Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-754/2024 21.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev-4D, mənzil-19-da qeydiyyatda olmaqla, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, Cənnət Park yaşayış kompleksi, ev 2, mənzil 11də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi, Dəniz kənarında yerləşən avtobus dayanacağında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda, 1 (bir) ədəd şəffaf sellofan bükümdə 2,247 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində yerləşən Saray MTK-nın qarşısına daşımış və üzərində saxlamış, 11 may 2024cü il tarixdə saat 02:15 radələrində Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin və Daxili İşlər Nazirliyinin X17 Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına gətirilərək orada həmin gün saat 03:00-dan 03:07-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən həmin 1 bükümdə 2,247 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saray MTK-da avtobus dayanacağında taksi gözleyen zaman yanında bir nəfər şəxs olmuşdur. Həmin şəxs ona yaxınlaşaraq onu söhbətə tumuş və ona yaxınlaşaraq norkotik istifadəçisi olduğunu, pula ehtiyacı olduğunu, üzərində isə bir qram narkotik vasitə olduğunu bildirmişdir. Narkotik vasitənin 40 manat olduğunu bildirmiş, o isə 20 manat deyən zaman razılaşmışdır. Narkotik vasitəni aldıqdan sonra orada taksi gözləyən zaman polis əməkdaşları ona yaxınlaşmış və o, üzərində bir qram narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onu polis bölməsinə gətirmişlər və üzərindəki narkotik vasitə tərəzidə çəkilmiş və miqdarı 0,9-1 qram olmuşdur. Əvvəlcə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu deyilmiş, amma daha sonra 234.1-1-ci maddə olduğunu görmüşdür. Ekspertizaya gedib gəldikdən sonra narkotik vasitənin miqdarı 2 qram olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, təxmini bir ildir ki, narkotik vasitələrdən istifadə edir. Onun yanında çəkilən zaman narkotik vasitənin miqdarı bir qram, ekspertizadan qayıtdıqdan sonra isə 2 qram olmuşdur. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq olunmamışdır. Avtobus dayanacağında ona yaxınlaşan şəxsi tanımır və ilk dəfə görümüşdür. Avtobus dayanacağından bir az aralaşmışdır ki, polis əməkdaşları onu saxlamış və özü üzərində bir qram narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərinə şəxsi axtarış keçirilməmiş, polis bölməsində olan zaman şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı çəkiliş aparılarkən onun üzərindən aşkar olunmuş narkotik vasitəni tərəziyə qoymamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini xatırlayır. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq və təsir olunmamışdır. Tutulduqdan bir gün sonra müstəntiq tərəfindən dindirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ildən çox müddətdir ki, narkotik vasitə olan heroin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən almışdır. 10 may 2024-cü il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində dəniz kənarında yerləşən avtobus dayanacağında tanımadığı şəxsdən 20 manat qarşılığında 1 bükümdən ibarət narkotik vasitə heroin almışdır. 10 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixə keçən gecə saat 01 radələrində həmin yerdən yoldan keçən markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomaşınlardan biri ilə Abşeron rayonu Saray qəsəbəsi, Saray MTK-nın qarşısına gəlib yaşadığı ünvana yaxınlaşmaq üçün Abşeron rayon Xırdalan şəhərinə getmək məqsədi ilə yolu üstü ucuz qiymətə taksi gözləmişdir. Həmin vaxt 1-i mülki, 3 nəfər isə polisin gündəlik geyim formasında olan kişi cinsli şəxslərin ərazidə gəzdiklərini görüb oradan uzqlaşmaq istəmişdir. Həmin şəxslər də onun özünü qəribə apardığını görüb yaxınlaşmışlar. Polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxslərdən mülki formada olan Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin, 3 nəfər polisin gündəlik geyim formasında olan şəxslər isə X17 Alayının əməkdaşları olduqlarını, özünü şübhəli apardığını və hansı səbəbdən uzaqlaşmaq istəməyinin səbəbini soruşmuşlar. O da üzərində narkotik vasitə olduğunu dedikdə polis əməkdaşları onu Abşeron rayon polis idarəsinin X16 dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkil ilə onun arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Video çəkiliş zamanı o da heç bir etirazının olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O da əynində olan ağ rəngli idman şalvarımın sağ yan cibində olan 1 ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü 1 ədəd şəffaf selofana bükülmüş vəziyyətdə olmuşdur. Bükülü polis əməkdaşları tərəfidən açılaraq baxış keçirilmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 11 may 2024-cü il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində dəniz kənarında yerləşən avtobus dayanacağında tanımadığı şəxsdən 20 (iyirmi) manat qarşılığında aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən onun təqdim etdiyi bir ədəd bükülü kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində o və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzasıyla təsdiq etmişdir. O,ifadəsində göstərdiyi kimi narkotik vasitə istifadə etdiyinə görə bədənində kəskin ağrılar olmuşdur. Ona görə də bir büküm narkotik vasitə heroini özü istifadə etmək məqsədi ilə 10 may 2024-cü il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində dəniz kənarında yerləşən avtobus dayanacağında tanımadığı şəxsdən 20 manat qarşılığında alıb üzərində saxlamışdır. Həmin narkotik vasitəni əldə etməyi barədə heç kimin məlumatı olmamışdır. Abşeron rayonu, Saray qəsəbəsi, Saray MTK-nın qarşısında saxlanılan zaman, polis bölməsinə gətirilən zaman və polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təsir göstərilməmişdir. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərşdir ki, sənədləri imzalayan zaman müstəntiqə 234.1ci maddə ilə ittiham olunmalı olduğunu bildirdikdə müstəntiq narahat olmamasını və məhkəmədə həqiqəti danışdığı təqdirdə azad olunacağını bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çaıxarılan zaman narkotik vasitənin miqdarının polis əməkdaşları tərəfindən artırıldığını bildirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində iş yoldaşları əməliyyat müvəkkili, polis leytenantı Şahid1, X18 12-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid3 və X5 ilə birlikdə xidmətdə olarkən Saray MTK-nın yaxınlığında təqsirləndirilən şəxsə yaxınlaşaraq özü barədə məlumat verməsini istəmişlər. Təqsirləndirilən şəxs onlara qeyri-səmimi cavablar vermiş və verilən suallardan yayınmışdır. Şəxsdən üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsini istəyən zaman şəxs səmimi etiraf edərək üzərindəki narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra onlar şəxsi X16 dəvət etmişlər. Polis bölməsində şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən bir ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılarkən o da iştirak etmişdir və çəkiliş aparılmışdır. Şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarını hazırda dəqiq xatırlamır. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olunmamış, həmçinin təsiqləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 şahid X8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02:15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində iş yoldaşları X18 12-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2, Şahid3 və X5 ilə birlikdə xidmətdə olarkən, Saray qəsbəsində yerləşən “Saray” MK- nın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb sonuncuya tərəf yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra söhbət etməyə başlamış və burada nə etdiyini soruşmuşlar. Həmin şəxsin qeyri adekvat cavabları və suallarından yayınması onlarda həmin şəxsin üzərində narkotik vasitə daşımasına dair şübhələr yaratmışdır. Bu məqsədlə onlar həmin şəxsdən üzərində narkotik vasitə və ya psixotrop maddə daşıyıb daşımadığı soruşduqda həmin şəxs üzərində şəxsi istifadəsi üçün istifadə etdiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Həmin şəxs də etiraz etməyərək birlikdə Abşeron Rayon Polis İdarəsinin X16 gəlmiş və orada adının Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Abşeron Rayon Polis İdarəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda İbrahim bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlə narkotik vasitə heroindir. Həmin narkotik vasitə heroini 10 may 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, dəniz kənarında yerləşən avtobus dayanacağında tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. İsmayıl İbrahimva qarşı heç bir zor, təzyiq göstərilməmişdir (cild 01, iş vər. 123-126). Məhkəmə istintaqı zamanı şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 11,05.2024-cü il tarixdə saat 02:15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində iş yoldaşları Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, X18 12-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 və Şahid3 ilə birlikdə xidmətdə olarkən, Saray qəsbəsində yerləşən “Saray” MK-nın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb sonuncuya tərəf yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra söhbət etməyə başlamış və burada nə etdiyini soruşmuşlar. Həmin şəxsin qeyri adekvat cavabları və suallarından yayınması onlarda həmin şəxsin üzərində narkotik vasitə daşımasına dair şübhələr yaratmışdır. Bu məqsədlə onlar həmin şəxsdən üzərində narkotik vasitə və ya psixotrop maddə daşıyıb daşımadığı soruşduqda həmin şəxs üzərində şəxsi istifadəsi üçün istifadə etdiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Həmin şəxs də etiraz etməyərək birlikdə Abşeron Rayon Polis İdarəsinin X16 gəlmiş və orada adının Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Abşeron RPİ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi şəffaf sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda İbrahim bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlə narkotik vasitə heroindir. Həmin narkotik vasitə heroini 10 may 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, dəniz kənarında yerləşən avtobus dayanacağında tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. İsmayıl İbrahimva qarşı heç bir zor, təzyiq göstərilməmişdir (cild 01, iş vər. 106-109). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 02:15 radələrində X18 12-ci patrul bölüyünün əməkdaşları Saray qəsəbəsində baş vermiş oğurluq hadisələri ilə bağlı xidmətdə olarkən Saray qəsəbəsi Saray MTK-nın qarşısında bir nəfər şəxsin onları gördükdən sonra özünü şübhəli apardığını görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxdən narkotik aludəçisi olmasını, üzərində hər hansı bir narkotik vasitənin, psixotrop maddənin və hər hansı bir qanunsuz əşyanın olub-olmamasını soruşduqda, həmin şəxs üzərində psixotrop maddə olmasını bildirmişdir. Həmin şəxsi X16 dəvət etmişlər və bölmədə həmin şəxs xx.xx.1998-ci il təvəllüdlü, Bakı şəhəri Müşviqabad qəsəbəsi ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bir bükümdə spesifik iyə malik qəhvəyi rəngli maddə olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, müvafiq axtarış və götürməni əks etdirən video görüntü CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 24-26). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 11 may 2024cü il tarixli, 3-16-16/2-6/2649 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №246" dairəvi möhür əksləri, "..5) (imza) İbrahimov İsmayı...” yazılar və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,247 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 32-36). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının 04 iyul 2024cü il tarixli, 4586 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür (cild 01, iş vər. 110-111). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik eskpertizasının 04 iyul 2024cü il tarixli, 1946 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əmnəli törədənədək, cinayətin əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əmnəli törədənədək, cinayətin əməlini törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsindaə anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci, 21.3-cü və 22-ci maddələrini təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərinə iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir (cild 01, iş vər. 127-130). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3 maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinin əldə edilməsi mənbəyi ilə əlaqədar cinayət işinin materiallarından material ayrılmışdır (cild 01, iş vər. 137-145). İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:15 radələrində X18 12-ci patrul bölüyünün əməkdaşları Saray qəsəbəsində baş vermiş oğurluq hadisələri ilə bağlı xidmətdə olarkən Saray qəsəbəsi Saray MTK-nın qarşısında bir nəfər şəxsin onları gördükdən sonra özünü şübhəli apardığını görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxdən narkotik aludəçisi olmasını, üzərində hər hansı bir narkotik vasitənin, psixotrop maddənin və hər hansı bir qanunsuz əşyanın olub-olmamasını soruşduqda, həmin şəxs üzərində psixotrop maddə olmasını bildirmişdir. Həmin şəxsi X16 dəvət etmişlər və bölmədə həmin şəxs xx.xx.1998-ci il təvəllüdlü, Bakı şəhəri Müşviqabad qəsəbəsi ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-kimyəvi eskpertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin çəkisinin polis əməkdaşları tərəfindən artırılması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 83). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 19, 63-67). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,147 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,147 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diksin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-754/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-754/2024
21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver