Məhkəmə qərarları › İş №1(124)-747/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-747/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-747/2024 26.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X9 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X5 və X2, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs10 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 15 avqust 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuş və iş üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi 26 avqust 2024-cü il tarixə təyin olunmuşdur. Cinayət işinin materialları ilə tanış olarkən müəyyən edilmişdir ki, hazırki cinayət işinin məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs1 Bakı Biznes Universitetində metodist - müəllim işləyən zaman tanışı Təqsirləndirilən şəxs2, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs9 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya Bakı şəhəri, Qaradağ rayon 106 nömrəli tam orta məktəbdə Azərbaycan dili-ədəbiyyat müəllimi işləyən gəlini Şahid18 müəllimlərin sertfikasiya imtahanında sertifikatlaşdırmanın 10% artımından 45% artımına keçirilməsində kömək göstərəcəyini yalandan vəd verib aldadaraq 23 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən ofisdə qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs9 6000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs9 ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Bakı Biznes Universitetində metodist-müəllim işləyən zaman tanışı Təqsirləndirilən şəxs2, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs8 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya Xocavənd rayonu. Xocavənd kənd 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən qızları Şahid16 və Şahid15 müəllimlərin sertfikasiya imtahanında sertifikatlaşdırmanın artımına kömək göstərəcəyini yalandan vəd verib aldadaraq 01 may 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115/9 Ünvanda fəaliyyət göstərən 52 saylı notariat ofisinə qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs8 20000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs8 ümumilikdə 20000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Bakı Biznes Universitetində metodist-müəllim işləyən zaman tanışı Təqsirləndirilən şəxs2, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya X8 İngilis dili müəllimi ixtisası üzrə bitirmiş arvadı Şahid10 İsmayıllı rayon 3 nömrəli tam orta məktəbə İngilis dili müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq 19 may 2023-cü il tarixdə ünvan 2 ünvanın yaxınlığında yerləşən ofisdə qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 15000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Bakı Biznes Universitetində metodist-müəllim işləyən zaman tanışı Təqsirləndirilən şəxs2, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin Riyaziyyat-İnformatika müəllim ixtisası üzrə bitirmiş qızı Şahid7 Bakı şəhəri, Nərimanov rayon 200 nömrəli tam orta məktəbə Riyaziyyat müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq 30 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi. 26A ünvanda fəaliyyət göstərən 19 saylı notariat ofisində qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs2 15000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Bakı Biznes Universitetində metodist-müəllim işləyən zaman tanışı Təqsirləndirilən şəxs2, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncunu orta məktəblərin birinə direktor təyin etdirəcəyini yalandan vəd verib aldadaraq 31 may 2023-cü il tarixdə ünvan 4 ünvanda fəaliyyət göstərən 1 saylı notariat ofisinə qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs5 17500 manat, 05 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanda fəaliyyət göstərən 52 saylı notariat ofisində 6000 manat. 04 iyul 2023-cü il tarixdə Bakı şəhəri. Xətai rayonu, Xocalı prospekti 24 A ünvanda fəaliyyət göstərən 6 saylı notariat ofisində 28000 manat 22 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev prospekti 115/9 ünvanda fəaliyyət göstərən 52 saylı notariat ofisində Zərərçəkmiş şəxs5 qızı X3 vasitəsilə 3500 manat, 17 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri. Xətai rayonu, Mehtizadə küçəsində yerləşən "Happy" marketdə olan “mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus “Leobank" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs5 köçürdüyü 2130 manat. 18 sentyabr 2023-cü il tarixdə ünvan 8 ünvanda yerləşən “Al" marketdə olan “mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus “Leobank" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs5 köçürdüyü 1870 manat və 07 oktyabr 2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən “Araz" marketdə olan “MilliÖN" elektron ödəmə terminal) vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus “Leobank" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs5 köçürdüyü 4000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 63000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Bakı Biznes Universitetində metodist-müəllim işləyən zaman tanışı Təqsirləndirilən şəxs2, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs6 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncunu orta məktəb direktor təyin etdirəcəyini yalandan vəd verib aldadaraq 22 iyul 2023-cü il tarixdə Bakı şəhəri. Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanda fəaliyyət göstərən 52 saylı notarial ofisində sonuncunun bacısı qızı X3 vasitəsilə qrupun üzvü Təqsirləndirilən şəxs2 8500 manat, 20 avqust 2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən "Araz” marketdə olan “MilliÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs2 qızı Azərin Mustafayevaya məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs6 bacısı Zərərçəkmiş şəxs5 Gühnəmməd qızının köçürdüyü 2000 manat, 2023-cü ilin avqust ayının ortalarından başlayaraq həmin ilin sentyabr ayının ortalarına qədər olan müddət ərzində ünvan 11 ünvanda sonuncunun vasitəsilə 40000 manat, 16 sentyabr 2023-cü il tarixdə ünvan 12 ünvanda yerləşən binanın 10 nömrəli mənzilində “DostBank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Rəna Abdullaycvanm köçürdüyü 3000 manat və 18 sentyabr 2023-cü il tarixdə ünvan 11 ünvanda yerləşən binanın 10 nömrəli mənzilində “DostBank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs5 köçürdüyü 1500 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs6 ümumilikdə 55000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Bakı Biznes Universitetində metodist-müəllim işləyən zaman tanışı Təqsirləndirilən şəxs2, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs8 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya arvadı Şahid14 orta məktəbə direktor təyin etdirəcəyini yalandan vəd verib aldadaraq 2023- cü ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 65a ünvanda yerləşən Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs8 6000 manat, 30 iyul 2023-cü il tarixdə Ağcabədi şəhəri, 556 saylı yeni yaşayış massivində yerləşən “Qarabağ” marketdə olan “eManat” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs8 köçürdüyü 500 manat, 15 oktyabr 2023-cü il tarixdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Uğur" marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank karlına Zərərçəkmiş şəxs8 köçürdüyü 5000 manat və həmin günü Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Uğur” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus “Leobank" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs8 köçürdüyü 1000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs8 ümumilikdə 12500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Bakı Biznes Universitetində metodist-müəllim işləyən zaman tanışı Təqsirləndirilən şəxs2, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra qulluq mövqeyindən istifadə elməklə Bakı Dövlət Universitetini Tarix ixtisası •üzrə bilirmiş Zərərçəkmiş şəxs10 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncunu yaşadığı evin yaxınlığında olan orta məktəbə Tarix müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq 22 iyun 2023-cü il tarixdə ünvan 15 ünvanda yerləşən ofisdə qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə Xuraman Əhınədovadan 16000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs10 ümumilikdə 16000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən Bakı Biznes Universitetində metodist-müəllim işləyən zaman qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs7 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya Azərbaycan Tibbi Universitetini bitirmiş qızı Şahid13 həmin Universitetin rezidenturasına qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq 26 sentyabr 2023-cü il tarixdə Bakı Metropolitenin Xətai rayonu ərazisində yerləşən “Xətai" stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs7 24000 manat pul vəsaitini alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 24000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən Bakı Biznes Universitetində metodist-müəllim işləyən zaman tanışı Elnur adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 əmlakım etibardan sui-istifadə elmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya oğlu Şahid6 İdman Akademiyasına qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq 11 oktyabr 2023-cü il tarixdə Bakı Biznes Universitetinin qarşısında Zərərçəkmiş şəxs3 qardaşı Şahid5 vasitəsilə 15000 manat, 10 noyabr 2023-cü il tarixdə ünvan 16 ünvanda yerləşən “İslam" marketdə olan “mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank karlına Zərərçəkmiş şəxs3 köçürdüyü 1000 manat, 13 noyabr 2023-cü il tarixdə ünvan 16 ünvanda yerləşən “İslam” marketdə olan “mpay” elektron Ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus “Leobank" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs3 köçürdüyü 3900 manat, həmin günü Sülh küçəsi 13 ünvanda “Birbank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs3 köçürdüyü 100 manat və 2023-cü ilin noyabr ayının sonlarında ünvan 16 ünvanda yerləşən “İslam" marketdə olan “mpay" elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus “Leobank" ASC tərəfindən verilmiş bank karlına Zərərçəkmiş şəxs3 köçürdüyü 1000 manat pul vəsaitini ahb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkıniş şəxs E.C. Bağırova ümumilikdə 21000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən Bakı Biznes Universitetində metodist-müəllim işləyən zaman tanışı Elnur adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya qohumu Şahid9 Goranboy rayonunda orta məktəbə Biologiya müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq 2023-cü ilin noyabr ayının sonlarında Bakı Metropolitenin Nərimanov rayonu ərazisində olan "Gənclik” stansiyası yaxınlığında Zərərçəkmiş şəxs3 5000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkıniş şəxs E.C. Bağırova ümumilikdə 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 təhsil aldığı Gürcüstanda yerləşən Avropa Universitetinin Əczaçılıq ixtisasi üzrə diplomunu təsdiqlətdirəcəyinə dair yalandan vəd verib aldadaraq 19 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi. Ə.Vahid küçəsində yerləşən “A Plus" marketdə olan “mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus “Leobank" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs4 köçürdüyü 1400 manat, həmin günü Abşeron rayonu. Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "A Plus” marketdə olan “mpay" elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs4 köçürdüyü 5000 manat və 19 fevral 2024-cü il tarixdə Abşeron rayonu. Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “A Plus” marketdə olan “mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs4 köçürdüyü 600 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Hazırkı cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 8 epizodu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla ümumilikdə 12 epizod dələduzluq cinayət əməlinin törədilməsində, Təqsirləndirilən şəxs2 isə məhz həmin sözügedən 8 epizod dələduzluq cinayət əməlinin törədilməsində təqsirləndirilir. Hər iki təqsirləndirilən şəxsə elan olunan ittiham üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək törətdikləri cinayət əməllərindən ikisi (Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 qarşı törədilən cinayət əməli) məhz ağır cinayət hesab olunduğundan, bir icraatda birləşdirilmiş cinayət işi CPM-in 74.5-ci maddəsinə əsasən baxılması üçün ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Lakin cinayət işinin materialları ilə tanış olarkən müəyyən edilmişdir ki, bir icraatda birləşdirilmiş hazırki cinayət işinin baxılması üçün ağır cinayətlər məhkəməsinə göndərilməsinə səbəb olan sözügedən iki epizod (Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 qarşı törədilən cinayət əməli) məhz Bakı şəhərində törədilmişdir. Belə olan halda, ərazi aidiyyəti üzrə hazırki cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 74.5-ci maddəsində isə göstərilmişdir ki, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(124)-747/2024 saylı cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.5-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi barədə məsələlərə baxılır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmənin hazırlıq iclası keçirilənə və qətimkan tədbiri ilə bağlı müvafiq qərar qəbul edilənə qədər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29, 69, 74, 75-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmənin hazırlıq iclası keçirilənə və qətimkan tədbiri ilə bağlı müvafiq qərar qəbul edilənə qədər dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar