Məhkəmə qərarları › İş №1(124)-74/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-74/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-74/2025 13.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,

1. 05 avqust 1998-ci tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xocalı rayonun Xocalı şəhərində qeydiyyatda olan, ünvan 1 ünvanında müvəqqəti yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə,

2. xx xxxxxx 1993-ci il tarixdə Cəbrayıl rayonu Maşanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış komleksi bina 36, mənzil 30 da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-biri və istintaqa şəxsiyyəti məlum olmayan Qənimət adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan cinayət əlaqəsinə girərək, sonuncunun xüsusilə külli miqdarda psixotrop maddə və narkotik vasitələrin onlara müəyyən miqdarda narkotik vasitə veriləcəyi müqabilində qoyulduğu yerdən götürüb deyiləcək yerlərə qoyulması barədə ümumi razılığa gəlmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə Qənimət adlı X4 vətəndaşının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilmiş 530,424 qram çəkidə xüsusilə külli miqdarda kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, həmin qanunla təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş külli miqdarda 489,762 qram çəkidə kustarüsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki, 05 ədəd blisterdə cəmi 50 (əlli) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində ümumilikdə 2 qram çəkidə metadon təsiredici maddəsi olan metadon həblərini, 104,7 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı birlikdə götürüb satış məqsədi ilə qanunsuz əldə edərək, Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Masazır kəndi, Əziz Əliyev küçəsi 32 nömrəli evə daşıyıb, orada hissələrə ayıraraq, 01 ədəd bükümdə 4,447 qram çəkidə psixotrop maddə metamfetamini öz üzərində, 01 ədəd bükümdə 4,621 qram çəkidə psixotrop maddə metamfetamini isə Təqsirləndirilən şəxs1 üzərində, 24 bükümdə ayrı-ayrlıqda 9,147 qram, 6,537 qram, 5,578 qram, 4,595 qram, 19,302 qram, 4,508 qram, 1,815 qram, 3,623 qram, 2,88 qram, 2,615 qram, 17,886 qram, 4,160 qram, 4,395 qram, 4,559 qram, 1,753 qram, 0,838 qram, 1,623 qram, 0,744 qram, 0,888 qram, 297,018 qram, 100,712 qram, 24,368 qram, 0,864 qram, 0,948 qram, ümumilikdə 521,356 qram çəkidə psixotrop maddə metamfetamini, 20 bükümdə ayrıayrılıqda çəkiləri 43,59 qram, 4,409 qram, 6,564 qram,4,635 qram, 4,533 qram, 13,748 qram, 13,862 qram, 6,415 qram, 8,917 qram, 14,173 qram, 4,494 qram, 7,319 qram, 5,442 qram, 13,625 qram, 14,516 qram, 6,770 qram, 5,287 qram, 4,634 qram, 18,626 qram, 288,203 qram, ümumilikdə 489,762 qram olan narkotik vasitə asetilə edilən tiryəki, 05 ədəd blisterdə cəmi 50 (əlli) ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində ümumilikdə 2 qram çəkidə metadon təsiredici maddəsi olan metadon həblərini, 03 (üç) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda çəkiləri 5,08 qram, 12,05 qram və 87,57 qram, ümumilikdə 104,7 qram olan narkotik vasitə - qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 yaşadığı qeyd edilən evdə saxlamışlar. Daxil olmuş məlumat əsasında Azərbaycan Respubilkası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat axtarış tədbiri zamanı xx.xx.2024-cü il tarixdə saat 16:05 dəqiqədə Abşeron rayonu, Masazır kəndi Əziz Əliyev küçəsi 32 nömrəli evin yaxınlığında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış, orada həmin gün saat 17:45dən 18:02-yə kimi onların üzərlərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli gödəkçənin sol yan cibindən isə 01 ədəd bükümdə 4,621 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 isə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 4,447 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra, əməliyyat tədbirinin davamı kimi Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Əziz Əliyev küçəsi 32 nömrəli evə həmin gün saat 19:30-dan 20:02-yə kimi baxış keçirilərkən yataq otağında olan çarpayının üzərində həmin 24 ədəd bükümdə ümumilikdə 521,356 qram çəkidə psixotrop maddə metamfetamin, 20 ədəd bükümdə umimilikdə 489,762 qram çəkidə narkotik vasitə asetilə edilmiş tiryək, 03 ədəd bükümdə ümumilikdə 104,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 05 blisterdə cəmi 50 ədəd tərkibində təsiredici maddələrin miqdarı ümumilikdə 2 qram olan narkotik vasitə metadon həblərini, birinin üzərində qurudulmuş marixuana izləri, ikisinin üzərində isə psixotrop maddə metamfetamin izləri olan 03 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitənin yalnız istifadəçisi olmuş, satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitədən istifadə etmişlər. Hadisə günü, yəni 26 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 birlikdə narkotik vasitədən istifadə etməyə çağırmışdır. Həmin gün evdə heç kəs olmamışdır. Təqsirləndirilən şəxs2lə saat 14:00 radələrində evə gəlmişlər. Təxminən saat 14:00-15:00 radələrində saxlanılmışlar. Aşkar olunub götürülən dəftər və tərəzi ilə bağlı məlumatı yoxdur.Üzərindən 0,5 qram narkotik vasitə tiryək, evin açarı, 5 qram metamfetamin, 2 ədəd telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respubilkası CM-nin 234.4-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə qəbul edir 26 fevral 2024-cü il tarixdə, saat 16:05 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərərk, xidməti vəsiqələrini göstərmişlər və barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etməklə onları BNMİ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə Səfər ilə birlikdə şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri elan olunmaqla hüquqları barədə bildiriş təqdim edilmişdir. Bundan sonra Səfərin üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı onun və Səfərin üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01(bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdu. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01(bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Huawei” markalı mobil telefon, 01(bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “TCL” markalı mobil telefon, 01(bir) ədəd açar, həmin şalvarın sağ yan kiçik cibindən 01(bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 5(beş) qram olmuşdu. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “TCL” və 01(bir) ədəd “Huawei” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 2(iki) ədəd açar isə özünə geri qaytarılmışdır. Sonra Səfəri qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Səfər əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01(bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın arxa sol cibindən 01(bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 01(bir) ədəd şəxsiyyət vəsiqəsi, 01(bir) ədəd üzərində 4098 5844 9188 7210 nömrəsi olan plastik bank kartı və 45(qırx beş) manat pul aşkar edilərək götürülmüşdü. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Səfərin təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 5(beş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, Səfər, müdafiəçisi və təhqiqatçı tərəfindən zərfin üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “Samsung” markalı mobil telefon, 01(bir) ədəd şəxsiyyət vəsiqəsi və 01(bir) ədəd bank kartı bu barədə ona izah verildikdən sonra götürüldüyü, 45 (qırx beş) manat pul isə özünə geri qaytarılmışdır. Həmin vaxt Səfərə və ona verilən suallara cavab olaraq üzərlərində aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Qənimət” adlı şəxsin vasitəsi ilə 01(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağlarına görə “Qənimət” adlı şəxs istifadələri üçün narkotik vasitə verəcəyini, həmçinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əziz Əliyev küçəsində yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir.Orada evdə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunduğundan sonra, evdə yataq otağında 20 (iyirmi) ədəd bükümdə tiryək, 24(iyirmi dörd) ədəd bükümdə metamfetamini, 3 (üç) ədəd bükümdə qurudulmuş marixuananı, 50 (əlli) ədəd metadon həblərini, 1 (bir) ədəd dəftəri, 2 (iki) ədəd üzərilərində 4098 5844 9190 0674 və 4098 5844 9214 7093 nömrələri olan plastik bank kartlarını və 3(üç) ədəd elektron tərəzini təqdim etmişlər. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, tiryəkin ümimilikdə çəkisi 531 (beş yüz otuz bir) qram, metamfetaminin ümumilikdə çəkisi 552 (beş yüz əlli iki) qram və qurudulmuş marixuananın ümumilikdə çəkisi 123 (yüz iyirmi üç) qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənməklə üzəri müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üçün əhəmiyyət kəsb etdiyindən 01(bir) ədəd dəftər, 2(iki) ədəd bank kartı təhqiqatçı tərəfindən götürülmüş. Sonra evin digər hissələrinə baxış keçirilmiş, evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Suallar əsəsasmda o və Səfər evdə təqdim etdikləri kütlələrin və elektron tərəzilərin özlərinə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Qənimət” adlı şəxsin vasitəsi ilə 01(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etməklə, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağlarına görə istifadəlləri üçün “Qənimət” adlı şəxsin onlara narkotik vasitə verəcəyini bildirmişdir. İran İslam Respublikası vətəndaşı Qənimətlə mobil telefon vasitəsi ilə tanış olmuşlar və mobil telefon vasitəsi ilə əlaqə yaratmışlar. (Cild 1, iş vərəqləri 98- 101) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 çoxdan tanıyır, birlikdə narkotik vasitədən istifadə etmişlər. Özündə olmayanda ondan götürmüşdür. 26 fevral 2024-cü il tarixdə saat 14:00-15:00 radələrində həyətdə saxlamışlar. Narkotik vasitəni İran vətəndaşı Qənimət adlı şəxsdən almışlar. Onları saxlayarkən üzərlərinə 5 qram narkotik vasitə qoyulmuş və polis əməkdaşları tərəfindən təzyiq göstərilmişdir. Aşkar olunan dəftərin kimə aid olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət ki, narkotik vasitə istifadəçisidir, 26 fevral 2024-cü il tarixdə, saat 16:05 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etməklə BNMİ-nin inzibati binasına dəvət etmişlər. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmiş, bundan sonra onun və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona və Təqsirləndirilən şəxs1 üzərlərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuş və bu təklifdən sonra Xəyal əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01(bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01(bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Huawei” markalı mobil telefon, 01(bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “TCL” markalı mobil telefon, 01(bir) ədəd açar, həmin şalvarın sağ yan kiçik cibindən 01(bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Xəyalın təqdim etdiyi metamfetaminin elektron tərəzidə çəkildikdə çəkisi 5(beş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Xəyal, müdafiəçisi və təhqiqatçı və onun tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “TCL” və 01(bir) ədəd “Huawei” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 2(iki) ədəd açar isə özünə geri qaytarılmışdır.Sonra onu qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01(bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirildi və əynində olan şalvarın arxa sol cibindən 01(bir) ədəd içərisində 055 ***- **-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 01(bir) ədəd şəxsiyyət vəsiqəsi, 01(bir) ədəd üzərində 4098 5844 9188 7210 nömrəsi olan plastik bank kartı və 45(qırx beş) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərində əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyim metamfetaminin elektron tərəzidə çəkilmiş və çəkisi 5(beş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək, üzəri müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “Samsung” markalı mobil telefon, 01(bir) ədəd şəxsiyyət vəsiqəsi və 01(bir) ədəd bank kartı bu barədə izah verildikdən sonra götürülmüş, 45(qırx beş) manat pul isə özünə geri qaytarılmışdır. Üzərlərindən aşkar olunmuş kütlələrin onlara məxsus olduğu, həmin kütlələri tanıdığları İran İslam Respublikası vətəndaşı olan “Qənimət” adlı şəxsin vasitəsi ilə 01(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağlarına görə “Qənimət” adlı şəxs onlara istifadələri üçün narkotik vasitə verəcəyini, həmçinin Abşeron rayonu, Masazır qəsəbəsində Xəyalın yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişlər və Xəyalın yaşadığı evə getmişlər. Orada evdə saxladığları narkotik vasitələri təqdim etməyi təklif olunmuşdu. Təklifdən sonra evdə yataq otağında 20(iyirmi) ədəd bükümdə tiryəki, 24(iyirmi dörd) ədəd bükümdə metamfetamini, 3(üç) ədəd bükümdə qurudulmuş marixuananı, 50(əlli) ədəd metadon həblərini, 01(bir) ədəd dəftəri, 2(iki) ədəd üzərilərində 4098 5844 9190 0674 və 4098 5844 9214 7093 nömrələri olan plastik bank kartlarını və 3(üç) ədəd elektron tərəzini təqdim etmişlər. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, tiryəkin ümimilikdə çəkisi 531 (beş yüz otuz bir) qram, metamfetaminin ümumilikdə çəkisi 552(beş yüz əlli iki) qram və qurudulmuş marixuananın ümumilikdə çəkisi 123(yüz iyirmi üç) qram olmuşdu. Daha sonra həmin kütlələr qablaşdırılaraq, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri, müdafiəçilər və təhqiqatçı və onlar tərəfindən imzalanmışdır. İş üçün əhəmiyyət kəsb etdiyindən 01(bir) ədəd dəftər, 2(iki) ədəd bank kartı təhqiqatçı tərəfindən götürülmüş, Sonra evin digər hissələrinə baxış keçirilmiş, evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Ona və Xəyala verilən suallara cavab olaraq evdə təqdim etdiyikləri kütlələrin və elektron tərəzilərin ona məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Qənimət” adlı şəxsin vasitəsi ilə 01(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağlarına görə “Qənimət” adlı şəxsin istifadləri üçün narkotik vasitə verəcəkmiş. (Cild 1, iş vərəqləri 117-120) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, 26 fevral 2024-cü il tarixdə saat 16:00 radələrində DİN-in BNMİ-nə daxil olmuş məlumat əsasında təqsirləndirilən şəxsləri ünvan 2 ünvanı yaxınlığında saxlamışlar. Baş Nakotiklərlə Mübarizə İdarəsində üzərlərinə baxış keçirmiş və 5 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin yataq otağına baxış keçirilmiş və 20 ədəd bükümdə külli miqdarda 531 qram narkotik vasitə tiryək, 24 ədəd bükümdə xüsusilə külli miqdarda 552 qram psixotrop maddə metamfetamin, bir bükümdə xeyli miqdarda 123 qram qurudulmuş marixuana, 50 ədəd narkotik vasitə metadon aşkar edilib götürülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxslərə hər hansı bir təzyiq olunmamışdır. Dindirilmə zamanı narkotik vasitələri İran vətəndaşı Qənimət adlı şəxsdən əldə etdiklərini bildirmişlər. Saxlanılmamışdan 1 gün əvvəl Zabrat qəsəbəsindən narkotik vasitəni gedib götürmüşdürlər. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 26 fevral 2024-cü il tarixdə saat 16:00 radələrində təqsirləndirilən şəxsləri Abşeron rayonu, Masazır qəsəbəsi, Əziz Əliyev küçəsində görmüş və onlara yaxınlaşmışlar. Özlərini təqdim edib onları BNMİ-nə dəvət etmişlər. Həmin vaxt hüquqşünaslar dəvət olunmuş, hüquq və vəzifələr onlara izah olunmuşdur. Videoçəkilişlə onların üzərinə baxış keçirilmişdir. Bu zaman hər ikisinin üzərindən 1 ədəd büküm kristala bənzər maddə metamfetamin aşkar olunmuşdur. Özləri könüllü təqdim edib masaya qoymuşlar. Qeyd etmişlər ki, həmin maddənin kütləsi evdə qalmışdır. Əziz Əliyev küçəsindəki ünvana getmişlər. Könüllü olaraq çarpayının üzərində olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana və heroini təqdim etmişlər. Hadisə günündən 1 gün əvvəl İran vətəndaşı Qənimət adlı şəxsdən əldə etdiklərini bildirmişlər. Əməliyyat qrupunun rəhbəri Şahid3 olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkilli Şahid3 ifadəsində göstərmişdir ki, 26 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakları ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saat 16:05 dəqiqədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncunun yaşadığı ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişdirlər. İş otaqlarının birində həmin şəxslərin üzərlərinə şəxsi axtarış keçirildiyi, baxış keçirilməzdən əvvəl onlara hüquqları izah olunaraq müdafiəçilər dəvət olunmuşdu. Bundan sonra müdafiəçilərin iştirakı ilə xidməti otaqda növbə ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə çəkilərək təmiz çəkisi 05 (beş) qram olması müəyyən olunmuşdu. Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə çəkilərək külli miqdarda təmiz çəkisi 5 (beş) qram olması müəyyən olunmuşdu. Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş kütlələr zərfdə qablaşdırılaraq möhrlnmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində aşkar olunmuş kütlələrin onlara məxsus olduğunu və həmin kütlələri tanıdıqları İran İslam Respublikasının vətəndaşı olan «Qənimət» adlı şəxsin vasitəsilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymalarına görə «Qənimət» adlı şəxsin onlara istifadələri üçün narkotik vasitə verəcəyini vəd etdiyini, həmçinin Abşeron rayonunda Təqsirləndirilən şəxs1 yaşadığı evdə də narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini, verilən sualları tam başa düşdüklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdilər. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən evin yataq otağına baxış keçirilərkən orada olan çarpayının üzərində qoyulmuş 20 ədəd bükümdə külli miqdarda 531 qram narkotik vasitə tiryək, 24 ədəd bükümdə xüsusilə külli miqdarda 552 (beş yüz əlli iki) qram psixotrop maddə metamfetamin, bir bükümdə xeyli miqdarda 123 qram qurudulmuş marixuana, 05 blisterdə, 50 ədəd, külli miqdarda 2 qram narkotik vasitə metadon, 03 ədəd elektron tərəzi aşkar edib götürülmüşdür. (Cild 1, iş vərəqləri 199-200) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 fevral 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 əynində boz rəngli gödəkçənin sol yan cibindən 1 (bir) bükümdə ag rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və iki ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan şalvarın arxa sol cibindən 1 (bir) ədəd Samsung markalı telefon, bir ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd plastik kartı və 45 manat pul aşkar edilərək götürülmüşdür. Eyni zamanda sonuncu üzərindən qanunla qadağan edilmiş psixotrop maddə metamfetaminə bənzər kütləni çıxararaq təqdim etmişdir. (Cild 1, iş vərəqləri 47- 49) Cinayət işinin materiallarında olan «Evə baxış keçirilməsi və götürmə haqqında» 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına baxış zamanı həmin mənzilin yataq otağında 20 ədəd bükümdə açıq qəhfəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 24 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 3 (üç) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 50 (əlli) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlələr, 1 (bir) ədəd dəftər, 2 ədəd plastik bank kartları və 3 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 54-55) “Şəxsi axtarış və götürmə haqqında” və “Evə baxış keçirilməsi və götürmə haqqında” 26 fevral 2024-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disklər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27 fevral 2024-ci il tarixli 7/318 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd polietilen bağlamada 03(üç) ədəd sellofan büklülərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 5,08 qram, 12,05 qaram və 87,57 qram ümumi çəkisi 104,7 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitgisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir. Təqdim edilmiş bir ədəd qara rəngli elektron tərəzinin üzərində cuzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyildir.Təqdim edilmiş iki ədəd gümüşü rəngli elektron tərəzidə bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. (Cild 1, iş vərəqləri 67-71) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 27 fevral 2024-ci il tarixli 6/1152 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş -“Təqsirləndirilən şəxs1 təqdim etdiyi ...”qeydli paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,621 qram ağ rəngli. Kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -Təqsirləndirilən şəxs2 Mövlan oğlunun təqdim etdiyi ...” qeydli paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,447 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - Vət Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda təqdim etdikləri..” qeydli baglamadakı 20 ədəd bükümdə ümumilikdə təmiz çəkiləri 489,762 qram (ayrıayrılıqda təmiz çəkiləri 1 № -li cədvəldə verilmişdir) qəhvəyi rəngli maddə kütlləlləri kustar üsulla hazırlanmış narkotik vasitə -asetilə edilən tiryəkdir. 24 ədəd bükümdə ümumi təmiz çəkisi 521,356 qram ag rəngli, kristalşəkilli maddə kütləlləri kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir (ayrı-ayrılıqda təmiz çəkisi 2 nömrəli cədvəldə verilmişdir) üzərində “Methadone 40...Faran”yazıları olan 05 ədəd blisterdə ümumilikdə 50 (əlli) ədəd üzərində “F/M40..yazısı həkk olunmuş dərman təbiətlərinin tərkibində ümumiiikdə •əmiz çəkisi 2qram metadon təsiredici maddəsi müəyyən edildi; 50 tablet kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 02 ədəd gümüşü korpuslu tərəzinin üzərində osixotrop maddə - metamfetaminin izhri müəyyən edildi. Tərəzilərin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqat m aparılması mümkün olmadı. Qara korpuslu tərəzinin üzərində asetilə edilən tiryək və metamfetamin izləri müəyyən edilmədi. - Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan 01 büküm metamfetamin kütləsi. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan 01 büküm metamfetamin kütləsi və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş 24 büküm metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş 20 bükümdəki asetilə edilən tiryək kütlələri də kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (cild 1, iş vərəqləri 72-77) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 20 aprel 2024-ci il tarixli, 2551 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimul yatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 47-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 29 aprel 2024-ci il tarixli 2773 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 49-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə psixatrik ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 1947 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. (Cild 2, iş vərəqləri 51-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə psixatrik ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 1937 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur.(cild 2, iş vərəqləri 55-58) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “telefon diskə baxış keçirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı həmin telefon işə salınaraq “whatsapp” hissəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxslə Təqsirləndirilən şəxs2 sonuncu dəfə Qənimət, Məryəm, Siyasət, Adili və digər şəxslərlə telefon əlaqəsinin olduğu müəyyən edilir. Telefon “whatsapp” hissəsində profildə olan Qənimət adlı şəxsin profil hissəsinə daxil oduqda həmin “whatsapp” +98 914 ******* saylı nömrə altında işlədiyi müəyyən edildi. Həmin vaxt həmin şəxs Adiləm aç yazır sonra zəng olunur, sonradan Səfər səs göndərir və salamlaşır və deyir ki, Məhərrəm deyir əlaqə saxlayım deyəcək nə var nə yox salamatçılıqdı vəziyyyət nə yerdədur.Qənimət adlı şəxs atdığı səsi silmişdir. Sonra ümumi söhbət gedir sonra Qənimətə deyir qardaşım bir xəbər var?, Qənimətin cavabı silinibdir. Sonra zənglər olunur, Səfər deyir mənim qardaşım bügün dörd ünvanımız oldu, belə isdəyirsən belə deyim eləbilki 17 torpaq, 10 torpaq dalınca 30 torpaq, 30 patı, 2 torpaq iki patı, zakazımız olur 33 patı. Bəli 9 torpaq deyir, sonra Qənimətin cavab səsləri silinmişdir, sonradan Səfərin səs yazısında Səfər bildirir ki, yaxşı mənim qardaşım, baş üstə mənim gözüm üstə, qadan alaram problem yoxdur, sən at mən bilim, bağlyaram, prosto özündə bilirsən ki, nə vaxtki, söz vermisənsə atılmalıdısa ünvana çatmalıdısa sən bir saat qabaq mənə deyinən filan vaxtı onlara demişəm çıxsınlar, qabaqcadan mən işimi bilim, sonra deyir birbir atarsan deyərsən bəsdi məndə bir-bir paylayaram, Qəniumətin cavabları silnib, sonra 8 büküm narkotikə bənzər kütllərin şəkli atılıb, sonra Səfər deyir hazırdı mənim qardaşım bükümlər, bu da şəkilləri deyir.Həmin vaxt Qənimət adlı şəxs səsli mesajla deyir neynək əllərin ağrımasın dəqiq nə vaxt çıxacaqsan uşaqlar gözləyir deynən deyim də əllərin ağrımasın sağol. Həmin vaxt Səfər deyir ki, mən hazıram helə bu dəqiqə çıxa bilərəm, onda çıxım sənə atımda, Qənimət deyir hə burdan belə nə zakaz olsa mən atacam sənə səndə atacaqsan mənə, Adil işə gedəcək Məryəmdə hesab kitab edəcək.Ünvanları indi sən atacaqsan mən paylıyacam əllərin ağrımasın. Səfər deyir oldu mənim qardaşım, çıxıb başlayıb xəbər edirəm, sonra deyir gəlib çatdım ünvana atıram, adamları göndər ünvana, qənimət deyir at sən ərazinin şəkillərini mənə yolla, mən zad edirəm, səndən xahiş edirəm onları qəşəng gizlə ünvanlrı at mənə. Səfərdə deyir oldu narahat olma tam aydmdı sonrada narkotik vasitənin və psixotrop maddəllərin gizlədildiyi yerin şəkillərlə məkanın atır. Sonra Qənimət deyir axırdakı 10-dənədirdə hə ?, 10 dənə onları yazda mənə nəmənədir. Sonra yenə şəkillər göndərilir. Səfər deyir hə 10 dənədir, 4 yoldadı yəni axırıncıdı qutardı.Qənimət deyir sağol əllərin ağrımasın sağol sonrakı yazışma və səs yazılatrmdada Qənimət adlı şəxsin Səfərə göndərdiyi narkotik və psixotrop maddəllərin götürülüb ünvanlara çatdırılması öz əksini tapmışdır. Sonuncu yazışmalardan görünürür ki, Qənimət yazıb ki, 45 kakos, 20 patı, 10 kola, 10 patı, 9 kola, 3 patı sonrada zənglər olubdur. Vohtçap sayıtı açıldıqda müəyyən edildi ki, “Totu” adlı şəxsin istifadsində olan 994 50 *** ** ** saylı vohtçap telefon nömrəsi ilə bir-birləri ilə yazışma ilə və həmdə səs atmaqla əlaqə saxlayırlar. Ümumi söhbətlər edilir Totu ləqəbli qadın Səfərə səs ataraq “Hər şey o demək deyil patı olsun zırt-pırt olsun ürəyin qonaq gəlmək üstəyirsə gəl problem deyil”, bildirir, Sefer deyir “zəng edmisən eşitməmişəm pis vəziyyətdəyəm qapıdan gəlib sənə verərəm qayıdaram” deyir. Sonrada Masazır qəsəbəsi Rəşad Hüseynov 32 ünvanının məkan məlumatın (konum) atır, Sonra ümumi söhbətlər olunur, Sonra “Totu” Səfərdən kef əfal soruşur və sonra deyir ki, mən səndən bacım oğlu üçün dərman götürəcəydim bu tərəfə 28-ə tərəf keçəndə mənə dərman gətirə bilərsən? Sonrakı yazışmada Səfər Totuya deyir necəsən, Totu deyir işdəyəm çıxıram, həmçin həmin vaxt Səfər ona deyir “kola” var orda. “Totu” deyir sen neynirsən hardasan, hə var. Sonra Səfər yazır ki, indi işidə aşırdım ondan nəqədər götürüm, alınar m40 dəyişəy?. Mən maşınla dostumlayam, qaldı sabah günortaya mən getmədim vaxt olmadı, sonra “Totu” yazır dəyişmək alınmır mene göre 35- e verir ancaq elə. Sonra ümumi söhbət olunur Səfər deyir pulu həll elədim, Totu deyir he kartımı atım pulu at kartıma. Sonrada 409 858 446 *** **** saylı kart nömrəsini göndərir. Sonra Səfər yazır ki, sene görə gəlirəm Yasamalda uşaq gözləyir patı verəcəy, sonrada Səfər deyir ki, sənin kartına pul atdım. Sonradan “Totu” Səfərə səs atıb kefini soruşur, Səfər cavabında heç Totu evdəyəm uşaqlar gəldi patı gətirdi deyə cavab verir. Sonrakı danışıqlarda “Totu” bildirir ki, çox pisəm eləbil ev üstümə gəlir.Sonra ümumi söhbət edilir, sonra Səfər deyir ki, yol üstü patmı götürüb keçim yanma, yazmayandada küsürsən. Sonra ümumi söhbət olur “Totu” Səfərə yazır ki, səndə birşüey olsaydı götürərdim, qızlar isdəyir birdə şərq bazarına getməzdilər.Lakin Səfər cavab yazmır, sonradan “Totu” ümumi sözlər yazır, sonrada Səfər yazır ki, Totu səbirli ol başım qarışıqdır.X7 səs atır deyir pis gündəyəm yatıb qalmışam heçnə götürə bilməmişəm hamısı qalıb çöldə bayırda. Ümumi söhbətlər olunur, sonra Totu yazır ürəyim elə olardı siznən çıxım patını götürəsən bölüb verəsən, aparım qıza verəm, deyir kart at pulu verim, bezdirdi 25 manatlıq isdəyir. Alınar ya yox bir söz de bilim, Səfər cavab yazır hə. Sonra Totu təkrar səs atır alınacaq alınmayacaq de bilim gözləyirəm. Sonrada Səfər deyir uşağı gözdəyirəm patı gətirəcək patını götürüm keçim siz tərəfə bir yerdə çəkək, sən nəyi deyirdin başa düşmədim, həmin vaxt Totu deyir sənə demədim qız 25 manatlıq patı gözdəyir.Səfər deyir uşaqla görüşdüm gəlirəm.Sonradan ümumi söhbətlər olur.Yenə ümumi söhbət olunur və Səfər səs atır və deyir Totu bayaqdan tapa bilmirdim tapdım götürdüm gəldim, bayaqdan axtarırdım tapa bilmirdim şükür tapdım, konuın düz göstərmirdi gəlirəm səni götürəm. Sonra deyir Totu mənə konum at, oda konum atır, ümumi söhbətdən sonra Səfər Totuya deyir totu götürə bilirsən götür sonra pulunu verərik götürə bilmirsənsə düş aşağı gedək Sonrada Səfər deyir arginalıdır və m40 həbinin şəklini atır, sonrada deyir neynirsən elə tez elə biraz gec olur, Totu deyir deyir yuxu tutub ayılsın düşürəm. Sonra “Totu” deyir sən listnən dəyişirsən, Səfər deyir Totu məzələnirsən mənlə neynirsən elə düş gəl gedək, yarı torpaq götür, 3 dənə meti verərik, amma təmiz olsun, o necə torpağı 50-yə verir, Metin də biri 20-25 manatdır, verir versin, vermirsə çıxıb gedək, götürə bilirsən götür, bir saatdı qalmışam burda. Sonra Səfər deyir düşürsən düşmürsən əsəbləşmişəm, Totu deyir düşürəm alınmadı ona görə qalmışdım.Ümumi söhbətlərdən sonra Totu Səfərə yazır ki, salam necəsən sroçnu kola lazımdır.Sonrada ümumi söhbət olur və əlavə əlaqələr qeydə alınmamışdır. Bundan başqa digər adı Məryəm kimi qeyd edilmiş və telefon nömrəsi +98 901 *** ** ** olan və profil hissəsində əl şəkilli və ərəb əlifbası ilə yazılmış yazılar olan profil vardır. Həmin şəxslə yazışmaları, səsli əlaqə və şəkillərin olduğu müəyyən edilir.Belə ki, Mesajların cox hisəsi silinmişdir, digər iş üçün əhmiyyət kəsb edən açılması mümkün olmayan şəkil kölgəsi var, sonradan bir nəfər kişi səsi ilə bildirir ki, bax budu 050 qoyuram bir yerə şəklinidə çəkib atıram sənə deyir, sonrada məkan məlumatı əks olunub, sonrada şəkil var lakin həmin şəkil açılmır, sonrakı mesajlar silinib sonra isə Vüsal yusifov 119 və alt hissəsində 994 70 *** ** ** saylı telefon nömrəsi görsən profil əks olunmuşdur. Sonradan Səfər səs atıb deyir bu sənin klentindi ya kiminsə klentidir deyir, əks tərəfdən səsli zəng olunub bir neçə dəfə sonra ümumi sözlər yazılıb və Səfər yazır ki, and içmişəm sizin sözünən burdayam, boş qayıtsam qutardı, sonra ümumi söhbətlər olur, mesajların bir qismi silnmiş, sonradan isə iki şəkil var həmin şəkildə narkotik vasitələrə bənzər kütlələrin bükümlərə ayrılaraq şəklinin çəkildiyi əks olunub, sonra Məryəm səs atır və deyir 4 bir necədənəydi, 3 dənəydi 2 dənəydi? həmin vaxt Səfər deyir bilmirəm 3 dənə atmışdım, Məryəm cavab verir deyir yaxşı neynək, elə bildim 4 dənəydi bu 3-dənəydi, bilmeydə başı çıxmey ona görə deydi kimi ifadəllər işlədir.Ümumi söhbətlərdən sonra Məryəm deyir ki, qara gəlibdir 50-dənədən yuxarı, sən deyirdine birdənə uşaq qara isdəyir. Sonra zənglər olub, sonra ərəb əlifbası ilə mətnin şəkli atılıb, zənglər olub sonra Səfərin vohtçapma yönəldilmiş video görüntü vardır. Həmin video görüntüdən görünür ki, tərəzinin üzərinə şəffaf sellofanda ağ kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə tərəzidə çəkilir 961 qram olduğu müəyyən edilir digər qəhfəyi rəngli sellofan büklüdə olan tiryəkə bənzər kütlə üzərinə 200 k, 110 p rəqəmləri yazılmış kütlənin çəkilməsi əks olunub, həmin narkotik və psixotrop maddəyə bənzər kütləni tərəzidə çəkən şəxsin əl nahiyyəsi görünür. Sonradan votçap zəngləri olub, sonra bir birlərinə səs atıb ümumi söhbət ediblər,sonrakı görüntü açılmır, ünvan bildirən məkan atılıb, sonrada 20 büküm olan şəkil əks olunub, zənglər və ərəb əlifbası ilə yazılmış yazı mətinləri var,sonrada zənglər əks olunub,dualar və işarəllər qeyd olunub,sonra Səfər yazır ki, götürdüm, demişdi Babək daş dərman, Məryəm yazır mən nə iş görəcəm ay allah sən özün Babəkdən danışdın nə dedi,Səfər yazır hə, sonra Məryəm Babəkin səsini səfərə göndərir Babək deyir ki,Məryəm torpaq, yoxdu, Kola yoxdu, əslində anbar verib bizə neynəməliyik dedi patmıda atacam sabahdan qatıb satarsız hələ bunu götürün aparın anbara 30 dənə dərman atıb yarım küloda daş atıb. Sonrakı səsində deyir ki, sabah torpaq verəcək hələ qoy otursun anbara sabah torpaq verər böyründə satacayıq, daş əskilmir ki, zərər eləməzəsən, yarım küloda torpaq verəcək, sonra zənglər olunur, sonrada dərman həblərinin və şəfaf sellofan büklünü əks etdirən və büklü tərəzidə çəkilərkən 3642 çəkini göstərən video görüntü əks olunub, sonrakl video görüntüdə də şəffaf selovon torbada olan narkotik və psixotrop madələrin çəkilməsinin video görüntüsü əks olunur. Sonra zənglər gəlir, Məryəm səs göndərərək, deyir 150 qram alıb edir 450 qram. Sonra deyir Qənimətə səs at deynən Qənimət sən zapasım tut qardaş, saat 4 də çıxacam çölə, deynən Qənimət bir yerdən duz tap gəl, Həmin vaxt Səfər Məryəmə deyir ki, atmışam Qənimət atıb zakazları atmışam, sən ged obiri evə ordanda çıxarsan, sonrada Məryəm səs atır bildirir ki, limon duzun götürdün, ondan sonra zənglə əlaqə saxlayırlar, digər yazışmalardada narkotik və psixotrop maddələri hara qoyulması hardan götürülməsi ilə əlaqədar aralarında olan sövdələşmələr, narkotik və psixotrop maddələrin hissələrə ayrılaraq şəkilərinin çəkilməsi narkotik vasitələrin və psixotrop maddələrin tərəzidə çəkilməsinin video görüntüləri, nartkotik və psixotrop maddələrin gizlədildiyi yerin məkan şəkiləri əks olunmuşdur. Eyni zamanda votçapda olan digər şəxslərlədə aralarında olan yazışmalardada narkotik vasitələr və psixotrop maddələrin video görüntüsü və alqı satqı ilə əlaqədar yazışmalar əks olunmuşdur. Telefonun qalareya hissəsindədə də narkotikn vasitələr və psixotrop maddəllərin fotoşəkilləri narkotik vasitə və psixotrop maddəllərin gizlədildiyi yer, öz əksini tapır. Foto şəkillər çıxarılaraq protokolla əlavə edilir. Telfona baxış zamanı yuxarıda göstərilən xüsusatlardan başqa iş üçün əhmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. (Cild 2, iş vərəqləri 01-13) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “telefona baxış keçirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus telfon işə salınaraq vohtçap hissəsinə baxış keçirilmiş, həmin hissədə bir çox şəxslərlə əlaqə yaradılıb, profilində Mohamad Nübar adıyla qeyd edilmiş və qadın şəkili əks olunmuş və telefon nömrəsi +98903 *** **** saylı olan şəxslə olan yazışma və səs yazılarına və şəkil və video görüntülərə baxış keçirilmişdir. Vohtçap sayıtı açıldıqda müəyyən edildi ki, Nübarın atdığı səs yazısısında “dərmanı indi səs qoymuşdu dedi bacı göndərim” bağlasın dedim hə göndər bağlasa gündüz atacaqlar, torpaq verdi biz deyir 3 qram yarım azdır dedim ay qardaş üc qram yarım olmazda biraz olar vidyoya çəkib salafanlara düzdə büküb qoyub tərəziyə səndə günah yoxdu kuryerin salafanlarıdı böyük anbarındı, həmin vaxt Xəyal səs atır deyir ki, mal nə əskikdi əksinə mən nabarod malın öz kloku ilə birlikdə qoydum ki, götürəndə ürəknən götürsün bəlkə sən torpağı quru halda çəkibsən sonra Nübar deyir ürəynən qoymusan görür çoxdu apara bilməz səndədə günah yoxdu axı əskik olmaz Xəyal deyir bu vaxta kimi mənim qoyduğum maldan əskik olmasın görmüsən günah məndə oldu gərək şəklin çəkərdim mən həmişə çox mal olanda şəklini çəkərdim Nübar deyir mən bir söz demirəm birdən birə 3 qram yarım əskik olmaz onu deyirəm səndədə günah yoxdu sellofanları yığır elə olur, daşçlar gəlib mən bilmədim torpağın yerinə daş götürərdim 50 manat gətiriblər. Sonra narkotik vasitə heroinə bənzər kütlənin tərəzidə 225 qram olması və tərəzinin sağ tərəfində əlavə bir büklünün olmaı şəkli əks olunur və bu kimi şəkillər təkrarlanır, sonra video görüntüdə narkotik vasitəllərin tərəzidə çəkilməsi əks olunur, ümumilkdə narkotik vasitəllərin satışı ilə məşqul olmaları, Narkotik vasitəlləri gizlədən yerlərin məkan görüntüləri əks olunur. Bundan sonra Şakal adlı **********11 saylı telefon nömrəsinin votçap hisəsindədə narkotik vasitəyə bənzər kütlənin şəkilləri əks olunub. Sonra həmin telfonun Qalareya hissəsində də narkotik vasitələrin foto şəkilləri, narkotik vasitəlləri və psixotrop maddəlləri qoyduqları yerlərin foto şəkilləri və video görüntülər əks olunmuşdur. Həmin foto şəkillər çıxarılaraq protokola əlavə edilir. Telfona baxış zamanı yuxarıda göstərilən xüsusatlardan başqa iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. (Cild 2, iş vərəqləri 14-29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakcell MMCdən daxil olan iki ədəd diskdən görünür ki, həmin disklərdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** və 055 *** **** və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055 *** ** ** saylı telefon nömrələrinin kimə məxsus olması, anten məlumatları və həmin nömrələrə daxil olan və çıxan zənglər və SMS-lər əks olunmuşdur.(Cild 2, iş vərəqləri 74-93) İş materiallarında olan “cinayət işi üzrə maddi sübut kimi tanıma haqqında” 29 may 2024-cü il tarixli və “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi materiallarından başqa cinayət işinin ayrılması” barədə 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, 529,984 qram psixotrop maddə metamfetamin, 489,562 qram asetilə edilən tiryək, 45 tabletka metadon, 104,55 qram qurudulmuş marixuana, 01 ədəd cib dəftəri 03 ədəd elektron tərəzi, 01 ədəd “TCL”, 01 ədəd “Samsung Galaxy A54” və “Huawei” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 04 ədəd disk iş materiallarında saxlanılmalıdır. (Cild 1, iş vərəqləri 74-75, 102-120) Məhkəmə, təqsirləndirilən şəxslərin narkotik vasitələri şəxsi istifadə məqsədilə əldə etmələri, narkotik vasitələrin satışı ilə məşğul olmamaları, polis əməkdaşları tərəfindən təzyiq olunması, ittihamda qeyd edilən miqdardan daha az miqdarda narkotik vasitə olması və s. İlə bağlı ifadələrində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin xüsusilə külli miqdarda müxtəlif növlərdə narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaları, elektron tərəzilərin və ən əsası narkotik vasitə və psixotrop maddələrin satışını özündə əks etdirən dəftərin mövcud olması onların məqsədlərinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, Quliyev X1 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb və xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azadlığa buraxılmışdır. (Cild 1, iş vərəqləri 201, 222-223, Cild 2, iş vərəqləri 71-73) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs kimi tanıyır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 məhkumluğunun ödənildiyini vurğulamaqla yanaşı qeyd edir ki, ödənilmiş məhkumluqlar təqsirləndirilən şəxsə münasibətdə hər hansı bir hüquqi nəticə doğurmasa da, onun şəxsiyyətini xarakterizə edən hallar kimi məhkəmə tərəfindən nəzərdən keçirilməyə bilməz. Təqsirləndirilən şəxs2 ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq islah olunmamamış və yenidən daha ağır cinayət törətmişdir. Bu hal ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 26 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslərin barələrində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, Abşeron RPİ-də saxlanılan 03 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, həmçinin maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 529,984 qram çəkidə psixotrop maddə metamfetamin, 489,562 qram çəkidə asetilə edilən tiryək, 45 ədəd metadon həbləri, 104,55 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd cib dəftəri məhv edilməli, 03 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalı, 01 ədəd “TCL” və 01 ədəd “Huawei” markalı mobil telefonlar Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə verilməli, 01 ədəd “Samsung Galaxy A54” mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarından birinə verilməlidir. İş materiallarına əlavə edilmiş 04 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 91 manat məbləğində, Təqsirləndirilən şəxs2 91 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxslərin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Abşeron RPİ-də saxlanılan 529,984 qram çəkidə psixotrop maddə metamfetamin, 489,562 qram çəkidə asetilə edilən tiryək, 45 ədəd metadon həbləri, 104,55 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd cib dəftəri məhv edilsin, 03 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın, 01 ədəd “TCL” və 01 ədəd “Huawei” markalı mobil telefonlar Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə verilsin, 01 ədəd “Samsung Galaxy A54” mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarından birinə verilsin. Təqsirləndirilən şəxs1 91 manat məbləğində, Təqsirləndirilən şəxs2 91 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar