Məhkəmə qərarları › İş №1(124)-76/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-76/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-76/2023 24.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər Regional Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi döngə 5 ev 5 B-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 02 ədəd ayrı-ayrı bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 84,109 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 03 ədəd ayrı-ayrı bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi 38,637 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022ci il tarixdə saat 23:25-də Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «Freqat» restoranının yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB- nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd üzərində qırmızı naxışlar olan polietilen sellofanın içərisindən ağız hissəsi ağ sapla bağlanmış və düyünlənmiş 01 ədəd polietilen sellofan bükümdə psixotrop maddə olan metamfetamin, 01 ədəd qara rəngli polietilen sellofanda ağ sapla bağlanılmış 01 ədəd bükümdə heroin, həmin polietilen sellofanda olan 01 ədəd «Sobranie» markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin və 02 büküm psixotrop maddə olan metamfetamin olmaqla, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 02 ədəd ayrı-ayrı bükümlərə bükülmüş 19,530 qram və 64,579 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 84,109 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 03 ədəd ayrı-ayrı bükümlərə bükülmüş 1,962 qram, 0,270 qram və 36,405 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 38,637 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitə almağa getdiyi zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. 35 manatlıq narkotik vasitə almalı olmuşdur. Onu tutduqları yerdə çəkiliş aparılmamışdır. Çəkiliş polis bölməsində aparılmışdır. O xəstə adamdır. Ağrıları olduğu üçün məcbur olub polis əməkdaşlarının təqdim etdiyi bütün sənədləri imzalamışdır. O polislər tərəfindən döyülmüşdür. Narkotik vasitə istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 23:25 radələrində idarə etdiyi «Daevoo Sentra» markah, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri Sahil küçəsində yerləşən «Freqat» restoranının yaxınlığına getmiş və orada dayanmış vəziyyətdə olan zaman polis əməkdaşlarının ona yaxınlaşdığını görüb avtomaşını işə salaraq ordan uzaqlaşmaq İstədikdə idarə etdiyi avtomaşını yol kənarında olan səkiyə vurmuş, sonra qaçmağa yeri olmadığından avtomaşını saxlamışdır. Sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində və idarə etdiyi avtomobildə gəzdirməsi, eləcə də satmaqda şübhəli olduğu üçün saxlanıldığını izah edərək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-уэ dəvət etmişlər və o buna etirazının olmadığını bildirmişdir. Bundan sonra o onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil bürosunun vəkili Elmin Mahmudov təqdim edilmişdir. O bildirişlə tanış olub, vəkilə etiraz etməmiş, daha sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa onları təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən 01 ədəd üzərində qırmızı naxışlar olan polietilen sellofanın içərisindən ağız hissəsi ağ sapla bağlanmış və düyünlənmiş 01 ədəd polietilen sellofan bükümdə psixotrop maddə olan metamfetamini, 01 ədəd qara rəngli polietilen sellofanda ağ sapla bağlanılmış 01 ədəd bükümdə heroini, həmin polietilen selofanda olan 01 ədəd «Sobranie» markah siqaret qutusunun içərisində 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroini və 02 büküm psixotrop maddə olan heroini təqdim etmişdir. Sorğu zamanı o bildirmişdir ki, həmin bükümləri 04 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində olarkən üzdən tanıdığı təsadüfən tanış olduğu tanımadığı şəxsdən 500 manata şəxsi istifadə etməsi üçün alıb üzərində saxlamışdır. Daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamin tərəziyə qoyularaq çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd POKO markah mobil telefon, boz rəngli şalvarının arxa sağ cibindən 01 ədəd dəri pul qabısı, həmin pul qabının içərisindən ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, yanacaq doldurmaq üçün kart və 74 manat nağd pul, şalvarının sağ yan cibində avtomaşın açarı aşkar edilmişdir. Mobil telefondan başqa, digər bütün sənədlər, əşyalar və pul onun özünə qaytarılmışdır. Eləcə də, onun və vəkilinin iştirakı ilə də avtomobilinə də baxış keçirilmiş və avtomobilindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitə olan heroini və metamfetamini aldığı şəxsin adını və digər anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuş, narkotik vasitə olan heroini və metamfetamini xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasımn yaxınlığında olarkən ondan 500 manata şəxsi istifadəsi üçün almış, həmin narkotik vasitə olan heroini və metamfetamini almaqda ona kömək edən olmamış, bunu tək etmiş, hüquqlarını bilir, saxlanılarkən ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, təsir və təziq göstərilməmiş və heç bİr hüququ pozulmamışdır. (cild 1, iş vərəqə 63-65) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ələkbər adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 23:25-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Sahil küçəsi “Freqat” restoranının yaxınlığında idarə etdiyi «Daevoo Sentra» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomaşında müəyyən edib, onun maşınını saxdatdırmaq istədikdə, o onları görüb avtomaşını işə salaraq oradan uzaqlaşmaq istədikdə idarə etdiyi avtomaşını yol kənarında olan səkiyə vurmuş, sonra qaçmağa yeri olmadığından avtomaşını saxlamışdır. Həmin vaxt onlar ona yaxınlaşıb özlərini təqdim edib qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadəsi, üzərində və idarə etdiyi avtomobildə gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını izah edərək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət edib, buna etirazının olub-olmadığını bildirmişlər, o da etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən 01 ədəd üzərində qırmızı naxışlar olan polietilen sellofanın içərisindən ağız hissəsi ağ sapla bağlanmış və düyünlənmiş 01 ədəd polietilen sellofan bükümdə psixotrop maddə olan metamfetamini, 01 ədəd qara rəngli polietilen sellofanda ağ sapla bağlanılmış 01 ədəd bükümdə heroini, həmin polietilen selofanda olan 01 ədəd «Sobranie» markalı siqaret qutusunun içərisində 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroini və 02 büküm psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sorğu zamanı Ələkbər bildirmişdir ki, həmin bükümləri 04 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri ərazisində olarkən üzdən tanıdığı təsadüfən tanış olduğu tanımadığı şəxsdən 500 manata şəxsi istifadə etməsi üçün alıb üzərində saxlamışdır. Daha sonra onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamin tərəziyə qoyularaq çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmin Bölmənin Cinayət Axtarış üzrə kiçik inspektoru, Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifalər verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. (cild 1, vərəqə 105-108,117-124,130-132) Şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin Cinayət Axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, vərəqə 105-108,117-124,130-132) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində və idarə etdiyi Daewo Centra markalı 90-ZA-68 d.q.n.n avtomobildə gəzdirməsi eləcədə satışı ilə bağlı bir sıra məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hakimi Fikrət Əliyevin qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2022-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 5, 93) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə, avtomobilə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ələkbər adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 23:25-də Sumqayıt şəhəri Sahil küçəsi “Freqat” restoranının yaxınlığında idarə etdiyi «Daevoo Sentra» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə saxlanılaraq Sumqayıt ŞPİ- nin 1-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl idarənin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Faiq Mirzəyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Faiq Mirzəyev ona daxil olmuş əməliyyat məlumatına əsasən üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması, satması və istifadə etdiyi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Elmin Mahmudovu təqdim edir, Ələkbər bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən 01 ədəd üzərində qırmızı naxışlar olan polietilen sellofanın içərisindən ağız hissəsi ağ sapla bağlanmış və düyünlənmiş 01 ədəd polietilen sellofan bükümdə psixotrop maddə olan metamfetaminİ, 01 ədəd qara rəngli polietilen sellofanda ağ sapla bağlanılmış 01 ədəd bükümdə heroini, həmin polietilen selofanda olan 01 ədəd «Sobranie» markalı siqaret qutusunun içərisində 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroini və 02 büküm psixotrop maddə olan metamfetaminİ təqdim edir. Sorğu zamanı Ələkbər bildirir ki, həmin bükümləri 04 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri ərazisində olarkən üzdən tanıdığı təsadüfən tanış olduğu tanımadığı şəxsdən 500 manata şəxsi istifadə etməsi üçün alıb üzərində saxlayıbdır. Daha sonra onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və metamfetamin tərəziyə qoyularaq çəkilir, müvafiq qaydada qablaşdırılaraq möhürlənir. Bundan başqa şəxsi axtarış zamanı Ələkbərin əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd POKO markalı mobil telefon, boz rəngli şalvarının arxa sağ cibindən 01 ədəd dəri pul qabısı, həmin pul qabının içərisindən ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, yanacaq doldurmaq üçün kart və 74 manat nağd pul, şalvarının sağ yan cibindən avtomaşın açarı aşkar edilir. Mobil telefondan başqa, digər bütün sənədlər, əşyalar və pul onun özünə qaytarılır. Eləcə də, onun və vəkilinin iştirakı ilə bölmənin inzibati binasının həyətində saxlanılmış «Daevoo Sentra» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanh avtomaşına da baxış keçirilməmişdən əvvəl, hər hansı bir etirazının olub-olmaması soruşulur, Ələkbər də heç bir etirazının olmadığını bildirir. Sonra bölmənin inzibati binasının həyətində saxlanılmış «Daevoo Sentra» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomaşına videoçəkilişlə baxış keçirilməyə başlanılır, avtomobil salonunun saxlanc yerinə baxış keçirilən zaman orada 01 ədəd «Redme» markalı mobil telefon aşkar edilir, həmin telefon da götürülür. Bundan başqa avtomobildən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilmir. Daha sonra videçəkiliş dayandırılır. (cild 1, vərəqə 14,85-87) Diskə, avtomobilə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/90 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan paketdəki;-02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 19,530 qram və 64,579 qram, ümumi çəkisi 84,109 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir;-03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,962 qram, 0,270 qram və 36,405 qram, ümumi təmiz çəkisi 38,637 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild 1, iş vərəqə 35-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-5123/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə olan “SMS_Tarixçəsi **********0351 773950012” papkadan görünür ki, xx-xx-2021-ci il tarixdə saat 18:17də 050318-33-38 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında “2 pati 1 kola 90 mant pati 1 ,1 ayrı qramlari elə ok”, xx-xx-2021 -ci il tarixdə saat 20:59-da ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon arasında «Emim oglu 2 ele qerdewuncun onu 60 a biratt», xx-xx-2021-ci il tarixdə 00:18-da ***-***- **-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında «Qram pati onng kola 40 manat var», xx-xx-2021-ci il tarixdə saat 16:13-də ***-***-**-** sayh mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında «qaqas acan kimi yig meni ölurem lomkada seni gözduyurem gic olub qalmisam her seyim qutarib 03malim qalmisdi eledim onu oda burnumun suyunu gucnen saxliyib», xx-xx-2022-ci il tarixdə saat 01:26-da ***-***-**-** sayh mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil telefon nömrəsi arasında 1 dene butun qara birde 03 ag verde qaqawva 20 verim 15 de seher sendedi sen ol borcum yoxduda dunen 35 atdim qutardi» mesajdan ibarət sms mübadiləsi aparılmışdır. (cild 1, iş vərəqə: 126-127) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 546 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 135-136) Cinayət işinin materiallarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən, tədqiqatdan sonra qalıq qalmış 84,009 qram narkotik vasitə olan heroin və 38,437 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk, eləcə də "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-5123/22 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 22-23, 75-77,148-155) DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o məhkumluğu olan, məhkumluğu ödənilməmiş hesab olunur. (cild 1, iş vərəqə 146-147) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümyəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla– cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik külli miqdarda və müxtəlif növlərdə olması, onları müxtəlif bükümlərə ayırması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirən hal himayəsində 02 azyaşlı övladının, yəni xx.xx.2012-ci il təvəllüdlü Sənubər Musayeva, xx.xx.2014-cü il təvəllüdlü Cavad Musayevin olmasıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən ağırlaşdıran hal cinayətlərin residividir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Lakin raportdan görünür ki, təqsirləndirilən şəxsin 07 yanvar 2022-ci il saat 23:25-də tutulmuşdur. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 yanvar 2022-ci tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs Opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 84,009 qram narkotik vasitə olan heroin və 38,437 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 il 6 ay (yeddi il altı ay) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 84,009 qram narkotik vasitə olan heroin və 38,437 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar