Məhkəmə qərarları › İş №1(124)-75/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-75/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-75/2022 12.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs–X9 və onun nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X2, xx.xx.1986-ci ildə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 04 azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 16 iyun 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı Qobustan rayonunun Nabur kəndi ərazisində, Nabur kənd tam orta məktəbinin yaxınlığında, küçədə həmkəndlisi orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs onun ünvanına şəxsiyyətini alçaldan xoşagəlməz ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onunla əlbəyaxa olarkən sonuncuya sol baldır nahiyyəsinin yuxarı və aşağı 1/3-i nahiyyələrinin sıyrıqlarından ibarət, dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin həmin vaxt Zərərçəkmiş şəxs onun mərhum atasının ünvanına söyüş söyməsindən əsəbiləşib yaşadığı evə gedərək mətbəxdən soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs yanına qayıdaraq, küçədə qisas niyyəti ilə onun döş qəfəsi nahiyyəsindən bıçaqla bir dəfə qəsdən vuraraq, sonuncuya döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətti üzrə hematoraksla müşahidə olunan, döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa zərər vurmaya aid xəsarətlər yetirərək, qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 16 iyun tarixdə saat 21- 22 radələrində o yaşadığı Qobustan rayon Nabur kəndində yerləşən Mehti adlı həmkəndlisinin kafesinin qarşısından keçən zaman digər həmkəndlisi Səfa onu çağıraraq gəl “pivə içək” demişdir. O, kafeyə girib həmin vaxtı Zərərçəkmiş şəxs və onun qardaşı Şahid1 Səfa ilə oturduğunu görmüş, Sübhahı görüb “çox sağol içəsi olmadım” deyib Səfanın başından öpmüş, bunu görən Sübhan ona qarşı nalayiq söyüşlər söymüşdür. Sübhan onu söydükdə Səfa və Seyran içkili olduğu üçün reaksiya verib bir anda onun üzərinə bokal və 2 dəfə stul atmış, bokal onun sağ alın tərəfinə, stul biri qoluna digəri isə qoluna dəymişdir. Sübhan onun üzərinə yeriyərək söyüş söyməyə davam etmiş, üçü də onun üstünə gəlmiş və onu kafedən döyə-döyə çıxarmışlar. Kafedən onu çıxardıb döyməyə davam etmiş, həmin vaxt Səfa kafenin içərisində olan stulu götürüb çölə çıxıb onun başına vurmuş, o, onların əlindən çıxa bilməmiş daha sonra orada olan avtomobilin arxasına tərəf getmiş, ona yenə də aralanmağa imkan verməmişlər, sonda evə tərəf getməyə başlamış, buna baxmayaraq Sübhan və Seyran onun arxası ilə söyüb itəliyəitəliyə evədək gəlmişlər, Sübhan onun atasının ünvanına söyüş söydüyü üçün o, dözməyib yaşadığı evə daxil olub, mətbəxdən bıçaqı götürüb çölə çıxıb Sübhanı vurmuş və daha sonra evə girmişdir. Bundan başqa təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisədən bir müddət əvvəl o içkili olduğuna görə zərərçəkmiş şəxsi təhqir etmiş və bu səbəbdən onun barəsində məhkəmə 10 gün müddətində inzibatı həbs vermişdir. Habelə hadisə baş verən zaman onun üzərində telefon olmamış və o hadisə barəsində qardaşına heç bir məlumat verməmişdir. Hadisə zamanı o, da xəsarətlər almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, himayəsində 04 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 göstərdi ki, 16.06.2021-ci il tarixdə saat 20 radələrində ailəsi və qardaşı Seyranla birlikdə həmkəndlisi və qohumu Səfanın yaşadığı evə getmişlər. Onlar orada bir müddət oturduqdan sonra qardaşı Seyran və qohumu Səfa ilə birlikdə siqaret almaq üçün kənd ərazisində yerləşən dükana getmiş, siqaret alıb evə qayıdan zaman, kənd ərazisində yerləşən kafeyə daxil olaraq, orada çay içmək üçün əyləşmişlər, çay içən zaman həmkəndlisi Təqsirləndirilən şəxs həmin kafeyə daxil olaraq kənarda əyləşib pivə içməyə başlamışdır. Bir müddət sonra Rəfail onun qohumu Səfa ilə zarafat etməyə başlamış və onların arasında olan zarafat mübahisəyə çevrilmişdır. Onlar mübahisə edən zaman, onların arasına girərək onları sakitləşdirmiş, hər ikisini danlamışdır. Bir müddət sonra Rəfail onlarla görüşərək, evə getdiyini demişdir. Rəfail getdikdən bir müddət sonra onlarda kafedən duraraq, yenidən Səfanın evinə getmişlər. Həmin gün saat 22 radələrində heyvanları dama salmaq üçün yaşadığı evə getmişdir. Yaşadığı evə gedən zaman, Rəfail, onun qardaşı Telmanın, bacısıoğlu Şamil onun qarşısını kəsərək onu söyüşlərlə təhqir etməyə başlamışlar. Bundan sonra o, Təqsirləndirilən şəxslə əlbəyaxa olmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs onun sol ürək nahiyyəsinə bir dəfə bıçaqla zərbə vurmuşdur. Bir müddət sonra onun səsinə qardaşı Seyran və qohumu Səfa gəlmişdir. Seyran və Səfa gəldikdən sonra, Rəfail, Telman və Şamil oradan uzaqlaşmışlar. Onun vəziyəti ağır olduğunu görən Seyran və Səfa onu avtomobilə qoyaraq Qobustan RMX-na aparmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bir neçə dəfə vurmaq imkanın olduğunu, ancaq vurmadığını, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirib, təqsdirləndirilən şəxsə mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,16.06.2021-ci il tarixdə Sübhan, Seyran və o kənd ərazisində yerləşən kafeyə getmişlər. Orada oturduqdan qısa müddət sonra həmkəndliləri Rəfail də oraya gəlmiş, ayrı masada əyləşmişdir. Rəfail kafedən çıxdıqdan təxminən 10-15 dəqiqə sonra onlar da kafedən çıxıb onun evinə getmişlər. Onlar evdə olan zaman Sübhan siqaret alaçağını deyərək küçəyə çıxmışdır. Sübhan getdikdən bir müddət sonra küçədən səs-küy gəldiyi üçün əvvəlcə Seyran, daha sonra o da çölə çıxmış və bu zaman Sübhanı qan içində görmüşlər. Sübhan onu Rəfailin bıçaqladığını söyləmişdir. Onlar Sübhanı qan içində gördükdən dərhal sonra onu xəstəxanaya aparmışlar. Rəfailin Sübhana bıçaqla xəsarət yetirdiyi anı görməmiş, Rəfailin üzərinə stul və başqa əşya atmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisədən heç bir məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənd sakini kimi tanıyır. Hadisədə qeyd edilən kafeni o işlətmişdir. Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxslərin arasında hər hansı düşmənçiliyin şahidi olmamış, hadisə baş verən gün Sübhan, Mehti və Səfadan nə qədər sonra Rəfailin kafeyə gəldiyini dəqiq bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxsı isə kənd sakini kimi tanıyır. Hadisənin baş verdiyini kənd sakinlərindən eşitmiş və dərhal evinə gedərək evdəkilərdən hadisənin doğru olub-olmadığını soruşmuş, ev sakinləri belə bir hadisənin olduğunu ona söyləmişlər. Həmçinin əvvəllər Rəfail və Sübhan arasında hər-hansı bir dava-dalaş olmamış və hadisə günü qardaşı Rəfaili görməmişdir. Hadisə barəsində qardaşı Rəfail ona telefon vasitəsi ilə məlumat vermişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. 16.06.2021-ci il tarixdə saat 19 radələrində qardaşı və onun ailəsi birlikdə həmkəndlisi və qohumu Səfanın yaşadığı evə getmiş, bir müddət evdə oturduqdan sonra pivə içmək üçün kənd ərazisində yerləşən həmkəndlisi Mehtiyə məxsus kafeyə getmişlər. Orada bir müddət oturduqdan sonra həmkəndlisi Təqsirləndirilən şəxs kafeyə daxil olaraq tək oturmuşdur. Bir müddət oturduqdan sonra, Rəfail sağollaşaraq, kafedən getmişdir. Rəfail getdikdən təxminən 10-15 dəqiqə sonra onlar da evə getmişlər. Evdə olan zaman saat təxminən 22 radələrində Sübhan siqaret almaq üçün çölə çıxdığını bildirmiş, Sübhan getdikdən bir müddət sonra, çöldən səs-küy gəldiyi üçün həyətə çıxmışdır. Çölə çıxan zaman Sübhanın kənd ərazisində yerləşən kafenin yaxınlığında qan içində olduğunu görmüş, Sübhan Rəfailin onu bıçaqladığını deyərək kömək istəmişdir. Bundan sonra onun yanına yaxınlaşdıqda Sübhandan bir neçə metr aralıda həmkəndliləri Rəfail, Şamil və Telmanın dayandığını görmüşdür. Sübhanın qan içində olduğunu gördüyü üçün dərhal təcili tibbi yardıma zəng vurmuş, təcili tibbi yardım əməkdaşlarının gecikdiyini gördüyü üçün Sübhana məxsus olan “Mercedes” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu Qobustan rayon Mərkəzi Xəstəxanasına aparmış, orada ona ilkin köməklik göstərildikdən sonra, Sübhanı Şamaxı RMX-ya aparmışlar. Həmçinin bildirmişdir ki, 16.06.2021-ci il tarixdə Sübhan və Səfa ilə birlikdə kafedə olan zaman bir neçə bokal pivə içmiş, həmin vaxt kafedə hər hansı bir dava-dalaş olmamış, Səfa Rəfaili stulla vurmamış, Rəfail Sübhanı bıçaqlayan zaman orada olmamışdır. (cild 1, iş vərəqə 156-158) Şahid6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləridir. Qobustan rayonunun Nabur kəndi ərazisində ona məxsus kafe var. Həmin kafenin adı yoxdur. Həmin kafedə ümumi işlərə oğlu Mehti nəzarət edir. 16.06.2021-ci il tarixdə axşam radələrində Rəfailin Sübhanı bıçaqladığını eşitmiş, bundan sonra oğlu Mehtidən bu barədə soruşmuşdur. Mehti həmin tarixdə saat 21 radələrində Rəfail, Sübhan, Seyran və Səfanın kafedə olduqlarını, bir müddət sonra isə getdiklərini, kafedə olan zaman hər hansı bir dava-dalaş olmadığını demişdir. Həmçinin bildirmişdir ki, həmin tikiliyə dair, həmçinin tikilinin kafe kimi fəaliyyət göstərməsi ilə bağlı hər hansı bir rəsmi sənədi yoxdur. ( cild 1, iş vərəqə 228-230) Şahid8 oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. 16.06.2021-ci il tarixdə saat 22 radələrində oğlu Sübhanın bıçaqlandığını və xəstəxənaya aparıldığını eşitmişdir. Bundan sonra, digər oğlu Seyranla birlikdə Sübhanı Qobustan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra Sübhanı Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmçinin bildirmişdir ki, Rəfail Sübhanı bıçaqlayan zaman orada olmamış, Sübhanın bıçaqlandığını Seyrandan eşitmişdir. (cild 1, iş vərəqə 220-222) Şahid X1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Qobustan rayonunun Nabur kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. 16.06.2021-ci il tarixdə axşam yaşadıqları evdə olan zaman polis əməkdaşları evə gəldikdən sonra Rəfailin Sübhanı bıçaqladığını bilmiş, Rəfail evdə olan zaman bu barədə ona heç nə deməmişdir.( cild 1, iş vərəqə 224-226) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, 17.06.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş, hadisənin Qobustan rayonunun Nabur kəndi ərazisində, Nabur kənd tam orta məktəbinin yaxınlığında baş verdiyi müəyyən edilmiş və bu barədə protokol tərtib edilmişdir. (cild 1, iş vərəqə 14-20). Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və bununla əlaqədar olaraq müvafiq protokol tərtib edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq bir daha təsdiq edib, 16.06. 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri göstərmişdir. (cild 1, iş vərəqə 83-89). Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 03.09.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş ümumi uzunluğu 23 sm, tiyəsinin uzunluğu 13 sm, dəstəyinin uzunluğu 10 sm, dəstəyi ağ, göy və qırmızı rəngli plastik materialdan, dəstəyinin hər iki tərəfinin üzərində 03 ədəd aliminium materialdan dairəvi bərkidici olan bıçaq Zərərçəkmiş şəxs təqdim olunarkən, sonuncu həmin bıçağı tanıyaraq, Təqsirləndirilən şəxs 16.06.2021-ci il tarixdə ona həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. (cild 1, iş vərəqə 232-234). Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 14.09.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş ümumi uzunluğu 23 sm, tiyəsinin uzunluğu 13 sm, dəstəyinin uzunluğu 10 sm, dəstəyi ağ, göy və qırmızı rəngli plastik materialdan, dəstəyinin hər iki tərəfinin üzərində 03 ədəd aliminium materialdan dairəvi bərkidici olan bıçaq Təqsirləndirilən şəxs təqdim olunarkən, sonuncu həmin bıçağı tanıyaraq, Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. (cild 1, iş vərəqə 51-53). Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əşyanın könüllü təqdim edilməsi və götürülməsi haqqında” 25 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 qardaşı Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd ağ rəngli qısaqol köynəyi, bir ədəd qara rəngli şalvarı və bir ədəd ağ rəngli üzərində qana bənzər ləkələr olan maykanı könüllü olaraq istintaq orqanına təqdim etmiş və həmin paltarlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 93-95). İstintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. (cild 2, iş vərəqə 27-28). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 iyun 2021-ci il tarixli 84 nömrəli rəyində göstərilmişdir ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zaman bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol baldır nahiyyəsinin yuxarı və aşağı 1/3-i nahiyələrinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətti üzrə hematoraksla müşahidə olunan, döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, iti kənara və uca malik olan alətin (alətlərin) və ya əşyanın (əşyaların) təsirindən törənmişdir və o cümlədən, eyni xüsusiyyətə malik olan hər hansı bıçaqla törənə bilməsi istisna olunmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən, sol baldır nahiyyəsinin yuxarı və aşağı 1/3-i nahiyyələrinin sıyrıqları, döş qəfəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası qərarda qeyd olunan müddətdə yəni, 16.06.2021-ci il tarixdə əmələ gələ bilərdi. (cild 1, iş vərəqə 28-29). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 25 iyun 2021-ci il tarixli 94 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ və sol baldır nahiyyələrinin sıyrıqları, sağ almacıq, sol çiyin qurşağı və sol diz oynağı nahiyyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, 16.06.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməsi istisna olunmur, dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, iş vərəqə 101). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks-komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 avqust 2021-ci il tarixli 1872 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarı etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən hərəkətlərinə mühüm təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır. Fərdi-psixi xüsusiyyətlərindən, emosional halından asılı olaraq hərəkətlərini idarə etmək, etdiyi əməli dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 1, iş vərəqə 235-238). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-lifli ekspertizasının 22 iyul 2021-ci il tarixli, 6/2675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs Mais oğluna məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd maykanın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. (cild 1, iş vərəqə 239-243). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 18 avqust 2021-ci il tarixli, 320/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində 01(bir) ədəd və köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01(bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikli ucu, kafi itilikli ülgücü və özünü zəif biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs məxsus mayka və köynək üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin eskpertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus maykanın bütün səthi üzərində və şalvarın ön səthinin yuxarı-orta hissəsində olan ləkələr qan mənbəyi ilə (qanlı səth ilə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapillyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində qana şübhəli ləkələr nəzərə çarpmır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild 1, iş vərəqə 244-252). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 18 avqust 2021-ci il tarixli, 481/MTBŞ-2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A(İİ)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar və mayka üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilmiş bıçaq üzərində qan, Zərərçəkmiş şəxs məxsus köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild 2, iş vərəqə 01-06). Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında 16 iyun 2021-ci il tarixli 344 nömrəli aktdan görünür ki, 16.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri olmamışdır. (cild 1, iş vərəqə 11). Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında 16.06.2021-ci il tarixli 164 nömrəli aktdan görünür ki, 16.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (cild 1, iş vərəqə 12). Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 03 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl oğluna qarşı heç bir şikayət və ya tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də, Qobustan rayonunun Nabur kəndində qeydiyyatdadır və orada yaşayır, evlidir, himayəsində 4 övladı vardır. Həmçinin, Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 15-16). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs həqiqətən də, Qobustan rayonunun Nabur kəndində qeydiyyatdadır və orada yaşayır, evlidir, himayəsində 3 övladı vardır. Həmçinin, Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 25-26). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobustan rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş məktubda göstərilmişdir ki, Qaniyev X3 rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsində narkoloji və əsəbruhi xəstəliyə görə dispanser qeydiyyatda deyildir. (cild 1, iş vərəqə 144). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobustan rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş məktubda göstərilmişdir ki, Mecdunov X6 rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsində narkoloji və əsəbruhi xəstəliyə görə dispanser qeydiyyatda deyildir. (cild 1, iş vərəqə 231). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobustan rayon məhkəməsinin 13 aprel 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Qaniyev X4 Sübhan Mais oğlunu polis əməkdaşlarının yanında söyüdüyünə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (cild 2, iş vərəqə 23-24). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təsdiq etdiyi tələbnamədən görünür ki, Qaniyev X3 rayon məhkəməsinin 09.07.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobustan rayon məhkəməsinin 09.07.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından on faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (cild 2, iş vərəqə 138-139). Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində dörd azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə sonradan barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən peşman olmasını, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qobustan rayon məhkəməsinin 25.06.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 iyun 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 81-82) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyun 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Qobustan RPŞ-də saxlanılan maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd köynək, bir ədəd şalvar özünə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 154,16 (yüz əlli dörd manat on altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 il 6 ay (dörd il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hörkm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Qobustan rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd köynək, bir ədəd şalvar özünə qaytarılsın qəbul etmədikdə məhv edilsin, bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 154,16 (yüz əlli dörd manat on altı qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar