Məhkəmə qərarları › İş №1(124)-77/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-77/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-77/2024 19.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı və X11, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X6, tərcüməçi X12 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Qusar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda və faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs bir qrup şəxs halında qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 13 iyun 2014-cü il tarixdə, günorta saatlarında mərhum dostları X23, X7 və mərhum tanışı Zərərçəkmiş şəxs ilə birlikdə Şahin Niftəliyevə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yataq otağında araq spirtli içkisi qəbul etmiş, Şahin Niftəliyevin həmin otaqdakı çarpayısında yatmasından sonra da Roman Əhmədov və Zərərçəkmiş şəxslə birlikdə araq içməyə davam etmiş, saat təxminən 15 radələrində Zərərçəkmiş şəxs və Roman Əhmədovun arasında spirtli içkinin təsiri altında sözləri düz gəlmədiyinə görə yaranmış mübahisə zamanı sonuncunun yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə, ardınca cibindən çıxartdığı bıçaqla onun qarın nahiyəsinə bir neçə dəfə vurmasından sonra Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsində həmin anda Roman Əhmədovla birgə iştirak etmək qərarına gələrək bu niyyətlə yeyib-içdikləri masanın üzərində olan, Zərərçəkmiş şəxs məxsus olmuş açılıb-qatlanan cib bıçağını alıb onun qarın nahiyəsinə iki dəfə vurmuş, daha sonra isə Roman Əhmədovun bıçaqla Zərərçəkmiş şəxs ürək nahiyəsinə bir dəfə vurması, əli ilə itələyib döşəməyə yerə yıxması, sonra isə yerdən çarpayının üzərinə qaldırıb bıçaqla boğaz nahiyəsinə iki dəfə soxub, bıçağı onun boğaz nahiyəsinin içərisində fırlatması ilə X23 ilə birgə iştirak etməklə bir qrup şəxs halında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bıçaq zərbələri ilə vurub qəsdən öldürmüş, sonra isə Roman Əhmədovla birlikdə törətdiyi əməli gizlətmək məqsədi ilə Zərərçəkmiş şəxs meyitini əvvəlcə evin birinci mərtəbəsində yerləşən, təmirsiz olan, yeri torpaq səthdən ibarət məişət otağına aparıb həmin otaqda olan bel ilə torpaq səthdən ibarət yeri qazıb, Zərərçəkmiş şəxs meyitini müvəqqəti olaraq orada basdırmış, havanın qaralmasını gözləyib sonuncunun meyitini həmin evin həyət sahəsində basdırmağı qərara alıb, bu müddət ərzində Roman Əhmədov və Şahin Niftəliyevlə birlikdə evin həyət sahəsində yenidən araq spirtli içkisi qəbul etmiş, saat təxminən 20:30 radələrində Roman Əhmədovla birlikdə bel ilə həmin evin həyətində, daş hasarın yaxınlığında quyu qazmış, Roman Əhmədovun saat təxminən 22:30 radələrində oradan çıxıb öz evinə getməsindən sonra isə 14 iyun 2014-cü il tarixdə, saat təxminən 03 radələrində Şahin Niftəliyev ilə birlikdə Zərərçəkmiş şəxs meyitini, sonuncuya məxsus sellofanda olan paltarları, eləcə də 1 ədəd “Nokia” markalı içərisində iki nömrə olan mobil telefon, 1 ədəd mobil telefon qulaqcığı, 2 ədəd mobil telefon yükləyicisi, 4 ədəd alışqan, 1 ədəd dırnaqtutan, 3 ədəd şüşə qədəh, üzərinə “Золотое кольцо” sözləri yazılmış 1 ədəd araq şüşəsi, 1 ədəd kart oyununun kağız qutusu, 1 ədəd siqaret qutusunun kağızı, 1 ədəd qol saatı, 3 ədəd siqaret kötüyü, üzərində “Fanta” sözü yazılmış 0.5 litr həcmində 1 ədəd plastik içki qabı, 2 ədəd cib yaylığı, Roman Əhmədova məxsus olmuş 1 ədəd bıçaq, meyiti bükdükləri yorğan, yastıq üzləri, mələfəni həmin qazılmış yerə, meyitin üstünə atıb basdırmış, bununla da X23 ilə birgə iştirak etməklə bir qrup şəxs halında qəsdən Zərərçəkmiş şəxs öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etdiyini bildirməklə göstərdi ki, hadisə 13 iyun 2014-cü il tarixdə baş vermişdir. Hadisə baş verdiyi gün Roman Əhmədov və o Şahin Niftəliyevin yaşadığı evə qonaq getmişlər. Onlar birlikdə yemək yeyir, spirtli içki qəbul edirdilər. Daha sonra Zərərçəkmiş şəxs də Şahin Niftəliyevin yaşadığı evə gəlmiş və onlarla birlikdə spirtli içki qəbul etməyə başlamışdır. Bir az sonra Zərərçəkmiş şəxs və Roman Əhmədov arasında mübahisə yaranmışdır. O, onları sakitləşdirmişdir. Lakin, daha sonra bu mübahisə daha da gərginləşmişdir. İlk dəfə X40 Fərzəliyevi yumruqla vurmuşdur. X40 Fərzəliyevin polis orqanına şikayət edəcəyini bildirdiyi üçün o da Zərərçəkmiş şəxs qarın nahiyəsinə 2 dəfə bıçaqla zərbə endirmişdir. Daha sonra Roman Əhmədov bıçaqla zərərçəkmiş şəxsin boğazını deşmişdir. Zərərçəkmiş şəxs Şahin Niftəliyevin yaşadığı evin həyətində, sanitar qovşağının yanında basdırmışlar. X31 Əhmədova heç bir zərbə endirməmişdir. Zərərçəkmiş şəxs öldürməkdə heç bir məqsədi olmamışdır. 2022-ci ilin sentyabr ayında könüllü olaraq gəlib təslim olmuşdur. Şahin Niftəliyevin yaşadığı evin həyətində Zərərçəkmiş şəxs basdırdıqları yeri qazdıqda, oradan zərərçəkmiş şəxsə məxsus sümüklər aşkar edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən o, heç vaxt ailə həyatı qurmamış, övladı olmamışdır. Fərdi qaydada fəhlə işləmişdir. Əvvəllər müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 221-ci maddələri ilə məhkum olunaraq azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, sonuncu dəfə isə təxminən 2013-cü ildə çəkdiyi cəzası başa çatmışdır. Mərhum Zərərçəkmiş şəxs mərhum dostu X7 vasitəsi ilə tanımış, o, Şahin Niftəliyevin dostu olmuşdur. X32 şəhəri, T.İsmayılov küçəsi, ev 75 ünvanında yerləşən evində tək yaşamışdır. Özü və mərhum dostu X23 tez-tez onun evinə gedib yeyib-içmişlər, spirtli içkilər qəbul etmişlər. Hər dəfə yeyib-içmək üçün lazım olan ərzaq məhsullarını və araq spirtli içkisini almaq məqsədi ilə hər biri müəyyən qədər pill atlb məhsulları bu pulla almışlar. Demək olar ki, hər gün spirtli içki qəbul etmişlər. Şahinin evinə getdiyi vaxtlarda mərhum Zərərçəkmiş şəxs onun evində İki dəfə, birinci dəfə 2014-cü ilin iyun ayının əvvəllərində, ikinci dəfə isə 13 iyun 2014-cü il tarixdə görmüşdür. Bundan başqa, Mahirlə tanışlığı olmamışdır. Mahiri hər iki dəfə Şahinin evində gördüyü vaxtlarda yanlarında mərhum dostları Şahin Niftəliyev və Roman Əhmədov olmuşlar. Mahiri birinci dəfə gördüyü vaxt aralarında heç bir söz-söhbət, mübahisə, dava-dalaş olmamışdır. 13 iyun 2014-cü il tarixdə, saat təxminən 09 radələrində mərhum dostu Roman Əhmədov ilə Qusar şəhər Bazarı ərazisində gəzişmişlər, orada kafelərin birində əyləşib çay içmişlər. Sonra isə yeyib-içmək üçün mərhum dostları Şahin Niftəliyevin evinə getmək qərarına gəldiklərindən, bazar ərazisində mağazaların birindən 0,5 litr həcmində iki ədəd araq spirtli içkisi, pendir, çörək və ayran alıb sonra isə Şahinin yaşadığı ünvan 2 ünvanında yerləşən evinə getmişlər. Həmin gün, saat təxminən 10 radələrində Roman ilə birlikdə Şahinin evinə gedib ikinci mərtəbədə yerləşən, Şahinin yataq otağında əyləşmişlər. Əyləşdikləri otaqda qaz sobası, televizor, iki ədəd stol, iki ədəd stul, bir ədəd çarpayı və əlavə bir ədəd uşaq çarpayısı olmuşdur. Stolların birinin üzərində televizor olmuş, digər stolun üzərində isə yeyib-içmək üçün süfrə açmışlar. Özü, Roman və Şahin orada əyləşib yemək yeyib, araq spirtli içkisini içmişlər. Həmin gün, saat təxminən 11:30 radələrində Zərərçəkmiş şəxs də ora gəlmişdir. Bildiyi qədər, o fəhlə işləmiş, dediyinə görə ora da elə işdən gəlmişdir. Mahir gələn zaman aldıqları araqlardan birini içib qurtarmışlar, digərinin içərisində isə yarı hissəsindən az qalmışdır. Mahir də onlarla birlikdə əyləşib araq içməyə başlamışdır. Araq şüşəsinin içərisində az qaldığı üçün Zərərçəkmiş şəxs ilə birlikdə mağazaya getməli olmuşdur. Üstündə pul olmadığı üçün Romandan pul almış, Mahir də bu pulun üstünü düzəltmişdir. Özü və Mahir Şahinin evinin yaxınlığında yerləşən, Qusar şəhər sakini Nadir adlı şəxsin işlətdiyi ərzaq mağazasına gedib oradan 0,5 litr həcmində üç ədəd araq spirtli içkisi, üzüm, balıq konservası, çörək, siqaret almışlar, sonra isə yenidən Şahinin evinə qayıtmışlar. Şahin, Mahir və Roman ilə birlikdə evin ikinci mərtəbəsindəki yataq otağında əyləşib yeyib-içmişlər. Araq butulkalarının biri qurtarmış, ikincisinin içərisində az qalmışdır. Spirtli içki qəbul etməklə sərxoş vəziyyətdə olmuşlar. Evdə özü, Roman, Şahin və Mahirdən başqa heç kəs olmamışdır. Şahin içib kefləndiyi üçün özü otaqdakı çarpayısında uzanıb yatmış, özü, Roman və Mahir araq içməyə davam etmişlər. Özü və Roman masanın arxasında olan stullarda, Mahir isə Şahinin yatdığı çarpayının aşağı hissəsində əyləşmişdir. Özü, Roman və Mahir üçüncü araq butulkasını içməyə başlamışlar. Həmin vaxt televizoru da açmışlar, diqqəti televizorda olmuşdur. Saat təxminən 15 radələrində birdən görmüşdür ki, Roman və Mahir bir-biriləri ilə hazırda xatırlamadığı adi bir şey üstündə mübahisə etməyə başlamışlar, sözləri çəp gəlmişdir. Özü də içkili olduğu üçün, həmçinin televizora baxdığından onların mübahisələrinin nə üstündə yarandığını, mübahisənin, dalaşmanın təşəbbüskarının kim olduğunu xatırlaya bilməmişdir. Roman və Mahirin arasındakı mübahisə zamanı Roman yumruq zərbəsi ilə Mahirin sifət nahiyəsinə bir dəfə vurmuş, həmin vaxt oturaq vəziyyətdə olmuşlar. Romanın yumruq zərbəsinin təsirindən Mahir arxa tərəfə, yəni əyləşdiyi çarpayının üzərinə yıxılmış, sonra ayağa qalxıb Romanın üzərinə gedərək masanın üstündəki araq butulkasını götürmək istəmiş, bu vaxt Roman da ayağa qalxıb özünə məxsus olan, sol cibindəki bıçağı çıxardıb həmin bıçaqla Mahirin qarın nahiyəsinə bir neçə dəfə zərbə ilə vurmuş, Mahir hələ də Romanın üzərinə getmək istədikdə, özü də ayağa qalxıb Romana kömək etmək üçün masanın üzərində olan, Zərərçəkmiş şəxs məxsus açılıb-qatlanan cib bıçağını əlinə alıb həmin bıçaqla Mahirin qarın nahiyəsinə iki dəfə dalbadal zərbə vurmuş, sonra əlindəki bıçağı masanın altına atmışdır. Roman Mahirin onlardan şikayət edəcəyindən ehtiyat edərək əlindəki bıçaqla onu vurmağa davam edib “onu buraxmaq olmaz” sözünü deyib bıçaqla onun ürək nahiyəsinə bir dəfə vurub daha sonra onu itələmişdir. Mahir arxası üstə gedib başı çarpayının kənarına dəyərək yerə yıxılmışdır. Mahirin qanının yerə yayılmaması üçün Roman onu yerdən döşəmədən qaldırıb Şahin yatan çarpayının üzərinə, onun yanına uzatmış, həmin vaxt Mahir xırıldamışdır. Roman əlində olan özünə məxsus bıçaqla Mahirin boğaz nahiyəsinə bir dəfə vurmuş, bundan sonra Mahirin ayaqları Şahinə dəydiyindən yuxudan ayılmışdır. Roman əlindəki bıçaqla yenidən Mahirin boğaz nahiyəsinə vurmuş, bu ikinci zərbədə bıçağı onun boğazının içərisinə soxub fırlatmışdır. Roman Mahirin boğaz nahiyəsinə bıçaqla vuran kimi onun qanı divara sıçrayıb yayılmışdır. Artıq Mahiri öldürdüklərini, onun yaşamadığını başa düşmüşlər. Paltarları, çarpayı, mələfə, yer Mahirin qanına bulaşmış, onun qanı olduqları evdə hər tərəfə yayılmışdır. Şahin ona və Romana “siz nə eləmisiz” demiş, Roman da ona “belə oldu da” cavabını vermişdir. Bundan sonra özü və Roman öldürdükləri Mahirin meyitini yorğanın üstünə qoyub bağlamışlar, daha sonra isə müvəqqəti olaraq hələlik gizlətmək üçün evin birinci mərtəbəsində yerləşən, təmirsiz, yeri torpaqdan ibarət olan məişət otağına aparmışlar. Həmin otaqda olan bel ilə torpaq səthdən ibarət yeri qazıb Mahirin meyitini müvəqqəti olaraq orada basdırsalar da, dizləri çöldə qalmışdır. Dizlərinin görünməməsi üçün otaqda olan çarpayı başlıqları və digər əşyaları onun üzərinə atıb meyitin üstünü örtmüşlər. Həmin vaxt saat təxminən 17 radələri olduğuna görə hava qaralmamışdır. Ona görə də düşünmüşlər ki, gecəyə kimi gözləsinlər, sonra Mahirin meyitini həyət sahəsində basdırarlar, həm də o vaxta kimi evdəki qan ləkələrini təmizləyərlər. Şahin otağın qana batmış yerini və divarı təmizləmiş, özü və Romanın paltarları qana batdığı üçün əyinlərindən çıxardıb Şahinin paltarlarından geyinmişlər. Öz şalvarının bir hissəsi qana batdığı üçün köynəyini dəyişsə də, şalvarını dəyişməmiş, həmin hissəsini yumuşdur. Həyəti qazmaq üçün bel lazım olduğundan, Roman bel gətirmək üçün evinə getmişdir. Yenidən araq içmək istədikləri üçün özü Nadirin işlətdiyi mağazaya gedib oradan bir ədəd “Золотое кольцо” firmalı araq spirtli içkisini almış, özü, Roman və Şahin həyətdə tut ağacının altında əyləşib həmin arağın yarı hissəsini içmişlər. Şahinin evinin həyətində özü və Roman əyinlərindən çıxartdıqları paltarları yandırmışlar. Roman həm köynəyini, həm də şalvarını, özü isə yalnız köynəyini yandırmışdır. Şalvarını yuyub əynində saxlamış, sonradan isə həmin şalvarı bir müddət geyinib köhnəldiyi üçün atmışdır. Özü, Roman və Şahin həyətdə əyləşib yeyib-içdikdən sonra müvəqqəti olaraq evin içərisində basdırdıqları Mahirin meyitini həyətə gətirib orada basdırmalı olduqları üçün yeri qazmalı olmuşlar. Özü və Roman saat təxminən 20:30 radələrində bel ilə evin hasarının yanında, həyət sahəsindəki tualetin yaxınlığında yeri qazmağa başlamışlar. Həmin vaxt Şahin isə araq içməyə davam etmişdir. Təxminən bir saat yarım müddətinə yeri qazdıqdan sonra yenidən həyətdə əyləşib araq içmişlər. Bundan sonra Mahirin meyitini evin içərisindən gətirib qazdıqları yerdə basdırmalı olmuşlar. Saat təxminən 22:30 radələrində Roman bir müddət sonra evə gedib geri qayıdacağını deyib oradan çıxıb getmiş, gedərkən də Mahirə məxsus olmuş, özünün onu vurduğu bıçağı da götürmüş, bu bıçağı yuyub yadigar saxlayacağını demişdir. Roman qayıdacağını deyib getdikdən sonra özü və Şahin onu bir neçə saat gözləsələr də, gəlmədiyinə görə 13 iyun 2014-cü il tarixdən 14 iyun 2014-cü il tarixə keçən gecə, saat təxminən 03 radələrində özü və X33 Fərzəliyevin meyitini evin içərisindəki məişət otağından çıxardıb həyətdə qazdıqları yerə aparıb orada torpağın altında basdırmışlar. Onun meyitinin üzərinə sellofanda gətirdiyi paltarlarını, mobil telefonunu, mobil telefon yükleyicisini, Roman Əhmədovun ona xəsarətlər yetirdiyi, özünə məxsus bıçağı, onu bükdükləri yorğan üzü, mələfəni, araq şüşəsi, qədəhləri, eləcə də dəqiq xatırlamadığı digər əşyaları atmışlar. Hər şeyi ora atmışlar ki, ortada heç bir iz qalmasın. Bundan sonra Şahin ilə köməkləşib ətrafda olan torpağı meyitin üstünə atıb örtərək gizlətmişlər. Həmin gün Şahinin evində qalmışdır. 14 iyun 2014-cü il tarixdə, saat təxminən 06:30 radələrində Roman Əhmədov yanlarına gəlib Mahirin meyitini basdırdıqları yerə baxmışdır. Həmin yerin üzərinə bir az da torpaq atıb tapdalamışdır. Bundan sonra özü və dostu Roman Əhmədov aralarında danışıb razılaşmışlar ki, Zərərçəkmiş şəxs öldürmələri, cinayət törətmələri barədə heç kimə heç nə danışmayıb bu faktı gizlədəcəklər. Şahin Niftəliyev də bu barədə heç kimə danışmayacağını demişdir. Ona görə də törətdikləri bu cinayət əməlini gizlədib heç kimə deməmişlər. Özü, Roman və Şahin yenidən həmin evdə dəfələrlə görüşüb yeyib-içərək öz həyatlarını yaşamağa davam etmişlər. Ümumiyyətlə Şahinin bu evi özləri də daxil olmaqla, alkoqolizmdən əziyyət çəkən, spirtli içki qəbul edən, tüfeyli həyat tərzi sürən insanların toplaşdığı yer olmuşdur. Mahirin yoxa çıxması, itkin düşməsi, onu görüb-görməmələri barədə onlardan soruşan da olmamışdır. Ümumiyyətlə bu illər ərzində onun harada olması barədə kiminsə soruşması barədə bir dəfə də olsun heç nə eşitməmişlər. Sonradan 2015-ci ildə isə eşitmişdir ki, X32 rayonu Yasab kənd sakini X13 tərəfindən öldürülmüşdür. Roman Əhmədov ilə də üç il olmuşdur ki, əvvəlki yaxınlıqları qalmamış, artıq əvvəlki kimi görüşməmişlər. Roman Əhmədov isə 2022-ci ilin iyul ayında xərçəng xəstəliyi səbəbindən ölmüşdür. Həmin vaxtlardan sonra Romanla əlbir olub əvvəllər törətdikləri hadisəni, yəni Zərərçəkmiş şəxs öldürmələrini tez-tez xatırlamağa və vicdan əzabı çəkməyə başlamış, özünü narahat hiss etmiş, bu fikirlə, vicdan əzabı ilə yaşaya bilmədiyi üçün belə qərara gəlmişdir ki, həmin faktı üzə çıxartsın, törətdiyi cinayət əməlini etiraf etsin. Ona görə də 10 sentyabr 2022-ci il tarixdə, saat 09 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən “023¬38-5-20-33” saylı ev telefon nömrəsindən Azərbaycan Respublikası DİN-in 102 Xidməti- zəng Mərkəzinə zəng edərək 2014-cü ildə mərhum dostu Roman Əhmədovla birlikdə törətdiyi cinayət əməlini, yəni əlbir olub Zərərçəkmiş şəxs öldürdüklərini etiraf etmişdir. Bundan sonra isə Qusar rayon Polis şöbəsinə gedib könüllü təslim olaraq törətdiyi cinayət barədə məlumat verib hər şeyi etiraf etmişdir. Mərhum dostu Roman Əhmədov ilə birlikdə Zərərçəkmiş şəxs 13 iyun 2014-cü il tarixdə, saat təxminən 15 radələrində bıçaqla bir neçə dəfə vurub öldürərkən aralarındakı mübahisə təxminən 15 dəqiqə müddətinə davam etmişdir. Həmin vaxt konkret olaraq özü ilə Zərərçəkmiş şəxs arasında hər hansı mübahisə olmamış, əvvəlcə X36 Fərzəliyev birbiriləri ilə mübahisə edib dalaşmışlar. Roman dostu olduğundan ikisi birləşib, özü də Mahiri bıçaqla vurub öldürmüşlər. İçki məclisi olduğuna görə hamısı sərxoş olduqları üçün mübahisə ciddi bir şey üstündə olmamış, adi bir şey üstündə, onların sözləri çəp gəlib mübahisə etməyə başlamışlar, içkili olub bu hadisəni törətmişlər. Zərərçəkmiş şəxs öldürmək niyyəti, fikri əvvəlcədən olmamış, onunla dostu Roman Əhmədovun arasındakı mübahisədən sonra özü də ona qoşulub bu işdə əlbir olmuşdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs Roman Əhmədova və ona müqavimət göstərmək üçün masanın üzərində olan, özünə məxsus bıçağa əl atmamışdır. O, masanın üzərindəki araq butulkasını götürmək istəsə də, özləri ona imkan verməmişlər. Həm də onun bıçağını onu vurmaq məqsədi ilə stolun üzərindən özü götürmüşdür. Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurarkən bilmişdir ki, onu öldürə bilər, lakin həmin vaxt sərxoş vəziyyətdə olub dostu Roman Əhmədova kömək etmişdir. İkisi də bıçaqla onu vurub öldürmüşlər, sonra isə onun meyitini basdırmışlar. Özünün Zərərçəkmiş şəxs vurduğu bıçaq üzəri qırmızı rəngli, açılıb-qatlanan cib bıçağı olmuşdur. Həmin bıçaq Mahirin özünə məxsus olmuş, bu bıçağı masanın üzərindən götürmüşdür. Sonra isə Roman bu bıçağı Özündə saxlamışdır. Romanın Mahiri vurduğu bıçaq isə Romanın özünə məxsus, dəstəyi çıxmış vəziyyətdə, adi bıçaq olmuşdur. Həmin bıçağı Mahirin meyitini basdırarkən üzərinə atmışlar. Hadisə vaxtı öz əynində göy rəngli cins şalvar və qara rəngli qısaqol köynək olmuşdur. Bu paltarlar cırılmamış, lakin Mahirin qanına batdığından, hadisə günü köynəyini yandırmış, şalvarını isə yuyub bir müddət geyindikdən sonra köhnəldiyi üçün atmışdır. Xatırladığı qədər, Zərərçəkmiş şəxs əynində üzərində qara damalar olan, ağımtıl rəngli köynək və rəngini dəqiq xatırlamadığı idman şalvarı olmuş, meyitini basdırarkən də paltarlar əynində qalmışdır. Paltarlarında qan ləkələri olmuşdur. Həmçinin onun sellofanında dəqiq xatırlamadığı başqa paltarları da olmuşdur. Bu paltarları onun meyitini basdırarkən üstünə atıb örtmüşlər. Roman Əhmədovun əynində göy rəngli cins şalvar və rəngini xatırlamadığı qısaqol köynək olmuş, qana batdığından həmin paltarlarım da yandırmışdır. Şahin Niftəliyevin əynindəki paltarları isə xatırlaya bilməmişdir. Özü və X36 Fərzəliyevin arasındakı mübahisəni, onu bıçaqla vurub öldürmələrini qonşulardan və ya digər şəxslərdən görüb-eşidən olmamışdır. Roman Əhmədovla birlikdə törətdiyi bu cinayət əməlini etiraf etməyi əvvəllər, yəni 2015-ci ilin sonlarında Şahin Niftəliyev öldürüldükdən sonra düşünsə də, lakin Roman ona ailəsinin olduğunu, bu barədə kiməsə danışıb cinayətlərini üzə çıxartmamasını dediyinə görə də bu cinayəti gizlətmişlər, hüquq-mühafizə orqanlarına, eləcə də hər hansı şəxsə bu barədə məlumat verməmişlər. Roman 2022-ci ilin iyul ayında öldükdən sonra isə yenidən bunları fikirləşməyə başlayıb vicdan əzabı çəkdiyi üçün Azərbaycan Respublikası DİN-in 102 Xidməti-zəng Mərkəzinə zəng edərək hər şeyi etiraf etmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olmuşdur. (Cild 1, iş vərəqləri 155-161) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Hadisə barədə polis əməkdaşlarından məlumat almışdır. Zərərçəkmiş şəxs uzun müddət xəbər almadıqda, onun barəsində polis orqanına müraciət etməmişlər. Çünki, Zərərçəkmiş şəxs çox vaxt spirtli içki qəbul edirdi və onunla tez-tez görüşmürdülər. Onu sonuncu dəfə 09 may 2013cü il tarixdə yeznəsi rəhmətə getdiyi zaman onun yas mərasimində görmüşdür. O, işdə olarkən polis əməkdaşları ona zəng edərək, qardaşı Zərərçəkmiş şəxs sümüklərinin aşkar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində bildirmişdir ki, hadisənin birbaşa şahidi olmamış və ölüm hadisəsi barədə sonradan öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şahin Niftəliyev onun qardaşı, Bahaddin Niftəliyev də onun oğludur. Bir gün qardaşı oğlu Bahaddin Niftəliyev ona mobil telefon vasitəsilə zəng edərək, polis əməkdaşlarının evə gəldiyini bildirmişdir. O, dərhal mərhum X21in əvvəllər yaşadığı evə getmişdir. Oraya getdikdə polis əməkdaşları evin həyətində qazıntı işləri aparmağa başlamışlar. Bunun səbəbini soruşduqda, ölüm hadisəsinin baş verdiyini bildirmişlər. Təbii ki, o inanmamışdır. Evin həyətini qazdıqdan sonra orada sümüklər aşkar etmişlər. Sümüklərin aşkar edildiyi yer Şahin Niftəliyevin əvvəllər yaşadığı evin həyəti idi. X21 bıçaqlanaraq həyatdan məhrum edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, o, hadisənin birbaşa şahidi olmamışdır. Oğlu Təqsirləndirilən şəxs spirtli içki qəbul etməyə vərdiş etdirmişlər. Onu tez-tez spirtli içki qəbul etməyə çağırırdılar. Hadisə baş verdiyi gün Roman Əhmədov yenə oğlu Təqsirləndirilən şəxs spirtli içki qəbul etməyə çağırmış, Təqsirləndirilən şəxs bunu qəbul etməmiş və onu qapıdan qovmuşdur. Lakin, Roman Əhmədov əl çəkməyərək, Təqsirləndirilən şəxs təkidlə spirtli içki qəbul etməyə aparmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs vəziyyəti pisləşməyə başlamışdı. Yuxularını qarışdırır, gözünə kimlərsə görünürdü. Onu nevropatoloq yanına aparmaq istəmiş, lakin o, bunu qəbul etməmişdir. Təqsirləndirilən şəxs həkim vasitəsilə düzəlməyəcəyini demiş və baş verənləri ona danışmışdır. X40 Fərzəliyevi bıçaqla vurmuş, həmin vaxt Şahin Niftəliyev yatmış və hadisədən xəbəri olmamışdır. X14 Nazirovu da hədələyərək, kömək etməyəcəyi halda, onun da aqibətinin Zərərçəkmiş şəxs kimi olacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı idi. Onunla tez-tez görüşmürdülər. Zərərçəkmiş şəxslə sonuncu dəfə o, itkin düşməzdən 2 il əvvəl görüşmüşdür. İşdən evə qayıtdıqdan sonra öyrənmişdir ki, Zərərçəkmiş şəxs basdırıblar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 1987-ci ildə Qusar şəhər sakini Telvira Niftəliyeva ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladları vardır. X2 arvadı Telviranın qardaşı olmuş, ünvan 2 ünvanında yerləşən ata evlərində tək yaşamışdır. O, mütəmadi spirtli içki aludəçisi olduğundan, özü isə müəllim vəzifəsində işlədiyindən onunla yaxın münasibət saxlamamışdır. Qohum kimi dəfələrlə onu düz yola çəkmək, yəni spirtli içkilərdən uzaqlaşdırmaq və özünə yaşayış qurmasına çalışsa da, lakin bu səyləri alınmamışdır. Şahin yenə mütəmadi spirtli içkilər qəbul edib tək yaşamağa davam etmiş, ətrafında isə özü kimi spirtli içki aludəçiləri olmuşlar, mütəmadi olaraq onun yaşadığı evə toplaşmışlar. İlk vaxtlar mərhum qayınatası Qəzənfər Niftəliyevin bu evdə yaşadığı vaxtlarda ora gedib-gəlmişdir. Şahinin pis vərdişlərinə görə qayınatasıgil həmin evdən çıxdıqdan sonra isə daha ora gedib-gəlməmişdir. Qusar şəhər sakinləri Təqsirləndirilən şəxs, Roman Əhmədov və Zərərçəkmiş şəxs adlı şəxslər ilə arasında isə heç bir tanışlıq əlaqələri olmamışdır. 10 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında mən şəhərində yolda olan zaman qaynı Şahid5 onun mobil telefon nömrəsinə zəng edərək ünvan 2 ünvanında yerləşən ata evlərinin həyət sahəsində meyit tapıldığını bildirmişdir. Həmin vaxt nə baş verdiyini tam dəqiq bilməmiş, gözləmişdir ki, Sahib məsələni aydınlaşdırsın, sonra onunla əlaqə saxlayıb maraqlanar, həm də onların ata evlərinə gedib baxar. Sahib ona məlumat verdikdən təxminən 30 dəqiqə sonra onların ata evlərinə getmiş, bu vaxt orada olan qaynı Sahibin və ora toplaşan qonşuların sözlərindən eşidib bilmişdir ki,Qusar şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs Qusar rayon polis şöbəsinə müraciət edib 2014-cü ildə X23 adlı şəxs ilə birlikdə qaynı Şahin Niftəliyevin yaşadığı ata evində Zərərçəkmiş şəxs adlı şəxsi bıçaqla vurub öldürdüklərini, sonra isə Şahin ilə birlikdə onun meyitini həmin evin həyət sahəsində basdırmışlar. Bu evin həyət sahəsində qazıntı işləri aparıldıqdan sonra orada torpağın altından Zərərçəkmiş şəxs adlı şəxsin meyitinin sümükləri, paltarlar, müxtəlif əşyalar tapılmışdır. Özü daha orada çox dayanmadan çıxıb öz evinə getmiş, baş verənlər barədə arvadı Telvira Kərimxanovaya da məlumat vermişdir. Əvvəllər bu barədə məlumatı olmamış, mərhum qaynı Şahin Niftəliyev əvvəllər ona bu barədə heç nə danışmamışdır. Onun spirtli içki aludəçisi olması və yaşayışına fikir verməməsi səbəbindən ümumiyyətlə aralarında yaxınlıq, səmimiyyət olmamışdır. Ona görə də onun kimlərlə dostluq, yaxınlıq münasibətlərində olması və barəsində digər məlumatları bilməmişdir. (Cild 3, iş vərəqləri 1-5) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi qaydada tikinti işlərində fəhləlik edib özünü dolandırır. Əvvəllər mütəmadi spirtli içkilər qəbul etmiş, lakin təxminən 2-3 il olar bu pis vərdişini tərgitmişdir. Artıq arabir, ağır fiziki işlər gördüyü vaxtlarda araq spirtli içkisi qəbul edirdi. Mərhum Zərərçəkmiş şəxs qardaşı olmuşdur. Mərhum atası X1 İki rəsmi arvadı olmuşdur. Onlardan biri öz anası X8 olmuş, 12 noyabr 1972-ci il tarixdə vəfat etdikdən sonra isə atası Qərib mərhum X10 ilə ailə həyatı qurmuşdur. Atası Qəriblə anası Əsvətin birgə nikahlarından 6 oğlan, 3 qız övladları olmuş, yəni özünün Tərlan, Fikrət, Vaqif, İbrahimxəlil, İsmayıl adlarında 5 doğma qardaşı, Narıngül, Səringül və Qızılgül adlarında 3 doğma bacısı olmuşdur. Böyük qardaşı X27 şəhərində ailəsi ilə birlikdə yaşamış, 24 sentyabr 2018-ci il tarixdə xərçəng xəstəliyi səbəbindən vəfat etmişdir. Digər qardaşı X34 rayonu Digah kəndində tək yaşayır. X5 ailəsi ilə birlikdə Qusar şəhərində, X4 Respublikasında, İsmayıl Fərzəliyev isə Rusiya Federasiyasında yaşayır. Bacılarının üçü də ailə həyatı qurub köçmüşlər. X28 şəhərində, Səringül Rusiya Federasiyasında, X29 Respublikasında yaşayır. Anası Əsvət öldükdən sonra atası Qəribin ailə həyatı qurduğu X10 ilə birgə nikahlarından Mahir adlı bir Övladları olmuşdur. Zərərçəkmiş şəxs ilə çox da yaxın münasibətləri olmamış, bir-birilərinin evlərinə gedib-gəlməmişlər. Sonradan Mahirin anası Həbibə dünyasını dəyişmişdir. Mahir 2005-ci ildə Quba rayonu Alpan kəndindən olan X16 ilə ailə həyatı qursa da, lakin Övladları olmamışdır. Həmin vaxtlarda Mahir, arvadı Şəhla və atası Qərib birlikdə ünvan 3 ünvanında yerləşən ata evlərində yaşamışlar. Mahiri sonuncu dəfə həmin vaxtlarda görmüşdür. Aralarında yaxınlıq olmadığı üçün bundan sonra isə onu bir daha görməmişdir. Atası Qərib öldükdən sonra isə Mahir tək qalmışdır. Həmin vaxtlarda Mahir bir müddət mərhum qardaşı Tərlanın evində qalmış, sonra isə onlar da bir-biriləri ilə yola getmədikləri üçün Tərlan onu evdən qovmuşdur. Mahir mütəmadi spirtli içki aludəçisi olmaqla tüfeyli həyat tərzi keçirmiş, arabir fərdi qaydada fəhləlik etmişdir. Onunla əlaqəsi qalmadığı üçün konkret olaraq harada yaşaması, kimlərlə əlaqə saxlaması barədə dəqiq məlumatı olmamışdır. Həmçinin mərhum qardaşı Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduqda hərəkətlərinə fikir verməmiş, söyüşlər söymüşdür. Xatırladığına görə mərhum qardaşı Zərərçəkmiş şəxs sonuncu dəfə təxminən 2005-ci ildə Şəhla Şirinova ilə ailə həyatı quran zaman görmüş, bundan sonra onu bir də görməmişdir. Təxminən 10 il əvvəl isə mərhum qardaşı Tərlan Fərzəliyev ilə onun evində görüşüb söhbət edən zaman ona bildirmişdir ki, Mahir Qusar rayonu Sudur kəndi ərazisində çobanlıq edir. Daha onun görmədiyinə görə, eləcə də mobil telefon əlaqələri olmadığı üçün həmin vaxtlarda konkret olaraq harada olması, nə işlə məşğul olması barədə məlumatı olmamışdır. Bundan sonra ondan heç bir xəbər çıxmamışdır. Özünə maraqlı olmadığı üçün onu axtarmamış, hüquq-mühafizə orqanlarına da müraciət etməmişdir. 10 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında qardaşı Vaqif Fərzəliyev və onun oğlundan eşidib bilmişdir ki, 13 iyun 2014-cü il tarixdə Təqsirləndirilən şəxs və Roman Əhmədov adlı şəxslər Şahin Niftəliyev adlı şəxsə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə yeyib-içmişlər, sonra isə mübahisələri düşərək bıçaqla onu vurub öldürmüşlər, sonra da həmin evin həyət sahəsində onu basdırmışlar, qardaşını öldürənlərdən Təqsirləndirilən şəxs adlı şəxs özü Qusar rayon Polis şöbəsinə gedib bunu etiraf etmişdir. Həmin evin həyət sahəsində qazıntı işləri aparılarkən oradan qardaşı Zərərçəkmiş şəxs meyitinin sümük qalıqları, həmçinin müxtəlif əşyalar, eləcə də mobil telefon yükləyicisi tapılmışdır. Özü əvvəllər Təqsirləndirilən şəxs, Roman Əhmədov və Şahin Niftəliyev adlı şəxsləri ümumiyyətlə tanımamış, görməmişdir. Mərhum qardaşı Zərərçəkmiş şəxs əvvəllər ona Təqsirləndirilən şəxs, Roman Əhmədov və Şahin Niftəliyevin adlarını çəkməmiş, onlar barədə nə isə deməmişdir. Mərhum qardaşı ilə yaxınlığı, bir-birilərinin evinə gediş-gəlişləri olmadığı üçün onun kiminlə yaxınlıq, dostluq etməsi barədə məlumatı olmamışdır. (Cild 2, iş vərəqləri 63- 69) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin bıçağı dəstəyinin, tiyəsinin formasına və ölçülərinə, xüsusilə də hadisə vaxtı dəstəyinin sınaraq çıxmış vəziyyətdə olmasına görə tanımış və həmin bıçağın mərhum X17 13 iyun 2014-cü il tarixdə, saat təxminən 15 radələrində Zərərçəkmiş şəxs zərbələr yetirərək onu öldürmələrində istifadə etdiyi, sonra hadisə yerində onunla və X7 ilə birlikdə Zərərçəkmiş şəxs meyitini basdırarkən üzərinə atıb üstünü torpaqla örtdükləri bıçaq olduğunu bildirmişdir. (Cild 3, iş vərəqləri 97-99) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, “MTE və PA” Birliyinin Qusar rayon şöbəsinin meyitxanasına təqdim edilmiş paketi açdıqda çoxlu sayda tam çılpaqlaşmış sümük və sümük fraqmentləri aşkar edilmişdir. Həmin sümükləri təşrih masanın üzərində anatomik yerləşməsinə görə düzdükdə kəllə sümüklərinin (qazıntı işləri aparılarkən) tamlığı pozularaq bir neçə yerdən sınmışdır. Digər sümükləri tam düzülərək skelet formalaşmışdır. Skeletləşmiş meyit qalıqları bir insan meyitinə məxsusdur. Həmin sümüklərdə makroskopik olaraq kəllə sümüklərindən başqa digər hər hansı bir zədələnmə (xəsarət) aşkar edilməmişdir. (Cild 2, iş vərəqləri 127-130) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-cİ il tarixli, 2988 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onda hər hansı psixi xəstəliyin simulyasiyası müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Onda hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. O, cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs laqeydlik, situativlik, özünəməxsus mövqe və prinsipə məxsus olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur. (Cild 2, iş vərəqləri 169-196) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 597/2022-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunan ağ şalvar, qara şalvar, uzunqollu, göy naxışlı, «SOCCER» etiketli qara köynək, idman şalvarı, «BOSS» yazılı etiketli qısaqol köynək, ağ rəngli, qara zolaqlı, «Morris» etiketli köynək, trusik, 01 cüt corab, yaşıl rəngli mələfə, göy naxışlı ağ mələfə, yastıq üzü, ağ rəngli köynək hissələri, üflənmiş qara şalvar hissəsi, «Fanta» butulkası, 03 ədəd araq stəkanı, “NOKİA” markalı cib telefonu üzərində çox zəif intensivlikdə qan izləri aşkar olunmuşdur. Bu qan ləkələrində zülal denaturasiyaya uğradığından onun növünü təyin etmək mümkün olmamışdır. (Cild 2, iş vərəqləri 197-206) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 486-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sümük obyektləri insan skelet sümüklərinə aid olub bir şəxsə mənsubdurlar. Bu insan skelet sümükləri kişi cinsinə mənsub skeletə aid olub, onların mənsub olduğu şəxsin yaşı təxminən 35-45 yaş ilinin hüdudları daxilində, boyun hündürlüyü İsə 169-175 sm hüdudları daxilində ola bilərdi. Təqdim edilmiş insan skelet sümüklərinə aid olan kəllə skeletini, üz skeletini və əsasını təşkil edən ffaqmetlərində, bir neçə (üç ədəd) fəqərələrin arxa çıxıntılarında kənari defektlər-zədələr, üç sağ qabırğanın döş uclarına yaxın hissədə kənari zədələr və bir neçə qabırğaların müxtəlif yerlərdə tam və natamam sınıqlar aşkar olunmuşdur. Bütün bu zədələr küt yaranma mexanizminə malik olub, əmələ gəlmə müddətinə görə təzədirlər, küt qüvvənin təsiri nəticəsində, ola bilsin, skelet sümüklərinin torpaqdan (tapıldığı yerdən) çıxarılması zamanı əmələ gələ bilərdi. Skelet sümüklərinin üzərində aşkar edilmiş digər dəyişikliklərin (xüsusən, aşınma əlamətləri ilə müşayiət olunan kiçik ölçülü defektlər) xarakterinə görə, eləcə də, skelet sümüklərinin ümumi vəziyyətinə və tapılma şəraitinə istinadən demək olar ki, bu dəyişikliklər sümüklərin uzun müddət ərzində torpaqda qalması nəticəsində (müxtəlif təbii fiziki faktorların və ətraf mühitin təsirinə məruz qalmaları səbəbindən) əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş skelet sümüklərində, yuxarıda göstərilən fonda hər hansı bir əhəmiyyət kəsb edən zədələr və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş kişi cinsinə məxsus skelet sümüklərinin tam skeletləşmiş vəziyyətində aşkar olduğu və üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə və zədə izləri aşkar olunmadığı üçün, onların mənsub olduğu şəxsin ölümünün vaxtı və ölümün səbəbi haqqında fikir söyləmək mümkün deyil. Lakin bu insan skelet sümüklərinin vəziyyəti, onların üzərində aşkar olunmuş morfoloji əlamətləri, onların tapılma şəraiti və elmi vəsaitlərdəki məlumatlara əsasən demək olar ki, bu insan skelet sümüklərinin torpaqda qalma müddəti 5-10 il müddətə uyğun gələ bilərdi. Ekspertizaya təqdim edilmiş qara-ağımtıl rəngli, iri dama-dama naxışlan olan uzunqol köynəyin ön səthində sağda 01 ədəd, ön sol sərbəst kənarında 02 ədəd (kənari), ön səthində sağda 01 ədəd, ön səthində solda 02 ədəd və qara rəngli qısaqol köynəyin arxa səthinin sol aşağı nahiyəsində 10 ədəd (müxtəlif ölçülü) dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, iti ucu, küpü və kafi itilikdə olan ülgücü olan deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş qara-ağımtıl rəngli, iri dama-dama naxışları olan uzunqol köynəyin ön səthində solda 01 ədəd və sol qolunun arxa səthində 01 ədəd, bozumtul-ağımtıl rəngli şalvarın arxa səthinin sol yuxarı nahiyəsində 01 ədəd kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr iti kənarı olan hər hansı bir alətin (əşyanın) təsirindən törənə bilərdi. Yuxarıda göstərilən paltarların (qaraağımtıl rəngli, iri dama-dama naxışları olan uzunqol köynək, qara rəngli qısaqol köynək və bozumtul-ağımtıl rəngli şalvar) üzərində aşkar edilmiş kəsilmiş və deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçaqla və ya eyni xüsusiyyətə malik digər bıçaqla (bıçaqlarla) törənməsinin mümkünlüyü istisna edilmir. Ekspertizaya təqdim edilmiş yorğan üzünün bir səth üzərində 03 ədəd, əks səthində isə 01 ədəd zədələr aşkar olunmuşdur. Bu zədələr küt yaranma mexanizminə malik olub cırılma zədələridir, yorğan üzünün müvafiq nahiyələrinin hər hansı bir əşyanın (əşyaların) ilişib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş ağımtıl rəngli, üzərində şaquli nazik, qara rəngli zolaqları olan uzunqol köynəyinin sol qolun aşağı hissəsində xətti zədə ilə müşayiət olunun köndələn tam defekti vardır. Bu zədələr küt yaranma mexanizminə malik olub cırılma zədələridir, köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş qara-ağımtıl rəngli, iri dama-dama naxışları olan uzunqol köynəkdə üç ədəd düymənin (yuxarıdan saymaqla 3-5ci düymə) öz yerində olmaması aşkar olunmuşdur. Bu düymələrin öz yerində olmaması köynəyin müvafiq nahiyəsinə (yaxasına) küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş qara-ağımtıl rəngli, iri dama-dama naxışları olan uzunqol köynəyin sol qolun aşağı hissəsində bir ədəd cırılma xarakterli zədə vardır. Bu zədə küt yaranma mexanizminə malikdir, köynəyin müvafiq nahiyəsinin dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş qara rəngli idman şalvarının ön səthinin sağ aşağı nahiyəsində bir ədəd və ön səthində solda bir ədəd zədə vardır. Bu zədələr küt yaranma mexanizminə malik olub cırılma zədələridir, şalvarın müvafiq nahiyələrinin hər hansı bir əşyanın (əşyaların) ilişib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş 08 ədəd köynək fraqmentlərinin bir geyim əşyaya (bir köynək) aid edilməsi istisna edilmir. Bu fraqmentlər çürümə prosesinə görə, müvafiq fabrik tikişlər üzrə bir-birindən ayrılmışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. (Cild 2, iş vərəqləri 225-235) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/689R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bud sümüyü, 04 ədəd ayaq daraq sümüyü və 03 ədəd diş nümunəsi kişi cinsindən olan şəxsə məxsusdur, həmin kişi cinsindən olan şəxs ilə X6 arasında ata xətti üzrə bioloji qohumluq (bioloji qardaş) əlaqəsi mövcuddur. (Cild 2, iş vərəqləri 207-215) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, PHŞ/6.54-2-2022- 297 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə “Alkoqolun toksiki təsiri” ilə “Qusar RMX” PHŞ-nin X42 Bölməsinə (Acil) müraciət etmişdir. (Cild 2, iş vərəqləri 164-168) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Qusar rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 149-19916-1222 saylı məktubuna Təqsirləndirilən şəxs barəsində əlavə edilmiş materiallardan görünür ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2018-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar, Azərbaycan Respublikası İXM-nin 510- cu maddəsi ilə xx.xx.2021 -ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. (Cild 2, iş vərəqləri 6-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Qusar RPŞ-nin xx.xx.2022-ci il tarixli, 149-20312-1222 saylı məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nİn 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə Qusar rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 01 il islah işləri cəzasına məhkum edilmişdir. (Cild 2, iş vərəqləri 76) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə cərimə cəzasına məhkum edilmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli, 1(029)-126/2008 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 2, iş vərəqləri 32- 62) Azərbaycan Respublikası CM-nin 83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmə qeyd edri ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən 20 iyun 2014-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza tətbiq edilməlidir. Belə ki, ittihama əsasən təqsirləndirilən şəxsə itinad edilən cinayət əməli 13 iyun 2014-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 30 may 2014-cü il tarixli № 975-İVQD №-li Azərbaycan Respublikası Qanunun 12-ci bəndinə əsasən, həmin Məcəllənin 120.2-ci maddəsininin sanksiyasında “on iki ildən on beş ilə” sözləri “on dörd ildən iyirmi ilə” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə əsasən qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. 30 may 2014-cü il tarixli № 975-İVQD №-li Azərbaycan Respublikası Qanununu 20 iyun 2014-cü il tarixdə “Azərbaycan” qazetində dərc edilmişdir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 142-174) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 10 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Qusar rayon prokurorluğunda saxlanılan ağımtıl-qara rəngli, dördkünc damalı, etiketində “SOCCER” yazılan, uzunqol üzəri düyməli köynək, ağımtıl rəngli, qara zolaqlı boyun hissəsində “Morris” etiketli uzunqol köynək, qara rəngli bel hissəsində “Regass” yazılan şalvar, ağımtıl rəngli şalvar, çürümüş vəziyyətdə olan paltar hissələri, qaramtıl rəngli, sol ayaq hissəsində “Nike” yazılan idman şalvarı, qara rəngli,”Margo” yazılı trusik, 01 ədəd mətbəx bıçağı, qara rəngli 1 cüt corab, qara rəngli “BOSS” etiketli qısaqol köynək, yaşılımtıl rəngli yorğan üzü, göyümtül rəngli yastıq üzü, boz rəngli üzərində göy naxışlı mələfə, 04 ədəd alışqan, 01 ədəd dırnaqtutan, 03 ədəd şüşə qədəh, 01 ədəd araq şüşəsi, 01 ədəd kağız qutu, 01 ədəd siqaret qutusu kağızı, 03 ədəd siqaret kötüyü, plastik qab, 02 ədəd cib yaylığı, 05 ədəd sellofan torpaq nümunələri, yararsız vəziyyətdə olan 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd qulaqcıq, 02 ədəd mobil telefon yükləyicisi və 01 ədəd qol saatı məhv edilməlidir. Skeletlənmiş sümük hissələrinin zərərşəkmiş şəxsin hüquqi varisinə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Qusar rayon prokurorluğunda saxlanılan ağımtıl-qara rəngli uzunqol üzəri düyməli köynək, ağımtıl rəngli, qara zolaqlı uzunqol köynək, qara rəngli şalvar, ağımtıl rəngli şalvar, çürümüş vəziyyətdə olan paltar hissələri, qaramtıl rəngli idman şalvarı, qara rəngli yazılı trusik, 01 ədəd mətbəx bıçağı, qara rəngli 1 cüt corab, qara rəngli “BOSS” etiketli qısaqol köynək, yaşılımtıl rəngli yorğan üzü, göyümtül rəngli yastıq üzü, boz rəngli üzərində göy naxışlı mələfə, 04 ədəd alışqan, 01 ədəd dırnaqtutan, 03 ədəd şüşə qədəh, 01 ədəd araq şüşəsi, 01 ədəd kağız qutu, 01 ədəd siqaret qutusu kağızı, 03 ədəd siqaret kötüyü, plastik qab, 02 ədəd cib yaylığı, 05 ədəd sellofan torpaq nümunələri, yararsız vəziyyətdə olan 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd qulaqcıq, 02 ədəd mobil telefon yükləyicisi və 01 ədəd qol saatı məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar