qan fışqırmış, bu onun üçün çox böyük həzz olmuş, çünki Süsanədən qan fışqıranda qisasını almağa başladığını fikirləşmiş, ancaq onun məqsədi Süsanənin 5 6 övladlarının ağlayışlarım, hayqırışlarım görmək və ailənin bütün üzvlərini öldürmək olmuş, Süsanədən sonra evdən əri Türkiyə Respublikasının vətəndaşı, əvvəllər tanıdığı, lakin, adını bilmədiyi şəxs çıxmış, bu aradan bağda tut ağacının yanma çəkilib tələsik ov tüfənginin güllə yuvasından gilizi boşaldaraq, yeni parton qoyub əvvəlki mövqeyinə qayıtmış, sonradan adının Sərxan olduğunu bildiyi, Süsanənin əri olan həmin şəxsə doğru da bir dəfə atəş açmış, atəş açılan patronun güllə və ya qırma olmasını xatırlamamış, atəş açdıqdan sonra təkrar tut ağacının yanına gələrək, yenidən silahı patronla doldurub əvvəlki mövqeyinə qayıtmış, evin ikinci mərtəbəsindən əvvəlcə Dağbəyi və arxasınca arvadı Tərlan gəlmiş yanğın artdığından onlar onu görməmiş, buna görə də tüstülər arasından Tərlanın evin darvaza qapısını açmasını görmüş və Tərlana atəş açmış, zərbədən Tərlan yerə yıxılmış, yenidən tut ağacının yanma gedib tüfəngi patronla doldurmuş və əvvəlki mövqeyinə qayıtmış, kirayə evindən bir nəfər qadın çıxmış, o, tanımadığı qadını görəndə silahı həmin qadına tuşlamış, qadın qorxaraq ondan imdad diləyib “Qurban olum, məni öldürmə” demiş və ayaqları dolaşıb yerə yıxılmış, həmin qadını əvvəllər həyətdə görməmiş, qonşu kimi də tanımamış, o, ailədən olmayan heç kəsi öldürmək fikrində olmadığından həmin kirayəşin qadına atəş açmamış və “sənlə işim yoxdur, keç” demiş, onun bu sözündən sonra qadın Dağbəy Fərəcovun evinin birinci mərtəbəsinə Süsanənin meyitinin yanma getmiş, oraya çatanda həmin kirayəşin qadın Süsanənin uşaqlarına “Çıxmayın çölə, girin evə” sözlərini demiş, uşaqların “ana, ana” deyərək qışqırıb ağlamaqlarını eşitmiş, bunu eşitdikdə həzz almış, həmin vaxt Dağbəyi “bu nə partlayışdı, ay Allah” sözünü işlətmiş, bu sözündən sonra o, silahı Dağbəyiyə tuşlayıb atəş açmış, o. Dağbəyiyə atəş açanda ondan təxminən 8 metr aralı evin həyətinin qapısının yanında olmuş, atəşindən sonra Dağbəyi yıxılmamış, yenidən tut ağacının yanma qayıdıb tüfəngi dolduraraq həmin tərəfə atəşlər açmış, neçə dəfə atəş açmağı xatırlamamış, atəş artdığına görə yeni tikili tərəfə çıxıb adi yerişlə Corat qəsəbəsi istiqamətinə hərəkət etmiş, yolda silah əlimdə olmuş, Corat qəbristanlığı tərəfdə yerləşən yanında işlədiyi ustası Məzahirin evinə gəlmiş, Məzahirə ailədə probleminin olduğunu, əlindən xata çıxmaması üçün ov tüfəngini və kəsici əşyalarını evində saxlamasını Məzahirdən xahiş etmiş, Məzahir ondan tüfəngin sənədi olub-olmadığını soruşmuş, tüfəngin vəsiqəsini də verib, baltanı, mətbəx bıçağını xərçəri, qaz balonlu qaynaq qurğusunu, ov tüfəngini Məzahirin evində kreslonun arxasına özü qoymuş, iki gün evində yatmış, bu hadisəni törətməyini heç kimə danışmamış, kameralara düşdüyünü və oxşar görüntülü şəxslərin polisə çağırıldığını eşitmiş, daha sonra onunla tanımadığı bir nəfər telefon əlaqəsi saxlayıb polis idarəsinə çağırmış və gəlməyinin vacib olduğunu demiş, Polis İdarəsinə gəldikdən sonra könüllü təslim olmamış, əvxəlcə etdiyi əməli deməsə də, Sumqayıt şəhər polis idarəsinin 2-ci mərtəbəsində əməliyyat müvəkkilləri ona videogörüntünü nümayiş etdirdikdən sonra nəyisə gizlətməyin mənasız olduğunu başa düşərək əməlini etiraf etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün onun ayağına elektron nəzarət vasitəsi taxılmış, həmin nəzarət vasitəsi də ona təqdim olunmuş “smartfon” telefon vasitəsinə bağlı olmuş, xx.xx.2023-cü il tarixdə saat 05:22-də cinayətkar niyyətini həyata keçirmək üçün Dağbəyi Fərəcovun evinə yollananan zaman elektron nəzarət vasitəsinin bağlı olduğu “smartfon” telefon vasitəsini itirəcəyindən ehtiyat etdiyi üçün onu evdə qoymuş, belə ki, Dağbəyi Fərəcovun evinə hasardan girməyi planlaşdırdığından ona görə telefonun cibindən düşərək qırılacağından ehtiyatlanmış, o, cinayətkar niyyətini başa çatdırdıqdan sonra həmin qurğunu evindən götürərək üzərində saxlamış, Anar Fərəcovun ona qarşı əxlaqsızlıq etməsi barədə heç kəsin məlumatı olmamış, bu barədə onun şərəf və ya ləyaqətini alçaldan olmamış, qisas almaq niyyətilə Dağbəyi Fərəcovun evinə gedən zaman, o, evdə Dağbəyi Fərəcovun. Zərərçəkmiş şəxs1, Suzana və Serkan Karakaşın və 2 qızının yaşadığını bilmiş, onun konkret olaraq Anar Fərəcovun ailəsini yəni Dağbəyini, Tərlanı və Susananı əri Sərkan Karakaşı öldürmək niyyəti olmuş, uşaqları isə öldürmək niyyəti olmamış, sağ saxlayaraq onun uşaq vaxtı çəkdiyi iztirabların eynisini yaşatmaq məqsədi olmuş, Serkan Karakaş da Suzananın əri olduğundan onun üçün həmin ailədən sayılmış ona görə də Serkanı da öldürmüş, o, evi alışdırarkən və partlayıcı maddəni partladarkən, partlama radiusunu dəqiq bildiyindən evi yandıran zaman heç kəsin xəsarət almayacağına əmin olmuş, belə ki, evi yandırmaqda məqsədi evdəkilərin çölə çıxmasına nail olub, onları tüfənglə öldürmək olmuş, hadisə vaxtı o, darvazanı açaraq çölə qaçmağa çalışan Zərərçəkmiş şəxs1 atəş açmış, lakin güllə həmin vaxt köməyə gəlmiş Etibar və Zərərçəkmiş şəxs5lərə də dəymiş, onun Etibar və 6 7 Zərərçəkmiş şəxs5ləri öldürmək niyyəti olmamış, hadisə vaxtı o. Suzana, Serkan və Dağbəyinin ağır dərəcədə yaralanaraq öldüklərinə əmin olsa da Zərərçəkmiş şəxs1 darvazadan çölə çıxdığı üçün öldüyünə əmin olmamış, buna görə də qisasının yarımçıq qaldığını fikirləşmiş, bununla belə qisasını qismən də olsa aldığı üçün hadisədən sonra tüfəngini aparıb ustası Məzahirin evinə qoyduqdan sonra “Yaşıldərə” massivində yerləşən qəbirstanlıqda dəfn olunmuş atasının qəbrini ziyarət edərək qisasını qismən aldığını atasının ruhu qarşısında bildirmiş, bununla belə polislər tərəfindən tutulmayacağı təqdirdə, gələcəkdə Zərərçəkmiş şəxs1 və oğlu Anar Fərəcovu öldürərək qisasını tamamlamaq fikri olmuş, onun dəmirçi kimi işlədiyi sex “SOCAR” yanacaq doldurma məntəqəsinin arxasında yerləşdiyindən xx.xx.2023-cü il tarixdə saat ll:00-dan 18:00-dək həmin ərazidə olmuş, hadisə zamanı Dağbəyi Fərəcovun həyətində kirayə yaşayan Şahid1 öz evindən çıxaraq cəmi bir dəfə onun yanından keçib, Suzananın meyitinin başında yerə əyilmiş, həmin vaxt o, artıq Dağbəyi Fərəcovun darvazası istiqamətində atəş açdığından Rənaya güllə dəyməmiş, Anar Fərəcov ölkə hüdudlarından getməmişdən əvvəl, o, Xızı rayonunda atası ilə birlikdə fermada işlədiyindən çox vaxt orda qalmış və Anar Fərəcovla çox qarşılaşmamış, həm də mənəvi cəhətdən qisasını almağa hazır olmamış, bununla belə məktəbdə oxuyarkən Anara xəsarət yetirmək üçün məktəbə üzərində “kislota” aparmış, lakin Anarla qarşılaşmadığı üçün niyyətini həyata keçirə bilməmiş, Anar Fərəcov ölkə hüdudlarından getdikdən sonra uzun müddət gözləsə də Anar Fərəcov geri qayıtmadığına görə o, nəhayət xx.xx.2023-cü il tarixdə qisasını Anar Fərəcovun ailəsindən almaq qərarına gəlmişdir.( i.v. İİİ cild 151-158) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 1979-cu ildə X15 ilə ailə qurmuş, həmin nikahdan 1980-ci ildə Vüsalə Fərəcova, 1982-ci ildə Anar Fərəcov və 1985-ci ildə Susana Karakaş dünyaya gəlmiş, 1990-cı ildə ünvan 2 ünvanında yerləşən fərdi evə köçüb yaşamağa başlamış, 2000-ci ildə qızı Vüsalə Fərəcova ailə qurub, Rusiya Federasiyasına köçərək uzun müddət orada yaşamış, daha sonra isə Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən evə köçmüş, qızı Susana isə 2007-ci ildə Türkiyə Respublikası vətəndaşı X74 ilə ailə həyatı qurmuş, oğlu Anar Fərəcov 2010-cu ildə İsveçrəyə köçəndən sonra həyat yoldaşı Dağbəyi qızı Susana və əri Serkanı da yaşamaları üçün onları öz yaşadıqları evə gətirmiş, çünki evdə o və həyat yoldaşından başqa heç kəs olmamış, Serkan və Susananın nikahdan Cansu və Yağmur adlı qızları dünyaya gəlmiş, nəvələri də onlarla birlikdə yaşamış, onların evləri iki mərtəbəli olmaqla Susana öz ailəsi ilə birinci mərtəbədə, o və Dağbəyi isə ikinci mərtəbədə yaşamış, Susana əvvəllər Qafqaz Universitetində müəllim işləmiş, sonradan uşaqlarına baxmaq üçün işdən çıxmış, Serkan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, sonuncu dəfə Bakı şəhəri, Nərimanov Rayonu ərazisində restoran işlətmiş, o və Dağbəyi Fərəcov isə təqaüdçü olmuş, onun, həyat yoldaşı Dağbəyi, oğlu Anar, Susana və Serkanın heç kəslə düşmənçiliyi və ya ədavəti, əmlak mübahisəsi olmamışdır. 27 oktyabr 2023-cü ildə yaşadıqları evdə hər şey normal olmuş, heç bir qəribə hadisə baş verməmiş, Serkan adəti üzrə saat 00 və ya 00:30 radələrində işdən evə gəlmiş, həmin vaxt da bütün ailə üzvləri evdə olmuş, 28 oktyabr 2023cü il tarixdə saat 5 radələrində o, yaşadıqları evin ikinci mərtəbəsində yataq otağında əri Dağbəyi ilə birlikdə yatmış, qəfildən güclü partlayış səsi eşidərək, oyanıb qışqırmağa başlamış, Dağbəyini də oyadaraq evin yandığını söyləmiş, o, özlüyündə birinci mərtəbədə olan “kombi” cihazının partladığını fikirləşmiş, Dağbəyini oyatdıqdan sonra evin ikinci mərtəbəsindən həyətə düşmüş, evin birinci mərtəbəsinin giriş qapısının qarşısına çatdıqda yerdə bir nəfərin uzandığını görmüş, o, yerdə yatan şəxsin nəvəsi Cansu olduğunu fikirləşib, qucaqlamağa başlamış, lakin ağır olduğundan qaldıra bilməmiş və bu zaman həmin şəxsin Cansu yox qızı Susana olduğunu görmüş, həmin vaxt evin giriş qapısı açıq olmuş. Serkan girişdəki dəhlizdə ayaqüstə dayanıb dəsmalları qarnına sıxaraq "baba, baba" deyə qışqırmış, həyətdə və evin mətbəxində güclü yanğınlar olmuş, o, bütün həyətin yandığını zənn etmiş, bundan sonra baş verənləri isə xatırlamamış, özünə gəldikdə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında olmuş, xəstəxanada ov tüfəngi ilə sol omba nahiyəsindən vurulduğunu və yaralandığını öyrənmiş, cinayəti törədən şəxs tutulduqdan sonra, hadisəni törədənin qonşuları Təqsirləndirilən şəxs olduğunu bilmiş, hadisə nəticəsində Təqsirləndirilən şəxs qızı Susana, əri Dağbəyi və kürəkəni Serkan öldürmüş, nəvələri Cansu və Yağmuru, köməyə gəlmiş qonşuları Mehman və Etibarı isə öldürməyə cəhd etmiş, Təqsirləndirilən şəxs ilə hər zaman normal qonşu münasibətləri olmuş, Müşfiq anası dəfələrlə onların evinə gəlibgetmiş, belə ki, Müşfiq və ailəsi də 1990-cı ildən orada məskunlaşıb yaşamış, 7 8 Təqsirləndirilən şəxs ilə heç vaxt düşmənçilikləri və ya ədavəti olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, atası Serkan Karakaş, anası Susana Karakaş, bacısı Yağmur, babası Dağbəyi Fərəcov, nənəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə Sumqayıt şəhəri 16 mikrorayon 89A nömrəli evdə yaşamış, həmin ev həyət evi olmaqla, həyətindəki ikirmərtəbəli binanın ikinci mərtəbəsində babası və nənəsi, birinci mərtəbəsində isə onların ailəsi yaşamış, atası Serkan restoran biznesi ilə məşğul olmuş, anası Susana isə evdar qadın olmuş, onların dərsləri və tərbiyələri ilə anası Susana məşğul olmuş, atası və anasının normal münasibətləri omaqla, heç vaxt evdə dava-dalaş, münaqişələri olmamış, atası Serkan hər gün səhər saat 11-də işə getmək üçün evdən çıxmış, gecə saat 1-3 arası qayıtmış, atasının gecə evə gec qayıtması ailədə narazılıq yaratmamışdır. 27 oktyabr 2023-cü ildə axşam saat 22 radələrində bacısı Yağmur ilə birlikdə qaldığı otaqda yatmış, o, yatanda atası Serkan evə gəlməmiş, anası Susana isə ev işləri ilə məşğul olmuş, 28 oktyabr 2023-cü ildə saat 5 radələrində partlayış səsinə yuxudan oyanmış, ilk əvvəl qarajda olan bankaların partladığını güman etsə də, anasının həyəcanla otağından çıxıb qapıya doğru getdiyini görmüş, anası qapıdan çölə çıxdıqda yenə partlayış səsi eşitmiş və anası yerə yıxılmış, o, qorxusundan bir neçə dəfə “bismillah” deməyə başlamış, anasının ardınca atası da mənzilin qapısına doğru qaçmağa başlamış, atası ilə eyni vaxtda nənəsi və babası da ikinci mərtəbədən aşağı düşüb anasına tərəf gəlmiş, bu zaman daha bir neçə dəfə partlayış səsi eşitmiş və atası qarnını tutaraq içəri daxil olmuş, atası bir başa hamam otağına keçərək oradan dəsmal götürüb qarnına sıxmış, atası ona təcili tibbi yardıma zəng vurmağını tapşırmış, o, da atasının telefonunu götürərək hamam otağına keçib təcili yardıma ardınca isə polisə zəng vurmuş, bu ərfədə bacısı Yağmur da otağından çıxıb onun yanına gəlmiş, bu müddətdə həyətdən partlayış səsləri gəlməyə davam etmiş, qapıdan boylanıb baxdıqda həyətdə yanğın baş verdiyini görmüş, təxminən 5-8 dəqiqə sonra həyətdə kirayədə yaşayan Rəna qapının ağzına gəlmiş, o. Rənadan “yanğın var, nə olub?” deyə soruşmuş. Rəna ona “nə yanğın, evdə tüfəngli adam var” demiş. Rəna içəri girmiş və koridorda atasının yanında dayanmış, özü ilə telefon gətirmədiyinə görə gileylənmiş və telefonunu gətirmək üçün evdən çıxıb getmiş, bir neçə dəqiqə sonra isə Rəna yenidən onların yanma gələrək nə vəziyyətdə olmaqlarını soruşmuş və çıxıb getmiş, Rənanın ardınca da onlar evdən çölə çıxmış, atası Serkan dualar oxumuş, həyətdən gələnlərin köməyi ilə atası çölə çıxarılmış, davrazanın qarşısında babası Dağbəyi üzü üstə uzanmış, anası isə qapının ağzında uzanmış və qan içində olmuş, onları oradan qohumları Elvinin dostu Vüsalə xalasıgilə aparmış, atasını, anasını, babasını öldürən və evə silahla basqın edən şəxsin qonşuları Əntiqənin oğlu Müşfiq olduğu öyrənmişdir.(i.v İİ cild 44- 47) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, atası Serkan Karakaş. anası Susana Karakaş, bacısı Cansu, babası Dəybəyi Fərəcov, nənəsi Zərərçəkmiş şəxs1 ilə birlikdə Sumqayıt şəhəri 16 mikrorayon 89A nömrəli evdə yaşamış, həmin ev həyət evi olmaqla, həyətindəki ikirmərtəbəli binanın ikinci mərtəbəsində babası və nənəsi, birinci mərtəbəsində isə onlar ailəsi yaşamış, atası Serkan restoran biznesi ilə məşğul olmuş, anası Susana isə evdar qadın olmuş, onların dərsləri və tərbiyələri ilə anası Susana məşğul olmuş, atası və anasının normal münasibətləri omaqla, heç vaxt evdə dava-dalaş, münaqişələri olmamış, atası Serkan hər gün səhər saat 11-də işə getmək üçün evdən çıxmış, gecə saat 1-3 arası qayıtmış, atasının gecə evə gec qayıtması ailədə narazılıq yaratmamışdır. 27 oktyabr 2023-cü ildə axşam saat 22 radələrində bacısı Cansu ilə birlikdə qaldığı otaqda yatmış, o, yatanda atası Serkan evə gəlməmiş, Cansu dərs oxumuş, anası Susana isə ev işləri ilə məşğul olmuş, 28 oktyabr 2023-cü ildə saat 5 radələrində Cansunun təkrarlayıb “bismillah” deməsinə yuxudan oyanmış, Cansu koridora keçmiş, həmin anda evin həyətindən iki-üç dəfə təkrarlanan partlayış səsi eşidib dəhlizə çıxmış, dəhlizdə anası Susananın evin giriş qapısının ağzında çöl tərəfdə üzü yuxarı uzanmış vəziyyətdə sinəsi qanlı vəziyyətdə görmüş, soma atası Serkanı qarnını parça ilə sarıyan vəziyyətdə görmüş, diqqətlə fikir verəndə atası Serkanın qarnına basdığı parçanın qanlı olmasını görmüş, nə baş verməsini başa düşməmiş, atası Serkana anasını həkimə aparmaq üçün götürməli olduqlarını demiş, atası ona cavab verməmiş, Cansu da həmin vaxt dəhlizdə olmuş, o, öz otağına qayıtmış və ayağına corab geyinərək evi tərk etməyə hazırlaşmış, Cansunu da səsləyərək corabını geyinməsini tapşırmış, yenidən dəhlizə çıxanda atası Serkanın hamamın yanında yerdə kürəyi üstə oturan vəziyyətdə görmüş, atası 8 9 Serkan onlara çölə çıxmamağı demiş, təcili yardım çağırmaq üçün telefonunu istəmiş, Cansu telefonu gətirmiş və atası Serkan telefonu açmaq üçün telefonun şifrəsini demiş, Cansu təcili yardıma zəng etmiş, bu müddətdə həyətdən partlayış səsləri gəlməyə davam etmiş, qapıdan boylanıb baxdıqda həyətdə yanğın baş verdiyini görmüş, təxminən 5-8 dəqiqə sonra həyətdə kirayədə yaşayan Rəna qapının ağzına gəlmiş, o, Rənadan "yanğın var, nə olub?” deyə soruşmuş, Rəna ona “nə yanğın, evdə tüfəngli adam var” demiş, Rəna içəri girib dəhlizdə atasının yanında dayanmış, özü ilə telefon gətirmədiyinə görə gileylənmiş, Rəna evə girən kimi dəhlizdən boylananda babası Dağbəyini pilləkanın ağzında görmüş, babası Dağbəyi qarnına qəhvəyi qurşağını taxdığından babasını tanımış, Rəna onların evində 2-3 dəqiqə qaldıqdan sonra çıxmış, hansı istiqamətə getdiyini görməmiş, Rənanın ardınca da onlar evdən çölə çıxmış, atası Serkan dualar oxumuş, həyətdən gələnlərin köməyi ilə atası çölə çıxarılmış, davrazanın qarşısında babası Dağbəyi üzü üstə uzanmış, anası isə qapının ağzında uzanmış və qan içində olmuş, onları oradan qohumları Elvinin dostu Vüsalə xalasıgilə aparmış, atasını, anasını, babasını öldürən və evə silahla basqın edən şəxsin qonşuları Əntiqənin oğlu Müşfiq olduğu öyrənmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X49 ifadəsində göstərdi ki, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin polis sahə rəisi vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsi daşıyır. 1990-cı ildən ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. X15 və ailə üzvləri də həmin vaxtdan onların qonşusu olmaqla, onları uşaq yaşlarından tanıyır. Dağbəyi Fərəcov və onun ailə üzvləri ilə onların qonşu kimi yaxşı münasibətləri olmuş, Susana Karakaş ailə qurandan soma həyat yoldaşı Serkan Karakaş, həmçinin onların iki azyaşlı uşağı da həmin evdə yaşamış, bundan başqa onların yaşadığı evin həyətində tikilmiş birmərtəbəli fərdi yaşayış evində kirayə yaşayan şəxslər olduğunu da bilmişdir. 28 oktyabr 2023-cü il tarixdə, saat 05:20 radələrində o və atası X50 yaşadıqları evdə yatmış, qəfildən gələn partlayış səsinə oyanıb Dağbəyi Fərəcovun yaşadığı evin yandığını öz evinin pəncərəsindən görüb köməyə getmiş, o və atası Mehman yaşadıqları evin həyətinin ön tərəfində yerləşən darvazadan küçəyə çıxıb Dağbəyi Fərəcovun yaşadığı evin həyətinin ön tərəfində yerləşən darvazaya yaxınlaşmış, darvazanın giriş qapısı bağlı olduğuna görə onlar həmin qapını döyməyə başlamış, hətta kömək etmək üçün qapını sındırmağa çalışmış, təxminən bir dəqiqə soma Zərərçəkmiş şəxs1 darvazanın qapısına yaxınlaşıb içəridən qapını açmış, onlar qapıdan bir addım içəri girmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 girişdən sağ tərəfdə darvazanın arxasında ayaq üstə dayanıb şok vəziyyətində baxmış, lakin özündə olmamış, üzərində qan ləkəsi olmuş, Zərərçəkmiş şəxs1 ilə üzbəüz girişdən sol tərəfdə isə Dağbəyi Fərəcov dayanmış, Dağbəyi də özündə olmamaqla üzərində qan ləkələri olmuş, Dağbəyi Fərəcovun qanaxmasının çox olduğunu görüb ona kömək edə bilməyəcəyini güman edib Zərərçəkmiş şəxs1 qolundan tutub çölə çıxarmaq istəmiş, o, Zərərçəkmiş şəxs1nm qolundan tutub özünə tərəf çəkmiş və çölə çıxarmaq istəyəndə qəfildən Dağbəyi Fərəcovun yaşadığı evin həyətində yerləşən bağ tərəfdən tüfəng səsi eşitmiş, həmin vaxt hava qaranlıq olduğundan o atəş açan şəxsi görməmiş, lakin atəş açan şəxs onları gördüyü üçün Zərərçəkmiş şəxs1 və kömək etməyə gələn onu və atası Zərərçəkmiş şəxs5 qəsdən atəş açıb öldürmək məqsədilə həmin atəşi açmış, atəş açılandan sonra Zərərçəkmiş şəxs1 aldığı yara nəticəsində yerə yıxılmış, həmçinin atası Mehman Sariyev də qarın və sol bud nahiyəsindən aldığı yara nəticəsində yerə yıxılmış, o da sol bud nahiyəsindən yara almış, lakin o, yerə yıxılmamış, həmin vaxt Zərərçəkmiş şəxs1 buraxıb öz atasını darvazanın qapısından çölə divar istiqamətində çəkmiş, bundan sonra o,qışqırıb qonşuları köməyə çağırmış, onlar da gəlib Zərərçəkmiş şəxs1 darvazadan küçəyə çıxarmış, o, atasını qonşularının idarə etdiyi avtomobillə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparmış, digər yaralıları isə təcili tibbi yardım avtomobili gələrək xəstəxanaya aparmış, o, xəstəxanada müalicə alarkən cinayəti qonşuları Təqsirləndirilən şəxs törətmiş olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımaqla, psixoloji travma ilə böyümüş uşaq olmuş, belə ki, Müşfiq uşaq ikən atasının başqa qadınla qeyri- rəsmi ər-arvad münasibətləri olmuş və ögey qardaşı onların evinə gəlib getmiş, Müşfiqin anası və qardaşı ilə də son zamanlaradək münasibətləri yaxşı olmamış, Təqsirləndirilən şəxs uşaq yaşlarında hər hansı qanunsuz, əxlaqsız hərəkətlər edilməsi barədə heç bir məlumalı olmamış, o cümlədən Anar Fərəcovun da Müşfiqə qarşı qanunsuz hərəkət etməsinin şahidi olmamış, Anar Fərəcov uzun müddət əvvəl Azərbaycan Respublikasından köçüb getmiş, 28 oktyabr 2023-cü il tarixdə gecə və səhər saatlarında yaşadığı evə Təqsirləndirilən şəxs, o cümlədən 9 10 başqa şəxsin daxil olmasını, orada gizlənməsini, həyətə hər hansı əşya qoymasını görməmiş, məlumatı olmamış, hadisə baş verəndə o, Dağbəyi Fərəcovun evinin həyətində, küçədə Dağbəyi və Tərlandan başqa həmin ailədən heç kimi görməmişdir.( i.v İİ cild 122- 130) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmədə ifadəsi alınmış Etibar Sariyev ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, X91 məmməd oğlu onun qardaşı olmaqla ailədə 6 qardaş, iki bacı olmuş, bəzilərinin soyadı Fərəcov, bəzilərinin soyadı Orucov olmuşdur. 28 oktyabr 2023-cü il tarixdə o,Bakı şəhərində olarkən hadisə barədə məlumat alıb Sumqayıt şəhərinə gəlmiş, Dağbəyi Fərəcov, Susana Karakaş hadisə yerində ölmüş, Serkan Karakaş, Zərərçəkmiş şəxs1 da yaralanmış, X64 da Türkiyə Respublikasında müalicə aldığı xəstəxanada ölmüş, o. hadisədən cinayəti Dağbəyi Fərəcovun qonşusu Təqsirləndirilən şəxs törətdiyini öyrənmiş, Təqsirləndirilən şəxs və ailəsi ilə Dağbəyigilin qonşu kimi normal münasibəti olmuş, Müşfiq Tağıyex uşaq yaşlarında Anar Fərəcov tərəfindən zorakılıq hərəkətlərinə məruz qaldığı üçün bu cinayətləri törətdiyini bildirmiş, lakin o, Anarla bu barədə danışanda Anar ona onlar uşaq olarkən Təqsirləndirilən şəxs digər şəxslərin zorakılıq hərəkətləri etdiyini, lakin həmin şəxsləri tanımadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X34 ifadəsində göstərdi ki, 28 oktyabr 2023-cü ildə səhər saat 7 radələrində bacısı qızları Yağmur və Cansunu əmisi oğlu Elvinin dostu onlara gətirmiş, baş vermiş hadisə barədə uşaqlardan xəbər tutmuş və dərhal atası evinə əri Elçin ilə birlikdə getmiş, onlar oraya çatanda artıq hüquq mühafizə orqanları orada olmuş, həmin vaxtdan iki gün sonra bu hadisəni qonşuluqda yaşayan Təqsirləndirilən şəxs törətməsi barədə dövlət orqanlarından xəbər tutmuş. Təqsirləndirilən şəxs şəxsən heç vaxt tanımamış, heç bir münasibəti olmamış, anası Əntiqəni tanısa da, qardaşı Xaqanini də heç vaxt tanımamış, Təqsirləndirilən şəxs 1997-ci ildə qardaşı Anar tərəfindən seksual qısnamaya məruz qalması barədə dediklərini qardaşı Anardan soruşmuş, Anar belə bir halın baş vermədiyini ona demişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X79 ifadəsində göstərdi ki, 28 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasında yaşayan qohumlarından oğlu Serkanın yaşadığı evdə ailəsi ilə birgə silahlı hücuma məruz qalmasını, gəlini Susana, qudası Dağbəyin öldürülməsi. Serkanın ağır yaralanmasını xəbər tutmuş, Serkanın ölümü ilə əlaqədar şübhələndiyi heç kəs olmamış, hadisədən bir gün sonra qətlin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədilməsini öyrənmiş, Təqsirləndirilən şəxs Fərəcovlar ailəsi ilə əlaqədar bu qətli törətmiş, baş vermiş hadisənin Serkan ilə əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarında Sumqayıt şəhəri 16-cı mikrorayon Ü.Hacıbəyov və İ.Qayıbov küçələrinin kəsişməsində Fərəcovlar ailəsinin yaşadıqları evin həyətindəki bir mərtəbəli evdə kirayə yaşamağ başlamış, həmin evə kirayəçin köçmək barədə Dağbəy Fərəcov ilə razılaşmış, aylıq kirayə haqqı 270 manat, hər ayın 1-i verilməsi şərti ilə razılaşdırılmış, Fərəcovların yaşadığı həyətdə biri iki mərtəbəli, biri isə bir mərtəbəli olmaqla iki ev olmuş, həyətin girişi biri darvaza, onunla əks tərəfdə isə birtaylı qapı olmaqla iki yerdən ibarət olmuş, həmin evin həyətindəki ikimərtəbəli evin ikinci mərtəbəsində Tərlan və Dağbəy Fərəcovlar, birinci mərtəbəsində isə onların qızı Susana, Susananın əri Serkan, övladları Yağmur və Cansu yaşamış, həyətdəki birmərtəbəli evdə isə o, qardaşı Mustafa, övladları Fuad və Yusif yaşamış, onun iş vaxtı məktəbdəki dərs cədvəlinə görə olmaqla, həftənin 1-5-ci günləri hər gün saat 08:30-dan saat 14:20-dək dərsdə olmuş, buna görə də hər gün səhər saat 8-də evdən çıxıb, saat 15-16 radələrində evə qayıtmış, məktəbdə dərs deməkdən başqa iş yeri olmamış, qardaşı Mustafa Sumqayıt şəhəri 7 nömrəli abtobus xətt marşrutu üzrə sürücü işləmiş, iş vaxtı bir gündən bir olmaqla, sübh vaxtı saat 05 radələrindən gecə saat 1-dək davam etmiş, qardaşı Mustafanın “BMW” markalı avtomobili olmuş, qardaşı Mustafa əvvəllər evli olub və sonradan arvadından boşanmış, onun heç kəslə düşmənçilik və ya ədavəti olmamış, qardaşı Mustafanın da heç kəslə düşmənçilik və ədavəti olduğunu bilməmiş, kirayə yaşadığı evin sahibi Dağbəyi Fərəcov təqaüdçü olmaqla, hər gün evdə olmuş və həyətyanı sahədəki bağın təsərrüfatı ilə məşğul olmuş, Zərərçəkmiş şəxs1 isə haradasa əmək fəaliyyəti 10 11 ilə məşğul olmuş, Susana heç bir yerdə işləməmiş, övladları Yağmur və Cansunun təhsili ilə məşğul olmuş. Serkan hansısa restoranda işləmiş, həyətin hər iki qapısından onlar və Fərəcovlar ailəsi də istifadə etmiş. Fərəcovlar ailəsi sakit ailə olmaqla heç vaxt evlərindən dava-dalaş, ciddi mübahisə və problem eşidib, xəbər tutmamışdır. 28 oktyabr 2023-cü ildə səhər saat 5 radələrində kirayə qaldığı Sumqayıt şəhəri 16-cı mikrorayon Ü.Hacıbəyov və İ.Qayıbov küçələrinin kəsişməsində Fərəcovlar ailəsinin evindəndən gələn partlayış səsinə oyanmış, səsə oyandıqdan sonra nə baş verdiyini dərk edə bilməmiş, eyni səsə oğlu Yusif də oyanmış, elektrik qurğusunun partladığını güman etdiyindən yerindən qalxmamış, bir qədər soma daha az gurultulu iki-üç dəfə partlayış səsi, bu səslərin ardınca Yağmur və Cansunun qışqırığını eşitmiş və bu səsi eşidən kimi yerindən qalxmış, yataq otağının pəncərəsini qismən açıb həyətyanı sahəyə doğru baxmış, buradan baxdıqda bir nəfər əynində qaramtıl rəngli kapşonlu, kapşonu başına çəkilmiş vəziyyətdə köynək, cins şalvar olan saqqallı, təxminən 1,70 metr boylarında qabarıq gözlü əlində tüfəng olan bir nəfər kişinin qaçaraq Fərəcovların qaldıqları ikimərtəbəli ev tərəfdən pəncərənin qarşısındakı ağaclar olan həyətyanı sahə tərəfə getdiyini görmüş, əli silahlı adam görəndə özünü itirib həyəcandan pəncərənin şüşəsinə vurub həyəcanını qorxaraq ifadə edib ani şəkildə qışqırmış, onun səsini və pəncərəyə əlini vurduğunu bu şəxs eşitmiş, o olan tərəfə çönüb silahını doğrulanda pəncərə qarşısından divar tərəfə keçib dayanmış, oğlu Yusifi yatağından dartıb mətbəxlə divarın arasında gözləməsini demiş, bir-iki dəqiqə gözləmiş, qardaşı Mustafanın otağına baxdıqda digər oğlu Fuadın orada yatdığını görmüş, qardaşı Mustafa isə işə getmiş, qonaq otağının pəncərəsindən Fərəcovların ikimərtəbəli evi tərəfə baxdıqda evin yay mətbəxi olan istiqamətində yanğın baş verdiyini və Dağbəyi dayının əlində parça ilə yanğının üstünü örtdüyünü görmüş, Tərlan xala isə darvaza tərəfdə dayanmış, eyni anda Yağmur və Cansunun qışqırtısı davam etmiş, Dağbəy dayını gördükdən sonra ürəklənib, artıq təhlükənin sovuşduğunu düşünərək oğlu Fuadı oyatmadan, digər oğlu Yusifə gözləməsini və evdə sakit dayanmasını tapşıraraq, kömək üçün kirayə qaldığı evdən Fərəcovların ikimərtəbəli evi tərəfə qaçmış, qaldığı evin tinindən ikimərtəbəli ev istiqamətində sağ tərəfdə iki addım məsafədə tut ağacının yanında tərpəniş hiss edib dayanmış, həmin istiqamətə çöndükdə əlisilahlı həmin şəxsi yenidən artıq əvvəlkidən daha aydın şəkildə görmüş, bu şəxs silahı yerə doğru istiqamətləndirmiş, onun üzünə baxıb, silahı ona tuşlamış, o, ayaqüstə bu şəxsə yalvararaq ‘‘dəymə mənə, uşaqlarım var, heç kimləri yoxdu, yetim qalarlar” sözlərini demiş, bu sözündən sonra başını aşağı salıb, silahı ilə məşğul olmağa başlamış, o, buna görə Fərəcovları evi tərəfə qaçmış, çünki həmin əlisilahlı şəxsə görə ikimərtəbəli ev tərəfə daha yaxın olmuş, o, qaçanda qışqırdığından, onun qışqırtısına Dağbəyi alovların arasında “qızım qorxma, yanğın var” sözünü demiş, o, isə Dağbəy dayıya “nə yanğın, əli silahlı adam var burda, polis çağırın” sözünü qışqırıb demiş, iki-üç addım atdıqdan sonra, ayağı tutulmuş və yerə yıxılmış, həmin vaxt darvaza bərkdən döyülməyə başlamış, o, yıxılan anda bir atəş səsi və dəmirə dəyən kimi səs eşitmiş, canını qurtarmaq üçün yerindən qalxıb ikimərtəbəli evin birinci mərtəbəsinin qapısına doğru getmiş, qapının qarşısında Susanam divara çiyni söynəkmiş vəziyyətdə paltarının yaxası qanlı vəziyyətdə hərəkətsiz halda görmüş. Yağmur və Cansu ilə Sərkan evin birinci mərtəbəsinin koridorunda dayanmış, Serkan əli ilə qarnının üstünü tutub sıxmış, onu görəndə Serkan əli ilə üstünə parça çəkmiş, Yağmur və Cansu qışqırıb ağlamış, Serkanın əli ilə qarnını tutduğunu görəndə çöldəki əlisilahlı şəxsin ona da atəş açdığını başa düşmüş və “ay da, bunu da vurub” sözünü işlətmiş, onun sözündən sonra qızlardan biri “kim vurub, nə vurub?” sualını vermiş, o, isə cavabında həyətyanı sahədə əlisilahlı bir şəxs olduğunu demiş, o, bu sözü dedikdə həyətdən yenidən atəş səsi gəlmiş, səs ya bir, yaxud da iki-üç dələ təkrarlanmış, bu səslər arasında bir-iki dəqiqə vaxt çəkmiş, səsdən sonra koridordan həyətə baxmış. Dağbəyi dayının evin giriş qapısı ilə üzbəüz divar tərəfdə sağ qolunu tutduğunu və qolundan qan gələrək büdrəyib darvazaya tərəf yıxıla-yıxıla getdiyini görmüş, o, öz uşaqlarından narahat olduğuna görə getmək istəyəndə Yağmur və Cansu onu qorxularından buraxmamış, az bir qədər sonra həyətə qonşular gəlmiş və bundan cəsarətlənib o, da evdən çıxmış, evdən çıxanda Susanam tam hərəkətsiz vəziyyətdə üzü yerə doğru qapının ağzında, Dağbəy dayını üzü yerə tam hərəkətsiz vəziyyətdə darvaza qapısının ağzında pilləkanın yanında görmüş, Tərlan xala isə küçə tərəfdən həyətin çölündən darvaza qapısına söykənib oturmuş, Tərlan xalanın da arxa tərəfindən oturduğu yerə qan axdığını görmüş, darvaza qapısından çıxıb həyəti tərk etmiş, küçənin başına dolaşıb evin digər birtaylı qapısına gəlmiş, burada küçədə dayanan kişilərdən birinə evdə silahlı şəxs 11 12 olmasını, uşaqlarının evdə olduğunu və onunla birlikdə evə girmələrini demiş, həmin kişilərdən biri ona qorx inamağını, həyətdən bir nəfər silahlı şəxsin çıxıb üzü yola, üçmərtəbələr tərəfə getdiyini demiş, o evə qayıdıb uşaqlarının sağ- salamat qapının ağzında gözlədiyiklərini görmüş, o. telefonunu götürüb qardaşı Mustafaya zəng edib və hadisə barədə xəbər vermiş, bundan 5-10 dəqiqə sonra qardaşı Mustafa və daha sonra yanğınsöndürən, polis və prokurorluq işçiləri həyətə gəlmişdir. Daha sonra Şahid1 ifadəsində göstərmişdir ki. o. ikimərtəbəli evin birinci mərtəbəsinə yalnız bir dəfə daxil olmuş və bir dəfə də çölə çıxmış, birinci mərtəbədən çıxmadan qapı ağzından dəhlizdə bir dəfə qışqırıb “Yusif, çölə çıxmayın” sözünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 16-cı mikrorayon, İ.Qayıbov küçəsi, Bakı21 BM hündürmərtəbəli yaşayış binasında gözətçi işləmiş, işlədiyi bina Dağbəyi Fərəcovun fərdi yaşayış evinə yaxın yerləşdiyindən o, Dağbəyini tanımış, belə ki Dağbəyigilin evinin arxa giriş qapısı onun işlədiyi binanın qarşısına açılmış, Dağbəyini arada həmin qapıdan çıxanda görüb söhbətləşmiş, Dağbəyinin evində özündən başqa yoldaşı, qızı, kürəkəni və nəvələri yaşamış, bunlardan əlavə həyətdə başqa bir ev də olmuş və Dağbəyi həmin evi Mustafa adlı şəxsə kirayə vermiş. Mustafa həmin evdə bacısı Rəna və uşaqları ilə birlikdə yaşamış, o. bu vaxta qədər həmin həyətdən səs-küy, dava-dalaş səsləri eşitməmişdir. 27 oktyabrdan 28 oktyabra keçən gecə təxminən saat 05:51-də o, Dağbəyigilin evləri tərəfdən partlayış səsi gəldiyini və həyətdə yanğın olduğunu görmüş, o. səsdən qaz partlayışı olduğunu ehtimal edib həyətə yaxınlaşmamış və qıraqda dayanmış, bu zaman ətrafa bir neçə qonşu da yığışmış, o, Yanğından Mühafizə Xidmətinə zəng vurmaq istədikdə, adını xatırlamadığı qonşu artıq zəng vurduğunu demiş, onlar yanğın söndürənləri gözləyən zaman 5-6 dəfə də partlayış səsi eşitmiş, partlayışla eyni vaxtda həyətdən qışqırıq səsləri də gəlməyə başlamış, təxminən 10 dəqiqə sonra Dağbəyigilin qapısından 175-180sm boylarında, üzərində tünd boz rəngli kapüşonlu gödəkçə olan bir nəfər kişi əlində tüfənglə çölə çıxmış, həmin şəxs üzünü gizlədərcəsinə qapıdan çıxan kimi hasarın dibi ilə sol tərəfə ili addımlarla hərəkət etmiş, onlar həmin şəxsin əlində tüfəng gördüyündən ona yaxınlaşmağa qorxmuş, bir qədər sonra hadisə yerinə yanğın söndürənlər və polislər həyətin digər qapısı tərəfdən gəlmiş, onlar Dağbəyigilin həyətlərinin arxa qapısının qarşısında dayanan zaman Mustafanın bacısı Rəna hündürmərtəbəli binanın əsas küçəyə baxan hissəsindən onlara yaxınlaşaraq həyətlərinə silahlı adam girdiyini bildirərək, onlardan kömək istəmiş, onlar Rənaya həmin adamın artıq çıxıb getdiyini söylədikdə Rəna özü tək həyətə daxil olmuş, yalnız bundan sonra Dağbəyigilin evinə silahlı basqın olduğunu öyrənmişdir. Daha sonra Şahid3 ifadəsində göstərmişdir ki, son dövrlər işlədiyi binanın qarşısında, Dağbəyi Fərəcovun evinin arxa qapısı tərəfdə hərəkət edən, hasardan onların həyətinə baxan şəxs görməmiş, 27 oktyabrdan 28 oktyabra keçən gecə Dağbəyi Fərəcovun həyətinə hasardan aşan, yaxınlığa yanacaqla dolu qab qoyan şəxs görməmiş, hadisə vaxtı işlədiyi binanın qarşısında, Dağbəyi Fərəcovun evinin qapısı tərəfdə ümumiyyətlə hər hansı bir səs-küy, mübahisə səsləri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, təxminən 4-5 aydır ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində növbəlilik əsasında kassir-operator vəzifəsində işləmiş, onun növbəsi 12 saat olmaqla saat 8-dən 20-yə kimi və ya əksinə olmuş, o, işlədiyi yanacaq doldurma məntəqəsi Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisinə yaxın olmuş, xx.xx.2023-cü il tarixdə o, saat 20də işə gəlmiş, işdə olarkən təxminən saat 21 radələrində bir nəfər tanımadığı təxminən 30 yaşlı, 170-180sm boyunda, əynində qara rəngli kapüşonlu gödəkçə, başında isə qara rəngli papaq olan, üzü saqqallı bir nəfər şəxs gələrək, avtomobilinin yolda qaldığını bildirmiş və ona qara torbanın içərisində 7 litrlik avtomobil yağı üçün nəzərdə tutulmuş kanistri uzadaraq Aİ- 92 markalı benzin doldurmağını xahiş etmiş, o, benzini doldurduqdan sonra həmin şəxs ona 10 manatlıq əskinaz uzatmış, o, isə pul qalığı olaraq 3 manatı qaytarmış, daha sonra həmin şəxs yaxınlıqdakı 16-cı mikrorayon tərəfdə yerləşən hündür mərtəbəli yeni tikiliyə tərəf yollanmışdır. Daha sonra Şahid4 ifadəsində göstərmişdir ki. ona yaxınlaşan şəxsin hərəkətlərində, danışığında və ya yerişində hər hansı bir qeyri-adilik və ya qüsur hiss etməmiş, həmin şəxsin hər hansı bir avtomobilə əşyləşdiyini və ya başqa bir şəxslə görüşməyini görməmiş, o. işdə olarkən təxminən saat 5-6 radələrində təxminən 4-5 dəfə 12 13 partlayış səsləri eşitmiş, partlayış səsindən sonra ondan yanacaq alan həmin şəxsi ətrafda görməmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində özünə məxsus dükan olmuş, həmin dükanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi icazəsi ilə odlu silah və onların sursatlarının satışı ilə məşğul olmuş, 1998-ci ildə “Franke” adlı firma təsis edilmiş, 2008-ci ildən o. həmin firmanın rəhbəri işləmiş, ondan başqa X10 xəzinədar, X4, İsmayıl Əhməd oğlu satıcı işləmiş, həmin dükan bazar ertəsi-şənbə günlərində saat 09-dan 18-dək işləmiş, dükanda satışda hamar lüləli odlu silahlar, barıt, piston, qırma, çəkmələr, digər geyim əşyaları, açıq qırmalar, tir qırmaları, patrondaşlar və digər ovçuluq ləvazimatları satılmış, o, bütün iş saatlarında dükanda olmamış satıcılar konkret növbə ilə işləməmiş, hər ikisi də iş saatlarında orada olmuş, xəzinədar isə dükanın maliyyə işləri ilə məşğul olmuş, dükanda satılan odlu silahlar və onların sursatları Azərbaycan Respublikası Daxili İşlər Naazirliyinin Baş ictimai təhlükəsizlik idarəsinin xüsusi icazəsi ilə xarici ölkələrdən gətirilmiş, Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir qohumluq və ədavəti olmamış, Təqsirləndirilən şəxs ona məxsus dükandan odlu silah sursatı aldığını xatırlamamış, odlu silah satışı zamanı mütləq qaydada həmin silahın həmin şəxsin adma Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyata alınması həyata keçirilmiş, lakin sursat satılarkən qaydalara uyğun olaraq heç bir sənəd, icazə tələb olunmamış və qeydiyyat aparılmamış, dükanda müşahidə kameraları quraşdırılmış, yalnız təxminən 10-15 gün müddətində çəkilmiş videogörüntülər dükanda saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2004-2005-ci ildən tanımış, belə ki, Müşfiq həmin vaxtdan onun yanında dəmirçi köməkçisi işləmiş, Müşfiqi ilk dəfə mərhum atası Məhəmməd dəmirçi peşəsini öyrənməsi üçün onun yanma gətirmiş, Müşfiq onun yanında təxminən 2 il işlədikdən sonra işdən çıxmış, lakin işdən çıxanda dəmirçi peşəsini öyrənmiş, Müşfiq müxtəlif yerlərdə işlədikdən sonra 2015-ci ildə yenidən onun yanma qayıtmış və yenə onun köməkçisi kimi işləməyə başlamış, Müşfiq ikinci dəfə onun yanma gələnə qədər arabir hansısa təmir aləti lazım olanda onun yanma gəlib həmin aləti müvəqqəti götürməyi xahiş etmiş, bundan başqa digər münasibəti olmamış, 2015-ci ildən sonra Müşfiq təxminən 1 il onun yanında, 1 ildən sonra dəmirçi işləyən Elçinin yanında, sonra yenidən 1 il onun yanında işləmiş, təxminən 2 il əvvəl onun yanından çıxıb getmiş, həmin vaxtdan Elçin ustanın yanında işləmiş, onun Müşfiqlə işdən kənar da normal münasibəti olmuş, sonuncu dəfə 1 il əvvəl onun yaşadığı evin həyətində gördüyü təmir işlərinə köməklik etmiş, təxminən hadisədən 2 ay 15 gün əvvəldən Müşfiq Elçin ustanın sexindən də işdən çıxmış, həmin vaxta qədər o. Elçin ustanın sexində Müşfiqi görmüş, həmin sex onun sexinin arxasında yerləşmiş, buna görə də həm Elçin usta, həm də Mşüfıqlə tez-tez rastlaşmış. Müşfiqi sonuncu dəfə hadisədən 3 ay əvvəl Elçin ustanın sexində görmüş, bundan sonra isə Müşfiqi görməmiş, 28 oktyabr 2023-cü il tarixdə, saat 07:30 radələrində o, yaşadığı evdə olarkən Müşviq yaşadığı ünvana gəlib darvazanı döymüş, o, yuxudan durub Müşfiqi qarşılamış, Müşfiq ona qardaşı və anası ilə dalaşdığını bildirmiş, Müşfiq ona uzun müddət əvvəl də anası və qardaşından narazılıq etmiş, onlarla tez-tez dalaşdığını bildirmiş, belə ki, onların arasında əmlak mübahisəsi olmuş, bundan başqa Elçin ustaya da bu formada məlumat vermiş, lakin o, Müşfiqin həmin mübahisələrinin şahidi olmamış, Müşfiq ona özünə məxsus odlu silah olan tüfəngi anası və qardaşına etibar etmədiyini deyib həmin silahı ona etibar etdiyini bildirmiş, oradan isə kirayə ev tutmağa getdiyini ona demiş, o, kirayə ev tutana qədər həmin silahı evində saxlaya biləcəyini bildirmiş, Müşfiq ondan ev tapıb, gəlib silahı götürmək üçün bir gün vaxt istəmiş, o, da Müşfiqlə razılaşmış, o, axşam spirtli içki qəbul etdiyinə görə özünə gəlmək üçün hamama əl-üzünü yumağa getmiş, o, Müşfiqin ardınca digər otağa gedəndə Müşfiq ona otaqdakı kreslonun altını göstərib tüfəngi ora qoyduğunu demiş, Müşfiq evə daxil olanda o. Müşfiqin əlində yalnız tüfəngin hərbi kamuflyajh qabını görmüş, orada digər əşyaları görməmiş, polis və prokurorluq əməkdaşlarının, həmçinin, Müşfiqin iştirakı ilə baxış keçirilərkən oradan balta, xəncər, patrondaş aşkar edilmiş, o, Müşfiqin həmin əşyaları onun evinə gətirməsini və kreslonun altına qoymasını görməmiş, o, sadəcə tüfəngin qabını görmüş, o, Müşfiqə sənədsiz silahı evində saxlaya bilməyəcəyini dediyindən Müşfiq ona silahın sənədini təqdim etmiş, o, doğrudan da silahın qeydiyyatlı və Mşüfıqin adma olduğunu gördükdən sonra razılıq vermiş, Müşfiq təxminən 10 dəqiqə onların evində qalmış, bir stəkan çay içib onun 13 14 işlədiyi sexə getmiş, Müşfiq onun işlədiyi sexin yaxınlığında düşüb, şəhərə gedəcəyini demiş, o, Müşfiqə nəsihət verərək 5 gün orada, 5 gün başqa yerdə işləməməsini, bir yerdə işləməsini, yaşı keçdiyini buna görə də evlənməsini söyləmiş, Müşfiq fağır, yetim uşaq olduğuna görə Elçin usta və o, Müşfiqə yaxşı baxmış, Müşfiq Bakı şəhərinə ev axtarmağa getdiyini, axşama ev tapıb öz evlərindən və onların evindən əşyalarını götürüb köçəcəyini demiş, bundan sonra Müşfiqi görməmiş, 29 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində Müşfiqə zəng edib tüfəngi nə vaxt götürəcəyini soruşmuş, Müşfiq ona xırda işi olduğunu, onu həll edib gələcəyini demiş, sonra isə polis və prokurorluq əməkdaşları yaşadığı evə Müşfiqlə birlikdə gəlmiş, o, həmin vaxt Müşfiqin həmin tüfənglə cinayət törətdikdən sonra saxlamağı üçün ona verdiyini öyrənmiş, o, Müşfiqin öldürdüyü, atəş açdığı şəxsləri tanımamış, Müşfiqin həmin şəxsləri öldürəcəyindən əvvəlcədən məlumatı olmamış, sonradan da Mşüfıq ona cinayət törətdiyini bildirməmiş, Müşfiq tüfəngi onun yaşadığı evə qoyanda o, Müşfiqdən salamatçılıq olub-olmadığını soruşmuş, Müşfiq isə ona “sənöl” andı içərək salamatçılıq olduğunu demiş, o, dağlı olduğundan Müşfiqin “sənöl” andına inanıb silahı evində saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun mərhum qardaşı Məhəmmədin oğlu olmaqla münasibətləri yaxşı olmuş, ayda 1-2 dəfə onun yaşadaığı evə gəlib ona baş çəkib getmişdir. Mütəmadi olaraq da halını telefonla soruşmuşdur. 29 oktyabr 2023-cü il tarixdə axşam saatlarında dükana getmək üçün evdən çıxmışdır. Saat 18 radələrinə evə qayıtmış, həmin vaxt Təqsirləndirilən şəxs onların evində olduğunu görmüş, Müşfiqin yaşadığı evin yaxınlığında təmir işi gördüyünü, ora gəlmişkən ona da baş çəkdiyini demişdir. O, onunla görüşəndən sonra onu yeməyə dəvət etmiş, Müşfiq onunla birlikdə yemək yemiş, çay içmiş, onunla söhbət etmişdir. Qısa müddət sonra getməli olduğunu demiş, o, ondan nə üçün tez getdiyini soruşmuş, Müşfiq adamlarla görüşəcəyini demişdir. Lakin hara getdiyini, kimlərlə görüşdüyünü deməmişdir, O, Təqsirləndirilən şəxs tutulduğunu eşidənədək onun cinayət törətdiyini eşitməmiş, özü də ona bu barədə məlumat verməmişdir. Müşfıq Tağıyevi yaşadığı evdə görəndə onun yanında hər hansı alət, vasitə, tüfəng və başqa silah olmamışdır. Gedərkən də onlara hər hansı əşya verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, X15, ailə üzvləri, həmçinin Təqsirləndirilən şəxs və ailə üzvləri onların qonşuları olmuş, o, anadan olandan həmin küçədə onlarla qonşu olmuş, onların evi ilə Dağbəyi Fərəcovun evinin arasında bir ev yerləşmiş, o, 28 oktyabr 2023-cü il tarixdə, saat 06:30 radələrində Dağbəyi Fərəcovun evində səs-küy olduğunu eşidib çölə çıxmış, Dağbəyi Fərəcovun evinin qarşısında bir neçə qonşunun toplandığını görüb ora yaxınlaşmış, darvazanın qapısı açıq olmuş. Dağbəyi Fərəcovun meyitinin həyətdə uzandığını görmüş, o, meyitə çox baxa bilmədiyinə görə evə qayıtmış, sonradan bütün məhəllə evin qarşısına toplananda o, da çölə çıxmış, həmin vaxt qonşulardan müsahibə alan jurnalistlərin suallarına cavab verdiyindən videoçəkilişə də düşmüş, hadisə barədə başqa heç bir məlumatı olmamış, sonradan cinayət hadisəsini Təqsirləndirilən şəxs törətdiyini və tutulduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2009-cu ildən halhazıradək X55 İdarəsinin Sumqayıt şəhərində yerləşən 21 nömrəli yanğından mühafizə hissəsində manqa komandiri vəzifəsində işləyir. 28 oktyabr 2023-cü il tarixdə saat 06:01-də o. növbədə olan zaman Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olmuş, o və digər yanğın söndürənlər dərhal hadisə yerinə getmiş, təxminən 5 dəqiqə sonra hadisə yerinə çatdıqda o, yanğın olan evin darvazasının qarşısında bir nəfər kişinin yaralı halda oturduğunu görmüş, qapını açıb həyətə girdikdə bir nəfər yaşlı kişinin üzü üstə hərəkətsiz vəziyyətdə yerdə uzandığını və ətrafının qan gölməçəsi olduğunu giriş qapısının qarşısında isə bir nəfər qadının hərəkətsiz vəziyyətdə qanlar içində yerdə uzandığını da görmüş, o, yaralılara yardım etməyə başlamış, briqada isə yanğını söndürmək üçün hazırlıq görmüş, yanğın yaşayış evinin yay mətbəxi adlanan hissəsində olmuş, briqada yanğını söndürməklə məşğul olan zaman o, da evə daxil olub vəziyyəti yoxlamış, lakin evdə hər hansı bir alışan əşya görməmiş, ardınca həyətə düşüb digər işçilərə yanğını söndürməyə kömək etmiş, təxminən 10-15 dəqiqə sonra onlar yanğını söndürərək, evin digər tərəflərinə yayılmasının qarşısını almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Məmmədov X45 Pənahov ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi 14 15 ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış Şahid4 ilə oğlu ilə oxşar məzmunda ifadə vermişdir.( cild 1, iş vərəqə 309-311) Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid8 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1985-ci ildə X42 ilə evlənmiş, evləndikdən sonra Sumqayıt şəhərində “Betonzavod” adlanan əraziyə yaxın “Naxalstroy” adlanan yerdə yaşamış, 1989-cu ildə onların ailəsinə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində 3 sot torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində hazırda yaşadığı evi tikmiş və indiyədək həmin evdə qeydiyyatda olmaqla yaşamış, Məhəmməd Tağıyevlə nikahlarından Təqsirləndirilən şəxs, Günay Tağıyeva, Şahid9 dünyaya gəlmiş, Günay Tağıyeva 2010-cu ildə ailə qurub köçmüş, 2016-cı ildə əri Məhəmməd Tağıyev xərçəng xəstəliyindən vəfat etmiş, Təqsirləndirilən şəxs və Şahid9 isə anadan olduqları vaxtdan onlarla birlikdə yaşamış, Şahid9 2020-ci ildə ailə qursa da, 3 ay sonra boşanmış, Təqsirləndirilən şəxs atası vəfat edəndən bir neçə ay sonra Rusiya Federasiyasına işləmək üçün getmiş, təxminən 2020-ci ildə Azərbaycan Respublikasına qayıtmış, Təqsirləndirilən şəxs orta təhsilini başa vurmuş, müddətli həqiqi hərbi xidmətə gedib gəlmiş, Müşfiq günəmuzd dəmirçi işləmiş, bundan başqa günəmuzd ev də təmir etmiş, Xəqani də günəmuzd usta işləmiş, hər üçü işləsə də, maddi gəlirləri yaxşı olmamış, təxminən 1-2 il əvvəl Təqsirləndirilən şəxs vaxtilə atasının onların küçəsinə çəkdirdiyi su xəttindən su çəkmək istəyəndə Əli adlı qohumu Müşfiqin bu hərəkətinə etiraz etmiş, aralarında müba hisə yaranmış, Təqsirləndirilən şəxs Əlini döydüyündən cinayət məsuliyyətinə cəlb edilmiş, Təqsirləndirilən şəxs başqa kiminləsə mübahisəsi, ədavəti, düşmənçiliyi olduğunu görməmiş, eşitməmiş, X15 və ailə üzvləri ilə hazırda yaşadığı evə köçəndən sonra mehriban qonşu olmuş, mərhum Məhəmməd Tağıyevlə də onların arasında yaxşı qonşuluq münasibəti olmuş, hadisə baş verənədək də o, onların evinə gedib təzyiqini ölçmələrini, dərman vermələrini xahiş etmiş, onlar da xahişini nəzərə alıb ona köməklik etmiş, hadisədən təxminən bir həftə əvvəl Dağbəyi Fərəcov onların yaşadığı evə alıcı gətirmiş, belə ki, o, evin satılıb Xəqani və Müşfiq arasında bölünməsini istədiyi üçün evi satmaq qərarına gəlmiş, Dağbəyi də həmin vaxt onların evində olanda hər iki oğlunun usta olduğunu deyib evin divarlarını rəngləmələrini və evi daha yaxşı qiymətə satmağı məsləhət görmüş, onun pula ehtiyacı olanda Zərərçəkmiş şəxs1 borc pul almış, sonra da geri qaytarmış, həmin borcları o, Tərlandan almış, Müşfiq və Xəqani onlardan borc pul almamış, Zərərçəkmiş şəxs1 hər adama, yəni uşaqlara borc pul verməmiş, hadisə vaxtı onun Zərərçəkmiş şəxs1 borcu olmamış, çox əvvəldən borcunu qaytarmış, yaşadıqları ev iki mərtəbəli olmaqla mərhum Məhəmməd Tağıyev sağlığında evin birinci mərtəbəsinin Müşfiqə, ikinci mərtəbəsinin Xəqaniyə verilməsini vəsiyyət etmiş, uşaqları da bu bölgünü nəzərə alıb əməl etmiş, təxminən bir il əvvəl də Müşfiq aşağı mərtəbənin giriş qapısının açarını özünə götürmüş, orada yaşamağa başlamış, evdən çıxanda da həmin qapını bağlayıb getmiş, o, oğlu Xəqani və başqa şəxs həmin mərtəbəyə təxminən bir il əvvəldən girməmiş, Müşfiqin onunla və Xəqani ilə münasibətləri mehriban olmuş, lakin Müşfiq onlara yaşadığı evə daxil olmağa icazə verməmiş, onlar da həmin mərtəbəyə girməmiş, Müşfiq olmayanda qapısı da bağlı olmuş, o, X62 və onun ailəsi ilə hər hansı probleminin olduğunu hadisə baş verənədək bilməmiş, həmçinin, Müşfiqin tüfənginin olduğunu da bilməmiş, mərhum Məhəmməd Tağıyevin rəsmi qeydiyyatda olan tüfəngi olmuş, Məhəmməd Tağıyev vəfat edəndən sonra Təqsirləndirilən şəxs həmin tüfəngi satmış, lakin sonradan Təqsirləndirilən şəxs tüfəng almasından, həmin tüfəngi sənədləşdirməsindən və tüfəngin onun yaşadığı evdə olubolmamasından xəbəri olmamış, hadisədən sonra X65 arasında problem olduğunu öyrənmiş, lakin necə bir problem olduğunu bilməmiş, 27 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında Müşfiq evdə olmuş, evdə yatmış, səhər saatlarında evdən çıxmasından xəbəri olmamış, saat 6 radələrində cinayət hadisəsinin olduğunu öyrənmiş, saat 7 radələrində Müşfiqin evdə olmadığını görüb Müşfiqə zəng edib harada olduğunu soruşmuş. Müşfiq Şəhanə şad evinin qarşısında olduğunu, iş götürdüyünü, işləməyə gedtiyini demiş, o, da Müşfiqin iş tapmasına sevinmiş, 28 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs evə gəlib yatmış, 29 oktyabr 2023-cü il tarixdə səhər evdən çıxıb əmisi Həsənin evində ad günündə olmuş, həmin gün saat 22 radələrində onun yaşadığı evə polis əməkdaşları yaxınlaşıb Təqsirləndirilən şəxs soruşmuş, o, Müşfiqə zəng edib harada olduğunu soruşmuş, Müşfiq Yaşıldərədə ad günündə olduğunu, telefon nömrəsini polisə verməyini, özünün polis idarəsinə gedəcəyini demiş, o, da Müşfiqin telefon nömrəsini polis əməkdaşlarına vermiş, sonradan Dağbəyi Fərəcov və ailəsini qətlə yetirən şəxsin oğlu Təqsirləndirilən şəxs 15 16 olduğunu öyrənmişdir. Daha sonra Şahid8 ifadəsində göstərmişdir ki. Anar Fərəcovun uşaq vaxtı Təqsirləndirilən şəxs hər hansı bir əxlaqsız hərəkət etməsini eşitməmiş. Təqsirləndirilən şəxs ona, qardaşına, bacısına və mərhum atasına bu barədə heç bir məlumat verməmişdir.(i.vll cild 202-206) Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 Şahid8 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 28 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri 16-cı mikrorayonda Ü.Hacıbəyov küçəsi ilə İ.Qayıbov küçəsinin kəsişməsindəki 89A nömrəli fərdi evdə yerləşir. Evin həyəli mişar daşlarından hörülmüş hasarla əhatələnmişdir. Həyətin girişi qara rəngli metal darvazadan ibarətdir. Daravazanın analoji formada qapısı vardır. Qapıdan 116 sm məsafədə həyətdən çöldə qanabənzər mayedən ibarət gölməçə vardır. Qapının qarşısında qapının altından keçməklə həyətin içərisində bitən analoji formada növbəti qanabənzər mayedən ibarət gölməçə vardır. Qapıdan içəri daxil olduqda darvazanın qarşısında X5 meyiti vardır. Meyit üzü üstə yerdə uzanmış vəziyyətdədir. Meyitin başı ev istiqamətində, ayaqları isə evlə üzbəüz divar istiqamətindədir. Meyitin başından sağ tərəfdəki divara 48 sm məsafə vardır. Ayaqları açıq vəziyyətdədir. Sağ qolu qatlanmışdır, sağ said dirsəkdən yuxarıda yerləşir. Əl barmaqları açıq vəziyyətdə, bir-birindən aralıdır. Sol qolu dirsəkdən qatlanmış vəziyyətdədir. Sol said dirsəkdən aşağıdadır, bir hissəsi qarın nahiyyəsinin altında qalmışdır. Hər iki ayağının yaxınlığında bir ədəd tünd göy rəngli rezin çəkələk vardır. Sağ ayağının yanındakı çəkələkdən darvazaya 121 sm, həyətin sol divarına 30 sm məsafə vardır. Meyitin əynində qara rəngli gecə şalvarı, ağ rəngli mayka və belinə bağlanmış şəkildə qəhvəyi rəngli elastik parça vardır. X5 meyitinin sağ dirsəyi darvazadan 125 sm metr məsafədə yerləşir. Meyitin ətrafı qanabənzər mayedən ibarət gölməçələrlə əhatələnmişdir. (X5 meyiti və ətrafındakı qanabənzər maddədən ibarət gölməçələr hadisə yerində şərti olaraq 1 ilə nömrələndi.) Sağ qolu, sağ sağrı nahiyəsi, ayaqlarının altı və bədənin ön səthi qanabənzər maddəyə buşlaşmışdır. Meyitin sol dirsəyindən həyətin mərkəzinə doğru 305 sm-lik məsafədə qanabənzər maddədən ibarət qan gölməçəsi davam edir. Qeyd olunan gölməçənin bitdiyi yerdən həyətin sol divarına 190 sm məsafə vardır. Həyət darvazasının içəri səyhində çox saylı zədələnmələr vardır. Həmin zədələnmiş hissələrdə darvazanın boya örtüyü pozulmuşdur. Bundan başqa darvazanın həyətin divarına birləşdiyi yerə yaxın məsafədə divarın iki ədəd zədələnmiş hissəsi vardır. Qeyd olunan zədələnmiş hissələrin birində divarda bir ədəd, aşağısında yerdə bir ədəd qırmaya bənzər metal predmet vardır. Darvazanın qapısının içəri səthində cəftədə qanabənzər ləkələr vardır. Dağbəyi Fərəcovun sağ ayağının yanındakı çəkələkdən 175 sm irəlidə həyətin sol divarının qarşısında bir ədəd boz və tünd qırmızı rəngli qanabənzər maddəyə buşlaşmış jaket vardır. (Həmin jaket hadisə yerində şərti olaraq 2 ilə nömrələndi.) Həyətdə iki mərtəbəli mişar daşlarından hörülmüş fərdi yaşayış evi vardır. Həyət evin ətrafındakı hissədə gümüşü və qırmızımtıl rəngli tamet daşlarla, bağ hissəsində isə torpaq örtüyü ilə əhatələnmiş, bağda müxtəlif meyvə ağacları vardır. Ev həyətin sağ tərəfində yerləşir. Evin girişi də həyətin sağ tərəfində yerləşən divarında olan qonur rəngli 80x204 sm ölçüdə metal qapıdan ibarətdir. Qapının qarşısında yerdə rezindən hazırlanmış parça vardır. Onun üzərində barıta bənzər kristal formasında yaşıl rəngli hissəciklər vardır. Qapıdan sağ tərəfdə evin ikinci mərtəbəsinə uzanan pilləkən vardır. Evin həmin divarının qarşısında evin ikinci mərtəbəsindəki eyvanın dayağı kimi inşa edilərək yerə bərkidilmişdir. 4 ədəd ağ rəngli metal boru vardır. Birinci borunun yerdən 106 sm hündür hissəsində zədələnmiş hissə vardır, həmin hissədə boya örtüyü pozulmuşdur. Birinci boru ilə evin girişi arasında evin divarından 80 sm məsafədə X16 meyitinin başı vardır. Meyitin başı pilləkən istiqamətində, ayaqları həyətdəki bağ istiqamətindədir. Meyit sol sağrı nahiyəsi üstə uzanmış vəziyyətdədur. Sol ayağı acıq, sağ ayağı yarı qatlanmış vəziyyətdədir. Hər iki qolu açıq vəziyyətdə bədəninin sağ tərəfmə uzanaraq birləşmiş vəziyyətdədir. Meyitin ətrafı qanabənzər maddədən ibarət gölməçələrlə əhatələnmişdir. (Hadisə yerində şərti olara 3 ilə nömrələnmişdir.) Meyitin sol ayağından evin 16 17 girişinə 40 sm məsafə vardır. Əllərindən 140 sm məsafədə həyətin mərkəzinə doğru qanabənzər maddədən ibarət gölməçə uzanır. Birinci borudan Dağbəyi Fərəcovun meyiti istiqamətində 50 sm məsafədə qanabənzər maddəyə bulaşmış yalın ayaq izi, ardınca borudan 100 sm məsafədə pilləkən istiqamətində daha bir qanabənzər maddəyə bulaşmış yalın ayaq izi vardır. Evin giriş qapısı ilə analoji formada plastik barmaqlıqlardan ibarət plastik çərçivə vardır. Çərçivə açıq vəziyyətdədir, sol yanından 1 1 sm sağ tərəfdə plasmas barmaqlıqlarda dəlik formasında zədə vardır. Həmin çərçivə və qapıdan sonra evin girişinin sağ tərəfində 126 sm hündürlükdə üç ədəd zədə vardır. Həmin zədənin aşağısında üç ədəd qırmaya bənzər metal predmet vardır. Evin girişindən sağ tərəfdə ikinci mərtəbəyə uzanan pilləkənin altında bir ədəd metal qırmaya bənzər predmet vardır. İçəri daxil olduqda dəhliz vardır. Girişdə sol tərəfdəki mebelin üzərində bir ədəd qara rəngli mobil telefon vardır. Dəhlizin sağdan birinci girişində sanitar qovşağı, ikinci girişində hamam, 3-cü girişində yardımçı otaq vardır. Soldan birinci girişdə isə mətbəx yerləşir. Dəhlizi irəlilədikdə tavandan asılmış vəziyyətdə qızılı rəngli pərdə vardır. Həmin pərdəni keçdikdə dəhliz daralır. Həmin hissədə döşəmənin üzərində ağ rəngli parça vardır. Həmin parça qanabənzər maddəyə bulaşmışdır. Dəhlizin həmin hissəsində soldan birinci girişdə yataq otağı, irəlidə isə digər yataq otağı vardır. Evin otaqlarında müxtəlif məişət və geyim əşyaları, ərzaq məhsulları, mebellər və məişət elektronikası mövcuddur. Mətbəxin sonuncu pəncərəsinin şüşəsi sınmış, döşəməyə tökülmüşdür. Döşəmənin, xalçanın və oturacağın üzərində barıta bənzər kristal formasında yaşıl rəngli hissəciklər vardır. Pəncərə 55x22 sm ölçüdədir. Onun üzərindəki nəfəslik isə 41x29 sm ölçüdədir. Yardımçı otaq anbar kimi istifadə edilmişdir. Otağın sonunda küçəyə çıxış qapısı vardır. 6-cı pilləsinin altında bir ədəd zədə vardır. 7-ci pillənin ön tərəfində isə 2 ədəd zədə vardır. Həmin zədələrin birinin daxilində bir ədəd metal qırmaya bənzər predmet vardır. Pilləkənin orta hissəsindəki meydançada məhəccərdən 70. 75 və 92 sm sol tərəfdə divarda 3 ədəd zədə vardır. Həmin zədələrin birinin daxilində bir ədəd metal qırmaya bənzər predmet vardır. Pilləkənləri yuxarı qalxdıqda evin ikinci mərtəbəsində açıq eyvan vardır. Həmin eyvanın sağ tərəfində evin ikinci mərtəbəsindəki otaqlar yerləşir. Düz irəlilədikdə isə sol tərəfdə evin mansardına qalxan pilləkən vardır. Həmin pilləkəni qalxdıqda evin mansardı boşdur. İkinci mərtəbənin boz rəngli metal qapısından içəri daxil olduqda qonaq otağı vardır. Giriş qapısı ilə üzbəüz mebelin üzərində bir ədəd qara rəngli mobil telefon vardır. Girişdə sol tərəfdə divanla üzbəüz yerləşən masanın üzərində bir ədəd qara rəngli mobil telefon vardır. Sol tərəfdə sanitar qovşağı və hamam vardır. Sağdan birinci girişdə mətbəx, irəlidə dəhliz vardır. Dəhlizin sağdan birinci girişində qonaq otağı, soldan birinci girişində yataq otağı, irəlidə isə digər yataq otağı vardır. Otaqlarda müxtəlif məişət və geyim əşyaları, ərzaq məhsulları, mebellər və məişət elektronikası mövcuddur. Evin birinci mərtəbəsindəki giriş qapısından həyətin mərkəzinə doğru irəlilədikdə ikinci və üçüncü dayaq borularının arasında masa və ətrafında oluracaqlar vardır. Oturacaqların bir neçəsi yanmış vəziyyətdir. Birinci mərtəbənin mətbəxinin sonuncu şüşəsi sınmış vəziyyətdədir. Şüşə qırıntıları yerə tökülmüşdür. Ətrafı qara rəngli hisdir. Həmçinin, eyvanın döşəməsinin alt hissəsi qaralmışdır. Mətbəxin sınmış pəncərəsinin qarşısında qırmızı rəngli metaldan hazırlanmış yanğın söndürmə balonunun müxtəlif ölçülərdə olan hissələri aşkar edildi. Həmin hissələrin biri mətbəxin içərisindəki masanın altında, bir hissəsi isə Dağbəyi 1'ərəcovıın meyitinin yaxınlığında həyətin sol divarının qarşısında aşkar edildi. Balonun qarşısında yerdə bir ədəd yanmış çəkələk vardır. Divara bərkidilmiş sayğac yanaraq zədələnmişdir. Masa ilə üzbəüz həyətin mərkəzində tünd qəhvəyi rəngli mayedən ibarət böyük gölməçə vardır. Gölməçənin sol kənarında bir ədəd qırmaya bənzər metal predmet və bir ədəd ağ rəngli plasmas predmet vardır. Gölməçə qurudulduqda onun həmin yerin səthində yaşıl rəngli kristal şəkilli barıta bənzər hissəciklər aşkar edildi. Gölməçənin sol tərəfində olan dibçəyin üzərində bir ədəd göy rəngli plasmas predmet aşkar edildi. Dibçəyin sol tərəfində yerdə üzərinə ağ rəngli tənzif bağlanmış uzunsov metal predmet vardır. Masadan irəlidə müxtəlif oturacaq, masa və digər məişət əşyalarının hissələri ətrafa dağılmış, tamamilə və ya qismən yanmış vəziyyətdədir. Həmin hissədə də eyvanın aşağı təbəqəsi qaralmış vəziyyətdədir. Orada masanın üzərində iki ədəd üzərində “Fuse lea” yazılmış plasmas butulka vardır. Həmin butulkalardan biri qismən ərimiş vəziyyətdədir. Bundan başqa, dağılmış əşyaların arasında yerdə boz rəngli üzərinə “Danzka Vodka” yazılmış boz rəngli butulka vardır. İrəlidə daha bir birmərtəbəli, mişar daşlarından hörülmüş fərdi yaşayış evi vardır. Həmin evdən sağ tərəfdə yerləşən toyuqların saxlanıldığı yerin qarşısında birmərtəbəli evin sağ sivarından 220. 17 18 250, 380, 390 və 470 sm məsafədə 5 ədəd gilizə bənzər plasmas predmet aşkar edildi. (Hadisə yerində müvafiq olaraq 4, 5. 6, 7, 8 ilə şərti olaraq nömrələndi) Evin sağ divarından 370 sm sağda nar ağacı yerləşir. Nar ağacından 88 sm məsafədə 8, 27 sm məsafədə 7, 64 sm məsafədə 6, 213 sm məsafədə 5, 188 sm məsafədə 4 nömrəli predmetlər yerləşir. Birmərtəbəli fərdi yaşayış evinin sağ divarı boyu irəlilədikdə divarın sonundan sola döndükdə həmin evin girişi vardır. Evin qapısı kilidlidir. Qapı ilə üzbəüz həyətdə digər həyətə və çölə çıxış qapıları vardır. Həmin qapılar açıqdır. Bundan başqa, evin həyətinin giriş qapısının qarşısında X11 idarə etdiyi qara rəngli “Lexus” markalı, 90- GF-412 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobilin salonuna, oturacaqların ciblərinə, yük yerinə, salonundakı saxlanc yerlərinə baxış keçirildi. Orada iş üçün əhəmiyyətli heç bir əşya və ya predmet aşkar edilmədi. X5 və X16 meyiti götürülərkən hər iki meyitin altından bir ədəd ağ rəngli plasmas predmet aşkar edildi. Həmçinin, evin həyətindəki jaket götürülərkən üzərində bir ədəd plasmas predmet aşkar edildi..(cild 1, iş 10-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 28 oktyabr 2023-cü il tarixli meyitə baxış protokollarından görünür ki, təşrih stolu üzərində arxası üstə qadın meyiti olub, əynində ağ rəngli üzərində boz gülləri olan mayka, boz rəngli büstqalter, ağ-boz gülləri olan gecə şalvarı, boz rəngli tuman vardır. Paltarlar qanla bulaşmışdır. Meyit qadın cinslidir, düzgün bədən quruluşlu, kafi qidahdır, bədənin uzunluğu 165,0 sm-dir. Meyit qacıması yoxlanılan əzələ qruplarında əmələ gəlmişdir. Meyit ləkəsi bədənin arxa səhtində yerləşir, göyümtül- bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə avazıyır və 20 saniyədən sonra bərpa olunur. Başında saçları şabalıdı rəngdədir, uzunluğu 30 sm-ə qədərdir. Gözləri göz qapaqları ilə örtülüdür. Bəbəklər dairəvidir, genəlmişdir, qansızmasızdır. Burun sümükləri tamdır. Ağız və burun dəliklərinin ətrafı qanla bulaşmışdır. Ağzı bağlıdır. Dili ağzında sərbəst yerləşir. Ağzında dişləri özünündür. Qulaq seyvanları tam və xəsarətsizdirlər. Qulaq keçəcəkləri sərbəstdir. Boynu orta uzunluqdadır. Boynun ön səthinin əsasən sağ yarısında orta və yuxarı hissədə 12,0x9,0sm. sahədə 8 ədəd yara vardır: əsas yaranın ölçüsü 3,5\2.5sm-dir. digər yaraların ölçüləri 2,5x1,5sm-dən 1,2x0,8sm-ə qədərdir. Sol kürəküstü nahiyyədə 5 ədəd çıxış dəliyi vardır, ölçüləri 0.8x0,7sm- dən l,5xl,0sm-ə qədərdir. Yaraları daxilə keçəndir. Yaraların kənarları qeyri hamardır, girintili-çıxmtılıdır. Yara kanalı boyunca yumşaq toxumalar açıq qırmızı rəngdədir. Döş qəfəsi silindrik formadadır. Qarını döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvləri qadın tiplidir, normal quruluşdadır. Anal dəliyin ətrafı təmizdir. Ətraf sümüklərini əllə yoxladıqda qeyri-adi hərəkət qeyd olunmur. Meyitin bədəni üzərində digər xəsarət və ya onun izi aşkar olunmadı. Təşrih stolu üzərində arxası üstə kişi meyiti olub, əynində ağ rəngli mayka, boz rəngli gecə şalvarı, qırmızı rəngli tuman, qəhvəyi elastik kəmər (bel radikuliti əleyhinə) vardır. Paltarlar qanla bulaşmışdır. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu,kafi qidahdır, bədənin uzunluğu 170,0 sm- dir. Meyit qacıması yoxlanılan əzələ qruplarında əmələ gəlmişdir. Meyit ləkəsi bədənin arxa səhtində yerləşir, göyümtül- bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə avazıyır və 10 saniyədən sonra bərpa olunur. Başında saçları ağarmışdır. Gözləri göz qapaqları ilə örtülüdür. Bəbəklər dairəvidir, genəlmişdir, qansızmasızdır. Burun sümükləri tamdır. Ağız və burun dəliklərinin ətrafı təmizdir. Ağzı bağlıdır. Dili ağzında sərbəst yerləşir. Ağzında dişləri pro tezdir. Qulaq seyvanları tam və xəsarətsizdirlər. Qulaq keçəcəkləri sərbəstdir. Boynu orta uzunluqdadır. Döş qəfəsi silindrik formadadır. Qamı döş qəfəsi səviyyəsindədir. Xarici çinsiyyət üzvləri kişi tiplidir, normal qumluşdadır. Anal dəliyin ətrafı təmizdir.Ətraf sümüklərini əllə yoxladıqda qeyri adi hərəkət qeyd olunmur. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: sağ bazunun iç səthinin orta 1-3- də 5,0x4,0sm. ölçüdə yara vardır, yaranın kənarları nahamardır, barıt hisi nəzərə çarpır.Yara kanalı açıq qırmızı rəngdədir, bundan 4,5sm. yuxarıda l,7xl,lsm. ölçüdə 2-ci yara vardır. Əsas yaradan 2,0sm. önə l,2xl,0sm. ölçüdə 3-cü yara vardır. Yara kanalı boyunca dəri, dərialtı toxuma ,bazu venası və arteryiası, bazunun iki və üçbaşlı əzələləri zədələnmişdir. Bazunun bayır arxa səthində 7 ədəd çıxış yaraları vardır, 10.0x7.01 sm. sahəni əhatə edir, ölçüləri ; 1 ədəd yaranın ölçüsü l,5xl,5sm., digər yaraların ölçüsü 0,8x0,6sm-dir. Meyitin bədəni üzərində digər xəsarət və ya onun izi aşkar olunmadı.( i.v. İ cild 47-64) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 30 oktyabr 2023-cü il tarixli şəxsin tanınmasının aparılması haqqında protokoldan görünür ki, tanınma aparılması üçün Təqsirləndirilən şəxs başqa 3 nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən şəxslər soldan sağa 1-4-cü sıralarda dayanmışlar. 18 19 Təqsirləndirilən şəxs soldan sağa istiqamətdə 3-cü yerdə dayanmışdır. Tanıyan şəxs Şahid1 soldan sağa 3-cü dayanan şəxs Təqsirləndirilən şəxs göstərərək, xx.xx.2023-cü il tarixdə kirayə qaldığı evin həyətində ev sahibi Dağbəyi Fərəcovu və qızı Susana Karakaşı tüfənglə öldürən və digərlərini yaralayan şəxsin olduğunu, Təqsirləndirilən şəxs üz cizgilərindən, baxışı və saqqalından tanıdığını bildirmişdir.(i.v. İ cild 160-163) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 30 oktyabr 2023-cü il tarixli şəxsin tanınmasının aparılması haqqında protokoldan görünür ki. tanınma aparılması üçün Təqsirləndirilən şəxs başqa 3 nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən şəxslər soldan sağa 1-4-cü sıralarda dayanmışlar. Təqsirləndirilən şəxs soldan sağa istiqamətdə 2-ci yerdə dayanmışdır. Tanıyan şəxs Şahid4 soldan sağa 2-ci dayanan şəxs Təqsirləndirilən şəxs göstərərək, onun xx.xx.2023-cü il tarixdə, saat 21:40 radələrində operator işlədiyi “SOCAR” yanacaqdoldurma məntəqəsinə gəldiyini və benzin aldığını bildirmişdir.(i.v. İ cild 164-167) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 30 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, istintaq hərəkəti başladığı Sumqayıt şəhər prokurorluğunda Təqsirləndirilən şəxs bildirdi ki, 28 oktyabr 2023-cü il tarixdə Dağbəyi Fərəcovun ailə üzrlərinin öldürülməsinə cəhd edilməsi və iki şəxsin öldürülməsi hadisəsi Anar Fərəcovun anası Tərlan, atası Dağbəyi, bacısı Susana. Susananın adını bilmədiyi ərinin yaşadığı ünvanda baş vermişdir. Bu şəxslər ilə birlikdə eyni məhəllə yaşamışdır, qonşudurlar. Bu hadisəni qisas almaq məqsədi ilə törətmişdir. Belə ki, Anar uşaq olarkən 1997-ci ildə Sumqayıt şəhəri 16-cı mikrorayonda yarımtikilidə öz cinsi orqanını onun arxa tərəfmə sürtmüşdür, bu yer onların evinə yaxındır. Bu vaxt onun 10 yaşı olub. Anar isə ondan 5-6 yaş böyük olmuşdur. Anar onun sol əli ilə onu başının arxa tərəfindən tutmuş, əynindək şortiki dizinə qədər çəkmiş, cinsi orqanını arxa tərəfmə sürtmüşdür, həmin vaxt əynində tuman olmayıb, üstündə sarı rəngli köynək və şortik olmuşdur. Anarın hərəkəti nəticəsində özünü pis hiss etmiş, Anan itələyib ağlayaraq oradan getmişdir. Anarın ona qarşı belə hərəkəti yalnız bir dəfə baş vermişdir. Bu hadisəni ailə üzvlərinə, qohumlarıma, ə qonşularıma və də heç kimə deməmişdir. Anan sonuncu dəfə 10- 11 il bundan əvvəl görmüdür, hazırda harada olmasını bilmir. İndiki hadisəni də valideynlərinə qarşı törədib ona görə ki. valideynləri Anara bu tərbiyəni verməsə idi. bu hadisə də baş verməzdi. Anan böyüdən ata-anası bu şəxslərdir, ona 26 ildə vurulan zərbənin qarşılığında Anardan belə qisas almışdır. İndiyədək onlara qarşı heç bir hərəkət etməmişdir, yəni bugünü gözləmişdir, oktyabr ayının 21-i yuxusunda onlardan qisas alacağını görmüşdür. Bundan əlavə də Anarın ona bu hərəkəti elədiyi yerdə bir adam da yıxılıb rəhmətə getmiş, yəni həmin yerdən meyit də çıxıb, həmçinin də 34 nömrəli məktəbin pilləkənlərinin altında bacısını (müst.-Susana) da Allah pis vəziyyətə salıb, buna görə də Allahdan razıdır. Qeyd etdiyi yıxılıb rəhmətə gedən şəxs qonşuları olub, kim olması yadında deyil, ancaq, Anargilin qohumu, tanışı olmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edildi ki, baş vermiş hadisə yerinin ünvanını, hadisənin necə cərəyan etməsi və digər xüsusatları əyani göstərmək təklif edildi. Təqsirləndirilən şəxs heç bir etiraz etmədi. Saat 14:59. İstintaq hərəkətinə hadisə yerinə getməkdən ötrü fasilə verildi. Təqsirləndirilən şəxs hadisə yerini göstərib, istintaq hərəkəti iştirakçılarını Sumqayıt şəhəri. 16-cı mikrorayon 7-ci keçid 89a saylı evə gətirdi, istintaq hərəkəti iştirakçıları polisin xidməti avtomobili ilə hadisənin baş verdiyi yerə gəlmişdirlər. Saat 15:20. Sumqayıt şəhəri, 16-cı mikrorayon 7-ci keçid 89a saylı evin qarşısı. İstintaq hərəkəti davam etdirilir. Təqsirləndirilən şəxs burada ifadəsinə davam edərək göstərdi ki. saat 5 radələrində küçə ilə evin binasının qurtaracağınan gəlmişdir, əlində 2 sellafan torba və bir də 16 kalibrili ov tüfəngi olmuşdur, sellafan torbada benzin, partlayıcı bir də xəncər, 4 ədəd plastmas, 1 ədəd isə aliminium qabda benzin var idi. Aliminum qab spirtli içki qabı idi, digərlərinə heçnə yazılmamışdır. Tüfəngini üzlüyündə gətirmişdir, buna görə də görünmürdü. İlk növbədə evin qapısını yoxlamış, qapı açılmadığına görə gətirdiyi bağlamaları bura qoymuşdur. Burdan sonra qonşu Etibargilin daş hasarma dırmaşıb həyətə aşmışdır. Burada tüfəngə 16 kalibrili patron qoymuş, ov tüfəngini özü ilə birgə götürdüm və hasarı keçib Dağbəyi Fərəcovun həyətinə tullanmışdır. Biraz irəli getdim baxaraq həyəti yoxladıqdan sonra geri qayıdıb qapını açmışdır. Qapıdan çıxıb daha sonra məhlədə yerə qoyduğu benzin, partlayıcı bir də xəncəri 19 20 götürüb içəri keçmişdir. Sellafan torbaları, türəngin də kabrosunu buraya qoymuş, amma, ov tüfəngini özüdə saxlamışdır. Sonra buradan sakitcə keçib həyətdəki pəncərənin yanında dayanmışdır, pəncərədən onu görə bilərdilər, bu səbəbdən də əyilib heç kimin olmadığını yoxladıqdan soma keçmişdir. Gəlib ikimərtəbəli evə çatanda evi xatırlaya bilməmişdir. Buna görə də geri qayıdaraq əşyalarını götürüb həyətə çıxmışdı. O, bu hadisəni törətməyi 2-3 il bundan əvvəl planlaşdıraraq eyni qapıdan keçib törətməyi nəzərdə tutmuşdur, buna görə də evin küçədə sıraca üçüncü ev olmasını yəqin etmişdir. Küçəyə qayıdıb evin düzgün olduğunu müəyyənləşdirmiş, yenidən eyni qapıdan həyata qayıtmışdır. Bu müddətdə küçə boyunca onu heç kəs görməmişdir. Hava qaranlıq idi. Hərəkət etdiyi zaman tüfəng əlində olmuşdur. Bütün sallefan torbaları ikimərtəbəli evin həyətyanı sahə istiqamətində divarına qoymuşdur. Qoyduğu əşyalar arasında partlayıcı olmuşdur. Həmin partlayıcını özü qırmızı yanğınsöndürən balonun dəmirindən hazırlamış, 1,5 sm-lik dəmir başlığı balona qaynaq elmiş, barıt alıb içərisini yaşadığı evdə doldurmuş, kənarlarını İran istehsalı yapışdırıcı ilə bərkidib kənarlarını izolasiya lenti ilə sarımışdırdır. Sumqayıt şəhərində “Dejumiy”da yerləşən “Ovçular" deyilən mağazadan alışdırım almış, bu alışdırım partlayıcı qurğuya birləşdirməmiş, yolda olarkən alışa biləcəyinə görə özündə cibində daşımışdır. Aptekdən aldığı 10 ədəd binti də yaşadığı evdə benzində saxlayıb ki, filter kimi istifadə etsin. Benzini hadisədən bir gün əvvəl saat 23:00 radələrində SOCAR yanacaq-doldurma məntəqəsindən əldə etmiş, 7 manat məbləğində 92 markalı benzini özü ilə gətirdiyi qara rəngli qabda almışdır. Evdə olanda yanğın balonu hissəsinə “Ovçular” mağazasından aldığı 1 kq 100 qram yaşıl barıt töküb hazır vəziyyətə gətirmişdir. Hadisə yerində qabları qoyduğu yerin qarşısındakı dəmir dirəyə silahı söykəmişdir. Aliminium qabdakı benzini buraları səpmiş, həmin yerdən başlayaraq ikirmərtəbəli evin giriş qapısına qədər səpmişdir. Evin qapısına gələndə silahı da evdən çıxan olsa atəş açmaq məqsədi ilə özüylə gətirmişdir. Mətbəxin nəfəsliyi iti bucaq altında açıq vəziyyətdə olduğuna görə buradan içəri də benzin tökmüş, əvvəlki yerinə qayıdıb partlayıcını hazır vəziyyətə gətirmişdir. Alışdırıcım hazırladığı partlayıcı qurğuya taxmış, konistetdən benzinli bilinti partlayıcının başına dolayıb bağlamış və partlayıcı qurğunu buradan mətbəx pəncərəsinin qarşısına qoymuşdur. Butulkada qalan benzini də paltar ipindən asılan paltarlara səpələmişdir. Özündə olan alışqanla benzini alışdırmışdır. Benzini tökməyə başladıqdan alışdırmağa qədər 2-3 dəqiqə vaxt keçmişdir. Buna qədər evdən heç kəs çıxmamışdır. Benzini alışdıran ərəfədə evin ikinci mərtəbəsində soldan ikinci otağın işığı yandı. Buna görə də daha yaxına gedib benzin tökdüyü yerləri alışdırmışdır. Parlayıcının qurğu partladıqdan sonra evdən yaşayanların çıxacağını, çıxan şəxsləri də atəş açıb vuracağını düşünmüşdür. Partlayıcının dalğasına düşməmək üçün həyətdəki birmərtəbəli evin iki mərtəbəli ev tərəfdəki tinində dayanmış və silahı evə doğru tuşlayıb gözləmişdir. Yanğının alovu çox hündürə qalxdığına görə qabağını buradan görə bilməmiş, partlayıcı partlamış və böyük səs gəlmişdir. Yalnız bir partlayış olmuş və şüşələrin sınması səsi eşidilmişdir. Artıq olduğu bu yerdən qapıdan çıxanları görə bilmirdi, buna görə də mövqeyini dəyişib iki-üç addımlıq məsafədə evin darvaza qapısı ilə üzbəüz tutağacının yanında dayanmışdır. Əvvəlki mövqeyində evdən çıxanları görə bilmirdi, buna görə də atəş aça bilməyəcəkdi, yeni mövqeyindən isə aydın görürdü. Evin birinci mərtəbəsindəki qapıdan Susana çıxmış. Susanam görəndə bir dəfə atəş açdı, güllə Susananın sinəsinə dəydi və qan açıldı. Susanam görsə də, Susana onu görməmişdir. Silaha qoyduğu ilk güllə atasının ölümündən əvvəl saxladığı noxud qırma idi. Belindəki silahın kəmərində 3-4 ədəd belə qırma və başqa qırmalar var idi. Bunların sayını dəqiq bilmir, ancaq, kəmər dolu vəziyyətdə idi. Susana güllə dəyən yerdə yıxıldı, sol çiyni üstə yıxıldığını gördü. Atəş açdığı ov tügənfı 16 kalibrli təklüləli çaxmaqlı tügəngdir. Tüfəngi həyətyanı sahədə ağacın altında boşaldıb yeni parton qoyduqdan sonra əvvəlki mövqeyinə qayıtmışdır. Qayıdanda Susana yerdə idi, artıq Anarın yeznəsi çıxıb Susana gördükdə "Allahuakbar bu nədi?, bu nə müsibətdi?” deyərək qışqırmağa başladı və ikinci atəşi Susananın ərinə açmış, güllə dəydikdə əri içəri girmişdir. Yenidən eyni yerdə partonu dəyişmiş və əvvəlki mövqeyinə qayıdıb atəş açmışdır. Bir daha atəş açmış, ancaq, güllənin dəyib-dəymədiyini bilməmiş, atəşindən sonra Tərlan xanım yıxılmışdır. Orada olan Dağbəyin Tərlanın yıxılmasını görüb-görmədiyini bilmir. Yenidən tüfəngi hazır vəziyyətə gətirib eyni yerdə dayanmışdır. Bu zaman birmərtəbəli ev tərəfdən əvvəllər görmədiyi bir şəxs gəlmişdir, bu şəxs kirayəçi idi, gələn qaça-qaça gəlirdi, gördüyü anda silahı həmin gələn qadına tərəf tuşladı, arxadan hücuma məruz qalacağını güman etmişdir. Silahı tuşlayanda qadın onu vurmaması yalvarmışdır, bu şəxs ilə heç bir 20 21 düşmənçilik, ədavəti olmadığına görə də keçməsini qadına demiş, elə vəziyyət yaranıb ki. qadına geriyə dönməsini deyil, keçməsini demişdir, qadın oradan keçəndə yıxılmış və durub evin qapısı tərəfə keçmişdir. Sonra eyni yerdən keçib Dağbəyiyə güllə atmışdır. Artıq qız da qapıdan keçib getmişdir. Dağbəyini vurmazdan əvvəl qadından partlayışın nə olmasını soruşmuş, qadın da cavab verə bilməyərək qaçmışdır. Həmin vaxt evdən uşaqların ağlamasını eşitmişdir. Uşaqlar ağlayanda uşaqların 26 il ərzində onun zülm çəkdiyi vəziyyətdə düşdüyünü hiss etmiş, bu səsə görə onları öldürməmək hissi yaranmışdır. Qapının ağzına adamlar toplaşmışdır, səs-küyləri eşidilmişdir. İlk öncə uşaqların səsi, ikinci olaraq da həyətə adamların toplaşması, həmçinin də ailənin bütün fərdlərinə atəş açdığına görə artıq evdən getmək qərarına gəlmişdir. Bu vaxt tüfəng əlində olmuş, yekə xəncər orada, digər balta qarnında, arxa cibində məişət bıçaqı var idi. Hadisədə balta, yekə xəncər, mətbəx bıçağı və bir də qaz balonundan istifadə etməmişdir. Patronu qurtarsa, əgər evin içinə girməli olsa, onda bunlardan istifadə edəcəkdi. Evə daxil olmamış, evdən heç bir əşya götürməmiş, heç belə bir fikri olmamışdır. Yalnız məqsədim onları qətlə yetirmək olmuşdur. Hadisə nəticəsində xəsarət alan Etibar polisdə işləyir, onu bir neçə dəfə formada görmüşdür, Etibar və ya onun ailə üzvlərini həyətdə görməmişdir. Başqa partlayıcı qurğusu olmamışdır. Heç kimlə rastlaşmamış, lakin silahı dolu olub ki. qarşısına çıxan şəxs olsa idi onu vuracaqdı. Təqsirləndirilən şəxs ifadəsinin davamında Anar Fərəcovun ona qarşı etdiyi hərəkətləri hər gün. hər il xatırladığını, bu küçədən keçəndə, hər dəfə onun qohumlarından kimisə görəndə bu hadisəni xatırlatdığını və bundan vicdan əzab çəkdiyini göstərmişdir. Evdə olan azyaşlı uşaqların valideynlərini elə vəziyyətdə görməsini istəmiş, bunu gördükdə qisasını alınmış hesab etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evdən çıxaraq hərəkət etdiyi trayektoriyanı göstərmiş və Şahid7 yaşadığı Sumqayıt şəhəri X92 Allahyarov küçəsi ev 91 ünvanına aparmışdır. Fasilə vaxtı saat 16:17. İstintaq hərəkətinə fasilə verilir. Saat 16:29. Sumqayıt şəhəri X92 Allahyarov küçəsi ev 91. İstintaq hərəkəti davam etdirilir. İstintaq hərəkətinin hazırki mərhələsində qeyd edilən ünvana daxil olmaq zərurəti yaranmış və orada yaşayan X35 razılığı ilə ünvana daxil olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki. yol ilə şəhid bulağının yanından bu küçəyə daxil olmuşdur, həmin ev ustası Məzahirin evidir. Məzahir burada ailəsi ilə birgə yaşayır. Hadisədən sonra həmin evə gəlmiş, silah sağ əlində olub, qapını döydükdə Məzahir usta çıxmışdır. Məzahirə əlindəki silahın atasından ona yadigar qaldığını, sənədi də olduğu, evdə qardaşı ilə söz- söhbət olduğunu, əlimdən xəta çıxmasın deyə bu silahı saxlaması üçün gətirmişdir. Məzahir onu içəri salmış, özüm silahı kreslonun arxasına qoymuşdur. Həmin vaxt Məzahir əlini yumağa keçmişdir. Orada bir ədəd qaz balonu, bir ədəd yandırıcı, mətbəx bıçağı, patron kəməri, bir ədəd 16 kalibrili tüfəng, xəncər, balta bir də tüfəngin sənədi olmuşdur. Qapıda əlini qanlı görən Məzahir ona düzünü deməsini, nəsə olubsa məlumat verməsini xahiş etmiş, o isə heç nə olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs partlayıcı maddəni evində hazırladığını göstərmiş və yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 84a ünvana istintaq hərəkəti iştirakçılarını aparmışdır. Partlayıcı qurğunun hazırlandığı yerdə istintaq hərəkətinin davamı aparılacaqdır. Fasilə vaxtı saat 16:35. Saat 16:50 istintaq hərəkəti davam etdirilir. Silahı bu evdə saxlayırdım. Evin açarları tutularkən məndən götürülüb, özümdə yoxdur. Fasilə vaxtı saat 16:51. İstintaq hərəkətinə fasilə verilir. Saat 17:26 istintaq hərəkəti davam etdirilir. Şübhəli şəxs müvəqqəti saxlama yerinə yerləşdirilən zaman üzərində olan əşyalardan biri də ona məxsus olan açar dəsti olub. Bu açar dəsti də müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən istintaq hərəkətinin aparıldığı yerə gətirilib. Bu açar mənə məxsusdur, evimin qapısını açır. - Xeyr, bu otaqda partlayıcı qurğunu hazırlamaq üçün heçnədən istifadə etməmişəm. Bu benzini yanacaq-doldurma mərkəzindən almışdım lakin şüşə qab səsli olduğuna görə özümlə götürməmişdim. Bunlar barıt qutularıdı sayı 7-dir. Bunlar bintlərin qalanıdı, 6-7 olmalıdı. - Bu gilizlər rəhmətlik atamdan qalmadır. 21 22 Bu telefonların biri rusiyada işlətdiyim telefondu, digərini də əmimuşağı verib. - Bunu tüfəngə səsboğucu olaraq düzəltmişdim, lakin sonra ehtiyac görmədim. Falqalar əvvəlcədən burda olub. Burdan başqa otaqda partlayıcı hazırlamamışam. İstintaq hərəkətinə fasilə verilir. Yanacaq doldurma məntəqəsində istintaq hərəkətinin davamı aparılacaqdır. Fasilə vaxtı saat 17:35. Saat 17:45 istintaq hərəkəti davam etdirilir. Yanacağı 6 nömrəli yerdən almışdım. 1 konister aldım, 7 manat pul verdim. İstintaq hərəkətinə fasilə verilir. “Ovçular’ mağazasında istintaq hərəkətinin davamı aparılacaqdır. Fasilə vaxtı saat 17:46. Saat 17:59 istintaq hərəkəti davam etdirilir. Yer: Sumqayıt şəhəri. İ İ.Əliyev prospekti 21ci məhəllə 18 saylı binanın birinci mərtəbəsindəki “Ovçular' mağazası. Bu barıtı aldığım mağazadır. Əməlimdən heç bir peşmançılığım yoxdur.( i.v. İ cild 168-182) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 31 oktyabr 2023-cü il tarixli “video görüntülərə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Sumqayıt şəhər polis idarəsinin Cinayət axtarış şöbəsinin rəis müavini X17 təqdim eldiyi bir ədəd diskə baxış keçirilmişdir. Təqdim edilən disk “HP” markalı kompüter vasitəsilə oxunduqda diskin içərisində “Socar 1”, “Socar 2”, “Küçə 1”, Küçə 2”, “Evin önü 1”, “Evin önü 2”, “Evin arxası” adlı videogörüntü faylları vardır. “Socar 1” adlı fayl açıldıqda 1 dəqiqə 35 saniyədən ibarət videogörüntü vardır. Fləmin videogörüntüdə bir nəfər şəxsin yanacaq doldurma məntəqəsinin yanacaq çəninə əlində olan qabla yaxınlaşması, digər şəxsin həmin qaba yanacaq doldurması əks olunur. “Socar 2” adlı fayl açıldıqda 3 saniyədən ibarət videogörüntü vardır. “Socar 1” adlı fayldakı videogörüntünün davamını, yəni şəxsin yanacaq aldıqdan sonra yanacaq doldurma məntəqəsindən uzaqlaşmasını əks etdirir. Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntüdə əks edilən yanacaq doldurma məntəqəsinə əlində qabla gəlib yanacaq aldıqdan sonra oradan uzaqlaşan şəxs onun özüdür. Həmin yer yaşadığı evin yaxınlığında olan “Socar” yanacaq doldurma məntəqəsidir. O. 27 oktyabr 2023-cü il tarixdə cinayət törədərkən istifadə etdiyi yanacağı oradan almışdır. “Evin önü 1” və “Evin önü 2” adlı fayllar açıldıqda 25 və 26 saniyədən ibarət videogörüntülər vardır. Həmin görüntülərdə ünvan 2 ünvanında yerləşən evin qarşısından bir nəfər şəxsin hərəkət edib evin giriş darvazasına baxdığı görüntülər əks edilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, videogörünt illərdə ünvan 2 ünvanında yerləşən evin qarşısından şəxs onun özüdür. Hadisədən əvvəl axşam saatlarında həmin yerdə keçmişdir. “Evin arxası” adlı fayl açıldıqda 44 saniyəlik videogörüntü vardır. Həmin videogörüntüdə ünvan 2 ünvanında yerləşən evin arxa tərəfindən bir nəfər şəxsin evin həyətinə daxil olması əks edilir. Təqsirləndirilən şəxs bildirdi ki, ünvan 6 ünvanında yerləşən evin həyətinə arxa tərəfdən daxil olan şəxs onun özüdür. O, hadisə vaxtı evə həmin yerdən daxil olmuşdur. “Küçə 1” adlı fayl açıldıqda 57 saniyəlik videogörüntü vardır. Həmin videogörüntüdə bir nəfər şəxsin əlində olan tüfəngi küçədə üzlüyə keçirməsi əks olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, həmin yer ünvan 2 ünvanında yerləşən evin arxa tərəfindən keçən küçədir. O. cinayət hadisəsni törətdikdən sonra lentə alınmışdır. Hadisədən sonra həmin istiqamətdə hərəkət edib hadisə yerindən uzaqlaşmışdır. Videogörüntüdəki tüfəng ona məxsus olan cinayət törədərkən istifadə etdiyi tüfəngdir. Tüfəngi üzlüyünə qoyan şəxs isə onun özüdür. “Küçə 2” adlı fayl açıldıqda 10 saniyəlik videogörüntü vardır. Həmin videogörüntüdə bir nəfər şəxsin əlində tüfəng üzlüyü ilə küçədə hərəkət etməsi əks olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntüdə əlində tüfəng üzlüyü olan şəxs onun özüdür. Üzlüyün içərisində ona məxsus cinayət törədərkən istifadə etdiyi tüfəng vardır. Hadisədən sonra hadisə yerindən piyada uzaqlaşıb həmin küçə ilə hərəkət etmişdir. Videogörüntülər də həmin vaxt lentə alınmışdır.( i.v. İ cild 294-297) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 13 noyabr 2023-cü il tarixli Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 2 ədəd diskdən biri “HP” markalı kompüter vasitəsilə oxunduqda diskin içərisində “2222” və “digər məhkumların ətraf dairəsinə düşəni 1111" adlı qovluqlar vardır. “2222” qovluğunun içərisində 44 ədəd fotoşəkil vardır. Himin fotoşəkillərdə Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron qolbağın 18 oktyabr 2023-cü il, saat 00:00-dan 29 oktyabr 2023-cü il, saat 23:59-dək olduğu yerlər barədə məlumatlar əks edilmişdir. Qeyd olunan elektron qolbaq 28 oktyabr 2023-cü il, saat 00:00- 22 23 dan 05:22-dək olan müddətdə qeydiyyatda olduğu Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 84A və onun ətrafında olmuş, bəzi vaxtlarda isə qolbaqdan istifadə qaydaları pozulduğuna görə qeyd olunan qolbağın Təqsirləndirilən şəxs üzərində olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. “digər məhkumların ətraf dairəsinə düşəni 1111" adlı qovluqda 6 ədəd fotoşəkil vardır. Həmin” fotoşəkillərdə X36, X37 və X43 tətbiq edilmiş elektron qolbaqların 28 oktyabr 2023-cü il tarixdə müxtəlif saatlarda Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron qolbağa yaxın olan ərazilərdə olması müəyyən edilmişdir. Digər disk “HP” markalı kompüter vasitəsilə oxunduqda diskin içərisində 10 ədəd vidogörüntü vardır. Həmin videogörüntülərdə Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron qolbaq barədə yuxarıda göstərilən məlumatlar hərəkət trayektoriyası əks edilmişdir.(i.v. İİ cild 8-9) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş MTE və PA Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 120 saylı Məhkəmətibbi ekspertizası rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:Sağ bazunun orta 1/3-nin odlu silah yaraları. Dəri,dərialtı toxuma,bazu arteriya və venasının.bazunun iki və üçbaşlı əzələlərinin zədələnməsi. Qeyd olunan xəsarətlər patronun qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan,mərmilərin (qırmaların) kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış 1 atəş nəticəsində əmələ gəlmişdirlər.Həyatidiıiər.dərəcəsinə görə həyal üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa Ağır zərərvurmaya aid edilirlər. X1 ölümünə səbəb almış olduğu odlu silah yarası nəticəsində bazu arteriyası və venasının zədələnməsindən baş vermiş kəskin qanitirmə olmuşdur.Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X2 bazu nahiyyəsində olan yara girintili və çıxıntıhdır.Giriş və çıxış dəlikləri birbirinə uyğundurlar.Yara kanalı bazunun arteriya venasını zədələməklə bazunun ikibaşlı və üçbaşlı əzələsindən keçir.Atəş zamanı zərərçəkmiş və atəş açan üzbəüz qarşılıqlı vəziyyətdə olmuşlar. X15 xəsarət aldıqdan sonra məqsədyönlü hərəkət etmək iqtidarında olmamışdır. X5 bədəni üzərində əlbəyaxa olmağa və özünü müdafiəyə uyğun xəsarətlər aşkar olunmadı. X1 meyitindən götürülmüş qanda məlikəmə kimya tədqiqatı nəticəsində etil spirti,narkotik vasitə və digər güclü təsiredici maddələr aşkar edilməmişdir.( i.v. İİ cild 165-174) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş MTE və PA Birliyi" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 121 saylı Məhkəmətibbi ekspertizası rəyindən görünür ki, X3 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edi İmişdir: Boynun ön səthinin qırtlaq,nəfəs borusunu,qida borusunu,sol ağciyəri zədələyən odlu silah yaraları.Dəri,dərialtı toxuma,vidaçi vena.qırtlaq arteriya və venalarının,qırtlaq əzələlərinin,udlaq arteriya və venalarının,boynun pilləli əzələlərinin zədələnməsi. Qeyd olunan xəsarətlər patronu qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan,mərmilərin (qırmaların) kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış 1 atəş nəticəsində qırmaların səpələnməsi nəticəsində əmələ gəlmişdirlər.Həyatidirlər,dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa Ağır zərərvurmaya aid edilirlər. X3 ölümünə səbəb almış olduğu odlu silah yarasından qırtlağın,nəfəs borusunun,qida borusunun.sol ağ ciyərin,qırtlaq arteriya və venalarının,udlaq arteriya və venalarının zədələnməsi nəəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X16 boynunun ön səthinin yuxarı və orta hissəsində olan yaraların kənarları girintili və çıxıntılıdırlar. Giriş və çıxış dəlikləri bir-birinə uyğundurlar. Atəş zamanı zərərçəkmiş və atəş açan üzbəüz qarşılıqlı vəziyyətdə olmuşlar. X44 xəsarət aldıqdan sonra məqsədyönlü hərəkət etmək iqtidarında olmamışdır. X16 bədəni üzərində əlbəyaxa olmağa və özünü müdafiəyə uyğun xəsarətlər aşkar olunmadı. X3 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti,narkotik vasitə və digər güclü (əsiredici maddələr aşkar edilməmişdir. X16 uşaqlıq yolu möhtəviyyatı olan tamponun məhkəmə tibbi tədqiqi zamanı sperma aşkar olundu.Arxa keçəcək mühtəviyyatı olan tamponda isə sperma aşkar olunmadı.( i.v. İİ cild 175-184) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş MTE və PA Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 112 saylı Məhkəmətibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdirsol qalça sümüyünün,oma sümüyünün odlu silah yaralanmasından sonrakı açıq sınıqları.Sol sağrı nahiyyəsinin yaraları.Sol oturaq sinirinin travmatik neyropatiyası. Qeyd olunan xəsarətlər odlu silahdan açılmış atəşlə-qırmanın təsirindən 23 24 yetirilmişdirlər,qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən odlu silahdan açılmış atəşin təsirindən əmələ gələ bilər.müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Qeyd olunan xəsarətlər patronu qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan,mərmilərin (qırmaların) kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış atəş nəticəsində qırmaların səpələnməsindən əmələ gəlmişdirlər.həyatidirlər. Atəş açılarkən atəş açanla zərərçəkmiş üzbəüz qarşılıqlı vəziyyətdə olmuşdurlar. Zərərçəkmiş şəxs1 bədəni üzərində özünü müdafiə etməyə və əlbəyaxa olmağa uyğun xəsarətlər aşkar olunmadı.( i.v. İİ cild 193-195) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş MTE və PA Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 108 saylı Məhkəmətibbi ekspertizası rəyindən görünür ki, X26 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Qarnın ön divarının daxilə keçən odlu silah yarası.Nazik bağırsağın və acı bağırsağın didilmiş-deşilmiş yaraları.Sol budun 3 ədəd deşilmiş yaraları. Qeyd olunan xəsarətlər odlu silahdan açılmış atəşlə-qırmanın təsirindən yetirilmişdirlər,qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən odlu silahdan açılmış atəşin təsirindən əmələ gələ bilər.müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Qeyd olunan xəsarətlər patronu qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan,mərmilərin (qırmaların) kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış atəş nəticəsində qırmaların səpələnməsindən əmələ gəlmişdirlər.həyatidirlər. Atəş açılarkən atəş açanla zərərçəkmiş üzbəüz qarşılıqlı vəziyyətdə olmuşdurlar. X26 bədəni üzərində özünü müdafiə etməyə və əlbəyaxa olmağa uyğun xəsarətlər aşkar olunmadı.( i.v. İİ cild 189-192) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş MTE və PA Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 111 saylı Məhkəmətibbi ekspertizası rəyindən görünür ki, X27 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Sol sağrı nahiyyəsinin odlu silah yarasından yaranan qəlpə yaraları. Qeyd olunan xəsarətlər odlu silahdan açılmış atəşlə-qırmanın təsirindən yetirilmişdirlər,qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən odlu silahdan açılmış atəşin təsirindən əmələ gələ bilər.müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL, zərərvurmaya aid edilir. Qeyd olunan xəsarətlər patronu qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan,mərmilərin (qırmaların) kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış atəş nəticəsində qırmaların səpələnməsindən əmələ gəlmişdirlər.həyatidirlər. Atəş açılarkən atəş açanla zərərçəkmiş üzbəüz qarşılıqlı vəziyyətdə olmuşdurlar. X28 bədəni üzərində özünü müdafiə etməyə və əlbəyaxa olmağa uyğun xəsarətlər aşkar olunmadı.(i.v. İİ cild 185-188) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/10 №-li rəyindən görünür ki. Sumqayıt şəhəri 16-cı mikrorayonda Ü.Hacıbəyov küçəsi ilə İ.Qayıbov küçəsinin kəsişməsində yerləşən fərdi yaşayış evində iki ədəd müstəqil və əlaqəsiz mənbə zonası olmuşdur. Onlardan birincisi evin mətbəx otağının pəncərəsinin qarşısında, ikincisi isə evin giriş qapısı ilə üzbəüz dayandıqda sol yan divarın qarşısında olmuşdur. Yanğın, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri ilə iki müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması(-dılması) nəticəsində baş vermişdir.(i.v. İİ cild 252-254) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ballistiktrasoloji-atəş izləri, iıziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il 3- 16-16/2-3/31 ;3/32;3/33:3 34;6/51 №-li rəyindən görünür ki; -Tədqiqata təqdim edilmiş 01 ədəd tüfəng İjevsk silah zavodunda 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş patron yatağının uzunluğu- 70 mm olan. 16 kalibrli. "K06553”№-li, “İJ K” modelli xarici çaxmaqlı, yivsiz-təklüləli odlu silahıdır, üzərində (təyinatında), zavod nişanlarında əlavə və dəyişiklik edilməmişdir, qundağı qəlibə birləşən hissədən çatladığı üçün hazırki vəziyyətdə nasazdır, lakin atəş açmaq üçün yaralıdır. -Tədqiqata təqdim edilmiş 05 ədəd predmet 16 kalibrli olub həmin kalibrə malik yivsiz ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə 24 25 hazırlanmış patronların atəşlə ayrılmış hissələridir-gilizləridir. Həmin gilizlər "K06553” №-li ov tüfəngindən atılmışdır. -Tədqiqata təqdim edilmiş 05 ədəd predmetlər 16 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış atəş komponentinin atəşlə ayrılmış hissələridir-tıxacdır ("konteyner” tipli). Onların gövdəsinin səthi qismən deformasiyaya uğramışdır, kənarları dartılmış, müxtəlif istiqamətlərə əyilmişdir və silahın lülə kanalından qalmağa xarakterik sürtünmə izləri vardır, lakin həmin izlər eyniləşmə tədqiqatı üçün yarasız olduqlarına və xüsusi əlamətlər malik olmadığına görə, onların təqdim edilmiş ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyil. -Tədqiqata zərflərdə təqdim edilmiş ümumilikdə 11 ədəd metal predmet müxtəlif kalibrli. yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutlmuş, zavod üsulu ilə hazırlanmış atəş komponentinin atəşlə ayrılmış hissələridir, 05 ədədi karteçdir. 01 ədəd güllədir, 05 ədədi isə güllə hissəsidir. Həmin kapteç, güllə və güllə hissələrinin atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, onların hədəfə dəyməsi prosesondə əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formatlı batıqlar, deformasiya çıxıntılarına, xaotik quruluşlu sıyrıqlarla qarşıdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə eyniləşməm tədqiqatı üçün yararsızıdır, onların təqdim edilmiş ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyil. -Tədqiqata təqdim edilmiş qutuda olan 200 ədəd predmet, zavod üsulu ilə hazırlanmış, pnevmatik tüfənglərdə istifadə edilmık üçün nəzərdə tutulan 4,5 mm kalibrli güllələrdir, istifadəyə yararlıdır, və döyüş sursatı hesab edilmir. -Tədqiqata 2 ədəd bükülüdə 232 və 275 qram çəkidə təqdim edilmiş 6 mm diametrli metal predmetlə müxtəlif kalibrli, yivsiz od tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutlmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin hissələridir- qırmalardır, istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş ümumilikdə 23 ədəd patrondan, 07 ədədi 16 kalibrli, 04 ədədi 36 kalibrli, 12 ədədi isə 20 kalibrli olmaqla, öz kalibrlərinə malik yixsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patronlardır və istifadə üçün yararlıdır. Həmin patronlardan 16 kalibrli olanların daxili karteçlərlə və güllələrlə, 20 və 36 kalibrli patronların daxili güllə ilə təchiz olunmuşdur -Tədqiqata təqdim edilmiş 08 ədəd predmet zavod üsulu ilə hazırlanmış 16 kalibrli odlu ov tüfənginin patronluğuna yerləşdirərək, tüfəngin 20 kalibrli ov patronundan istifadə etməklə atəş açmaq üçün nəzərdə tutlmuş vasitədir, təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. -Tədqiqata (X12 yaşadığı evdən götürülmüş) təqdim edilmiş 09 ədəd predmet 16 kalibrli olub həmin kalibrə malik yixsiz ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronların hissələridir- gilizləridir. Həmin gilizlər "K06553" №-li. ”İJ K” modelli ev tüfəngindən atılmışdır. -Tədqiqata təqdim edilmiş 02 ədəd patrondan 01 ədədi 16 kalibrli. digər 01 ədədi 36 kalibrli olmaqla həmin kalibrə malik yivsiz odlu tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patromnlardır və istifadə üçün yararlıdırlar. Həmin patronlardan 16 kalibrli patronun daxili karteçlərlə, 36 kalibrli patronun daxili güllə ilə təchiz olunmuşdur. -Tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə hazırlanmış 16 kalibrli odlu ov tüfənginin patronluğuna yerləşdirərək, tüfəngin 20 kalibrli ov patronundan istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuş vasitədir, təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. -Tədqiqata metal materialdan hazırlanmış üzərində qara rəngli kauçuka bənzər boru ilə örtülmüş predmet təsərüflal təyinatlı detallardır, silahın səs boğucusu və ya digər hissəsi hesab edilmir. -Tədqiqata iki ədəd boz rəngli metala, bir ədəd isə qara rəngli plastik materialdan dairə formasında predmetlər məişətdə istifadə olunan süzgəcdir, silahın və ya döyüş sursatının hissəsi hesab edilmir. -Tədqiqata təqdim edilmiş Şahid7 yaşadığı evdən götürüldüyü qeyd edilən 01 ədəd bıçaq, kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq 25 26 silahdır. -Tədqiqata təqdim edilmiş Şahid7 yaşadığı evdən götürüldüyü qeyd edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş X18 yaşadığı evdən götürüldüyü qeyd edilən 01 ədəd balta, təsərrüfat-məişət təyinatlı alətdir, soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş Şübhəli şəxs Müşviq Tağıyevin yaşadığı otaqdan götürüldüyü qeyd edilən “1” rəqəmi ilə işarələnmiş 01 ədəd predmet kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir. -Tədqiqata təqdim edilmiş Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı otaqdan götürüldüyü qeyd edilən “2” rəqəmi ilə işarələnmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silahdır. -Tədqiqata təqdim edilmiş Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı otaqdan götürüldüyü qeyd edilən “3" rəqəmi ilə işarələnmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silahdır. -Tədqiqata təqdim edilmiş Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı otaqdan götürüldüyü qeyd edilən “4” rəqəmi ilə işarələnmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir -Tədqiqata təqdim edilmiş bozumtul rəngli metal materialdan hazırlanmış, səthində termik təsirdən yaranmağa xarakterik his izləri və ağ rəngli tənzif olan predmet yanğın söndürmə balonuna aid hissədir. -Tədqiqata təqdim edilmiş silindrik formaya malik, bozumtul rəngli, üzəri qırmızı lak-boya maddəsi ilə örtülmüş predmetlər yanğın söndürmə balonuna aid hissələrdir -Tədqiqata təqdim edilmiş silindrik formaya malik, bozumtul rəngli üzəri qırmızı lak-boya maddəsi ilə örtülmüş əlavə predmetlər yanğın söndürmə balonuna aid hissələrdir. -Tədqiqata natamam qatlanmış vəziyyətdə təqdim edilmiş bozumtul rəngli üzəri qırmızı lak- boya maddəsi ilə örtülmüş predmet yanğın söndürmə balonuna aid hissələrdir. -Tədqiqata təqdim edilmiş yanğın söndürmə balonuna aid hissələr ilkin təyinatda partlayıcı qurğu hesab edilmir, lakin sonradan onun daxilinə tərkibində nitrat qrupundan maddə- karbon, alüminium, natrium kimi kimyəvi elementlər , partlayıcı maddə- tüstüsüz barıt hissəcikləri yerləşdiyi üçün balonun ilkin təyinatı dəyişdirilmiş, kustar üsulla hazırlanmış partlayıcı qurğu hesab edilir və partlayış nəticəsində hissələrə ayrılmışdır. -Tədqiqata təqdim edilmiş ov tüfənginin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki. həmin silahlardan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından, sonuncu dələ açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim edilmiş X33 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, hadisə yerinə baxış zamanı götürüldüyü qeyd olunan jiletin. X32 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin və 01 ədəd maykanın, X19 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthləri üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, metal izinin aşkar edilməməsinə əsasən həmin zədələr təqribən yivsiz (hamarlüləli) odlu ov tüfəngindən açılan atəş(atəşlər) nəticəsində, 1,5-m dən yuxarı məsafədən yerinə yetirilməyə xarakterikdir. -Tədqiqata təqdim edilmiş X29,X8 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin və onun hissələrinin təsirindən yaranmağa xarakterik zədə yoxdur, lakin atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır. -Tədqiqata təqdim edilmiş 01 ədəd ağ rəngli tənzif olan metal predmetin və 01 ədəd yanğın söndürmə balonunda atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır. -Tədqiqata təqdim edilmiş 01 ədəd yanmış çəkələk, 02 ədəd butulka, 02 ədəd taxta parçası, 06 ədəd şüşə parçasının səthləri üzərində atəşin əlavə faktoru olan tüstüsüz barıt hissəciklərinin və ya hər hansı partlayıcı maddənin izləri yoxdur. -Tədqiqata təqdim edilmiş hadisə yerinin baxışı zamanı mətbəxin döşəməsindən, xalçanın üzərindən və həyətdəki gölməçədən götürüldüyü qeyd edilən ümumilikdə 03 ədəd 26 27 barıta bənzər yaşıl rəngli dörd künc nazik lövhə formalı hissəciklərin, 01 ədəd plastik qabda yaşıl rəngli dörd künc nazik lövhə formalı hissəciklərin və 01 ədəd pambıq tampon nümunələrindən kənar edilmiş hissəciklərin tərkibində nitrat qrupundan maddə, karbon, alüminium, natrium kimi kimyəvi elementlər vardır və bu tərkibə əsasən həmin kütlə partlayıcı maddə-tüstüsüz barıtdır. -Qərarda qeyd edilən “...bədəni üzərində aşkar edilmiş xəsarətlərlə üst-üstə düşübdüşməməsi müəyyən edilsin.*’ Sualına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X47" X93 ...2<S. 10.2023-cü il tarixli 121№-li rəydə verilmiş rəyin təsviri hissəsində adları sadalanan şəxslərə məxsus geyim əşyalarında olan zədələrin üzərində olan xəsarətlərlə eyniləşmə tədqiqatı aparıldı. Bu zaman həmin xəsarətlərin onlara məxsus geyim əşyalarının üzərində olan zədələr üst-üstə düşür və eynilik təşkil edirlər. -Tədqiqata təqdim edilmiş geyim əşyalarının səthində (üzərində "Hadisə yerinə baxış zamanı götürülmüş jaket" yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd jilet və üzərində Karakaş Sərkan...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynək istisna olmaqla hər hansı trasoloji zədə yoxdur. -Üzərində “Hadisə yerinə baxış zamanı götürülmüş jaket" yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd və üzərində Krakaş Sərkan...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədəlkər kəsici ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya bənzər xassəli gər hansı alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən döşəmənin benzin qoxusu gələn sahəsindən pambığə sürtməklə götürülmüş nümunə” yazısı olan zərfdəki pambıq nümünəsinin üzərində tez alışan neft məhsulu olan benzinin izləri vardır. -Tədqiqata təqdim edilmiş üzərində “Fuse Tea" yazısı olan termiki dəyişiklik nəticəsində öz ilkin formasını dəyişmiş ərimiş vəziyyətdə olan boş butulkanın, yarıyanmış çəkələk və şüşə parçalarının üzərində tez alışan neft məhsuluna (bezin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Yüngül fraksiyalar uçduqdan və yüksək temperatura məruz qaldığından əsaslı dəyişikliklər baş verdiyi üçün, neft məhsulunun növünü müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim edilmiş üzərində "Уксусная кислота" yazısı olan şüşə və üzərində “Fuse Tea’’ yazısı olan plastik butulkaların içərisindəki qırmızımmtıl rəngli maye tez alışan neft məhsulu- benzindir. -Tədqiqata təqdim edilmiş termiki dəyişiklik nəticəsində öz ilkin formasını dəyişmiş, ərimiş vəziyyətdə olan boş butulkanın, yarıyanmış çəkələk və şüşə parçaların üzərindəki neft məhsuluna məxsus izlər təqdim edilmiş 2(iki) ədəd butulkanın içərisindəki neft məhsulu ilə eyni qrup mənsubiyyətə malikdirlər -Tədqiqata təqdim edilmiş üzərində "Danzika Vodka” yazısı olan bir ədəd butulkada və yanmış taxta qalıqlarının.üzərində tez alışan neft məhsullarina məxsus izlər aşkar edilmədi.(i.v. İİİ cild 16-29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli 158 №-li rəyindən görünür ki ; Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik,psixi fəaliyyətin müvəqqəti pozulması.kəmağıllılıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarıbda olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq,başqalarının hiss və yaşantılarına qarşı biganəlik,kinlilik.laqeydlik.kobudluq.aqressiv davranışlara meyillilik. subyektivizm, mərhəmət hissinin olmaması, mənə\ i kasadlıq, eqosentrizm, Öz maraqlarını üstün tutmaq, inadkarlıq 27 28 kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Tağıyev X30 Anardan qisas almaq məqsədi ilə cinayət əməlini törətməsini öncədəön planlamış,keçirdiyi hiss və yaşantıları (deməsinə görə 10 yaşı olarkən Anar Fərəcovun ona qarşı əxlaqsız hərəkət etməsi səbəbindən həmin vaxtdan utanc hissi leçirməsi,hətta buna görə ailə qurmaması,illərlə sonuncuya qarşı kinlilik,nifrət hissi bəsləməsi.baş verənlərdən dolayı sonuncunun ailə üzvlərini günahlandırması və s) törətdiyi əməllər zamanı onun davranışlarını motivasiya etmişdir.Belə qənaətə gəlinir ki.həmin hiss və yaşantıların formalaşmasına səbəb onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlər fonunda baş verənləri subyektiv qiymətləndirməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində ohmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə elmək qabiliyyətinə malik olmuşdur.( i.v. İİİ cild 11-15) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “MTE və PA Birliyi’’ Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli. 0\/2024-MTBS saylı məhkəmə-bioloji rəyindən görünür ki. X5 ABO sistemi sistemi üzrə qan qrupu- Oalfabeta/İ/ X16 ABO sistemi üzrə qan qrupu- Oalfabeta/İ/ Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu Ballfa/İİİ/ X26 ABO sistemi üzrə qan qrupu- Abeta/İİ / X27 ABO sistemi üzrə qan qrupu- Abeta/İİ/ X20 ABO sistemi üzrə qan qrupu- Abeta/İİ/ Ekspertizaya təqdim olunmuş 05 ədəd çubuqlu pambıq tampon.01 cüt rezin başmaq,hadisə yerindən götürülmüş kişi trusiki,M.M. l'ağıyevə məxsus alt mayka,Sekan Karakaşa məxsus trusik,02 hissəyə ayrılmış kofta,Zərərçəkmiş şəxs5 məxsus köynək,alt mayka,cins şalvar.Zərərçəkmiş şəxs4 məxsus cins şalvar,hadisə yerindən götürülmüş jilet,Dağbəyi Fərəcova məxsus bel korseti,trusik,idman şalvarı,alt mayka,Susana Karakaşa büstqalter. trusik,gecə şalvarı və qısaqol mayka üzərində insan qanı ləkələri aşkar olundu.Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda Təqsirləndirilən şəxs məxsus alt mayka,S.Karakaşa məxsus trusik,02 hissəyə ayrılmış kofta,Zərərçəkmiş şəxs5 məxsus köynək.alt mayka,cins şalvar,Zərərçəkmiş şəxs4 məxsus şalvar üzərindəki ləkələrdə ”A" və “H” antigenləri.bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı.Bu qan ləkələri bir şəxsə məxsusdursa A beta (İİ)/İİ/ qruplu şəxsə.o cümlədən X32,X33 və ya X19 məxsus ola bilər,əgər onların qanında müşayiətçi “H" anligeni varsa.Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa,beta (İ) qruplu X21 və X16 da qarışmış qanının olması inkar olunmur. 3 və 4 saylı çubuqlu pambıq tamponlar, 01 ədəd rezin başmaq (çəkələk).hadisə yerindən götürülmüş jilet,Dağbəyi Fərəcova məxsus bel korseti,trusik.idman şalvarı,alt mayka,Susan Karakaşa büstqalter,trusik.gecə şalvarı və qısaqol mayka üzərindəki ləkələrdə “H” antigeməksər ləəkələrdə həmçinin alfa.beta aqqlyutininləri alındı.Bu qan ləkələri Oalfa.beta (İ) qruplu şəxsə,o cümlədən X6 və ya X48ma məxsus ola bilər. 5 saylı çubuqlu pambıq tampon üzərindəki ləkədə “B” və “H" antigenləri alındı.Bu qan ləkəsi bir şəxsə məxsusdursa Balfa (H; 'İİİ/ qruplu şəxsə.o cümlədən Zərərçəkmiş şəxs1 qızma məxsus ola bilər,əgər onun qanında müşayiətçi “H” antigeni varsa.Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa.beta (İ) qruplu X15 və X16 da qarışmış qanının olması da inkar olunmur. Tədqiqata təqdim olunan hadisə yerindən götürülmüş kişi trusiki, 1 və 2 saylı çubuqlu pambıq tamponlara hopdurulmuş ləkələrdə (ayaq izlərindən) zəif intensivlikdə insan qanı aşkar olundu.Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda qrup antigenləri aqqluyutininlər alınmadığından onların qrupunu təyin etmək mümkün olmadı. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus koftanın qolu üzərindəki ləkələrdə qan,Təqsirləndirilən şəxs məxsus trusik, gödəkçə və cins şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini və canlı insanın.yoxsa meyitin qanından əmələ gəlməsini təyin etmək mümkün deyil.(i.v. İİİ cild 36-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş MTE və PA" Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 07/MEŞ saylı məhkəmə- tibb ekspertizası rəyindən görünür ki. X13 qarın boşluğu üzvlərinin zədələnməsi ilə müşayiət olunan qarının 28 29 dəlib-keçən (giriş və çıxış) odlu silah güllə yaralanması aşkar edilmişdir. Qe)d olunan xəsarət odlu silahdan açılmış atəş nəticəsində güllənin təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə, həyal üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Digər xüsusatların dəqiqləşdirilməsi üçün meyitin xarici və daxili müayinəsinin aparılması ilə əlaqədar ekspert rəyinin təqdim edilməsi məqsədəmüvafiqdir. Karakaş Serkan /iyabend oğlunun ölümünə qarın boşluğu üzvlərinin zədələnməsi ilə müşayiət olunan odlu silah güllə yaralanmasının nəticələri səbəb ola bilərdi.(i.v. İİİ cild 77-85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2024-cü il tarixli. 3-16-16/2-10/3100-9/3177 saylı Tikinti-texniki obyektlərin tədqiqi, “Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi” ekspertizası rəyindən görünür ki, yanğın nəticəsində Sumqayıt şəhəri, 16-cı mikrorayonda Ü.Hacıbəyov küçəsi ilə İ.Qayıbov küçəsinin kəsişməsində yerləşən 89A nömrəli fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 2746 manat təşkil edir. Qiymətləndirilməsi mümkün olan 16 adda məhv olmuş əşyaların zədələnməmişdən əvvəl normal vəziyyətdə orla bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 1749 manat müəyyən olunur. Sumqayıt şəhəri, 16-cı mikrorayonda Ü.Hacıbəyov küçəsi ilə İ.Qayıbov küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 200 kv.m olan, 2 mərtəbəli 89A nömrəli (əşyaları ilə birlikdə) orta təmirli fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evlərinin mövcud orta bazar dəyəri təqribən 220.000 manat müəyyən edilir.(i.v. İİİ cild 91- 101) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş tələbnamədən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.(i.v. İİ cild 155-160) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 1994/2024 saylı məktubundan görünür ki, hadisə yerinin müayinə zamanı götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd gilizin dib hissələri üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur.(i.v.İİ cild 240) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş D 145№-li şəhadətnamənin surətindən görünür ki, “İJ-18” markalı 16 çaplı, K-06553 nömrəli yivsiz lüləli ov silahı saxlanılması və təyinatı üzrə istifadə olunması üçün Təqsirləndirilən şəxs verilmişdir.(i.v.İ cild 318) Cinayət işinin materiallarından görünür ki, mətbəxin döşəməsindən, xalçanın üzərindən və həyətdəki gölməçədən götürülmüş ümumilikdə üç ədəd barıta bənzər yaşıl rəngli kristal şəkilli hissəcik nümunələri, evin həyətindəki dibçəyin yanından götürülmüş bir ədəd üzərində ağ rəngli tənzif olan metal predmet, bir ədəd yanmış başmaq, bir ədəd jaket, üzərində “Fuse Tea” yazılmış iki ədəd butulka, üzərinə “Danzka Vodka” yazılmış bir ədəd butulka, bir ədəd qırmızı rəngli metaldan hazırlanmış yanğın söndürmə balonu və onun çoxsaylı hissələri, iki ədəd taxta parçası və altı ədəd şüşə parçası, doqquz ədəd qırmaya bənzər metal predmet, beş ədəd gilizəbənzər predmet, bir ədəd göy rəngli plasmas predmet və dörd ədəd ağ rəngli plasmas predmet, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd kapüşonlu üst geyimi, bir ədəd alt paltarı və bir ədəd mayka, X6 məxsus bir ədəd gecə şalvarı, bir ədəd tuman, bir ədəd mayka və bir ədəd elastik kəmər, X48ma məxsus bir ədəd mayka, bir ədəd gecə şalvarı, bir ədəd tuman və bir ədəd büstqalter, X32 məxsus bir ədəd mayka, bir ədəd köynək, bir ədəd üzərində kəmər olan şalvar, X33 məxsus bir ədəd şalvar, Şahid7 yaşadığı evdən götürülmüş, bir ədəd balta, bir ədəd bıçaq, bir ədəd xəncər, dörd ədəd qırmızı rəngli plastik materialdan gilizi olan patron, 12 ədəd 20 mm kalibrli, 7 ədəd 16 mm kalibrli patron, səkkiz ədəd silindrik formalı dəmir və bir ədəd tüfəng, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş döşəmədən benzin qoxusu gələn sahədən pambığı sürtməklə götürülmüş nümunə, dəmirdən ibarət hissələr, plastik qabda yaşıl rəngdə barıtabənzər maddə, prevmatik silaha aid xırda mərmilərə bənzər predmetlər-1 ədəd üzərində “Bijan” sözü yazılan plastik qabda, ov tüfəngləri üçün patronların hazırlanmasına xarakterik 2 bağlamada güllələr, 2 ədəd patron, 10 ədəd giliz, şüşə qabda benzin, 3 ədəd xəncər, 1 ədə< bıçaq, 01 silahın susdurucu qurğusuna bənzər predmet, Şahid7 evinə bax 29 30 keçirilməsi zamanı videoçəkilişin əks olunduğu CD-disk, Şübhəli şəxsin ifadəsinin yerim yoxlanması zamanı videoçəkilişin əks olunduğu 2 ədəd CD-disk, təhlükəsizlik kameralarır videoçəkilişlərinin əks olunduğu CD-disk, X38 videokonfn vasitəsilə dindirilməsinin əks olunduğu CD-disk, Probasiya Xidmətindən daxil olmuş ədəd CD-disk maddi sübut qismində tanınmış, CD-disklər cinayət işinin materiallarır digərləri isə Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılır. (cild 3, iş vərəqə 104-141) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016- cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub- pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 30 31 Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə, zərərçəkmiş şəxslərin onun metr yarımdan az məsafəsinə yaxınlaşmasına görə onları öldürməsi, zərərçəkmiş şəxs X39 bilmədən vurması, yəni qırmaların ona dəydiyini sonradan öyrənməsi, əslində Etibarı vurmaq niyyətinin olmaması, nə də Mehman kişi ilə düşmənçiliyi olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7-cü maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmaqla başa çatmış cinayət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmaqla başa çatmamış cinayət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,186.2.1, 29,186.2.2-ci maddələri az ağır cinayətlər kateqoriyasına aid olmaqla başa çatmamış cinayət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 229.1-ci maddələri az ağır cinayətlər kateqoriyasına aid olmaqla başa çatmış cinayət, 228.4 (köhnə redaksiyada) və 229.4-cü maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla başa çatmış cinayət hesab edilirlər. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 120.2.4, 120.2.7, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,186.2.1, 29,186.2.2, 228.1, 229.1 və 229.4-cü maddələri və 228.4-cü maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.2.4, 120.2.7, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,186.2.1, 29,186.2.2, 228.1, 229.1, 229.4-cü maddələri və 228.4-cü maddəsinin (köhnə redaksiyada) maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 120.2.4, 120.2.7, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,186.2.1, 29,186.2.2, 228.1, 229.1, 229.4-cü maddələri və 228.4-cü maddəsi (köhnə redaksiyada) ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.2-ci maddəsinə əsasən cinayətin ağır nəticələrə səbəb olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun Dağbəyi Fərəcovun ailəsini bütövlüklə məhv etmək arzusunun 31 32 olması, yaşayış evində yanğın və partlayış törətməklə evi məhv etmək, evdə olan bütün ailə üzvlərini, o cümlədən yetkinlik yaşına çatmayan şəxsləri öldürmək məqsədinin olması, 3 nəfər zərərçəkmiş şəxsin xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan, zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla 5 şəxsi öldürməyə cəhd etməsi, yandırmaq və partlatmaqla özgə əmlakını qəsdən məhv etməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmağa cəhd etməsi, qanunsuz olaraq partlayıcı qurğu hazırlaması, qanunsuz olaraq soyuq silahlar hazırlaması, qanunsuz olaraq partlayıcı qurğunu saxlayıb daşıması və gəzdirməsi, qanunsuz olaraq soyuq silahı gəzdirməsi kimi işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,186.2.1, 29,186.2.2, 228.1, 229.1, 229.4-cü maddələri və 228.4-cü maddəsinin (köhnə redaksiyada) sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 120.2.4, 120.2.7-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə isə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,186.2.1, 29,186.2.2, 228.1, 229.1, 229.4-cü maddələri və 228.4-cü maddəsi (köhnə redaksiyada) ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7-ci maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cəzalarını həbsxanada çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ömürlük azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzalarının həbsxanada çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (İ cild 136-156, İ cild 237-244). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2- 32 33 ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan – mətbəxin döşəməsindən, xalçanın üzərindən və həyətdəki gölməçədən götürülmüş ümumilikdə üç ədəd barıta bənzər yaşıl rəngli kristal şəkilli hissəcik nümunələri, evin həyətindəki dibçəyin yanından götürülmüş bir ədəd üzərində ağ rəngli tənzif olan metal predmet, bir ədəd yanmış başmaq, bir ədəd jaket, üzərində “Fuse Tea” yazılmış iki ədəd butulka, üzərinə “Danzka Vodka” yazılmış bir ədəd butulka, bir ədəd qırmızı rəngli metaldan hazırlanmış yanğın söndürmə balonu və onun çoxsaylı hissələri, iki ədəd taxta parçası və altı ədəd şüşə parçası, doqquz ədəd qırmaya bənzər metal predmet, beş ədəd gilizəbənzər predmet, bir ədəd göy rəngli plasmas predmet və dörd ədəd ağ rəngli plasmas predmet, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd kapüşonlu üst geyimi, bir ədəd alt paltarı və bir ədəd mayka, X6 məxsus bir ədəd gecə şalvarı, bir ədəd tuman, bir ədəd mayka və bir ədəd elastik kəmər, X48ma məxsus bir ədəd mayka, bir ədəd gecə şalvarı, bir ədəd tuman və bir ədəd büstqalter, X32 məxsus bir ədəd mayka, bir ədəd köynək, bir ədəd üzərində kəmər olan şalvar, X33 məxsus bir ədəd şalvar, Şahid7 yaşadığı evdən götürülmüş, bir ədəd balta, bir ədəd bıçaq, bir ədəd xəncər, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş döşəmədən benzin qoxusu gələn sahədən pambığı sürtməklə götürülmüş nümunə, dəmirdən ibarət hissələr, plastik qabda yaşıl rəngdə barıtabənzər maddə, şüşə qabda benzin məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan- dörd ədəd qırmızı rəngli plastik materialdan gilizi olan patron, 12 ədəd 20 mm kalibrli, 7 ədəd 16 mm kalibrli patron, səkkiz ədəd silindrik formalı dəmir və bir ədəd tüfəng, prevmatik silaha aid xırda mərmilərə bənzər predmetlər-1 ədəd üzərində “Bijan” sözü yazılan plastik qabda, ov tüfəngləri üçün patronların hazırlanmasına xarakterik 2 bağlamada güllələr, 2 ədəd patron, 10 ədəd giliz, 3 ədəd xəncər, 1 ədəd bıçaq, 01 silahın susdurucu qurğusuna bənzər predmet məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, 06 (altı) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 650 (altı yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X79 tərəfindən ümümilikdə , 96.914,47 manat (doxsan altı min doqquz yüz on dörd manat qırx yeddi qəpik) məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə 33 34 Təqsirləndirilən şəxs maddi zərər qismində 66534,47 manat (altmış altı min beş yüz otuz dörd manat qırx yeddi qəpik) və mənəvi zərər qismində 30.000 manat (otuz min) məbləğində, ödənilmiş dövlət rüsumu üçün 380 ( üç yüz səksən) manat məbləğində ümümilikdə 96.914,47 manat (doxsan altı min doqquz yüz on dörd manat qırx yeddi qəpik) tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, iddia tam təmin edilməli, maddi zərər qismində 66534,47 manat (altmış altı min beş yüz otuz dörd manat qırx yeddi qəpik) və mənəvi zərər qismində 30.000 (otuz min) manat, ödənilmiş dövlət rüsumu üçün 380 ( üç yüz səksən) manat, ümumilikdə 96.914,47 manat (doxsan altı min doqquz yüz on dörd manat qırx yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq X40 ödənilməlidir. Həmçinin, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 tərəfindən 300.000 (üç yüz min) manat məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş mənəvi zərərə görə Təqsirləndirilən şəxs maddi zərər qismində 100.000 (yüz min) manat və mənəvi zərər qismində 200.000 (iki yüz min) manat məbləğində, ümümilikdə 300.000 (üç yüz min) manat tutularaq onlara ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki idda ilə bağlı məsələləri müzakirə edərək belə nəticəyə gəlir ki, mülki iddia əsaslandırılmadığında baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsə (nümayəndəsinə) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini də tələb edə bilər. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 maddi ziyan vurulmadığından onların onlara vurulmuş mənəvi ziyanın ödənilməsini cinayət mühakimə icraatı qaydasında tələb etmək hüququ istisna edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4, 120.2.7, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,186.2.1, 29,186.2.2, 228.1, 229.1,229.4-cü maddələri və 228.4-cü maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7-ci maddələri ilə ömürlük, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə 14 il 6 ay müddətinə müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,186.2.1, 29,186.2.2-ci maddələri ilə 4 il 6 ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiyada) 34 35 maddəsi ilə 1 il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 2 il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.4-cü maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 29,186.2.1, 29,186.2.2, 228.1, 229.1, 229.4cü maddələri və 228.4-cü maddəsi (köhnə redaksiyada) ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-cu maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 29 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs əfv qaydasında müraciət etmək etmək hüququ izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan – mətbəxin döşəməsindən, xalçanın üzərindən və həyətdəki gölməçədən götürülmüş ümumilikdə üç ədəd barıta bənzər yaşıl rəngli kristal şəkilli hissəcik nümunələri, evin həyətindəki dibçəyin yanından götürülmüş bir ədəd üzərində ağ rəngli tənzif olan metal predmet, bir ədəd yanmış başmaq, bir ədəd jaket, üzərində “Fuse Tea” yazılmış iki ədəd butulka, üzərinə “Danzka Vodka” yazılmış bir ədəd butulka, bir ədəd qırmızı rəngli metaldan hazırlanmış yanğın söndürmə balonu və onun çoxsaylı hissələri, iki ədəd taxta parçası və altı ədəd şüşə parçası, doqquz ədəd qırmaya bənzər metal predmet, beş ədəd gilizəbənzər predmet, bir ədəd göy rəngli plasmas predmet və dörd ədəd ağ rəngli plasmas predmet, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd kapüşonlu üst geyimi, bir ədəd alt paltarı və bir ədəd mayka, X6 məxsus bir ədəd gecə şalvarı, bir ədəd tuman, bir ədəd mayka və bir ədəd elastik kəmər, X48ma məxsus bir ədəd mayka, bir ədəd gecə şalvarı, bir ədəd tuman və bir ədəd büstqalter, X32 məxsus bir ədəd mayka, bir ədəd köynək, bir ədəd üzərində kəmər olan şalvar, X33 məxsus bir ədəd şalvar, Şahid7 yaşadığı evdən götürülmüş, bir ədəd balta, bir ədəd bıçaq, bir ədəd xəncər məhv edilsin, dörd ədəd qırmızı rəngli plastik materialdan gilizi olan patron, 12 ədəd 20 mm kalibrli, 7 ədəd 16 mm kalibrli patron, səkkiz ədəd silindrik formalı dəmir və bir ədəd tüfəng, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş döşəmədən benzin qoxusu gələn sahədən pambığı sürtməklə götürülmüş nümunə, dəmirdən ibarət hissələr, plastik qabda yaşıl rəngdə barıtabənzər maddə, prevmatik silaha aid xırda mərmilərə bənzər predmetlər-1 ədəd üzərində “Bijan” sözü yazılan plastik qabda, ov tüfəngləri üçün patronların hazırlanmasına xarakterik 2 bağlamada güllələr, 2 ədəd patron, 10 ədəd giliz, şüşə qabda benzin, 3 ədəd xəncər, 1 ədəd bıçaq, 01 silahın susdurucu qurğusuna bənzər predmet məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, 06 (altı) ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X52 (müki iddiaçı) tərəfindən verilmiş mülki iddia tam təmin edilsin, 96.914,47 (doxsan altı min doqquz yüz on dörd manat qırx yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq X40 ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 (mülki iddiaçılar) tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 650 (altı yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. 35 36 Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. 36
Məhkəmə qərarları › İş №1(124)-73/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-73/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver