Məhkəmə qərarları › İş №1(124)-749/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-749/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-749/2024 07.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin hüquqi varisi- Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Xaçmaz rayonu, Nizova (hazırda Niyazoba) kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum edilmiş, Xaçmaz rayonu, Niyazoba kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə edib, gəzdirməklə, daşıyıb, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan və özüüzən nəqliyyat vasitəsindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz balıq tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tanışı X9 ilə 2023-cü ilin fevral ayında aylıq 400 manat məbləğində əməkhaqqı alacağı barədə razılığa gələrək, Ağaşərif Əzizovun təşkilatçılığı ilə X11 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında əlamətlərinə görə “mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mmdən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mmdən kiçik ilgəkli balıqtutan torlara aid edilən - sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan 01 ədəd açıq yaşıl rəngli toru 2023-cü ilin fevral ayından başlayaraq, sonuncu dəfə 2023-cü ilin aprel ayının sonlarında Rəfail Həşimovla birlikdə X4 Xaçmaz rayonu Niyazoba kəndi ərazisində əldə edərək, saxlayıb, gəzdirməklə, Xaçmaz rayonu Niyazoba kəndi istiqamətində Xəzər dənizinin sahilinədək daşımış və faktiki Ağaşərif Əzizova məxsus 01 ədəd Yamaha-25 markalı mühərriklə təchiz edilmiş özüüzən nəqliyyat vasitəsi hesab olunan qayıqlarla dolunan ərazidən Xəzər dənizinə daxil olub, toru dənizdə quraşdırdıqdan sonra, 16 may 2023-cü il tarixədək olan müddətdə bir neçə dəfə toru yığmaq üçün yenidən həmin qayıqla dənizə daxil olmuş, sonuncu dəfə 16 may 2023-cü il tarixdə yenidən həmin qayıqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarınm sənaye ovu Qaydaları”-nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni, balıqovlama bileti olmadan, qadağan olunmuş vaxtda qanunsuz balıq tutmaq məqsədi ilə Xaçmaz rayonu Niyazoba kəndi istiqamətində Xəzər dənizinə daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib, 16 may 2023-cü il tarixə saat 17 radələrinədək olan müddət ərzində hər biri 11 manat olan 130 ədəd külmə balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1430 manat məbləğində ziyan vurmuş, həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs Rəfail Həşimovla sahilə çıxarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, tutduqları balıqlara və balıqovlama vasitələrinə keçirilən baxış zamanı onlardan 1 ədəd Yamaha-25 markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayıq, 1 ədəd sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan açıq yaşıl rəngli tor və 130 ədəd külmə balıqları aşkar edilmişdir. Həmin cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Qeyd olunan tarixdə məhkəməyə verilmiş şifahi məlumata əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs vəfat etdiyi bildirilmişdir. Göstərilən səbəbə görə məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmənin iclasında təqsirləndirilən şəxsin elektron məhkəmə sisteminə əsasən öldüyü müəyyən edilmişdir. Ona görə də məhkəmə həmin iclasda təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın qohumlarına Azərbaycan Republikası Cinayət Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin tələblərini izah etməklə bildiriş göndərmişdir. Məhkəmənin qeyd olunan bildirişinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Əlimusa oğlunun yaxın qohumu olan həyat yoldaşı rəsmi ərizə ilə müraciət edərək onun hüquqi varisi qismində tanınmaq istəmədiyini bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş 20 günlük müddət ərzində təqsirləndirilən şəxsin digər hər hansı bir qohumu onun hüquqi varisi qismində tanınmaq istəyini bildirməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə xx.xx.2024-cü il tairxdə keçirilən məhkəmə iclasında Azərbaycan Republikası Cinayət Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinin tələblərini nəzərə alaraq onun müdafiəçisini hüquqi varisi təyin etmişdir. Cinayət işində olan elektron məhkəmə portalından əldə edilmiş çıxarışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Əlimusa oğlu 17 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmənin hazırlıq iclasında ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış vəkil Müdafiəçi məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə iclasında Təqsirləndirilən şəxs ölməsi ilə bağlı olaraq onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə tərkibi iş üzrə proses iştirakçılarının ayrı-ayrılıqda fikrini dinləyib, habelə cinayət işində olan sənədləri araşdırıb belə qənaətə gəlir ki, cinayət işi məhkəməyə daxil olduqdan sonra ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunan ərizə təmin edilməklə Təqsirləndirilən şəxs Əlimusa oğlunun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan təqsirləndirilən şəxsin ölməsi səbəbi ilə xitam verilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində yerləşən qeydiyyat şöbəsindən verilmiş ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ürəyin asterosklerotik xəstəliyindən ölmüşdür. Ölüm xx.xx.2024-cü il tarixli AZ-İİ seriyalı 445850 saylı şəhadətnaməyə əsasən qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.5-ci maddəsində göstərilmişdir ki, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin hazırlıq iclasında həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Qeyd edilən Məcəllənin 106-1.4-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-ü il tarixdə ölmüş və bu barədə məlumat elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış vəkil Müdafiəçi yazılı ərizə təqdim edərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs və X7 qanunsuz balıq tutmaqda istifadə etdikləri Su NPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd Yamaha-25 markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayıq, 1 ədəd sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan açıq yaşıl rəngli tor və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin saxlanc yerində olan soyuducuya yerləşdirilmiş 130 ədəd külmə balıqları 16 yanvar 2024-cü il tarixdə maddi sübut kimi tanınmışdır. Yuxarıda qeyd olunmuş maddi sübutlar 1(124)-579/2024 saylı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1, 32.3, 256.3-cü maddələri ilə, X7 CM-nin 233- 1.2.1 və 256.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırda icraatında olan cinayət işi üzrə də maddi sübut qismində tanınmışdır. Odur ki, həmin maddi sübutlarin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(124)-579/2024 saylı cinayət işi üzrə maddi sübut qismində tanınması və həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilməməsini əsas götürərək hazırda həmin maddi sübutların Azərbaycan Respublikasının CPM-in tələblərinə uyğun həll edilməsinin mümkün olmaması nəzərə alınmalıdır. Cinayət qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən, belə olan halda məhkəmə hər hansı istintaq aparmadan imperativ qaydada müdafiə tərəfinin ərizəsini təmin etməklə təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul etmək məcburiyyətindədir. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1,39, 106-1.3 və 384-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233- 1.2.1 və 256.3-cü maddələri ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. 16 yanvar 2024-cü il tarixdə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs və X7 qanunsuz balıq tutmaqda istifadə etdikləri Su NPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 1 ədəd Yamaha-25 markalı mühərriklə təchiz edilmiş “AŞA-8374” bort nömrəli taxta qayıq, 1 ədəd sapının diametri 0,09 mm, ilgəklərin daxili ölçüsü 30x30 mm olan, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 50 metr, eni 4 metr olan açıq yaşıl rəngli tor və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin saxlanc yerində olan soyuducuya yerləşdirilmiş 130 ədəd külmə balıqları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(124)-579/2024 saylı iş üzrə maddi sübut kimi tanınması nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Qərardan elan olunduğu 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar