Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-733/2024 16.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X12 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Alçabulaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemində istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Vahid” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Vahid” adlı şəxs və qeyrilərinin xüsusilə külli miqdarda narkotik vasitə heroini və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən 19 aprel 2024-cü il tarixdə Masallı rayonu ərazisindən naməlum yerdən, vaxtda və şaraitdə İran İslam Respublikası vətəndaşı “Vahid” adlı şəxs və qeyrilərinin göndərdiyi xüsusilə külli miqdarda - 9400 qram çəkidə narkotik vasitə heroini və xüsusilə külli miqdarda 4305,245 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib ünvan 2 ünvanında yerləşən yaşadığı evə daşıyaraq orada saxlamış, 22 aprel 2024-cü il tarixdə yaşadığı evdə saxladığı psixotrop maddə metamfetaminin 170,245 qram çəkidə olan hissəsini 01 (bir) ədəd bükümdə ayıraraq satış üçün hazırlayıb üzərində saxlamaqla Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 22:25 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilməklə 23 aprel 2024-cü il tarixdə, saat 00:50 radələrindən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd bağlamada təmiz çəkisi 170,245 (yüz yetmiş tam mində iki yüz qırx beş) qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 aprel 2024-cü il tarixdə, saat 02:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman mənzilin eyvanında yerləşən dolabda 02 (iki) ədəd göy rəngli sellofan paketdə İran İslam Respublikası vətəndaşı “Vahid” adlı şəxs və qeydlərindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 19 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 500 (beş yüz) qram, 490 (dörd yüz doxsan) qram, 505 (beş yüz beş) qram, 490 (dörd yüz doxsan) qram, 490 (dörd yüz doxsan) qram, 500 (beş yüz) qram, 500 (beş yüz) qram, 490 (dörd yüz doxsan) qram, 500 (beş yüz) qram, 490 (dörd yüz doxsan) qram, 495 (dörd yüz doxsan beş) qram, 500 (beş yüz) qram, 500 (beş yüz) qram, 490 (dörd yüz doxsan) qram, 490 (dörd yüz doxsan) qram, 490 (dörd yüz doxsan) qram, 500 (beş yüz) qram, 490 (dörd yüz doxsan) qram və 490 (dörd yüz doxsan) qram olmaqla ümumi təmiz çəkisi xüsusilə külli miqdarda - 9400 (doqquz min dörd yüz) qram çəkidə narkotik vasitə heroin və 09 (doqquz) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 395 (üç yüz doxsan beş) qram, 400 (dörd yüz) qram, 390 (üç yüz doxsan) qram, 370 (üç yüz yetmiş) qram, 790 (yeddi yüz doxsan) qram, 790 (yeddi yüz doxsan) qram, 400 (dörd yüz) qram, 205 (iki yüz beş) qram və 395 (üç yüz doxsan beş) qram olmaqla ümumi təmiz çəkisi xüsusilə külli miqdarda - 4135 (dörd min yüz otuz beş) qram çəkidə psixotrop maddə metamfetamin və 01 (bir) ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə qismən təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, onda cəmi 100 qram metamfetamin, 100 qram isə heroin olub. Belə ki, “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran İR vətəndaşı onunla əlaqə saxlayıb və ona İrandan Azərbaycana göndəriləcək narkotik vasitə və psixotrop maddələri daşımasını təklif edib və bunun müqabilində də 800 manat ödəniş edəcəyini bildirib. Həmin vaxtlar pula ehtiyacı olduğundan bu təklifi qəbul edib və 22 aprel 2024-cü il tarixdə Masallı rayonuna gedərək votsap vasitəsilə göndərilmiş məkandan narkotik vasitələri götürərək Saray qəsəbəsinə gəlib. Götürdüyü narkotik vasitələri deyilən yerlərə aparmaq istəsə də, polis əməkdaşları tərəfindən saxlanılıb. Evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri ora polis əməkdaşları əvvəlcədən yerləşdiriblər və həmin maddələrin də ona aid olduğunu deməsi üçün onu ailəsi ilə hədələyib, psixi təzyiqlər göstəriblər. Bundan sonra o, polis əməkdaşlarının dediklərinə əməl etmək məcburiyyətində qalıb. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, iranlı şəxs ona tutulmamışdan 2 ay əvvəl də belə təklif etsə də, o, razılaşmayıb. İlk dəfə onun təklifi ilə razılaşıb narkotik vasitə götürüb onda da polis əməkdaşları tərəfindən tutulub. Özü narkotik vasitə və ya psixotrop maddələrin heç bir növündən istifadə etməyib. Onsuz da üzərində 200 qram narkotik vasitə və psixotrop maddə olmasına baxmayaraq polis əməkdaşlarının onun evinə əlavə olaraq narkotik vasitə və psixotrop maddə qoymasının səbəbini bilmir. Polis əməkdaşları ona yaxınlaşanda qorxduğu üçün qaçsa da, polis əməkdaşları onu tutublar. Tutulan zaman polis əməkdaşları ilə əlbəyaxa olub. Onu saxlayan kimi evinə aparıblar, bu zaman evdə yoldaşı, qardaşı və uşaqları olub. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir il bundan əvvəl işlətdiyi “İnstagram” sosial şəbəkəsində tanımadığı şəxsin hesabında ona mesaj gəlmiş, onun kim olduğunu öyrənmək üçün sual verdikdə İran İslam Respublikasının vətəndaşı olduğunu, adının Vahid olduğunu və onu şirnikləndirərək asan yolla pul qazanmaq üçün iş təklif etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin işin mahiyyətini soruşduqda iranlı şəxs narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra daşınmasını və bunun müqabilində hər daşınmaya görə 5.000 manat pul göndərəcəyini və narkotik vasitələrin Sumqayıt şəhəri ərazisinə çatdırılmalı olduğunu bildirmişdir. Bundan sonra iranlı şəxs ona mobil telefon nömrəsini verərək “WhatsApp” mobil tətbiqi vasitəsi ilə əlaqə yaratmaqlarını xahiş etmiş, o, buna razılıq vermiş və istifadəsində olan +994 51 *** ** ** mobil telefon nömrəsinə bağlanmış “WhatsApp Business” mobil tətbiqində iranlı şəxslə mesajlaşmağa başlamışdır. Təqsirləndirilən şəxs ona məxsus +98 938 *** **** mobil telefon nömrəsini “Elşad Nas” deyə, digər +98 993 *** **** mobil telefon nömrəsini isə “Nas dostu” deyə qeyd etdiyini, lakin cinayətinin izlərini silmək üçün hər dəfə onunla danışdıqdan sonra danışıqlarını sildiyini, ona görə də mobil telefonunda bununla bağlı heç bir danışığın olmadığını, iranlı şəxsin daha əvvəllər ona bununla bağlı iş birliyi təklif etsə də, tutulmaqdan qorxaraq razılaşmadığını, lakin maddi durumun çətinliyi ucbatından saxlanılmazdan təxminən 03 (üç) ay əvvəl bir daha bu təklifi etdikdə onunla razılaşdığını bildirmişdir. İranlı şəxs ona “WhatsApp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitələrin olduğu yerin koordinatlarını göndərmiş, narkotik vasitələr Masallı rayonu ərazisində Azərbaycan Respublikasının ərazi hüdudlarında olmuş, iranlı Vahidin narkotik vasitələri Masallı rayonu ərazisində yerləşən “Köhnə Bazar” adlanan yerin yaxınlığına yerləşdirdiyini demişdir. Təqsirləndirilən şəxs həmin ünvana gedərək narkotik vasitələri tapdığını və taksi vasitəsi ilə Sumqayıt şəhəri ərazisinə gətirdiyini, iranlı şəxsin narkotiki Sumqayıt şəhəri ərazisinə çatdırılması barədə göstəriş verdiyini, narkotiklərin bağlı vəziyyətdə olduğuna görə taksi sürücüsünün də bundan məlumatının olmadığını, Sumqayıta gəldikdən sonra müəyyən bir yerdə ***-**** manat aralıqla əldə etdiyi narkotik vasitələri ataraq iranlı Vahidə həm olduğu yerin koordinatlarını, həm də fotogörüntüsünü göndərdiyini, gətirdiyi narkotik vasitələrin “şüşə” və “heroin” olduğunu, bu işi tamamladıqdan sonra iranlı Vahidin ona tanımadığı şəxsin vasitəsi ilə 5.000 manat pul göndərdiyini, Sumqayıt səhəri ərazisində görüşərək əlbəəl şəkildə pulu götürdüyünü, cinayətin izlərini gizlətmək üçün isə həmin adamın mobil telefon nömrəsini sildiyini, bir daha həmin adamı görmədiyini, bu qayda ilə həmin hadisədən təxminən 01 (bir) ay sonra eyni qaydada narkotik vasitələri Masallı rayonu ərazisindən Sumqayıt şəhərinə gətirdiyini və tanımadığı başqa şəxs tərəfindən göstərdiyi cinayətkar xidmətə görə 5.000 manat pul aldığını bildirmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olsa da, heç vaxt istifadə etmədiyini bildirmişdir. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs onu bildirmişdir ki, sonuncu dəfə iranlı şəxs ondan yenə də eyni xidməti göstərməyi xahiş etdikdə artıq şirnikləndiyindən düşünmədən razılıq verdiyini və narkotik vasitələri Masallı rayonundan gətirərək bir qismini üzərində, geridə qalan narkotikləri isə yaşadığı ünvan 6 ünvanında saxladığını bildirmişdir. 22 aprel 2024-cü il tarixdə, təxminən saat 22 radələrində o, ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində “patı” olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu baş polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, cibində “patı”olduğunu bildirib əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə ağ rəngli, əynində olan qara rəngli gödəkçəsinin iç sol cibindən 01 (bir) ədəd sellodan bükümdə ağ rəngli “patı”nı çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd evin açarı, 01 (bir) ədəd içərisində ***-***-**- ** nömrəsi olan “Redmi” markalı mobil telefon və 50 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi “patı” elektron tərəzidə çəkilmiş və çəkisi 178 qram olmuşdur. Bundan sonra “patı” polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Daha sonra 01 (bir) ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, 50 manat pul və evinin açarı isə ona qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bundan sonra o, əlavə olaraq ünvan 6 ünvanında yerləşən evində narkotik vasitə və psixotrop maddələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilərsə, təqdim edə biləcəyini və daha sonra bununla bağlı ərizə yazaraq mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra o, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvanın qarşısına gəlmiş və videoçəkiliş vasitəsi ilə mənzilə baxış keçirilməyə başlanılmışdır. O, baxışda onun həyat yoldaşı X3 da iştirak etdiyini, polis əməkdaşı tərəfindən mənzildə narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması soruşulduqda mənzildə saxladığını və polis əməkdaşlarının onların təqdim edilməsini xahiş etdiklərini bildirmişdir. O, bundan sonra mənzili baxışa təqdim etmiş və baxış zamanı yaşadığı mənzilin eyvanındakı dolabın içərisindən 02 (iki) ədəd göy rəngli sellofan paketi təqdim etmişdir. Birinci göy rəngli sellofan paketin içərisinə baxış keçirilən zaman 19 (on doqquz) ədəd bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinlər, ikinci göy rəngli sellofan paketin içərisinə baxış keçirilən zaman isə 01 (bir) ədəd elektron tərəzi, 09 (doqquz) ədəd bağlamada psixotrop maddə olan metamfetaminlər aşkar edilmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, “Patıların” çəkisi 04 kq 235 qram, heroinlərin çəkisi 09 kq 650 qram təşkil etmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri o, arvadı, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 22 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra müvafiq sənədləşmə işləri həyata keçirilmiş və əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili Şahid2 və o daxil edilmişlər. 22 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanında saxlayaraq, özlərini təqdim etmiş və onu saxlanma səbəbini izah edib onu Baş İdarəyə dəvət etmişlər, o da etiraz etməmiş və onlarla birlikdə Baş İdarəyə gəlmişdirlər. Baş İdarədə Yüsüblə İzzətə hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və üzərinə şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir. Müdafəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmağa başalnılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 01 ədəd bağlamanı çıxarıb təqdim etmiş, təqdim etdiyi bağlamaya baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın ciblərindən 01 ədəd açar, 01 ədəd “Redmi” markalı mobil telefon və müəyyən məbləğdə pul aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında narkotik vasitə və psixotrop maddələr olduğunu, həmin mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmiş, videoçəkilişdən istifadə edilməklə mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzildə narkotik vasitə və ya psixotrop maddə saxlayırsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin eyvanındakı dolabın içərisindən 02 ədəd torbanın içərisindən 01 ədəd elektron tərəzini, 09 ədəd bağlamada psixotrop maddə metamfetaminə oxşar maddələri, 19 ədəd bağlamada narkotik vasitə heroinə oxşar maddələri təqdim etmişdir. Bundan sonra aşkar edilərək götürülmüş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməyib, ona heç bir polis əməkdaşı fiziki və ya psixi təzyiq və ya təsir göstərməyib. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotilərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid X9 təqsirləndirilən şəxs əri olduğundan ifadə verməkdən imtina etmiş, buna görə də onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində bildirmişdir ki, 5 ildir evli olduğunu, 02 azyaşlı övladlarının olduğunu, İzzətin rəngsaz kimi işləyərək ailəsini dolandırdığını, təxminən 08-09 aydır Sumqayıt şəhərində İzzətə məxsus mənzildə, bundan əvvəl isə Yardımlı rayonu, Alçabulaq kəndi ərazisində yaşadıqlarını bildirmişdir. Hadisə ilə bağlı Günay İskəndərli onu bildirmişdir ki, həmin gün gecə saat 02:40 radələrində yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilin qapısı döyülmüş, qapını açdıqda İzzəti və yanında bir neçə tanımadığı kişi cinsindən olan şəxsləri görmüş, məsələnin mahiyyətini soruşduqda onlardan birinin İzzətin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğunu bildirərək mənzilə baxış keçirilməsinə ehtiyac olduğunu, İzzətin deməsinə görə mənzildə narkotik vasitə və psixotrop maddə saxladığını demişlər. İzzət özü də bunu təsdiqləmiş, Günay İskəndərli həmin an çox təəccübləndiyini, çünki İzzətin belə işlərlə məşğul olmasından heç vaxt məlumatının olmadığını bildirmişdir. Daha sonra tanımadığı şəxslər özlərini təqdim etdikdə onların polis əməkdaşı olduğunu və bir nəfərin vəkil olduğunu bilmişdir. Bundan sonra onlar mənzilə baxış keçirilməsi üçün icazə istəmişdir. O isə heç bir etiraz etmədən polis əməkdaşlarını qəbul etmişdir. Bundan sonra Günay İskəndərli ərizə yazaraq baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə mənzilə baxış keçirilməyə başlanılmışdır. Günay İskəndərli baxışda onun, İzzət, onun vəkili və bir neçə polis əməkdaşlarının iştirak etdiyini, polis əməkdaşı tərəfindən İzzətdən mənzildə narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması soruşulduqda İzzətin narkotik vasitə saxladığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən təqdim edilməsini xahiş etdiklərini bildirmişdir. Bundan sonra İzzət mənzili baxışa təqdim etmiş, baxış zamanı yaşadıqları mənzilin eyvanındakı dolabın içərisindən 02 (iki) ədəd göy torbanın içərisindən 01 (bir) ədəd elektron tərəzini, 09 (doqquz) ədəd bağlamada psixotrop maddə olan metamfetaminləri, 19 (on doqquz) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinləri təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminin çəkisi 04 kq 235 qram, heroinlərin çəkisi 09 kq 650 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri o, İzzət, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadıqları mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1998-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Alçabulaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Yüsüblü X10 rayonu, Saray qəsəbəsi, R.Abbasov küçəsi, ev 33 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 23 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, həmin kütləni saxlanılmazdan 03 gün əvvəl sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Vahid” adlı şəxsin vasitəsi ilə Masallı rayonunda yol kənarında əvvəlcədən təyin olunmuş yerdən ayrıayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 5.000 manat pul verəcəyini, ümumilikdə 03 dəfə narkotik vasitə götürdüyünü, narkotik vasitəni kiməsə bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa ünvan 2 ünvanında narkotik vasitə və psixotrop maddələr olduğunu, həmin mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 23 aprel 2024-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən mənzilin eyvanında yerləşən dolabında olan 02 (iki) ədəd göy rəngli sellofan torbanın birincisinin içərisindən 19 (on doqquz) ədəd bağlamada narkotik vasitə heoinə bənzər kütlələr, ikincisinin içərisindən 09 (doqquz) ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələr və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, həmin kütləni saxlanılmazdan 03 gün əvvəl sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Vahid” adlı şəxsin vasitəsi ilə Masallı rayonunda yol kənarında əvvəlcədən təyin olunmuş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 5.000 manat pul verəcəyini, ümumilikdə üç dəfə narkotik vasitə götürdüyünü, narkotik vasitəni kiməsə bağışlamadığını qeyd etmişdir. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə və Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi və götürmə aparılması haqqında protokollara əlavə edilmiş disklərdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülərlə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokollarda qeyd olunanların həqiqiliyi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsi etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 23 aprel 2024-cü il, tarixli 6/2202 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmiş: Tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün №7”li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə., şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs " yazısı və imzalar olan kağız paketdəki 1 <bir> ədəd bükümdə təmiz çəkisi 170,245 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim ediimiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7"-ti dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütiəiər.. şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan göy rəngli polietilen bağlamalardaki 19 (on doqquz) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 500 qram, 490 qram, 505 qram,490 qram, 490 qram, 500 qram, 500 qram, 490 qram, 500 qram, 490 qram, 495 qram, 500 qram, 500 qram, 490 qram, 490 qram, 490 qram, 500 qram, 490 qram, 490 qram, ümumi təmiz çəkisi 9400qram (9kq 400qr) qəhvəyi rəngli tozşəkiili maddələr kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 09 (doqquz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 395 qram, 400 qram, 390 qram, 370 qram, 790 qram, 790 qram, 400 qram, 205 qram, 395 qram, ümumi təmiz çəkisi 4135qram (4kq 135qr) ağ kristalşəkilli maddələr kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd üzərində “B05" yazısı olan elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdə olan heroinləriə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 4305,245 qramdır (4kq 305,245 qr) və həmin metamfetamin xarici əlamətlərinə və kimyəv komponent tərkibinə görə eynidir. Qeyd: 1) üzərindən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi: 170,245 qram, tədqiqata sərf edildi - 0,2 qram qalıq - 170,045 qram; 2) yaşadığı mənzildən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi: 4135 qram, tədqiqata sərf edildi - 0,27 qram (hər maddədən 0,03 qram), qalıq - 4134,73 qram; 3) yaşadığı mənzildən götürülmüş heroinin ümumi təmiz çəkisi: 9400 qram, tədqiqata sərf edildi - 0,57 qram (hər maddədən 0,03 qram), qalıq - 9399,43 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 may 2024-cü il tarixli, 3221 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasından keçirilən zaman Təqsirləndirilən şəxs 1-2 dəfə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilən zaman İran İslam Respublikasına məxsus olan, adı “.Nas” deyə qeyd edilmiş +98 911 907 1754, “Elşad Nas” deyə qeyd edilmiş +98 938 493 6233, “Elşad dost” deyə qeyd edilmiş +98 914 *** **** və +98 911 801 8268, “Elşad dost M” deyə qeyd edilmiş +98 921 761 2023, “Nas dost təzə” deyə qeyd edilmiş +98 914 810 9254, “Nas dostu” deyə qeyd edilmiş +98 993 324 2065, “Vahid i dost” deyə qeyd edilmiş +98 919 560 4835, adı qeyd edilməmiş +98 911 *** **** mobil telefon nömrələrinin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxladığını, bu kimi maddənin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Vahid” adlı şəxslə birgə əlaqəsinin olmasına və fəaliyyət göstərməsində “Vahid” adlı şəxsin həmin narkotik vasitəni cinayətdə əlbir olduğu digər naməlum şəxslər vasitəsi ilə göndərdiyini, sonuncunun narkotik vasitəni satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi məlumatlar əldə edilmişdir. Lakin “Vahid” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının, onların yaxın əlaqələrinin şəxsiyyətlərinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. İş materiallarından görünür ki, 10 iyul 2024-cü il tarixdə hazırkı cinayət işinin materiallarından narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “maddi sübut hesab edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 9 kq 399,43 qram qalmış narkotik vasitə heroin, 4 kq 304,775 qram qalmış psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi və 01 ədəd “Redmi” markalı mobil telefon maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə olunaraq cinayət işi materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il və xx.xx.2019-cu il təvəllüdlü 02 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan respubliksı ƏƏSMN yanında TSERX tərəfindən verilmiş çıxarışın surətindən Təqsirləndirilən şəxs atası X1 2-ci dərəcə əlilliyinin, ƏƏSMN yanında DSMF tərəfindən verilmiş vəsiqənin surətindən Təqsirləndirilən şəxs anası X4 2-ci dərəcə əlilliyinin olması, Yardımlı rayon hərbi komissarlığı tərəfindən verilmiş vəsiqənin surətindən Təqsirləndirilən şəxs əmisi X2 müharibə veteranı olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində üzərindən və evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu demiş, həmçinin ona qarşı hər hansı fiziki və ya psixi təzyiqin göstərilmədiyini bildirmişdir. O, təqsirləndirilən şəxs qismində dindirilərkən də onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni evindən aşkar olunmuş kütlələrin ona aid olmaması, polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Əksinə üzərinə şəxsi axtarış və baxış, habelə evinə baxış və götürmə aparılması barədə protokollara əlavə edilmiş videogörüntülərdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünür ki, təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətini yüngülləşdirmək üçün məhkəmə istintaqı zamanı evindən aşkar olunmuş xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ona aid olmadığını deyərək fərqli ifadə vermişdir. Bundan əlavə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən indiyə qədər 5-6 ünvana narkotik vasitə qoyduğunu, polsi əməkdaşları tərəfindən ona qarşı təsir və təzyiq olmadığını bildirmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır və qeyd edir ki, onun üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, onların ayrıayrı bağlamalarda olması, evindən elektron tərəzinin də aşkar olunması, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi kimi narkotik vasitə və psixotrop maddəni başqa şəxslərə çatdırmaq məqsədilə İran İR vətəndaşı ilə əlaqə saxlaması və mobul telefonuna baxış zamanı bu halın təsdiq edilməsi onun törətdiyi cinayət əməlini tam sübut edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, videogörüntülərlə və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs anasının və atasının əlil olmaları və əmisinin müharibə veteranı olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.4-1-ci maddəsi) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinin tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9 kq 399,43 qram narkotik vasitə heroin, 4 kq 304,775 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı və iş materiallarında olan 02 ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9 kq 399,43 qram narkotik vasitə heroin, 4 kq 304,775 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-733/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-733/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver