Məhkəmə qərarları › İş №1(124)-739/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-739/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-739/2024 13.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X6, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yemişənli kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən rəsmi nikah münasibətində olduğu arvadı xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs son iki il ərzində ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib, buna görə 28 aprel 2024-cü il tarixdə yaşadıqları ünvan 1 ünvanında gün ərzində bir neçə dəfə sözlü mübahisə etdikdən sonra həmin gün saat 21 radələrində növbəti mübahisə zamanı Zərərçəkmiş şəxs ona aqressiv cavab verməsi səbəbindən sonuncunun ona xəyanət etməsi şübhələrinin əsaslı olması qənaətinə gələrək arvadını qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə mənzilin mətbəxindən tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 115 mm olan soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını götürüb, mənzilin qonaq otağında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq niyyətini həyata keçirmək məqsədi ilə, bu zaman müstəsna qəddarlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif, o cümlədən həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən çoxsaylı xəsarətlər yetirməklə onun boyun nahiyəsindəki yuxu arteriyasının və vidaci venanın, nəfəs və qida borusunun zədələnməsi ilə müşayiət olunan iri ölçülü kəsilmiş yarası, eləcə də döş qəfəsinin sol yarısının 04 (dörd) ədəd plevra boşluğuna nüfuz edən, sol ağciyərin orta və aşağı paylarını dəlib-keçən, eləcə də bel nahiyəsinin sol hissəsinin daxilə keçərək dalağı və sol böyrəyi zədələyərək kəskin daxili və xarici qanitirməyə səbəb olmuş 02 (iki) ədəd (ümumilikdə 06 (altı) ədəd) kəsilmiş-deşilmiş yaraların nəticəsində inkişaf etmiş kəskin xarici və daxili qanitirmədən ölümünə səbəb olan boyun nahiyəsinin 01 (bir) ədəd kəsilmiş yarası, döş qəfəsinin sol yarısının 04 (dörd) ədəd, bel nahiyəsinin sol hissəsinin 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları kimi həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər, həmçinin sol qulaqaltı nahiyənin 01 (bir) ədəd, çənəaltı nahiyənin sol hissəsinin 01 (bir) ədəd, boyun nahiyəsinin 04 (dörd) ədəd, döş qəfəsinin sol yarısının 01 (bir) ədəd, belin sol hissəsinin 06 (altı) ədəd, onurğa nahiyəsinin 02 (iki) ədəd, qarınüstü nahiyənin 02 (iki) ədəd, sol bazunun 01 (bir) ədəd, sol saidin 02 (iki) ədəd, sol mil-bilək oynağı nahiyəsinin 01 (bir) ədəd, sağ əlin arxa səthinin 01 (bir) ədəd, sol əlin arxa səthinin 03 (üç) ədəd kəsilmişdeşilmiş və kəsilmiş yaraları kimi həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığa yüngül zərəvurmanın əlamətlərinə malik xəsarətlər, yəni kəsici-deşici xassəli cəmi 32 (otuz iki) xəsarət yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq nikaha daxil olmuş, birgə nikahdan 2021-ci il təvəllüdlü qız övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdə Oğuz rayonundan Abşeron rayonu, Xırdalan şəhərinə köçüb orada yaşamağa başlayıblar. Onun Sevinclə son zamanlar münasibətləri pozulmuş, o Sevincin xəyanət etməsindən şübəhələndiyi üçün aralarında tez-tez mübahisələr yaranmışdır. Hadisə günü o, Sevincin qapıdan kiməsə kağız ötürdüyünü görüb və Sevincdən onun kim olduğunu soruşsa da, Sevinc cavab verməyib. O, çölə çıxıb axtarsa da, heç kimi tapa bilməyib və evə qayıdıb Sevinclə mübahisə etməyə başlayıb. Bundan sonra Sevincin telefonunu alıb və həmin telefonu yoxlatdırmağa aparmaq üçün evdən çıxıb. Evin pəncərəsinə baxan zaman Sevincin onu güddüyünü görüb evə qayıdıb, aralarında yenə də sözlü mübahisə olub, Sevinc ona qarşı nalayiq sözlər işlədib. O, Sevincin qardaşı Teymura zəng edib gəlib Sevinci aparmasını desə də, Teymur gələ bilməyəcəyini deyib. Hər ikisi bir az sakitləşdikdən sonra o yenidən Sevincdən niyə xəyanət etdiyini soruşduqda yenə aralarında mübahisə yaranıb və o evin mətbəxindən bıçaq götürərək Sevinci bıçaqlayaraq öldürüb. O bıçağı necə götürdüyünü, Sevinci neçə dəfə bıçaqla vurduğunu xatırlamır. Bundan sonra özü könüllü olaraq polisə gedib və törətdiyi cinayət əməlini etiraf edib. Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən göstərdi ki, o, Sevinci bıçaqlayan zaman 3 yaşlı qızı mətbəxdə olub. Sevinclə arasında tez-tez sözlü mübahisələr olmuşdur, amma heç vaxt bir-birlərinə xəsarət yetirməmiş, polisə müraciət etməmişdirlər. Onun Sevinci öldürmək məqsədi olmayıb, onu qorxutmaq istəyirdi. Sevinci bıçaqla vuranda özündə olmayıb, ona görə neçə dəfə vurduğunu, bu prosesin nə qədər davam etdiyini xatırlamır. Narkotik vasitələrdən heç vaxt istifadə etməyib, spirtli içkilərdən istifadə etsə də, hadisə baş verən günü içkili olmayıb. Azyaşlı uşağına hazırda Sevincin qardaşı baxır. Sevincin qardaşı ona zəng edəndə o, artıq Abşeron RPİ-nə gedib təslim olmuşdur. Polisə təslim olanda heç bir sənəd tərtib edilməyib. O, cinayət əməlini törədən kimi azyaşlı qızını da götürüb və Abşeron RPİ-nə gedib. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 28 aprel 2024-cü il tarixdə yaşadığı evdə Təqsirləndirilən şəxs tərəfindən öldürülən Zərərçəkmiş şəxs onun bacısı olmuşdur. Bacısı ilə Laçın arasında söz-söhbət keçən ilin sentyabr ayından başlayıb. Buna səbəb isə Laçının qardaşı Nəbi və aravadı arasında yaranmış mübahisədə bacısı Sevincin Nəbinin arvadı Məxmərin tərəfini tutması olmuşdur. Nəbi mübahisə zamanı Məxmərin üstünə silah da çəkmiş, sonradan onun vasitəsilə silah polisə təhvil verilmiş, Məxmər isə Nəbidən şikayət etməmişdir. Sevinc onun yoldaşı Yaqutla söhbət edəndə deyib ki, Nəbi ilə arvadı arasında mübhaisənin yaranma səbəbi guya Məxmərin Nəbiyə xəyanət etməsidir, lakin Sevinc Məxmər haqqında deyilən bu sözə inanmadığını demişdir. 28 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Laçın zəng edib onu evə çağırmış və bacısından boşanmaq istədiyini demişdir. O, rayonda olduğunu, səhər işdən icazə alıb gələcəyini desə də, Laçın əl çəkməmiş və onun mütləq evvlərinə gəlməli olduğunu demişdir. Bundan sonra o, arvadı Yaqutla birlikdə Xırdalan şəhərinə yola düşmüş, yolda olan zaman Laçın ona təkrar zəng etmiş, o da yolda olduğunu demişdir. Saat 22 radələrində Xırdalan şəhərinə, bacısıgil yaşayan mənzilə çatmışlar. Onlar mənzilə çatanda qapının açıq olduğunu görüb mənzilə daxil olmuş, böyük otağın qapısını açıb işığını yandırdıqda bacısı Sevinci yerdə qan içində görmüşdür. Sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 həmçinin məhkəmədə bildirdi ki, o mərhum bacısı Sevincin uşağına baxır, rəsmi qaydada uşağa qəyyum təyin edilib. Təqsirləndirilən şəxs şikayətçidir, məhkəmədən təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 28 aprel 2024-cü il tarixdə yaşadığı evdə əri Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilən Zərərçəkmiş şəxs onun baldızı idi. Baldızı ilə Laçın arasında keçən ilin sentyabr ayından mübahisələr yaranmağa başlayıb. Laçının qardaşı Nəbi kənddə problemli adam kimi tanınır, hətta arvadı Məxmərlə mübahisə edən zaman ona silah çəkmişdir. Sevincdən eşitmişdir ki, Nəbi Məxmərin ona xəyanət etdiyini düşünür, ona görə onlar tez-tez mübahisə edir, hətta boşanmaq istəyirlər. 28 aprel 2024-cü il tarixdə, saat 18 radələrində həyat yoldaşı Teymur evə gəlib və Laçının onu evlərinə çağırdığını, ona görə də Xırdalana getməli olduğunu deyib. O da Teymurla getmək istədiyini demiş və Teymur da razılaşmışdır. Onlar birlikdə Xırdalan şəhərinə yola düşmüş, yolda olan zaman Laçın Teymura təkrar zəng etmiş, o da yolda olduqlarını demişdir. Saat 22 radələrində Xırdalan şəhərinə, baldızıgil yaşayan mənzilə çatmışlar. Onlar mənzilə çatanda qapının açıq olduğunu görüb mənzilə daxil olmuş, böyük otağın qapısını açıb işığını yandırdıqda baldızı Sevinci yerdə qan içində görmüşdürlər. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər, Sevinci 29 aprel 2024-cü il tarixdə Oğuz rayonunda dəfn etmişlər. Uşağa onlar baxırlar, yoldaşı Teymur Kərimov uşağın qəyyumu təyin edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 28 aprel 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanının qonaq otağında divanın qarşısında döşəmədə Zərərçəkmiş şəxs üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir. Hadisə yerindən üzərində qanaoxşar ləkələr olan bıçaq götürülmüşdür. İstintaq hərəkəti aparılarkən çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 01 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisənin baş verdiyi yerdə yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixli, 59 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində ümumilikdə 32 ədəd kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən yaranan xəsarətlər aşkar edildi. Aşkar edilmiş xəsarətlərdən: boyunun yuxarı 1/3-nin ön və yan səthlərini əhatə edən boyun üzvlərinin, qida borusunun, nəfəs borusunun, yuxu arteriyasının və vidaci venanın zədələnməsi ilə müşayiət olunan, boyun fəqərəsinədək çatan iri ölçülü kəsilmiş yarası, döş qəfəsinin sol yarısının 04 (dörd) ədəd plevra boşluğuna nüfuz edən, sol ağ ciyərin orta və aşağı paylarını dəlib-keçən, eləcə də bel nahiyəsinin sol hissəsinin daxilə keçərək dalağı və sol böyrəyi zədələyərək kəskin daxili və xarici qanitirməyə səbəb olmuş 02 (iki) ədəd (ümumilikdə 6 ədəd) deşilmjşkəsilmiş yaraları həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Sol qulaqaltı nahiyənin bir ədəd, çənəaltı nahiyənin sol hissəsinin bir ədəd, boyun nahjyəsinin dörd ədəd, döş qəfəsinin sol yarısının bir ədəd, belin sol hissəsinin altı ədəd, onurğa nahiyəsinin iki ədəd, qarınüstü nahiyənin iki ədəd, sol bazunun bir ədəd sol saidin iki ədəd, sol mil-bilək oynağı nahiyəsinin bir ədəd, sağ əlin arxa səthinin bir ədəd, sol əlin arxa səthinin üç ədəd daxilə keçməyən kəsilmişdeşilmiş və kəsilmiş yaraları, həm ayrı-ayrılıqda, həm də ümumilikdə YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər. Qeyd olunan xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçağın və ona bənzər bıçaqların təsirindən yarana bilərdilər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb - boyun nahiyəsindəki yuxu arteriyasının və vidaci venanın, nəfəs və qida borusunun zədələnmesi ilə müşaiyət olunan iri ölçülü kəsilmiş yarası, eləcə də döş qəfəsinin sol yarısının 4 (dörd) ədəd plevra boşluğuna nüfuz edən, sol ağ ciyərin orta və aşağı paylarını dəlib-keçən, eləcə də bel nahiyəsinin sol hissəsinin daxilə keçərək dalağı və sol böyrəyi zədələyərək kəskin daxili və xarici qanitirməyə səbəb olmuş iki ədəd (ümumilikdə 6 ədəd) kəsilmiş-deşilmiş yaraların nəticəsində inkişaf etmiş kəskin xarici və daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitxanadakı müayinəsindən (xx.xx.2024-ci il saat 10:30) 10- 16 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amilspirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 226/MTKŞ-2024 saylı rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus jiletin və qısaqol koftanın hər birinin ön səthinin sol və sağ yarısında, arxa səthinin sağ yarısının yuxarı hissəsində çoxsaylı deşilmiş-kəsilmiş zədələr, büstqalterin ön səthinin sol yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus idman şalvarının, tumanın və bir cüt corabın üzərində zədə aşkar edilməmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəliş edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 328/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricis: Abeta\H\(ll). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(l) /axtarış vərəqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus lifçik, qısaqol kofta, papaqlı qolsuz jilet, şalvar, trusik və bir cüt corab, Təqsirləndirilən şəxsa məxsus şalvar və qısaqol köynək, bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H" antigenləri, Zərərçəkmiş şəxs məxsus lifçik, qısaqol kofta və papaqlı qolsuz jilet üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, pu ləkələrdə həmçinin 0(1) qruplu Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus trusik və bir cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1804 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət əməli törətdiyi zaman psixi vəziyyəti situasiya ilə əlaqədar psixopatik reaksiya kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları norma daxilindədir. Eqosentrizm, şübhəlilik, qısqanclıq, nümayişkaranəlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs əqli inkişafında gerilik aşkar olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssalıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması fərdi-psixoloji xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron rayon Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 22/01240/24-10 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində 2019-2024-cü illər ərzində müraciət və şikayətlərin olub-olmamasının müəyyən edilməsi üçün qeydiyyat kitabları əlifba qaydasında yoxlanılmış və barələrində hər hansı təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 6523 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, xx/xx-5925 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Oğuz Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 35 saylı sərəncamdan çıxarışdan görünür ki, mərhumun azyaşlı qızının taleyi həll olunmuş, X8 bacısı qızı X3 qəyyumu təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 59/149037 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kimlərəsə pul borcunun olması, kimlərdənsə xidməti və ya sair cəhətdən asılı olması, ailə üzvləri və ya başqa hər hansı şəxs (şəxslər) tərəfindən amansız rəftar edilməsi, ləyaqətinin mütəmadi olaraq alçaldılması, narkomaniyadan və alkoqolizmdən istifadə edibetməməsini təsdiq edə biləcək məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-20/2-1447/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində “J06.9 Yuxarı tənəffüs yollarının kəskin infeksiyası” diaqnozu ilə Xırdalan Ailə Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Zərərçəkmiş şəxs hər hansı bir xəstəliklə bağlı Xırdalan Ailə Sağlamlıq Mərkəzinə müraciət etməmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Abşeron rayon X2 şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 518 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 59/2-50962/2024 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində Abşeron rayon Polis İdarəsində hər hansı bir təqsirləndirici materialın araşdırılması ilə bağlı məlumat aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, Zərərçəkmiş şəxs məxsus köynək, jilet, şalvar, alt paltarları, corab və 01 ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü 01 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi Abşeron RPİ-nə könüllü gedib təslim olması məsələsini yoxlamaq məqsədilə məhkəmə tərfindən verilmiş sorğuya Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə xx.xx.2024-cü il tarixli Abşeron RPİ-nə gətirilmiş şəxslərin qeydiyyat kitabından çıxarış məhkəməyə göndərilmiş və həmin çıxarışdan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45-də Abşeron RPİ-nə gedərək könüllü təslim olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Həmin Qərarın 8-ci bəndinə əsasən, təqsirkarın əməlini xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 32 bıçaq zərbəsi yetirməsi, əzab və işgəncə verdiyini dərk edərək, aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar yetirərək ona qarşı son dərəcədə qəddarlıq nümayiş etdirməsi onun əməlində qəsdən adam öldürmə cinayətinin tövsifedici tərkibi olan xüsusi amansızlığın mövcud olmasının aşkar təzahürüdür. Odur ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara və yuxarıda göstərilən Plenum Qərarının mövqeyinə əsaslanaraq, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməl başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, polisə könüllü gedib təqsirini boynuna alması CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən CM-nin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 60.2-ci maddəsinə əsasən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, CM-nin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında həm də ömürlük azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulduğundan Cinayət Məcəlləsinin 60.1-ci maddəsində müəyyən edilmiş qayda Təqsirləndirilən şəxs münasibətdə tətbiq edilməməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 120.2.4) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 aprel 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinin tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir və məhkəmə xərci yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron rayon Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, Zərərçəkmiş şəxs məxsus köynək, jilet, şalvar, alt paltarları, corab və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Abşeron rayon Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, Zərərçəkmiş şəxs məxsus köynək, jilet, şalvar, alt paltarları, corab və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar