Məhkəmə qərarları › İş №1(124)-74/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-74/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-74/2022 16.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Nefçala rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmi., hazırda məhkumluğu ödənilməmiş, Neftçala rayonu Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksi ev 83, mənzil 43-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs toplanmış kifayət qədər sübutlar məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşımış və saxlamış, eləcədə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama, eləcə də qaçaqmalçılıq, yəni külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə cinayətinin törədilməsinə köməkçilik etmişdir. Belə ki, o, 05 may 2021-ci il tarixdə satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq mqdarlda 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0,732 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 06 may 2021-ci il tarixdə saat 21:00-da ünvan 1 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0,732 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan “Cabir” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin miqdarı istintaqa məlum olmayan pul müqabilində tapşıracağı yerə çatdırması barədə Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, istintaqa məlum olmayan müddətdə bir qrup şəxs halında “Cabir” adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməsinə köməkçilik edərək, istintaqa məlum olmayan yerdən əldə etdiyi bir ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxil edilmiş təmiz çəkisi 5,835 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələlər” siyahısına daxil edilmiş təmiz çəkisi 5,627 qram çəkidə ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb qanunsuz əldə edərək, üzərində saxlayaraq daşıyıb, saxlamış, xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 5,627 qram çəkidə psixotrop maddə metamfetamin, 5,835 qram çəkidə narkotik vasitə olan heroin, üzərində narkotik vasittə heroin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd «500g/0,01g» markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. O təxminən 1 ildir ki, narkotik vasitə istifadəçi olmuşdur. Narkotik vasitə kimi kakos adlandırılan metamfetamin istifadə etmişdir. 05 may 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindı 01 qram çəkidə metamfetamin olmuşdur. Cabir adlı şəxslə sosial şəbəkə-instagram vasitəsilə tanış olmuş, sonuncunun İran İslam Respublikasının vətəndaşı olduğunu bilməmişdir. Cabirlə aralarında yazışma olmuş, o özü üçün həmin şəxsdən narkotik vasitə istəmişdir. O ilk dəfə narkotik vasitəni Cabirdən almışdır. Cabirlə yalnız yazışmış,zəng vasitəsilə danışmamışdır. İkinci dəfə xx.xx.2021-ci il tarixdə tutulan vaxt üzərində heç nə olmamışdır. Onu evdə tutmuşlar.X9 şəhərciyi yaşayış kompleksi, ev 83, mənzil 43 ünvanında yaşamışdır. Həmin evdə ailəsi, anası və xalası ilə birlikdə qalmışdır. Tutulan vaxt evdə tək olmuşdur. Onun üzərində 6 qram metamfetamin və 6 qram heroin üzərimdən aşkar edilməmişdir. Həmin gün o evdə tək olmuş, təxminən səhər saat 09-10 radələrində qapını döymüşlər və o qapını açmışdır. Polis əməkdaşları içəri girmişlər. Ona Cabirlə yazışdığını demişlər. O Cabirlə Nərimanov haqq-hesabına görə danışmışdır. Evdə olarkən polis əməkdaşlarından biri üzünü çəkməcələr tərəfə çevirmiş və anidən oradan narkotik vasitənin çıxdığını demişdir. O həmin narkotikin onun olmadığını demişdir. Daha sonra onlar Xırdalan polis bölməsinə getmişlər və o orada xəsarət almışdır. Polis əməkdaşları onu iyun ayının 18-i 2021-ci il tarixdə saxlamışlar. Hər iki baxışda video-çəkiliş olmuşdur. Məcbur qaldığı üçün hər iki çəklişdə narkotik vasitələrin ona aid olduğunu demişdir. Onu anası ilə hədələmişlər. Ona qarşı zor tətbiq edilməsi barədə Kürdəxanıda olarkən bildirmişdir. Onu Abşeron rayon Polis İdarəsində döymüşlər. Onlar Neftçala polis əməkdaşlarını gətirərək oğurluq olduğunu demişdilər. Şahid3 onu döyməmişdir. Şahid4 ona qarşı qanunsuzluq göstərmişdir, onun yanında polis əməkdaşları ona qarşı zor tətbiq etmişlər. Şahid5 onu döyənlərdən biri olmuşdur, həmçinin onu Neftçalanın polisləri də döymüşdür. Məhkəmədə tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki,o, təxminən 3 ilə yaxındır ki, müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 05 may 2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edərkən yerdə siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün olduğunu görmüş və həmin büküm onun diqqətini cəlb etmişdir. O, həmin bükümü götürüb açdıqda içərisində psixotrop maddə hesab olunan metamfetaminin olduğunu görmüşdür. Özü metamfetamin istifadəçisi olduğundan həmin bükümü götürüb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 06 may 2021-ci il tarixdə saat 21 radələrində ünvan 6 ünvanın yaxınlığında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib onun narkotik maddələrdən istifadə etməsindən şübhələndiklərini deyərək onlarla Nərimanov RPİ-nə getməsini xahiş etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Nərimanov RPİ-nin inzibati binasına getmişdir. İdarədə ona bildirmişlər ki, üzərində narkotik maddə olmasında şübhələndiklərinə görə üzərinə şəxsi axtarış və götürmə aparılacağını bildirmişlər və şəxsi axtarışdan öncə üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddənin olub-olmamasını soruşmuşlar. O, da könüllü olaraq polis əməkdaşlarına 05 may 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı evin yaxınlığında taparaq şəxsi istifadəsi üçün üzərində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində metamfetamin maddəsi olan 01 (bir) ədəd kağız bükümü könüllü olaraq təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış və üzərindən 01 (bir) ədəd «Alcatel» markalı mobil telefon cihazı, içərisində 01 (bir) manat nağd pul vəsaiti olan pul kisəsi və daxilində «Ventolin» dərmanının flakonu olan 01 (bir) ədəd inhalyasiya apparatı aşkar edilmişdir. Qeyd etdikləri polis əməkdaşları tərəfindən ona geri qaytarılmışdır. Polis əməkdaşlarına təqdim etdiyi 01 (bir) ədəd büküm isə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib götürülmüşdür. Bundan sonra qeyd etdikləri barədə protokol tərtib edilmiş, o, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolun doğruluğunu imza ilə təsdiq etmişlər. O, həmçinin bildirmişdir ki, polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, fiziki zor və ya psixoloji təzyiqlər olmamışdır. Onun üzərinə şəxsi axtarış video çəkilişlə tədqiqatçı tərəfindən aparılıb ondan başqa heç kim üzərinə şəxsi axtarış keçirməmişdir.18 iyun 2021-ci il tarixdə saat 12:20 radələrində Abşeron rayonunda piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Hüquqları ona izah olunmuşdur. Müdafiəçi ilə təmin olunmuş, üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroin, bir bükümdə ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 2 manat pul aşkar olunmuşdur. Sonra həmin bir bükümdə həmin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6,64 qram olmuşdur. Bundan sonra həmin bir bükümdə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6,03 qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılaraq möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi, onun tərəfindən imzalanmış və götürülmüşdür. 2 manat pul ona qaytarılmışdır. Sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Cabir adlı şəxsin vasitəsilə satmaq üçün əldə etdiyini bildirmişdir. Götürdüyü narkotik vasitədən heç kimin məlumatı olmamışdır. Qeyd etmişdir kim, aşkar edilmiş narkotik vasitə və psixatrop maddə metamfetaminiöz satmaq üçün üzərində gəzdirmiş və saxlamış, hazırda üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə hər hansı bir miqdarda satmamış və ya heç kimə hədiyyə verməmiş, üzərində aşkar olunmuş narkotik vasitədən əlavə yəni təqdim etdiyi bükülüdə olan heroin və metamfetamindən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamır, onun narkotik vasitə heroin və psixatrop maddə olan metamfetamini əldə etməyindən heç kəsin xəbəri olmamış, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. (Cild 2, iş vərəqləri33-35) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 18 iyul 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində olan binanın yaxınlığında Ellər adlı şəxs saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən onun şalvarının sağ yan cibində metamfetamin və heroin, həmçinin bir ədəd tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran vətəndaşı olan Cabir adlı şəxsdən aldığını demişdir. Həmin şəxslə sosial şəbəkədə tanış olduğunu bildirmişdir. Bundan sonra materiallar Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir. Əməliyyat məlumatı narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olunması, yəni satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsi binanın yaxınlığında, çöldə saxlamışlar. Saxlanılarkən Təqsirləndirilən şəxs üzərində zolaqlı köynək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində xəsarət izi olmamışdır. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən video-çəkiliş aparılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs kiminsə onu hədələyini, döydüyünü bildirməmişdir. Təqsirləndirilən şəxsi hədələyən olmamışdır. O, Təqsirləndirilən şəxs evində olmamışdır, oraya istintaq getmişdir. İlk saxlanılan zaman təqsirləndirilən şəxs yaşadığı binanın qarşısından keçmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 18 iyun 2021ci il tarixdə, təxminən saat 12:30 radələrində Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış və Abşeron rayon Polis İdarəsinə aparılmışdır. Orada onun üzərinə baxış keçirilmiş və baxış zamanı şalvarının sağ yan cibində bir ədəd selofon büküm aşkar edilmişdir. Onun içərisində bir büküm narkotik vasitə olan heroinə bənzər maddə və bir büküm psixotrop maddə olan metamfetamin, bir ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, onu İran vətəndaşı Cabir adlı şəxsdən Abşeron rayon ərazisindən götürdüyünü bildirmişdir. Həmin narkotik vasitələr ekspertizaya göndərilmiş və onların narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Daha sonra da istintaq orqanına təhvil verilmişdir. Təqsirləndirilən şəxs çöldə tutulmuşdur. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən orada olmuşdur. Şəxsin üzərinə axış video-çəkiliş müşayiətində aparılmışdır.Baxış zamanı müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş, təqsirləndirilən şəxsə qarşı zor tətbiq edən olmamış, həmçinin o, kiminsə onu döydüyünü, söydüyünü bildirməmişdir. Təqsirləndirilən şəxsin üzərində xəsarət izi olmamışdır.Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirildikdən sonra aşkar edilmiş narkotik vasitə video-çəkilişlə götürüldükdən sonra qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatı əsasında Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyinə getmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs gəlmiş və onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra onu Abşeron rayon Polis İdarəsinə gətirmiş və onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən metmafetamin və heroin aşkar edilərək sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs çöldə tutulmuşdur. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsi evdən çıxarmamışlar. Onun yanında təqsirləndirilən şəxsi döyən, söyən, hədələyən olmamışdır. Təqsirləndirilən şəxsi saxlayarkən onun üzərində xəsarət aşkar etməmişlər,ona qarşı məcburiyyət göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsini daşıyır. 06 may 2021-ci il tarixdə saat 21 radələrində ünvan 7 ünvanın yaxınlığında Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ilə birgə xidmət apararkən bir nəfər əvvəllər tanımadıqları cavan oğlanın hərəkətlərindən narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməsindən şübhələndiklərini deyərək onlarla Nərimanov RPİ-nə getməsini xahiş etmişlər. Həmin şəxs, yəni şəxsiyyəti müəyyən edildikdə Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs etiraz etməyib onlarla birlikdə Nərimanov RPİ-nin inzibati binasına getmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs üzərində narkotik maddə və ya psixotrop maddə olmasından şübhələndiklərinə göüzərinə şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs hüquqları izah edilib hüquq və vəzifələrin müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir. Vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq onlara üzərində siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində metamfetamin psixotrop maddəsi olan 01 (bir) ədəd bükümün olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarının sol yan cibindən çıxararaq könüllü olaraq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd bükümdə olan dediyinə görə psixotrop maddə metamfetamini 05 may 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı evin yaxınlığında taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunuraq araşdırılmış şahid Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 26-29). Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş«axtarış və götürmə barədə» Abşeron rayon Pİ-də xx.xx.2021-ci il tarixdə saat 14:00-da tərtib edilmiş protokolla müəyyən edilmişdir ki, Abşeron rayon Pİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmiş, həmin narkotik maddə heroin və psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.( cild 01, iş vərəqə 26-29) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 06 may 2021-ci il tarixli “şəxsi axtarış aparılması barədə” protokolundan görünür ki, Nərimanov RPİ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı onun müdafiəçisi X7 da iştirak etmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində el arasında “şüşə” yəni psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Büküm açıldıqda içərisində ağ rəngli və spesifik iyə malik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini nə vaxt, haradan, və kimdən əldə etməsi şifahi soruşulduqda o, həmin bir ədəd kağıza bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükümü 05 may 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı evin yaxınlığında taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və üzərindən 01 (bir) ədəd “Alcatel” markalı mobil telefon cihazı, içərisində 01 (bir) manat nağd pul vəsaiti olan pul kisəsi və daxilində “Ventolin” dərmanının flakonu olan 01 (bir) ədəd inhalyasiya aparatı aşkar edilmişdir. Qeyd olunanlar sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kamal Əliyev protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər.( cild 01, iş vərəqə 161-162) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 may 2021-ci il tarixli 6/1858 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki 1 (bir) ədəd kağız byükümdə təmiz çəkisi 0,732 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotror maddə metamfetamindir. Metamfetaminin tədqiqata sərf edilən hissəsi – 0,05 qpram qalıq hissəsi – 0,682 qram təşkil edir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilmişdir. (cild 01, iş vərəqə 37-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 iyun 2021-ci il tarixli 6/2488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan kağız paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 5,835 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 5,627 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin paketdə olan bir ədəd “500g/0,01g” markalı elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyəyn etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyhaılara əasən, heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər.( cild 01 ,iş vərəqə 176-179) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1965 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər SN «Respublika Psixiatriya xəstəxanasında» müayinə olunduqdan sonra hərbi xidmətə yararlı hesab edirlmiş, müalicə məqsədilə psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir.( cild 01, iş vərəqə 247-249) İş materiallarına əsasən Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 5,835 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 5,627 qram olan psixotrop maddə metamfetamin, üzərində narkotik maddə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü iki ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatından qalıq qalmış 5,732 qram narkotik vasitə heroin, qalıq qalmış 5,527 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, üç ədəd DVD diski isə iş materiallarına əlavə edilmişdir. (cild 01, iş vərəqə 176-179) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3121№li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPIOIDLƏRIN və psixotrop maddə olan matemfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan ASILILIQ SINDROMU (NARKOMANIYA XƏSTƏLIYI) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür.( cild 01, iş vərəqə: 232-233) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən və Sumqayıt şəhər Probasiya şöbəsində alınmış xx.xx.2022-ci il tarixli 21-2/3-2015 nömrəli görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 01 il azadlığın məhdudlaşdırılması təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzanə 07 fevral 2020-ci il tarixdə tam çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. (cild 01,iş vərəqə 91-93) İş materiallarında olan Abşeron rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 tərəfindən qəbul edilmiş 29 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə göstərdiyi xüsusatları öz təsdiqini tapmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında heroinin xalis çəkisinin 2 (iki) qramdan yuxarı aşkar olunması və psixotrop maddə olan metafetaminin xalis çəkisinin 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməsi barədə cinayət işinin materiallarında mötəbər sübutlar olmadığından o, cinayətin bilavasitə icraçısı deyil, köməkçi qismində iştirakçısı hesab edilməli və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər, CM-nin 234.1 və 206.2-ci maddələri az ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs onda ittihamda qeyd olunan həcmdə deyil daha az həcmdə narkotik vasitənin olması, narkotik vasitələrin satışı ilə məşğul olmaması və qaçaqmalçılıqda köməkçi qismində iştirak etməməsi, eləcə də polis əməkdaşları tərəfindən təzyiq nəticəsində etirafedici ifadələr verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən halmeəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, 18 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 19 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmiş və Abşeron rayon məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. .(cild 01, iş vərəqə 9-25,56-66) İş materiallarından görünür ki, 06 may 2021-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon Pİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutuln cinayət əməlini törətməkdə şübhəli bilindiyindən tutularaq Nərimanov RPİ-nin MSY-yə təhvil verilmiş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıdığı Nərimanov RPİ-nin MSY-dən azad olunaraq, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 01, iş vərəqə 193-205) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Nərimanov RPİ-nin MSY-də saxlandığı 2 gün müddət təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinə daxil edilməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından qalıq qalmış 5,732 qram narkotik vasitə heroin, qalıq qalmış 5,527 qram psixotrop maddə metamfetamin məhv edilməli, Nərimanov RPİ-də saxlanılan qalıq qalmış – 0,682 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalı, iş materiallarında olan 02 (iki) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 179 (yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay (bir il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 il 6 ay (yeddi il altı ay) azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 7 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Nərimanov RPİ-də saxlanılan qalıq çəkisi 0,682 qram psixotrop maddə metamfetamin, Abşeron RPİdə saxlanılan qalıq çəkisi 5,732 qram narkotik vasitə heroin, qalıq çəkisi 5.527 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd elektron tərəzi əvəzsiz olaraq xüsusi müsadirə olunmaqla dövlət nəfinə alınsın, 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar