Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-77/2025 11.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2ı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1987-ci il tarixdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan guya 2023-cü ilin avqust ayında Davud adlı dostunun Günel adlı qızına qarşı Zərərçəkmiş şəxs1 tərəfindən əxlaqsız hərəkətlərə yol verildiyini bəhanə edib sonuncunu cəzalandırmaq qərarına gəlmiş və bu məqsədlə 28 yanvar 2024-cü il tarixdə təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisindəki orta məktəbdən 30 metr məsafədə şimal-şərq istiqamətində yerləşən fərdi yaşayış evinə mənzildə yaşayanlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iradəsi ziddinə mətbəx otağının pəncərəsindən qanunsuz daxil olaraq yataq otağındakı kreslonun arxasında gizlənib Zərərçəkmiş şəxs1 gəlməsini bir qədər gözləmiş və sonuncu, evə gəlib yataq otağına daxil olduqdan sonra kreslonun arxasından çıxıb Zərərçəkmiş şəxs1 üstünə hücum edib yumruqla və hadisə yerinə özü ilə gətirdiyi tapança formasında olan alışqanla Zərərçəkmiş şəxs1 baş və sifət nahiyələrinə qəsdən bir neçə zərbə vurub zərər çəkmiş şəxsə “baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın sümüyünün dislokasiyasız xətti sınığı" kimi sağlamlığa ağır zərər vuran, “təpə, alın və sol almacıq nahiyələrinin kəsilmiş-əzilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bununla da o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan zərər vurmuş, habelə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 157.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, oktyabr ayında Orxanın qayınatası Şahid2 tanışlığı vasitəsilə Orxangilin evində usta işləmişdir. Avqustun 26-ı dostu Davudun 20 yaşlı Günel adlı qızına qarşı Zərərçəkmiş şəxs1 tərəfindən nalayiq hərəkət olmuşdur. Belə ki, Günel “Angel” adlı salonda saç ustasının yanında tələbə işləmiş, Orxan da avtomobillə həmin salonunda yanında dayanmışdır. O, maşının kimə məxsus olmasını çox araşdırmış, lakin araşdırması heç bir nəticə vermədiyi üçün artıq bu məsələni bir kənara qoymuşdur. Bu hadisədən 2 ay keçdikdən sonra Orxanın qayınatası Turab kürəkəninin evi üçün saxtexnik işlərini görən usta lazım olduğunu bildirmiş, o da tikinti üzrə mütəxəssisliyi bitirdiyi üçün elektrik işini də bacardığından Turabla razılaşaraq Orxanın evində 10-15 gün işləmişdir. Həmin evdə işləyərkən evin həyətində “Opel” markalı avtomobilin dayandığını görmüş, həmin avtomobilin Günelin olduğu salonun yanında dayandığını xatırlamış, bundan sonra Orxan barəsində araşdırma aparmağa başlamış və Orxanın arvadı ilə tanış olmuşdur. Bir gün səhər saat 11-12 radələrində işə gedərkən Orxanın arvadı Şahid5 döyülmüş vəziyyətdə ağlayaraq qarşısına çıxmışdır. Orxanın anası və iş üzrə zərər çəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs2 məktəbdə müəllim işləmiş və günorta radələrində məktəbə getmişdir. O, Bənövşədən nə üçün ağladığını soruşmuş, Bənövşə də ərinin onu döydüyünü demişdir. O, Bənövşəni sakitləşdirməyə çalışmış və bununla da söhbət bağlanmışdır. 2-3 gündən sonra Bənövşə ona yaxınlaşaraq çarəsiz olduğunu bildirmiş, o, Bənövşədən əri Orxan haqqında soruşmuş, Bənövşə də hər şeyi olduğu kimi demiş və bir neçə gün ardıcıl olaraq Bənövşə ilə söhbət etməyə davam etmişdirlər. Bir gün evin arxa tərəfində iş gördüyü zaman Bənövşə ona yaxınlaşaraq Orxanın başqa qadınlarla münasibətdə olduğu anları video çəkiliş edərək ona göstərdiyini və buna görə də öz əllərini doğradığını bildirmişdir. Həqiqətən də Bənövşənin əlləri həmin vaxt kəsik-kəsik olmuşdur. O, yenə də Bənövşəni sakitləşdirməyə çalışmışdır. Dostu Davud ondan Orxanla Günel arasında nələr olduğunu öyrənməyini xahiş etmiş, o da Orxanın arvadı Bənövşəyə hər şeyi olduğu kimi demiş və Bənövşə də bu barədə köməklik edəcəyini bildirmişdir. Bənövşə pul verərək özü üçün telefon almağını xahiş etmiş, o da Bənövşə ilə razılaşmışdır. Orxanın təpiklə Bənövşəni vurması nəticəsində o, xəsarət almış, bu hadisələrdən sonra Bənövşə çıxıb getmiş, lakin rəsmi olaraq ayrılmamışdırlar. Bir gün Bənövşə ona “Məni Bakıya apar, yoxsa, atam məni öldürəcək” və “Kaş mən əməliyyatdan Bakıdan qayıtmazdım, çünki mənim uşaqlarım Orxanın anası ilə Bakıya qızıgilə gediblər” məzmunlu mesajlar yazmış, o da Bənövşədən Orxanın evdə tək olub-olmadığını soruşduqda Orxanın evə başqa birini aparmadığı halda tək olduğunu bildirmişdir. Axşam vaxtı əlcək, parça maska və tapança götürüb Orxanın yaşadığı evə getmiş, pəncərəni açaraq evin içərisinə daxil olmuş və daha sonra pəncərəni bağlamışdır. Otaqların birində kreslonun arxa tərəfində dayanmış, Orxanın hansı radələrdə evə gəldiyini təqribi olaraq bildiyi üçün divanda oturub onu gözləmiş, daha sonra qapının səsini eşidib divanın arxa tərəfinə keçmişdir. Orxan evə gəldiyi vaxt onu görməmiş, ikinci dəfə geri dönüb işığı yandıranda onu görmüşdür. O da Orxana sakit olmağını, evə oğurluğa gəlmədiyini, məqsədinin onunla söhbət etmək olduğunu bildirmişdir. Orxan əllərini yuxarı qaldırmış, ondan əllərini niyə qaldırdığını soruşduqda Orxan nalayiq ifadələr işlətməyə və söyüş söyməyə başlamışdır. O da Orxanı yumruqla vurmuş və sonra da itələmişdir. Orxanı itələdikdən sonra onun başı akvariumun şüşəsinə dəymiş və başında kəsiklər yaranmış, akvariumdakı su yerə tökülmüşdür. Daha sonra arxaya çəkilmək istəyərkən ayağı sürəşərək yerə yıxılmış, Orxan da onun üstünə çıxmışdır. Onlar yerdə boğuşanda Orxana güc gəlib onun üstünə çıxmış və tapança ilə onun baş nayihəsinə zərbə vurmuşdur. Daha sonra isə onu yerdən qaldırıb divanda otuzdurmuş, ondan hər şeyi olduğu kimi etiraf etməyini istəmiş, Orxan isə ona pul və qızıl verməyi təklif etmiş, o, Orxana pulun və qızılın lazım olmadığını bildirmişdir. Orxan isə onun dediyi hadisələri törətmədiyini demiş, o da Orxana Bənövşənin saçından bir tük əskik olsa, yenə gəlib onunla söhbət edəcəyini bildirmişdir. Həmin vaxt Orxanın başından çox qan axdığını görmüş, ona nəsə olacağından qorxduğu üçün Orxanı arxa qapıdan çölə çıxarmış və kiminsə ona tibbi yardım göstərməyinə şərait yaratmışdır. Orxanın evində ov tüfəngi olduğu üçün bir az da ondan çəkinmiş, Orxan çıxıb getdikdən sonra təqribən 5 dəqiqə otaqda gözləmiş, sonra isə evə daxil olduğu yerdən çıxıb öz evinə getmişdir. O, paltarını dəyişdikdən sonra arvadına hər şeyi olduğu kimi məlumat vermiş, daha sonra isə polis şöbəsinə gedərək təslim olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, əvvəllər Orxanla aralarında düşmənlik və ədavət olmamışdır. O, dostu Davud və qızı Günelin anket məlumatlarını dəqiq bilmədiyini, Bənövşənin Zərərçəkmiş şəxs1 arvadı olduğunu qeyd etmişdir. O, Orxanı yumruqla bir dəfə vurmuş, bir-iki dəfə də başından vurmuşdur. Hadisə günü evə pəncərədən daxil olmuş və Orxan evdə tək olmuşdur. O, zərər çəkmiş şəxslərlə barışmağa cəhd etsə də, qarşılıq almadığını bildirmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, onun evə daxil olmaqda məqsədi sadəcə olaraq Orxanla söhbət etmək olmuşdur. Günel atası Davuda filan markalı filan nömrəli maşın barədə məlumat vermiş, o da, həmin maşını Orxanın yaşadığı evin həyətində görmüşdür. Orxan maşını salonun yanında saxlamış, Günel də salondan çıxıb gedəndə Güneli tutub maşına salmış, Günel Orxanın əlindən qaçaraq evə gedib valideynlərinə məlumat vermişdir. Davud qızı Günelin başına gələnlərlə bağlı heç kimə heç nə deməmiş, Günel nişanlı qız olduğu üçün onun adına xələl gəlməsini istəməmişdirlər. Davud ondan baş verən hadisəni araşdırmağı xahiş etmişdir. Bənövşə ona həmin vaxt Orxanın evdə olacağını demişdir. Bənövşə ona yaxınlaşmamış, Bənövşə evin həyətində ağacın küncündə ağlayan zaman o özü Bənövşənin səsini eşidərək ona yaxınlaşıb nə baş verdiyini soruşduqda, Bənövşə çıxıb getməsini istəmiş, heç nəyin baş vermədiyini demişdir. O, Bənövşəyə kömək etmək məqsədi ilə ona telefonu da, nömrəni də özü aldığını, lakin pulunu Bənövşənin verdiyini bildirmişdir. O, Günelin başına gələn hadisə ilə bağlı olaraq Orxan barəsində ətraflı məlumat verməsini Bənövşədən xahiş etmişdir. Orxan səhər çıxıb axşam evə gəldiyi üçün və Orxan gələn vaxt artıq işini yekunlaşdırıb evə getdiyi üçün onu evdə işləyərkən görməmişdir. O, Orxana ilk zərbə olaraq yumruq vurmuş, Orxan yerdə onun üstünə yıxılanda akvariumdakı şüşəyə dəydiyi üçün başında kəsiklər yaranmışdır. O, Orxanı divana qaldıranda əlində onun qan izləri olmuşdur, hadisə vaxtı əynində olan paltarları polis şöbəsində təhvil vermişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onun məqsədi Günelə və Bənövşəyə etdiyi hərəkətlərlə bağlı Orxanla söhbət etmək olmuş, onun niyyəti Orxanı döymək olmamış, Orxanın ailəsinin yanında onunla söhbət etmək istəmədiyi üçün onun tək olacağı vaxtı axtarmışdır. O, törətdiyi əməldən peşman olduğunu, bu hadisənin olmasın istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Bakıda o, Bənövşə və Rəşad kafedə görüşmüş, Bakıda Rəşada məsələni həll etmək üçün Xaçmaza gedəcəyini deməmişdir. Bənövşə Orxandan ona şikayətlənmiş, lakin Orxanın evinə tək Bənövşənin dediyi sözlərə görə getməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, 2023-cü ilin sentyabr ayının sonlarından həmin ilin noyabr ayının ortalarına kimi Orxanın evində usta kimi santexnik işlərini görmüşdür. Orxan gördüyü işin müqabilində ona təxminən 2 min manat pul vermişdir. Hadisə gününə kimi Orxanla arasında dava-dalaş, mübahisə olmamışdır. Orxanın evində usta kimi işə düzəlməyi də planının bir hissəsi olmuşdur. Orxan onun Davud adlı dostunun 21 yaşlı Günel adlı qızını 2023-cü ilin avqust ayında Xaçmaz şəhəri ərazisində zorla qaçırmaq istəmiş və sonuncuya qarşı əxlaqsız hərəkətlər etməyə cəhd etmişdir. Bu barədə Davud ona məlumat vermişdir. Davud hazırda Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində yaşayır. Davudun soyadı, atasının adı barədə məlumat verə bilməz. Günel də hazırda ailəlidir və Bakı şəhərində ailəsi ilə yaşayır. Günelin barəsində də ətraflı məlumat verə bilməz. Çünki Günelin onun barəsində olan cinayət işinə cəlb olunmasını istəmir. Sadəcə Orxanın evinə girməyinin səbəbini açıqlaya bilər. İlkin ifadəsində guya Orxanın evində narkotik vasitə axtarıb şəklini çəkmək istədiyi üçün Orxanın evinə girdiyini bildirmişdir. Lakin Orxanın evinə girməyində səbəb narkotik vasitə olmamışdır. O, Orxanın Günelə qarşı etdiyi hərəkətə görə Orxanı cəzalandırmaq istəmişdir. Günelə qarşı əxlaqsız hərəkət edən adamın Orxan olduğunu sonradan müəyyən etmiş və planlı şəkildə Orxanın evində usta kimi işə düzəlmişdir. Orxanın evində usta kimi işlədiyi müddət ərzində Orxan arvadı Bənövşəyə qarşı kobud rəftar etmişdir. Planının bir hissəsi kimi Bənövşəylə əlaqə qurmağa və sonuncu ile formal olaraq sevgi münasibətləri yaşamağa başlamışdır. Bənövşəni ələ alıb Orxan haqqında məlumat öyrənmək fikri olmuşdur. Bənövşə Orxan tərəfindən mütəmadi olaraq döyüldüyünü, başqa qadınları evə gətirib gözü qabağında cinsi əlaqədə olduğunu, başqa qadınlarla cinsi əlaqədə olub videoya çəkərək arvadına göstərdiyini ona demişdir. Bu məlumatlar Orxanın barəsində onda mənfi fikirlər yaratmış və Orxanın Günelə qarşı əxlaqsız hərəkət etməsinə inamı yaranmışdır. Orxanın 5 il bundan öncə 1 nəfər adını bilmədiyi qadına qarşı əxlaqsız hərəkətlər etdiyini eşitmişdir. Bu kimi məsələlərə görə Orxanı cəzalandırmağı qarşısına məqsəd qoymuşdur. 28 yanvar 2024-cü il tarixdə saat 20 radələrində müəyyən hazırlıq görərək əlcək, maska və tapança formasında alışqan götürüb Orxanın Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən evinə yola düşmüşdür. Oraya çatanda evdə heç kim olmamış və gizlin formada evin mətbəx pəncərəsini açıb mətbəxə daxil olmuşdur. Mətbəxdən qonaq otağına keçib divanın arxasında gizlənərək gözləməyə başlamışdır. Evə girməmiş əlcəyi əllərinə və parça maskanı isə sifətinə geyinmişdir. Evə girəndə saat 21 radələri olmuşdur. Orxanın həmin ərəfələr evə gələcəyini təxmin etmişdir. Əgər Orxan evə gec gəlsəymiş, 1-2 saat evdə gözləyərək çıxıb gedəcəkmiş. Evə girəndən təxminən 30 dəqiqə sonra Orxan evə gəlmiş və Orxan qonaq otağına keçib işığı yandıranda o, divanın arxasından çıxarkən Orxan “sən kimsən" demiş və tapançanı Orxana tuşlayıb "sakit ol əllərini yuxarı qaldır” sözlərini demişdir. Orxan "vur vur" sözlərini deyib vurmayanın ünvanına nalayiq ifadələr işlədəndə yumruqla Orxanın alın nahiyəsinə bir zərbə vurmuş və Orxanın yaxasından əlləri ilə tutub arxaya itələmişdir. Orxan arxaya doğru ləngər vurub akvariumun üstünə yıxılmış və başı akvariumun şüşəsinə dəydiyi üçün başı qanamışdır. Akvariumdakı su da yerə tökülmüşdür. Orxana yaxınlaşıb sonuncunu yerdən qaldırmaq istəyəndə ayağı sürüşdüyü üçün yerə yıxılmış və Orxan onun üstünə çıxmışdır. Onlar yerdə boğuşanda Orxana güc gəlib sonuncunun üstünə çıxmış və tapança ilə Orxanın baş nahiyəsinə bir neçə zərbə vurmuşdur. Artıq Orxanın halı qalmamış və sonuncunun baş nahiyəsindən çox miqdarda qan axmışdır. Orxanı yerdən qaldırıb divanda oturtmuş və tapançanı belinə qoyub sifətindəki maskanı çıxaranda Orxan onu tanımışdır. Telefonu ile Orxanın şəklini çəkib Günelə qarşı yol verdiyi əxlaqsız hərəkəti etiraf etməsini Orxandan tələb etmişdir, Orxan Günele qarşı əxlaqsız hərəkət etdiyini etiraf edərək buraxılması üçün ona qızıl, pul təklif etmişdir. Lakin pul, qızıla görə Orxanın evinə girmədiyini sonuncuya demiş və telefonunu çıxarıb Orxanı videoya çəkməyə başlamışdır ki, Orxanın etiraf etməsini özündə sübut kimi saxlasın. X25 getdiyini görüb telefonu cibinə qoyaraq Orxanı qaldırıb dəhlizə çıxarmışdır. Fikri Orxanın çox qan itirməsi səbəbindən əsas qapıdan çölə çıxıb təcili tibbi yardıma məlumat verməsi olmuşdur. O, həmin vaxt kombi otağından həyətə çıxıb hadisə yerindən uzaqlaşmaq istəmişdir, Orxanı dəhlizə çıxarıb kombi otağına yaxınlaşanda Orxan cəld tərpənərək kombi otağından bayıra çıxıb qaçmışdır. O, 15-20 saniyə sonra Orxanın ardından çölə çıxıb evdən uzaqlaşaraq getmişdir. Hazırda əməlindən peşmandır. 30 yanvar 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə zamanı Təqsirləndirilən şəxs tanımadığını, hadisədən əvvəl Ruslanın onun yaşadığı evdə usta işlədiyini və onu bir dəfə gördüyünü bildirmişdir. 28 yanvar tarixində saat 20-21 radələrində o, işdən çıxmış, dostu Nəcəf onu yaşadığı evə düşürtmüş və həmin vaxt da uşaqları anası ilə birlikdə Bakıda olduqları üçün evdə heç kim olmamışdır. Evə daxil olduğu zaman kombi otağının qapısının açıq olduğunu görmüş, anasına zəng edərək kombi otağının qapısını niyə açıq qoyduğunu soruşmuş və evin soyuq olduğunu bildirmiş, anası isə belə şeyin mümkün olmadığını və qapını açıq qoymadığını bildirmişdir. Bundan sonra ürəyinə bir az şübhə düşmüş, köynəyini çıxarıb telefonunun üstünə qoyaraq digər otağa keçmişdir. İşığı yandırdıqda kreslonun arxa tərəfində kiminsə əyilmiş vəziyyətdə oturduğunu görmüş, bunu görən kimi geriyə qayıtmış, sonra yenidən həmin otağa keçmiş, onu gördüyünü və çıxmasını bildirmiş, bu vaxt gördüyü şəxs ayağa qalxmış, əlində əlcək, üzündə qara maska ilə tapançanı ona tərəf istiqamətləndirmişdir. O da yavaş-yavaş arxaya doğru evin qonaq otağına tərəf getmiş, otaqda olanda əlindəki silahı aşağı salmağını istəmiş, onun evə oğurluq məqsədi ilə daxil olduğunu düşünərək ona qızıl və pul təklifi etmişdir. Evə girən şəxs isə ona “sən məni yaxşı tanıyırsan” demiş, daha sonra onun başına tapança ilə zərbələr vurmuş, o, arxa tərəfə itələndikdə akvariuma dəymiş və akvariumun suyu yerə tökülmüşdür. Orada onlar əlbəyaxa olmuş, Ruslan güc tətbiq edərək onu altına salmış və tapança ilə gözünün altına zərbə vurmuşdur. Bundan sonra o, taqətdən düşmüş və huşunu itirmişdir. Daha sonra Ruslan onu ayağa qaldırmış, onu zalın baş tərəfinə apararaq telefonu çıxarmış və video kamera ilə onu çəkməyə başlamışdır. Daha sonra bunun axırının belə olacağını deyərək kiməsə zəng etmiş və çox güman ki, onun keçmiş arvadı Bənövşə ilə danışmışdır. Telefonda danışarkən qarşı tərəfə onun qisasını alacağını, artıq işi bitirdiyini bildirmişdir. Daha sonra ayağa qalxıb onunla getməsini demişdir. Ruslan onların evində usta işlədiyi üçün evin hər tərəfini tanımış, onu kombi otağına tərəf aparmış və işığı yandırmağını istəmişdir. O da işığı yandırmaq əvəzinə orada olan kiçik qapıdan qaçıb getmiş, əvvəlcə dükana, oradan da xəstəxanaya getmişdir. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Ruslanın evə nə məqsədlə gəldiyini bilməmiş, Ruslan onun başına 3 dəfə və gözünün altına 1 dəfə zərbə endirmişdir. O, Xaçmaz RPŞ-də ifadə verdikdən sonra evə daxil olan şəxsin Ruslan olduğunu bilmişdir. Bənövşəyə məxsus telefonu anası gizlətmişdir. O, təqsirləndirilən şəxsdən şikayətiçi olduğunu bildirmişdir. Zərər çəkmiş şəxs nümayəndəsinin suallarına cavab olaraq yerə yıxılan zaman heç bir xəsarət almadığını, Ruslan tərəfindən bütün xəsarətlərin yetirildiyini və Günel adlı xanımı tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin nümayəndəsinin suallarına cavab olaraq Davudun qızı Günel “Angel” gözəllik salonunda saç ustasının yanında tələbə işlədiyini, Günelin və onun atasının anket məlumatları haqqında məlumat vermək istəmədiyini bildirmişdir. O, üzündəki maskanı çıxarmış və hər şeyi etiraf etməsi üçün telefonu ilə onu videoya çəkməyə başlamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə günü kreslonun arxa tərəfində əyilmiş vəziyyətdə oturmuş, Orxan otağın işığını yandırdıqda onu görmüş, lakin həmin vaxt maskada olduğu üçün onu tanımamışdır. Sonradan Orxana onunla söhbət etmək istədiyini bildirmiş, tapançanı ona tərəf istiqamətləndirmiş, Orxan isə ona qarşı təhqiredici ifadələr işlətdiyi və söyüş söydüyü üçün onu əvvəlcə yumruqla vurmuş, başındakı kəsiklər isə akvariumun şüşəsinə bərk dəydiyi üçün olmuşdur. O, Orxana qarşı başqa bir niyyəti olmadığını bildirmişdir. 04 iyun 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 dekabr tarixində oğlu Zərərçəkmiş şəxs1 evə getmiş, lakin həmin vaxt o, evdə olmamış, qonşuda hüzr yerində olmuşdur. O, artıq evə geri gələndə nəvələrinin evdə ağladıqlarını, gəlninin otağının bağlı olduğunu görmüş və onların qapısını açıb otağa daxil olduqda Bənövşənin yerdə olduğunu görmüşdür. Oğlu Orxan qışqıraraq Bənövşədən telefon istəmiş, Orxan ona Bənövşənin ikinci telefon işlətdiyini bildirmişdir. O, son zamanlar Bənövşədən şübhələnmiş, Bənövşənin xüsusi ironiya ilə kiminləsə danışdığının şahidi olmuş, hətta Bənövşənin özünə də dəfələrlə kiminləsə danışdığından şübhələndiyini bildirmiş, Bənövşə isə heç kimlə danışmamsı barədə and içmişdir. Orxan həmin vaxt Bənövşənin əlində olan telefonu gizlətdiyini demişdir. O, telefonu görmüş, lakin Bənövşə ona yazıq baxışlarla baxdığı üçün Orxana oradan çəkilməsini, telefon üçün özünün baxacağını oğluna demişdir. Evdə həmin vaxt otağın və hamamın qapısı açıq olmuş, Bənövşə telefonu tez hamama itələmiş, o da tez telefon götürərək özündə saxlamışdır. Daha sonra Orxana heç nə etməməsini, Bənövşənin ata və anasını çağırmağını demişdir. Bənövşənin ata və anası gəlmiş, bu işdən Bənövşənin anasının da xəbəri olmuşdur. Çünki o, dəfələrlə Bənövşənin anasına qızından şübhələndiyini demişdir. O, neçə dəfə Bakıya qızıgilə getməli olmuş, həmişə Ruslan ona “İradə müəllim, narahat olma, siz gedə bilərsiniz, mənim çay-çörəyimi gəlin-bacı verəcək” demişdir. Bənövşə ata və anası ilə gedəndən 20 dəqiqə sonra Ruslan ona zəng etmiş, o da, heç nədən xəbəri yoxmuş kimi Ruslanla danışmışdır. Ruslandan nə üçün zəng etdiyini soruşduqda cavabında “İradə müəllim, siz mənə demişdiniz ki, bir gün ailəni götürüb gələrsən bizə, tanış olarıq” demiş, O da Ruslana sonra gəlmələrini demiş, bununla da söhbətləri bağlanmışdır. Bir neçə gündən sonra özü Ruslana zəng edərək onların evinə haram qatdığını, Ruslanı Allaha tapşırdığını demişdir. 27 yanvar tarixində onlar tətilə çıxmış, oğlu uşaqları aparıb gəzdirməsini demiş, 28 yanvar tarixində təxminən saat 11 radələrində uşaqları da götürüb sürücü ilə Bakıya getmiş, gedən kimi uşaqları qızı qarşılamış və onların evinə getmiş, daha sonra qızı uşaqları əyləncə mərkəzinə aparmış. Baş verən hadisədən sonra Bənövşənin ata və anasının telefon nömrələrini bloka atmışdır. Lakin qardaşı qızı Elnarənin telefonunda Bənövşənin anasının nömrəsi olmuş, Elnarə uşaqların şəkillərini statusda paylaşdığını və Bənövşənin anasının da həmin şəkillərə baxdığını bildirmişdir. Onlar uşaqları gəzdirib evə apardıqdan sonra Orxan ona zəng edərək evdə kombiləri söndürdüyünü və evin soyuq olduğunu bildirmiş, o da kombini söndürmədiyini və Orxana birdən evə kiminsə girdiyindən şübhələndiyini demişdir. O, həmin vaxta qədər oğlunun əli qana batmasın və ailədə qırğın düşməsin deyə Bənövşənin telefonunu heç kimə göstərməmiş, telefonu gizlətmişdir. Orxana axırıncı telefon danışıqlarından sonra dəfələrlə zəng etmiş, lakin Orxan onun zənglərinə geri dönüş etməmiş, daha sonra onun iş yoldaşı olan qonşusu zəng edərək harada olduğunu soruşmuş, o da Bakıda olduğunu qonşusuna bildirmiş, qonşusu isə elə-belə zəng etdiyini demişdir. Bir az keçdikdən sonra qaynının oğlu zəng edərək evə oğru girdiyini və Orxana xəsarət yetirdiyini demiş, bunu eşidən kimi gecə vaxtı rayona getmiş, nəvələrini evə qoyub xəstəxanaya getmişdir. Orxan həmin vaxt qan içində olmuşdur. Daha sonra isə o, polis bölməsinə aparılmış, bölmədə olan zaman polis əmməkdaşlarına Ruslandan şübhələndiyini bildirmişdir. O, Ruslanla gəlninin aralarında əlaqə olduğunu, Ruslanın da həmin evə məhz telefonu götürmək üçün getdiyini bildirmişdir. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, nəvəsi 3 aylıq olanda Bənövşə ilə Orxan arasında mübahisə olmuş, Orxan ona Bənövşəni öldürəcəyini demiş, Orxandan səbəbəbini soruşduqda Bənövşənin kompüterdə başqa bir adamla şəklini gördüyünü bildirmişdir. O, aranı sakitləşdirməyə çalışmış, lakin Bənövşənin o vaxtdan doğru yolda olmadığını başa düşmüş, Orxan da həmin vaxtdan Bənövşəyə qarşı şübhəli olmuşdur. Həmin gün Bənövşə atasıgilə getmiş və 6-7 ay orada qalmışdır. O, təqsirləndirilən şəxslə aralarında barışıq olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsinin suallarına cavab olaraq hadisəni eşidən kimi təcili yola çıxdığını, uşaqları evdə qoyub xəstəxanaya getdiyini və daha sonra telefonu polis şöbəsinə təhvil verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində dükan sahibi olduğunu, hadisə günü dükanda oturarkən qəfildən və qeyri-adi sürətlə qapının açıldığını, Orxanın üstü-başı qan içində dükana daxil olduğunu bildirmişdir. O, Orxanı görüb təəcüblənmiş və Orxan silahlı adamın onu təqib etdiyini demişdir. O da çölə çıxıb baxmış, lakin hava həmin vaxt qaranlıq olduğu üçün heç kimi görə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, hadisə günü onlar Orxangilin evində olmuş, Zərərçəkmiş şəxs1 və Nəcəflə birlikdə Xaçmaz rayonu, Qımıq restoranında axşam yeməyi yemək üçün getmiş, oradan ayrıldıqdan sonra o, öz evinə getmişdir. Təxminən yarım saat, 1 saatdan sonra Nəcəf ona zəng edib Orxangilin evində baş verən hadisəni danışmış və onu Orxangilə çağırmışdır. Bundan sonra Nəcəflə birlikdə Orxangilə getmiş, amma evdə heç kim olmamışdır. Bu zaman Orxanın artıq xəstəxanada olması məlum olmuş, bir müddət sonra polislər və təhqiqatçı gəlmişdir. Hadisənin birbaşa şahidi olmadığını və evin içərisində qan izləri olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 11 dekabr 2023-cü il tarixdə Şahid5 onun arvadına mesaj yazaraq əri Orxandan qaçdığını, xalasıgildə qaldığını və ailə üzvlərindən qaçıb gizləndiyini məlumat vermişdir. Onun arvadı da həmin ərəfədə hamilə olduğu üçün özünü bu hadisələrə görə pis hiss etmişdir. Bənövşə onun arvadından xahiş etmişdir ki, o, Bakıda yaşamaq və Bakıda ev tapmaq barədə Bənövşəyə köməklik etsin. O, əvvəlcə bununla razılaşmamış, lakin sonradan onları çağıraraq barışdırmağı fikirləşmişdir. Bu mövzulardan xəbərsiz olmuşdur. Bir gün Bənövşə yenidən arvadına “Bakıya gəlirəm, Rəşad məni qarşılasın” məzmunlu mesaj yazmış, o da uzaq qohum olduğu üçün razılaşmış, 20 yanvar metrostansiyası yaxınlığında öz şəxsi avtomobili ilə Bənövşəni gözləmiş, daha sonra Bənövşənin Ruslanla əl-ələ gəldiyini görmüşdür. O, əvvəlcə təəccüblənmiş və Ruslanın Bənövşənin yaxın qohumu olduğunu düşünmüşdür. Onlar daha sonra maşına oturmuşdurlar. Bənövşəgil ondan təcili ev tapmağını xahiş etmişdir. Məsələ ilə daha da ətraflı tanış olmaq üçün onları restorana aparmış, avtomobili park edəndə Ruslan cibindən silah çıxarmış və silahı avtomobilin oturacağının alt hissəsinə qoymaq istəmiş, lakin bu zaman o, Ruslana etirazını bildirmiş, Ruslan isə ona hər ehtimala özü ilə silah gəzdirdiyini demişdir. Bundan sonra artıq Ruslana sözünü izah edə bilməyəcəyini anlamış, Bənövşə ilə Ruslandan nə etmək istədiklərini soruşmuş, X17 çox əzab verməsi, onu döyməsi və bunu qəbul edə bilməməsi barədə söhbət etmişdir. Ruslan həmçinin Bənövşənin yaxın tanışı olduğunu bildirmiş, lakin bir az söhbət edəndən sonra artıq neçə müddətdir münasibətləri olduğunu etiraf etmişdir. Bənövşə ondan içərisində Ruslanla yazışmaları olan telefonun Orxan onu döyəndə yatağın altına düşdüyünü və onu tapmağını xahiş etmiş, o da, Bənövşəgilə bu məsələnin doğru olmadığını, iki ailənin dağılması üzərində belə bir münasibətin düzgün olmamasını bildirmi, daha sonra Bənövşənin anasını çağırıb qızını ona təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, hər şey barəsində hadisədən sonra xəbər tutmuş, Zərərçəkmiş şəxs1 xəstəxananın qabağında qarşılamışdır. Orxan özü xəstəxananın qabağında onu qarşılamaları barədə xəbər vermişdir. Həmin vaxt Orxan heç kimə heç nə deməmiş, lakin o, şübhələnərək Ruslana zəng etmiş və Orxanın başına gələn hadisə ilə bağlı onun əlaqəsinin olub-olmadığını soruşmuş, Ruslan isə bu hadisə ilə əlaqəsi olmadığını bildirmişdir. Bir müddət sonra hadisəni Ruslanın törətməsi məlum olmuşdur. Həmin vaxt Orxanla Ruslan arasında problem olduğu üçün Orxanı o vəziyyətdə görəndə Ruslandan şübhələnmişdir. Ruslan onların obyektində əvvəl kafel vurmuş və o zamandan Ruslanla münasibətləri yaranmış, Zərərçəkmiş şəxs1 isə onun bacısının əri olduğunu bildirmişdir. Orxanla bacısı rəsmi olaraq boşanmamış, lakin hadisə vaxtı bacısı onlarda olmuş, bu zaman artıq hadisə onlara məlum olmuşdur. Bacısı Bənövşənin özünə məxsus telefonu olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində “Opel” markalı avtomobilin sahibi olduğunu, Orxanın 4 ilə yaxın müddət onunla birgə gəzdiyini, taksi fəaliyyət ilə məşğul olduğunu, səhər saat 09:00-dan axşam saat 23:00-a qədər Orxanla birgə olduğunu və maşını heç kimə idarə etmək üçün vermədiyini bildirmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus «Opel Astra» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi işləyərək ailəsini dolandırır. Təxminən 10 ildən çoxdur ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində yaşayan Zərərçəkmiş şəxs1lə dostluq edir. 28 yanvar 2024-cü il tarixdə axşam saat 19 radələrində Zərərçəkmiş şəxs1 və Turan İsgəndərovla birlikdə Xaçmaz rayonu Qımıl restoranında axşam yeməyi yemək üçün getmişdir. Onlar birlikdə «Qımıl» restoranında şam yeməyi yedikdən sonra Orxanla birlikdə küçəyə çıxmışdır. Orxan ayaqyoluna keçdiyinə görə masanın üzərində qalmış 01 ədəd içi dolu «Sirab» şüşəsini evdə içmək üçün aparmaq istədiyini Turana demişdir. Turan İsgəndərov «Sirab» şüşəsini restoranda masanın üzərindən götürərək özünə məxsus avtomobilə qoymuşdur ki, sonradan Orxan götürüb evinə aparsın. X18 sağollaşdıqdan sonra Turan öz avtomobilinə oturmuşdur. Orxan isə onun yanına oturduqdan sonra avtomobili Xaçmaz rayonu Hacıəlibəy kəndi istiqamətinə sürmüşdür. Zərərçəkmiş şəxs1 yaşadığı kəndə çatdıqdan sonra axşam saat 20 radələrində avtomobili Orxanın yaşadığı evin qarşısına sürmüş və Orxan onunla sağollaşaraq avtomobildən düşərək çıxıb getmişdir. Bundan sonra avtomobil ilə yaşadığı evə getmişdir. Ona sonradan, yəni həmin günü axşam saat 21 radələrində məlum olmuşdur ki, Orxanın evinə daxil olmuş şəxs evdə Zərərçəkmiş şəxs1 döyərək sonuncuya bədən xəsarəti yetirmişdir. Şahid5 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 05 sentyabr 2015-ci ildə Xaçmaz rayonu Hacıəlibəy kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuş və birgə nikahlarından Mehman və Zəhra adlı övladları dünyaya gəlmişdir. Orxanla yaşadığı müddət ərzində Zərərçəkmiş şəxs1 onu incidərək döymüşdür. Hətta Orxan evə qohumu Ülviyyə adlı qızı gətirərək evin həyətində onun gözü qarşısında cinsi əlaqədə olduğu zaman Orxana iradını bildirməyinə baxmayaraq Orxan tərbiyəsiz hərəkətlər edib bu biabırçı hərəkətlərə baxmağa onu məcbur etmişdir. Bu hərəkətləri Orxan dəfələrlə təkrar edərək ona xəyanət etməsi barədə detallı şəkildə ona danışmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 alkoqol içikiləri mütəmadi olaraq qəbul edib narkotik vasitə nəşə çəkərək onu bezdirmişdir. Orxanın anası İradəyə Orxanın bu hərəkətləri barədə deməyinə baxmayaraq İradə Qərbi Azərbaycanlı olduğunu və belə əməllərin adi hal olduğunu ona demişdir. 2023-cü ilin oktyabr ayının əvvələrində evdə təmir işlərinə ehtiyac olduğuna görə Orxan Xaçmaz şəhərində yaşayan Ruslan adlı ustanı onların evinə çağırmışdır. Ruslanın evdə işlədiyi müddət ərzində sonuncu ilə arasında münasibətlər yarandığından Zərərçəkmiş şəxs1 onu incitməsi və mütəmadi olaraq döyməsi barədə Ruslana danışmışdır. 2023-cü ilin noyabr ayının əvvələrində Ruslan onun üçün öz hesabına içərisində ***-***-**-** nömrəsi olan «Samsunq A 04» markalı mobil telefon alıb Ruslanla əlaqə saxlamaq məqsədilə ona vermişdir. Həmin telefonla Ruslanın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. Münasibəti Ruslanla dərinləşdiyindən bir-birlərini sevməyə başlamış və ailə həyatı qurmaq qərarına gəlmişdir. 10 dekabr 2023-cü il tarixdə axşam saatlarında telefonla Ruslanla danışarkən Orxan evə daxil olmuşdur. Cəld həmin mobil telefonu hamamdakı şkafın alt hissəsində gizlətdiyi üçün Orxan həmin mobil telefonu tapa bilmədikdən sonra onu döymüşdür. Çünki Orxanın başqa bir telefon işlətməyindən xəbəri olmamışdır. Orxan valideynlərinə xəbər verdiyi üçün valideynləri evə gələrək onu öz evlərinə, yəni Xaçmaz şəhəri Şirvanşahlar küçəsində yerləşən evə aparmışlar. Evdən gedərkən uşaqları Orxanla qalmışdır. Bundan başqa Ruslanın ona hədiyyə etdiyi mobil telefonunun yerini İradəyə deyərək həmin telefonu götürüb saxlamasını qaynanasına tapşırmışdır. Ata evinə getdikdən sonra həmin günü axşam anasının telefonu ilə Ruslanla danışanda sonuncu ilə birlikdə Bakı şəhərinə getmək qərarına gəlmişdir. Bakı şəhərində yaşayan Rəşadın həyat yoldaşı Elnarəyə zəng edərək Ruslan adlı oğlanla birlikdə Bakı şəhərinə gələcəyini Elnarəyə demişdir. 11 dekabr 2023-cü il tarixdə səhər saatlarında Ruslanla görüşüb taksi ilə Xaçmaz şəhərindən çıxaraq Bakı şəhərinə getmişdir. Həmin günü saat 11 radələrində Bakı şəhəri 20 yanvar metrosu yaxınlığında Rəşad onları qarşılayaraq həmin ərazidə yerləşən kafeyə aparmışdır. Kafedə üçü birlikdə çay içərək aralarındakı söhbət zamanı Orxanın onu döyərək bezdirdiyini və uşaqları evdə qoyaraq çıxıb valideynlərinin evinə getdiyini Rəşada demişdir. Rəşad konkret fikrinin nə olduğunu ondan soruşduqda Orxandan rəsmi qaydada ayrılıb Bakı şəhərində kirayə mənzil tutduqdan sonra azyaşlı uşaqlarını da götürüb Bakı şəhərində yaşayacağını bildirmişdir. Bundan başqa Rəşada yanında olan Ruslanın onun üçün «Samsunq A 04» markalı mobil telefon aldığını və Orxanın telefonu görüb evdə tapa bilmədiyi üçün onu döydüyünü demişdir. Bir neçə dəqiqə aralarındakı söhbətdən sonra Ruslan onu Rəşada əmanət etdiyini və Xaçmaz şəhərinə qayıdıb getmək istədiyini demişdir. Daha sonra Rəşad Bakı şəhəri 20 yanvar metrosu yaxınlığından Ruslanı Xaçmaz şəhərinə yola salaraq onu öz bacısı Vəfanın evinə aparmışdır. Rəşad onun valideynlərinə onun Bakı şəhərində olması barədə məlumat verdiyinə görə valideynləri Bakı şəhərinə gələrək onu Xaçmaz şəhərinə aparmışlar. 28 yanvar 2024-cü il tarixdə axşam saatlarında evdə olarkən Orxan onun atasına zəng edib evə girən oğru tərəfindən döyüldüyünü bildirmiş və bu telefon danışığından atası xəstəxanaya yola düşmüşdür. Sonradan bilmişdir ki, Orxanın evinə girən şəxs Ruslandır. Ruslanın həmin evə hansı məqsədlə girməsini bilmir. Çünki Ruslan Bakıda onu Rəşada təhvil verib Xaçmaza yola düşəndən sonra Ruslanla danışmamış və Ruslanla heç bir əlaqəsi olmamışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Orxanla birlikdə yaşadığı müddət ərzində Orxanın ona aldığı telefon nömrəsini hazırda xatırlamır və həmin nömrənin olduğu telefon evi tərk edib gedərkən Orxanın evində qalmışdır. Bundan başqa Ruslanın aldığı ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Həmin nömrə də evi tərk edib gedərkən Orxanın evində qalmışdır. Ruslan Orxanın yaşadığı evə girib sonuncuya xəsarət yetirəcəyinə dair ona əvvəlcədən məlumat verməmişdir. Hadisə zamanı Ruslan Orxanın yanında ona zəng etməmişdir. Ruslan Bakıda onu Rəşada təhvil verib Xaçmaza yola düşəndən sonra Ruslanla danışmamışdır. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid5 onun qızıdır. 2015-ci ildə Şahid5 Xaçmaz rayonu Hacıəlibəy kəndində yaşayan Zərərçəkmiş şəxs1lə ailə heyatı qurmuş və onların iki uşaqları olmuşdur. 2023-cü İlin oktyabr ayının əvvələrində Zərərçəkmiş şəxs1 yaşadığı evdə təmir işlərinə ehtiyac olduğunu ona dediyi üçün tanışı Əflatun, Ruslan və İlqar adlı ustaları evdə işləmək üçün Orxana məsləhət görmüşdür. Bir neçə gün sonra Əflatun, Ruslan və İlqar adlı ustaları Orxanın yaşadığı evə aparmışdır. Həmin ustalar üçü birlikdə təxminən bir ay Orxanın evində işlədikdən sonra Ruslan və İlqar həmin evdə təmir işlərini davam etdilər, Əflatun isə evə gəlməmişdir. Hər gün özünə məxsus avtomobili ilə həmin ustaları Orxanın yaşadığı evə aparmışdır. Kürəkəninin evində həmin ustalar işlərini qurtardıqdan sonra isə ustaları oradan götürüb Xaçmaz şəhərinə aparmışdır. Həmin ustalar təxminən iki aya yaxın Orxanın evində təmir işləri görüb qurtardıqdan sonra özü ustaları maşınla aparıb gətirmişdir. 10 dekabr 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng edərək Bənövşənin başqa mobil telefonla mesajlar yazdığını və evinə gəlməyini ondan xahiş etmişdir. Orxanın Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən evinə gəldikdən sonra qızından hansı mobil telefonla danışdığını soruşduqda Bənövşə Orxanın aldığı mobil telefonla danışdığını və başqa mobil telefon olmadığını ona bildirdiyi üçün qızına inanmışdır. Orxan isə Bənövşədə başqa bir mobil telefon gördüyünü, lakin tapa bilmədiyini demişdir. Onların arasında münaqişənin daha da böyüməməsi üçün qızını yaşadığı evə aparmış və ertəsi günü isə qızı ondan xəbərsiz evdən çıxaraq getmişdir. Ona sonradan məlum olmuşdur ki, Bənövşə usta işləyən Ruslanla birlikdə Bakı şəhərinə getmişdir. Orxanın qohumu Rəşadın heyat yoldaşı onun həyat yoldaşı ilə əlaqə saxlayaraq qızının Bakı şəhərində olduğunu ona dediyi üçün Bənövşəni gətirməsi üçün oğlunu Bakı şəhərinə yola salmışdır. Oğlu Bakı şəhərinə gedərək Bənövşəni Xaçmaz şəhərində yerləşən evlərinə gətirmişdir. Ona sonradan məlum olmuşdur ki, Bənövşə həyat yoldaşı Zərərçəkmiş şəxs1 xəbərsiz olaraq evdə başqa bir mobil telefon işlətmiş və həmin mobil telefonu Orxanın anası sonradan taparaq evdə gizlətmişdir. Hadisə barədə məlumat əldə etdikdən sonra Orxanın yaşadığı evə getmiş və həmin evə getdikdən sonra əli ilə bir çox əşyaya toxunmuşdur. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəldikdən sonra evi tərk edərək küçədə dayanmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 yanvar 2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsindən olmuş 050-376- 484-97 saylı mobil telefon nömrəsindən Xaçmaz RPŞ-ə Xaçmaz rayonu Hacıəlibəy kəndində evinə gəldikdə evdə oğru tutması və oğrunun onun başına xəsarət yetirib uzaqlaşması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən evdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Samsung A12» markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gödəkçə, 01 ədəd şalvara baxış keçirilərkən hər ikisinin üzərində qanabənzər izlərin olması aşkar olunmuşdur. Baxış keçirilmiş geyim əşyaları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Xaçmaz şəhəri Şəhriyar küçəsində avtomobil yolunun sağ tərəfində zibillikdə kolların arasından Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli tapançaya oxşar dəmir əşyaya baxış keçirilərkən onun odlu silaha bənzəmədiyi, patron üçün darağı və digər mexanizmlərinin mövcud olmadığı və üzərində “made in china” sözləri yazıldığı aşkar olunmuşdur. Baxış keçirilmiş predmet müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən görünür ki, Şahid1 təqdim etdiyi mağazada quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 28 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs qara rəngli gödəkçədə və göy rəngli cins şalvarda Zərərçəkmiş şəxs1 yaşadığı ev istiqamətinə gedir. Bundan başqa həmin gün bir neçə dəqiqə sonra saat 20 radələrində Zərərçəkmiş şəxs1 maykada üzü və başı qan içində küçədə qaçaraq Şahid1 məxsus mağazaya daxil olması və mağaza sahibi Şahid1 onun başını bintlə sarıması görünür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolu və protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində dəqiq göstərərək öz ifadəsini bir daha təsdiq etmiş, hadisə yerinin Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən ev olduğu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs X4 ilə arasında keçirilən üzləşdirmə zamanı sonuncunun üzünə deyərək bir daha tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə “Men seni cox istemekden bilmirem ne deyirem. Sene inaniram. Ve guvenirem. Heqiqeten cox isteyirem. Hammiya qarsi qisqaniram. Целую моя царица", “Meni deli edirsen. Amma nese xosun gelir sen meni bu veziyete salanda. Ozumden asilli olmayaraq seni gormemeye dozmurem.”, “Seninle oyanmaq cox isteyirem. Hemise sen menim yanimda olmagini isteyirem.", “Gercek olan bir sey. Senin yaninda olmaq. Herden senin yanindan gedende seni opub getmek. Senin yuxulu gozlerine baxmaq. Ve sen yatarken senin ustunu ortub getmek", "Ne qeder susarsan. De bilsinlerde…..”, “Kas sene hecne olmasin.…….”, “… Senin arxanda men durmusam.", Şahid5 istifadəsində olmuş mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə “X14 X50 X48 X51", “X36 X57 X58 X26 Olardm", “X33 X22”, “Hami Ustume O X42 X11.X59 Xowbext.X37 X66 1 ayin X52 X27 X38 X28 Tehqirlere Susduqmu. X39 X23.X60 X43 Her Weyi.X19 X67 X29 Belke Mende O X40 İstedim. Yawadimda. X70 X68.X61 X62 X49 X34 Sevilmeyi. X63 Besdi?”, “X44 X41.X30.X53 Qoymaz Bowansam.X64 X65 X31 X54 X45 X35 Ailen Uwaqin", “X12 X46 X55.X69 Behane İmiw.Sen Sanki 19 20 yaw X47 X32 X56 llden X24 X3" məzmunlu mesajlar yazılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 40 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın sümüyünün dislokasiyasız xətti sınığı, təpə, alın və sol almacıq nahiyələrinin kəsilmiş-əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti, qərarda qeyd olunduğu xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın sümüyünün dislokasiyasız xətti sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər — təpə, alın və sol almacıq nahiyələrinin kəsilmiş-əzilmiş yaraları isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının 29 mart 2024-cü il tarixli, 24/684 nömrəli rəyindən görünür ki, 01 (bir) ədəd təsərrüfat əlcəyin daxili səthində müqayisəli tədqiqat üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx.xx.1987 Xaçmaz r.) məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd təsərrüfat əlcəyi üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunəsidir və həmin qan ləkələri Zərərçəkmiş şəxs1 məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 05 mart 2024-cü il tarixli, 91/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X1 təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış vərəqinin kserosurətində onun qan qrupunun «lll-PLUS» olması barəsində qeyd-məlumat vardır. Bu qeydə əsasən qəbul olunmuş təsnifata görə onun qan qrupunun AB0 sistemi üzrə B(lll) olmasını söyləmək olar. Zərərçəkmiş şəxs1 təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış vərəqinin kserosurətində onun qan qrupunun «İ-PLUS» olması barəsində qeyd-məlumat vardır. Bu qeydə əsasən qəbul olunmuş təsnifata görə onun qan qrupunun AB0 sistemi üzrə 0(H)(l) olmasını söyləmək olar. Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş X2 məxsus cins materialdan olan şalvarın sağ ayaq hissəsinin ön səthində bel kənarına yaxın və ondan bir qədər aşağıda, aşağı sərbəst kənarından başlamaqla eni boyu geniş sahədə, sol ayaq hissəsində sol bayır-yan tikişi ətrafında sol qoyma cibin aşağı-sol kənarına yaxın, arxa səthində sol qoyma cibin üzərində və ətrafındakı sahələrdə yerləşmiş ləkələrdə, ona məxsus qara rəngli gödəkçənin sol yarısının ön səthində ön-yan cibin yuxarı kənarında və girişində, papağının yuxarı kənarı səviyyəsində, arxa səthində sol yan tikişdən başlamaqla hissəvi ön səthinə keçən aşağı kənarına yaxın, sol qolunun bayır səthinin aşağı kənarı səviyyəsində, sağ qolunun manjet tikişi ətrafında və hissəvi olaraq astar səthinə keçən sahələrdə yerləşmiş ləkələrdə, tapança formalı əşyanın tutacağının sol yan və alt (patron darağının girişinə müvafiq) hissəsində, 04 (dörd) ədəd tənzif parçası üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, şalvar və hissəvi olaraq gödəkçə üzərində qeyd edilmiş qan ləkələri (gödəkçənin sağ qolunun manjet tikişi ətrafı və həmin sahəyə uyğun daxili astar səthi istisna olmaqla) həlledicinin (o cümlədən suyun) pozucu təsirinə məruz qalaraq bu və ya digər dərəcədə intensivlikləri zəifləmiş və konturları silinmişdir. Bu ləkələrdə qan qrupunun ABO sistemi üzrə təyini zamanı yalnız «H» antigeni müəyyən olunmuşdur. Bu antigen ABO sisteminin digər antigenləri ilə müqayisədə resessiv təbiətli oldıığu üçün yalnız tək (homoziqot(lı/h) hallarda əsas antigen kimi qan qrupunu, daha doğrusu 0(H)(l) qan qrupunu formalaşdıra bilir. Bu səbəbdən təqdim olunmuş cins şalvar, gödekçe, tapança formalı əşya və 04 (dörd) ədəd tənzif parçalarında olan qan ləkələrinin ABO sistemi üzrə həmin qan qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Göstərilən halda bu ləkələrdə eyni qan qruplu zərər çəkmiş Zərərçəkmiş şəxs1 qanı inkar olunmur. Təqdim edilmiş cins şalvarın üzərində təsvir edilmiş digər ləkələrdə, tapança formalı əşyanın tutacağının sağ yan səthində olan zəif intensivlikli ləkədə qan aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 fevral 2024cü il tarixli, 344 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməlin dövründə hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs barəsində məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. X5 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, X5 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyllik yarada bilən hər hansı xəstəlik (patologiya) aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti ilə əlaqədar istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs öz psixi durumuna görə araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, kinlilik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində fantaziyaya meyilillik müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində qeyri-səmimilik əlamətləri aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs psixoloji müayinə zamanı hadisə barəsində söylədikləri ilə istintaqa verdiyi ifadəsi tam olaraq üst-üstə düşmədiyindən onun hadisə barəsində söylədiklərində səmimi olmasına şübhə yaradır. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, öz hərəkətlərinin mahiyyətini dərk etmək və qeyd edilən hadisə barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qərarın təsvir hissəsində göstərilən hadisə zamanı psixi- emosional vəziyyətində hirslilik yaranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 may 2024-cü il tarixli, 3-16-16/2-3/683;3/684 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet — zavod üsulu ilə tapança formasında hazırlanmış alışqandır, istifadəyə yararsızdır, odlu silah, qaz silahı hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş predmet tapança formasında hazırlanmış alışqan olduğundan qərarda qoyulmuş "sonuncu təmizləmədən sonra həmin silahdan atəş açılıb-açılmaması aydınlaşdırılsın" sualı üzrə tədqiqat aparmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 may 2024-cü il tarixli, 5/494 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Samsung Galaxy A12” markalı “SM-A125F/DSN” modelli mobil smartfonun yaddaşında “7.68.0.809 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış (“Whatsapp”, “Whatsapp Business” proqram təminatında aparılmış məlumat mübadilələri) bütün məlumat mübadilələri əldə olunaraq “DVD-R” tipli diskə köçürülmüş və ekspert rəyinə əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında“ qərar və xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirməsi haqqında” qərara əsasən hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd təsərrüfat əlcəyi, 04 ədəd tənzif parçası, 01 ədəd tapança formasında olan alışqan, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar maddi sübut kimi tanınaraq Xaçmaz rayon prokurorluğunun maddi sübut otağında saxlanılmış, DTX tərəfindən göndərilmiş 01 ədəd CD disk və Şahid1 məxsus mağazada quraşdırılmış müşahidə kamerasının görüntülərinin əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Elektron məhkəmə informasiya sistemi və cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaq — xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkum olunmamışdır. Cinayət işinin materiallarına olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 zərər yetirmək niyyətinin olmaması, sadəcə onunla söhbət etmək üçün onun yaşadığı evə daxil olması, Zərərçəkmiş şəxs1 onun üzərinə hücum etməsi nəticəsində onun müqavimətini qırmaq üçün əlindəki alışqanla onun baş nahiyəsinə xəsarət yetirməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 157.1-ci maddələrinin sanksiyaları həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunan cəza ilə toplanaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki,maddi sübut kimi tanınaraq Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlama otağına təhvil verilmiş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 ədəd təsərrüfat əlcəyi, 04 ədəd tənzif parçası, 01 ədəd tapança formasında olan alışqan məhv edilməli, 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 208 (iki yüz səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən 7 (yeddi) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 30 yanvar 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunun maddi sübutların saxlama otağına verilmiş, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 ədəd təsərrüfat əlcəyi, 04 ədəd tənzif parçası, 01 ədəd tapança formasında olan alışqan məhv edilsin, 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 208 (iki yüz səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-77/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-77/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver