Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-76/2024 23.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı "Ramin" adlı şəxs və qeyriləri ilə istifadəsində olan “Samsung A5” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” vasitəsilə ələqa saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında bu məqsədlə xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı "Ramin" adlı şəxslə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün İran İslam Respublikası vətəndaşı "Ramin" adlı şəxsin istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 01(bir) bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroini Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında qoydurması, həmin narkotik vasitə heroini götürdükdən sonra 3 hissəyə bölüb bildirəcəyi ünvanlara çatdırması və bunun müqabilində ona 800 manat pul göndərəcəyi barədə məlumat verməsi ilə bağlı razılığa gəldikdən sonra bu barədə tanışı X4 bildirmiş, sonuncu ilə həmin ünvana gedib təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroini qeyd olunan yerdən götürməsi, həmin narkotik vasitə heroini birlikdə 3 hissəyə bölüb İran İslam Respublikası vətəndaşı "Ramin" adlı şəxsin sonradan ona bildirəcəyi ünvanlara çatdıracaqları, bunun müqabilində İran vətəndaşının ona göndərməli olan 800 manat puldan 500 manatının özünə, 300 manatının isə Rüstəm Qurbanova çatacağı ilə bağlı razılığa gəlib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin tarixdə, gecə saatlarında Rüstəm Qurbanovun sifariş etdiyi taksi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə birlikdə gedərək aralarında olan rol bölgüsünə əsasən Rüstəm Qurbanov avtomobildə gözləmiş, o isə İran İslam Respublikası vətəndaşı "Ramin" adlı şəxslə aralarında olan rol bölgüsünə əsasən razılaşdıqları kimi sonuncunun ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi fotoşəkil və ərazini işarəliyib göndərdiyi məkan əsasında həmin ərazini müəyyən edib 1(bir) bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroni Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında qoyulduğu yerdən götürərək Rüstəm Qurbanovla 3 hissəyə bölüb “Ramin” adlı İran vətəndaşının bildirəcəyi yerlərə çatdırmaları məqsədi ilə üzərində daşımaqla saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 00:15 radələrində Sumqayıt ŞPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında, küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən sağ əlində satış məqsədi ilə saxladığı, külli miqdarda, 01(bir) bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 05 sentyabr 2022-ci il tarixdə Rüstəm Qurbanov və Şahid1lə birlikdə Sumqayıt şəhəri ərazisinə getmişlər. Həmin gün saat 23:00 radələrində Sumqayıt şəhərində yerləşən “Bravo” marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sumqayıt şəhərinə heroin növündə narkotik vasitə götürmək üçün getmişdir. Həmin heroin növündə narkotik vasitə barədə İran İslam Respublikasının vətəndaşı olan Ramin adlı şəxs ilə danışıqlar aparmışdır. Ramin adlı şəxs qeyd olunan ünvana 480 qram miqdarında heroin növündə narkotik vasitə qoymalı idi. Əldə edilmiş razılığa əsasən, həmin narkotik vasitələri onun dediyi ünvanlara qoymalı idilər. Bunun üçün ona 800 manat məbləğində pul verməli idi. O da həmin pulun 500 manatını özünə götürüb 300 manatını Rüstəm Qurbanova verməli idi. Lakin məqsədləri narkotik vasitələri Ramin adlı şəxsin qeyd etdiyi ünvanlara qoymaq yox, həmin narkotik vasitəni və pulu götürdükdən sonra narkotik vasitəni mənimsəmək olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 1994-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi ev 22-də yaşayır. Subaydır, əvvəllər məhkum olunmamışdır. Təxminən 6-7 aydır ki, narkotik vasitə olan heroini zərli kağızda yandırmaqla tüstüsünü qəbul edir. Təxminən 6 ay əvvəl instaqram sosial şəbəkəsində özünü Ramin adı ilə təqdim edən İran vətəndaşı ilə tanış olmuşdur. Raminə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Ramin ondan "Whatsapp" mobil nömrəsini istəmiş, o, da istifadəsində olan ***-***-**-** "Whatsapp" nömrəsini vermiş, Ramin də +**********02 nömrə ilə onunla əlaqə saxlayırmış. Raminin mobil nömrəsini özünə məxsus "Samsung" markalı mobil telefonunda "Ramoooo Ozu" adı ilə qeyd etmişdir. Raminlə əlaqə saxlayan zaman istifadəsi üçün onun ucuz qiymətə narkotik maddələr təşkil etməsini demişdir, Ramin də ona bir dəfə 2 qram heroin, bir dəfə də 1 list metadon həbləri təşkil etmişdir. Belə ki, Ramin ona zəng edərək həmin maddələri Bakı şəhərində qoydurduğu ünvanların fotoşəkillərini göndərirmiş, o, da Raminin ona göndərdiyi kart nömrə hesabına deyilən məbləğdə pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Ramin onunla əlaqə saxlayaraq ona verəcək pul müqabilndə 0,5 kq marixuananı deyiləcək yerdən götürə və sonradan deyiləcək ünvana çatdıra biləcəyini soruşmuş, lakin konkret olaraq hansı ünvandan və nə vaxt götürməyini demədmişdir, o, da Raminlə razılaşaraq onun dediyini edə biləcəyini bildirmiş, bu barədə qonşusu və dostu olan Rüstəmin ***-***-**-** nömrəsinin votsapına zəng edib deyərək danışmışdır. Rüstəm heç bir problem olmadığını, hara istəsə onunla gedə biləcəyini və marixuananı götürdükdən sonra ona da özünün istifadəsi üçün biraz marixuana verməyini demişdir. O, da Rüstəmə dəqiq xəbər gəlsə bildirəcəyini demişdir. Rüstəmin onun İran vətəndaşı olan tanışının olması və ona bir neçə dəfə narkotik vasitə təşkil etməsini demişdir və Rüstəmin bu barədə məlumatı olmuşdur. Həmin gün axşam saatlarında Ramin votsapda ona səs ataraq Sumqayıt şəhərində qoydurduğu yerdən 0,5 kq çəkidə narkotik vasitə heroini götürüb böldükdən sonra deyəcəyi 3 ünvanlara çatdırmağını, bunun müqabilində ona 800 manat pul verəcəyi barədə məlumat vermiş, o, da Raminə whatsappla zəng edərək ona əvvəl təklif etdiyi marixuana barədə soruşanda Ramin demişdir ki, "marixuana məsələsi alınmadı, nakotik vasitə heroini götürməyə getməlisən". O, Raminlə razılaşmış və əlavə olaraq ona da 20 qram heroin lazım olduğunu deyəndə Ramin etiraz etməmiş, götürəcəyi heroindən 20 qram götürməyini demişdir. Sonra o, Rüstəmlə əlaqə saxlayaraq Raminin ona dedikləri barədə, yəni İran vətəndaşı Raminin Sumqayıt şəhərində qoydurduğu narkotik vasitə heroini götürmək lazım olduğunu bildirmiş. Rüstəm də onunla gəlməsini, heç bir problem olmayacağım, alacağı 800 manat puldan 300 manatı ona verməyini və avtomaşın tapıb birlikdə getmələrini deyərək razılaşmışlar. Bundan əvvəl o, Rüstəmlə Sumqayıt şəhərinə narkotik vasitə götürməyə getmələrinə tərəddüd etsə də, Rüstəm ona demişdir ki, maddi vəziyyəti pisdir, pul lazımdır, heç bir narahatçılıq olmayaraq ona güvən vermişdir. Bir qədər sonra Ramin ona votsapda yazaraq heroini Sumqayıt şəhəri, 9-cu mkr, şərq bazarının arxası, "Bravo" marketin yanında lepka dükanının yanında qoydurduğunu bildirdmiş və həmin yerin fotoşəklini və "konum”unu(məkan yeri) ona göndərərək heroini həmin yerdən təcili götürməyini, götütrdükdən sonra bölüb ona sonradan deyəcəyi 3 ünvana çatdırmağını demişdir. Bir qədər sonra saat 23 radələrində Rüstəmlə görüşmüş, Rüstəm tanışlarından müvəqqəti olaraq idarə etməyə avtomobil götürə bilmədiyini deyərək tanışı Zığ qəsəbə sakini taksi sürücüsü olan ilkinə zəng edərək onları Sumqayıta aparmasını xahiş etmişdir. İlkin gəlmiş və birlikdə Sumqayıta yola düşmüşlər. Yolda olarkən o, Raminlə danışaraq yolda olduğunu və deyilən yerə çatdıqdan sonra heroini götürüb əlaqə saxlayacağını deyirmiş. Ramin də onu tələsdirirmiş. Yolda olarkən Rüstəmdən 1 bağlamada olan heroini harada bölə biləcəklərini və Sumqayıtda tanışının olub-olmadığını soruşmuş, Rüstəm Sumqayıtda tanıdığı şəxs olmadığını demiş və razılaşmışlar ki, əgər Sumqayıtda heroini bölə bilməsələr aparıb onun evində bölüb deyiləcək ünvanlara çatdırarlar. Saat 00:00 radələrində Sumqayıt şəhəri, 9-cü mkr, "Bravo" marketin yanına çatmışlar, o, taksidən düşüb tezliklə qayıdacağını deyərək getmiş və Ramini əvvəlcədən ona atdığı fotoşəkillərlə və "konum"la heroinin qoydurduğu yeri tapmış, ağ rəngli selofanda yapışqan lentə bükülmüş 1 ədəd qara rəngli selofan bağlamada olan heroini götürüb sağ əlində saxlayaraq taksiyə gedən zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxıqlaşıb özlərini təqdim edərək Sumqayıt polis idarəsinin polis işçilər olduqlarını bildirib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün polis idarəsinə dəvət etmişlər, o, ifşa olunduğunu bilib etiraz etməmiş, sonra görmüşdür ki, polislər Rüstəmi və taksi sürücüsü İlkini də saxlayıblar və birlikdə polis idarəsinə gəlmişlər. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, sağ əlində saxladığı ağ rəngli selofanda olan 1 ədəd bağlamada heroini təqdim elmişdir. Həmin bağlamanın içərisinə baxılanda narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən başqa cinayət xarakterli əşya, predmet aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd bağlamada olan heroin elektron tərəzidə çəkilərək çəkisi 1,325 kq olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün üzərində qeydlər olan kağız parçası ilə birlikdə yapışqan lentə bükülərək qablaşdırılmış, möhürlənmiş və tərəflərindən imzalanmışdır. Sonra polis işçisi tərəfindən tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, doğru bilib imzalarla təsdiq etmişlər. Rüstəmlə birlikdə İran vətəndaşı Raminin qoydurduğu narkotik vasitə heroini Sumqayıt şəhəri, 9-cü mkr ərazisində götürmək barədə qabaqcadan razılaşmışdılar, məqsədləri hər ikisinin pul əldə etmək və ona 20 qram həmin heıoindən qalması olmuşdur, bunun müqabilində İran vətəndaşı Raminin ona göndərəcəyi 800 manat puldan, 300 manatı Rüstəmə, 500 manatı isə ona və 20 qram heroin qalacaqdır. Sumqayıt şəhərinə gəldikləri taksi sürücüsü Şahid1 onun Rüstəmlə birlikdə Sumqayıt şəhərinə narkotik vasitə heroin götürməyə gəlmələrindən məlumatı olmamışdır, İlkinə bu barədə heç bir söz deməmişdlər, İlkin sadəcə taksi kimi onları aparıb gətirəcəkdi, İlkinə yalnız yol haqqını veriləcəkdi. Bu birinci dəfə idi ki, Rüstəmlə birlikdə tanışı olan İran vətəndaşı Raminin qoydurduğu yerdən narkotik vasitə heroin götürməyə getməyə razılaşmışdılar. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, İran vətəndaşı Raminlə narkotik vasitə heroini götürüb böldükdən sonra deyiləcək 3 ünvana çatdırmağı ilə razılaşmışdır, lakin narkotik vasitə heroini götürdükdən sonra polislər tərəfindən saxlanıldığı üçün, həmin heroinin kimə və haraya çatdırılması məlum olmamışdır. Həmin heroinin Sumqayıt şəhəri 9-cu mkr ərazisində kim və ya kimlər tərəfindən qoyulması, narkotk vasitənin haradan gətirilməsi barədə məlumatı yoxdur. Rüstəmin İran vətəndaşı Raminlə əlaqəsi olmamışdır, lakin Rüstəm onun Raminlə aralarında sonuncu olan bütün danışıqlardan məlumatı olmuşdur, Raminlə sonuncu dəfə əlaqə saxlayanda Rüstəmə bildirirmiş. Üzərində şəxsi axtarış keçirilən zaman həyəcanlı olduğundan narkotik vasitə heroini götürüb deyiləcək ünvana çatdırılması müqabilində Tran vətəndaşı Raminin ona 300 manat pul göndərəcəyini bildirmişdir. İstintaq zamanı həqiqəti danışıb narkotik vasitə heroini götürüb deyiləcək ünvana çatdırılması müqabilində Raminə deyəcəyi ona məxsus "leobank" kart hesabına Ramin 800 manat pulu göndərməli imiş. Polis işçiləri tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. (Cild 1, iş vərəqləri 60-64,98-100, Cild 2, iş vərəqləri 37-39) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 05 sentyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək, Sumqayıt şəhərinə getməli olduqlarını bildirmişdir. O da taksi sürücüsü kimi əvvəllər tanıdığı Şahid1 zəng etmiş və Sumqayıt şəhərinə getməli olduqlarını bildirmişdir. Daha sonra Şahid1 avtomobili ilə Təqsirləndirilən şəxs və Şahid1lə birlikdə Sumqayıt şəhərinə getmişlər. O, Təqsirləndirilən şəxs Sumqayıt şəhərinə nə üçün getdiyklərini soruşmamışdır. Sumqayıt şəhəri ərazisinə Təqsirləndirilən şəxs mobil telefonuna göndərilmiş ünvan vasitəsilə gəlmişlər. İran İslam Respublikasının vətəndaşı olan şəxslə Təqsirləndirilən şəxs danışaraq razılaşmışdır. İran İslam Respublikasının vətəndaşının qeyd etdiyi ünvandan heroin növündə narkotik vasitəni götürüb onun bildirdiyi yerlərə qoymalı, İran İslam Respublikasının vətəndaşı olan şəxs isə 800 manat məbləğində pul verməli idi. Həmin məbləğin 300 manatını Təqsirləndirilən şəxs ona verəcəkdi.Təqribən saat 23:00-00:00 radələrində Sumqayıt şəhərinə çatmış və həmin saatlarda polis əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz narkotik vasitələrin saxlanılması, üzərində gəzdirilməsi və satışına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Bravo" marketin yaxınlığında Təqsirləndirilən şəxs əlində sellofan torba ilə sürətlə avtomobilə doğru getdiyini görmüş və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş məlumatı bildirib, onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Bu zaman onun getdiyi avtomobildə olan taksi sürücüsü və digər şəxsi də Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heroinə bənzəyən narkotik vasitə təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə təqribən 1,3 kiloqram miqdarında idi. Onunla birlikdə saxlanılmış Rüstəm Qurbanovun və taksi sürücüsü Şahid1 üzərinə baxış keçirilmiş və onların üzərindən qanunla qadağan edilmiş hər hansı vasitə aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz narkotik vasitələrin saxlanılması, üzərində gəzdirilməsi və satışına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Bravo" marketin yaxınlığında Təqsirləndirilən şəxs əlində sellofan torba ilə sürətlə avtomobilə doğru getdiyini görmüş və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş məlumatı bildirib, onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Bu zaman onun getdiyi avtomobildə olan taksi sürücüsü və digər şəxsi də Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heroinə bənzəyən narkotik vasitə təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə təqribən 1,3 kiloqram miqdarında idi. Onunla birlikdə saxlanılmış Rüstəm Qurbanovun və taksi sürücüsü Şahid1 üzərinə baxış keçirilmiş və onların üzərindən qanunla qadağan edilmiş hər hansı vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunmuş narkotik vasitələr barədə soruşduqda onları Ramin adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əldə etdiyini, onun bildiriyi yerlərə pul müqabilində qoyacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. xatırladığı qədərilə 05 sentyabr 2022-ci il tarixdə Rüstəm Qurbanov ona zəng edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisindən Sumqayıt şəhərinə getmək lazım olduğunu bildirmiş və onları aparmağını xahiş etmişdir. O, avtomobil ilə Rüstəm Qurbanovu və Təqsirləndirilən şəxs götürmüşdür. Onlar Sumqayıt şəhərinə getmişlər. Orada “Bravo” marketin yaxınlığında Təqsirləndirilən şəxs avtomobildən düşmüş və getmişdir. Onun haraya getdiyini bilməmişdir. Az sonra polis əməkdaşları onlara yaxınlaşmışlar və onunla Rüstəm Qurbanovu polis idarəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz narkotik vasitələrin saxlanılması, üzərində gəzdirilməsi və satışına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Bravo" marketin yaxınlığında Təqsirləndirilən şəxs əlində sellofan torba ilə sürətlə avtomobilə doğru getdiyini görmüş və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş məlumatı bildirib, onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Bu zaman onun getdiyi avtomobildə olan taksi sürücüsü və digər şəxsi də Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlindəki torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən heroin növündə narkotik vasitə aşkar olunmuşdur. Təqdim etdiyi narkotik vasitə təqribən 1,3 kiloqram miqdarında idi. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının hansı polis əməkdaşı tərəfindən əldə edildiyini bilmir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 digər şahidlər Şahid2 və Şahid3la oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 228-230) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qəhvəyi rəngli heroinə bənzər maddə və mobil telefon aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 27-28) “Şəxsi axtarışın keçirilməsi barədə” 06 sentyabr 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəq 29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 sentyabr 2022-ci il tarixli 6/4809 nömrəli məhkəmə fıziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs" sözləri,soyad və imzalar qeyd bir ədəd selofan bağlamada bir ədəd bağlamada təmiz çəkisi 1315,9 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 50-53) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X10" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5397 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəq 203) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mobil telefona baxış keçirilməsi barədə” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung A5” markalı mobil telefona baxış keçirilən zaman telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada "Söhbətlər" bölümündə X2 istifadəsində olan ***-***-**-** nömrəsinin "Rusdem" adı ilə qeyd olunduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Rusdem" profil ilə - Təqsirləndirilən şəxs profili arasında olan danışıqları görünür. ("Rusdem" profilin adı gələcəkdə mətində "R" hərfi ilə qeyd olunacaq. Təqsirləndirilən şəxs profili isə gələcəkdə "PQ" kimi qeyd olunacaq.) Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 18:41-də ”R" adlı şəxs "PQ" adlı şəxsə "o biri temanı atminit eliyim?” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:03-də "PQ" adlı şəxs "R" adlı şəxsə "yığmışdı indi mənə qardaş”, “adam gəlir” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:05-də " " adlı şəxs "PQ" adlı şəxsə "danış gedəy gələy”, “800 verir?” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:05-də "PQ" adlı şəxs "R" adlı şəxsə "Hə 800” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20;05-də "R" adlı şəxs "PQ" adlı şəxsə "Nicatda yığıb məni”, “pula görə”, 20:06-da “çağırım gedəy”, “nəsə olsa mənlikdi”, “tutulmağ söhbəti”, “amma 300 mənim, 500 sənin” məzmunlu mesaj göndərib. xx.xx.2022ci il tarixdə saat 20:06-də "PQ" adlı şəxs "R" adlı şəxsə "problem deyil qardaş” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:07-də "R" adlı şəxs "PQ" adlı şəxsə "pul laz;m olmasa, ehtiyac olmasa məndə eləmərəm”, “yığ danış gözlüyiirəm” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:09-da "PQ" adlı şəxs "R" adlı şəxsə "Sumqayıtdı brat”, 20:10- da “3 yerə veriləcək”, 20:11 -də “koladı”, “ünvan atılacaq”, “mən o ünvana tullayacam” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:12də "R" adlı şəxs "PQ" adlı şəxsə "eliyə biləcəysən?” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:12-də "PQ" adlı şəxs "R" adlı şəxsə "qardaş 3 yerə tulladıq malı getdik”, 20:14-də “yığ Nicata” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:15-də "R" adlı şəxs " PQ" adlı şəxsə "yığım gəlsin gedəy?” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:15-də "PQ" adlı şəxs "R" adlı şəxsə "gedəy deyirəm, bu hazırdır”, “deyir ünvan atıram çıx” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:16-da "R" adlı şəxs "PQ" adlı şəxsə "hə gedəy”, “yığıram Nicata gəlsin” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:16-də "PQ" adlı şəxs "R" adlı şəxsə "hə yığ gedək” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022ci il tarixdə saat 20:18-də "R" adlı şəxs "PQ” adlı şəxsə "gəlir”, “50 manat dedim verəcəm” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 21:58-də "R" adlı şəxs "PQ" adlı şəxsə "götürür səni 5-6 dəqiqəyə”, ”sənə nə sual versə Nicat cavab vermə” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:58-də "PQ" adlı şəxs "R" adlı şəxsə "yaxşı arxayın ol” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:58-də "R" adlı şəxs "PQ" adlı şəxsə "2-3 dənə demişəm ünvana gedəcəyik”,”dəqiqdidə bu?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:59-da "PQ" adlı şəxs "R" adlı şəxsə "qardaşım konumda atıb mənə malı da atıb”, “gedəndə xalastoy gedirik qardaşım, qayıdanda yüklə qayıdırıq”, 22:00-da “heç kimə vermiyəcək dedim ona”, “getirəcəm evə, evdən verəcəm brat” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 22:00-da "R" adlı şəxs "PQ" adlı şəxsə "nəyi” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci i! tarixdə saat 22:00da "PQ" adlı şəxs "R" adlı şəxsə "əmanəti”, 22:01 -dn “getirim kəndə, sonra verim burda”, “harda qaldı bu?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:01 -də "R" adlı şəxs "PQ" adlı şəxsə "diyan yığıram” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:02-də "PQ" adlı şəxs "R" adlı şəxsə "yığ tez gəlsin qardaşım” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:06-da "R" adlı şəxs "PQ" adlı şəxsə "adamı durdur” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 22:06-da "PQ" adlı şəxs "R" adlı şəxsə "qaqaş dal ba dal yığır bu hələ gəlib çıxmayıb” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 22:07-də "R" adlı şəxs "PQ" adlı şəxsə "yoldayam denən brat” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 22:07də "PQ" adlı şəxs "R" adlı şəxsə "deyirəm qardaşım”, ’’göriintülü yığır”, “saat 9-dan gözləyir məni” məzmunlu mesaj göndərib. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan üzərində ***-***-**-** mobil nömrəsi olan "Samsung A5" markalı mobil telefona baxış zamanı telefonun "Whatsapp" proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 914-706-7502 nömrəsinin "Ramoooo Ozu" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Ramoooo Ozu" profil ilə - Təqsirləndirilən şəxs profili arasında olan danışıqları görünür. ("Ramoooo Ozu" profilin adı gələcəkdə mətində "RO" hərfi ilə qeyd olunacaq. Təqsirləndirilən şəxs profili isə gələcəkdə "PQ" kimi qeyd olunacaq). Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat l9:04-də "RO" adlı şəxs "PQ" adlı şəxsə "Sumqayıta nə qədər yolun var”, 20:06-da “Sənə ünvan atacam” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:08-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "ünvan haradır?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:09da "RO" adlı şəxs "PQ" adlı şəxsə "Sumqayıt olacaq” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:09-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "30 kilometr” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:!0-da "RO" adlı şəxs "PQ" adlı şəxsə "atsın atıram sənə, yarım kilo koladır ” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022ci il tarixdə saat 20:10-da "PQ" adlı şəxs "RO" adlı şəxsə "ordan Bakıya gələcək?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:10-da "RO" adlı şəxs "PQ" adlı şəxsə "Sumqayıtın içində 3 dənə ünvan var” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022ci il tarixdə saat 20:11-da "PQ" adlı şəxs "RO" adlı şəxsə “problem deyil qardaş”, 20:12-də “mənim öztimədə kola lazım olacaq 20 dənə” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 20:13-də "RO" adlı şəxs "PQ" adlı şəxsə "bir kiloya aid ünvan ki var, onun üstündən götürərsən” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 20:27də "PQ" adlı şəxs "RO" adlı şəxsə "qardaş kolani Sumqayıtdan göliirüb orda yer bə yer eliyəcəm ramin” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:10-da "RO" adlı şəxs "PQ" adlı şəxsə "çıx Sumqayıta”, 21:11- də “neçə dəqiqəyə orda olarsan?” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 21:11-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "çıxdım qardaşım”, 21:12-də “potoloku 1 saata qardaşım” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:40-da "RO" adlı şəxs özünə yönləndirilmiş “9-cu mikrorayonda şərq bazarının arxası bravo marketin yanından üzü düz gedəndə lepka dükanının yanı” mesajım, “yaşıl rəngli ox işarəsi ilə istiqaməti göstərilmiş həmin ünvanın fotoşəkillərini proqram vasitəsi ilə həmin ünvanın məkanım” və “Sumqayıt şəhəri” mesajını "PQ" adlı şəxsə göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:50-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "çatana yaxın yazaram sənə” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 21:50-də "RO" adlı şəxs "PQ" adlı şəxsə "mənə xəbər ver götürdüm” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci it tarixdə saat 21:50-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "narahat olma götürən kimi yazaram sənə” məzmunlu mesaj göndərib. xx.xx.2022ci il tarixdə saat 23:16-da "RO" adlı şəxs "PQ" adlı şəxsə "çatdın götürdün mənə xəbər elə. Götürdünmü” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:10 S-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "az qalıb götürüb xəbər eliyəcəm” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:3!-da "RO" adlı şəxs "PQ" adlı şəxsə "götürə bilmirsənsə mən adam yollayım getsin götürsün. Qalıb havada” məzmunlu səsli mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:51-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "çatıram qardaşım. Çox az qalıb“ məzmunlu səsli mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 23:58-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "çatdım” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 23:58-də "RO" adlı şəxs "PQ" adlı şəxsə "götür” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 23:58-də "PQ" adlı şəxs "RO" adlı şəxsə "götürürəm qardaş” məzmunlu mesaj göndərib. Baxış zamanı Təqsirləndirilən şəxs həmin telefonun üzərində olan istifadə etdiyi ***- ***-**-** mobil nömrəsinin Whatsapp proqram vasitəsi ilə X2 “Rusdem” adlı profillə, həmçinin İran vətəndaşı Raminin "Ramoooo Ozu" adlı profillə narkotik vasitətərlə bağlı yazışdığını və səsli mesajlar göndərdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan üzərində ***-***-**-** mobil nömrəsi olan "Samsung A5" markalı mobil telefona baxış zamanı telefonun "Whatsapp" proqram təminatında "Söhbətlər" bölümündə olan ***-***-**-** nömrəsinin "Heci Yetim" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Heci Yetim" profil ilə - Təqsirləndirilən şəxs profili arasında olan danışıqları görünür. "Heci Yetim" profilin adı gələcəkdə mətində "HY" hərfi ilə qeyd olunacaq. Təqsirləndirilən şəxs profili isə gələcəkdə "PQ" kimi qeyd olunacaq. Mesaj qutusuna baxdıqda orada: xx.xx.2022-ci il tarixdə saat 21:17-də "PQ" adlı şəxs "HY" adlı şəxsə "Necə bidene yarı kola götürək?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:18-də "HY" adlı şəxs "PQ" adlı şəxsə "Cinbalada yoxdu?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:18-də "PQ" adlı şəxs "HY" adlı şəxsə "zəng çatmır axı”, “bidənə yığda ona” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:21-də "HY" adlı şəxs "PQ" adlı şəxsə "sən ne oldu bes o terefden gotureceydin” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 21:2İ-də "PQ" adlı şəxs "HY" adlı şəxsə "indi durursan necə götürey?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:22-də "HY" adlı şəxs "PQ" adlı şəxsə "he”, “pulun dağılmayıbsa seher duzub qoşarıq” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:22-də "PQ" adlı şəxs "HY" adlı şəxsə "götürerik” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 21:25-də "HY" adlı şəxs "PQ" adlı şəxsə "İnşallah”, məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 13:08-də "HY" adlı şəxs "PQ" adlı şəxsə "Perviz”, məzmunlu mesaj göndərib. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan üzərində ***-***-**-** mobil nömrəsi olan "Samsung A5" markalı mobil telefona baxış zamanı telefonun "Whatsapp" proqram təminatında "Söhbətlər" bölümündə olan ***-***-**-** nömrəsinin "Ferux" adına yaddaşa vurulduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "Ferux" adlı profil ilə - Təqsirləndirilən şəxs profili arasında olan danışıqları görünür. "Ferux" profilin adı gələcəkdə mətində "F" hərfi ilə qeyd olunacaq. Təqsirləndirilən şəxs profili isə gələcəkdə "PQ" kimi qeyd olunacaq. xx.xx.2022-ci il tarixdə saat 17:06-də "PQ" adlı şəxs "F" adlı şəxsə "Hardasan qardes?”, “veziyetim pisdir etaga pul elimde qalmışam bele qardaş” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:07-də "F" adlı şəxs "PQ" adlı şəxsə "Danışaram indi çatdım qapıya” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:07-də "PQ" adlı şəxs "F" adlı şəxsə "3 qram lazımdır qardasim” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:07-də "F" adlı şəxs "PQ" adlı şəxsə "3 deyə bilmerem”, “1 dene”, “2 dene belke olar”, “danışaram indi” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 17:08-də "PQ" adlı şəxs "F" adlı şəxsə "he problem deyil qerdes” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:09-də "F" adlı şəxs "PQ" adlı şəxsə "brat 35 dən aşağı vermicey verse ” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:1 l-də "PQ" adlı şəxs "F" adlı şəxsə "5deq gorusek qerdes”, “xeber diyirem indi sene” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:11-də "F" adlı şəxs "PQ" adlı şəxsə "he sen bidene deqiq denen”, “sonra danışım” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:12-də "PQ" adlı şəxs "F" adlı şəxsə "yaxşı qerdes” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 17:48-də "PQ" adlı şəxs "F" adlı şəxsə "goturdun qerdes” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 17:50-də "F" adlı şəxs "PQ" adlı şəxsə "gotururem”, “5 deqeye” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:5l-də "PQ" adlı şəxs "F" adlı şəxsə "bidene gor neynirsen” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:52-də "F" adlı şəxs "PQ" adlı şəxsə "almisan pulu” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:52-də "PQ" adlı şəxs "F" adlı şəxsə "pula gore narahat olma” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:52-də "F" adlı şəxs "PQ" adlı şəxsə "goturde”, “menim pulum yoxdu axi”, vermeye”, “buda çalır 5 deqeye” məzmunlu mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 17:53-də "PQ" adlı şəxs "F" adlı şəxsə "sen meni tanisan qardasim” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:53-də "F" adlı şəxs "PQ” adlı şəxsə "mən seni tanıyıram”, “yaxşı taniyiram”, “men buna pulu verib gotururem” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:54-də "PQ" adlı şəxs "F" adlı şəxsə "bildim çıxda”, “qapıya” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 17:54-də "F" adlı şəxs "PQ" adlı şəxsə "sağolsun hele goturub gelir bura”, “gozde bu çatana yaxın birdefelik çiximda” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:03-də "F" adlı şəxs "PQ" adlı şəxsə "hazırsan”, “hardasan”, “sen” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat l8:03-də "PQ" adlı şəxs "F" adlı şəxsə "hamamin yanında”, “sen hardasan?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:04-də "F" adlı şəxs "PQ" adlı şəxsə "qalx mehleye”, “tez” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:05-də "PQ" adlı şəxs "F" adlı şəxsə "çatdım” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:12-də "PQ" adlı şəxs "F" adlı şəxsə "çıxırsan?” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:12-də "F" adlı şəxs "PQ" adlı şəxsə "çıxıram” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:12-də "PQ" adlı şəxs "F" adlı şəxsə "mehledeyem”, “çıx ver pulu istisen qalsin”, “yoxdu parvazda pul” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saat 18:15-də "F" adlı şəxs "PQ" adlı şəxsə "ay ble məndə qaldım got vezyetinde” məzmunlu tekst mesaj göndərib. xx.xx.2022- ci il tarixdə saat 18:15-də "PQ" adlı şəxs "F" adlı şəxsə "məni qoydular got veziyyetinde senol” məzmunlu mesaj göndərib. xx.xx.2022-ci il tarixdə saaı 18:16-də "PQ" adlı şəxs “F" adlı şəxsə "qapıvızda”, “burdayam” məzmunlu mesajlar aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 101-119) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 198- 199) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1315,85 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung A 5” markalı mobil telefon maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Həmçinin istintaq hərəkətlərinin video çəkilişi olan 3 ədəd “DVD” və “Ramin” adlı şəxslə narkotik vasitələrin əldə edilməsi ilə bağlı yazışma olan 01 ədəd “CD” formatlı olmaqla cəmi 04 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 1-21) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, məhkəmədən yayınmaqla gizlənən təqsirləndirilən şəxs X6 barəsində cinayət işi ayrıca icraata ayrılmaqla, barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Daha sonra, Rüstəm Qurbanov tutularaq məhkəməyə təqdim olunmuş və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan Rüstəm Qurbanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edərək saxladığı, daşıdığı narkotik vasitə heroinin həmin narkotik vasitənin külli miqdar daxil olmaqla aşağı həddindən böyük həcmdə artıq olması və narkotik vasitələrin satışı ilə bağlı yazışmaların müəyyən edilməsi onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni narkotik vasitəni öz istifadəsi üçün götürəcəyi ilə bağlı gətirdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs müharibə veteranı olması, “Vətən müharibəsi iştirakçısı” “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunması da onun cəzasını yüngülləşdirən hallar kimi qəbul olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1.315,85 qram heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs götürülərək iş materiallarına əlavə edilmiş “Samsung A5” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan 04 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 32 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qalan 32 manat 50 qəpik məbləğində ekspertiza xərcinin isə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu Rüstəm Qurbanovun işi üzrə məhkəmə xərci olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcbur tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1.315,85 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs götürülərək iş materiallarına əlavə edilmiş “Samsung A5” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanlsın. Təqsirləndirilən şəxs 32 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-76/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-76/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver