Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-745/2023 19.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1 , Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Zəngilan rayonu, Zəngilan şəhəri, C.Cabbarlı küçəsi ev 12-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, uşaq bağçasında məcburi köçkün kimi məskunlaşaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə saat 09:20 radələrində sosial şəbəkədə tanış olduğu Əİi adlı şəxsin hər qramını 25 manat müqabilində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin arxasında qoyduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxil edilmiş 01 ədəd şəffaf sellofan paketdə 5,841 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil edilmiş 04 ədəd göy rəngli sellofana bükülüb üzərləri ağ rəngli yapışqan kağız lentlə bağlanmış bükümlərdə ayrıayrılıqda çəkiləri 2,625 qram, 5,550 qram, 1,786 qram, 3,624 qram, ümumi çəkisi 13,585 qram xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və üzərində "Methadone 40" göstəricisi olan 2 ədəd blisterdə, hər blisterdə 10 ədəd olmaqla, təsir maddəsinin ümumi miqdarı 0,8 qram (bir ədəd həbdə 0,04 qram) olan ümumilikdə 20 ədəd külli miqdarda qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə olan metadon həblərini götürüb satış məqsədilə qanunsuz əldə edərək üzərində saxlamış və daşımış, 31 mart 2023-cü il tarixdə saat 09:30 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib xidməti otaqların birində həmin gün saat 10:50-dən 11:11-ə kimi üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins gödəkçəsinin sol iç yan cibində saxladığı, həmin 01 ədəd şəffaf sellofan paketdə olan 5,841 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri: 2,625 qram, 5,550 qram, 1,786 qram, 3,624 qram, ümumi təmiz çəkisi 13,585 qram külli miqdarda narkotik vasitə olan heroin, üzərində "Methadone 40" göstəricisi olan 2 ədəd blisterdə, hər blisterdə 10 ədəd olmaqla, təsir maddəsinin ümumi miqdarı 0,8 qram (bir ədəd həbdə 0,04 qram) olan ümumilikdə 20 ədəd külli miqdarda narkotik vasitə olan metadon həbləri və gödəkçəsinin sağ iç yan cibində saxladığı üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni əvvəllər bir qram-bir qram almışdır. O zaman onu aldatmışlar. Bu dəfə də istəmişdir ki, birdəfəlik bir həftəlik, on günlük, bir aylıq alıb, qabağa düşsün. Pulu da üzərində olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, “kakos” kimi bilinən narkotik vasitə heroindən istifadə etmişdir. Hardasa 7-8 ay, bir il idi ki, narkotik vasitə istifadə edir. Sadəcə az-az istifadə etmiş, istifadə etdiyi də ancaq kakos olmuşdur. Metamfetamin istifadə etməmişdir. Metadona gəldikdə, bəzən elə olurdu ki, ağrıları olmuş və narkotik vasitə tapmamışdır. Həmin vaxt metadon həbini ağrılarını kəsmək üçün atmışdır. Metamfetamini narkotiki aldğı şəxs ora qoymuşdur. Onun xəbəri olmamışdır. O, tələsik götürüb çıxmışdır. Çıxanda da polis əməkaşları ona yaxınlaşıb şübhəli şəxs kimi saxlamışdırlar. O, etiraz etmədən üzərindəki narkotiki onlara təqdim etmişdir. Düz nədirsə, polis əməkdaşlarına da demişdir. Saxlanılana kimi orada-burada, harada olsa fəhlə işləmişdir. Axırıncı dəfə narkotik vasitəni ona 400 (dörd yüz) manat müqabilində verməsi barədə razılaşmışdır. Həmin vaxt həm də evdə dolanmaq üçün tutuquşu saxlamışdır. Pulu narkotik vasitə aldığı şəxsə “m10” vasitəsilə göndərmiş, o da narkotik vasitənin “Araz” marketin arxasında olması, ordan götürməsi barədə məlumat vermişdir. Əvvəllər narkotik vasitəni bir qram-bir qram başqa şəxslərdən almışdır. O, narkoitk vasitənin satanı olmamış, istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, orada 15 qram “kakos” olmalı idi. Amma 15 qram kokosun əvəzinə 13 qram kakos və metamfetamin qoymuşdurlar. O, narkotik vasitə istifadə etməkdən qorxmuş, qorxa-qorxa orada-burada gizlin istifadə etmişdir. Qonşuları, qohumları, ailəsi onun narkotik vasitə istifadə etdiyini bilməmişdir. O ki qaldı narkoitk vasitələrin satışı ilə məşğul olsun. Saxlanılan zaman axşam olmuş, amma dəqiq saat yadında deyildir. Törətmiş olduğu əməldən çox peşmandır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, video görüntüdəki bükümlər üzərindən aşkar olunmuşdur. Sadəcə olaraq iki list metadon üstündə olmamış evin yanındakı həyətdə olmuş, yerini polis əməkdaşlarına bildirmişdir. Həyətinin yanından metadonları tapıb polis əməkdaşlarına vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sənan Ataxaovun narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını realizə etmək üçün deyilən ünvana getmişdirlər. Orada Sənana yaxınlaşıb özlərini təqdim etmiş və onu Abşeron RPİ-yə gətirmişdirlər. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar olunmuşdur. Əməliyyat tədbirini həyata keçirən zaman mart-aprel ayı olmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə metanfetamin aşkar olunmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Əməliyyat məlumatında Sənanın narkotik vasitələrin satışı ilə məşğul olması olmuşdur. Sənan özü bildirmişdir ki, narkotik vasitələri iranlıdan alıb tapşırıq əsasında müəyyən ünvanlara atmışdır. Sənanın üzərindən aşkar olunmuş narkotik vasitə bükümlərinin sayı yadında deyildir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etmişdir. Şahid Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin sabiq baş əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayından həmin ilin may ayının sonunadək Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Həmçinin hazırda Abşeron RPİ-nin Saray polis bölməsinin rəis müavini vəzifəsində xidmət edir. Mahiyyəti üzrə bildirir ki, 31 mart 2023-cü il tarixdə saat 08:30 radələrində Zəngilan rayonu, Zəngilan şəhəri, C.Cabbarlı küçəsi ev 12-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, İ.Hüseynov küçəsində nömrəsiz fərdi evdə yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması və bir qədər sonra Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz" marketin yaxınlığında olacağı, üzərində də narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olacağı barədə məlumat alıb, dərhal həmin məlumatı Abşeron RPİ-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz" marketin yaxınlığına gedib gözləməyə başlamışlar. Bundan bir qədər sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Təqsirləndirilən şəxs Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz" marketin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə və psixotrop maddə qəbul etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması barədə məlumatlarının olduğunu bildirib onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Abşeron rayon polis idarəsinə gəlmişdir. Bundan sonra polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri İzah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da üzərində psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin və metadon həblərinin olduğunu bildirib əynində olan göy rəngli cins gödəkçəsinin sol iç yan cibindən 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütləni, dörd ədəd göy rəngli sellofan kəsiyinə bükülüb üzəri ağ rəngli yapışqan kağız bantla bağlanmış narkotik vasitə olan heroinə bənzər kütlələri və 2 ədəd üzərində “Methadon" sözü yazılmış dərman blisteri çıxarıb təqdim edərək həmin 1 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə olan kütlənin psixotrop maddə olan metamfetamin, digər 4 ədəd bükümlərdəki kütlələrin də narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins gödəkçəsinin sağ iç yan cibində saxladığı bir ədəd elektron tərəzini də çıxarıb təqdim etmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 ədəd bükümdəki psixotrop maddə olan metamfetamini və 4 ədəd bükümdəki narkotik vasitə olan heroini 31 mart 2023-cü il tarixdə saat 09:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz" marketin yaxınlığında bir gün əvvəl sosial şəbəkədən Əli adı ilə tanıdığı şəxsdən öz istifadəsi üçün hər bir qramını 25 manat müqabilində əldə edib sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını, 2 ədəd üzərində "Methadon” sözü yazılmış dərman blisteri xatırlamadığı bir vaxtda xatırlamadığı yerdən tapdığını, həmçinin 1 ədəd elektron tərəzini də narkotik vasitələri və psixotrop maddələri alarkən çəkisində aldanmamağı məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə, 4 ədəd bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlələr, 2 ədəd üzərində “Methadon" sözü yazılmış dərman blisteri və 1 ədəd elektron tərəzi ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da proses iştirakçıları ilə birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Bir daha qeyd edir ki, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin həmin bükümlərdəki narkotik vasitələri və psixotrop maddəni öz istifadəsi üçün hər bir qramını 25 manat müqabilində əldə edərək üzərində saxladığını, üzərindən aşkar edilmiş bir ədəd bükümdəki psixotrop maddə olan metamfetamini və 4 ədəd bükümlərdəki narkotik vasitə olan heroini bir gün əvvəl sosial şəbəkədə tanış olduğu Əli adlı şəxsin bir qədər əvvəl ona dediyi yerdən, yəni Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin arxa tərəfində qoyulan yerdən götürdüyünü, həmçinin 2 ədəd üzərində “Methadon” sözü yazılmış dərman blisterini də xatırlamadığı bir vaxtda xatırlamadığı yerdən taparaq üzərində saxladığını bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddələri haradan və kimdən alması barədə müvafiq tədbirlər keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin cinayət-axtarış şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Rəis müavini tərəfindən əməliyyat qrupu təşkil olunmuşdur ki, həmin əməliyyat qrupunda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs Masazır qəsəbəsində saxlamışdırlar. Özünün bildirməsinə görə də, tanımadığı iranlı şəxsdən narkotik vasitələri alaraq sonuncunun bildirdiyi ünvanlara narkotik vasitə atmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin növləri və dəqiq çəkisi yadında deyildir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman ona qarşı heç bir təzyiq göstərilməmişdir. O cümlədən Sənan da onlara müqavimət göstərməmişdir. Sənan iranlının tapşırığı əsasında onun bildirdiyi ünvanlara narkotik vasitə atmış, daha sonra şəklini çəkib iranlıya göndərmişdir. Onlar Sənanı saxlayan zaman o, iranlı tərəfindən ona tapşırlmış ünvana narkotik vasitə qoyurmuşdur. Təqsirləndirilən şəxs 2023-cü ilin martında saxlanılmışdır. Sənanın üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi hazırda yadında deyildir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edir. Şahid Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin sabiq baş əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində narkotik vasitə olan heroin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» keçirilməsi barədə protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərində saxladığı 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin, 04 ədəd bükümlərdə narkotik vasitə olan heroin, üzərində "Methadone 40" göstəricisi olan 2 ədəd blisterdə, hər blisterdə 10 ədəd olmaqla, ümumilikdə 20 ədəd narkotik vasitə olan metadon həbini və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni götürdüyü yeri göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1891 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,841 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2,625 qram, 5,550 qram, 1,786 qram, 3,624 qram, ümumi təmiz çəkisi 13,585 qram xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində "Methadone 40” göstəricisi olan 2 ədəd blisterdə, hər blisterdə 10 ədəd olmaqla ümumilikdə 20 ədəd dairəvi formalı həblər narkotik vasitə metadondur, 20 ədəd metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,8 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir; bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlər»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-İn siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3085 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində Asılılıq sindromu - Narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 06 aprel 2023-cü il tarxili qərarlarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 5,841 qram psixotrop maddə metamfetamin, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2,625 qram, 5,550 qram, 1,786 qram, 3,624 qram, ümumi təmiz çəkisi 13,585 qram narkotik vasitə heroin, üzərində "Methadone 40” göstəricisi olan 2 ədəd blisterdə, hər blisterdə 10 ədəd olmaqla, təsir maddəsinin ümumi miqdarı 0,8 qram (bir ədəd həbdə 0,04 qram) olan ümumilikdə 20 ədəd narkotik vasitə metadon həbləri, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,385 qram narkotik vasitə heroin, 5,791 qram psixotrop maddə metamfetamin, 18 ədəd narkotik vasitə metadon həbləri və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi saxlanılması üçün Abşeron RPl-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat İstismarı Təmiri Birliyinin 2 Saylı MTİİTS-dən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ataxanov X2 rayonundan məcburi köçkün olmaqla Abşeron rayon Xırdalan şəhəri 27-ci məhəllə, uşaq bağçasında məcburi köçkün kimi məskunlaşaraq yaşamış və həmin ünvanda yaşadığı müddət ərzində barəsində 2 Saylı MTİİTS-ə şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X3 xx.xx.2012-cı il, X4 xx.xx.2019-cu il təvəllüdlü olmaqla azyaşlı, X5 xx.xx.2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin, bir yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə aşağı həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,385 qram narkotik vasitə heroin, 5,791 qram psixotrop maddə metamfetamin, 18 ədəd narkotik vasitə metadon həbləri məhv edilməli, 01 ədəd elektron tərəzi müsadirə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPMnin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,385 qram narkotik vasitə heroin, 5,791 qram psixotrop maddə metamfetamin, 18 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin, 01 ədəd elektron tərəzi müsadirə edilsin. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-745/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-745/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver