Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-756/2024 25.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsi, 13 nömrəli fərdi yaşayış evinin yataq otağında bacısı X1 qarşı nalayiq ifadə işlətdiyinə görə sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində evin mətbəx otağından götürdüyü soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya qarının ön divarının periton boşluğuna nüfuz edən mədənin ön və arxa divarının, köndələn çənbər bağırsağın, siqmavari bağırsağın və bağırsaq müsariqəsinin yaralanması, daxilə qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısı Günətayın həyat yoldaşıdır. Bacısı ilə həyat yoldaşı arasında mübahisələr yarandığı üçün bacısı boşanmaq istəyib, buna görə də onların evinə gəlib. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs da yaşadıqları evə gəlib. O, həmin vaxt Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin 11-ci sinifində təhsil alırdı. Dərsdən gələn zaman Samirin onların evində olduğunu görüb. Samirlə görüşüb, bilrikdə yemək yeyiblər. Daha sonra Samir bacısına öz evlərinə getməyi təklif etdikdə bacısı Samirlə razılaşmayıb. Bundan sonra Samir əsəbiləşərək bacısı ilə dalaşmağa, onun ünvanına nalayiq ifadələr işlətməyə başlayıb. Bacısı digər otağa keçib, o, Samir və əmisi oğlu Cavid eyni otaqda olublar. Samir otaqda uşağını özü aparmaq üçün uşağın paltarını axtaran zaman bacısının ünvanına yenidən xoşagəlməz ifadələr işlətdiyi üçün o da buna əsəbləşib mətbəxdən bıçağı götürərək Samirin qarnından bıçaqla bir dəfə vurub. Samiri vurduqdan sonra evdən çıxıb gedib. Həmin vaxtı bacısı Günətay və əmisi oğlu Cavid orada olub. O, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, bacısı və Samir də bir yerdə yaşayırlar, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, hazırda o, Xankəndi şəhərində işlədiyi üçün orada da yaşayır. 26 aprel 2019-cu il tarixdə X5 ilə evlənib və onların birgə evliliklərindən 2020-ci il təvəllüdlü bir qızları vardır. Günətay Zamanova onunla evlənənə qədər ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayıb, evləndikdən sonra isə onunla birlikdə ünvan 3 ünvanında yaşamağa başlayıb. Günətay Zamanova ilə münasibətləri həmişə yaxşı olub. 13 noyabr 2022-ci il tarixdə Günətayın universitetdə imtahanı olduğundan sonuncunu valideynlərinin yanına, yəni Xırdalan şəhərinə aparıb, 22 noyabr 2022-ci il tarixdə o Günətaya zəng edib imtahanının bitdiyini və evə gəlməsini dedikdə Günətay ona boşanmaq istədiyini bildirib. 29 noyabr 2022-ci il tarixdə qaynatası Xankişinin yaşadığı ünvan 2 ünvanına gedib. Saat 08 radələrində Günətayın atasının yaşadığı ünvana çatıb, həmin vaxt Günətay və 3 yaşlı qızları evdə olub. Daha sonra Xankişi də evə gəib, onlar bir az söhbət etdikdən sonra Xankişiyə işlədiyi yerdən zəng gəldiyi üçün sonuncu getməli olub. Xankişi getdikdən təxminən 10 dəqiqə sonra evə Məhəmməd və əmisi oğlu Cavid gəlib. Onlar birlikdə yemək yedikdən sonra Günətaya onunla birlikdə getməsi üçün hazırlaşmasını bildirdikdə sonuncu qəti olaraq onunla getmək istəmədiyini deyib. Bundan sonra uşağı gəzdirmək məqsədilə özü ilə aparmaq istəyib və Günətaya uşağın paltarlarını geyindirib hazırlamasını bildirib. Günətay onun uşağı aparmağını istəmədiyi üçün uşağın paltarlarını geyindirməyib. Günətayın bu hərəkəti onu əsəbləşdirib və sonuncuya səsinin tonunu yüksəltməklə acıqlanıb. O, geyindirmək üçün uşağın paltarlarını axtarmağa başlayıb. Həmin vaxt Günətay qonaq otağında, Məhəmmədlə Cavid isə onunla birlikdə yataq otağında olub. O yataq otağından uşağın paltarlarını axtara-axtara arvadı Günətaya qarşı əsəbi keçmədiyi üçün sonuncunu uca səslə danlamağa başlayıb. Həmin vaxt Cavidin qışqıraraq “nə etdin?” sözünü dediyini eşidib. Həmin vaxt Məhəmməd də otaqdan qaçaraq çıxıb. O hələ də Məhəmmədin onu bıçaqla vurduğunu hiss etməyib, Cavid isə əlini onun qarnına doğru aparan zaman Məhəmmədin onu bıçaqla vurduğunu başa düşüb və qonaq otağında olan divanda oturub. Bu zaman Günətay ona əsgi verib və o, əsgini yarasının üzərinə qoyub. Cavid həmin vaxt təcili tibbi yardıma zəng edib, lakin təcili tibbi yardım xidmətinin gec gəldiyini görüb dostuna zəng edib, təxminən 15 dəqiqə sonra Cavid Xankişi ilə birlikdə onu tanımadığı taksi ilə xəstəxanaya aparıb. Məhəmməd elə bilib ki, o, uşağı gəzdirməyə deyil, bacısının əlindən alıb özü ilə evinə aparmaq istəyir, ona görə əsəbiləşib onu bıçaqla vurub. O, halhazırda təqsirləndirilən şəxslə barışıb, ona vurulan maddi ziyan ödənib, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmasını, onun yaşının az olmasını nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, Bərdə rayonu, Piyadalar kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs X2 onun əmisi oğludur. O, 29 noyabr 2022-ci il tarixdə təxminən günorta saatlarında yaşadığı Bərdə rayonundan əmisi Xankişinin yaşadığı ünvan 4 ünvanına qonaq gəlib. Həmin vaxt əmisi oğlu Məhəmməd, əmisi qızı Günətay və sonuncunun həyat yoldaşı Samir evdə olub. O, həmin şəxslərlə salamlaşıb söhbət edib, birlikdə oturub yemək yeyiblər. Həmin vaxt Samir əmisi qızı Günətaya uşağı geyindirməsini və özü də hazırlaşıb birlikdə rayona getmələrini bildirdikdə Günətay Samirlə rayona getmək istəmədiyini deyib. Bundan sonra onlar arasında mübahisə yaranmağa başlayıb. Günətay qəti şəkildə Samirlə getməkdən imtina etdikdə Samir uşağı götürüb aparmaq istəyib və Günətaya bildirib ki, uşağın paltarlarını hazırlasın. Günətay Samirin uşağı aparmaması üçün uşağın paltarlarını verməyib. Bu zaman Samir evdə uşağın paltarlarını axtarmağa başlayıb, bu zaman Günətay digər otaqda olub. Samir Günətayın ünvanına xoşagəlməz sözlər işlətməyə başlayıb və o, Samirə irad bildirərək ən azı o və Günətayın qardaşının otaqda olmasını, onların yanında belə hərəkət etməməsini bildirib. Samir otaqda uşağın paltarını axtaran zaman Günətayın ünvanına yenidən nalayiq ifadələr işlətməyə başlayıb və həmin vaxt Məhəmməd bıçaqla Samirin qarnından bir zərbə vurub və evdən qaçaraq çıxıb gedib. O, Samiri divana əyləşdirib və evdə olan maykanı Samirin qarın nahiyəsini tutub sıxıb. Bundan sonra o, təcili yardım xidmətinə və əmisi Xankişiyə zəng vurub məlumat verib. Bundan sonra əmisi Xankişi evə gəlib və Samiri taksi tutaraq Respublika Kliniki Mərkəzinə aparıblar. Məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, təxminən 20 ildən artıqdır ki, Abşeron rayon Qaz İstismar sahəsində çilingər işləyir. Zərərçəkmiş şəxs onun qızı Günətay Hümbətovanın həyat yoldaşıdır. X11 rayonunda Ağcakənd kəndində ailəsi ilə birlikdə yaşayır. Onların bir qız övladları da vardır. Bildirmişdir ki, qızı Günətay Hümbətova Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi olduğu üçün imtahanları ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə onun yaşadığı evə gəlmişdir. 20 noyabr 2022-ci il tarixdə Günətayın imtahanları qurtarsa da, ailəsi ilə yaşadığı Goranboy rayonunda Ağcakənd kəndinə getməmişdir. O, qızı ilə maraqlananda qızı ona heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində qızına baş çəkmək üçün yaşadıqları ünvan 4 ünvanına gəlmişdir. O da işdən icazə alıb evə gəlmiş və kürəkəni Samir ona Günətay onunla evə qayıtmaq istəmədiyini, Günətayın boşanmaq fikrində olmasını bildirmişdir. O, əvvəl onların hər ikisinə bir böyük kimi, məsləhətlər vermiş və Samirə qızının fikirlərini dəstəklədiyini, qızının boşanmaq fikrində olduğunu, boşanacağı təqdirdə qızının arxasında duracağını bildirmişdir. Bundan sonra ona işdən zəng gəlmiş və çıxıb getmişdir. xx.xx.2022- ci il tarixdə, saat 17 radələrində qardaşı oğlu Cavid ona zəng vuraraq təcili evə gəlməyini istəmişdir. O da Caviddən nə olduğunu soruşduqda ona Samirin bıçaqlanmasını bildirmişdir. Bundan sonra o, Caviddən Samiri kimin bıçaqladığını, nə üçün bıçaqladığını soruşmuşdur. Lakin, heç kim Samiri kimin bıçaqladığını deməmişdir. Ona görə də o, tələsik işdən çıxıb evə gəlmişdir. Həmin vaxt Samir yarı huşsuz vəziyyətdə onu küçədə tanımadığı şəxsin bıçaqlamasını bildirmişdir. O da Samiri taksi avtomobili ilə Abşeron rayon Mərkəzi xəstəxanasına aparmışdır. Orada yer olmadığı üçün Samiri Respublika Kliniki xəstəxanasına aparmışdır. Orada Samirə ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat etmişlər. Bundan sonra o, evə gəlmiş və evdə ona məlum olmuşdur ki, kürəkəni Samir ilə qızı Günətay arasında evdə sözlə mübahisə düşmüş və X6 Hümbətzadənin yanında təhqir etdiyi üçün Məhəmməd də mətbəxdən götürdüyü bıçaqla Samirin qarın nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. Mübahisəyə səbəb onun sonradan eşitdiyinə görə kürəkəni Samir ilə qızı Günətay arasında evdə sözlə mübahisə düşmüş və X6 Hümbətzadənin yanında təhqir etdiyi üçün Məhəmməd də mətbəxdən götürdüyü bıçaqla Samirin qarın nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. O, həmin mübahisənin şahidi olmamış, lakin həmin vaxt yaşadığı ünvan 4 ünvanında qızı Günətay, oğlu Məhəmməd, kürəkəni Samir, qardaşı oğlu Cavid orada olmuşlar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “götürmənin aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarı Akademik M.Mirqasımov adına Respublika Klinik xəstəxanasında hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 4 ünvanında baş vermiş hadisə yerinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında baş vermiş mübahisə ilə əlaqədar Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 01 ədəd bıçaq hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 11 fevral 2023-cü il tarixli, 2988 saylı rəyindən görünür ki, 1996-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kilniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - qarının ön divarının periton boşluğuna nifuz edən mədənin ön və arxa divarının, köndələn çənbər bağırsağın, siqmavari bağırsağın və bağırsaq müsariqəsinin yaralanması, daxilə qanaxma ilə müşayiət olunan deşilmişkəsilmiş yarası iti deşici-kəsici alətin zərbəsi təsirindən törədilmiş; törədilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir; ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 731 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özündən meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs psixi inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, yaranmış şəraitin mahiyyətini tam dərk edə və davranışın mümkün nəticələrini görə bilər. Təqsirləndirilən şəxs ətrafında olan və baş verən hadisələri anlamaq və qavramaq qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə tibbi-kriminalistik ekspertizasının 12 may 2023-cü il tarixli, 198/2023- MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin orta nahiyəsində, maykanın ön səthinin orta nahiyəsində hərəsində bir ədəd dəlib-keçəıı zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici- kəsici alətin təsirindən törənmişdir. Qeyd: alt köynək üzərində zədə olan nahiyəsi kəsildiyinə görə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə tibbi-bioloji ekspertizasının 19 may 2023-cü il tarixli, 282/2023-MTBŞ saylı rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş seriya AA ******* №-li şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən - AB (İV). Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş Zərərçəkmiş şəxs oğlunun maykası, alt köynəyi və sviteri üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda AB(İV) qrupunu əsas xarakterizə edən A və B antigenləri alındı. Beləliklə, bu qan AB (İV) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə ballistik ekspertizasının 02 iyun 2023-cü il tarixli, 3/747 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin məhkəmədəki ifadələri, o cümlədən ekspertiza rəyləri, protokollar və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan şəxs olan zaman törətməsini CM-nin 59.1.2-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı tam ödəməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli səmim etiraf etməsini də onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Bundan əlavə bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların mövcudluğunu, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, habelə törətdiyi əməldən səmimi peşman olmasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017- ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 aprel 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 70.1-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Belə ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməli, onun üzərinə davranışlarına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd mayka, 01 (bir) ədəd köynək, 01 (bir) ədəd sviter və 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd mayka, 01 (bir) ədəd köynək, 01 (bir) ədəd sviter və 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altımış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-756/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-756/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver