Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-764/2023 29.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (CİNAYƏT İŞİNİN MƏHKƏMƏ AİDİYYƏTİ ÜZRƏ GÖNDƏRİLMƏSİ HAQQİNDA) Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Hüsaməddin oğlu, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, X2, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, cinayət işi üzrə verilmiş ittihamlara görə, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində Zərərçəkmiş şəxs14 ümumilikdə 29200 manat pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, 2022-ci ilin dekabr ayının sonlarından 2023-cü ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində Zərərçəkmiş şəxs1 ümumilikdə 29500 manat pul vəsaitini alıb ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 2022-ci ilin dekabr ayının sonlarından 2023-cü ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında Zərərçəkmiş şəxs8 ümumilikdə 42500 manat pul vəsaitini alıb ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 2023-cü ilin yanvar ayının əvvəllərindən həmin ilin fevral ayının sonlarına qədər olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “X3" ərazisində zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 97000 manat pul vəsaitini alıb ələ keçirməklə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 2023-cü ilin yanvar ayının əvvəllərindən həmin ilin mart ayının ortalarına kimi olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində Zərərçəkmiş şəxs13 ümumilikdə 138000 manat pul vəsaitini alıb ələ keçirməklə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 2023-cü ilin yanvar ayının ortalarından həmin ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs11 ümumilikdə 44000 manat pul vəsaitini alıb ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 2023cü ilin yanvar ayının sonlarından həmin ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində Sumqayıt şəhərində dənizkənarı bulvarda Zərərçəkmiş şəxs2 ümumilikdə 40500 manat pul vəsaitini alıb ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 1 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Qətər Auto” adlı avtosalonun qarşısında Zərərçəkmiş şəxs3 6500 manat pul vəsaitini alıb ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 2023cü ilin fevral ayının ortalarından 20 mart 2023-cü il tarixədək olan müddət ərzində Abşeron rayonu, Mehdiabad qəsəbəsində Zərərçəkmiş şəxs4 ümumilikdə 42400 manat pul vəsaitini ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 2023cü ilin fevral ayının əvvəllərindən həmin ilin mart ayının ortalarına qədər olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində Zərərçəkmiş şəxs7 ümumilikdə 75000 manat pul vəsaitini alıb ələ keçirməklə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 2023-cü ilin fevral ayının ortalarından həmin ilin mart ayın ortalarınadək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində Zərərçəkmiş şəxs6 ümumilikdə 197500 manat pul vəsaitini alıb ələ keçirməklə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 20 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsində 52 nömrəli məktəbin qarşısında Zərərçəkmiş şəxs9 7.000 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, 21 mart 2023-cü il tarixdə saat 17:50-də ünvan 2 ünvanında yerləşən “Bağman" adlı marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid **********466771 nömrəli bank kartının hesabına Zərərçəkmiş şəxs12 3400 manat məbləğində pul vəsaitinin göndərilməsinə nail olub həmin məbləği ələ keçirməklə 3400 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmiş, 28 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ünvan 3 ünvanında yerləşən 3 saylı notariat ofisində zərərçəkmiş Zərərçəkmiş şəxs10 16.000 manat məbləğində pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.5-cü maddəsinə əsasən cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Göstərilənlərlə əsasən, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərə zərərçəkmiş şəxslərə külli və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmələri barədə epizodlarla bağlı ittiham verilmişdir. Bütün külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq əməlləri ilə bağlı epizodların baş verdiyi yer isə Bakı şəhəri ərazidir. Bakı şəhəri ərazi yurisdiksiyasına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Bundan əlavə məhkəmə iclasında təqsirləndirilən şəxslərin müdafiəçiləri vəsatət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri və ya daha yüngül qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin barəsində mövcud olan həbsin seçilməsi və hal-hazırda qüvvədə qalmasına əsas olmuş maddi və prosessual hüquqi əsasların aradan qalxmaması, habelə prosessual hüquqi əsas kimi göstərilmiş halların baş verməyəcəyinə dair müdafiə tərəfinin müvafiq qarantiyaların təqdim edilməməsi səbəbinə görə, hazırki mərhələdə həbsdən azad olunacağı halda yenidən cinayət törədəcəyinə və məhkəmədən gizlənəcəyinə dair ehtimalları istisna etməyə imkan verməməsinə görə, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hazırkı mərhələdə dəyişdirilmədən saxlanılmalı, habelə sadalanan prosessual hüquqi əsaslar kimi qəbul edilmiş halların qətimkan tədbirinin ləğv ediləcəyi halda baş verməyəcəyinə dair də zəruri qarantiyalar təqdim olunmadığına görə bu barədə müdafiəçilərin verdikləri vəsatətlər rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası üzrə yekun qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” və ya daha yüngül qətimkan tədbiri ilə əvəz olunmasına dair müdafiəçilərin vəsatətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(124)-764/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-764/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver