Məhkəmə qərarları › İş №1(124)-75/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-75/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-75/2023 22.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X7, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, оrtа təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə, ev 12-də qeydiyyatda olan və ünvan 4-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 08 ədəd sellofan bükümdə ümumilikdə külli miqdarda 15,336 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib, 04 ədəd bükümdə külli miqdarda 10,002 qram narkotik vasitə heroini üzərində daşımış, 04 ədəd bükümdə külli miqdarda 5,334 qram narkotik vasitə heroini yaşadığı evə daşıyaraq saxlamış, 26 yanvar 2022-ci il tarixdə saat 16:35-də ünvan 1-nın yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,702 qram, 2,504 qram, 4,430 qram, 0,366 qram ümumilikdə külli miqdarda 10,002 qram çəkidə satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 26 yanvar 2022-ci il tarixdə saat 18:35-də yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin girişindəki şkafın içərisində olan çantada saxlamış olduğu 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,388 qram, 0,383 qram, 0,396 qram, 4,167 qram ümumilikdə külli miqdarda 5,334 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, evdə yatmışdır, oyanan zaman polis əməkdaşlarının evdə olduğunu görmüş, bu hadisəni atası, anası, qonşularıda görmüşdürlər. Daha sonra polis əməkdaşları onu polis bölməsinə aparmışdırlar. Müstəntiq ona demişdir ki, CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilir. Məhkəmə iclasında onun barəsində həbs qətimkan tədbiri seçilən zaman o, bilmişdir ki, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, heroin istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən qramı 30 manata almışdır. Aldığı narkotik vasitə 1 bükümdə olmuşdur. Telefon nömrəsini xatırlamamış, lakin telefon istifadə etmişdir. Telefonunda narkotik vasitələrin satışı ilə bağlı mesajlar olmamışdır. İfadəsini imzalayan zaman özündə olmamışdır. Lakin ona qarşı zor tətbiq edilməmişdir. Narkotik vasitəni satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Hadisə ilə bağlı bildirmişdir ki, 24 yanvar 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhərində olan zaman tanımadığı şəxsdən özü istifadə etmək üçün 200 manata “heroin” almışdır. 26 yanvar 2022-ci il tarixdə, saat 16:30 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməyini xahiş etmişlər. O, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra, polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama, gəzdirməkdə və satmaqda şübhəli olduğu üçün onu saxladıqlarını bildirmiş və müvafiq sənədləşmə aparılması, üstünə baxış keçirilməsi üçün şərait olmadığından onu Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və birlikdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə getmişlər. Polis Şöbəsində öz istəyi ilə dəvət olunmuş vəkilin iştirakı ilə onun üstünə baxış keçirildi və ona təklif olundu ki, üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etsin, o da baxış zamanı onun əynində olan tanımadığı şəxsdən aldığı narkotik vasitə olan 04 ədəd sellofan büküm heroini qara rəngli gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdi. Həmin bükümlər ayrı ayrılıqda çəkildikdə 1-ci bükümün çəkisinin 4,90 qram, 2-ci bükümün çəkisinin 2,95 qram, 3-cü bükümün çəkisinin 3,01 qram, 4-cü bükümün çəkisinin 0,47 qram olduğu müəyyən olundu. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 125 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılıb götürüldü və o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzaladı. Daha sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə ilə müraciət etdi və iştirakçılarla birlikdə yaşadıqları mənzilə getdilər. Yaşadığı evdən də öz istifadəsi üçün saxladığı 04 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etdi. Həmin bükümlər elektron tərəzidə çəkilən zaman 1-ci bükümün çəkisinin 5,01 qram, 2-ci bükümün çəkisinin 0,49 qram, 3-cü bükümün çəkisinin 0,50 qram, 4-cü bükümün çəkisinin 0,48 qram olduğu müəyyən edildi. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 125 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılıb götürüldü və o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzaladı. İfadədə verilən suallara cavab olaraq, ondan götürülmüş narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən aldığını, əldə etdiyi narkotik vasitə və psixatrop maddəni öz istifadəsi üçün aldığını, əvvəllər narkotik vasitə satmadığını bildirmişdir. (cild 1, iş vərəqə70-71) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 16:15 radələrində Təqsirləndirilən şəxs ünvan 1-nın yaxınlığında olması barədə barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri qeyd edilən ünvanın yaxınlığına gəlmişlər. Təqsirləndirilən şəxs görüb onu saxlamış və Sumqayıt ŞPİnin 1-ci PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə 1-ci PB-nə gəlmişdir. PB-də xidməti otaqların birində üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmişdir. Bundan sonra ona üzərində qanunsuz əşyaları təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 04 ədəd sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümdə nə olduğu soruşulan zaman Təqsirləndirilən şəxs “kakos” yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs narkotik vasitəni saxlanılmamışdan 24 yanvar 2022-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 manat ödəyərək aldığınını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı hazırda yaşadığı evdə də yuxarıda qeyd etdiyi maddənin olduğunu və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Saxlanılan şəxsin üzərindən aşkar olunmuş kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Sonra şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına getmişdirlər. Evin qarşısında yenidən videoçəkiliş davam etdirilmiş və təhqiqatçı təkrar olaraq özünü təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə heroinin yerinin göstərilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs evin girişində şkafda çantanı götürüb təqdim edərək içərisində narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Çantanın içərisi açılmış və içərisində dəmir qutu aşkar olundu. Dəmir qutu açıldıqda içərisində 04 ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməliyyat müvəkkili, Şahid2 eyni məzmunlu ifadə verərək şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir.(cild 1, iş vərəqə 116-118) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, eləcədə satışı ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hakimi X6 qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2022-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4, 101) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «********._175540.mp4» sözləri yazılmış birinci qovluqda 12 dəqiqə 35 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, video görüntünün ilk saniyəsində polis geyimində olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Bağırlı olduğunu bildirir. Daha sonra saxlanılan şəxs özünü təqdim etməsini bildirdi. Həmin şəxs özünü təqdim edərək Sumqayıt şəhəri. Corat qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 220-də yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və bununla bağlı bildiriş təqdim edilir. Digər şəxlər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, kiçik inspektoru Şahid3 və əməliyyat müvəkkili, polis leytenantı Orxan Razyev olduqlarını bildirirlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan edilmiş digər maddənin olduğunu bildirdi. Sonra Təqsirləndirilən şəxsnin üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4(dörd) ədəd sellofana bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, həmçinin gödəkçənin yan cibindən “Samsung” markalı mobil lelelonu, tibbi maska, alışqan, 01 qulu “Rothmans” markalı siqaret qutusu və 10 qəpik çıxardaraq təqdim etdi. Ondan həmin kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlələrin nakrotik vasitə olan “kakos” olduğunu, onu Bakı şəhərindən tanımadığı şəxsdən 200 manata aldığını bildirdi. Tibbi maska, alışqan, Rothmans markalı siqaret qutusu və 10 qəpik Təqsirləndirilən şəxsyə qaytarıldı. Bundan sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4(dörd) ədəd sellofana bükümdə narkotik vasitə heroinə bənzər 1-ci büküm “ 4.90”, 2-cı büküm “ 2.95” 3-cü büküm “3 01 “ 4-cü büküm “ 0.47” qram olması müəyyən olundu. Çəkiliş zaman. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələnin narkotik vasitə olan heroin olduğunu bildirdi Məhkrzayev Ram.l Qoca oğlundan aşkar edilərək götürülmüş ümumilikdə 4(dörd) bukum narko .k vas təyə bənzər kütlə tədqiq olunmas, məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün müvafiq qaydada qablaşdırıldı və DİN-nin 125 saylı möhürü ilə möhürləndi. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşka edilmiş “sAmsung A10” markalı mobil telefon da qablaşdırılaraq götürüldü, həmçinin baxış zamanı Təqsirləndirilən şəxs həmin kütələlərdən yaşadığı evdə də saxladığını və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdi. Bundan sonra çəkiliş dayandırıldı. «20220126_183536.mp4» sözləri yazılmış ikinci qovluqda 11 dəqiqə 25 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir evin qarşısında yenidən videoçəkiliş davam etdirildi və təhqiqatçı təkrar olaraq özünü təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyini bildirdi və Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə heroinin yerinin göstərilməsi təklif olundu. Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə evə daxil olur, evin girişində şkafda çantanı Ötürüb təqdim edərək içərisində narkotik vasitə “kakos” olduğunu bildirir. Çantanın içərisi açıldı və içərisində dəmir qulu aşkar olundu. Dəmi qutu açıldıqda içərisində 04 ədəd şəffaf sellofan büküm aşkar olundu. Həmin bükümlər elektron tərəzidə çəkilən zaman 1-ci bükümün çəkisinin 5,01 qram, 2-ci bükümün çəkisinin Q49 qram, 3-cü bükümün çəkisinin 0,50 qram, 4-cü bükümün çəkisinin 0,48 qram olduğu müəyyən edildi. Bundan sonra evin digər otaqlarına baxış keçirilir. Sonra baxış keçirilməsi ilə protokol tərtib edilir və götürülmüş kütlələr qablaşdırıldı. Bundan sonra videoçəkiliş dayandırıldı. (cild 1, iş vərəqə 102-103) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/532 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125” dairəvi möhür əksi olan 2 ədəd zərfdə olan:- 1№-li zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,702 qram, 2,504 qram, 4,430 qram, 0,366 qram ümumi təmiz çəkisi 10,002 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2№-li zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,388 qram, 0,383 qram, 0,396 qram, 4,167 qram ümumi təmiz çəkisi 5,334 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 8 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycab Respublikasnın Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 45-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 547 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 547 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməli və istintaq materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə: 130-131) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair "xxxx" MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, müxtəlif nömrələr ilə narkotik vasitələrin satış məqsədli yazışmaların olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 124-129) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 15,016 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə və evinə baxış görüntüləri əks etdirən 01 ədəd disk, "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi birincisi “SMS_Tarixçəsi”, ikincisi “SMS_Tarixçəsi_”, üçüncüsü “Zənglərin _Detallaşması”, dördüncüsü “Zənglərin Məxsusluq_Tarixçəsi” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənnilmiş hesab olunur. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqla cinayətlərin residivi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X11 oğlu vardır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində və evində aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması narkotik vasitələrin satışı məqsədli yazışmalarının olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X11 oğlunun olmasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 15,016 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə və evinə baxış görüntüləri əks etdirən 01 ədəd disk, "xxxx" MMC-i tərəfindən təqdim edilmiş, yaddaşında isə 04 ədəd birincisi birincisi “SMS_Tarixçəsi”, ikincisi “SMS_Tarixçəsi_”, üçüncüsü “Zənglərin _Detallaşması”, dördüncüsü “Zənglərin Məxsusluq_Tarixçəsi” adlı fayllar olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş verilmiş tədqiqatdan sonra qalıq qalmış 15,016 qram narkotik vasitə olan heroin məhv edilsin, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar