Məhkəmə qərarları › İş №1(124)-75/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-75/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-75/2024 14.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Qusar rayonu Samur qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qusar rayonu Samur qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə toxumlarını 2022-ci ilin may ayında Qusar-Samur-Şirvanlı yolunun kənarında kolluq ərazidə qanunsuz olaraq əkmiş, yetişmiş 10 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, daha sonra isə 2022-ci ilin sentyabr ayının ortalarında onları satış məqsədi ilə yığaraq qurutmaqla külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana hazırlamış, əldə etmiş və saxlamış, Qusar RPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında o yaşadığı qəsəbədə xx.xx.2022-ci il tarixdə, saat 20:30-da tutularaq üzərinə “şəxsi axtarış” istintaq hərəkəti keçirilən zaman əynindəki şalvarın sağ cibindən qeyd olunan narkotik vasitədən qanunsuz olaraq satış məqsədi ilə saxladığı və daşıdığı 01 ədəd siqaret qutusunun içərisində kağızda təmiz çəkisi -0,600 qram, sol cibindən isə 01 ədəd kağız bükümdə təmiz çəkisi -7,270 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, eyni zamanda şəxsi axtarışı keçirilərkən ona məxsus bağ sahəsində narkotik vasitə hesab edilən qurudulmuş marixuananın əsas kütləsinin gizmlətməsini etiraf etməsi əsasmda həmin bağ sahəsinə xx.xx.2022-ci il tarixdə, saat 21:30-da baxış keçirilən zaman saman topasının içində gizlədilmiş yuxarda qeyd olunan narkotik vasitə hesab edilən qurudulmuş marixuananın əsas kütləsi yəni, 01 ədəd polietilen kisədə olan 03 ədəd selofan paketlərdə təmiz çəkiləri -355,0 qram, 290,0 qram və 200,0 qram olmaqla cəmi 845,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmaqla külli miqdarda, ümumilikdə isə ondan satış məqsədi ilə hazırladığı, əldə etdiyi, daşıdığı və saxladığı 852,870 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun üzərinə şəxsi axtarış Qusar rayonunda, saxlanıldığı küçədə keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman üzərində 1-2 qram narkotik vasitə olmuşdur.O, narkotik vasitədən gün ərzində 1-2 dəfə istifadə etmişdir və onun miqdarı 1 siqaret qədər, yəni 1-2 qram olmuşdur. Narkotik vasitənin istifadəçisi olduğunu qəbul etmiş, lakin narkotik vasitələrin satışı ilə özünü təqsirli bilməmişdir. Ona məxsus bağ sahəsində aşkar olunan qurudulmuş marixuana istifadəyə yararsız olmuş, yarpaqları çürümüşdür. Həmin marixuana bağlamaları əvvəllər tutulduğu vaxtdan qalmış və həmin marixuananın yerini özü polis əməkdaşlarına göstərmişdir. Çürümüş və yarasız vəziyyətdə olan marixuanaya görə ona ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1, 237.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 12 iyul 2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmiş, yaşadığı ünvana valideynlərinin yanına qayıtmışdır. 2022-ci ilin may ayının sonlarında özündə əvvəldən olan narkotik tərkibli çətənə toxumlarını götürərək, Qusar-Samur-Şirvanlı yolunun kənarında həmin yoldan 1 km məsafə kənarda kolluq ərazidə çətənə toxumlarını əkərək qulluq göstərmiş, nəticədə 10 ədəd çətənə bitkiləri yetişdirmiş, vaxt- vaxtında həmin yerə gedərək onlara su vermiş və yetişdirmişdir. Həmin çətənə bitkilərini 2022-ci ilin sentyabr ayının ortalarında yığaraq, çöldə kolluqların içərisində qurudaraq 3 ədəd paketə doldurub 01 ədəd kisədə qablaşdırıb Qusar rayonu Yeni- Tahircal kəndində yerləşən özünə və ailə üzvlərinə məxsus 3 ha fındıq bağı sahəsində samanların arasında gizlətmişdir. Həmin narkotik təkibli qurudulmuş marixuananı istifadə etmək üçün bağ sahəsində gizlədərək ara-sıra oradan götürüb gizli şəkildə istifadə etmişdir. Sonuncu dəfə də o, həmin yerdən tutulduğu, yəni 11 oktyabr 2022-ci il tarixdən bir həftə əvvəl bir kağız bükümdə marixuana götürüb özü üçün az-az istifadə etməyə başlamışdır. 11 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı evdən çıxaraq Qusar rayonu Samur qəsəbəsində yerləşən çayxanalardan birinə getmək üçün yola düşmüş, şalvarının hər iki cibində marixuana olmuşdur. O, marixuananı öz istifadəsi məqsədi ilə cibinə qoymuş, siqaret qutusunda olan kağızda və digər cibində olan kağız bükümdə olan marixuananı saxlamışdır. Həmin vaxt yolla Qusar rayonu Samur qəsəbəsində yerləşən “Samur” sərhəd keçid məntəqəsinin qarşısında olan kafelərə getmək istəyərkən polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitələrin istifadəsində, saxlanılmasında, daşınmasında və satışında şübhəli olduğunu bildirmişlər. Bir az sonra həmin yerə Qusar RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Xəqani Dadaşov, Qusar rayon vəkil bürosunun vəkili X5 ilə birlikdə gəlmiş, onların iştirakı ilə video çəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman onun əynində olan şalvarın cibində saxladığı 01 ədəd siqaret qutusunda olan kağızda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd kağız bükümdə olan digər qurudulmuş marixuana aşkar olunaraq qablaşdırılmış, Qusar RPŞ-nin 106 saylı möhürü ilə zərflər möhürlənmiş, eləcə də iştirakçılar tərəfindən zərflərin üzərinə imzalar çəkilmişdir. Şəxsi axtarış zaman o, həmin qurudulmuş marixuanaları saxladığı yeri polis əməkdaşlarına təqdim etmiş, həmin bağ sahəsinə baxış keçirilən zaman onun samanların altında gizlətdiyi 01 ədəd kisədə olan 03 ədəd polietilen paketdə bağlanılmış marixuanalar aşkar olunaraq qablaşdırılmış, Qusar RPŞ-nin 106 saylı möhürü ilə möhürlənmiş və qablaşmanın üzərinə imzalar çəkilmişdir. ( cild 1, iş vərəqə 58-60) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 İmaməməddin oğlu ifadəsində göstərdi ki, 11 oktyabr 2022-ci il tarixdə Qusar rayonu Samur qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında Qusar rayonu Samur qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitələrin saxlanılmasında, daşınmasında və satışında şübhəli olduğunu bildirilmiş, hüquq və vəzifələri izah olunmuş və saxlanılmışdır. Həmin yerə Qusar RPŞ-nin baş müstəntiqi, X7 rayon vəkil bürosunun vəkili ilə birlikdə gəlmiş, video çəkilişlə Ruslanın üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Ruslan əynində olan şalvarın cibində saxladığı 01 ədəd siqaret qutusunda olan kağızda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd kağız bükümdə olan digər qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zaman Ruslan həmin qurudulmuş marixuanaları saxladığı yeri polis əməkdaşlarına təqdim etmiş, həmin bağ sahəsinə baxış keçirilən zaman samanların altında Ruslanın gizlətdiyi 01 ədəd kisədə olan 03 ədəd paketdə bağlanılmış marixuanalar aşkar olunaraq götürülmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin polis əməkdaşları Şahid2 və Şahid4 məhkəmədə ifadə alınmış X2 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusuatları özlərinə aid hissədə təsdiq etmişlər. Şahid Qusar RPŞ-nin polis əməkdaşı Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid1, Şahid2 və Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 105-107) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Qusar rayonu Samur qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, saxlanılması və gəzdirməsi ilə məşğul olması barədə Qusar RPŞ-yə əməliyyat məlumat daxil olmuşdur. ( cild 1, iş vərəqə 6) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən 01 ədəd siqaret qutusunun içərisində kağızda saxladığı və 01 ədəd şalvarının sağ cibindən çıxardığı kağız bükümdə olan narkotik tərkibli marixuanaya bənzər kütləni təqdim etmişdir. (cild 1, vərəqə 26) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bağ sahəsinə baxış keçirilən zaman quru ot bağlamalarının arasında Ruslanın gizlətdiyi 01 ədəd kisədə olan 03 ədəd polietilen paketdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. ( cild 1, iş vərəqə 30-31) “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 7/1167 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş zərfdə 01 ədəd kağız bükülüdə təmiz çəkisi- 7,270 qram və həmin zərfdə “Prima” siqaret qutusundakı kağız bükülüdə olan qarışıq kütlədə təmiz çəkisi- 0,600 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi- 7,870 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs bağ sahəsindən götürülmüş 01 ədəd kisədə 03 ədəd polietilen paketdə olan kütlələr” yazılar və imzalar olan ağ rəngli sintetik torbadakı 3 ədəd polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 355,0 qram; 290,0 qram; 200,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi- 845,0 qramdır. Təqsirləndirilən şəxs üzərindən və bağ sahəsindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. (cild 1, iş vərəqə 39-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 7113 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodilərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 128-129) İstintaq zamanı iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 3122 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllhlıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarda təsvir olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək istidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1, iş vərəqə 130-132) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,830 qram və 844,94 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Qusar RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və bağ sahəsinə baxış keçirilməsinin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 154-160) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdə Qusar Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasnı CM-in 18.1-ci maddəsində qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin bu məcəllənin 83.3.3-cü maddəsində qeyd edilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş şəxslər hesab edilir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və onun əməlində cinayətlərin residivi vardır. (cild 1, iş vərəqə 117-118) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qusar rayon İHBnın Samur qəsəbə İƏD üzrə nümayəndəliyinin 25 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə Qusar rayon Samur qəsəbəsində yaşayır. O, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 119-121) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan qurudulmuş marixuananın ittihamda qeyd olunan çəkidə olmaması, ona məxsus bağ sahəsində aşkar olunan narkotik vasitələri hazırlamaqda, əldə etməkdə satış məqsədinin olmaması, ümumiyyətlə narkotik vasitə satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin üzərindən və ona məxsus bağ sahəsindən aşkar olunan narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər də narkotiklə bağlı cinayət törədib həmin maddələrin sanksiyasının aşağı həddində ona cəza təyin olunmasına baxmayaraq o islah olunmamış, yenidən narkotiklə bağlı cinayət törətmişdir. Ona görə də, təqsirləndirilən şəxsə hazırkı iş üzrə sanksiya çərçivəsində daha ağır cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 20, 71-76) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 oktyabr 2022-ci il il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Qusar RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,830 qram və 844,94 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Qusar RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,830 qram və 844,94 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar